Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1119/2023 26.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Məlikov Vəzirxan İsgəndər oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə; İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(051)-761/2023 saylı qətnaməsindən İddiaçı “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməsi barədə” həmin məhkəmənin 28 iyul 2023-cü il tarixli, 2(051)- 761/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-761/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" MMC-nin əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə xidmətinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, 287/S saylı əmrin 1.2 bəndinin və xx.xx.2022-ci il tarixli 401/S saylı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) 16 may 2023-cü il tarixli, 2(051)-761/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" MMCnin əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə xidmətinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, 287/S saylı əmrin 1.2 bəndinin və xx.xx.2022-ci il tarixli 401/S saylı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, o, İddiaçı "xxxx" İES MMC-nin 20 iyul 2022-ci il tarixli, 287/S saylı Əməyin mühafizəsi, Texniki Təhükəsizlik və Yanğından Mühafizə xidmətinin ləğv olunması haqqında əmrin 1.2-ci bəndi, 14 noyabr 2022-ci il tarixli 401/S saylı əmrin ləğv edilərək işə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(051)-761/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(051)-761/2023 saylı qətnaməsini əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Buna görə də həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan bir ay müddət daxilində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti ilə müraciət etmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-761/2023 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədləri AR MPM-də apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 2 saylı əlavəyə uyğun tərtib olunmadığına görə apellyasiya şikayətini geri qaytarmışdır. Qərardadda apellyasiya şikayətinin geri qaytarılması üçün əsas olmuş halları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada apellyasiya şikayəti ilə məhkəməyə müraciət olunması qeyd olunmuşdur. Hesab edir ki, qeyd olunan səbəblərdən Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(051)-761/2023 saylı qətnaməsindən tərəfindən apellyasiya şikayəti vermək müddəti Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə müvafiq olaraq üzrlü hesab olunmalı ötürülmüş prosessual müddət bərpa edilməlidir. Ona görə də məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(051)-761/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermək müddətinin tərəflərindən üzrlü səbəbdən buraxılmış hesab edilməsi və buraxılmış prosessual müddətin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı verdiyi izahatında göstərmişdir ki, savadsızdır. Ona görə də müddəti ötürmüşdür. Üzrlü hesab edilməsini və müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 28 iyul 2023-cü il tarixli, 2(051)-761/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdeh İddiaçı münasibətdə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(051)761/2023 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. İddiaçı Nəzərov X5 Şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(051)-761/2023 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" İES MMC -nin 287/S saylı 20 iyul 2022-ci il tarixli Əməyin Mühafizəsi, Texniki Təhlükəsizlik və Yanğından Mühafizə xidmətinin ləğv olunması haqqında əmrin 1.2. bəndi, 14 noyabr 2022 – ci il tarixli 401/s saylı əmrin ləğv edilərək işə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 16 may 2023-cu il tarixli, 2(051)-761/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan bir ay müddət daxilində apellyasiya şikayəti yazaraq məhkəməyə təqdim edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-761/2023 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədləri AR MPM-də apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 2 saylı əlavəyə uyğun hesab etmədiyindən geri qaytarılmış, Şikayətin geri qaytarılması üçün əsas olmuş halları aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(051)-761/2023 saylı qərardadında göstərdiyi AR MPM-nin tələblərinə uyğunlaşdırılaraq yenidən ümumi qaydada apellyasiya instansiya məhkəməsinə göndərilməsi üçün apellyasiya şikayəti təqdim edilmiş, eyni zamanda müddətin bərpası barədə ərizə verilmişdir. Məhkəmənin 28 iyul 2023-cü il tarixli, 2(051)-761/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdeh İddiaçı münasibətdə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(051)761/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. Hesab edir ki, həmin qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Əvvəla, ilkin olaraq, iddiaçı hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə iddia müddəti ötürülmədən müraciət etmişdir. Apellyasiya şikayətinin forması AR MPM-ə uyğun hesab etmədiyindən geri qaytarılmışdır ki, qanunvericilikdə də şikayətin geri qaytarılması üçün əsas olmuş halların aradan qaldırıldıqdan sonra iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququ tanınmışdır. Aydın məsələdir ki, şikayətin geri qaytarılması üçün əsas olmuş halların aradan qaldırılaraq yenidən məhkəməyə müraciət edilməsi əlavə zaman tələb edir. Deməli, belə olan halda məhkəmə müddətin ötürülməsini üzrlü hesab etməlidir. Bundan başqa, apellyasiya şikayətinin dəqiq formasına riayət etmədən müraciət olunması ümumiyyətlə apellyasiya şikayəti verilməməsi anlamına gəlmir. Ona görə də məhkəmədən Mingəçevir şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(051)-761/2023 saylı qərardadının ləğv edilməsi və Mingəçevir şəhər Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(051)-761/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(051)-761/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayətə qarşı yazılı etiraz göndərimişdir. Həmin etirazda qeyd edilmişdir ki; - ...Əmək münasibətləri sahəsində iddia müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilir. Qeyd edilən maddənin 6-cı hissəsində göstərilir ki, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallar (zəlzələ, sel, daşqın baş verməsi iddiaçının getdiyi yerdə fövqəladə və hərbi vəziyyət elan edilməsi) olarsa, iddia müddətinin buraxılması üzürlü hesab edilə bilər. Lakin, Mingəçevir Şəhər Məhkəməsinin 28 iyul 2023cü il tarixli, 2(051)-761/2023 saylı qərardadına əsasən müəyyən olunur ki, iddiaçı Nəzərov qeyd edilən məhkəmə iclası zamanı iddia müddətinin buraxılmasının səbəbini savadsız olması ilə izah etmişdir ki, bu səbəb də Əmək Məcəlləsinin 296-cı maddəsinin 6 -cı hissəsində göstərilməmişdir. Buna görə də bu səbəb ’’savadsızlıq” üzürlü hal kimi hesab eilə bilməz. Odur ki, iddiaçı Nəzərovun Mingəçevir şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(051)-761/2023 saylı qərardadı ləğv edilə bilməz və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-761/2023 saylı Qətnaməsindən şikayət vermək üçün buraxılmış iddia müddətinin bərpa edilməsi barədə şikayəti təmin olunmamalı və rədd edilməlidir. Ona görə də İddiaçı Mingəçevir şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(051)-761/2023 saylı Qərardadının qüvvədə saxlanılması və həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(051)-761/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış iddia müddətinin bərpa edilməsi barədə şikayətinin təmin edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(051)-761/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(051)-761/2023 saylı qətnaməsi çıxarıldıqdan sonra işdə iştirak edən şəxslərə xəbərnaməli poçt vasitəsi ilə göndərilmişdir. İş materiallarında olan xəbərnamə ilə müəyyən edilir ki, İddiaçı xəbərnamənin “şəxsən” qrafasına imza etməklə, xx.xx.2023-cü il tarixdə qətnaməni almışdır. Göründüyü kimi İddiaçı mübahisələndirdiyi məhkəmə qətnaməsi ünvanına göndərilmiş və qətnaməni xəbərnaməyə imza etməklə almışdır. Bununla da iddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi müddətini ötürmüşdür. Həmçinin iddiaçı məhkəməyə qətnamədən apellyasiya şikayəti vermə müddətinin ötürülməsinə dair heç bir üzrlü səbəb göstərməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı münasibətdə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-761/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 363.4-cü maddəsin əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü ... maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.Həmin məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.4-cü maddəsin əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Göründüyü kimi, müddətin ötürülməsinin səbəblərinin üzürlü sayılması üçün təkzibolunmaz əsaslar təqdim edilməlidir. Məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici kifayət qədər böyük - 1 aylıq müddət müəyyən etmiş (MPM, maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (MPM, maddə 133). Mülki Prosessual Məcəllənin 133-cü maddəsi prosessual müddətlərin, o cümlədən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üzrə məsələnin həllini həmin müddətin davamiyyətindən asılı etmir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş vəzifələrin növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə “hüquqi müəyyənlik” prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 1 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzib edilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən MPM-in 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə akllarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktına müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res cudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Odur ki, yalnız müstəsna hallarda, şikayətlə mübahisələndirilən məhkəmə qətnaməsində buraxılan səhvin xarakterindən və əhəmiyyətindən asılı olaraq, müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən baxmaq olar. Digər hallarda, belə müdaxilə ilə mülki mühakimə icraatında ictimai maraqlarla fərdi maraqların müdafiəsi arasında tarazlıq pozulur və buna haqq qazandırmaq mümkün deyil. Məhkəmə kollegiyasının bu mülahizələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. Məsələn: “V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə” 12 oktyabr 2006-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirdi ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnız fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü bənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanm 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). Avropa Məhkəməsi eyni yanaşmanı Brumareskunun Rumıniyaya qarşı 28 oktyabr 1999-cu il tarixli, X1rşı 25 iyul 2002-ci il tarixli, Ryabıxın Rusiyaya qarşı 24 iyul 2003-cü il tarixli, X3rşı 19 oktyabr 2004-cü il tarixli qərardadlarda və bir sıra başqa qərarlarında da nümayiş etdirmişdir. Həmin qərarlar mülki işlər üzrə çıxarılmış qətnamələrin nəzarət icraatında təkrar araşdırılması ilə bağlı olsalar da, beynəlxalq məhkəmə bu işlərə baxarkən, ümumiyyətlə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması məsələsinə dair hüquqi mövqeyini açıqladığından, kollegiya həmin presedentlərə baxdığı məsələyə aid olan mühüm beynəlxalq hüquqi mənbələr kimi istinad edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(051)-761/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(051)-761/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-1119/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1119/2023
26.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver