Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-112/2020 25.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı; Cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə Oğuz Rаyon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(054)-164/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(054)-164/2019 saylı qətnaməsi ilə (hakim Kamran Süleymanov) İddiaçı Cavabdeh1 qarşı qeyri-qanuni bağlanmış yolun açılması barədə iddia tələbi təmin edilməmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, iş üzrə müayinə və tədqiqat xərci olan 154,72 manat məbləğin İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Padar kəndi ərazisində yerləşən, özünün və ailə üzvlərinin mülkiyyətində olan 0,60 hektar torpaq sahəsinə avtomobillərin və piyadaların gediş-gəlişi üçün istifadə olunacaq 6 metr enində yolun və torpaq sahəsinin suvarılması üçün istifadə etdikləri su arxının açılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən Oğuz rayon Padar Bələdiyyəsi iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı öz iddia tələbinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Padar kəndində yaşayır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 61 nömrəli qərarı ilə Oğuz rayonu Padar kəndi ərazisindən 0,60 hektar torpaq sahəsi onun və ailə üzvlərinin paylı mülkiyyətinə verilmişdir. Həmin qərar əsasında qeyd edilən torpaq sahələri barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən onun və ailə üzvlərinin adına xx xxxxx 2006-cı il tarixli JN - 627F (KOD 40506018) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsi onun və ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə əvvəllər 6 metr enində avtomobil və piyada yolu, həmçinin suvarma işləri üçün su arxı olmasına baxmayaraq hazırda həmin yolun yerləşdiyi ərazi və torpaq sahəsini suvarmaq üçün uzun illərdən bəri istifadə etdikləri su arxı cavabdehlər tərəfindən bağlanmışdır. Bu səbəbdən onların torpaq sahəsinə gediş-gəlişi və suvarma işlərinin aparılması qeyri-mümkün olmuşdur. Ona və ailə üzvlərinə məxsus torpaq sahəsinə gedən yolun və su arxının keçdiyi torpaq sahəsi Oğuz rayon Padar Bələdiyyəsinin ərazisinə aid olsa da, həmin yoldan və su arxından o və ailə üzvləri də istifadə etdiklərindən yolun bağlanması bilavasitə onların mənafeyinə toxunur. Hazırki vəziyyətdə yol bağlı olduğundan onlar özlərinə məxsus torpaq sahəsinə gedib-gələ və öz torpaq sahələrində mövsümlə əlaqədar yerinə yetirilməli olan zəruri işləri həyata keçirə bilmirlər. O, Oğuz rayon Padar Bələdiyyəsinə və rayonun digər əlaqədar təşkilatlarına müraciət edərək cavabdehlər tərəfindən qeyri-qanuni bağlanmış yolun açılmasına köməklik göstərilməsini xahiş etmişdir. Onun müraciəti əsasında müvafiq orqanların əməkdaşları tərəfindən əraziyə yerində baxış keçirilmiş, onların mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun və su arxının cavabdehlər tərəfindən qeyriqanuni bağlandığı müəyyən edilmişdir. Yolun açılması cavabdehlərdən xahiş edilmiş, lakin cavabdehlər buna məhəl qoymamışlar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində islahatla əlaqədar onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinə gediş-gəliş yolundan və su arxından istifadə hüquqları məhdudlaşdırılmışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdehlər bağladıqları yolu açmadıqlarına görə o, məhkəməyə müraciət etməli olmuşdur. Hazırda o, Oğuz rayonu Padar kəndi ərazisində yerləşən, özünün və ailə üzvlərinin mülkiyyətində olan 0,60 hektar torpaq sahəsinə avtomobillərin və piyadaların gediş-gəlişi üçün istifadə olunacaq 6 metr enində yolun və torpaq sahəsinin suvarılması üçün istifadə etdikləri su arxının açılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddiaçının iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o və digər cavabdeh Oğuz rayonu Padar kəndində yaşayırlar. İddiaçı onların həmkəndlisi və qonşusudur. İddiaçı özünə və ailə üzvlərinə məxsus olan torpaq sahəsinə gediş-gəliş yolunun və torpaq sahəsinin suvarılması üçün istifadə edilən su arxının onlar tərəfindən bağlandığını iddia edir. Halbuku, əvvəllər həmin ərazidə belə bir yol mövcud olmamışdır. Həmin fakt mütəxəssis rəyi ilə də sübuta yetirilmişdir. O və ya digər cavabdeh əvvəllər mövcud olmuş hər hansı yolu və ya su arxını bağlamamışlar. Eyni zamanda, iddiaçının qeyd etdiyi torpaq sahəsinə digər ərazidən gedən yol bir neçə il əvvəl mütəxəssislər tərəfindən 4 metr enində açılaraq naturada göstərilmiş və həmin yol indi də ümumi istifadədə olan yoldur. İddiaçının iddia tələbində qeyd etdiyi ərazidə yolun açılması ilə onlara məxsus həyətyanı sahənin sərhədləri açıq vəziyyətdə qalmışdır. Ona görə də iddiaçının onlara qarşı olan hazırki iddia tələbini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 da iddiaçının iddia tələbini qəbul etməyərək mahiyyət etibarilə Cavabdeh1 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə iddiaçının onlara qarşı olan hazırkı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə, üçüncü şəxs Oğuz rayon Padar Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi-hüquq normalarını düzgün tətbiq etməməklə, prosessual-hüquq normalarının tələblərini pozmaqla həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən qəbul edilmişdir. Belə ki, mülki işin materiallarından da aydın görünür ki, onun şikayətinin, iş üzrə verdiyi izahatların və irəli sürdüyü dəlillərin, o cümlədən apelyasiya şikayətinin müəyyən edilməsi ilə əlaqədar təqdim etdiyi əlavə sübutların əsasını cavabdehin mübahisələndirilən yolun torpaq sahəsinə nəinki mülkiyyət, ümumiyyətlə heç bir subyektiv hüququnun olmaması təşkil edir. O, həmin yoldan 20 ilə yaxın müddətdir istifadə edir. Yolun torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Yol, kənd qəbiristanlığı ilə cavabdehlərə məxsus torpaq sahəsinin sərhəddində yerləşən kanalın kənarında onun tərəfindən açılmışdır. Onun, mərhum atasının mülkiyyətinə verilmiş və onun istifadəsində olan 1.29 ha torpaq sahəsinə yeganə yol mübahisələndirilən ərazidəndir. Digər tərəflər bataqlıqdır. xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyində də qeyd edildiyi kimi ona və ailə üzvlərinə məxsus xx xxxxx 2006-cı il tarixli JN-627F (KOD 40506018) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə torpaq sahəsinə gediş-gəliş yolu göstərilməmişdir. Eyni zamanda həmin mütəxəssis rəyində yolun cavabdehlər tərəfindən bağlanmadığı göstərilir. Lakin mütəxəssis onun mülkiyyətində olan 0.60 ha torpaq sahəsinə, mərhum atasının adına olan JN-626A saylı Şəhadətnamədə göstərilən 0.39 ha torpaq sahəsinə və uzun illər onun faktiki istifadəsində olan və bağ saldığı 0.30 ha torpaq sahəsinə (sənəddə və ya faktiki) hər hansı digər tərəfdən yolun olub-olmamasına rəydə münasibət bildirmir. Ən maraqlısı isə odur ki, cavabdehlər əvvəllər həmin ərazidən yol olmadığını, əvvəllər mövcud olmuş hər hansı yolu və su arxını bağlamadıqlarını, onun iddia tələbində qeyd etdiyi ərazidə yolun açılması ilə onlara məxsus torpaq sahəsinin sərhədlərinin açıq vəziyyətdə qalmasını qeyd edirlər. Necə olur ki, yol bağlanmır, lakin açılanda cavabdehlərin torpaq sahələrinin sərhəddi açıq vəziyyətdə qalır? Oğuz Rayon Məhkəməsi isə bütün bu dəlil və sübutları nəzərə almamış, onun hüquqlarını pozan qətnamə qəbul etmişdir. Ona görə də, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(054)- 164/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(054)-164/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək. şikayətin təmin edilməməsini və Oğuz Rаyon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(054)-164/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Oğuz Rаyon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(054)- 164/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2006-cı il tarixli JN-627F (KOD 40506018) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətlərindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 61 nömrəli qərarı ilə Oğuz rayonu Padar kəndi ərazisindən iddiaçı və onun ailə üzvlərinin paylı mülkiyyətinə 0,60 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2014-cü il tarixli A 495578 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2000-ci il tarixli 100/200 nömrəli qərarı ilə Oğuz rayonu Padar kəndi ərazisindən cavabdehlərin ailə üzvlərinin mülkiyyətinə 1,42 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyindən və həmin rəyə əlavə edilmiş, torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, Oğuz rayonu Padar kəndi ərazisində yerləşən, iddiaçı və onun ailə üzvlərinin adına tərtib edilmiş xx xxxxx 2006-cı il tarixli JN - 627F (KOD 40506018) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,60 hektar torpaq sahəsi ilə onların faktiki istifadəsində olan torpaq sahəsi qismən üstüstə düşür. Həmin torpaq sahələri arasında konfiqurasiya uyğunsuzluğu vardır. İddiaçı və onun ailə üzvlərinin adına tərtib edilmiş sənəddə onların torpaq sahəsinə gediş-gəliş yolu göstərilməmişdir. İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolu cavabdehlər tərəfindən bağlanmamışdır. (Aparılmış müayinə və tədqiqatın dəyəri 154,72 manat təşkil edir). Məhkəmə kоllegiyаsı tərəflərin iştirаklаrı ilə mübаhisəli tоrpаq ərаzisinə bаxış keçirərkən müəyyən etmişdir ki, iddiаçı və оnun аilə üzvlərinin аdınа tərtib edilmiş tоrpаğın mülkiyyətə verilməsinə dаir şəhаdətnаmədə göstərilən 0,60 hektаr tоrpаq sаhəsinə аvtоmоbillərin və piyаdаlаrın gediş-gəlişi üçün istifаdə оlunаcаq 6 metr enində yоl sənəd üzrə göstərilməsə də, fаktiki оlаrаq həmin yоl tərəflərin mübаhisələndirdiyi ərаzidə mövcuddur. Üzü şərq istiqаmətində durаrkən yоlun sаğ kənаr hissəsində sərhəd bоyu Oğuz rayon padar kəndinə məxsus qəbirstаnlıq yerləşir, sоl kənаr hissəsində isə sərhəd bоyu tоrpаq sаhələrinin suvаrılmаsı üçün nəzərdə tutulаn su аrxı yerləşir. İddiаçı bildirdi ki, 20 ilə yaxın bir müddətdir ki, оnа məxsus tоrpаq sаhəsinə gediş-gəliş üçün həmin yоldаn istifаdə edir, çünki mübаhisə predmeti оlаn yоldаn bаşqа оnа məxsus 0,60 hektаr tоrpаq sаhəsinə аvtоmоbillərin və piyаdаlаrın gediş-gəlişi üçün istifаdə оlunаcаq аlternаtiv yоl ümumiyyətlə nə sənəd üzrə, nə də ki, fаktiki оlаrаq yоxdur. Bаxış zаmаnı həmçinin müəyyən edilmişdir ki, iddiаçıyа məxsus 0,60 hektаr tоrpаq sаhəsinə аvtоmоbillərin və piyаdаlаrın gediş-gəlişi üçün istifаdə оlunаcаq аlternаtiv yоl yоxdur. Cаvаbdehlər bildirdilər ki, özünə məxsus tоrpаq sаhəsinə gediş-gəliş üçün iddiаçının istifаdə etdiyi mübаhisə predmeti оlаn yоl sənəd üzrə və fаktiki оlаrаq оnlаrа məxsus tоrpаq sаhəsinin əhаtəsi dаxilində yerləşir. İş üzrə qanuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2776/2019 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 31906 nömrəli rəyindən görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi M.Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Oğuz rayon Aqrar islahat Komissiyasının xx xxxxxxxx 2000-ci il tarixli 100/200 nömrəli qərarı ilə Oğuz rayon Padar kəndi sakinləri olan cavabdehlər və onların ailə üzvlərinin mülkiyyətinə verilmiş, xx xxxx 2014-cü il tarixli A 495578 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilən 1,42 hektar torpaq sahəsinin sənədi dəyişdirilərək Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən **********03-10301 çıxarış verilmişdir. Həmin çıxarışın torpaq sahəsinin planı hissəsində göstərilən döngə nöqtələri ilə vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələri qismən üst-üstə düşür. Cavabdehlərin sənəd üzrə və faktiki torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi M.Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, tərəflərin mübahisələndirdyi torpaq sahəsi sənəd üzrə (su arxı ilə qəbirstanlıq arasında hissə) cavabdehlər və onların ailə üziərinə verilmiş torpaq sahəsinin hüdudları xaricindədir. - **********03-10301 nömrəli çıxarışda torpaq sahəsinin planı hissəsində göstərilən 1.42 hektar torpaq sahəsi ilə Oğuz rayonu Padar kənd qəbirstanlığı arasında Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi var, ölçüləri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Ekspert rəyi ilə müəyyən edilir ki, cavabdehlərin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi ilə kənd qəbrstanlığı arasında həm su arxı, həm də boş torpaq sahəsin vardır. Həmin su arxı və boş torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və cavabdehlər həm su arxını, həm də torpaq sahəsini öz mülkiyyətində olan torpaq sahəsi hesab edirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 61 nömrəli qərarı ilə Oğuz rayonu Padar kəndi ərazisindən iddiaçı və onun ailə üzvlərinin paylı mülkiyyətinə 0,60 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair iddiaçı və ailə üzvlərinin adına Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2000-ci il tarixli 100/200 nömrəli qərarı ilə cavabdehlərin ailə üzvlərinin mülkiyyətinə də Oğuz rayonu Padar kəndi ərazisindən 1,42 hektar torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair onların adına Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Hazırda iddiaçı özünün və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə əvvəldən 6 metr enində avtomobil və piyada yolu, həmçinin suvarma işləri üçün su arxı olduğunu, həmin yolun yerləşdiyi ərazi və torpaq sahəsini suvarmaq üçün uzun illərdən bəri istifadə etdikləri su arxının cavabdehlər tərəfindən bağlandığını iddia edərək onların mülkiyyətində olan 0,60 hektar torpaq sahəsinə avtomobillərin və piyadaların gediş-gəlişi üçün istifadə olunacaq 6 metr enində yolun və torpaq sahəsinin suvarılması üçün istifadə etdikləri su arxının açılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisəli ərazidə iddiaçının bəyan etdiyi kimi, avtomobil və piyada yolu üçün nəzərdə tutulmasa da, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi, həmçinin suvarma işləri üçün su arxı vardır. Həmin hal məhkəmə ekspertizasının rəyi ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X1rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ-subyektin onа mənsub əmlаkа öz istədiyi kimi sаhib olmаq, ondаn istifаdə etmək və onа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qorunаn hüququdur. Həmin Məcəllənin 170.2-ci mаddəsinə əsаsən qonşu torpаq sаhələrinin və yа digər dаşınmаz əmlаkın mülkiyyətçiləri, qаnundа nəzərdə tutulmuş hüquq və vəzifələrdən əlаvə, bir-birinə qаrşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyаtа keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 67-ci mаddəsinin 1-ci bəndinə əsаsən torpаq sаhələri üzərində hüquqlаr qаnunlа müəyyən edilmiş qаydаdа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçirilməlidir. Həmin mаddənin 4-cü bəndinə əsаsən torpаq sаhələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqlаrın müdаfiəsinə və toxunulmаzlığınа dövlət təminаt vermir. Həmin Məcəllənin 68-ci mаddəsinə əsаsən torpаq sаhələri üzərində hüquqlаr torpаq sаhələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onlаrın yerquruluşu plаnlаrının və təsvirlərinin tərtib edilməsindən, torpаq sаhələrinin verilməsi bаrədə müqаvilənin bаğlаnmаsındаn və onun müəyyən olunmuş qаydаdа dövlət qeydiyyаtındаn keçirilməsindən sonrа yаrаnır. Həmin Məcəllənin 111-ci mаddəsinin 1-ci bəndinə əsаsən Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı qаnunlа qаdаğаn olunur. Həmin Mаddənin 2-ci bəndində göstərilir ki, özbаşınа tutulmuş torpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyəti üzrə geri qаytаrılmаlıdır. Həmin Məcəllənin 111-ci mаddəsinin 3-cü bəndinə əsаsən torpаqlаrın əvvəlki vəziyyətə gətirilməsi (orаdа olаn binаlаrın, tikililər və qurğulаrın sökülməsi də dаxil olmаqlа) torpаqlаrı zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və yа onlаrın hesаbınа həyаtа keçirilir. Birinci instansiya məhkəməsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolu nəzərdə tutulmadığı gənaətinə gəlsə də, nəzərə almamışdır ki, iddiaçının əvvəllər yol kimi istifadə etdiyi su arxının və torpaq sahəsinin cavabdehlərə heç bir aidiyyəti yoxdur, bələdiyyə mülkiyyətində olmaqla cavabdehlər tərəfindən qanunsuz zəbt edilmişdir. Göründüyü kimi iddiaçı, mülkiyyətində olan torpaq sahəsinə gediş-gəlişi üçün cavabdehlərin mülkiyyətində olan 1,42 hektar torpaq sahəsi ilə Oğuz rayonu Padar kənd qəbirstanlığı arasında bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə etmişdir. Hazırda da iddiaçının həmin bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə cavabdehlər tərəfindən maneçilik törədilir. Cavabdehlərin iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,60 ha torpaq sahəsinə başqa yerdən yol olması göstərdikləri həqiqətə uyğun deyildir və iş materialları ilə təkzib olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının torpaq sahəsinə gedən başqa yol olmuş olsaydı belə, bu cavabdehlərə bələdiyyə mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulmuş su arxını və torpaq sahəsini qanunsuz bağlamağa əsas vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının qanununun 33-cü maddəsinin 1-ci hissəsinə görə bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına və sadalanan qanunvericilik normalarına əsasən qeyd edir ki, sözügedən su arxı və torpaq sahəsi tərəflərdən heç birinin mülkiyyətində deyildir və ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Belə olan halda hər iki tərəf, o cümlədən bələdiyyə sakinləri həmin su arxından və torpaq sahəsindən bərabər şəkildə istifadə etmək hüququna malikdir və cavabdehlər sözügedən su arxından və torpaq sahəsindən keçid kimi iddiaçının istifadəsinə maneçilik törətməkdə haqlı deyillər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət verməmiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli, Oğuz Rаyon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(054)-164/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, Oğuz rayonu Padar kəndi ərazisində yerləşən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən bağlanmış İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,60 hektar torpaq sahəsinə gediş-gəlişi üçün istifadə olunacaq torpaq sahəsi və torpaq sahəsinin suvarılması üçün istifadə etdikləri su arxı ekspert və mütəxəssis rəylərinə əlavə edilmiş sxemə uyğun olaraq açılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına, eyni zamanda torpaq sahələrinin inventarladırılmasına dair ekspertiza xərcinin dəyri olan 256,42 manat məbləğində pulun 128,21 manat hissəsi İddiaçı, 128,21 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin birinci instansiya məhkəməsində torpaq sahələrinin inventarladırılmasına dair ekspertiza xərcinin dəyri olan 154,72 manat məbləğində pulun 77,36 manat hissəsi İddiaçı, 77,36 manat hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, xxxx MMC VÖEN: **********, Hesab N: AZ23AİİB********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Oğuz Rаyon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(054)-164/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Oğuz rayonu Padar bələdiyyəsinin mülkiyyətində olan Padar kəndi ərazisində yerləşən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən bağlanmış İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,60 hektar torpaq sahəsinə gediş-gəliş üçün istifadə olunacaq torpaq sahəsivə su arxı ekspert və mütəxəssis rəylərinə əlavə edilmiş sxemə uyğun olaraq açılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına, eyni zamanda torpaq sahələrinin inventarladırılmasına dair ekspertiza xərcinin dəyri olan 256,42 manat məbləğində pulun 128,21 manat hissəsi İddiaçı, 128,21 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin birinci instansiya məhkəməsində torpaq sahələrinin inventarladırılmasına dair ekspertiza xərcinin dəyri olan 154,72 manat məbləğində pulun 77,36 manat hissəsi İddiaçı, 77,36 manat hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulsun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, xxxx MMC VÖEN: **********, Hesab N: AZ23AİİB********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Ayaz Mahmudov Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2(107)-112/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-112/2020
25.02.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver