Məhkəmə qərarları › İş №2(107)-112/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-112/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-112/2025 27.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: podrat müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, İddiaçı оğlu; Cаvаbdеh Cavabdeh iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(025)-711/2024 nömrəli qətnaməsindən cаvаbdеhin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Tərəflər Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 12 (təzə ünvan 154) ünvanında yerləşən və İddiaçı məxsus olan fərdi yaşayış evində 1 və 2-ci mərtəbənin parketinin vurulması, cilalanması (şrifovka), laklanması, kantlarının (plintusları) vurulması, evin pilləkənlərinin - taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının (perilasının) vurulması, cilalanması (şrifovka) və laklanması, evin mansartının - taxta işləri və saunanın - taxta işləri görülməsi ilə bağlı şifahi razılığa gəlmişlər. İddiaçı iddiasına görə, cavabdeh hissə-hissə işlərin görüləcəyi vədini verərək razılaşdıqları məbləğin dəyərini artıraraq ümumilikdə iddiaçıdan 55000 (əlli beş min) manat pul almışdır. Həmin məbləğdən 22000 (iyirmi iki min) manat məbləğində təmir işləri görülmüş, sonra isə aralarında sövdələşmə pozulmuş və iddiaçıya 33000 (otuz üç min) manat borcu qalmışdır. Cavabdeh həmin məbləği ödəyəcəyini bildirsə də bu günə qədər üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təmir işlərinə görə qabaqcadan ödənilmiş puldan işin yerinə yetirilməmiş hissəsinə görə qalıq qalmış 33.000 manatın, həmçinin vəkilə göstərdiyi xidmət üçün ödənilmiş 200 manatın və ödənilmiş 186 manat dövlət rüsumunun xeyrinə tutulması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə pr-ti 12 ünvanında (təzə ünvan 154) yerləşən fərdi yaşayış evimi əsaslı təmir etdirmək istəyirmiş. Bu məqsədlə İntiqam adlı qonşusunun yeznəsi Cavabdeh ilə təmir işləri barədə 2023-cü ilin mart-aprel aylarında sövdələşmişlər. Aralarındakı razılığa görə o, usta kimi ona məxsus adı çəkilən evin əsalı təmir işləri barəsində, o cümlədən evin qapılarını, piləkənlərini, parket işlərini, evin zirzəmisində olan sauna işlərini görməli imiş. Görüləcək işlərin qiyməti barədə evin 11 qapısı, hər bir qapı 700 manat olmaqla 7.700 manat, parket işlərinin görülməsi üçün ona, birinci mərtəbə üçün 6.500 manat, ikinci mərtəbə üçün 4.500 manat, sauna üçün materiallarla birlikdə 2.000 manat, iki mərtəbənin piləkələri üçün 13.000 manat, cəmi bütün təmir işləri üçün 35.700 manata razılaşmışlar. İşə başlamazdan əvvəl o, ona təklif etmiş ki, onun başqa yerdə görüləsi işləri var, həmin işlər üçün ona 7.500 manat pul lazımdır, 7.500 manat pulu ona versin, həmin işləri yerinə yetirdikdən sonra onun işlərinə başlayacaqdır, etiraz etməmiş və işə başlamazdan qabaq 2023-cü ilin martında ona 7.500 manat pul vermiş, bir müddət sonra, işlərinə başlamaq üçün razılaşdıqları məbləğdən ona əlavə olaraq pul verməyini istəmiş, inandığı üçün etiraz etməmiş, hissə-hissə üst-üstə razılaşdıqları məbləği aşmaqla, başqa işlərin də görüləcəyi vədini verərək 2023-cü ilin aprel ayına kimi ondan 55.000 manat pul aldıqdan sonra işə başlamışdır. Razılaşdıqları işlərdən heç birini tam olaraq yerinə yetirmədən, işləri yarımçıq qoyaraq, müxtəlif bəhanələrlə işi yerinə yetirməkdən yayınmağa başlamışdır. Etdiyi bütün cəhdlər nəticə verməmiş, aralarındakı səs yazıları vardır, həmin səs yazılarında başqa yerdə olan işlərini qurtarıb, evində yarımçıq qalmış işləri görəcəyini bildirmiş, lakin gəlməmiş, işləri yarımçıq qoymuşdur, işlərin yarımçıq qalmasını əks etdirən foto şəkillər çəkilmiş, yarımçıq qalmış işləri başqa usta yerinə yetirmişdir. Cavabdehə verdiyi 55.000 manatdan cəmi 22.000 manatlıq təmir işləri görülmüş və qalan işlər üçün onun hazırda ona 32.000 manat borcu qalmışdır. Aralarındakı münasibətlər pozulduğundan və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ondan artıq aldığı 33.000 manat pulu qaytarmağa əvvəl söz versə də, sonradan vədinə ələl etməyərək 2023-cü ilin noyabr ayından ondan gizlənməyə başlamış və telefon zənglərinə cavab vermir. Cavabdeh aralarındakı şifahi razılaşmanın şərtlərini pozmuş, üzəinə götürdüyü öhdəliyi qüsurla, yarımçıq yerinə yetirmiş, artıq ödənilmiş 32.000 manat pulun qaytarılmasını tələb etmiş, lakin pulu qaytarmaqdan müxtəlif bəhanələr gətirərək əvvəllər yayınmış, sonra isə imtina etmiş, məcburiyyət qarşısında qalaraq məsələ ilə məhkəməyə müraciət etməli olmuşdur. Görülmüş təmir işlərinin yarımçıq qalması barədə cavabdehlə aralarındakı danışıqları özündə əks etdirən telefon mesajları, pulun verilməsində iştirk etmiş və bu işdən xəbərdar olan şəxslər sübut növü kimi məhkəməyə təqdim olunacaqdır. Ona məxsus fərdi yaşayış evində təmir işlərinin aparılması üçün tərəflərin hüquq və vəzifələrin müəyyən edilməsi barədə cavabdehlə aralarında yazılı müqavilə olmasa da, şifahi razılaşmaya əsasən üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırdığından, təmir işlərinə görə ondan qabaqcadan aldığı puldan qalıq qalmış 33.000 manat məbləğində pulun cavabdehdən xeyrimə tutulması zəruridir. Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan qabaqcadan ödənilmiş puldan işin yerinə yetirilməmiş hissəsinə görə qalıq qalmış 33.000 manatın, həmçinin vəkilə göstərdiyi xidmət üçün ödənilmiş 200 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini qəbul etmir, tamamilə əsassız və iddiaçının öz mülahizələrinə uyğun olaraq tərtib edilmiş ərizə böhtan və yalan məlumatlarla doludur. İddiaçı 30 ildir ki, tanıyır. Belə ki, o, ev alqı-satqısı ilə məşğul olurmuş və o da həmin dövrdlərdə kirayə ev axtarışında olarkən onunla münasibətləri yaranmışdır. 2023-cü ilin təxminən mart-aprel aylarında yaxın yoldaşın evini satması üçün Nüsrətə müraciət etdikdə o, ona bildirmiş ki, bəs neçə vaxtdır ki, onu axtarır, çünki evinin təmiri üçün ona lazım imiş. Bunda sonra onun Xətai r-nu, Gəncə prospektində yerləşən 4 mərtəbəli fərdi yaşayış evinə gəlmişlər və həmin evdə ölçü işlərini aparmışlar. Ona bildirmiş ki, evin pilləkənlərini, parket işini, mansart hissəsini saunanı, qapıları və parketin naxış hissələrini təmir etdirmək istəyir. İlk dəfəsində işə başlamamışdan öncə ona 3500 manat pul vermiş və bildirmiş ki,ona sənin işin lazımdır, başqa yerdə iş götürməsin və çağıranda gəlib işə başlasın. Təxminən 1 ay sonra evə işə başlamaq üçün gəlmiş, birinci mərtəbəni ölçüb parketini sifariş etmiş və parket gələndə malın dəyəri olan 5000 manat pulu malı təhvil verən sürücüyə verərək yola salmışlar. Birinci mərtəbənin parket işini tamamlamış və ona 1000 manat ödəniş etmişdir. Hətta parketin üstündə olan naxış işlərini də görüb bitirmişdir. Sonra ikinci mərtəbənin parketini sifariş vermişlər və eynilə parket təhvil veriləndə malın dəyəri olan 5500 manat pulu sürücü ilə yola salmışlar. İkinci mərtəbənin parket işini bitirdikdə ona 700 manat ödəniş etmiş və bildirmiş ki, otaqların kənarını naxışlı istəyir və o da naxışları öz hesabına alaraq yerinə yetirmişdir. Üçüncü mərtəbənin döşəməsinə vurulacaq laminatı özü almış və o da övladı ilə birgə işləmişlər. Sonra bütün mansartın 400-500 metrlik tavan hissəsinin kant sistemini materialı ondan olmaqla işləmiş və bu işə görə ona 1000 manat pul ödəmişdir. Bundan sonra saunanın cökə ağacından olan materialını gətirtmiş və həmin materialın enli olmasını bildirərək nisbətən ensizini gətirməyimi istəmiş və o da ensiz olanını təşkil etmiş və saunanı da yığıb təhvil vermişdir. Əvvəlki gətirdiyi materialın pulunu isə ödəmədən özü üçün istifadə etmişdir. Daha sonra üç mərtəbənin 1.80-2 metrlik ölçüdə olan taxta pilləkəninin materiallarını gətirtmiş və buna görə də 4000 manat ödəniş etmişdir. Pilləkənin fiqurları üçün isə 2000 manat pul ödənişini etmişdir. Beləliklə o pilləkənləri tam yerinə yığmış və bundan sonra gördüyü işlərə görə pul istədikdə ona bildirmiş ki, pul vermiş, işini bitirərsən sonra pulunu alarsan. O isə ona aralarında olan razılığa görə gördüyü işlərin müqabilində pulunu alacağı barədə razılaşdıqları nəzərinə çatdırdıqda ona aqressiv şəkildə bildirmiş ki, lazım olsa onu burada zəncirləyib işlədər ifadəsini işlətmişdir. Bundan sonra aralarında narazılıq yaranmış və işini qaldığı hissədə yekunlaşdıraraq oradan getmişdir. Ümümilikdə gördüyü işlərə görə ona zəhmət haqqı kimi ayrı-ayn vaxtlarda 3500, 2400, 1000, 200, 700 və 500 manat ödənişlər etmişdir. Yuxarıda göstərdiyi qalan pullar isə evə işlənən malmateriallar üçün iddiaçı tərəfindən edilmiş ödənişlər olmuşdur. İddia ərizəsində göstərildiyi kimi təmir işləri üçün 35700 manat razılaşmaqla bağlı göstərilənlər tamamilə əsassız və yalandır. Qeyd etdikləri ilə bağlı kifayət qədər şahidləri vardır və zərurət olarsa məhkəmə iclasında dindirilmələri tərəfindən təmin ediləcəkdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək ifadəsində göstərmişdir ki, onlar 30 ildir birbirlərini tanıyırlar, iddiaçı kiçik qaynının qonşusudur. Bir gün iddiaçıya zəng edərək"ev var onu sata bilərsənmi?” deyə soruşmuşdur. Nüsrət də ona demiş ki, neçə vaxtdır onu axtarır. Evinin təmir işini ona vermək istəyir. O da razılaşmışdır. Oturub kafedə söhbət etmişlər. Görülməli işlərə qapılar, parket, pilləkən, mansar, sauna daxil imiş. Nüsrət demiş ki, iş hələ başlamayacaq, başlayanda özü xəbər edəcəkdir. O da bildirmiş ki, əgər dəqiq söhbətdirsə işini bilsin, başqa iş götürməsin. Kafedə oturub söhbət edəndə 3500 manat ona pul vermiş ki, götür bu pulu, işi 100 faiz o görəcəkdir və başqa iş götürməsin, lazımdırsa özünə xərcləsin. Onsuz da ona pul verəcəkdir. 1 ay sonra zəng eləmiş ki, gəl işə başla. Parketdən başlamaq qərarına gəlmişlər. Aralarında o qədər böyük münasibət var imiş ki, ümumi xərci razılaşdırmamışlar. Ona demişdir ki, narahat olma qardaş kimi arxandadır. İşə parketlə başlamış. Nüsrət ona demiş ki, sən al gətir,o pulunu həll edecəkdir. Birinci dəfə 100 kvadrat metr parket gətirmişdir. O da gətirdiyi parketin pulunu, yəni 5500 manat vermişdir. O isə həmin pulu parketi gətirdikləri sürücüyə vermişdir. Daha sonra parket işinə başlamışdır. 1-ci mərtəbənin parketini vurmuşdur. Aralarında münasibət çox geniş olduğundan demiş ki, zalın parketinin naxışlarını ona hədiyyə edəcəkdir. Parketin naxışlarının hər birini salmışdır.Təkcəşiprofka eləməmişdir. Ola bilsin ki, 1-2 xırda detal qala bilərmiş. Amma kantları, lüstur altlarınadək hər bir yeri işləmişdir. Daha sonra 1ci mərtəbə 120 kvadrat metr olduğuna görə 2-ci dəfə 20 kvadrat metr parket gətirmişdir. Onun üçün də 1000 manat pul vermişdir. 20 kvadrat metr parketi də vurduqdan sonar 2-ci mərtəbənin parketini vurmağa başlamışdır. Ora da 120 kvadrat metr imiş. Lakin 2-ci mərtəbədə parketi diaqonaldan-diaqonala vurduğu üçün parket çatmamış və əlavə 18 kvadrat metr parket də gətizdirmişdir. Bunlar üçün ümumilikdə 6000 manat pul vermişdir. Həmin parketin qiyməti əslində 80 manatdır. Sadəcə o qiymətə təşkil eləmişdir. Qardaş kimi olduqları üçün 2-ci mərtəbənin parketini vurarkən təklif etmiş ki, bu mərtəbənin otaqlarına da kant vursunlar. Onun qiyməti də həmin pulun içərisində imiş. 2-ci mərtəbənin də parketlərini kant vuraraq tamamlamışdır. İşlər gedərkən bir gün Nüsrət zəng etmiş ki, onun pula ehtiyacı var, onsuz da işləyir, 2600 manat lazımdır. Pulu verəndə 2400 manat vermişdir. Nüsrətə demiş ki, onun 2600 manatla işi düzəlir. Çıxarıb 200 manat da vermişdir. Pilləkən işi başlamadığı üçün 1-ci və 2-ci mərtəbədə yalnız şiprofka işi qalmışdır. Bundan sonra 3-cü mərtəbəyə keçmiş. 3-cü mərtəbədə laminantı özü almışdır. Ona görə və bir də mansarın bütün kantları üçün ona 1000 manat pul vermişdir. Parket işi qurtardıqdan sonra 2-ci mərtəbənin ortasına 1 ədəd lüsturaltı gətirib vurmuşdur. Bundan sonra pilləkən işinə keçmişdir. Pilləkənin ancaq pillələrinin materialını gətirmişdir. Onun üçün də 4000 manat pul vermişdir. 1-ci mərtəbədən 3-cü mərtəbəyə qədər pillələri hazırlayıb yerinə yığmışdır. Qıraqların kalonlarını, naxışları yığmışdır. Təkcə bariskalar və perlanın qoyulması qalmışdır. İşləyən müddətdə xırda-xırda pullar da alırmış. 2 dəfə 500 manat, bir dəfə 200 manat, bir dəfə 300 manat lazım olduqca pul almışdır. Pilləkənin pillələri bitdikdən sonra demiş ki, baleskalar hazırlanmalıdır. Baleskaların müxtəlif modellərini gətirmiş və hər birinin qiymətini söyləmişdir. Seçdiyi baleskanın bahalı olduğunu demişdir. Nüsrət isə demiş ki, narahat olma,onluqdur. Hazırlayıb gətirdikdən sonra demiş ki, qabaq tumbalar çox qəşəng tumbalar olsun. Tumbaları 1600 manata danışmışlar. Baleskalar üçün də 2000 manat vermişdir. Penaları özü hazırlamışdır. Pilləkəni yığdıqdan sonra saunaya keçmişdir. Demiş ki,saunanı onun üçün neçəyə yığarsan? O da bildirmişdir ki, 2000 manat hələ materialı edir. Nüsrət isə demiş ki, o, material ilə birlikdə1500 manat pul verə bilər. Saunanı 1500 manata danışmışlar. Saunanın cökə taxtasını gətirmişdir. Materialı gətirdikdən sonra şəkillərdə görmüş ki, ensiz material daha gözəl görünür. Demiş ki, qardaş bu material da həm düyün var, həm də ensiz daha gözəl görünür. Sonra təzə material gətirsin. Gətirdikdən sonra əlavə pul almamışdır. Sonradan gətirdiyi materialı vurmuşdur. 1-ci gətirdiyi sauna materialı isə qalmış, qaytarmamışdır. Onu da özü besetkasına işlətmişdir. Onun üçün də əlavə pul almamışdır. Saunanı yığdıqdan sonra ona demiş ki, onun Gəncədə oğlunun işi var. Neçə ildir ordan çörək yeyir. Gedib onun işini görüm gəlib sənin işini davam edəcəkdir. Gedib həmin adamın işini görmüş, lakin bitirə bilməmişdir. Ona zəng edəndə demişdir ki, 3 günə, 5 günə gələcəkdir. Sonra Nüsrətə demiş ki, əgər bunu yarımçıq qoyub gəlsə,onun yanında fikirli-fikirli işləyəcəkdir. İşini bitirib gəldikdən sonra Nüsrət onunla mübahisə etmişdir. O da səhvini başa düşmüşdür. Nüsrətə demiş ki, bir səhvdir etmişdir,axı onlar qardaşdır, o da onun balasıdır. İşini görməsə problemə düşə bilərmiş. Kafedə söhbət edərkən Nüsrət ona demiş ki, onun işini yarımçıq qoyduğuna görə polis çağırar. Başqa bəzi ifadələr işlətmiş və demiş ki, lazım gəlsə ayağına zəcir bağlayıb onu işlədəcəkdir. Bundan sonra öz-özünə demiş ki, gündəlik pul almamış işləməyəcəkdir. Mağazaya borcu olduğu üçün, yanında işləyən işçilərə çörək pulu vermək üçün pul istəmişdir. Bir dəfə 180 manat pul vermis,sonradan pul verməmişdir. İddiaçının tələbi əsassızdır. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında X6 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun qonşusudur. Arif onun yanında Nüsrətdən pul almışdır. Bir günün içində sauna üçün 2000, yoldaşının onkologiya xəstəliyinə görə 3000 manat pul almışdır. 2023-cü ilin may ayı imiş. Onların arasında mübahisə yarananda kafedə oturmuşlar. Nüsrət Arifə demiş ki, onun pullarını geri qaytarsın, qalan işləri başqası görəcəkdir. O, 55 min manat pul hesablamış və demiş ki, gördüyün işlərin pulunu çıxıb qalanını qaytar. Arif də demiş ki, pulu yoxdur, gəlib qalan işləri görəcəkdir. Nüsrət isə razılaşmamışdır. O isə Nüsrətə demiş ki, Arifin pulu yoxdur, gəlib işləri görsün. Məhkəmə iclasında X7 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun tanışıdır. O, Nüsrət müəllimin evində qalan işləri görən ustadır. Baleskalar, malyarka, parketin yarımçıq içləri və digər işlər onun tərəfindən görülmüşdür. Qapılar, pilləkənlər birlikdə 22000 manat pul almışdır. Məhkəmə iclasında X9 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, o, Nüsrət bəyin maliyyə işlərini görür. Ona 2000 min manat vermiş ki, Arif usta ilə birlikdə qapılar üçün getsin. Rasim ustanın yanına çatanda 2000 stolun üstünə qoymuş və institutdan çağırdıqları üçün getməli oldmuşdur. Bundan sonra Arif usta 1000 manat yenidən istəmişdir. Sonradan məlum olmuş ki, Arif usta həmin pulları Rasimə verməmişdir. Məhkəmə iclasında 15 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X2 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh onun qohumudur. Arif dayının yanında İddiaçı evində 1 ay 20 gün işləmişdir. Onun oğlu Xaqani ilə birlikdə parketləri vurmuşlar. Arif dayıdan gördüyü işə görə 1970 manat pul almışdır. "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xİdməti” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 42 nömrəli Hesabatda göstərilmişdir ki, yarımçıq qalmış təmir işinin tam başa çatdırılmasında görüləcək işlərin siyahısı 1. Parketin alınması - 20 m2 2. Parketin vurulması zəhmət haqqı - 20 m2 3. Parketin 165 m2 üzərində naxışların işlənməsi 4. Parketin cilalanması zəhmət haqqı 5. Parketin dolğusu və laklanması zəhmət haqqı 6. Parketin doğusu (material) 7. Parketin plintusları (material) 8. Parketin plintuslarının vurulması zəhmət haqqı zəhmət haqqı 9. Pilləkan qəfəsinin əl tutacağının və tumbalar böyük tumba-11 ədəd balaca tumba-126 ədəd (material) 10.Pilləkan tumbalarının başlığı (2 ədəd) 11. Pilləkan qəfəsinin əl 12.Daxili qapıların alınması və quraşdırılması (12 ədəd) tutacağının quraşdırılması və boyalanması 13.Sauna otağının qapısının alınması və quraşdırılması (1 ədəd) Tikinti materiallarının dəyəri və zəhmət haqqı 1. Parket 20 m2 x 65 manat = 1300 manat 2. Parketin vurulması 20 m2 x 50 manat = 1000 manat 3. Parketin üzərində naxışların işlənməsi (165 m2zəhmət haqqı) - 5500 manat 4. Parketin cilalanması, dolğulanması və laklanması (material və zəhmət 220 m2 - 5300 manat haqqı) 5. Parketin plintusları (material və zəhmət haqqı) 25 metr - 1900 manat 6. Pilləkan qəfəsinin tumbaları, böyük tumba-11 ədəd, balaca tumba-126 ədəd, 2 ədəd tumba başlığı quraşdırılması və boyalanma işləri (material zəhmət haqqı)- 10500 manat 7. Daxili qapılar (material zəhmət haqqı)- 1 ədədi 1000 manat x 12 ədəd = 12000 manat spubukasi Bakthaqqı) 8. Sauna otağının qapısının dəyəri quraşdırılması ilə birlikdə (zəkmət 1 ədəd - 550 manat təşkil edir. Qəbələ Rayon Məhkəməsinin 26 avqust 2024-ci il tarixli, e-2(025)-711/2024 nömrəli qətnaməsi (hakim: A.Əliyev) ilə, Cavabdeh 33000 (otuz üç min) manat məbləğində pul, 200 manat vəkil xidmət haqqı və 186 manat dövlət rüsumu olmaqla, ümumilikdə 33386 (otuz üç min üç yüz səksən altı) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı evin təmiri üçün Cavabdeh ümumilikdə 55000 (əlli beş min) manat pul verdiyini, lakin cavabdehin onun evində 22000 (iyirmi iki min) manatlıq təmir işləri gördüyünü, ona 32000 (otuz iki min) manat borcu qaldığını göstərib, həmin pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edərkən tələbinin əsası kimi istinad etdiyi halları şahidlərin verdiyi ifadələrlə və ekspert rəyi ilə əsaslandırmağa çalışmışdır. Cavabdeh isə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində və məhkəmə zamanı ifadəsində iddiaçıya borcu qalmadığını bildirmişdir. İşin qeyd olunan halları ilə birmənalı olaraq sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh arasında xidmətlər göstərilməsi ilə bağlı aralarındakı şifahi razılıq (müqavilə) mövcud olmuş, həmin şifahi razılığa (müqaviləyə) əsasən də iddiaçı tərəfindən cavabdehə evin təmiri üçün müəyyən məbləğdə pul verilmişdir. Cavabdeh isə iddiaçıdan evin təmiri üçün ümumilikdə 55000 manat aldığını etiraf etməsə də, ondan mal material ilə birlikdə 30980 manat pul aldığını, lakin iddiaçıdan aldığı pulların çox hissəsini evin təmiri üçün alınan materiallarına verdiyini qeyd etmişdir. Həmçinin məhkəməyə bununla bağlı çoxlu şahid dəvət edə biləcəyini qeyd etsə də, məhkəməyə cavabdeh tərəfindən bir şahid dəvət edilmiş, həmind şahid X2 ifadəsində işinə görə Cavabdeh ümumilikdə 1970 manat aldığını qeyd etsə də, Cavabdeh İddiaçı aldığı pulları materiallara xərcləməsi barədə heç nə deməmişdir. X1 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı 2023-cü ilin mayın ayında Cavabdeh ilə onunla birlikdə görüşən zaman İddiaçı Cavabdeh ümumilikdə 55000 (əlli beş min) manat verdiyini qeyd etmiş, işlədiyi işin əvəzini çıxmaqla qalan pulunun qaytarılmasını tələb etmişdir. Lakin həmin vaxt Cavabdeh 55000 manat qiymətə etiraz etməmiş, ancaq pulu qaytara bilməyəcəyini, əvəzində işlərin yekunlaşdırmasını istıdiyini bildirmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, işin qeyd olunan halları ilə birmənalı olaraq sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh arasında xidmətlər göstərilməsi ilə bağlı aralarındakı şifahi razılıq (müqavilə) mövcud olmuş, həmin şifahi razılığa (müqaviləyə) əsasən də iddiaçı tərəfindən cavabdehə evin təmiri üçün müəyyən məbləğdə pul verilmişdir. Cavabdeh isə iddiaçıdan evin təmiri üçün ümumilikdə 55000 manat aldığını etiraf etməsə də, ondan mal material ilə birlikdə 30980 manat pul aldığını, lakin iddiaçıdan aldığı pulların çox hissəsini evin təmiri üçün alınan materiallarına verdiyini qeyd etmişdir. Həmçinin məhkəməyə bununla bağlı çoxlu şahid dəvət edə biləcəyini qeyd etsə də, məhkəməyə cavabdeh tərəfindən bir şahid dəvət edilmiş, həmind şahid X2 ifadəsində işinə görə Cavabdeh ümumilikdə 1970 manat aldığını qeyd etsə də, Cavabdeh İddiaçı aldığı pulları materiallara xərcləməsi barədə heç nə deməmişdir. X1 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı 2023-cü ilin mayın ayında Cavabdeh ilə onunla birlikdə görüşən zaman İddiaçı Cavabdeh ümumilikdə 55000 (əlli beş min) manat verdiyini qeyd etmiş, işlədiyi işin əvəzini çıxmaqla qalan pulunun qaytarılmasını tələb etmişdir. Lakin həmin vaxt Cavabdeh 55000 manat qiymətə etiraz etməmiş, ancaq pulu qaytara bilməyəcəyini, əvəzində işlərin yekunlaşdırmasını istıdiyini bildirmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə evin təmiri üçün 55000 manat verildiyi müəyyən edilmişdir. Eyni zamanda cavabdeh üzərinə götürdüyü evin təmiri barədə öhdəliyi qismən yerinə yetirməsini də həm məhkəməyə göndərdiyi etiraz ərizəsində, həm də məhkəmə zamanı ifadəsində etiraf etmişdir. Cavabdeh iddiaçı tərəfindən ona verilən pulların xeyli hissəsini evin materialları üçün xərclədiyini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin –385.1, 442, 752, 759, 760-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin – 14, 77.1, 80, 88 119 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cаvаbdеhin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin həqiqi hallarına uyğun gəlmir və məhkəmə düzgün olaraq tərəflər arasında podrat münasibətlərinin olduğu qənaətinə gəlsə də, həminmünasibətləri tənzimləyən mülki qanunvericilik normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Məhkəmə elektron kabinetə yerləşdirilməyən,məhkəmədə hər hansı müzakirəsi aparılmayan, iddiaçı tərəfindən məhkəməyə xəbərimiz olmadan hansısa formada təqdim edilmiş mütəxəssis rəyinə istinad edərək qətnamədə evin təmirinə çəkilən və çəkiləcək xərclərlə bağlı rəyi sübutlar siyahısında qeyd etmişdir. Cavabdeh iddiaçı ilə aralarında olan razılığa əsasən öhdəsinə götürdüyü işlərin görülməsini başa çatdırmış yalnız evin pilləkənlərinin baleska və perilaları qalmışdır. Ona qədər olan hissələri isə tam yerinə yığmışdır. İşin həmin hissədə qalmasının səbəbi isə iddaçının ödəniş etmək istəməməsi və cavabdehə qarşı qeyri-etik ifadələr işlətməsi olmuşdur ki, bundan sonra da aralarındakı münasibət pozulmuşdur. Beləliklə də iddiaçı nəinki cavabdehin gördüyü işin dəyərini, həmçinin gündəlik tələbatlarını da ödəməmişdir. Məhkəmə iddiaçının cavabdehə 55000 manat məbləğində pul ödəməsini şahid ifadəsinə əsaslanaraq sübuta yetirildiyi qənaətinə gəlmişdir. Arifin ondan yoldaşının xəstəliyi ilə bağlı 3000 manat pul alması faktını iddiaçı heç vaxt dilinə gətirməmişdir. 55000 manat pulnan bağlı verdiyi ifadəsiisə tamamilə yalan məlumat olmaqla işin obyektib halı kimi deyil, iddiaçının dostu olduğundan onun mənafeyi xeyrinə verilmiş ifadə kimi qiymətləndirilməlidir. Ümumiyyətlə şahidin ifadəsi işin faktiki halları, həmçinin iddiaçının izahatı ilə ziddiyyət təşkil etdiyindən onun ifadəsi mötəbər sübut hesab edilə bilməz. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cаvаbdеh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı məxsus olan fərdi yaşayış evində 1 və 2-ci mərtəbənin parketinin - vurulması, cilalanması (şrifovka), laklanması, kantlarının (plintusları) vurulması, evin pilləkənlərinin - taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının (perilasının) vurulması, cilalanması (şrifovka) və laklanması, evin mansartının - taxta işləri və saunanın - taxta işləri görülməsi ilə bağlı razılığa gəlmişlər. İddiaçıdan 31000 manat pul almışdır. Bundan başqa, pilləkənlərin tutacaqlarının vurulması işi qalmışdır. İşlərin demək olarki hamısını görmüşdür. Sadəcə bir-neçə cüzü işlər qalmışdır. Belə ki, evdə görülməmiş ancaq pilləkənlərin tutacaqlarının (perilasının) vurulması, hər iki mərtəbənin parketlərinin və pilləkənlərin cilalanması (şrifovkası) və hər iki mərtəbənin parketlərinin və pilləkənlərin laklanması işi qalmışıdır. Suallara cavab olaraq bildirdi ki, saunaya görə 1500 manat və əlavə olaraq 850 manat icarə pulu almışdır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı оğlu apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə ümumilikdə evinin bəzi hissələrinin təmiri üçün 55000 manat pul vermişdir. Onlar razılaşmışlar ki, cavabdeh onun evində 1 və 2-ci mərtəbənin parketinin vurulması, cilalanması (şrifovka), laklanması, kantlarının (plintuslarının) vurulması, evin pilləkənlərinin taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının (perilasının) vurulması, cilalanması (şrifovka) və laklanması, evin mansartının taxta işləri və saunanın taxta işləri görəcəkdir. Bundan başqa, cavabdeh evin 11 ədəd qapısını və 1 ədəddə saunanın qapısını qoymalı idi. Bundan başqa, o, cavabdehə əlavə olaraq sexinin 3 aylıq icarə haqqını vermişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.https://e-qanun.az/framework/46944 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. 754.2. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə podrat müqaviləsi üzrə yaranmış öhdəliklərin pozulması və lazımınca icra edilməməsi ilə bağlıdır. Belə ki, İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təmir işlərinə görə qabaqcadan ödənilmiş puldan işin yerinə yetirilməmiş hissəsinə görə qalıq qalmış 33.000 manatın, həmçinin vəkilə göstərdiyi xidmət üçün ödənilmiş 200 manatın və ödənilmiş 186 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütünlükdə yəni, iddianın təmin edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddia tələbinin rədd edilməsini tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman ilkin olaraq qeyd edir ki, mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Kollegiya şikayətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün mülki qanunvericiliyin podrat müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının əsaslarını müəyyən edən bəzi normalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (Mülki Məcəllənin 752.1 və 762.1). Bu müqavilənin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Podrat müqaviləsini xidmətlərin göstərilməsi haqqında müqavilələrdən fərqləndirən başlıca meyar təqdim edilən nəticə ilə bağlıdır və podrat müqaviləsi üzrə sifarişçiyə mütləq qaydada görülən işin nəticəsi təqdim edilməlidir. Bu nəticə adətən maddi xarakterli olur və istənilən əşyanın hazırlanması və ya emalı, yaxud təmir edilməsi və ya əşya üzərində hər hansı digər əməyin görülməsini nəzərdə tutur. Bununla belə podrat müqaviləsinin nəticəsini yalnız maddi obyektlərlə əlaqələndirmək də yanlış olar. Belə ki, bəzən elə hallara rast gəlinir ki, podratın nəticəsi maddi bir obyekt olmasa da, görülən işin maddi şəkildə nəticəsi olur (məsələn, layihələndirmə xidmətləri üzrə layihənin hazırlanması, proqram təminatının yazılması və s.). Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı). Hazırki işdən isə görünür ki, tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Mülki Məcəllədə podrat müqaviləsi üçün forma tələbi müəyyən edilməmişdir. Ona görə də, podrat müqaviləsi Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbinə təqdim edilmiş sübutlar və tərəflərin izahatları əsasında qiymət verilməlidir. Beləliklə mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 12 (təzə ünvan 154) ünvanında yerləşən və İddiaçı məxsus olan fərdi yaşayış evində 1 və 2-ci mərtəbənin parketinin vurulması, cilalanması (şrifovka), laklanması, kantlarının (plintusları) vurulması, evin pilləkənlərinin - taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının (perilasının) vurulması, cilalanması (şrifovka) və laklanması, evin mansartının - taxta işləri və saunanın - taxta işləri görülməsi ilə bağlı şifahi razılığa gəlmişlər. Razılığa əsasən, iddiaçı pulu (material və usta pulu birlikdə) cavabdehə verməli (beləki tərəflər arasında usta pulunun dəqiq nəqədər olması ilə bağlı ayrıca razılaşma olmamışdır), cavabdeh isə həmin puldan həm mal-material almalı, həm istifadə ediləcək bəzi hissələri özü hazırlamalı, həm də zəhmət haqqını (usta pulunu) götürməli idi. İş materiallarından Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 12 (təzə ünvan 154) ünvanında yerləşən və İddiaçı məxsus olan fərdi yaşayış evində Cavabdeh tərəfindən müəyyən təmir-tikinti işlərinin görülməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyasının iclasında cаvаbdеh Cavabdeh bildirmişdir ki, iddiaçıdan 31000 manat pul almışdır. Bundan başqa, pilləkənlərin tutacaqlarının vurulması işi qalmışdır. İşlərin demək olarki hamısını görmüşdür. Sadəcə bir-neçə cüzü işlər qalmışdır. Belə ki, evdə görülməmiş ancaq - pilləkənlərin tutacaqlarının (perilasının) vurulması, hər iki mərtəbənin parketlərinin və pilləkənlərin cilalanması (şrifovkası) və hər iki mərtəbənin parketlərinin və pilləkənlərin laklanması işi qalmışıdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı оğlu bildirmişdir ki, cavabdehə ümumilikdə evinin bəzi hissələrinin təmiri üçün material və zəhmət haqqı olaraq ümumilikdə 55000 manat pul vermişdir. Onlar razılaşmışlar ki, cavabdeh onun evində 1 və 2-ci mərtəbənin parketinin vurulması, cilalanması (şrifovka), laklanması, kantlarının (plintuslarının) vurulması, evin pilləkənlərinin taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının (perilasının) vurulması, cilalanması (şrifovka) və laklanması, evin mansartının taxta işləri və saunanın taxta işləri görəcəkdir. Bundan başqa, cavabdeh evin 11 ədəd qapısını və 1 ədəddə saunanın qapısını qoymalı idi. Bundan başqa, o, cavabdehə əlavə olaraq sexinin 3 aylıq icarə haqqını vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin material və zəhmət haqqı olaraq ümumilikdə 55000 manat pulun cavabdehə verilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı evin təmiri üçün Cavabdeh ümumilikdə 55000 (əlli beş min) manat pul verdiyini bildirərək tələbinin əsası kimi istinad etdiyi halları şahidlərin verdiyi ifadələrlə əsaslandırmağa çalışmışdır. Cavabdeh tərəf isə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində və məhkəmə zamanı ifadəsində iddiaçıdan 55000 manat pul almadığını pildirmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının 55000 manat pulu cavabdehə verdiyi bildirdiyi halda, həmin halı sübutetmə vəzifəsi cavabdeh tərəfin üzərinə qoyula bilməz. Lakin, iddiaçı tərəf 55000 manat pulun cavabdehə verilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası sübutetmə yükü ilə bağlı bildirir ki, tərəf (və/vəya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Belə ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Kollegiya qeyd edir ki, iddiaçının cavabdehə 55000 manat pulu tam olaraq verməsi ilə bağlı iş materiallarında ancaq şahid X4 ifadəsi mövcuddur. X6 isə birinci instansiya məhkəməsində şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun qonşusudur. Arif onun yanında Nüsrətdən pul almışdır. Bir günün içində sauna üçün 2000, yoldaşının onkologiya xəstəliyinə görə 3000 manat pul almışdır. 2023-cü ilin may ayı imiş. Onların arasında mübahisə yarananda kafedə oturmuşlar. Nüsrət Arifə demiş ki, onun pullarını geri qaytarsın, qalan işləri başqası görəcəkdir. O, 55000 manat pul hesablamış və demiş ki, gördüyün işlərin pulunu çıxıb qalanını qaytar. Arif də demiş ki, pulu yoxdur, gəlib qalan işləri görəcəkdir. Nüsrət isə razılaşmamışdır. O isə Nüsrətə demiş ki, Arifin pulu yoxdur, gəlib işləri görsün. Kollegiya daha sonra qeyd edir ki, iş üzrə dindirilmiş digər şahid 55000 manat pulun tam olaraq cavabdehə verilməsi ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, X9 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, o, Nüsrət bəyin maliyyə işlərini görür. Ona 2000 min manat vermiş ki, Arif usta ilə birlikdə qapılar üçün getsin. Rasim ustanın yanına çatanda 2000 stolun üstünə qoymuş və institutdan çağırdıqları üçün getməli oldmuşdur. Bundan sonra Arif usta 1000 manat yenidən istəmişdir. Sonradan məlum olmuş ki, Arif usta həmin pulları Rasimə verməmişdir. Kollegiya şahid ifadələri ilə bağlı ilkin olaraq qeyd edir ki, şahidlərdən Mahmudov Namiq iddiaçının qonşusu, Məmmədov Emil isə iddiaçının maliyyə işlərini görən şəxs olmuşdur. Göründüyü kimi, birinci şahid iddiaçı ilə yaxın münasibətdə olan şəxs, sonuncu isə iddiaçının tabeliyində çalışan şəxs olmuşdur. Məhkəmə kollegiyası şahidlərin ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, mülki prosesdə əsas sübut növlərindən biri də şahid ifadələridir. Şahid iş üçün əhəmiyyət kəsb edən halları bilən və işin nəticəsində maraqlı olmayan şəxs olmalıdır. Şahid ifadələrindən isə müəyyən edilir ki, onlar iddiaçıya yaxın olan (qonşusu və tabeliyində işləyən) şəxslərdir. Birinci şahid iddiaçı ilə yaxın münasibətdə olmuş, digəri isə iddiaçının yanında işlədiyi üçün qisməndə olsa maddi cəhətdən asılı olmuşdur. Göründüyü kimi, yuxarıda adları sadalanan hər iki şahid işin nəticəsində kifayət qədər maraqlı olmuşlar. Bundan başqa, şahid X6 ifadəsində bildirmişdir ki, “...Arif onun yanında Nüsrətdən pul almışdır. Bir günün içində sauna üçün 2000, yoldaşının onkologiya xəstəliyinə görə 3000 manat pul almışdır”. Göründüyü kimi, şahid X4 ifadəsinə görə, o, ancaq 5000 manat pulun cavabdehə verilməsində şəxsən iştirak etmişdir. İddiaçının cavabdehə ümumilikdə 55000 manat pul verməsini isə, ancaq iddiaçı ilə cavabdehin kafedə olan söhbəti zamanı eşitmişdir. Yəni, həmin pulun verilməsinin şəxsən şahidi olmamışdır. Kollegiya daha sonra qeyd edir ki, şahidin ifadəsi hər hansı başqa vasitə ilə təsdiqini tapmamışdır. Bu səbəbdən də kollegiya həmin hissədə şahid ifadələrini inandırıcı hesab etmir. Kollegiya xüsusilə bir məqamıda qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin ondan 55000 manat pulu aldıqdan sonra işə başladığını qeyd etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında isə iddiaçı 55000 manat pulu cavabdehə hissə-hissə verdiyini bildirmişdir (iclas protokolunun audio-video yazısı 13:19 dəq.). Göründüyü kimi, iddiaçı iddia qaldıran zaman iddiaçı cavabdehə ilkin olaraq 55000 manat pul verdiyini bildirsədə, sonrada fikrini dəyişərək həmin məbləği cavabdehə hissəhissə veridiyini bildirmişdir. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının pulun verilməsi ilə bağlı dəlilləri özü-özlüyündə ziddiyyət doğurur. Məhkəmə kollegiyası iddiaçının cavabdehə verdiyi pulları özünə məxsus dəftərdə qeyd etməsi ilə bağlı isə bildirir ki, cavabdeh tərəf ifadəsində beləbir dəftərdən məlumatı olmadığını bildirmişdir. İddiaçı tərəfin özüdə həmin dəftərdə cavabdehin imzası və ya qeydi olmadığını bildirmişdir. Belə olan halda isə, yalnız iddiaçının iradəsi ifadə olunmaqla həmin qeydlər birtrəfli qaydada yazılmış hesab edilir. Həmin dəftərdə cavabdehin imzası olmamış və iradəsi ifadə olunmamışdır (iddiaçı bu halı özüdə təsdiq edir). Odur ki, qeyd edilən sənəd də 55000 manat pulun tam olaraq cavabdehə verilməsi hissəsində sübut kimi qəbul edilə bilməzdi. Məhkəmə kollegiyası əlavə olaraq vurğulayır ki, iddiaçının istinad etdiyi halları təsdiq edən sənədlər dolayı sübutlar kimi qiymətləndirildikdə də 55000 manat pulun verilməsi öz təsdiqini tapmır. Belə ki, yalnız dolayı sübutlar əsasında nəticəyə gəlmək üçün bir yox, bir neçə dolayı sübut olmalıdır, sübutların heç birinin etibarlığı şübhə doğurmamalıdır, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır, bu sübutlar birlikdə dəyərlənməlidir, bu sübutlar birlikdə sübut olunan faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verən sistem yaratmalıdır. Məhkəmə kollegiyası 11 ədəd qapıya görə cavabdehə pul verilməsi ilə bağlı qeyd edir ki, həmin hal da iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh izahatlarında iddiaçıdan qapılara görə pul almadığını bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid Emil Məmmədov cavabdehə qapılara görə pul verdiyini bildirsədə həmin hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Eyni zamanda, həmin şahidin iş üzrə iddiaçının tabeliyində çalışan şəxs olduğuda müəyyən edilmişdir. Məhkəmə kollegiyası daha sonra iddiaçı tərəfindən evin təmiri məqsədilə cavabdehə tam olaraq nəqədər pul verilməsi və hansı işlərin görülməsi ilə bağlı qeyd edir ki, iş materialları ilə cavabdehin iddiaçıdan ümumilikdə 36530 manat pul alması öz təsdiqini tapmışdır. Belə ki, cаvаbdеh Cavabdeh iddia tələbinə qarşı verdiyi etirazda iddiaçıdan evin təmiri məqsədilə ümumilikdə (material, usta pulu və bəzi əlavə xərclərlə birlikdə) müəyyən məbləğlər aldığını bildirmişdir. Həmin məbləğlər toplananda 31000 manat edir. Daha sonra, cаvаbdеh Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında bəzi məbləğləri fərqli bildirmişdir. Belə ki, cavabdeh birinci mərtəbənin parketinə görə 5500 manat (halbuki etirazda 5000 manat qeyd etmişdir), birinci mərtəbənin parketindən yarımçıq qalmış 20 kv.m görə əlavə 1000 manat, ikinci mərtəbənin parketinə görə 6000 manat (halbuki etirazda 5500 manat qeyd etmişdir), zəhmət haqqı olaraq iki dəfə 500 manat (halbuki etirazda bir dəfə 500 manat aldığını qeyd etmişdir), zəhmət haqqı olaraq bir dəfə 2600 manat (halbuki etirazda 2400 manat qeyd etmişdir), əlavə 300 manat və ərzaq mağazasına vermək üçün 180 manat pul aldığını bildirmişdir. Göründüyü kimi, cаvаbdеh Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatlardan iddiaçıdan ümumilikdə 34180 manat məbləğində pul aldığını müəyən edilmişdir. Daha sonra, cаvаbdеh Cavabdeh apellyasiya instansiyasında məhkəmə baxışı zamanı yenədə iddiaçıdan 31000 manat pul aldığını bildirsədə, saunaya görə 1500 manat və əlavə olaraq 850 manat icarə pulu aldığını da bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının cavabdehə sexinin üç aylıq icarə haqqısının ödəməsilə bağlı isə qeyd edir ki, həmin hal iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçı üç aylıq icarə haqqının cavabdehə verməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh isə icarə pulu olaraq iddiaçıdan ancaq 850 manat pul aldığını bildirmişdir. Belə olan halda isə cavabdeh ancaq 850 manat pul tutula bilərdi. Kollegiya hesab edir ki, həmin pullarda yuxarıda qeyd edilmiş məbləğin üzərinə hesablanmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 106-cı maddələrini də nəzərə alaraq bildirir ki, iddia tələbinə qarşı verdiyi etiraz ərizəsi həmçinin, birinci və apellyasiya instansiya məhkəmələrində vermiş olduğu izahatları ilə cаvаbdеh Cavabdeh iddiaçıdan ümumilikdə (təmir və digər xərclər üçün) 36530 manat məbləğində pul aldığı müəyyən edilmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, cаvаbdеh Cavabdeh iddiaçıdan 31000 manat aldığı ilə bağlı ifadə versədə, yenə onun öz izahatları ilə həmin məbləğin ümumilikdə 36530 manat olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, tərəflər Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 12 (təzə ünvan 154) ünvanında yerləşən və İddiaçı məxsus olan fərdi yaşayış evində 1 və 2-ci mərtəbənin parketinin - vurulması, cilalanması (şrifovka), laklanması, kantlarının (plintusları) vurulması, evin pilləkənlərinin - taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının (perilasının) vurulması, cilalanması (şrifovka) və laklanması, evin mansartının - taxta işləri və saunanın - taxta işləri görülməsi ilə bağlı şifahi razılığa gəlmişlər. Bu halı hər iki tərəf öz izahatları ilə təsdiq etmişlər. Məhkəmə kollegiyası bir məqamıda qeyd edir ki, görülməli işlərlə bağlı hər hansı layihə smeta sənədi olmamış və məhkəməyə təqdim edilməmişdir. Kollegiya tərəfindən görülmüş işlərin dəyərini müəyyən etmək üçün məhkəmə mühəndis tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9816 nömrəli ekspert rəyi ilə, evdə təmir işlərinin tam şəkildə aparılması qeyd edilsə də material və xidmətlərin qiymətləri müəyyən edilməmişdir. Bu səbəbdən kollegiya tərəfində yenidən iş üzrə məhkəmə mühəndis tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MB 18/0979 nömrəli rəyindən görə, Gəncə prospekti 12 (təzə ünvan 154) ünvanında yerləşən və İddiaçı məxsus olan fərdi yaşayış evində 1 və 2-ci mərtəbənin parketinin - vurulması, cilalanması (şrifovka), laklanması, kantlarının (plintusları) vurulması, evin pilləkənlərinin - taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının (perilasının) vurulması, cilalanması (şrifovka) və laklanması, evin mansartının - taxta işləri və saunanın - taxta işləri görülməsinin dəyəri 28624 manat təşkil etmişdir. Göründüyü kimi, tərəflər Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 12 (təzə ünvan 154) ünvanında yerləşən və İddiaçı məxsus olan fərdi yaşayış evində 1 və 2-ci mərtəbənin parketinin - vurulması, cilalanması (şrifovka), laklanması, kantlarının (plintusları) vurulması, evin pilləkənlərinin - taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının (perilasının) vurulması, cilalanması (şrifovka) və laklanması, evin mansartının - taxta işləri və saunanın - taxta işləri görülməsi ilə bağlı şifahi razılığa gəlmişlər. Mütəxəssis rəyinə əsasən həmin işlərin dəyəri 28624 manat təşkil etmişdir. Bundan başqa, xx.xx.2024-cuil tarixdə məhkəmə kollegiyasının iclasında cаvаbdеh Cavabdeh izahat verərək “iddiaçıya məxsus evdə pilləkənlərin tutacaqlarının (perilasının) vurulması, hər iki mərtəbənin parketlərinin və pilləkənlərin cilalanması (şrifovkası) və hər iki mərtəbənin parketlərinin və pilləkənlərin laklanması” işlərinin yarımçıq qaldığını bildirmişdir. Göründüyü kimi, iddiaçı konkret olaraq hansı işlərin yarımçıq qalması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməsədə, cavabdeh yuxarıda sadalanan işlərin yarımçıq qaldığını bildirmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MB 18/1046 nömrəli məktubunda isə qeyd edilmişdir ki, “iddiaçıya məxsus evdə pilləkənlərin tutacaqlarının (perilasının) vurulması, hər iki mərtəbənin parketlərinin və pilləkənlərin cilalanması (şrifovkası) və hər iki mərtəbənin parketlərinin və pilləkənlərin laklanması” işlərinin dəyəri cəmi 6044 manat təşkil etmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, həm ekspert rəylərindən, həm də izahatlardan müəyyən edilir ki, iddiaçıya məxsus evdə təmir tam başa çatmışdır. Cavabdeh isə yarımçıq qalmış işləri görməkdən imtina etmişdir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdirki “öz-özünə demiş ki, gündəlik pul almamış işləməyəcəkdir”. İddiaçı isə onsuzda cavabdehə artıq pul verdiyini hesab etmişdir (bu hal iş materialları ilə qismən sübut olunur). Belə olan halda, cavabdeh tərəfindən qeyd edilmiş yarışmçıq işlər görülməmişdir. Kollegiya hesab edir ki, tərəflərin razılaşmasına uyğun olaraq - İddiaçı məxsus olan fərdi yaşayış evində 1 və 2-ci mərtəbənin parketinin - vurulması, cilalanması (şrifovka), laklanması, kantlarının (plintusları) vurulması, evin pilləkənlərinin - taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının (perilasının) vurulması, cilalanması (şrifovka) və laklanması, evin mansartının - taxta işləri və saunanın - taxta işlərinin görülməsinin ümumi dəyəri 28624 manat təşkil etsədə, cavabdeh faktiki olaraq özüdə etiraf etmişdir ki, “iddiaçıya məxsus evdə pilləkənlərin tutacaqlarının (perilasının) vurulması, hər iki mərtəbənin parketlərinin və pilləkənlərin cilalanması (şrifovkası) və hər iki mərtəbənin parketlərinin və pilləkənlərin laklanması” işləri görülməmişdir Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflərin razılaşmasına əsasən görülməli işlərin ümumi dəyərindən cavabdeh tərəfindən görülməyərək yarımçıq qalmış işlərin dəyəri (pulu) çıxılmalıdır (28624-6044=22580). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cаvаbdеh Cavabdeh iddiaçıdan ümumilikdə aldığı 36530 manat puldan 22580 manat məbləğində pul çıxılmalı, yerdə qalan 13950 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə kollegiyası iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş rəyi tədqiq edərək qeyd edir ki, həmin rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə hansı işlərin görülməli olması və hansı işlərin yarımçıq qalması məsələsi aydınlaşdırılmamışdır. Həmin hallar aydınlaşdırılmadığından mütəxəssis qarşısında da müvafiq suallar qoyulmamışdır. Həmçinin, görülməli işlərlə bağlı layihə smeta sənədləri olmamışdır. Belə olan halda mütəxəssis tərəfindən verilmiş rəy heç bir müvafiq sənədə və ya tərəflərin izahatına istinad edilmədən formal olaraq (sadəcə iddiaçı tərəfin qeyd etdiklərinə əsasən) verilmişdir. Məhkəmə kollegiyası birdaha diqqətə çatdırır ki, Cavabdeh izahatları nəzərə alınmasa, iddiaçının cavabdehə dəqiq olaraq nəqədər pul verməsi, eyni zamanda razılaşdırılmış işlərdən hansıların yarımçıq qalması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, tərəflər arasında təmirlə bağlı dəqiq bir razılaşmanın olması (usta pulu və digər hallarla bağlı) müəyyən edilmir. Tərəflər arasında olan razılıqdan ancaq o müəyyən edilir ki, iddiaçı pulu (material və usta pulu birlikdə) cavabdehə verməli (beləki tərəflər arasındausta pulunun dəqiq nəqədər olması ilə bağlı ayrıca razılaşma olmamışdır), cavabdeh isə həmin puldan həm mal-material almalı, həm istifadə ediləcək bəzi hissələri özü hazırlamalı, həm də zəhmət haqqını (usta pulunu) və digər xərclərini götürməli idi. Odur ki, kollegiya yuxarıda qeyd edilən məbləğdə pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş dövlət rüsumunun 131.85 manatı cavabdehdən alınaraq iddiaçıya verilməli, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə rəy verilmiş və rəyə “ekspertiza xərclərinə dair bildiriş” əlavə edilmişdir. Həmin bildirişdən görünür ki, Mərkəz tərəfindən ekspertizanın aparılması ilə əlaqədar tədqiqatın dəyəri cəmi 100 manat dəyərində müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan cəmi 100 manat məbləğində pulun 50 manatı İddiaçı və 50 manatı Cavabdeh tutulаrаq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa, aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 1800 (min səkkiz yüz) manat pulun 900 manatı İddiaçı və 900 manatı Cavabdeh tutulаrаq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Kollegiya hesab edir ki, apellyatorunn ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cаvаbdеhin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(025)-711/2024 nömrəli qətnaməsi 33000 (otuz üç min) manat məbləğində pulun və rüsumun alınması hissəsində qismən ləğv edilsin və ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh 13950 (on üç min doqquz yüz əlli) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 131.85 manatı alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (yüz) manat pulun 50 manatı İddiaçı və 50 manatı Cavabdeh tutulаrаq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 1800 (min səkkiz yüz) manat pulun 900 manatı İddiaçı və 900 manatı Cavabdeh tutulаrаq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar