Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1120/2025 25.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə Notariat ofisinə qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərizə geri qaytarılıb, qüvvə) X4 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə Notariat ofisinə qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə Şəki Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, e-2(075)-2485/2025 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə Notariat ofisinə qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci tarixli, e-2(075)-2485/2025 nömrəli qərardadı ilə Ərizəçi maraqlı şəxs Şəki Regional Maraqlı şəxsndə Notariat ofisinə qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(075)-2485/2025 saylı qərardadının ləğv edilməsi, əks təqdirdə şikayətin işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci tarixli, e-2(075)-2485/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X3 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, e-2(075)- 2485/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizəçi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, ərizə Şəki Rayon Məhkəməsinə təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, e-2(075)-2485/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, e-2(075)-2485/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, e-2(075)-2485/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1120/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1120/2025
25.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver