Məhkəmə qərarları › İş №2(107)-1123/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1123/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1123/2023 31.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, müqavilə öhdəliyi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-224/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2019-cu il 15 avqust tarixli 07/00024967 nömrəli operativ lizinq müqaviləsinə əsasən 592 manat, 2019-cu il 18 sentyabr tarixli 07/00025321 nömrəli operativ lizinq müqaviləsinə əsasən 240 manat borcu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında bağlanmış 2019-cu il 15 avqust tarixli 07/00024967 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus-89.2 markalı traktoru və 2019- cu il 18 sentyabr tarixli 07/00025321 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd HBM-N24 markalı taxıl səpən ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış 2019-cu il 15 avqust tarixli07/00024967 nömrəli operativ lizinq müqaviləsinə əsasən 892 manat öhdəlikdən 300 manat, 2019-cu il 18 sentyabr tarixli 07/00025321 nömrəli operativ lizinq müqaviləsinə əsasən 360 manat öhdəlikdən 120 manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə halhazırda 832 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış lizinq müqaviləsinin müddəti bitdiyindən, ona qarşı tələb hüququ qüvvədən düşmüşdür. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir.

4. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştiraki olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-223/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 862 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nə verilməsini qət edilmişdir.

6. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ASC şirkətindən xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən Belarus-89.2 markalı traktorunu və xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən HBM-N24 markalı taxıl səpəni lizinqə götürmüş, 1-ci müqavilə üzrə istifadəyə görə İddiaçı ASC-yə 892 manat, 2-ci müqavilə üzrə istifadəyə görə İddiaçı ASC-yə 360 manat pul ödəyəcəyini öhdəsinə götürmüş, İddiaçı ASCyə 1-ci müqavilə üzrə manat, 2-cü müqavilə üzrə 120 manat lizinq haqqı ödəmiş, hər iki müqavilə üzrə cəmi 862 manat borcu qalmışdır.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC şirkəti hər iki müqavilə üzrə cəmi 862 manat məbləğində pulu Cavabdeh tələb etməkdə haqlıdır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci 385.1-ci 442-ci 448.1-ci, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən narazı qalan Cavabdeh apellyаsiyа şikаyəti vermişdir.

10. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş xx.xx.2019cu il tarixli lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında Belarus-89.2 markalı traktorun lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. İstifadə müddəti 3 ay müəyyən edilmişdir.

11. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında HBM-N24 markalı taxıl səpənin lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. İstifadə müddəti 3 ay müəyyən edilmişdir.

12. xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi üzrə həmin ilin sentyabr ayında 300 manat ödəniş edilmiş, 2019-cu ilin oktyabr ayının əvvəlində Belarus-89.2 markalı traktor və HBM- N24 markalıtaxıl səpən ondan alınmış və “X6” İstehsalat Birliyinə təhvil verilmişdir. Buna səbəb İddiaçı ASC-nin mülkiyyətində olan bütün kənd təsərrüfatı texnikalarının “X6” İstehsalat Birliyi tərəfindən alınması olmuşdur. Bundan sonra xx.xx.2019-cu il tarixdə “X6” İstehsalat Birliyi ilə onun arasında Belarus-89.2 markalı traktorla və HBM-N24markalı taxıl səpənlə bağlı müqavilə bağlanmış və həmin kənd təsərrüfatı texnikaları onun istifadəsinə verilmişdir. Bağlanmış müqavilə ilə istifadəsinə verilmiş kənd təsərrüfatı texnikalarından istifadə edilməsi və istifadəyə görə ödənişlərin ödənilməsi qaydası müəyyən edilmişdir.

13. İşin hallarından göründüyü kimi xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli lizinq müqavilələri üzrə tərəfindən hər hansı öhdəlik pozulmamış, əksinə öhdəlik iddiaçı tərəfindən pozulmuş, həmin müqavilələr üzrə istifadəsinə verilmiş kənd təsərrüfatı texnikalarından 3 ay müddətinə istifadə edilməsi müəyyən edildiyi halda, cəmi 1 ay istifadə edilmiş və tərəfindən istifadə haqqı ödənilmişdir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, iddiaçının istinad etdiyi müqavilələr üzrə hər hansı öhdəliyi olmadığı halda, əsassız və qanunsuz olaraq həmin müqavilələr üzrə 862 manat borcunun olmas qənaətinə gəlmişdir.

14. Yuxarıda (maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində) göstərildiyi kimi qətnamə qeyd edilən maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Çünki, işə baxan məhkəmə işin həqiqi və faktiki hallarını düzgün müəyyən etməmiş, eləcə də tətbiq etdiyi maddi hüquq normalarının tələblərini səhv təfsir etmişdir. Bu isə nəticədə qeyd edilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

15. Qeyd edilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini, Göyçаy rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tаriхli 2(046)-224/2023 sаylı qətnаməsinin ləğv edilməsini və iddia tələbinin rədd еdilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin eilməsini, Göyçаy rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tаriхli 2(046)-224/2023 sаylı qətnаməsinin ləğv edilməsini və iddia tələbinin rədd еdilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini, Göyçаy rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tаriхli 2(046)-224/2023 sаylı qətnаməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçаy Rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tаriхli 2(046)-224/2023 sаylı qətnаməsinin ləğv olunmasını xahiş etmişdir

22. Ona görə də kollegiya Göyçаy rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tаriхli 2(046)- 224/2023 sаylı qətnаməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq iddianı düzgün olmayaraq yuxarıda qeyd edildiyi qaydada tam təmin etmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçаy Rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tаriхli 2(046)-224/2023 sаylı qətnаməsi qismən ləğv edilməlidir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

25. Mülki iş materiallarından, eyni zamanda tərəflərin məhkəmə kollegiyasının iclası zamanı vermiş olduqları izahatları ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı "xxxx" ASCdən xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən Belarus-892 markalı traktoru və xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən HBM-N24 markalı taxıl səpəni lizinqə götürmüş, 1-ci müqavilə üzrə kənd təsərrüfatı texnikasından istifadəyə görə "xxxx" ASC-yə 892 manat, 2-ci müqavilə üzrə kənd təsərrüfatı texnikasından istifadəyə görə "xxxx" ASC-yə 360 manat pul vəsaitini ödəyəcəyini öhdəsinə götürmüş, "xxxx" ASC-yə 1-ci müqavilə üzrə 300 manat, 2-ci müqavilə üzrə 120 manat lizinq ödənişini həyata keçirtmişdir.

26. Eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli lizinq müqavilələri əsasında Cavabdeh lizinqə verilmiş eyni kənd təsərrüfatı texnikaları, "xxxx" ASC ilə Cavabdeh arasındakı müqavilə münasibətlərinin müddətinin başa çatmasınadək “X6” İstehsalat Birliyi ilə Cavabdeh arasında 09 oktyabr 2019-cü il tarixdə bağlanmış 01-xx/xx-2019 saylı lizinq müqaviləsi əsasında “X6” İstehsalat Birliyi tərəfindən Cavabdeh lizinqə verilmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin öhdəliyin iddiaçı tərəfindən pozulması, həmin müqavilələr üzrə istifadəsinə verilmiş kənd təsərrüfatı texnikalarından 3 ay müddətinə istifadə edilməsi müəyyən edildiyi halda, cəmi 1 ay istifadə edilmiş və tərəfindən istifadə haqqı ödənilməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" ASC-dən xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinə əsasən Belarus- 892 markalı traktoru və xx.xx.2019-cu il tarixli 2-ci lizinq müqaviləsinə əsasən HBM-N24 markalı taxıl səpəni lizinqə götürmüş, 1-ci müqavilə üzrə ödənilməli olan 892 manat pul məbləğindən 300 manat, 2-ci müqavilə üzrə ödənilməli olan 360 manat pul məbləğindən 120 manat ödəniş etmişdir. Lakin sonradan həmin texnikaların “X6” İB tərəfindən Cavabdeh lizinqə verilməsinə dair 09 oktyabr 2019-cü il tarixdə yeni müqavilə bağlanmışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr lizinq müqavilələrdir. Mülki Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin normanın təfsirindən göründüyü kimi lizinq alanın ödənişlər etmə müddəti lizing obyektini istifadə etdiyi vaxtdan başlanır. Göründüyü kimi qanunverici orqan lizinq ödənişlərinin verilməsini lizinq obyektindən istifadə olunduğu vaxtdan hesablayır. Hazırkı iş üzrə xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinin 1.4-cü bəndinə əsasən kombaynlar (taxılyığan, pambıqyığan və s.) üçün 50%-i avans, qalan hissəsi istifadə müddətində ödənilməklə; Digər özüyeriyənlər, asılan və qoşulan kənd təsərrüfatı texnikaları üzrə ödəniş öhdəliyinin 1/3-i 1-ci ayın sonu, 2/3-i isə 2-ci ayın sonu ödənilməlidir.

29. İş üzrə xx.xx.2019-cu il tarixli 2-ci lizinq müqaviləsinin üzrə 1.4-cü bəndinə əsasən kombaynlar (taxılyığan, pambıqyığan və s.) üçün 50%-i avans, qalan hissəsi istifadə müddətində, digər özüyeriyənlər, asılan və qoşulan kənd təsərrüfatı texnikalar üzrə ödəniş öhdəliyinin 1/3-1 1-ci ayın sonu, 2/3-i isə 2-ci ayın sonu ödənilməlidir.

30. Göründüyü kimi, Cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2019-cu il və tarixli lizinq müqaviləsi üzə 300 manat, xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi üzrə isə 120 manat ödəniş etmişdir.

31. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lakin hazırkı mülki iş üzrə belə bir hal aşkarlanmamış, əksinə lizinq verən, yəni "xxxx" ASC tərəfindən müqavilə üzrə öhdəliklər pozularaq, cavabdehin istifadəsinə verilmiş hər iki texnika müqavilə müddətləri başa çatmadan digər təşkilat, “X6” İB-nin mülkiyyətinə verilmişdir.

32. İddiaçının hüquqi varisi qismində çıxış etdiyi "xxxx" ASC ilə Cavabdeh arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə (istifadəyə) verilməsi barədə” bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən lizinqə (istifadəyə) verən "xxxx" ASC-nin Qobustan Regional Nümayəndəliyinin istifadəsində olan ("xxxx" ASC-nin 14 Sentyabr 2016 cı il tarixli, 110-ASL/16 №-li Əmri) 2016-cı il istehsallı, Belarus-892 markalı, dövlət qeydiyyat nömrəsi 90 M 388, mühərrik və şassi nömrələri 952079, ******* olan traktoru (bundan sonra “Texnika”) mülkiyyət hüququnun istifadəçiyə keçməməsi və 892 manat ödəniş edilməsi şərti ilə Lizinq (alanın) (İstifadəçinin) istifadəsinə verir. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən lizinqə verən bu müqavilədə göstərilən texnikanı tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana (İstifadəçiyə) verilməsini təmin edir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən lizinq alan ödəniş məbləğini bu müqavilənin 1.4cü bəndindəki şərtə uyğun olaraq ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən lizinq alan ödəniş məbləğini bu müqavilənin 1.4-cü bəndindəki şərtə uyğun olaraq ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə taxılyığan kombaynlar üçün biçin mövsümü müddətində 2 (iki) ay, pambıqyığan kombaynlar üçün yığım mövsümü müddətinə, digər özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikaları üçün isə 3 (üç) ay müddətinə bağlanılır. Müqavilə müddəti bitdikdən sonra ehtiyac olduğu halda istifadəçi eyni müddətə yenidən istifadə müqaviləsi bağlaya bilər. Bu zaman ödəniş öhdəliyinin məbləği müvafiq qaydada müəyyən edilir. Həmin müqavilənin 1.4.2-ci bəndinə əsasən digər özüyeriyənlər, asılan və qoşulan kənd təsərrüfatı texnikaları üzrə ödəniş öhdəliyinin 1/3-i birinci ayın sonu, 2/3-i isə 2-ci ayın sonu ödənilməlidir.

33. "xxxx" ASC ilə Cavabdeh arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə (istifadəyə) verilməsi barədə” bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən lizinqə (istifadəyə) verən "xxxx" ASC-nin Qobustan Regional Nümayəndəliyinin istifadəsində olan ("xxxx" ASC-nin 24 Sentyabr 2016 cı il tarixli, 193- ASL/16 №-li Əmri) 2016-cı il istehsallı, HBM-N24 markalı, mühərrikin və şassinin nömrəsi 16488 olan taxılsəpən, gübrəsəpəni (bundan sonra “Texnika”) mülkiyyət hüququnun istifadəçiyə keçməməsi və 360 manat ödəniş edilməsi şərti ilə Lizinq (alanın) (İstifadəçinin) istifadəsinə verir. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən lizinqə verən bu müqavilədə göstərilən texnikanı tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana (İstifadəçiyə) verilməsini təmin edir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən lizinq alan ödəniş məbləğini bu müqavilənin 1.4-cü bəndindəki şərtə uyğun olaraq ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən lizinq alan ödəniş məbləğini bu müqavilənin 1.4-cü bəndindəki şərtə uyğun olaraq ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə taxılyığan kombaynlar üçün biçin mövsümü müddətində 2 (iki) ay, pambıqyığan kombaynlar üçün yığım mövsümü müddətinə, digər özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikaları üçün isə 3 (üç) ay müddətinə bağlanılır. Müqavilə müddəti bitdikdən sonra ehtiyac olduğu halda istifadəçi eyni müddətə yenidən istifadə müqaviləsi bağlaya bilər. Bu zaman ödəniş öhdəliyinin məbləği müvafiq qaydada müəyyən edilir. Həmin müqavilənin 1.4.2-ci bəndinə əsasən digər özüyeriyənlər, asılan və qoşulan kənd təsərrüfatı texnikaları üzrə ödəniş öhdəliyinin 1/3-i birinci ayın sonu, 2/3-i isə 2-ci ayın sonu ödənilməlidir.

34. Lakin müqavilələrin şərtlərindən göründüyü kimi İddiaçı ASC-nin hüquqi varisi qismində çıxış etdiyi "xxxx" ASC müqavilə öhdəliklərini pozaraq, müqavilələrin müddəti bitməmiş, mülkiyyətində olan texnikaları “X6” İB-nin mülkiyyətinə vermişdir. xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinin müddətinin 15 noyabr 2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixli müqavilənin müddətinin isə xx.xx.2019-cu il tarixdə başa çatması nəzərə alınaraq, iddiaçı təşkilatın 09 oktyabr 2019-cu il tarixdən sonrakı dövr üçün cavabdehdən lizinq ödənişini tələb etməsi, birinci instansiya məhkəməsinin isə həmin tələbi təmin etməsi əsaslı olmamışdır. Hansı ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli müqavilə üzrə kənd təsərrüfatı texnikasının “X6” İB-nin mülkiyyətinə verilməsinədək olan dövr üçün artıq bir aylıq ödəniş həyata keçirilmiş və onun texnikanın digər mülkiyyətçiyə verildiyi dövrədək xx.xx.2019-cu il tarixli müqavilə üzrə iddiaçıya heç bir borcu qalmamışdır. xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi üzrə isə cavabdeh tərəfindən 300 manat ödənişin aparılmasına baxmayaraq, 15 sentyabr 2019-cu il tarixdən texnikaların mülkiyyətçisinin dəyişdiyi 09 oktyabr 2019-cu il tarixədək olan növbəti 1 ay üçün lizinq ödənişinin aparılması təmin edilməmişdir. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli müqavilə üzrə birinci ay üçün ödəniş məbləğinin 3 aylıq üçün cəmi ödənişin 1/3 hissəsindən bir qədər çox, yəni 300 manat həddində aparılması, 892 manat 3 aylıq ödəniş məbləğinin 1/3 hissəsinin 297,33 manat təşkil etməsi, birinci ay üçün ödəniş məbləğinin 2,67 manat artıq ödənilməsi nəzərə alınaraq, cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi üzrə ödənilməmiş qalan borcu 294,66 manat təşkil etmişdir.

35. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin işə baxan birinci instansiya məhkəməsinin işin faktiki hallarını düzgün müəyyən etməməsi, iddiaçının istinad etdiyi müqavilələr üzrə hər hansı öhdəliyi olmadığı halda, əsassız və qanunsuz olaraq həmin müqavilələr üzrə 862 manat borcunun olmas qənaətinə gəlməsinə dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1 aylıq, yəni 297,33 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə 2 aylıq, yəni 240 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasında doğru nəticəyə gəlməmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi üzrə cəmi 592 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 240 manat və 30 manat dövlət rüsumu olmaqla cəmi 862 manat pulun cavabdehdən xeyrinə tutulmasını xahiş etsə də birinci instansiya məhkəməsi iddiaçı təşkilatın cavabdehdən xeyrinə tutulmasını tələb etdiyi dövlət rüsumu məbləğini 2 dəfə hesablamış və dövlət rüsumunun da nəzərə alındığı 862 manatdan da əlavə olaraq cavabdehdən iddiaçının xeyrinə yenidən 30 manat dövlət rüsumunun tutulması nəticəsinə gələrkən səhvə yol vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi Cavabdeh 294,67 manat pul məbləğinin İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində düzgün nəticəyə gəlsə də, ümumilikdə 567,33 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair mövqeyi doğru olmamışdır.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçаy rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tаriхli 2(046)-224/2023 sаylı qətnaməsi qismən, yəni Cavabdeh 537,33 manatın və 60 manat dövlət rüsumundan 30 manatının alınaraq İddiaçı ASC-nə verilməsi hissələrində ləğv edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 537,33 manat pulun tutulması hissəsində yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh 537.33 manatın alınaraq İddiaçı ASC-nə verilməsi hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçаy rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tаriхli 2(046)-224/2023 sаylı qətnaməsi qismən, yəni Cavabdeh 537,33 manatın və 60 manat dövlət rüsumundan 30 manatının alınaraq İddiaçı ASC-nə verilməsi hissələrində ləğv edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 537,33 manat pulun tutulması hissəsində yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh 537.33 manatın alınaraq İddiaçı ASC-nə verilməsi hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar