Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1125/2020 24.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6 və cavabdeh Şəki şəhər X1 müdiri X12 iştirakları ilə, İddiaçı cavabdehlər Şəki şəhər X4, Şəki X13, Cavabdeh3nə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə barpa və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)- 376/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-376/2020 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) İddiaçı onunla bağlanmış əmək müqavləsinə xitam verilməsi barədə Şəki şəhər X1 direktoru X12 xx xxxxxx 2019-cu il tarixli 46 nömrəli əmrinin qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsi, onun Cavabdeh1nə tərtibatçı rəssam vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqavləsinə xitam verilməsi barədə Şəki şəhər X1 direktoru X12 xx xxxxxx 2019-cu il tarixli 46 nömrəli əmrinin qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsi, onun Cavabdeh1nə tərtibatçı rəssam vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə, əmək qanunvericiliyini kobud surətdə pozmuş Şəki şəhər X1 direktoru X12 barəsində xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi (vəkili) X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçı 1982-ci ildə müddətsiz əmək müqaviləsi ilə Şəki şəhər X3 tərtibatçı rəssam vəzifəsinə işə qəbul edilmişdir. 2018ci ilin dekabr ayının 23-də iddiaçının 65 yaşı tamam olmuş və onunla bağlanmış əmək müqaviləsi 1 (bir) il müddətinə yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Lakin Şəki şəhər X1 direktoru X18 xx xxxxxx 2019-cu il tarixli 46 nömrəli əmri ilə qanunsuz və əsassız olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə ƏM) 68-ci maddəsinin “b” bəndinə əsasən xitam vermişdir. Göstərmişdir ki, Şəki şəhər X1 direktoru X12 xx xxxxxx 2019-cu il tarixli 46 nömrəli əmrinə nəzər yetirdikdə görürük ki, həmin əmrin məzmunu qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, həmin əmrdə müəssisənin adı, hüquqi ünvanı, işəgötürənin adı və ata adı göstərilməmişdir. Əmrin başlığında “MKS-üzrə” qeyd edilsə də bu əmri hansı MKS üzrə verildiyi bəlli deyil. Həmçinin əmrdə müəssisənin hüquqi ünvanı qeyd edilməmişdir. Əmrin imza bölümünə nəzər saldıqda isə "MKS”-nin direktoru “S.Vahabov” qeyd edilmişdir ki, yenə buradan da hansı MKS-nin direktorunun olması və “S.Vahabov"-un kim olması iddiaçıya məlum deyil. Həmçinin həmin əmrin “§1" paraqrafına nəzər yetirdikdə görünür ki, həmin paraqrafda işçinin adı və soyadı qeyd edilsə də onun atasının adı və əmək müqaviləsi üzrə işçinin vəzifəsinin adı, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənəd qeyd edilməmişdir. Ümimiyyətlə xx xxxxxx 2019-cu il tarixli 46 nömrəli əmrə nəzər yetirdikdə həmin əmrin əmək müqaviləsinə xitam verilməsi barədə əmr olması da görünmür. Belə ki, əmrin girişində “Əmək müqaviləsinin müddətinin uzadılması barədə” əmr olması qeyd edilmişdir. Belə adla qeyd edilmiş əmrə əlavə paraqraf əlavə etməklə əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinin kobud pozulmasıdır. Buradan da aydın görünür ki, işəgötürən “Əmək müqaviləsinin xitam verlməsi barədə” əmr olmadan əmək müqaviləsinə xitam verərək işçini işdən çıxarmışdır. Bundan əlavə Şəki şəhər X1 direktoru X12 xx xxxxxx 2019-cuil tarixli 46 nömrəli əmrinə əlavə edilmiş "§ 1” paraqrafla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermiş və həmin tarixdə iddiaçını əmrlə tanış etməmişdir. İddiaçının həmin əmrin varlığından xx xxxxxx 2020-ci il tarixdə bayram günlərindən sonra işə qayıdarkən məlumatı omuşdur. Bundan başqaq işəgötürənin əmək müqaviləsinə xitam verilməsi barədə əmri müqavilənin müddətinin bitməsindən əvvəl verməsi də məlum deyil. Belə ki, iddiaçı müddətsiz İİ qrup əlildir və bır sıra xəstəliklərdən əziyyət çəkir. xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək xəstəliklə əladədar iş yeri saxlanılmaqla işə gəlməkdən azad edilmişdir. Lakin işəgötürən onun xəstəliklə əlaqədar iş yeri saxlanılmaqla işə gəlməkdən azad edilməsinə məhəl qoymadan qanunsuz və əsassız olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək xəstə olması və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək bayram günlərinin olmasını nəzərə alanda qanunvericiliyin tələbinə görə işəgötürən onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verə bilməzdi. Belə ki, qanunvericiliyin tələbinə görə işəgötürən işçi işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Bilindiyi kimi, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək qeyri iş günü olmuşdur. İddiaçıya təqvim edilmiş Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, iddiaçının işə başlamalı vaxtı xx.xx.2020-ci il tarixidir və həmin həftə xx.xx.2020-ci il tarixdə bitir. Qanunvericiliyin tələbinə görə təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxil olduğundan xx.xx.2020-ci il tarixdə işə başlanan gün işəgötürənin müddətli əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericiliyin ona tanıdığı 1 həftəlik müddətin son günü olmuş olur. Lakin işəgötürən qanunvericiliyin tələblərini kobud surətdə pozaraq iddiaçının xəstəliklə əlaqədar işə çıxa bilmədiyi gün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Beləliklə, Şəki şəhər X1 direktoru X18 öz vəzifə səlahiyyətlərindən qanunsuz istifadə edilərək iddiaçını qanunsuz və əsasız olaraq işdən çıxarmışdır. İddianı müdafiə edir. İddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Şəki şəhər X1 direktoru X18 göstərmişdir ki, İddiaçı Şəki şəhər Mədəniyyət şöbəsinin xx xxxxx 1982-ci il tarixli əmri ilə Şəki şəhər X3 tərtibatçı rəssam vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının xx xxxxxx 2018ci il tarixdə 65 yaşı tamam olan zaman Şəki şəhər X7 razılığı əsasında onunla bağlanmış əmək müqaviləsi 2018-ci il dekabr ayının 23-dən xx xxxxxx 2019-cu il tarixinədək uzadılmışdır. Təxminən 2019-cu ilin noyabr ayında İddiaçı demişdir ki, Şəki X13nə müraciət edərək yenidən əmək müqviləsinin 1 il müddətinə uzadılmasını xahiş edə bilər. Lakin iddiaçı ilə X13 arasında müqavilənin 1 il uzadılmasına dair razılıq əldə edilməmişdir. Göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10.1.6-cı maddəsində göstərilir ki, Dövlət büdcəsindən Maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzaldılmasına onların razılığı əsasında yol verilir. İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsində əmək müqaviləsinin 2019-cu il dekabr ayının 31-dək uzadılmasını xahiş etmişdir. Bundan sonra məlum 46 § 1 №-li əmrə əsasən iddiaçı işdən azad edilmişdir. Lakin onun İddiaçı ilə heç bir qərəzi yoxdur. Əgər dövlət büdcəsindən maliyyələşən nüəssisələrdə çalışmanın yaş həddi 65 olmasaydı, fiziki durumu imkan verən günə qədər iddiaçını işdən azad etməzdi. Bundan başqa iddiaçı işdən azad olduğu ərəfədə xəstə olduğunu bildirsə də, həmin zaman ona bu barədə heç bir məlumat verməmiş, xəstəliyə dair hər hansı arayışını ona təqdim etməmiş və davamlı olaraq işə gəlmişdir. Bildirmişdir ki, müvafiq sahələr üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzaldılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 2 faizindən artıq ola bilməz. Şəki şəhər X2 hər il 2-3 nəfərin 65 yaşı tamam olur. Ona görə də bu qəbildən olan işçilərin əmək müqaviləsinin 1 ildən artıq uzadılması mümkün olmur. Çalışmanın yaş həddinə çatmış şəxslərlə fərdi əmək müqaviləsinin müddətinin uzadılması zərurət olan halda X13 tərəfindən Cavabdeh3nə təqdim olunur. Nazirliyin rəsmi rəyi olacağı təqdirdə həmin şəxslə bağlanmış müddətli əmək müqaviləsinin müddəti uzadılır. Lakin İddiaçı haqqında belə bir rəy olmamış, ona görə də onu işdən azad etmişdir. Həmçinin göstərdi ki, iddiaçının müqaviləsini xx xxxxxx 2019-cu il tarixədək uzatmalı olduğu halda, iddiaçını dekabr ayında əmək haqqısını tam alması üçün onun müqaviləsini xx.xx.2019-cu il tarixinədək üzatmışdır. Bu onun göstəricisidir ki, onun iddiaçı ilə qərəzi olmamışdır. Tərəfindən imzalanmış 46 § 1 №-li əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilmədiyini etiraf edir. Lakin hesab edir ki, məhkəmə işdən çıxarmaya əsas vermiş faktiki halları əsas götürərək, işdən çıxarma səbəbinin ifadəsini qüvvədə olan əmək qanunvericiliyinə uyğunlaşdıra bilər. Bundan başqa göstərdi ki, əmr ləğv olunmuş olsa belə iddiaçı artıq 65 yaşına çatdığından və onun bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından onun əvvəlki vəzifəsinə bərpa mümkün olmayacaqdır. Hesab edir ki, İddiaçı iddiası özüözlüyündə formal xarakter daşıyır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh ƏƏSMN yanında DƏMX-nin X25 şöbəsinin nümayəndəsi X15 göstərmişdir ki, İddiaçı Şəki şəhər X1 direktoru tərəfindən qanunsuz olaraq işdən azad edilməsi ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin X25 Şöbəsinə şikayət ərizəsi daxil olmamış və bununla əlaqədar heç bir araşdırma aparılmamışdır. Həmçinin bildirdi ki, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməmiş, lakin əmr məzmun baxımından doğru çıxarılmışdır. Çünki iddiaçı artıq 67 yaşının içərisindədir və o, müvafiq icra hakimiyyətindən müqavilənin müddətinin uzadılmasına dair razılıq əldə edə bilməmişdir. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Şəki X13, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq birinci instansiya məhkəməsinin iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Birinci instansiya məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və nümayəndəsi (vəkili) X5 birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, qətnaməni qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassıdır və qanunvericiliyə ziddir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-376/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə, əmək qanunvericiliyini kobud surətdə pozmuş Şəki şəhər X1 direktoru X12, Şəki X7 rəisi Milvari Zeynalovanın və öz vəzifə borcunu yerinə yetirməyən ƏƏSMN-nin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətin nümayəndəsi X10 barəsində xüsusi qərardad qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasındaİddiaçı nümayəndəsi və vəkili X11 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasındacavabdeh Şəki şəhər X1 müdiri X18 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-376/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasınıxahiş etdilər. Cavabdehlər Şəki X7, Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasındamübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətin nümayəndəsi X9 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)- 376/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasınıxahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-376/2020 nömrəli qətnaməsinin nəticə hissəsində “xx xxxxxx 2019-cu il” tarixdəki “30” rəqəmi “20” rəqəminə dəyişdirilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx xxxxx 1982-ci il tarixli, 67 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən MKS-yə rəssam vəzifəsinə qəbul edilmişdir. İşdə olan xx xxxxxx 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Şəki şəhər MKS-də tərtibatçı rəssam vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan Seriya SN 00006, 478854 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, qızıl yelin kəskinləşməsi diaqnozu ilə İddiaçı xx xxxxxx 2020-ci il tarixdən işə başlamalıdır. İşdə olan xx xxxxxx 2019-cu il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, MKS-nın tərtibatçı rəssamı İddiaçı onun əmək müqaviləsinin xx.xx.2019-cu il tarixədək uzadılmasını xahiş etmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli 46 nömrəli əmrdən görünür ki, Şəki şəhər MKSin tərtibatçı rəssamı İddiaçı ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinin müddəti xx xxxxxx 2019-cu il tarixədək uzadılması əmr edilmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli 46 nömrəli §1 əmrdən görünür ki, xx xxxxxx 2019-cu il cari ilin sonuncu iş günü olduğu nəzərə alınaraq İddiaçı ilə bağlanmış fərdi əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin “b” bəndinə əsasən həmin tarixdən xitam verilməsi və ona axırıncı haqq-hesabın ödənilməsi əmr edilmişdir. İşdə olan ƏƏSMN yanında DƏMX 19 saylı region üzrə Dövlət Əmək Mefəttişliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, **********8 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Şəki şəhər X1 direktoru tərəfindən qanunsuz olaraq işdən azad edilməsi ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin X25 Şöbəsinə şikayət ərizəsi daxil olmamış və bununla əlaqədar heç bir araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə, 10- 1.1, 10-1.2, 68, 70-ci maddələrinə və 73-cü maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1993-cü il tarixli, 05 saylı QƏRARİnın 31-ci bəndinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsaslarından biri kimi həmçinin - dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması göstərilmişdir. Həmin Məcəllənin 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iş üzrə İddiaçı Şəki şəhər Mədəniyyət şöbəsinin xx xxxxx 1982-ci il tarixli əmri ilə Şəki şəhər X3 tərtibatçı rəssam vəzifəsinə işə qəbul edilmişdir. 2018-ci ilin dekabr ayının 23-də iddiaçının 65 yaşı tamam olmuş və onunla bağlanmış əmək müqaviləsi 1 (bir) ildən artıq müddətə, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək uzadılmışdır. İddiaçı ilə MKS-i arasında bağlanmış müddətli əmək müqaviləsinin vaxtı xx.xx.2019-cu il tarixdə bitməsi ilə əlaqədar cavabdeh təşkilat tərəfindən iddiaçıya əmək müqaviləsinin vaxtının daha 1 il uzadılması üçün müvafiq icra hakimiyyəti orqanından razılıq almasını xahiş edilsə də, iddiaçı tərəfindən həmin orqandan hər hansı razılıq alınmamışdır. Buna görə də Şəki şəhər X1 direktoru müvafiq əmrlə iddiaçı ilə aralarında bağlanmış müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam vermişdir. İddiaçı həmin müddətdə xəstə olmağı barədə cavabdeh təşkilatı hər hansı formada məlumatlandırmamış, həmçinin xəstə olması barədə bülleten əldə etsə də işə davam etmişdir. İddiaçı tərəf əsassız olaraq işdən azad edildiyini göstərərək iddianı müdafiə edir. Cavabdeh təşkilatların nümayəndələri isə iddianı qəbul etmirlər. Göründüyü kimi iddiaçı onunla bağlanmış fərdi əmək müqaviləsinə xitam verilməsi əmri verilərkən iddiaçının xəstə olduğunu bildirsə də, bu barədə Şəki şəhər X1 direktoru X14 hər hansı məlumat verilməmiş, həmçinin İddiaçı xəstə olmasına dair hər hansı arayış Şəki şəhər X3 təqdim edilməmişdir. Cavabdeh həmin arayış barəsində məhkəmə prosesində olarkən məlumatı olmuşdur. İddiaçı məhkəmə prosesində onun xəstələnməsi barədə cavabdehi əvvəlcədən məlumatlandırması haqqında hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə iddiaçının hər gün işə davam etməsini göstərmişdir. Məhkəmə heasb edir ki, MPM-nin 77-ci maddəsinin tələbləri baxımından iddia üzrə ifadə edilmiş bütün fikirlər iddiaçı tərəfindən sübut edilməlidir və bu vəzifə qanunvericiliyə əsasən iddiaçının üzərinə düşür. Bu baxımdan iddiaçının işə davam etməklə sonradan xəstələnməsi barədə arayış alaraq onu məhkəməyə təqdim etməklə barəsində çıxarılmış əmrin ləğv edilməsinə çalışması məhkəmə tərəfindən qəbul edilə bilməz. Buna görə də Şəki şəhər X1 iddiaçı barəsində verilmiş işdən çıxarma haqqındaəmri qanuni və əsaslı hesab edilməlidır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı onunla bağlanmış əmək müqavləsinə xitam verilməsi barədə Şəki şəhər X1 direktoru X12 xx xxxxxx 2019-cu il tarixli 46 nömrəli əmrinin qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsi, onun Cavabdeh1nə tərtibatçı rəssam vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğvinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqavləsinə xitam verilməsi barədə Şəki şəhər X1 direktoru X12 xx xxxxxx 2019-cu il tarixli 46 nömrəli əmrinin qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsini xahiş etsə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-376/2020 nömrəli qətnaməsində Şəki şəhər X1 direktoru X12 xx xxxxxx 2019-cu il tarixli 46 nömrəli əmrinə qiymət verilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1993-cü il tarixli, 05 saylı QƏRARİ-nın 31-ci bəndində göstərilmişdir ki, əgər işə bərpa haqqında mübahisəni həll edərkən məhkəmə hesab etsə ki, əmək müqaviləsini pozmaq üçün müdiriyyətin əsası olsa da, o, əmrdə işdən çıxarma səbəbini düzgün ifadə etməmiş və ya müvafiq olmayan qanuna istinad etmişdir, onda məhkəmə, işdən çıxarmaya əsas vermiş faktiki halları əsas götürərək, işdən çıxarma səbəbinin ifadəsini qüvvədə olan əmək qanunvericiliyinə uyğunlaşdıra bilər. İşdən çıxarma səbəbinin düzgün ifadə olunmamasının işçini başqa müəssisəyə, idarəyə, təşkilata işə girməkdən məhrum etdiyi sübut olunduqda, məhkəmə respublika Əmək Qanunları Məcəlləsinin 239-3-cü maddəsinə uyğun olaraq, məcburi iş buraxma müddəti üçün, lakin bir illik müddətdən çox olmamaqla orta qazancı onun xeyrinə tutur. Qüvvədə olan bəhsi keçən Qərara istinad edərək məhkəmə iddiaçının onun işdən çıxarılmasının qanunsuz və əsasız səbəbi kimi göstərdiyi “əmrdə müəssisənin adı, hüquqi ünvanı, işəgötürənin adı və ata adının göstərilməməsi, həmçinin həmin əmrin “§1" paraqrafında işçinin atasının adının, işçinin vəzifəsinin adının tam qeyd edilməməsi və əmrin tarixinin xx xxxxxx 2019-cu il” kimi göstərilməsi hallarını formal əsaslar hesab edir və iddiaçının işdən çıxarma səbəbi qüvvədə olan əmək qanunvericiliyinə uyğunlaşdıraraq İddiaçı işdən çıxarılma əmrinin xx xxxxxx 2019-cu il tarixi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Şəki şəhər X1 direktoru X12 xx xxxxxx 2019-cu il tarixli 46 nömrəli əmrinin qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsini xahiş etdiyinə görə və həmin əmrin uyğunlaşdırılmasına zərurət olmadığına görə birinci instansiya məhkəməsi işdən çıxarma barədə əmrin tarixini xx xxxxxx 2019-cu il kimi qəbul etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-376/2020 nömrəli qətnaməsinin nəticə hissəsində “xx xxxxxx 2019-cu il” tarixdəki “30” rəqəmi “20” rəqəminə dəyişdirilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-376/2020 nömrəli qətnaməsinin nəticə hissəsində “xx xxxxxx 2019-cu il” tarixindəki “30” rəqəmi “20” rəqəminə dəyişdirilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1125/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1125/2020
24.06.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver