Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1125/2021 07.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh1 vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə Şəki Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(075)–535/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(075)–535/2021 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 18000 (on səkkiz min) manat borc və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddianın Cavabdeh2 aid hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı (bundan sonra Sahib) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 (bundan sonra Tahir) və Cavabdeh2 (bundan sonra Rasim) 18000 manat və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Şəki şəhər sakini Cavabdeh1 qiyabi, yəni Salman Mümtaz küçəsində tikinti materiallarının satışı bazası işlədən bir biznesmen kimi tanımışdır. Tahirlə şəxsi münasibətləri və əlaqəsi olmamışdır. O, bir gün Tahirlə qarşılaşıb sərfəli bir iş qurmaq istədiyini ona bildirmişdir. O isə cavabında öz biznesini bir qədər qaldırmağı üçün yaxşı pul qazanmaq və onu dolandırmağın mümkünlüyünü demişdir. Sonradan o razılaşmış və Tahirə 24000 ABŞ dolları pul verə biləcəyini demişdir. Təxminən 2010-cu ilin sentyabr ayında Tahir pula görə ona zəng vurmuş, hazırda kənddə olduğunu bildirmiş və onunla görüşə satıcı İsfəndiyarı göndərmişdir. İsfəndiyar Daşüz kəndində yerləşən məscidin qarşısında onunla görüşmüş və ona əvvəlcə 15000 ABŞ dolları vermiş, qalan 9000 ABŞ dollarını isə 1 həftə ərzində Tahirə işlətdiyi mağazada – satıcısı İsfəndiyarın yanında vermişdir. Lakin Tahir ona pul qaytarmamışdır. O, Tahirdən səbəbini soruşduqda sonuncu alverin zəif olduğunu və ondan hələlik pul istəməməyini xahiş etmişdir. Artıq maddi vəziyyəti çətin olduğunu anlayıb Tahirdən aprel ayında borcundan 1000 manat pul və 1000 manat dəyərində inşaat materialları almışdır. Sonradan maddi imkanının daha da pisləşdiyini görüb Tahirdən qalan pulunu geri almaq qərarına gəlmiş və sonuncuya zəng edib pulunu istəmişdir. Tahir isə cavabında “Rasim” adlı şəxsin ona 40000 ABŞ dolları pul borcu olduğunu, həmin şəxslə danışacağını və onun borcu olan 24000 ABŞ dollarını Rasimin qaytaracağını demişdir. Bir müddət sonra Rasim adlı şəxs borcdan 4000 manat qaytarmışdır. Lakin bugünədək pulunun qalan hissəsini Tahirdən və Rasimdən ala bilməmişdir. Hal-hazırda cavabdehlərin ona 18000 manat borcları qalmışdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, özü Qarabağ əlilidir. 2010-cu ildə qardaşı ona 30000 ABŞ dolları pul göndərmiş, ona özünə iş qurmağı bildirmişdir. O da həmin pulu 6000 ABŞ dolları ziyana çıxarmış və əlində 24000 ABŞ dolları olmuşdur. Pulu Cavabdeh1 borc verərkən sonuncu ona bildirmişdir ki, mağazada satış yaxşıdır və ona hər ay təxminən 700 manat pul düşəcək. Həmin pulu da hər ayın istənilən günü gəlib-götürə, həm qardaşının borcunu qaytara, həm də dolanacaq əldə edə bilər. Lakin Cavabdeh1 heç bir vədinə əməl etməmiş, dəfələrlə onunla apardığı danışıqlar heç bir nəticə verməmiş, nəhayət 2012-ci ildə ona qaytarmağa pulu olmadığını və Cavabdeh2 ona 40000 ABŞ dolları borclu olduğundan bütün borcunu sonuncunun qaytaracağını bildirmişdir. Həmin vaxtadək Cavabdeh2 tanımamışdır. Keçən müddət ərzində Cavabdeh2 ona müxtəlif vaxtlarda və məbləğlərdə (1-100 manat, hətta 50 qəpik) təxminən 3000 manat pul vermişdir. Borcdan sonuncu dəfə pandemiyadan əvvəl, 2020-ci ilin yanvar-fevral aylarında 50 manat qaytarmışdır. Keçən müddət ərzində cavabdehlər bir dəfə də olsun onunla razılığa gəlməyə cəhd etməmiş, hətta dəfələrlə sıxıntıya düşmüş və həmin zamanlarda 3000 manatla bütün borcu bağlamağa belə razılaşmışdır. Lakin cavabdehlər biganə münasibət sərgiləmişlər. Hazırda cavabdehlərin ona 18000 ABŞ dolları (24000 – 1000 (Cavabdeh1 qaytardığı) – 1000 (borcun əvəzinə mağazadan götürülən inşaat materialları) – 3000 (Cavabdeh2 qaytardığı) = 18000) borcu vardır. O, borcunu ABŞ dollarının bu günə olan məzənnəsi üzrə də tələb edə bilərdi. Lakin o, vicdanlı və humanist davranış sərgiləyərək borcunu manatla tələb edir. Keçən müddət ərzində get-gələ düşmüş, yollarda qalmış, özü və ailəsi sarsıntı keçirmiş, maddi və mənəvi sıxıntılar yaşamışlar. Lakin o, cavabdehlərdən mənəvi ziyan belə tələb etmir. Onun məqsədi öz halal pulunu almaqdır. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirdi ki, həqiqətən də Cavabdeh2 ilə arasında 29 mart 2012-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Lakin o, həmin müqavilə üzrə və ya digər qaydada Cavabdeh2 pul verməmiş, sonuncu da pul almamışdır. Müqavilə formal olaraq cavabdehlərin ona olan borclarından yayınmamaları üçün bağlanmışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 göstərmişdir ki, iddiaçının dedikləri həqiqəti əks etdirmir. Belə ki, əvvəllər Şəki şəhəri, Salman Mümtaz küçəsində tikinti materiallarının satışı bazasını “İsfəndiyar” adlı şəxslə şərikli işlətmişdir. Bütün işi İsfəndiyar idarə etmiş, o, sadəcə maya qoymuşdur. İddiaçı da bazarda tanımışdır. 2010-cu ildə İddiaçı ona 24000 ABŞ dolları pulu olduğunu, onlara şərik olmaq istədiyini bildirmişdir. O isə cavabında necə məsləhət bilirsə, onu etməsini, bu cür işlərə qarışmadığını bildirmişdir. Bundan sonra Sahib bütün razılaşmanı İsfəndiyarla aparmışdır. İsfəndiyar da ona Sahibin təxminən 20000-22000 ABŞ dolları pul qoyaraq mağazaya şərik olduğunu bildirmişdir. Lakin o, Sahibdən hər hansı məbləğdə borc istəməmiş və ya almamışdır. Belə ki, onun həmin vaxt “xxxx” QSC-də tanışları olduğundan borc lazım olduqdan bankdan alır və faizi ilə qaytarırdı. Sahibə də dəfələrlə bildirmişdir ki, gəlib mağazada işlərin üstündə dursun və nə qədər gəlir olduğunu özü görsün. Lakin mağaza çox böyük ziyana uğramış, nə qədər mal zay olmuş, əllərindəki malları isə maya qiymətindən də aşağı satmalı olmuşlar. Həmin vaxt nisyə mal verib onlara borcu olanlardan biri də hazırkı iş üzrə Cavabdeh2 olmuşdur. O, İsfəndiyara bildirmişdir ki, Rasim mağazaya olan 40000 ABŞ dolları borcunun bir hissəsini ilk olaraq Sahibə ödəsin, Sahibin borcu tam bağlandıqdan sonra qalan pulu da onlara ödəyər. Beləliklə, onlar Rasim və Sahibi görüşdürübrazılaşdırmışlar. Hətta onun təklifi ilə notariat qaydada borc müqaviləsi bağlanmışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, o, Sahibdən heç bir borc almamış, almadığı borcdan da təbii olaraq pul qaytarmamışdır. Lakin Sahibin bir dəfə borc qarşılığında mağazadan 3000-4000 manata yaxın mal aldığını İsfəndiyardan eşitmişdir. Bundan başqa polis və ya prokurorluqda heç bir izahat verməmişdir, vermişdirsə belə hazırda xatırlamır. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, “xxxx” QSC-yə borcu olmuş, lakin borcunu qaytara bilməmişdir. Cavabdeh1 bankın müdirinin onun tanışı olduğunu və bu məsələni yoluna qoyacağını bildirmişdir. Bundan sonra Tahir 13200 manat borcunu ödəmiş, həmçinin hər ay 1322 manat olmaqla, iki ay ödəniş aparmışdır. Cavabdeh1 təxminən 16300 manat borcu olmuşdur. 2010-cu ildə Cavabdeh1 veriləcək pulu İddiaçı verməklə razılaşmışlar. Bundan sonra notariusa getmişlər. Notariusda iddiaçıdan heç bir məbləğdə pul almamışdır. Müqavilədə 16300 manatı dollara çevirib (həmin vaxt dolların kursu 0.78 manat olmuşdur) 24000 ABŞ dolları kimi qeyd etmişlər. 2010-cu ildən mütəmadi ödənişlər aparmışdır. Belə ki, iddiaçıya 2010-cu ildən 2015-ci ilədək 8000 manat ödəmişdir. 2015-ci ildə iddiaçı ona 3000 manatla qalan borcu bağlayacağını bildirmişdir. O da həmin vaxt 1000 manat ödəmişdir. Qalan 2000 manatdan hissə-hissə ödəmişdir. Sonuncu ödənişi 2020-ci ilin yanvar ayında 50 manat olmaqla aparmışdır. Bundan sonra iddiaçı borcun qarşılığında bir dəfə oğluna məxsus mağazadan ayaqqabı götürmüşdür. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçıya hazırda təxminən 1500 manat qalıq borcu qalmış olar. Lakin iddiaçı iddianı müddətini ötürmüşdür. Buna görə də məhkəmədən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı X7 izahat verərək göstərmişdir ki, təxminən üç il bundan öncə Özbəkistan Respublikasında yaşayan qardaşı ona sərfəli bir iş qurub işləməsindən ötrü 30000 ABŞ dolları pul göndərmiş, pulu alandan sonra Şəki şəhərində bir neçə cəhd etsə də, biznes sahəsində səriştəsi olmadığından normal bir iş qura bilməmişdir. Əksinə bu müddət ərzində pulun 6.000 ABŞ dollarını xərcləmişdir. Əldə olan pulun get-gedə dağılıb getdiyini görərək hansısa bir işə girib pulun üstünü düzəltmək qərarına gəlmişdir. Bu arada o, Şəki şəhər sakini Cavabdeh1 qiyabi, yəni Salman Mümtaz küçəsində tikinti materiallarının satışı bazası işlədən, işləri yaxşı gedən bir biznesmen kimi tanımışdır. Lakin Tahirlə şəxsi münasibətləri, yaxın əlaqələri olmamışdır. Günlərin birində o, Şəki “Kolxoz” bazarının yanında Tahirlə qarşılaşıb salamlaşmış, sonra özü iş barədə onunla söhbət etməyə başlamış, əlində bir qədər pulu olduğunu bildirərək sərfəli bir işlə məşğul olmaq istədiyini bildirmişdir. Söhbət zamanı Tahir ona hazırda satış bazasında işiərin bir qədər zəiflədiyini, bazada mal kasadlığı olduğıınu bildirib, əlavə pul olduğu halda bazaya mal vurub alveri qaldırmağın mümkünlüyünü demişdir. O isə Tahirdən əgər ona bir qədər pul verərsə alveri qaldırmağın və onu da dolandıra biləcəyəninin mümkünlüyü barədə soruşmuş, Tahir də ona əgər pul olarsa alveri qaldırmağın, onun da ayda 700-750 manat pul qazanmağının mümkün olduğunu söyləmişdir. Bir qədər fikirləşdikdən sonra Tahirlə birlikdə işə qoşulmağa və bu işə pul qoymağa razılaşaraq Tahirə 24000 ABŞ dolları pul verə biləcəyini demiş, təxminən 2010cu ilin sentyabr ayında Tahir pula görə ona zəng vurmuş, o, hazırda kənddə olduğunu bildirdiyinə görə Tahir onunla görüşə satıcısı İsfəndiyarı göndərmişdir. İsfəndiyar Daşüz kəndinə gələrək məscidin qarşısında onunla görüşmüş və görüş zamanı o, İsfəndiyara əvvəlcə 15000 ABŞ dolları pul vermişdir. Qalan 9000 ABŞ dolları pulu isə o, bir həftə ərzində Tahirə işlətdiyi satış bazasında satıcısı İsfəndiyarın yanında vermişdir. Aralarında olan razılaşmaya görə Tahir ondan aldığı 24000 ABŞ dolları pulu satış bazasına tikinti malları alıb vuraraq satışı canlandırmalı, hər ay ümumi qazancdan ona 700-750 manat pul verməli imiş. Pulu verəndən sonrakı birinci ayda pulla bağlı Tahirə heç nə deməmiş, sonrakı ikinci-üçüncü aylarda da Tahirin ona pul vermədiyini görüb bunun səbəbini ondan soruşmuş, Tahir isə cavabında alverin zəif olduğunu bildirərək hələlik ondan pul istəməməsini xahiş etmişdir. Bu minvalla Tahirin ona danışdıqları kimi pul verməməsi aprel ayınadək uzanmış, artıq maddi vəziyyətinin çətin olduğunu görəndən sonr Tahirə zəng vurub ondan pul istəmiş, Tahir də ona 1000 manat pul vermişdir. Bundan sonrakı bir neçə ayı yenə də Tahir ona pul verməmişdir. Bununla əlaqədar Tahirlə telefon əlaqəsi saxladıqda Tahir Bakı şəhərində olduğunu, başqa işlərə girmək istədiyini bildirib ondan satış bazasına getməyi və orada oturub İsfəndiyarla birlikdə işləməyi, işə nəzarət etməyi xahiş etmişdir. Buna görə bazaya getdikdə orada satış üçün malların az olduğunu, alverin çox zəif getdiyini görmüş, bu işlə Tahirin onun pulunu qaytarıb verə bilməyəcəyini düşünmüşdür. Bundan bir qədər sonra o Tahirə zəng vurub yenə də ondan pul istəmiş və Tahir ona bu dəfə 500 manat vermişdir. Bu minvalla bir qədər də vaxt keçmiş, Tahirin işlərinin yaxşı getmədiyini, tikinti mallarının satış bazasına demək olar ki mal vurulmadığını, alverin tamamilə zəiflədiyini görüb Tahirə verdiyi 24000 pulu geri almaq qərarına gəlmiş və buna görə də Tahirə zəng vurub pulunu istəmişdir. Telefon danışı zamanı Tahir ona onun pulunun üstünə iki o qədər də qoyub tikinti nazirliyinə verdiyini, buna görə yaxşı bir iş alacağını bildirmişdir. Bundan sonra Tahir iflasa uğradını bildirərək özü hazırda pulunu qaytarmaq imkanında olmadığını, ona 40000 dollar pul borcu olan Rasim adlı şəxslə danışacağını və onun 24000 dollar pulunu Rasimin qaytaracağını bildirmiş, əvvəlcə o razılaşmasa da, sonradan pulun qaytarılmasını rəsmiyyətə salmaq üçün razılaşmışdır. Daha sonra onlar birlikdə 1 saylı notariat kontoruna gedərək Rasimlə kredit müqaviləsi bağlamışlar. Müqavilənin məzmununa görə Rasim ona 25000 manat pulu borc şəklində 29 sentyabr 2012-ci il tarixədək ödəməyi öhdəliyinə götürmüşdür. Buna baxmayaraq 24000 dollar pulunu bugünədək Tahirdən və Rasimdən ala bilməmişdir. Tahir son söz olaraq hazırda özünün maddi imkanının olmaması səbəbindən pulu qaytara bilmədiyini göstərmişdir. Birinci instansiya məhkəməsində iş üzrə izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, təxminən 2007-ci ildə Şəki şəhər sakini İsfəndiyar adlı şəxslə birlikdə şəhərin Salman Mümtaz küçəsində tikinti mallarının satışı mağazası icarəyə götürərək birlikdə işlətməyə başlamışlar. Sahib Cəlilovu əvvəllər həm müştəri kimi, həm də ki onlardan mal alan şəxslərin mallarını özünə məxsus olan VAZ-21011 markalı avtomaşınla daşıyan taksi sürücüsü kimi qiyabi tanımışdır. Onunla heç bir yaxın münasibəti olmamışdır. Təxminən 2010-cu ilin payız aylarında Şəki kolxoz bazarının yanında təsadüfən qarşılaşmış, salamlaşdıqdan sonra çıxıb getmək istəyərkən Sahib onu saxlayıb suallar verməyə başlamışdır. Belə ki, Sahib əlində bir qədər pul olarsa hansı işlər görə biləcəyini ondan soruşmuş, o isə “baxır pulun miqdarına” deyə cavab vermiş, müxtəlif növ əşyaların alışı və satışı ilə məşğul ola biləcəyini ona demişdir. Sonra sözünə davam edərək Sahib “əgər 30000 pulum olsa mən tikinti mallarının satışı ilə məşğul ola bilərəm?” deyə sual verdikdə o, bu işə sıfırdan başlamaq üçün belə məbləğin az olduğunu qeyd etmişdir. Bundan sonra Sahib onunla işləmək istəməsi ilə bağlı fikrini bildirərək, pulunu onların obyektinə qoymaq istəməsi təklifini irəli sürmüşdür. O, Sahibin bu təklifinə hazırkı şəriki İsfəndiyarla söhbətləşib məsləhətləşdikdən sonra cavab verə biləcəyini deyərək çıxıb getmişdir. Səhəri gün İsfəndiyara Sahiblə aralarında olan söhbət barədə məlumat verərək Sahibin onlarla birlikdə işləmək üçün 30000 dollar pul vermək istədiyini bildirmiş, İsfəndiyar da heç bir etiraz etməmişdir. Bundan sonra o, Sahibi işlədikləri satış mağazasına dəvət etmiş orada ətraflı söhbət etdikdən sonra Sahibə mağazada olan malları, əllərində olan pulu, verdikləri nisyələri barədə ətraflı məlumat verərək onda obyekt barədə təəssürat yaratmışlar. Bundan sonra Sahib onlarla şərik kimi işləməyə razılıq vermişdir. Aralarında olan razılaşmaya əsasən Sahib obyektə qoyacağı pulun dəyərində əldə olunacaq xeyirdən payını götürəcəkdir. Razılaşdıqdan bir neçə gün sonra Sahib Cəlilov əvvəlcə 15000 dollar, bir həftə ərzində isə 9000 dollar, ümumilikdə 24000 dollar onlara pul vermişdir. Bu pulun 15000 dollarını X8 kəndində, 9.000 dollarını isə işlədikləri satış mağazasında vermişdir. Sonra Sahibə təklif etmişdir etmişdir ki, gəlib İsfəndiyarla birlikdə obyektdə baş verənləri özü görmüş olsun. Lakin Sahib hər gün satış mağazasına gələ bilməyəcəyini söyləmişdir. Sahib onlarla şərik işləməyə başladıqdan sonra o, vaxtının çoxunu Bakı şəhərində keçirmiş, yeni və sərfəli tikinti malları satışı mərkəzləri axtarmışdır. Bu ərəfələrdə Şəki şəhərinə çox az-az gəlib-getmiş, sonradan səhhətində yaranan problemlərlə bağlı Bakı şəhərində qalıb müalicə almışdır. İsfəndiyardan aldığı məlumatlara əsasən Sahib onlarla şərik işə başladığı vaxtdan mağazaları iflasa uğrayanadək mağazadan götürüb istifadə etdiyi tikinti materialları ilə birlikdə 3000 dollar pul almışdır. O, Bakıda olduğu müddətdə Sahib dəfələrlə ona zəng vuraraq işlərin nə yerdə olduğunu soruşmuş, hər dəfə danışıq zamanı o, Sahibə demişdir ki, İsfəndiyarın yanında olsun, işin gedişatına köməklik göstərsin. Bu ərəfələrdə qlobal iqtisadi böhranlara əlaqədar tikinti mallarının qiyməti aşağı düşdüyündən onlar daha çox ziyana uğramasınlar deyə malları daha çox nisyə yolu ilə satmağa başlamışlar. Nəticədə verdikləri nisyə malların pulunu yığa bilmədiklərindən artıq tamamilə iflasa uğramışlar. Mağazanın artıq iş gücünün aşağı düşdüyünü, mağazada malların azaldığını, yeni mal almağa imkan olmadığını görən Sahib ondan verdiyi 24000 dollar pulu tələb etməyə başlamışdır. Ziyandan qurtulmaq üçün o, evini, maşınını satsa da, İsfəndiyar evini banka girov qoysa da, bu, mümkün olmamışdır. Kommersiya fəaliyyətində iflasa uğradığına görə Sahib Cəlilovun 24000 dollar pulunu qaytara bilməmişdir. Cavabdeh1 həmçinin izahatında Sahib Cəlilovda pul olmasını əvvəlcədən bilmədiyini, Sahibin özünün ona yaxınlaşıb onlarla birlikdə şərik işləmək və bu işə pul qoymaq təklifini irəli sürdüуünü, aralarında olan razılaşmaya əsasən Sahib onların tikinti mallarının satışı mağazasına qoyacağı pulun müqabilində alverdən əldə olunacaq qazancdan öz payını götürəcəyini, işlədikləri müddətdə Sahibin mağazadan 3000 dollardan artıq pul aldığını, ticarət fəaliyyətində şərik girdiyin işin xeyir və ziyanın bərabər bölünməli olduğunu göstərmiş, əvvəlcədən Sahib Cəlilovdan pul almaq üçün ona hər hansı bir vəd vermədiyini və onu aldatmadığını göstərmişdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı izahatı alınmış Şahid göstərmişdir ki, təxminən 2005-2006-cı ildə tanışı Cavabdeh1 ona tikinti mallarının satışı mağazası götürüb birlikdə işlətmək təklifini etmiş və o razılaşmışdır. X13 küçəsində icarəyə götürdüyü tikinti mallarının satışı mağazasına heç bir investisiya qoymamış, mağazanın bütün xərcini Tahir özü çəkmişdir. Mağaza 2008-cı ilədək yaxşı işləmiş, stabilliyi pozulmamışdır. Lakin bu ərəfələrdə dünyada gedən iqtisadi böhran onların da mağazasına öz mənfi təsirini göstərmişdir. Bu vaxtlarda Tahirin ona deməsinə görə Sahib adlı bir nəfər ona yaxınlaşaraq pulunun olduğunu və onlarla şərik işləmək istədiyini bildirmiş, razılaşmalarına görə nə qədər qazanc olsa, o da öz pulunun müqabilində xeyrini götürəcəkdir. Bu söhbətdən təxminən 10 gün sonra Tahir ona zəng vuraraq Daşüz kəndinə gedib orada Sahibdən pulu götürməyi tapşırmış, o da öz maşını ilə Daşüz kəndinə gedərək orada Sahibin verdiyi 15000 dollar pulu alıb gətirmiş, elə həmin gün mağazada olan pulu da qoyaraq Bakı şəhərinə tikinti malları almağa getmiş, 20-30 min dollar civarında mal alıb gətirib mağazaya vurmuşdur. Təxminən bir ay ərzində Sahib əlavə olaraq onların satış mağazasında əlavə 9000 dollar da pul vermiş, ümumiyyətlə, Sahibdən 24000 dollar pul alandan sonra 7-8 dəfə Bakı şəhərinə gedib tikinti materialları alıb gətirmişlər. Hər dəfə 25-30000 dollar dəyərində. Sahib onlarla şərik işlədiyi müddətdə götürdüyü tikinti mallar ilə birlikdə mağazadan 3000 dollar pul almışdır. Bu arada tikinti materiallarının qiymətlərinin qəflətən nəzərə çarpacaq dərəcədə aşağı düşməsi onların işini çətinləşdirmişdir. Məsələn hər kub taxtanı 120 manat ziyanına satmağa məcbur olmuşlar. Buna görə onlar tikinti materiallarını daha çox nisyə qaydasında satmağa başlamış, lakin böyük məbləğdə nisyə mal verdikləri müştərilərdən pullarını ala bilməmişlər. Satış mağazasının daha da iflasa uğradığını, böyük məbləğdə ziyana düşəcəklərini görüb öz evini “xxxx” QSC-yə girov qoyub pul götürmüş, lakin bu da mağazanın vəziyyətini düzəldə bilməmişdir. Nəticədə mağaza iflasa uğrayaraq öz fəaliyyətini dayandırmışdır. Şahid izahatında Sahib Cəlilovun 24000 dollar pulu şəxsən özü istəyərək və təklif edərək şərik işləmək üçün Tahirə verdiyini, Tahirin pulu almaqda başqa bir niyyətinin olmadığını, Tahirin deməsinə görə hər ay Sahiblə hesab aparıb onun payına düşən pulu verdiyini bildirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin həmin qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir və hesab edir ki, qətnamə apelyasiya instansiyasında ləğv olunmalıdır. Belə ki, qətnamə qəbul edilərkən işin halları düzgün araşdırılmamış, mövcud faktlar və sübutlar obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək qərəzli qətnamə qəbul edilmişdir. İş materiallarına əlavə edilən 29 mart 2012-ci il tarixli, 3M-1/117 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, "kredit verən" - İddiaçı "kredit alan" - Cavabdeh2 arasında 25000 manat məbləğində borc müqaviləsi bağlanmış və Cavabdeh2 krediti 29 sentyabr 2012-ci il tarixədək "kredit verən" - İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. X1 şikayəti üzrə Şəki Şəhər-Rayon Polis Şöbəsində toplanan HK-1/787 nömrəli material üzrə qəbul edilmiş 01 noyabr 2013-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. Həmin tarixdən sonra iddiaçı X7 tərəfindən nə ona nə də Cavabdeh2 heç bir xəbərdarlıq ünvanlanmamış, borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunmamışdır. Bu isə onu deməyə əsas verir ki, Cavabdeh2 tərəfindən iddiaçıya sözügedən kredit müqaviləsi üzrə ödənişlər olduğu üçün məhkəməyə müraciət etməyinə zərurət yaranmamışdır. Bundan əlavə məhkəmə iddia tələbindən kənara çıxaraq mövqeyində bildirmişdir ki, "İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 29 mart 2012-ci il tarixli, 3M-1/117 reyestr nömrəli kredit müqaviləsinə münasibətdə qeyd etmişdir ki, həmin müqavilə uydurma əqd olmaqla, ona uyğun hüquqi nəticələr yaratm aq niyyəti olm adan, yalnız görünüş üçün bağlanmış əqddir." Halbuki məhkəmənin icraatında belə tələbə baxılmır və müqavilənin ləğvi mübahisə predmeti deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı işdə məhkəmə tələbdən kənara çıxmanın müstəsna hal olmasını öz qətnaməsində əsaslandırmadan mövqe bildirmişdir. Bu isə MPM-in tələbinə ziddir. Həmçinin iddiaçının öz hüquqlarını müdafiə etməyin yolunu Şəki ŞRPŞ-yə müraciət etməklə kifayət qədər bilməsi iş materialları ilə təsdiqini tapdığı halda onun 29 mart 2012ci il tarixli, 3M-1/117 reyestr nömrəli kredit müqaviləsini hal-hazıradək mübahisələndirməməsi və guya mənə pul verdiyi halda Cavabdeh2 pul qəbul etməsi iddianın əsassız olmasını bir daha təsdiq edir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 29 mart 2012-ci il tarixli, 3M-1/117 reyestr nömrəli kredit müqaviləsi etibarsız hesab edilmədiyi halda iddiaçının ondan hazırda 18000 manat pulu tələb etməsinin qanunsuz və əsassız olmasını qeyd edir. Həmçinin, məhkəmə onun İddiaçı 24000 ABŞ dolları məbləğində pul almaqla qanuni və müqavilə əsası olmadan əsassız varlanmağı qənaətinə gələrək Mülki Məcəllənin 1092ci maddəsinin müddəalarını tətbiq etmişdir. Hansı ki, həmin Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Hazırkı mübahisə üzrə də məhkəmə bu maddənin tələbini nəzərə almalı və iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququnun məlum olduğu vaxtdan 10 ilə yaxın müddət keçdiyini nəzərə alaraq iddia təlbini rədd etməli idi. Sözügedən müddət isə kəsici müddət olduğundan bu halda mənim hər hansı ərizə verməyimə zərurət yox idi. Göründüyü kimi borc münasibətləri iddiaçı ilə Cavabdeh2 arasında yaranmış, 29 mart 2012-ci il tarixli, 3M-1/117 nömrəli kredit müqaviləsi ilə rəsmiləşdirilmiş və halhazıradək miibahisələndirilməmişdir. Cavabdeh2 tərərfindən olunan ödənişlərin iddiaçı tərəfindən qəbul edilməsi həmin müqavilənin görünüş üçün bağlanmadığını bir daha sübuta yetirir. Eyni zamanda iddiaçı tərəfindən 2013-cü ildən sonra heç bir etirazın (xəbərdarlıq, məhkəməyə müraciət və s) olmaması da tələbin ona münasibətdə əsassız olmasını göstərir. Hətta onun iddiaçının verdiyi pul vəsaitindən istifadə etməklə əsassız varlanmağını güman etsək belə bununla bağlı bir daha Mülki Məcəllənin 1095-ci maddəsinin tələbi hazırkı iddia tələbinin rəddinə yönəldiyini qeyd edir. Məhkəmə işin bu hallarını obyektiv araşdırmadan birtərəfli qaydada yalnız iddia ərizəsinə və iddiaçının dəlillərinə uyğun qətnamə qəbul etmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(075)–535/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun vəkili X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 izahat verərək, apellyasiya şikayətinin ona aid olan hissədə təmin edilməməsini, qətnamənin ona aid olan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(075)–535/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Şəki Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(075)–535/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası cavabdeh Cavabdeh2 qarşı olan hissədə təmin edilməli, Cavabdeh2 18000 (on səkkiz min) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, İddia qalan hissədə rədd edilməlidir. İşdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı, polis baş leytenantı X9 tərəfindən HK-1/787 nömrəli material üzrə qəbul edilmiş 01 noyabr 2013-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəki şəhəri, B.Məmmədov küçəsi, ev 3/4-də yaşayan X3 təxminən iki il bundan öncə Şəki şəhərində yaşayan Tahir adlı şəxsə 25000 manat pul verməsi və bu günə kimi pulunu ondan geri ala bilməməsinə dair ərizəsi Şəki ŞRPŞ-nin İTB-nin rəisi, polis mayoru Müşviq Cəbrayılovun raportu əsasında 23 oktyabr 2013-cü il tarixdə icraatına daxil olmuşdur. İşdə olan Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış 24 fevral 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı Şəki Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmışdır. İddia ərizəsində qeyd etdiyinə görə İddiaçı 2010-cu ildə Cavabdeh1 pul vermişdir. Bir müddət sonra Tahir ondan İddiaçı pul verməyini istəmişdir. O da həmin il ərzində müəyyən miqdarda Sahibə pul vermiş və borcu olmadığından bu günə kimi pul verməmişdir. Çünki o, İddiaçı heç vaxt borca pul almamışdır. Cavabdeh1 dediyi üçün o, Sahibə pul vermiş və Tahirə olan borcunun bitdiyini bildiyindən ödəməmişdir. Ümumiyyətlə, onun iş üzrə heç bir cavabdehliyi yoxdur, çünki İddiaçı o, borc almamışdır. O, heç kimdən borc pul almamışdır. Ümumiyyətlə, onun bu iş üzrə heç bir öhdəliyi olmadığı və cavabdeh olmadığından ona münasibətdə iddianın rədd edilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış 18 mart 2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddia müddətindən 11 il keçdiyi üçün iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh2 tərəfindən 18 mart 2021-ci il tarixli məhkəmə iclasında verilmiş izahatın məzmunundan görünür ki, o, 2010-cu ildə Sahibə Tahirə verəsi olduğu pulu ona verəcəyi ilə razılığa gəldiyini, 2010-cu ildən 2015-ci ilədək təqribən 8000 manat pul verdiyini, 2015-ci ildə razılaşma əsasında 3000 manat verməli olduğunu, həmin 3000 manatın 1000 manatını verdiyini, həmin tarixdən sonra imkan olduqca hissə-hissə olmaqla cəmi 1500 manat, sonuncu dəfə 2020-ci ilin yanvar ayında 50 manat ödədiyini, hazırda qalıq 1500 manat borcu olduğunu bildirmişdir. İşdə olan Şahid tərəfindən yazıldığı iddia edilən izahatın məzmunundan görünür ki, İddiaçı Cavabdeh1 əvvəlcə 15000 $, sonra 5000 $, daha sonra 2000 $ və yenə 2000 $ olmaqla, cəmi 24000$ pul vermiş, hesablamalara görə satışdan əldə olunmuş qazanc əsasında ona ayda 650- 700 $ pul düşməli imiş. Beləliklə, Sahib mağazadan 1355 manat, yəni 1720 $ dəyərində mal götürmüş və Tahirdən eşitdiyinə görə sonuncu Sahibə 1000 manat, yəni 1270 $ pul şəklində vermişdir. Sonradan nə olub-bitdiyindən xəbəri yoxdur. İşdə olan 29 mart 2012-ci il tarixli, 3M-1/117 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, “kredit verən” – İddiaçı “kredit alan” – Cavabdeh2 25000 manat məbləğində borc vermişdir. “Kredit alan” – Cavabdeh2 krediti 29 sentyabr 2012-ci il tarixədək “kredit verən” – İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edib, Cavabdeh1 18000 (on səkkiz min) manat borc və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsini və iddianın Cavabdeh2 aid hissədə təmin edilməməsini qət edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 157.2, 324.1, 340.1, 340.2, 373.2, 380.1, 385.1, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 380.1-ci mаddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları olaraq qəbul edilmişdir ki, X7 təxminən 2009-2010-cu illərdə əvvəlcədən tikinti materiallarının satışı fəaliyyəti ilə məşğul olmasını bildiyi Cavabdeh1 24000 dollar pul vermiş, aralarında olan razılaşmaya əsasən X16 İsmayılovun işlətdiyi mağazadan mağaza iflasa uğramamışa qədər öz payına düşən 3000 dollardan artıq pul götürmüş, sonradan tikinti materiallarının qiymətlərinin qəflətən aşağı düşməsi, buna görə mallarının çoxunu nisyə qaydada satıb pullarını geri ala bilməməsi səbəbindən Cavabdeh1 iflasa uğramış, Sahib Cəlilov məhz bundan sonra ona verdiyi 24000 dollar pulu Cavabdeh1 geri istəmişdir. Belə olan halda toplanmış material üzrə cinayət hadisəsi olmaması əsasına görə cinayət işinin başlanması rədd edilmiş, Sahib Cəlilov və Cavabdeh1 arasında yaranan bu mübahisə mülki hüquq xarakterli olduğundan X6 Cavabdeh1 verdiyi 24000 ABŞ dolları pulun geri alınması tələbi ıiə bağlı Azərbaycan MPM-nin 149-cu maddəsinə əsasən Şəki Rayon Məhkəməsinə müraciət etmək huququnun olması izah edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, iddiaçı X7 2010-cu ildə əvvəlcədən tikinti materiallarının satışı fəaliyyəti ilə məşğul olmasını bildiyi Cavabdeh1 24000 ABŞ dollar pul vermiş, aralarında olan razılaşmaya əsasən Cavabdeh1 Sahib Cəlilova hər ay əldə olunan qazancdan payına düşən hissəni verməli olmuşdur. Lakin mağaza bir müddət sonra iflasa uğramışdır. Cavabdeh1 vəd etdiyi vaxtdan mağaza iflasa uğrayanadək iddiaçıya tikinti materialı və pul şəklində olmaqla, cəmi 3000 ABŞ dollar ödəmişdir. Lakin həmin vaxtdan sonra heç bir ödəniş etməmiş, iddiaçının pulunu geri qaytarmamışdır. Bu barədə iddiaçı cavabdehlə görüşüb pulunu tələb etsə də, Cavabdeh1 maddi imkanı olmadığını əsas gətirərək bundan imtina etmişdir. Daha sonra Cavabdeh1 iddiaçıya hazırkı iş üzrə digər Cavabdeh2 ona borcu olduğunu, iddiaçıya olan borcunun artıq Cavabdeh2 tərəfindən ödəniləcəyini bildirmişdir. Lakin Cavabdeh2 da ödənişləri etmədiyi üçün iddiaçı bununla bağlı Şəki ŞRPŞ-yə müraciət etmiş, Cavabdeh1 əməllərində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, iddiaçı X7 Cavabdeh1 qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Keçən dövr ərzində ümumi borcun bir hissəsi ödənilmiş, sonuncu ödəniş 2020-ci ilin yanvar ayında Cavabdeh2 tərəfindən aparılmışdır. İddiaçı hazırda qalıq 18000 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh1 iddiaçıya heç bir borcu olmadığını bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Digər Cavabdeh2 isə iddia müddəti tətbiq edərək iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı X7 Cavabdeh1 24000 ABŞ dollar pul vermiş, cavabdeh indiyədək həmin puldan iddiaçıya 3000 ABŞ dolları (mal və pul şəklində) qaytarmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sənədlərlə bir daha öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşmışdır. Belə ki, cavabdeh öz ifadəsində “mağazanı İsfəndiyarla şərik qaydada işlətdiyini, iddiaçı tərəfindən verilmiş pullardan xəbəri olmadığını, bütün pulun İsfəndiyara verildiyini” bildirsə də, qanuni qüvvəsini almış və şikayət verilməmiş HK-1/787 nömrəli material üzrə aparılmış araşdırma zamanı verdiyi izahatında “...Razılaşdıqdan bir neçə gün sonra Sahib Cəlilov əvvəlcə 15000 dollar, bir həftə ərzində isə 9000 dollar, ümumilikdə 24000 dollar onlara pul vermişdir. ...Kommersiya fəaliyyətində iflasa uğradığına görə Sahib Cəlilovun 24000 dollar pulunu qaytara bilməmişdir. ...işlədikləri müddətdə Sahibin mağazadan 3000 dollardan artıq pul aldığını...” göstərmişdir. İddiaçı da Cavabdeh1 həmin borcdan cəmi 3000 ABŞ dolları ödədiyini bildirmişdir. Məhkəmə prosesi gedişində Cavabdeh1 iddiaçıya 3000 ABŞ dollarından başqa məbləğlərdə hər hansı ödəniş etməsi barədə sübut təqdim edilməmişdir. Bundan başqa Cavabdeh1 “bütün pulun İsfəndiyara verildiyini, mağazanı İsfəndiyarla şərik qaydada işlətdiyini” bildirsə də, qanuni qüvvəsini almış və şikayət verilməmiş HK- 1/787 nömrəli material üzrə aparılmış araşdırma zamanı Şahid verdiyi izahatında “Tahirin ... mağazasına heç bir investisiya qoymamış, mağazanın bütün xərcini Tahir özü çəkmişdir” bildirmişdir. Həmçinin, iddiaçı da Şahid biznesmen, ortaq və ya şərik kimi deyil, Cavabdeh1 satıcısı kimi tanıdığını bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh1 qeyd etdikləri məqsədli şəkildə iddianın təmin edilməməsinə yönəldilmişdir. Cavabdeh1 iddiaçı X6 olan borcunun 3000 manat hissəsini Cavabdeh1 müəyyən məbləğdə borcu olan digər Cavabdeh2 ödəmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında “iddiaçı X6 ayrı-ayrı vaxtlarda 8000 manat, 3000 manat və məbləğini dəqiq bilmədiyi digər ödənişlər etdiyini, hazırda iddiaçıya 1500 manat qalıq borcu qaldığını” bildirmişdir. Lakin Cavabdeh2 məhkəməyə ünvanladığı ərizəsində “...Tahir ondan İddiaçı pul verməyini istəmişdir. O da həmin il ərzində müəyyən miqdarda Sahibə pul vermiş və borcu olmadığından bu günə kimi pul verməmişdir”, həmçinin digər ərizəsində “2013-2014-cü ildən sonra heç bir ödəniş etməmişdir” kimi hazırkı məhkəmə iclasında verdiyi izahatla müqayisədə ziddiyyətli qeydlər aparmışdır. Odur ki, birinci instansiya məhkəməsi digər Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşmışdır. Məhkəmə prosesi gedişində Cavabdeh2 iddiaçıya 8000 manat ödəniş etməsi və hazırda 1500 manat borcunun olması barədə hər hansı sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh1 İddiaçı qaytarılmalı olan borc məbləğinin müştərək qaydada Cavabdeh2 tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 öhdəliklərinin Cavabdeh2 tərəfindən icra edilməli olması ilə bağlı tərəflər arasında hər hansı yazılı razılaşma mövcud deyildir. Bundan başqa Cavabdeh1 digər Cavabdeh2 ona 40000 dollar borcu olduğunu, həmin borcun qarşılığında onun iddiaçıya qarşı öhdəliyinin Cavabdeh2 tərəfindən icra ediləcəyini qeyd etsə də, bu, tələbin ötürülməsinə deyil, Cavabdeh1 Cavabdeh2 qarşı mülki iddia icraatı qaydasında iddia qaldırmaq hüququnu yaradır. Birinci instansiya məhkəməsi İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 29 mart 2012-ci il tarixli, 3M-1/117 reyestr nömrəli kredit müqaviləsinə münasibətdə qeyd etmişdir ki, həmin müqavilə uydurma əqd olmaqla, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanmış əqddir. Bunu məhkəmə iclasında dindirilmiş İddiaçı və Cavabdeh2 da təsdiq etmişlər. Belə ki, İddiaçı Cavabdeh2 heç bir borc verməmiş, Cavabdeh2 ona verilməyən bir borcu ödəmək öhdəliyi götürməmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh2 iddia müddətini tətbiq etməklə iddia ərizəsinin rədd edilməsi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 2020ci ildə bir neçə dəfə xırda məbləğlərlə mütəmadi olaraq, sonuncu dəfə 2020-ci ilin yanvar ayında borcdan 50 manat ödəniş etdiyini etiraf etmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi izahatına mötəbər sübut kimi yanaşır. Odur ki, hazırkı iş üzrə İddiaçı Şəki Rayon Məhkəməsinə 11 fevral 2021-ci ildə, yəni cavabdehin sonuncu dəfə ödəniş etməsindən 01 il 01 ay sonra hazırkı iddia ilə müraciət etmişdir. Göründüyü kimi iddiaçı cavabdehin sonuncu ödənişi etdiyi vaxtdan qanunla nəzərdə tutulmuş 3 illik müddəti ötürmədən məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 İddiaçı 24000 ABŞ dolları məbləğində pul almaqla qanuni və müqavilə əsası olmadan əsassız varlanmışdır. Cavabdeh həmin puldan cəmi 3000 ABŞ dolları qaytarmışdır. Hazırda iddiaçı cavabdehin ona olan qalıq borcunu ABŞ dolları ilə deyil manatla, həmçinin Cavabdeh2 tərəfindən ayrıayrı vaxtlarda edilmiş 3000 manatı da çıxılmaqla tələb edir. Ona görə də Cavabdeh1 əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbində qeyd edilən borc məbləğinin Cavabdeh2 verilməsini təsdiq edən hər hansı bir mötəbər sübut İddiaçı tərəfindən məhkəməyə təqdim etmədiyindən və sübutetmə yükünün iddiaçının üzərinə düşdüyündən iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. İddia qismən təmin edilməli, Cavabdeh1 18000 manat borc alınaraq İddiaçı ödənilməli, əsassız olduğundan iddia Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin hallarını əsas götürən məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək Cavabdeh1 18000 (on səkkiz min) manat borc və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsini və iddianın Cavabdeh2 aid hissədə təmin edilməməsini qət etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə, qətnamənin ləğv olunmasına və iddianın Cavabdeh2 qarşı hissəsində təmin olunmasına, iddianın qalan hissədə təmin olunmamasına əsas olan hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin məcəllənin 404.3-cü maddəsinə əsasən, əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Həmin məcəllənin 404.4-cü maddəsinə əsasən, müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Həmin məcəllənin 404.5-ci maddəsinə əsasən, qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Həmin məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin məcəllənin 882.3-cü maddəsinə əsasən, bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin məcəllənin 882.4-cü maddəsinə əsasən, bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Həmin məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 2012-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Şəki şəhər sakini Cavabdeh1 2010-cu ildə Şəki şəhər Salman Mümtaz küçəsində tikinti materiallarının satışı bazasını işlədən, işləri yaxşı gedən bir biznesmen kimi tanımışdır. O, Şəki “Kolxoz” bazarının yanında Tahirlə qarşılaşıb salamlaşmış, sonra özü iş barədə onunla söhbət etməyə başlamış, əlində bir qədər pulu olduğunu bildirərək sərfəli bir işlə məşğul olmaq istədiyini bildirmişdir. Söhbət zamanı Tahir ona hazırda satış bazasında işlərin bir qədər zəiflədiyini, bazada mal kasadlığı olduğunu bildirib, əlavə pul olduğu halda bazaya mal vurub alveri qaldırmağın mümkünlüyünü demişdir. O isə Tahirdən əgər ona bir qədər pul verərsə alveri qaldırmağın və onu da dolandıra biləcəyəninin mümkünlüyü barədə soruşmuş, Tahir də ona əgər pul olarsa alveri qaldırmağın, onun da ayda 700-750 manat pul qazanmağının mümkün olduğunu söyləmişdir. Sahib Tahirlə birlikdə işə qoşulmağa və bu işə pul qoymağa razılaşaraq Tahirə 24000 ABŞ dolları pul verə biləcəyini demiş, təxminən 2010-cu ilin sentyabr ayında Tahir pula görə ona zəng vurmuş, o, hazırda kənddə olduğunu bildirdiyinə görə Tahir onunla görüşə satıcısı İsfəndiyarı göndərmişdir. İsfəndiyar Daşüz kəndinə gələrək məscidin qarşısında Sahiblə görüşmüş və görüş zamanı Sahib İsfəndiyara əvvəlcə 15000 ABŞ dolları pul vermişdir. Qalan 9000 ABŞ dolları pulu isə Sahib bir həftə ərzində Tahirə işlətdiyi satış bazasında satıcısı İsfəndiyarın yanında vermişdir. Aralarında olan razılaşmaya görə Tahir Sahibdən aldığı 24000 ABŞ dolları pulu satış bazasına tikinti malları alıb vuraraq satışı canlandırmalı, hər ay ümumi qazancdan Sahibə 700-750 manat pul verməli olmuşdur. Az vaxtdan sonra Tahir Sahibə alverin zəif olduğunu bildirərək hələlik ondan pul istəməməsini xahiş etmiş, ona bir dəfə 1000 manat, bir dəfə də 500 manat pul vermişdir. Sahib Tahirin işlərinin yaxşı getmədiyini, tikinti mallarının satış bazasına demək olar ki mal vurulmadığını, alverin tamamilə zəiflədiyini görüb Tahirə verdiyi 24000 pulu geri almaq qərarına gəlmiş və buna görə də Tahirə zəng vurub pulunu istəmişdir. Tahir iflasa uğradığını bildirərək özü hazırda pulunu qaytarmaq imkanında olmadığını, ona 40000 dollar pul borcu olan Rasim adlı şəxslə danışacağını və onun 24000 dollar pulunu Rasimin qaytaracağını bildirmişdir. Sahib pulun qaytarılmasını rəsmiyyətə salmaq üçün onunla razılaşmışdır. 29 mart 2012-ci ildə onlar birlikdə Şəki şəhər 1 saylı notariat kontoruna gedərək Sahiblə Rasim arasında Rasimin Sahibdən 29 sentyabr 2012-ci il tarixədək ödəmək şərtilə 25000 manat məbləğində borc pul alması barədə kredit müqaviləsi bağlamışlar. Müqavilənin məzmununa görə Rasim ona 25000 manat pulu borc şəklində 29 sentyabr 2012-ci il tarixədək ödəməyi öhdəliyinə götürmüşdür. Həmin puldan bir hissəsini nəğd formada, bir hissəsini isə mal-material formasında Rasim Sahibə ödəmişdir. Sahibin cavabdehlərə verdiyini iddia etdiyi puldan 18000 manatı geri qaytarılmamışdır. Rasim Tahirə borclu olduğu pulun məbləğinin 16300 manat olduğunu, həmin məbləğda pulun təqribən 1500 manat əskik olmaqla qalan hissəsini Tahirin əvəzindən Sahibə ödədiyini iddia etsə də, bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, Tahir Rasimin ona borclu olduğu 40000 ABŞ dollarından 25000 manatını Sahibə ödədiyini nəzərə alaraq ondan həmin məbləğdə pulu tələb etməmişdir. Sahibin 24000 ABŞ dollarını alver məqsədilə Tahirə və onun şəriklərinə verməsi, alverin baş tutmaması səbəbindən həmin pulun Sahibə qaytarılmasının mümkün olmaması, Tahirgilin Sahibə qaytarmalı olduqları 25000 manatın qaytarılması öhdəliyini notariat qaydada bağlanmış kredit müqaviləsi üzrə Rasimin üzərinə götürməsi, həmin pulun 16300 manatının Rasimin Tahirə verməli olduğu pul olması, Tahirin həmin pulu Rasimdən tələb etməməsi, 25000 manatın 7000 manat pul və digər vəsaitlər hesabına axırıncı dəfə 2020-ci ildə 50 manat olmaqla Rasimin Sahibə ödəməsi, X14 arasında 29 may 2012-ci ildə kredit müqaviləsi bağlandıqdan sonra Sahibə heç bir pul qaytarmaması işin mübahisələndirilməyən hallarıdır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı o da müəyyən edilmişdir ki, Rasimin ən azı 25000 manat Tahirə borcu olmuşdur ki, o da Tahirin əvəzindən həmin məbləğdə pulu Sahibə ödəmək məqsədilə Sahiblə 29 may 2012-ci ildə kredit müqaviləsi bağlayaraq Sahibdən 25000 manat borc aldığını etiraf etmişdir. Rasim həmin borcu 1500 manat əskiyi ilə Tahirin əvəzindən Sahibə ödədiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında kredit müqaviləsinin bağlanmasından təqribən 9 il keçdikdən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı Rasimə aid hissədə təmin etməli olduğu halda, guya borcları Tahirin qaytardığını əsas götürərək sonuncunu əsassız varlanan şəxs hesab edərək iddianı Tahirə aid hissədə təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Sahibin pulunu qaytarmağı Rasim üzərinə götürdüyündən və bu halın mübahisələndirilmədiyindən Tahirin Sahibin qarşısında heç bir öhdəliyi qalmamışdır. Yəni, hazırki iş üzrə iddiaçının Tahirə qarşı iddia tələbinin qanuni əsası yoxdur. Rasimə gəlincə isə iddiaçı ondan kredit müqaviləsi üzrə əvvəlcədən mövcud olmuş borcun etirafı əsası ilə pulunu tələb etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilən maddələrin tələbi baxımından iddiaçı Rasimə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu halda, Tahirə münasibətdə iddia tələbində haqlı olmadığı halda, birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin faktiki halları baxımından gəldiyi hüquqi nəticəni qanuni və əsaslı hesab etmir və belə qənaətə gəlir ki, həmin nəticə qüvvədə olan qanun normasının düzgün tətbiq olunmaması və səhv təfsir olunmasına əsaslandığından qüvvədə qala bilməz və ləğv olunmalıdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, Cavabdeh1 18000 (on səkkiz min) manat borc və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsini və iddianın Cavabdeh2 aid hissədə təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Şəki Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(075)–535/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası cavabdeh Cavabdeh2 qarşı olan hissədə təmin edilməli, Cavabdeh2 18000 (on səkkiz min) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, İddia qalan hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(075)–535/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası cavabdeh Cavabdeh2 qarşı olan hissədə təmin edilsin. Cavabdeh2 18000 (on səkkiz min) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1125/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1125/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver