Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1126/2023 26.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin uyğun hesab edilməsi, qüvvə, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 2(046)-520/2023 saylı qətnaməsindən iş üzrə icraata cəlb edilməyən şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin uyğun hesab edilməsi barədə Göyçay Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(046)-520/2023 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən və ½ pay hüququ ilə mərhum X3 məxsus fərdi yaşayış evindən və həmin evin yerləşdiyi torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və həmin miras əmlaka dair vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-520/2023 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Göyçay şəhəri Nizami küçəsi dalan 2-də yerləşən 3 saylı 2 otaqlı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin X1 miras qalmış ½ hissəsini miras kimi qəbul etmələri müəyyən edilməsi və onların həmin mirasa vərəsəlik hüququnun tanınması qət edilmişdir. Həmin qətnamədən iş üzrə cəlb edilməyən Maraqlı şəxs nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. Göyçay Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(046)-520/2023 saylı qərardadı ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-520/2023 nömrəli qətnaməsindən iş üzrə cəlb edilməyən Maraqlı şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mülki iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı2 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Göyçay Rayon Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli, 2(046)-520/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(046)- 520/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, Göyçay Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli 2(046)-520/2023 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin uyğun hesab edilməsinə dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia vərəsəlik hüququnun həyata keçirilməsi ilə əlaqədar olduğundan,iş üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli 2(046)-520/2023 saylı qətnaməsi qanun üzrə vərəsə Maraqlı şəxs hüquq və vəzifələrinə toxunur. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İddiaçı2 şikayətində göstərmişdir ki, apellyasiya şikayətinin dəlillərindən görünür ki, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hansı hüquqlarının məhdudlaşdırılması və ya həmin qətnamə ilə üzərinə hansı vəzifələrin müəyyən edilməsi göstərilməmiş, yalnız formal əsaslarla apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin hallarından göründüyü kimi mərhum anası Sona Rəhimovadan miras qalmış əmlakı İ növbəli vərəsələrdən hamısı, yəni Cavabdeh, Maraqlı şəxs, İddiaçı1 və İddiaçı2 faktiki qəbul edib, idarə edirlər. Hazırda miras əmlakda Cavabdeh, İddiaçı1 və İddiaçı2 yaşayır. Əvvəlki məhkəmə qətnaməsi ilə Elxan və Cavabdehların Sonra Rəhimovadan miras qalmış əmlakı faktiki qəbul etmələri müəyyən edilmiş, hazırki qətnamə ilə isə onun və İddiaçı1. Buradan da göründüyü kimi hazırki mübahisələndirilən qətnamə Maraqlı şəxs hər hansı mənafeyinə toxunmur, hər hansı hüququnu məhdudlaşdırmır, eləcə də mübahisələndirilən qətnamə ilə üzərinə hər hansı vəzifə qoyulmamışdır. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, miras əmlakı vərəsələrdən kimlərin qəbul etməsinin müəyyən olunması digər vərəsələrin həmin miras əmlakdan əldə edəcəkləri payın həcmini dəyişdirəcəyindən hazırki halda İddiaçı2 və Cavabdeh miras əmlakı qəbul etmələrinin tanınması Maraqlı şəxs maraqlarına toxunur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(046)-520/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(046)-520/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, Göyçay Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli 2(046)-520/2023 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(046)-520/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Göyçay Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli 2(046)-520/2023 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1126/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1126/2023
26.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver