Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1126/2024 01.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması) X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, Cavabdeh, Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli e-2(025)-33/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması tələbi barədə iddia qaldıraraq mülkiyyətində olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən (reyestr nömrəsi: **********24-10301) istifadəsinə yaradılan maneçiliyin aradan qaldırılması, ərazidə yetişən bitkilərin (fındıq) məhsulunun cavabdeh tərəfindən götürülməsindən ibarət qanunazidd hərəkətlərə son qoyulması və Cavabdeh 100,0 manat dövlət rüsumu, 150,0 manat hüquqi xidmət haqqı və 154,0 manat mütəxəssis haqqı tutulub xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş qayınatasıdır. O, 2016-cı ildə X9 ilə rəsmi nikaha daxil olaraq evlənmiş, həmin nikahdan xx.xx.2016 -cı il təvəllüdlü X12 adında bir uşaqları olmuş və münasibətləri pozulduğundan xx.xx.2019-cu il tarixdə boşanmışlar. xx.xx.2016-cı ildə onun adına Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsindən 0,10 ha həyətyanı torpaq sahəsi alınmış və ərazisi daş hasara alınaraq üzərində fərdi yaşayış evi tikilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ ona, üzərində yerləşən 94,70 kv/m sahəsi olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ isə Cavabdeh məxsusdur. Cavabdeh həmin torpaq sahəsi üzərində heç bir hüququ olmadığı halda girişdə qoyulmuş dəmir darvazanı kilidlə bağlayaraq onun torpaq sahəsinə daxil olmasını məhdudlaşdırmış və ərazidə yetişən bitkilərin (fındıq) məhsulunu hər il özü götürərək onu mülkiyyətdən qanunsuz yolla məhrum etmişdir. Ona görə də, mülkiyyətində olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən (reyestr nömrəsi: **********24-10301) istifadəsinə yaradılan maneçiliyin aradan qaldırılması, ərazidə yetişən bitkilərin (fındıq) məhsulunun cavabdeh tərəfindən götürülməsindən ibarəət qanunazidd hərəkətlərə son qoyulması və Cavabdeh 100,0 manat dövlət rüsumu, 150,0 manat hüquqi xidmət haqqı və 154,0 manat mütəxəssis haqqı tutulub xeyrinə ödənilməsi haqqında iddia qaldırmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
4. Nümayəndə Vəkil1 İddiaçı göstərdiyi xüsusatları eyni ilə təsdiq edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı 2016-cı ildə X9 ilə rəsmi nikaha daxil olaraq evlənmiş, həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü X12 adında bir uşaqları olmuş və münasibətləri pozulduğundan xx.xx.2019-cu il tarixdə boşanmışlar. xx.xx.2016-cı ildə o, Qəbələ rayonu Mirzəbəyli bələdiyysindən İddiaçı adına 0,10 ha həyətyanı torpaq sahəsi alınmış və ərazini daş hasara alaraq üzərində fərdi yaşayış evi tikmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ İddiaçı, üzərində yerləşən 94,70 kv/m sahəsi olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ isə ona məxsusdur. O, ailə üzvləri ilə birlikdə daimi olaraq Bakı şəhərində yaşayır və il ərzində fasilələrlə Qəbələ rayonu Mirzəbəyli kəndinə gəlir. Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən həyətyanı sahənin girişində qoyulmuş dəmir darvazanın kilidlə bağlanması mülkün qorunması məqsədi daşıyır və İddiaçı torpaq sahəsindən istifadə hüququnu məhdudlaşdırmır. X9 boşandıqdan sonar başqası ilə evləndiyindən İddiaçı onlarla eyni ünvanda yaşamaları mümkün deyil. Ona görə də, İddiaçı başqa yerdə həyətyanı torpaq sahəsi alınıb verilməklə mübahisənin həll edilməsinə tərəfdardır.
6. Qəbələ Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli e-2(025)-33/2024 nömrəli qətnaməsi ilə (hakim Ü.Qənbərov), iddia tələbinin təmin olunması, İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə (reyestr nömrəsi: **********24-10301) gedən yol ərazisində (AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü cü il tarixli 3-21-3- 42/2-607/2024 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 1 nömrəli Yerquruluşu planında qeyd olunmuş 15- 16 döngə nöqtələri arasında yerləşən ərazidə) quraşdırılmış dəmir darvazanın kilidlə bağlanmasına Cavabdeh tərəfindən son qoyularaq torpaq sahəsinə sərbəst gediş- gəliş təmin edilməklə və ərazidə yerləşən bitkilərin ( fındıq) məhsulunun bundan sonra Cavabdeh tərəfindən götürülməsinə son qoyulmaqla İddiaçı həmin torpaq sahəsindən təyinatına uyğun şəkildə istifadəsinə maneçilik törədən qanunazidd hərəkətlərin aradan qaldırılması, Cavabdeh 100,0 manat dövlət rüsumu, 150,0 manat hüquqi xidmət haqqı və 154,0 manat mütəxəssis haqqı tutulub İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 50,0 manat ekspertiza xərci tutulub Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi ( reyestr nömrəsi: **********2410301) bütünlüklə Cavabdeh istifadəsindədir və ərazisi daş hasara alınaraq qapısı kilidlə bağlandığından İddiaçı əraziyə daxil olmaq imkanı yoxdur. Məhkəmə gəldiyi nəticəni açağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı mülkiyyətində olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə (reyestr nömrəsi: **********24-10301) gedən yol ərazisində ( AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü cü il tarixli 3-21-3-42/2-607/2024 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 1 nömrəli Yerquruluşu planında qeyd olunmuş 15- 16 döngə nöqtələri arasında yerləşən ərazidə) quraşdırılmış dəmir darvazanın kilidlə bağlanmasına Cavabdeh tərəfindən son qoyularaq torpaq sahəsinə sərbəst gediş- gəliş təmin edilməklə və ərazidə yerləşən bitkilərin (fındıq) məhsulunun bundan sonra Cavabdeh tərəfindən götürülməsinə son qoyulmaqla İddiaçı həmin torpaq sahəsindən təyinatına uyğun şəkildə istifadəsinə maneçilik törədən qanunazidd hərəkətlər aradan qaldırılmalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2, 157.4, 238.1, 238.2, 238.3, 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən iddiaçının iddia ərizəsində qey etdiklərinə və məhkəmə prosesində olan ifadəsinə istinad edərək qətnamə qəbul etmiş, işin faktiki hallarına əhəmiyyət verməmişdir. Beləki, qətnamədə göstərilir: “04. 11. 2016-cı ildəonun adına Qəbələ rayon Mirzəbəyli Bələdiyyəsindən 0,10 ha həyətyanı torpaq sahəsi alınmış və ərazi daş hasara alınaraq üzərində fərdi yaşayış evi tikilmişdir”.
12. Məhkəmə araşdırmamışdır ki, həmin torpaq sahəsinin ətrafı 2016-cı ildən əvvəl daş hasara alınmış, fərdi yaşayış evi 2016-cı ildən əvvəl tikilmişdir, yoxsa torpaq sahəsi alınandan sonra. Bu məsələ aydınlaşdırmamış qalmışdır.
13. Həmçinin onu da qeyd edir ki, mübahisəsi gedən torpaq sahəsində uzunluğu 18 metr olan talvar vardır. Ekspertin rəyində talvar göstərilsə də onun ölçüsü göstərilməmişdir. Ümumiyyətlə götürüldükdə mübahisəli yerə ekspert gəlməmiş, ekspert ancaq mütəxəssis rəyinə istinadən rəy vermişdir.
14. Qeyd edir ki, ev və torpaq sahəsi ətrafında olan hasar hələ 2016-cı ildən çox əvvəllər mövcud olmuş və o, evi faktiki olaraq 2018-ci ildə rəsmi qeydə aldırmışdır. Həmçinin onu da bildirir ki, həmin ev 07 yanvar 2020-ci il tarixə qədər Mirzəbəyli kənd sakini X10 məxsus olmuş, həmin tarixdə isə o həmin evi Qəbələ rayon Xırxatala kənd sakini X1. Alqı-satqı müqaviləsində qeyd edilir: “Qəbələ rayonun Mirzəbəyli kəndində 1200 kvm torpaq sahəsində yerləşən 1968-ci ildə tikilmiş, divarları çay daşı və saman kərpi c ilə hörülmüş, üstü şiferlə örtülmüş iki otaqdan ibarət yaşayış evini vətəndaş X2”.
15. Eləcədə qeyd edir ki, o, 01 dekabr 2018-ci ildə həmin evi Xırxatala kənd sakini X4 almışdır. Hətta bu baradə 21 dekabr 2018-c i il tarixdə “daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dai 01/05710 aylı arayış da almışdır, arayış və yuxarıda adlarını çıkdiyi alqı-satqı müqavilələrinin surətlərini məhkəməyə təqdim etmişdir. Qeyd etdiyi arayışda yaşayış evi ilə birlikdə 0,10 ha torpaq sahəsi də göstərilmişdir. Lakin bütün bunlara məhkəmə diqqət yetirməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir.
16. Qanunun mənasına görə tərəflərin torpaq sahəsi olmadan onun üzərində yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə bağladığı əqdlər qanuna uğun olmadığına görə əhəmiyyətsizdir.
17. Qətnamə ilə o, razı deyildir. Çünki, yuxarıda qeyd etdiyi kimi birinci instansiya məhkəməsinə təqdim olunan alql-satqı müqavilələri ilə təsdiq olunmuşdur ki, torpaq və ev 2016-cı ildən çox əvvəllər mövcud olmuşdur.
18. Birinci instansiya Məhkəməsində təqdim olunmuş sübutlar qətnamənin ləğv olunması üçün əsasdır. Məhkəmə nəticə etibarı ilə düzgün qətnamə qəbul etməmişdir. Təqdim olunmuş sübutlar bir daha bu faktı təsdiq edir.
19. Odur ki, Qəbələ rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(025)-33/2024 saylı qətnaməsini ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli e-2(025)-33/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli e-2(025)-33/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı, iddiaçının vəkili Vəkil1 kollegiyanın iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
26. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
28. “X6rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyator Qəbələ Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli e-2(025)- 33/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27 avqust 2021-ci il tarixdə verilmiş **********24-10301 reyestr nömrəli çıxarışa əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi İddiaçı, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi isə Cavabdeh mülkiyyətindədir. Lakin Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27 avqust 2021-ci il tarixdə verilmiş **********24-10301 reyestr nömrəli çıxarışa əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi bütünlüklə Cavabdeh istifadəsində olmaqla, ərazisi daş hasara alınmış torpaq sahəsinə giriş qapısı Cavabdeh tərəfindən kilidlə bağlanmış, beləliklə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən iddiaçı tərəfindən istifadə imkanları aradan qaldırılmışdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
36. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin torpaq və evin 2016-cı ildən çox əvvəllər mövcud olması, ev və torpaq sahəsi ətrafında olan hasarın hələ 2016-cı ildən çox əvvəllər mövcud olması, evi faktiki olaraq 2018-ci ildə rəsmi qeydə aldırması, məhkəmənin həmin torpaq sahəsinin ətrafının 2016-cı ildən əvvəl daş hasara alınmasının, fərdi yaşayış evinin 2016-cı ildən əvvəl, yoxsa torpaq sahəsi alınandan sonra tikilməsini araşdırmaması, mübahisəsi gedən torpaq sahəsində uzunluğu 18 metr olan talvarın olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27 avqust 2021-ci il tarixdə verilmiş **********24-10301 reyestr nömrəli çıxarışdan göründüyü kimi Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olsa da həmin torpaq sahəsinin özü İddiaçı mülkiyyətindədir.
37. Kollegiya qeyd edir ki, torpaq sahəsinin hansı tarixdə əldə edilməsindən, onun üzərindəki fərdi yaşayış evinin, torpaq sahəsinin ətrafındakı hasarın hansı tarixdə və kim tərəfindən inşa edilməsindən, torpaq sahəsində talvarın olmasından asılı olmayaraq, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onun öz mülkiyyətində olan torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, ona dair sərəncam vermək kimi dövlət tərəfindən tanınan və qorunan hüququ vardır.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli yerə ekspertin gəlməməsi, ekspertin ancaq mütəxəssis rəyinə istinadən rəy verməsi, ekspert rəyində talvarın ölçüsünün göstərilməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2546 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində yerləşən torpaq sahəsi üzrə mütəxəssis rəyinə əsasən aparılmışdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tikinti texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2546 nömrəli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli e-2(025)-33/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.