Məhkəmə qərarları › İş №2(107)-1127/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1127/2020

11.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1127/2020 11.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-353/2020 saylı qətnaməsindən Cavabdeh Niyazi qızının verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı «xxxxxxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Niyazi qızının Şəki rayonu, Kiş kəndində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən 273.9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının məcburi qaydada boşaldılması və 20 (iyirmi) manat dövlət rüsümunun cavabeh Cavabdeh Niyazi qızından İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-353/2020 saylı qətnaməsi ilə iddiа tələbi təmin edilərək, Cavabdeh Niyazi qızı tərəfindən Şəki rayonu, Kiş kəndində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən 273.9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının məcburi qaydada boşaldılması və iddia ərizəsinin verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh Niyazi qızından alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh Niyazi qızı apelyasiya şikаyəti vermişdir. Cavabdeh apelyasiya şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, onun yaçadığı evin satılmasından xəbəri olmamışdır Bu halı mübahisələndirsə də, birinci instansiya məhkəməsi nəzərə almamışdır. Ona görə də hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İşə baxılmasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)- 353/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(011)- 2142/2014 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər “xxxxxxxxxxx” MMC, X3, Cavabdeh Niyazi qızı, X4 və X1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair iddia tələbi qismən təmin edilərək, cəmi 1.461.043,89 manat məbləğində pulun cavabdeh “xxxxxxxxxxx” MMC-dən alınaraq İddiaçı ASC-nə ödənilməsi, tutmanın xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Niyazi qızına məxsus olan Şəki rayonu, Kiş kəndində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən 273.9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi və açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına cavabdeh “xxxxxxxxxxx” MMC-nin İddiaçı ASC-nə olan borcunun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı Cavabdeh Niyazi qızı və X2 qalan cavabdeh apelyasiya şikayəti vermişlər, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxx 2015-ci il tarixli 2(103)-532/2015 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh və E.Q.Sadıqovun ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(011)-2142/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Cavabdeh Niyazi qızı, X4 və xxxxxxxxxxx” MMC Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2015-ci il tarixli 2(102)-4302/2015 saylı qərarı ilə (cavabdehlər R.S.Həmidov, Cavabdeh və “xxxxxxxxxxx” MMC-nin birgə verdikləri kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxx 2015-ci il tarixli 2(103)- 532/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan X3, Cavabdeh Niyazi qızı və Cavabdeh Niyazi qızı qətnamənin icrasının uzadılması məqsədi ilə cavabdehlər İddiaçı ASC-yə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC-yə qarşı (üçüncü şəxslər: Şəki rayon icra şöbəsi, Bakı şəhəri, Xətai rayon icra şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki şəhər ərazi idarəsi) hərracın yekun protokollarının etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə X3, Cavabdeh Niyazi qızı və Cavabdeh Niyazi qızının iddiaları təmin edilməmişdir. Həmin qətnamədən də narazı qalan cavabdehlər apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azerbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)9445/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsinə dair məhkəmə qərarı qanuni qüvvəsini almış, icraya yönəldilmiş, həmin əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. Hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X9” MMC-nin xx xxxx 2016-cı il tarixli 23/04 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən hərracın qalibi (alıcı) İddiaçı ASC olmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* çıxarışa əsasən Şəki rayonu, Kiş kəndində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən 273.9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına İddiaçı ASC-nin mülkiyyət hüquqları qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 178.1-ci mаddəsinə əsаsən dаşınmаz əmlаkа mülkiyyət hüququ onun verilməsinin dаşınmаz əmlаkın dövlət reyestrində qeydə аlındığı аndаn əldə edənə keçir. Həmin Məcəllənin 152.1-ci mаddəsinə əsasən, mülkiyyət hüququ-subyektin onа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhibi olmаq, ondаn istifаdə etmək və onа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qorunаn hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilrsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək onu qeyd etməyi lazım bilir ki, cavabdeh apelyasiya şikayətini əsaslandırmamışdır. Apelyasiya şikayəti formal mülahizələrdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Kiş kəndində yerləşən ümumi sahəsi 273,9 mv.m olan qeyri-yaşayış binası xxxxxxxx ASC-nin mülkiyyətindədir. Ona görə də şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası tərəflərin tələb və etirazların əsası kimi istinad etdiyi halları, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-353/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Niyazi qızının apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-353/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar