Məhkəmə qərarları › İş №2(107)-1127/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1127/2021

21.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1127/2021 21.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, Cavabdeh Şıxamir oğlu və onun vəkili Nümayəndə2, İddiaçı vəkili Daanov Ceyhun Rauf oğlunun iştirakı ilə Balakən Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli 2(019)-143/2021 nömrəli qətnaməsindəki yanlışlığın aradan qaldırılmasına dair Balakən Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(019)-143/2021 nömrəli qərardadından Cavabdeh Şıxamir oğlu tərəfindən verilmiş ərizəyə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 4(019)-143/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 irsi transmissiya üzrə mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddialarının təmin edilməməsi, Cavabdeh Şıxamir oğlunun qarşılıqlı iddiasının qismən təmin edilməsi, Cavabdeh Şıxamir oğlu tərəfindən, Balakən rayonu Sarıbulaq kəndində yerləşən, Cavabdeh Şıxamir oğlunun , X9 və X3 ümumi birgə mülkiyyətində olan 1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum atası X5 aid hissə üzrə mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlakın (1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum X5 aid hissəsi) 1/3 hissəsinə Cavabdeh Şıxamir oğlunun vərəsəlik hüququnun tanınması, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin surəti tərəflərə göndərildikdən sonra məlum olmuşdur ki, Balakən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(019)-143/2021 nömrəli qətnaməsinin nəticə hissələrində yanlışlığa yol verilmiş, “Cavabdeh Şıxamir oğlu tərəfindən, Balakən rayonu Sarıbulaq kəndində yerləşən Cavabdeh Şıxamir oğlunun, X9 və X3 ümumi birgə mülkiyyətində olan 1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum atası X5 aid hissə üzrə mirasın qəbulu faktı müəyyən edilsin. Miras əmlakın (1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum X5 aid hissəsi) 1/3 hissəsinə Cavabdeh Şıxamir oğlunun vərəsəlik hüququ tanınsın” sözləri “Cavabdeh Şıxamir oğlu tərəfindən, Balakən rayonu Sarıbulaq kəndində yerləşən Cavabdeh Şıxamir oğlunun , X9 və X3 ümumi birgə mülkiyyətində olan 1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum anası X13 və mərhum atası X5 aid hissə üzrə mirasın qəbulu faktı müəyyən edilsin. Miras əmlakın (1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum X13 və mərhum X5 aid hissəsi) 1/3 hissəsinə Cavabdeh Şıxamir oğlunun vərəsəlik hüququ tanınsın” kimi qeyd edilmişdir. Balakən Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(019)-143/2021 nömrəli qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılması, Qətnamənin nəticə hissəsində “Cavabdeh Şıxamir oğlu tərəfindən, Balakən rayonu Sarıbulaq kəndində yerləşən Cavabdeh Şıxamir oğlunun , X9 və X3 ümumi birgə mülkiyyətində olan 1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum anası X13 və mərhum atası X5 aid hissə üzrə mirasın qəbulu faktı müəyyən edilsin. Miras əmlakın (1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum X13 və mərhum X5 aid hissəsi) 1/3 hissəsinə Cavabdeh Şıxamir oğlunun vərəsəlik hüququ tanınsın” sözləri “Cavabdeh Şıxamir oğlu tərəfindən, Balakən rayonu Sarıbulaq kəndində yerləşən Cavabdeh Şıxamir oğlunun , X9 və X3 ümumi birgə mülkiyyətində olan 1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum atası X5 aid hissə üzrə mirasın qəbulu faktı müəyyən edilsin. Miras əmlakın (1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum X5 aid hissəsi) 1/3 hissəsinə Cavabdeh Şıxamir oğlunun vərəsəlik hüququ tanınsın” kimi oxunması qərara alınmışdır. Cavabdeh Musayev X15 Rayon Məhkəməsinin 2(019)- 143/2021 nömrəli, 08 aprel 2021-ci il tarixli qərardadından şikayət verərək Balakən Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(019)-143/2021 nömrəli qərardadının ləğv edilməsi, həmin qərardadda qeyd olunan “17 mart 2021-ci il tarixli 2(019)-143/2021 nömrəli qətnamənin nəticə hissəsində qeyd olunan “Cavabdeh Şıxamir oğlu tərəfindən Balakən rayonu Sarıbulaq kəndində yerləşən Cavabdeh Şıxamir oğlunun X9 və X3 ümumi birgə mülkiyyətində olan (1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum anası X14 mərhum atası X5 aid hissə üzrə) mirasın qəbulu faktı müəyyən edilsin. Miras əmlakın (1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum X13 və mərhum X5 aid hissəsi) 1/3 hissəsinə Cavabdeh Şıxamir oğlunun vərəsəlik hüququ tanınsın" sözlərinin dəyişdirilmədən saxlanması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 8 aprel 2021-ci il tarixli qərardadından narazıdır. Qərardad maddi hüquq və prosessual normalarının pozulması ilə çıxarılmış, həmçinin məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir.O, qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ilk iddianı rədd edən, qarşılıqlı iddianı təmin edən ilk iddia üzrə cavabdeh ,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Şıxamir oğlu tərəfindən mərhum anası X7 miras qalmış və faktiki qəbul etdiyi 1,05 ha kənd təsərrüfatı torpaq sahəsinə miras əmlakın qəbulu faktının müəyyən edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O məhkəmə baxışı iclasında qarşılıqlı iddia tələbinin artırılması barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Şıxamir oğlu tərəfindən 01.10.2006-ci il tarixdə vəfat etmiş mərhum anası X7 və 25.01.2012-ci il tarixdə vəfat etmiş mərhum atası X2 miras qalmış, ümumi birgə mülkiyyət hüququ əsasında onlara məxsus 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən faktiki olaraq qəbul etdiyi 0.70 ha hissəsinə miras əmlakın qəbulu faktının müəyyən edilməsi , miras əmlaka vərəsəlik hüququnun tanınması və şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdi. Onun qarşılıqı iddiası qismən təmin edilmiş, Cavabdeh Şıxamir oğlu tərəfindən ,Balakən rayonu Sarıbulaq kəndində yerləşən Cavabdeh Şıxamir oğlunun , X9 və X3 ümumi birgə mülkiyyətində olan 1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum anası X13 və mərhum atası X5 aid hissə üzrə mirasın qəbulu faktı müəyyən edilmiş , miras əmlakın (1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum X13 və mərhum X5 aid hisəsi) 1/3 hissəsinə Cavabdeh Şıxamir oğlunun vərəsəlik hüququ tanınmış, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməmişdir.Məhkəmə iddia predmetindən kənara çıxaraq Cavabdeh Şıxamir oğlu və qardaşı X10 faktiki olaraq mirası qəbul etmələrinə baxmayaraq yenidən onların mirası faktiki qəbul etmələrini qismən təmin edərək X4 da pay müəyyən etmişdir və onun da, həmin 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə vərəsəlik hüququnu tanımışdır. Baxmayaraq ki , məhkəmə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 irsi transmissiya üzrə mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddialarını təmin etmədiyi halda qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki , Cavabdeh mərhum Şıxamir Musayevdən qalan mirası faktiki qəbul etdiyindən bu fakt müəyyən olunmalı, Şıxamir Musayevin vərəsələrindən Bayram Musayev, Zübahir Musayev və Cavabdeh miras əmlakı faktiki qəbul etdiklərindən Şıxamir Musayevdən miras qalmış əmlakın, o cümlədən 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum X5 aid hissəsini 1/3 hissəsinə onun vərəsəlik hüququ tanınmalıdır. X8 atası X2 6 ay sonra vəfat etmiş onun mirasını faktiki olaraq qəbul etməmişdir. Onun ailə üzvləri İddiaçı və həyat yoldaşı X6 2015-ci ildən başlayaraq Rusiya Federasiyasında olduqlarından onlar da mirası faktiki qəbul edə bilməzdilər. Mülki işin materiallarında olan Balakən rayon Sarıbulaq Bələdiyyəsinin 26 oktyabr 2020-ci il tarixli 59 nömrəli məktubundan görünür ki, 2006-cı ildən başlayaraq mərhum X2 və X7 miras qalmış torpaq sahələrinin və evin vergisi Cavabdeh Şıxamir oğlu və X10 tərəfindən ödənilmişdir. Balakən Rayon İcra Hakimiyyəti Başçısının Sarıbulaq kənd İcra Nümayəndəliyinin 26.10. 2020-ci il tarixli arayışından görünür ki, Sarıbulaq kənd sakinləri X10 və Cavabdeh Şıxamir oğlu qohumlarının deməsinə görə mərhum ataları X11 və mərhum anaları X9 dəfn xərclərini özləri çəkmiş , yas mərasimlərini yola salmış , baş daşını qoymuş, vəfat etdiyi vaxtdan hal- hazıradək torpaq vergilərini və kommunal xərclərini ödəmiş, torpağı əkib becərmiş , həmin təsərrüfatı hal-hazırda da idarə edirlər. Bununla da mirası faktiki qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Onlar mirası faktiki qəbul etmələrinə baxmayaraq məhkəmə mərhum X8 tərəfindən də mirasın qəbul etmə faktını müəyyən etmişdir. Onun anası Şahid7 olsa da analığı X17 olmuşdur. Ona görə də, X7 qalmış miras əmlakı faktiki qəbul etməyi qanuni və əsaslıdır.Hesab edir ki, Balakən Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qərardadı qanunsuz və əsassızdır. Balakən Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(019)-143/2021 nömrəli qərardadı ilə Cavabdeh Şıxamir oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-143/2021 nömrəli, 08 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, Cavabdeh Şıxamir oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Şıxamir oğlu şikayəti müdafiə edərək, təmin edilməsini xahiş xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Şıxamir oğlunun vəkili Nümayəndə2 şikayəti müdafiə edərək, sonda təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə1 şikayətə etiraz edərək bildirmişdir ki, şikayət tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tərəflərin izahatı ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(019)- 143/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab edilən səhvlərini düzəldə bilər. Qanunvericiliyin tələbindən müəyyən edildiyi kimi qətnamədəki yanlışlıqlar dedikdə, yazılı xətaları, qrammatik və orfoqrafik səhvlər nəzərdə tutulur. Qeyd edilən hüquq normasının məzmununa istinad edən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 402-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 47.1, 120 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Şıxamir oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(019)-143/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar