Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-113/2022 01.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alınmış pulun qaytarılması və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(075)-1195/2021 nömrəli qətnaməsindən Cavabdeh1 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) 12 iyul 2021-ci il tarixli, 2(075)- 1195/2021 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilərək Cavabdeh1 10000 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan aldıqları 10000 manat pulun qaytarılması, ona vurulmuş real zərər və əldən çıxmış fayda olmaqla, 15950 manat maddi ziyanın, vurulmuş mənəvi zərərin kompensasiyası kimi 30000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 55950 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh1 və İddiaçı tərəfindən apellyаsiyа şikаyətləri verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məhkəməyə təqdim etdiyi yazılı etirazında qeyd etdiyi xüsusatlarla məhkəmədə verdiyi izahatında göstərdiyi hallar ziddiyyət təşkil edir. Yalnız bir cümlə üst-üstə düşür. Həmin cümlə ondan ibarətdir ki, İddiaçı heç bir pul almamış, 10000 manat pulu ona qaynanası Nərgiz Ramazanova 2019-cu ilin iyun ayında vermişdir və atası Cavabdeh2 isə bu məsləyə heç bir aidiyyəti yoxdur. Həmçinin etirazda göstərilmişdir ki, İddiaçı tərəfindən ona pul verilməsi barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə izahatında isə bildirmişdir ki, iş materiallarına əlavə edilmiş əlyazmanı 08 mart 2021-ci il tarixdə o özü imzalamış, əlyazmanın bir nüsxəsi ona verilmişdir. O, 9-cu sinfə qədər oxumuş, yazması, oxuması yoxdur. Lakin yazması, oxuması olmayan Cavabdeh1 ona Mingəçevir şəhərində olan kirayədən gəlir gətirən evini satdırmış, iş birliyi qurmaq adı ilə 10000 manatı mənimsəmişdir. Cavabdeh2 izahatında qeyd etmişdir ki, Əsgərə verilən puldan xəbəri yoxdur və pulun ona heç bir aidiyyəti yoxdur. Həmin izahat onun özünü sığortalama xarakteri daşıyır. Necə olur ki, oğluna verilən puldan xəbəri olmur, ancaq həmin pul ilə alınan heyvanlar onun həyətinə gətirilir və həmin heyvanlara o, özü baxır. İşin bütün faktiki hallarına görə Cavabdeh2 oğlu ilə birlikdə etibardan sui-istifadə etməsi, dələduzluğu faktı və hazırkı mülki iş üzrə cavabdehliyi danılmazdır, tam sübuta yetirilir. Şəki Rayon Məhkəməsi qətnaməsində qeyd etmişdir ki, Cavabdeh1 etirazının əsaslı olduğunu heç bir şəkildə sübut edə bilməmişdir. Buna baxmayaraq iddianın “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsində rədd edilməsi qət edilmişdir. Məhkməmə sanki iddianın təkcə “alınmış pulun qaytarılması” hissəsinə köklənibmiş kimi, bununla bağlı ayrılmaz olan “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsinin üzərindən sükutla keçmək istəmişdir. Halbuki, bu vahid iddia tələbidir. Bir hissəsi təmin olunub, digər hissəsi təmin olunmaya biməz. Çünki dəymiş maddi və mənəvi zərər aldadılaraq alınmış pul ilə bağlıdır. Şəki Rayon Məhkəməsinin qətnaməsində işin halları təhrif olunaraq göstərilmişdir ki, İddiaçı borc verdiyi puldan əlavə ona vurulmuş real zərər və əldən çıxmış fayda olmaqla, 15950 manat maddi ziyanın, vurulmuş mənəvi zərərin kompensasiyası kimi 30000 manat pulun cavabdehlərdən alınaraq ona verilməsini tələb etsə də, o, iddia tələbinin həmin hissəsinin, həmçinin, iddiasının Cavabdeh2 qarşı olan hissəsinin əsaslı olmasını təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə özü “vurulmuş real zərər”, “əldən çıxmış fayda”, “vurulmuş mənəvi zərərin kompensasiyası” ifadələrini işlətməklə dolayısı ilə iddiasının bu hissəsinin tamamilə əsaslı olmasını təsdiq edir, lakin bunların “sübutlarının məhkəməyə təqdim edilməməsini” bəhanə gətirir. Halbuki, işin faktiki hallarına görə lazımlı olan bütün sübutlar ortadadır. Cavabdehlər özləri pulun alındığını, nədən ötrü alındığını, şərtlərin nədən ibarət olduğunu, bu şərtlərə-öhdəliklərə əməl etmədiklərini, nəticələrin nə olduğunu özləri etiraf edirlər. Məhkəmə onun iddia ərizəsində gətirdiyi dəlil və sübutların, istinad etdiyi qanun normalarının və Ali Məhkəmənin Plenumunun qərarının müddəalarının rədd edilməsinin nəticələrini göstərməmişdir. Odur ki, qətnamənin ləğv edilməsini xahiş edir. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qaynatası X1 heç bir pul almamışdır. İddia ərizəsində qeyd edilən 10000 manat pul ona qaynanası Nərgiz Ramazanova tərəfindən verilmişdir. Həmin pulu ona qaynanası verərəkən yanlarında qaynı Emil, arvadı Xədicə, qaynatası Beydulla olmuşdur. Həmin puldan 6000 manatı da qaynanası Nərgizə qaytarmışdır. Onun hazırda qaynanasına 4000 manat borcu qalmışdır. Odur ki, qətnamənin təmin edilən hissədə ləğv edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o 2019-cu ilin avqust ayında Cavabdeh1 10000 manat borc pul vermişdir. O həmin pulu digər Cavabdeh1 məsləhəti ilə vermişdir. Bununla bağlı qəbz almışdır. Həmin qəbzdəki imza Cavabdeh Əsgər tərəfindən imzalansada, qəbzin mətni Əsgər tərəfindən yazılmamışdır. Odur ki, Şəki Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(075)-1195/2021 nömrəli qətnaməsinin təmin edilməyən hissədə ləğv edilməsini, 15950 manat maddi ziyanın və 30000 manat mənəvi ziyanın ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o, iddiaçıdan borc almamışdır. Ramazanova Nərgizdən aldığı 10000 manat borcdan isə 4000 manat məbləğində borcu qalmışdır. Onun qayınatasına ümumiyyətlə borcu yoxdur. Həmçinin, işdə olan İddiaçı 1000 manat pul alınmasını təsdiq edən qəbzdəki imza ona aid deyil. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(075)-1195/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh1 10000 manat borc vermiş, Cavabdeh1 da həmin borcu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh1 həmin öhdəliyini yerinə yetirməmişdir. Belə ki, İddiaçı borc verdiyi puldan əlavə ona vurulmuş real zərər və əldən çıxmış fayda olmaqla, 15950 manat maddi ziyanın, vurulmuş mənəvi zərərin kompensasiyası kimi 30000 manat pulun ödənilməli olduğunu bildirir. Cavabdeh1 da 10000 manat pulun ona qaynanası tərəfindən verildiyini, həmin pulun bir hissəsini qaynanasına, bir hissəsini isə qaynatası olan iş üzrə iddiaçıya qaytardığını, yəni iddiaya etirazının əsası kimi onun iddiaçının arvadına cəmi 4000 manat borcunun olduğunu göstərir. Lakin, Cavabdeh1 etirazının əsaslı olduğunu məhkəmə iclası zamanı hər hansı bir şəkildə sübut edə bilmədi. Yəni, Cavabdeh1 məhkəmə iclası zamanı verdiyi izahatında borcun bir hissəsini 2020-ci ilin sentyabr ayınadək qaytardığını bildirsə də, onun özünün həmin müddətdən sonrakı dövrü əhadə edən, yəni 08 mart 2021-ci il tarixdə yazdığı iltizamı ilə onun iddiaçıya 10000 manat borcunun olduğu müəyyən edilir. Cavabdeh1 əlyazmanı imzaladığı 08 mart 2021-ci il tarixdən sonra 10000 manat borcundan hər hansı bir məbləğdə ödəniş etməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, Cavabdeh1 məhkəmə iclası zamanı verdiyi izahatında onun İddiaçıqarşısında deyil, İddiaçı arvadı qarşısında borc öhdəliyinin olduğunu bildirsə də, məhkəmə Cavabdeh1 tərəfindən yazılmış 08 mart 2021-ci il tarixli əlyazmanı diqqətə alaraq hesab edir ki, yaranmış borc məbləği ilə bağlı Cavabdeh1 İddiaçı arvadı qarşısında deyil, İddiaçı özünün qarşısında borc öhdəliyi yaranmışdır. Ona görə də İddiaçı Cavabdeh1 10000 manat borcunu tələb etməkdə haqlıdır. Lakin, İddiaçı borc verdiyi puldan əlavə ona vurulmuş real zərər və əldən çıxmış fayda olmaqla, 15950 manat maddi ziyanın, vurulmuş mənəvi zərərin kompensasiyası kimi 30000 manat pulun cavabdehlərdən alınaraq ona verilməsini tələb etsə də, o, iddia tələbinin həmin hissəsinin, həmçinin, iddiasının Cavabdeh2 qarşı olan hissəsinin əsaslı olmasını təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia tələbinin qalan hissəsi və Cavabdeh2 qarşı olan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh1 10000 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, əsaslı olmadığından iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Çünki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən cavabdeh tərəfindən imzalanmış borc sənədindən aydın olur ki, iddiaçı Cavabdeh1 10000 manat məbləğində borc pul vermiş. Oxşar münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan MM-in 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-in 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-inin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə münasibətdə iş üzrə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, İddiaçı borc verdiyi puldan əlavə ona vurulmuş real zərər və əldən çıxmış fayda olmaqla, 15950 manat maddi ziyanın, vurulmuş mənəvi zərərin kompensasiyası kimi 30000 manat pulun ödənilməli olduğunu bildirmişdir. Lakin İddiaçı borc verdiyi puldan əlavə ona vurulmuş real zərər və əldən çıxmış fayda olmaqla, 15950 manat maddi ziyanın, vurulmuş mənəvi zərərin kompensasiyası kimi 30000 manat pulun cavabdehlərdən alınaraq ona verilməsini tələb etsə də, o, iddia tələbinin həmin hissəsinin, həmçinin, iddiasının Cavabdeh2 qarşı olan hissəsinin əsaslı olmasını təsdiq edəcək heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirirərək qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçıdan borc almadığını göstərsə də iş materiallarında olan borcun alınması barədə borc sənədindən görünür ki, o həmin məbləği iddiaçıdan almışdır. Bundan başqa qeyd edilən borc sənədinin Cavabdeh1 tərəfindən icra edilərək imzalanması sonuncu tərəfindən mübahisələndirilmişdir. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin 26.10.2021-ci il tarixli, 2(107)-1853/2021-ci il tarixli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizаsı təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 dekabr 2021-ci il tarixli 4/1756 nömrəli ekspert rəyində ekspertizaya təqdim edilmiş, mülki işin 9-cu vərəqəsində olan 08.03.2021-ci il tarixli qəbzdə “Əsgər” yazısı qarşısındakı imzanın Cavabdeh1 tərəfindən icra olunduğu qeyd edilmişdir. MM-in 433.3-cü maddəsində qeyd edilir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. MM-in 529.3-cü maddəsinə görə isə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Hazırda öyrənilən işdən aydın olur ki, cavabdehin iddiaçıya verdiyi borc sənədi hələ də iddiaçıdadır. İşin bu müəyyən edilmiş halı da özü-özlüyündə təsdiq edir ki, tərəflər arasında mövcud olan borc öhdəliyinə xitam verilməmişdir. Bu baxımdan da, məhkəmə kollegiyası bu fikirdədir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93) MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(075)-1195/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq və MPM-in 384, 392, 393 və 404-407ci maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh1 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(075)-1195/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-113/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-113/2022
01.02.2022 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver