Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1131/2022 18.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X13rşı ilkin, iddiaçı “Ucar Rayon Mərkəzi Xəstəxanası” X17 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X13rşı “əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi” barədə ilkin iddia ərizəsi və iddiaçı “Ucar Rayon Mərkəzi Xəstəxanası” X17 İddiaçı qarşı “işgüzar nüfuzun müdafiəsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tаrixli qətnaməsindən İddiaçı və cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İlkin iddia üzrə İddiaçı “Ucar Rayon Mərkəzi Xəstəxanası” X17 xx.xx.2021-ci il tarixli, 455 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi) əsasən işdən azad edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X13rşı “əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən barəsində tətbiq edilən 19 may 2021-ci il tarixli, 445 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və bu barədə əmək kitabçasındakı qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, onun xəstəxanada öz iş vəzifəsinə bərpa olunması, 19 may 2021-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmağa görə əmək haqqının hesablanılaraq ona ödənilməsi, ona vurulan mənəvi ziyana görə cavabdehin bank hesabından 20.000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Ucar Rayon Mərkəzi Xəstəxanası” X22 cavabdeh İddiaçı qarşı “işgüzar nüfuzun müdafiəsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ucar Rayon Mərkəzi Xəstəxanası” X11 əməkdaşları tərəfindən İddiaçı 1000 manat rüşvət istənilməsi ilə bağlı cavabdehin göstərdiklərinin “Ucar Rayon Mərkəzi Xəstəxanası” X11 işgüzar nüfuzunu ləkələyən yalan məlumatlar olduğundan həmin böhtan xarakterli məlumatın verilməsi nəticəsində “Ucar Rayon Mərkəzi Xəstəxanası” X11 işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq cavabdeh X5 10.000 manat məbləğində pulun alınaraq “Ucar Rayon Mərkəzi Xəstəxanası” X14 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1989-cu ildən Ucar Rayon Mərkəzi xəstəxanasında işləmişdir. İşlədiyi müddətdə həmişə işinə məsuliyyətlə yanaşmış, heç vaxt işi ilə əlaqədar qaydaları pozmamış, işlədiyi müddətdə heç vaxt rəhbərlik tərəfindən heç bir xəbərdarlıq belə almamışdır. 2019-cu ildən “Covid- 19’’ pandemiyası başladıqda gücləndirilmiş iş rejiminə keçmişlər. İş nə qədər çətin olsa da işinin öhdəsindən gəlmişdir. 2021-ci ildən, yəni yanvar ayından vaksinotor şöbəsinə kömək etmək üçün rəhbərlik tərəfindən yönəldilmişdir. 3 ay ərzində Ucar rayonu və onun kəndlərində vaksin vurulma kompaniyasında işləmişdir. Vaksin vurularkən çox vaxt vətəndaşların səhhətində olan xəstəliklərlə əlaqədar problemlərlə rastlaşırdılar. Belə hallar onu bir tibb bacısı kimi narahat etmiş və qorxutmuşdur. Çünki o, Ucar rayonunda yaşayır, əhalinin çox hissəsini tanıyır. Eyni zamanda, hamı tibb işçisindən ümid gözləyir. Vaksin vurularkən insanlar hər hansı xəstəlikləri barədə bəzən məlumat vermirdilər, ya da xəstəlikləri barədə heç özləri belə bilmirdilər. 14 aprel 2021-ci il tarixdə saat 11 radələrində növbəti vaksin vurulması zamanı X2 vaksin vurmuş və o, özünü pis hiss etmişdir. Tez ətrafdan naşatır spirti götürüb onun burnuna tutmuş, M.Misirova özünə gəlmişdir. M.Misiriova normal vəziyyətə gələnə kimi onu otaqda saxlamışdır. Sonra M.Misirova ilə gələn X6 da vaksin iynəsini vurmuş və “covid” pasportunu imzalıyıb kompüter qeydiyyatından keçirmiş və onları yola salmışdır. Növbəsi başa çatdıqda işi Gülnar Əmircanovaya təhvil verib “Ailə Sağlamlıq Mərkəzinə” daimi iş yerinə getmişdir. Bir neçə saatdan sonra baş tibb qardaşı Lətifov İmran onu öz otağına çağırmış, otağında masanın üstündə bir dolu şprisi ona göstərib “sən bu şprisi Misirova Mehribana vurmamısan” demişdir. O, İmran Lətifova bildirmişdir ki, bu mümkün olan iş deyil. Vurduğuna görə M.Misirovanın vəziyyəti pisləşmiş, özünü çox pis hiss etmişdir, bu şprisin ona heç bir aidiyyəti yoxdur. Belə olan halda o, şöbə həkiminə zəng edib İmranın ona böhtan atdığını, sonra xəstəxananın direktoru Zeynal Bayramlının yanına getmək istədiyini, İmranın isə ona imkan vermədiyini demişdir. İ.Lətifov demişdir ki, burda elə bir şey yoxdur, bu dolu şpris ondan ötrüdür ki, Misirova xəstədir, sabah onun vəziyyəti pis ola bilər, hətta ölə bilər, xəstəxananın adı üçün özlərini hazır saxlasınlar ki, M.Misirovaya iynə vurmamışlar, iynə vurmamağı barədə izahat yazmağı, baş həkimə demək lazım olmadığını, izahatın özündə qalacağını, ona heç nə olmasa bunların boş şey olmasını bildirmişdir. Baxmayaraq ki, İmran onunla qərəzli münasibətdə olmuş, xəstəxanaya görə İmrana inanıb onun sözləri ilə izahat yazmışdır. İşin sonunda İmran onu direktor Zeynal Bayramlının kabinetinə çağırmış, o, İmranı və yazdığı izahatı Zeynal Bayramlının masasında gördükdə, bütün məsələni baş həkimə danışmışdır. O, başa düşmüşdür ki, İmran onu aldatmışdır. İki gündən sonra Zeynal həkim öz kabinetində həmkarların sədri Səidə Ələkbərovanın, hüquqşünas Pakizə xanımın, Ailə Sağlamlıq Mərkəzinin şöbə müdürü Şəhla İbrahimovanın və İmran Lətifovun iştirakı ilə müzakirə iclası keçirmiş, Şəhla və Səidə onun 32 ildir ki, işlədiyini, bu günə kimi heç bir nöqsana yol vermədiyini demişlər. O, üç iş yerinə yetirir, əsas işi Ailə Sağlamlıq Mərkəzinin sahə tibb bacısı, 19 maya kimi covidli xəstələrə həkim briqadası ilə çıxmış, vaksin otaqında vaksinator kimi çalışmışdır. Zeynal həkim onun Ailə Sağlamlıq Mərkəzində covid işini aparmasını, vaksin otağından isə kənarlaşdırılmasını bildirmişdir. O, öz işinə başlamışdır. 19 may 2021-ci ildə Pakizə ona zəng edib onların otağına gəlməsini demişdir. O, Pakizənin yanına getmiş, Pakizə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasını bildirmişdir. Lakin əmək kitabçasını tələb edərək 25 may 2021-ci il tarixində ala bilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv edilir. O, işlədiyi 32 il ərzində bir dəfə də olsun gördüyü işə görə ona irad belə bildirməmişlər. O, iş funksiyasını həmişə ləyaqətli yerinə yetirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağı qanunsuz və əsassızdır. Ona görə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bir şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin habelə əmək kollektivin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan manefeyinə hər hansı formada ziyan dəymiş olsun. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq iş və ya göstərməli olduğu xidmətlərin dairəsi anlaşılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə qanunvericilik əmək müqaviləsinin ləğv edilməsi üçün işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməsi şərtləri müəyyən etmişdir. O isə öz əmək funksiyasını yerinə yetirmiş, Misirova Mehribana vaksin iynəsini vurmuş, sonuncu özünü pis hiss etmiş və həmin dəqiqə halsızlaşmışdır, o isə tez şkafdan dərmanı götürüb burnuna tutmuşdur. Ulduz xanım da kömək etmiş, yavaş-yavaş özünə gəlmişdir. Ulduz xanımın da vaksin iynəsini vurmuş, hər ikisinin vaksin pasportu yazılıb imza olunaraq özlərinə verilmişdir. Qolundan tutub kompüter qeydiyyatından keçirmiş və qapıya kimi yola salmışdır. Digər vəzifəsi tam vaksin vurulan yerdə əlcək geyinib vurulan şprislərin təhlükəsizlik qutuya atılması, təmizliyə, köməkçi dərmanların hamısının yerində olmasına ciddi nəzarət etməkdir. O, heç bir qəsdə, səhlənkarlığa, ehtinasızlığa yol verməmişdir. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının ahəngi pozulmalıdır. Göründüyü kimi işin (istehsalın), əmək və icra intizamının normal ahəngi pozulan heç bir əməl olmamışdır. X9 vurduğu iynədən sonuncu özünü pis hiss etsə də heç kimə fiziki, maddi və mənəvi ziyan dəyməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud surətdə pozulması hesab edilən hallar müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72ci maddəsində göstərilən bəndin heç birini əks etdirən hər hansı hərəkəti olmamışdır. Belə ki, bu maddədə göstərilən kobud səhvlər müxtəlif səbəblər və hallarla bağlı olmalıdır. O, heç bir cəmiyyətə zərər yetirən hərəkət etməmiş, kimsəyə, cəmiyyətə bir zərər vurmamışdır, heç bir kobud səhv edib heç kimin mənafeyinə ciddi xələl yetirməmişdir. Lakin tibb qardaşı İmran öz əsassız və qanunsuz hərəkətləri ilə onu 32 il işlədiyi xəstəxananın nüfuzunu qorumağa inandıraraq, təyziq edərək, saxta izahat yazdıraraq onun işdən azad olunmağına səbəb olmuşdur. Həmin izahat onun deyil, Lətifov İmranın diktə etdiyi sözlərlə yazılmışdır. Rəhbərlik və X4 araşdırıb tədbir görmədən onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanunsuz işdən azad etməyi qərara almışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərilən əsas vəzifələrini həmşə yerinə yetirmiş, o heç kimə, cəmiyyətə ya dövlətə zərər yetirməmiş, iş funksiyasını, vəzifəsini 32 ildir ki, məsuliyyətlə yerinə yetirmişdir. Ona 32 illik xəstəxanada iş fəaliyyətinə xələl gətirərək şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna güclü zərbə vurmuşdur. Belə ki, Ucar Rayon Xəstəxanasının rəhbərliyi tərəfindən qanunsuz və əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanılan əmək müqaviləsinə xitam verilmiş və onun barəsində cinayət işi qaldırmaq üçün Ucar Rayon Prokurorluğuna müraciət etmişdir. Ucar Rayon Prokurorluğu araşdırma aparmış və cinayət işinin rədd edilməsi barədə qərar çıxarmışdır. Buna görə cavabdeh tərəfindən barəsində tətbiq edilən 19 may 2021 -ci il tarixli, 445 saylı əmr qanunsuz hesab edilərək ləğv edilməli, əmək kitabçasındakı qeydin ləğv edilməsi barədə öhdəlik cavabdehin üzərinə qoyulmalı, 19 may 2021-ci ildən buraxılan aylara görə əmək haqqı hesablanılıb ona ödənilməli və vurulmuş mənəvi ziyana görə 20.000 manat cavabdeh Ucar Rayon Mərkəzi Xəstəxanasından tutularaq ona ödənilməlidir. Ona vurulan mənəvi ziyanı hal-hazırda 20.000 manat kimi qiymətləndirir. Qeyd etdikləri onun həqiqətən mənəvi təhqirə məruz qalmağını, cavabdehin hərəkətləri nəticəsində keçirdiyi ağır mənəvi sarsıntı və iztirablarını tam təsdiqləyir. İlkin iddia üzrə cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X21 ilkin iddia ərizəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, o, əmək kitabçasını xx.xx.2021-ci il tarixdə almışdır. Deməli o, hazırki iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixədək məhkəməyə müraciət etməli idi. Çünki Əmək Məcəlləsinin 296.2-ci maddəsi bunu tələb edir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı “Ucar Rayon Mərkəzi Xəstəxanası” X21 tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı “Ucar Rayon Mərkəzi Xəstəxanası” X10rşı əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı bundan başqa Ucar rayon Prokurorluğuna müraciət edərək, “Ucar Rayon Mərkəzi Xəstəxanası” X17 baş tibb qardaşı İmran Lətifovun və hüquqşünası Pakizə Ələsgərovanın ondan işdə qalması müqabilində baş həkimə vermək üçün 1000 manat rüşvət istəmələrini bildirmişdir. İddiaçı bildirdikləri öz təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı həmin müraciəti xəstəxananın işgüzar nüfuzunu ləkələmiş və ona 10.000 manat ziyan vurmuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsinə etirazında bildirmişdir ki, qarşılıqlı iddia ərizəsində göstərilir ki, İ.Lətifovun və P.Ələsgərovanın ondan 1000 manat məbləğində pul tələb etmələri öz təsdiqini tapmamışdır. X15 və Pakizə Ələsgərovanın 1000 manat tələbi barədə o, prokurorluğa ərizə versəydi həmin gün prokurorluqdan pul alıb onlara verərdi və beləliklə 1000 manat tələbi təsdiq olunardı. Lakin birinci dəfə xəstəxananın adına və nüfuzuna xələl gəlməsin deyə İmrana inanıb onun diqtəsi ilə “izahat” yazmış, ikinci dəfə prokurorluğa şikayət edib tələb olunan 1000 manatı onlara versəydi, xəstəxananın işgüzar nüfuzuna çox ciddi zərər dəyərdi. Lakin o, 32 il işlədiyi bu xəstəxananın nüfuzunu qorumasaydı onun tanıdığı insanların, qohumların, iş yoldaşlarının işlədiyi xəstəxananın adına xoşagəlməz sözlər yaranardı. Həmin adamların içərisində heç kimin onun qədər 32 il iş stajı yoxdur. 32 ildə ona heç vaxt vəzifə funksiyası ilə əlaqədar irad belə bildirilməmişdir. Onunla qərəzli münasibətləri iki səbəblə bilinir. Birinci, İmran Lətifov ona təkidlə qorxudaraq xəstəxananın adı üçün olmayan hadisənin, yəni onun vaksin vurmamağı haqda, dolu şpritsi tullantı qabına atmağı barədə izahat yazdırmış, ikinci, 28 yanvar 2022-ci il tarixli Ucar Rayon Prokurorluğunun qərarında göstərilir ki, tərtib edilən akt Pakizə Ələsgərovanın xətti ilə tərtib olunmuşdur. Hər ikisinin məqsədləri aydındır. Əgər onlar xəstəxananın işgüzar nüfuzunu qorusaydılar bu hal baş verməzdi. O, İmran Lətifova və Pakizə Ələsgərovaya 1000 manat vermədiyi üçün, onlar yalan, saxta akt və izahat barədə baş həkim Zeynal Bayramlını onun kimi aldatmışlar, 19 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin xitamına səbəb olmuşlar. Bu səbəbdən barəsində saxta yolla tərtib etdikləri sənədləri 21 may 2021-ci il tarixdə Ucar Rayon Prokurorluğuna göndərmişlər. O isə İ.Lətifov və P.Ələsgərova barədə şikayəti 26 may 2021-ci il tarixdə göndərmişdir. Hər ikisinin qərəzli əməllərinə görə ağır zərbə almış və onlar ona maddi, fiziki, mənəvi ziyan vurmuşlar. Onlar düzgün qeyd edilməyən, saxta tərtib olunmuş sənədlərə görə, qərəzli münasibətləri ilə əlbir olub xəstəxananın işgüzar nüfuzuna xələl gətirilmiş. “Ucar Rayon Mərkəzi Xəstəxanası” X16rşılıqlı iddiada göstərməmişlər ki, xəstəxanaya 10.000 manatlıq hansı ziyan vurulmuşdur və bu ziyan özünü nədə göstərmişdir. Qarşılıqlı iddia ərizəsi təmamilə əsassız və qanunsuz olduğuna təmin edilməməlidir. İmran Lətifov onun şərəf və ləyaqətinə ləkə gətirən məlumatlar yaymış, prokurorluğa başqalarının adından yalan məlumatlar yazaraq, bəzilərinə saxta akta imza etdirərək, baş həkim Zeynal Bayramlı öz yalanlarına inandırıb, aldadaraq onun barəsində prokurorluğa məlumat göndərilməsinə nail olmuşdur. Bununla da onu əsəb sarsıntıları keçirməyə və mənəvi iztirablara məruz qoymuşdur. İllər uzunu, yəni 32 il işini bilən tibb bacısı kimi fəaliyyət göstərdiyi halda heç bir qanuni əsas olmadan onun barəsində prokurorluğa məlumatlar göndərərək xəstəxana kollektivi içərisində onun nüfuzunu ləkələmişdir. Bu məlumatlar əsasında xəstəxana işçiləri və qohumlarından narahat olan şəxslər ona zəng edib onlardan “deyirlər səni həbs edəcəklər” sözünü eşitdikdə nə qədər iztirab çəkdiyini ifadə etmək mümkün deyil. Bu məlumatların yayılması onun şərəfinə, ləyaqətinə, sağlamlığına və işgüzar nüfuzuna zərbə vurmuşdur. Ucar Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(063)-32/2022 nömrəli iş üzrə qəbul etdiyi 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Xəlilov) ilkin iddanın qismən təmin olunması- “Ucar Rayon Mərkəzi Xəstəxanası” X17 İddiaçı işdən azad edilməsi barədə 19 may 2021-ci il tarixli, 455 saylı əmrinin ləğv edilməsi və bu barədə əmək kitabçasındakı qeydin ləğv edilməsi öhdəliyinin cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X17 üzərinə qoyulması, İddiaçı “Ucar Rayon Mərkəzi Xəstəxanası” X18 öz iş vəzifəsinə bərpa olunması və 19 may 2021-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq ona ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Ucar rayon prokurorunun böyük köməkçisi X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 yanvar 2022-ci il tarixli qərarı ilə 63-C-21 nömrəli toplanmış material üzrə cinayət hadisə olmadığından cinayət işinin başlanmsı rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, İddiaçı “Ucar Rayon Mərkəzi Xəstəxanası” X17 baş tibb qardaşı İmran Lətifov və qeyrilərinin işdən çıxarılmaması müqabilində ondan 1000 manat rüşvət istəmələri və sair barədə göstərmiş olduğu xüsusatlar tərəflərin izahatları və digər sübutlarla öz təsdiqini tapmamışdır. Habelə, Ucar rayon Ailə Sağlamlıq Mərkəzində tibb bacısı vəzifəsində işləyən vaksinator İddiaçı 14 aprel 2021-ci il tarixdə, saat 11:35 radələrində Ucar rayon Təhsil Şöbəsinin əməkdaşı X2 vurulmalı olan vaksini vətəndaşa vurmadan tibbi tullantı qabına atması barədə “Ucar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş məlumatda göstərilən xüsusatlar tərəflərin izahatları və digər sübutlarla öz təsdiqini tapmamışdır. Lakin araşdırma materialında olan X1 adına tərtib edilmiş məhkəmə-komisyon ekspertizasının 737/KEŞ saylı rəyindən göründüyü kimi M.Misirovaya vaksin inyeksiyasının vurulmasından öncə anamnezinə əsasən onda olan xəstəliklər müvafiq müayinələr keçirilməklə hansı mərhələdə olduğu müəyyən edildikdən sonra vaksinin vurulub-vurulmamasına dair qərar verilməli olduğu halda, vaksinin icra edilməsinə göstəriş verən həkim tərəfindən buna əməl edilməsə də qeyd olunanlar M.Misirovanın sağlamlığına mühüm zərər vurmamışdır. Göründüyü kimi iddiaçının əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, buna görə də işdən azad edilməsinin hüquqi əsası yoxdur. Ona görə də məhkəmə hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməmişdir. Buna görə də iddiaçının işdən azad edilməsi barədə əmr ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının işdən azad edilməsi barədə əmr ləğv edildiyindən, o əvvəlki vəzifəsinə bərpa edilməli və onun məcburi işburaxmaya görə əmək haqqı tələbi də təmin edilməlidir. Rayon Məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı poçt vasitəsi ilə məhkəməyə göndərdiyi iddia ərizəsi 21 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin 29 iyun 2021-ci il tarixli, 2(063)- 647/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Ucar rayon Mərkəzi Xəstəxanasına qarşı iddiası və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçıya iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmamasının izah edilməsi qərara alınmışdır. Həmçinin, İddiaçı əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi barədə poçt vasitəsi ilə məhkəməyə göndərdiyi iddia ərizəsi 12 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin 14 iyul 2021-ci il tarixli, 2(063)-647/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Ucar Rayon Mərkəzi Xəstəxanasına qarşı əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, İddiaçı iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmamasının izah edilməsi qərara alınmışdır. Bununla da müəyyən olunur ki, iddia müddəti buraxılmamışdır. Rayon Məhkəməsi ilkin iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı hüququnun pozulması nəticəsində 20.000 manat mənəvi ziyanın cavabdehdən alınıb ona verilməsi tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə təzminatın 20.000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair heç bir sübutu istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də məhkəmə tədqiqatı müddətində təqdim etməmişdir. Məhkəmə həmçinin qarşılıqlı iddia üzrə hüquqi dəyərləndirmə apararaq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzunu ləkələyə bilən məlumatı geniş kütlə arasında yayması cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması, habelə bunun nəticəsində cavabdehin işgüzar nüfuzuna zərər vurulması məhkəmə iclasında sübuta yetirilməmişdir, ona görə də qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 292, 294, 296, 300-cü maddələrinə, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin mənəvi ziyanın təmin edilməməsi hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı “Ucar Rayon Mərkəzi Xəstəxanası” X22 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətinin dəlilləri Əmək müqaviləsinin ləğv edilməsi barədə sənədlərin cavabdeh tərəfindən prokurorluğa göndərilməsi onun rayonda olan qohumlar, tanışlar arasında, 32 il işlədiyi kollektivdə şərəf və ləyaqətinin alçaldılmasına, sarsıntı, iztirab keçirərək səhhətinin pozulmasına səbəb olmuşdur. İşləmədiyinə görə banka olan kredit borcunu ödəyə bilməmiş və bu barədə şifahi şəkildə Rayon Məhkəməsinə bildirmişdir. “Sən həbs olunacaqsan?” sualını eşitdikdə çəkdiyi stress, iztirab, əzabları ölçən, müəyyən edən cihaz varsa bu məhkəməyə sübut ola bilər. b) ilkin iddia üzrə cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X11 G. Abulovanın apellyasiya şikayətinə qarşı etirazının dəlilləri İlkin iddia üzrə iddiaçının apellyasiya şikayətində qeyd olunan halları təsdiq edə biləcək sübutları birinci instansiya məhkəməsinə təqdim etməsi üçün kifayət qədər vaxtı olmuşdur. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən yeni sübutlar apellyasiya instansiya məhkəməsində o halda qəbul edilə bilər ki, həmin sübutların birinci instansiya məhkəmsində edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılsın. c) ilkin iddia üzrə cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X17 apellyasiya şikayətinin dəlilləri İddiaçı özü iddia ərizəsində qeyd etmişdir ki, işdən çıxarılması barədə əmrin imzalandığı gün, yəni 19 may 2021-ci il tarixində artıq onun əmrdən xəbəri olmuşdur. Beləliklə iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi gün 19 may 2021-ci il tarixidir, bu işin mübahisəsiz halıdır. İş materiallarından isə məlum olur ki, iddia ən yaxşı halda 17 iyul 2022-ci il tarixdə (iddia ərizəsinin imzalanma tarixi) irəli sürülüb. Bu isə onu deməyə əsas verir ki, 1 aylıq iddia müddəti buraxılmışdır. Məhkəmə ilkin iddiaçının özünün və Mehriban Misirovanın izahatını sübutlar siyahısında sadalamasa da, Ucar rayon Prokurorluğu tərəfindən cinayət işinin rədd edilməsi barədə qərarını sübut kimi qəbul etməmişdir. Habuki, İddiaçı və M.Misirova izahatlarında vaksinin vurulmadığını etiraf etmişlər. İstintaq orqanının cinayət işi üzrə qəbul edilmiş qərarları mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmir. İddiaçı qeyd edilən izahatı onunla qərəzli münasibətdə olan baş tib qardaşı İmran Lətifovun təkidi ilə yazdığını bildirsə də, bunu sübut edə bilməmişdir. Həmçinin aydın olmur ki, niyə görə məhz iddiaçını müdafiə etmək məqsədi ilə xəstəxanaya məktub göndərən Mehriban Misirova da iynənin ona tam vurulmamasını göstərmişdir. Məhkəmə qarşılıqlı iddianı təmin etməməsini əsaslandırmağa çalışmışdır. Rüşvət istəmək barədə məlumatlar təbii ki, rüşvət istəməsi iddia olunan şəxs haqqında cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslar arasında mənfi rəy yaradır. Belə böhtan xarakterli məlumatların prokurorluğun, məhkəmənin, xüsusən xəstəxananın əməkdaşları xəbər tutmuşlar ki, bu da həmin məlumatların geniş kütlə arasında yayılması hesab oluna bilər. Xəstəxana hüquqi şəxsdir, hüquqi şəxsin işçilərinə atılmış böhtan xarakterli məlumatların onun işgüzar nüfuzuna ziyan vurması şübhəsizdir. d) İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X7 G. Abulovanın apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X17 nümayəndəsi və vəkili Nümayəndə2 təmsil etdiyi hüquqi şəxsin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, işə baxmış Rayon Məhkəməsinini qətnaməsindən hər iki tərəfin apellyasiya şikayəti verdiyini və qətnamənin tam mübahisələndirildiyini nəzərə alan Məhkəmə birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsini tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə 296. 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 300. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarında Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5.3. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər. Maddə 7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Maddə 12.10. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən məlum olur ki, Ucar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 445 saylı əmri ilə həmin tibb müəssisəsində tibb bacısı işləyən iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Sözügedən əmrin verilməsinə əsas xx.xx.2021-ci il tarixdə iddiaçının M.Misirovaya vurulmalı olan vaksini vurmamaqla yanaşı, sistemə bu vaksinin vurulması kimi göstərməsi olmuşdur. Həmin əmri əsassız və qanunsuz hesab edən iddiaçı, bildirir ki, onun tərəfindən əmək funksiyaları pozulmamışdır. O, vaksinator kimi, M.Misirovaya vaksini vurmuşdur. Lakin vaksin vurulduqdan sonra M.Misirova özünü narahat hiss etdiyinə görə o, xəstəxənanın baş tibb qardaşı İ.Lətifovun təklifi və diktəsi ilə izahat yazaraq həmin vaksinin güya M.Misirovaya vurmadığını göstərmişdir. İddiaçının dəlillərinə qarşı cavabdehin qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində ifadə olunmuş etirazı isə ondan ibarətdir ki, iddiaçı ona həvalə edilmiş vaksinator vəzifəsini lazımınca icra etməmiş, xx.xx.2021-ci il tarixdə M.Misirovaya vurulmalı olan vaksini icra etmədən, sonuncunun adını vaksin olunmuş şəxslərin siyahısına əlavə etmiş, vaksin dolu şprisi isə tullantı qabına atmışdır. Qeyd olunan fakt tərtib olunmuş aktdan əlavə, həm iddiaçının özünün yazdığı izahatla, həm də M.Misirovanın xəstəxananın rəhbərliyinə ünvanladığı müraciətlə təsdiq olunur. İş üzrə tərəflər arasında mübahisə doğuran bu hal ilə bağlı Məhkəmə aşağıdakıları bildirir: Hazırki iş üzrə iddiaçı şikayət ərizəsi ilə Ucar Rayon Prokurorluğuna müraciət edərək, onun işdən çıxarılmaması ilə bağlı Ucar Rayon Mərkəzi Xəstəxanasının baş tibb qardaşı İmran Lətifov və başqalarının ondan 1000 manat rüşvət istəmələrini göstərmiş və bununla bağlı qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Eyni zamanda Ucar rayon prokurorluğuna iddiaçı tərəfindən 14 aprel 2021-ci il tarixdə, saat 11:35 radələrində Ucar rayon Təhsil Şöbəsinin əməkdaşı X2 vurulmalı olan vaksinin sonuncuya vurulmadan tibbi tullantı qabına atılması barədə Ucar Rayon Mərkəzi Xəstəxanasından məlumat da daxil olmuşdur. İddiaçının şikayəti əsasında Ucar Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı iddiaçının şikayətində göstərdiyi xüsusatlar, yəni iddiaçının işdən çıxarılmaması müqabilində Ucar Rayon Mərkəzi Xəstəxanasının baş tibb qardaşı İmran Lətifov və və başqalarının iddiaçıdan rüşvət tələb etmələri faktı öz təsdiqini tapmamışdır. Həmçinin Ucar Rayon Mərkəzi Xəstəxanasının məlumatında qeyd olunanlarla bağlı aparılmış araşdırma çərçivəsində ekspertiza təyin edilmişdir. Ekspertiza tədqiqatının nəticəsi olaraq verilmiş məhkəmə-komisyon ekspertizasının 737/KEŞ saylı rəyində bildirilir ki, M.Misirovaya vaksin inyeksiyasının vurulmasından öncə anamnezinə əsasən onda olan xəstəliklər müvafiq müayinələr keçirilməklə hansı mərhələdə olduğu müəyyən edildikdən sonra vaksinin vurulub-vurulmamasına dair qərar verilməli olduğu halda, vaksinin icra edilməsinə göstəriş verən həkim tərəfindən buna əməl edilməsə də qeyd olunanlar M.Misirovanın sağlamlığına mühüm zərər vurmamışdır. Beləliklə də, Ucar Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı iddiaçının şikayətində və Ucar rayon Mərkəzi Xəstəxanasının məlumatında göstərilənlər öz təsdqini tapmamış, bunun nəticəsi olaraq toplanmış 63-C-21 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi, M.Misirovaya “COVİD-19” virusuna qarşı vaksin vurulması xüsusi biliyə malik olan ekspertin Ucar rayon Prokurorluğuna 63-C-21 nömrəli material üzrə təqdim etdiyi 737/KEŞ saylı rəyi ilə təsdiq olunur. Bu baxımdan hesab olunmalıdır ki, iddiaçı əmək funksiyalarını və (və ya) əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişdir, “COVİD-19” virusuna qarşı vaksin M.Misirovaya vurulmuşdur. Bunun əksini iddia edən mötəbər sübutları cavabdeh tərəf məhkəmələrə təqdim etməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi əsassızdır. Müzakirə olunan hissədə iddiaçının iddiası və həmin tələbdən irəli gələn digər tələblər (əmək kitabçasındakı qeydin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə orta əmək haqqının ödənilməsi) əsaslıdır. Həmin hissələrdə Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının əmək funksiyalarını yerinə yetirməsi, yəni M.Misirovaya vaksin vurulması məhkəmə-komisyon ekspertizasının 737/KEŞ saylı rəyi ilə təsdiq olunmuşdur. Belə olan halda, cinayət təqibi orqanının qəbul etdiyi qərarın (hazırki halda Ucar Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı) məhkəmələr üçün preyudisial xarakter daşımaması barədə cavabdehin dəlili tərəflər arasındakı mübahisənin həllində əhəmiyyət kəsb etmir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin həmin dəlili əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ilk iddianın irəli sürülməsi üçün iddia müddətinin ötürülməsi barədə dəlili də əsassızdır. Belə ki, Əmək Məcəlləsi iddia müddətinin başlanğıcını təyin edərkən konkret gün müəyyən edib. Məcəlləyə görə, həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşçinin müvafiq əmri dedikdə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) və s. nəzərdə tutulur. Əmək Məcəlləsinin müvafiq normasına əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İntizam tənbehinin verilməsi ilə bağlı yaranmış əmək mübahisələrində iddia müddətinin axımı intizam tənbehinin verilməsi barədə əmrin işçiyə verilməsi günündən başlanır. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi intizam tənbehi verilməsi barədə işəgötürənin əmri ilə (sərəncamla, qərarla) tanış edilməli və işçinin tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. İşçinin əmək kitabçasının verildiyi gün iddia müddətinin başlandığı gün hesab edilir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalar”ın 6.1-ci bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. İş üzrə tərəflər arasında mübahisə doğurmur ki, xx.xx.2021-ci il tarixli əmr ilə iddiaçı ilə əmək müqaviləsinə xitam verilmiş, iddiaçı əmək kitabçasını xx.xx.2021-ci il tarixdə almışdır. Belə olan halda, iddiaçıya münasibətdə iddia müddətinin axımının başlandığı tarix - xx.xx.2021-ci il, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmə müddətin bitdiyi tarix - xx.xx.2021-ci ildir. İşdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı “əmrin ləğv edilməsi və sair tələblər barədə” iddia ərizəsi ilə ilk dəfə birinci instansiyası məhkəməsinə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. İddiaçının həmin iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığına görə, iddia ərizəsi bir neçə dəfə iddiaçının özünə qaytarılmışdır. İddiaçı isə həmin nöqsanları ağlabatan müddətdə aradan qaldırmış və eyni məzmunla iddia ərizəsi ilə yenidən Rayon Məhkəməsinə müraciət etmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsini verərkən qanunda nəzərdə tutulan bir aylıq iddia müddəti buraxılmamışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə əsassızdır. Məhkəmə iddianın “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsində də Rayon Məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li Qərarının 1-ci bəndində göstərilir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarının 2-ci bəndinə görə, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presidentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin hazırki halda iddiaçı ona dəymiş mənəvi zərər nəticəsində onun mənəvi sarsıntılara, iztirab keçirməsinə səbəb olub-olmamasını əsaslandıra bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan, iddiaçının apellyasiya şikayətinin dəlilləri də əsassız hesab edilməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, ilk iddianın qismən təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı, hər iki tərəfin ilk iddiaya münasibətdə apellyasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Məhkəmə həmçinin bildirir ki, Rayon Məhkəməsi qarşılıqlı iddianı rədd etməklə də iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri bu hissədə də əsassızdır. Belə ki, qanunvericiliyin tələblərinə görə, şərəfi, ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatları yalnız yaymış şəxs onların yayılması nəticəsində vurulmuş zərərin əvəzini ödəməlidir. Eyni zamanda yayılmış məlumatlar məhz şərəfi, ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatlar olmalıdır. Hazırda cavabdeh bildirir ki, iddiaçı tərəfindən Ucar Rayon Prokurorluğuna ünvanlanmış şikayət ərizəsində Xəstəxananın işçiləri barəsində həqiqətə uyğun olmayan məlumatlar (iddiaçının işdən çıxarılmaması müqailində 1000 manat rüşvət tələb olunması) göstərilməklə, cavabdehin işgüzar nüfuzunu ləkələmişdir. Yuxarıda artıq qeyd olunduğu kimi, iddiaçı Ucar Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək, onun işdən çıxarılmaması ilə bağlı Ucar Rayon Mərkəzi Xəstəxanasının baş tibb qardaşı İmran Lətifov və başqalarının ondan 1000 manat rüşvət istəmələrini göstərmiş və bununla bağlı qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. İddiaçının şikayəti əsasında Ucar Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı şikayətində göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Bu səbəbdən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə bildirir ki, demokratik cəmiyyətin və hüquqi dövlətin möhkəmlənməsi və inkişafına təkan verən əsas hüquqlar sırasında müraciət etmək hüququ xüsusi yer tutur. Həmin hüququn təmin olunması hər kəsin sosial, siyasi, iqtisadi hüquq və azadlıqlarının, o cümlədən təhlükəsizliyinin qorunması və müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, onların daha dolğun həyata keçirilməsinə zəmin yaradır. Azərbacan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində müəyyənləşdirilmişdir. Bu hüququn tənzimlənməsini nəzərdə tutan “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3cü bəndinin 1-ci abzasına əsasən dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə görə, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 12-ci maddəsinin 10-ci bəndinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə bildirir ki, iş üzrə iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunvericiliyin onlara verdiyi hüquqlardan istifadə edərək, pozulduğunu güman etdiyi hüquq və qanuni mənafeyinin bərpa edilməsi məqsədi ilə müvafiq dövlət orqanına müraciət etmişdir. İddiaçıdan daxil olmuş məlumatların yoxlanılması isə həmin dövlət orqanının qanunla onun üzərinə qoyulmuş vəzifələridir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının bu müraciəti əsasında dövlət orqanı tərəfindən aparılmış araşdırma nəticəsində müraciətdə göstərilənlərin öz təsdiqini tapmaması cavabdehin işgüzar nüfuzunun ləkələnməsi kimi qiymətləqdirilməməlidir. Çünki iddiaçının müvafiq dövlət orqanına müraciət etməsinin məqsədinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquqlarının realizə edilməsi deyil, qəsdən cavabdehə zərər vurması, yəni hüquqdan sui-istifadə etməsi iş materialları ilə təsdiq edilmir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı və cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı və cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Ucar Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyun 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı və cavabdeh “Ucar Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onların özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1131/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1131/2022
18.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver