Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1131/2024 16.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, tapşırıq müqaviləs) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, iddiaçının digər vəkili X2, cavabdehlər Cavabdeh3 və Cavabdeh2ın nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı "pul tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(025)-1279/2023 nömrəli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 102,600 (bir yüz iki min altı yüz) manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 onun atası, Cavabdeh2 isə anasıdır. O, 05 aprel 2013-cü ildə 4Ə-443 saylı alqı-satqı müqaviləsi əsasında 0.22 ha torpaq sahəsini satın almış və mülkiyyət hüquqları ********** nömrəsi ilə 30 aprel 2013-cü ildə qeydiyyata alınmışdır. Valideynlərinin təkidi ilə həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Niyyəti isə Bakı şəhərində bir neçə ev almaq imiş. O, özü ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından atası Cavabdeh3 adına etibarnamə göndərmişdir. Həmin torpağın sotunun dəyəri 8000-10000 manat aralığında olduğundan razılaşmışlar ki, qiyməti onunla razılaşılaraq satılacaqdır. 2017-ci ildə valideynləri ona zəng vuraraq bildirmişlər ki, torpağı istəyən vardır, ancaq pulunu tam şəkildə ödəyə bilmir. Hissə-hissə ödəyəcəkdir. İlkin olaraq torpağın pulundan 25000 (iyirmi beş min) manat pul ödənildiyini bildirmişdir. 2022-ci ilin yayında isə Azərbaycana gələrkən artıq ona məlum olmuş ki, atası Fəxrəddin həmin torpağın hamısını 09 sentyabr 2017-ci ildə satıb və özünə də həmin pulun bir hissəsi ilə 40000 (qırx min) manata arvadı Cavabdeh2 adına 30 aprel 2018-ci ildə ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsi 0.065 ha olan fərdi yaşayış evi satın almışdır. Beləliklə, 07 aprel 2023-cü ildə ona məlum olmuşdur ki, Cavabdeh3 onun ona verdiyi etibarnamə əsasında ona məxsus olan ünvan 2 ünvanda yerləşən 0.22 ha torpaq sahəsini 09 sentyabr 2017-ci ildə Cavabdeh1 Qəbələ «Asan xidmət» mərkəzində notariat kontorunda satmış və ona da bu barədə bildirməmişdir. O, məhkəmədə cavabdehlərə qarşı torpağın satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair iddia qaldıraraq göstərmişdir ki, torpağın qiyməti onunla razılaşdırılmadan satıldığından və o, cavabdeh Fəxrəddin Salmanova 0.22 ha torpağını 30000 manata satılmasına etibarnamə vermədiyindən müqavilə etibarsız sayılmalıdır. Ancaq Cavabdeh1 keçirilən məhkəmə iclasında nümayəndə və vəkili ilə təmsil olunaraq bildirmişdir ki, həmin torpağın sotunu 5800 manat olmaqla, cəmi 127600 (bir yüz iyirmi yeddi min altı yüz) manat vəsait ödəməklə satın almış və buna dair sübutları təqdim edəcəkdir. Bununla əlaqədar Cavabdeh1 nümayəndəsi Nümayəndə3la aralarında barışıq sazişi imzalanmış, həmin sazişdə Cavabdeh1 həmin torpaq sahəsini sotunu 5800 manata satın alındığı və cəmi 127600 manat pulun onun alqı-satqı müqaviləsi üzrə nümayəndəsi Cavabdeh3 ödənildiyi təsdiq olunmuşdur. Cavabdeh1 öz üzərinə 127600 manat pulun Cavabdeh3 ödənilməsinə dair sübutları təqdim edəcəyini öhdəsinə götürmüşdür. Ancaq ona cəmi 5 ödəniş tarixçəsini təqdim etmişdir: 11 sentyabr 2017-ci il tarixdə X1 adından X6 19000 rus rublu, 03 oktyabr 2017-ci il tarixdə X1 adından X6 4000 ABŞ dolları, 03 noyabr 2017-ci il tarixdə X1 adından Cavabdeh3 5000 ABŞ dolları, 05 dekabr 2017-ci il tarixdə X1 adından X6 5000 ABŞ dolları, 18 dekabr 2017-ci il tarixdə X1 adından X6 237600 rus rublu. Halbuki, Cavabdeh1 127600 manat pulu ödədiyini və buna dair sübutları təqdim edəcəyini göstərirdi. Nə qədər ki, Cavabdeh1 həmin torpaq sahəsini 127600 manata satın aldığını göstərir, eyni zamanda torpağın dəyərinin həmin vaxt o qiymət olduğunu təsdiq edir, 09 sentyabr 2017-ci ildə hər iki tərəf onun əmlakından əsassız varlanıb, Cavabdeh3 ona çatmalı vəsaiti ona ödəməyərək arvadı Cavabdeh2 adına 30 aprel 2018-ci ildə rəsmləşdirilməklə ümumi birgə mülkiyyətdə olan ünvan 3 ünvanda yerləşən həyətyanı torpaq sahəsi 0.065 ha olan fərdi yaşayış evi satın almış, Cavabdeh1 127600 manat dəyərində olan əmlakın dəyərini tam ödəməmişdir. Əlavə olaraq məhkəməyə onu da bildirir ki, həqiqətən də Cavabdeh1 09 sentyabr 2017-ci ildə torpağa dair alqı-satqı müqaviləsi bağladıqdan sonra torpağın borclu qaldığı hissəsini ödəməkdə davam etmişdir. O, Cavabdeh1 ilə barışıq sazişi bağlayaraq təsdiq və bəyan etmişdir ki, ünvan 4 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 almaq kimi niyyəti yoxdur və Cavabdeh1 ünvan 4 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə olan mülkiyyət hüquqlarını tanıyır. Ancaq onun əmlakı hesabına varlanmış şəxslər əldə etdikləri qazancı ona qaytarmalıdırlar.
Birinci instansiya məhkəməsində icraat
3. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 14 noyabr 2023-cü il tarixli 2(025)- 1279/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 102,600 (yüz iki min altı yüz) manat pulunun və ödənilmiş 393 (üç yüz doxsan üç) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 5 ünvanında yerləşən 0,22 ha torpaq sahəsi verilmişdir. İddiaçı tərəfindən atası Cavabdeh3 verilmiş etibarnamə əsasında sonuncu ünvan 5 ünvanında yerləşən 0,22 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. ünvan 5 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin satılmasına dair 09 sentyabr 2017-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Saday Osmanlı tərəfindən 4Ə-776 reyestr nömrəsi ilə qeydə alınmış AN-İ № ******* nömrəli «daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə əsasən satıcı İddiaçı (nümayəndə Cavabdeh3) ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,22 ha torpaq sahəsinin tam mülkiyyət üzrə alıcı Cavabdeh1 (nümayəndə X8) 30000 manata satmışdır. Hal-hazırda isə iddiaçı ona məxsus torpaq sahəsinin onun verdiyi etibarnamə əsasında atası Cavabdeh3 tərəfindən ümumilikdə 127600 manata satıldığını, ona həmin satışdan ödənilmiş 25000 manat nəzərə alınmaqla, 102600 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsi tərəflərin dəlillərinə, işin faktiki hallarına və məhkəmə iclasında tədqiq edilmiş mövcud sübutlara əlaqəli şəkildə qiymət verərək qeyd etmişdir ki, İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin özünün verdiyi etibarnamə əsasında Cavabdeh1 satması işin mübahisəsiz halıdır. Alqı-satqı əsasında Cavabdeh1 tərəfindən Cavabdeh3 ödənilmiş pulun məbləği isə tərəflər arasında mübahisəli haldır. Belə ki, iddiaçı tərəf ünvan 5 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin alqı-satqısı nəticəsində Cavabdeh1 tərəfindən Cavabdeh3 torpaq sahəsinin 0,01 hektarı 5800 manata qiymətləndirilməklə 0,22 ha torpaq sahəsi üçün ümumilikdə 127600 manat ödənilməsini iddia edir. Bu halı məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 da təsdiq etmişdir. Lakin məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 alqı-satqı nəticəsində ümumilikdə 30000 manata alındığı, həmin pulun hamısının İddiaçı verildiyini iddia edir və ünvan 5 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin 127600 manata satılması ilə bağlı razılaşmır.
6. Hazırkı iş üzrə Cavabdeh3 ünvan 5 ünvanında yerləşən 0,22 ha torpaq sahəsini Cavabdeh1 127600 manata satması Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 etirafı, Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş e-2(025)-900/2023 nömrəli mülki iş üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 ilə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 arasında bağlanmış 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi”, iş materiallarında olan İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “CD” diskdə olan Cavabdeh1, X4 və Cavabdeh2 arasında olan telefon danışıqları, həmçinin Cavabdeh1, X4 və X9 arasında olan telefon danışıqları ilə sübuta yetirilməkdədir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 iddiaçı qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməyərək ona etibar edilmiş, müqavilə əsasları olmadan iddiaçıya məxsus torpaq sahəsinin gəlirindən əldə etdiyi 127600 manat pulun 102600 manatını qaytarmaqdan imtina etməklə əsassız varlanmışdır. Buna görə də iddia olunan 102600 manat məbləğində pul cavabdehlər Cavabdeh3 və Cavabdeh2 alınaraq İddiaçı qaytarılmalıdır.
8. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab etmişdir ki, Cavabdeh1 vicdanlı alıcı olduğundan, bunun əksini sübut edən hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, mübahisəli torpaq sahələrinə dair alğı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş çıxarışa etimad və güvən əsasında bağlandığından, Cavabdeh1 tərəfindən tərəflər arasında razılaşdırılmış pul məbləği Cavabdeh3 və Cavabdeh2 verilməsi öz təsdiqini tapdığından, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir.
9. Birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə təqdim edilmiş etiraza qiymət bildirərək qeyd etmişdir ki, etirazda göstərilən dəlillər əsassız olmaqla formal mülahizələrə söykənmişdir. Belə ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 etiraz ərizəsində ünvan 5 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinə görə Cavabdeh3 ümumilikdə 30000 manat pul ödənilməsini qeyd etsə də, iş materiallarında olan İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “CD” diskdə olan Cavabdeh1, X4 və Cavabdeh2 arasında olan telefon danışıqları, Cavabdeh1, X4 və X9 arasında olan telefon danışıqları ilə etirazda göstərilən hallar öz əksini tapmamışdır. Göründüyü kimi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbinin əsassız olmasının səbəblərini inandırıcı şəkildə izah etmir, yaxud etmək istəmir, amma qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir.
10. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi cavabdeh Xəlilova X3 İradə Şamil qızı və X4 ilə olan telefon danışıqlarında torpaq sahəsinin satılmasına görə Cavabdeh1 127600 manat pul almasını etiraf etmişdir. Həmçinin telefon danışığında bu işlər ilə qızının həyat yoldaşı X5 məşğul olduğunu, onunla əlaqə saxlanılmasını bildirilmişdir. Cavabdeh1, X4 və X9 arasında olan telefon danışıqlarında isə Zəfər Cəmilov İddiaçı mülkiyyətində olan 0,22 ha torpaq sahəsini Cavabdeh1 127600 manata satılması barədə məlumatlı olduğunu bildirmişdir. Həmçinin məhkəmə iclasında səs yazılarında olan səslərin ona məxsus olduğunu bildirmişdir.
11. Buna görə də iddia verilən zaman ödənilmiş 393 (üç yüz doxsan üç) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçıya verilməlidir.
12. Beləliklə, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 102,600 (yüz iki min altı yüz) manat pul və ödənilmiş 393 (üç yüz doxsan üç) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 386.1, 1091 və 1092-ci maddələri, “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 232.1, 119.1, 4.1- ci maddələri, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır.
Şəki Apellyasiya Məhkəməsindəki birinci icraat
14. Şəki Apellyasiya Məhkəməsinin 8 fevral 2024-cü il tаrixli, 2(107)-316/2024 saylı qətnaməsi ilə İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(025)-1279/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 102,600 (yüz iki min altı yüz) manat pul və ödənilmiş 393 (üç yüz doxsan üç) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin Cavabdeh1 aid olan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Həmin qətnamədən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 iyul 2024-cü il tаrixli, 2(102)- 1985/2024 saylı qərarı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-316/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2(025)-1279/2023 saylı qətnaməsi ilə qismən təmin edilərək cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 102,600 (yüz iki min altı yüz) manat pul və ödənilmiş 393 (üç yüz doxsan üç) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi qət edilmişdir. 102600 manat pulun Cavabdeh1 tərəfindən ödənilməsinə dair disk təqdim olunsa da, iş ürə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmədə iştirakı olmadığından və həmin pulu aldıqlarını nümayəndələri etiraf etmədiklərindən hesab etmişdir ki, həmin vəsait müştərək qaydada Cavabdeh1 da alınmalı idi. Məhkəmə nəzərə almamışdır ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş barışıq sazişindən görünür ki, torpaq sahəsi 127600 manata satılmışdır. Məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş, sübutları çəkişmə prinsipini nəzərə almadan qiymətləndirmişdir. Qeyd edilənləri nəzərə alaraq, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)- 1279/2023 saylı qətnaməsini dəyişdirərək 102600 manat pulun müştərək qaydada Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 tutularq ona ödənilməsinin qət edilməsini xahiş etmişdir.
18. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar iddianı qəbul etmirlər, həmçinin qəbul edilmiş qətnamə ilə də razı deyilər. Belə ki, mübahisəli torpaq sahəsi analarından qalmış, həmin torpaq sahəsini vərəsəlik qaydasında sənədləşdirməkdə müəyyən çətinlik olduğuna görə ailə üzvləri arasında razılıq əsasında böyük oğlu Anarın adına alqı-satqı qaydasında rəsmiləşdirilib. Lakin həmin torpaq sahəsində bütün ailə üzvlərinin payı olmuşdur. Belə ki, mübahisənin əsasını isə 2017-ci il tarixində bağlanılmış və alqı-satqıdan əldə olunmuş vəsaitin onun iddiaçının etibarnamə üzrə nümayəndəsi qismində İddiaçı vermədiyini və nəticədə əsassız olaraq varlandığı göstərilir. Lakin onlar, əvvəlki iddia tələbinə qarşı etirazında və iddiaçının iddia ərizəsində özünün də qeyd etdiyi daşınmaz əmlakın alqı-satqı müqaviləsində əldə olunan vəsaitdən 28000 manatını iddiaçının razılığı ilə Bakı şəhərində yerləşən X16 Kompleksindən mənzilin alınması üçün verildiyini, 2000 manat pulu isə mənzili tapan vasitəçilərə və sair xərclərə sərf olunduğunu bildirmişdir. Yəni satışdan əldə edilmiş 30000 manat məbləğində pulun hamısı iddiaçı üçün xərclənmişdir. Yuxarıda göstərilənlərə baxmayaraq, iddia ərizəsində iddiaçı tərəfindən qeyd olunur ki, torpaq sahəsinin satışından guya ona çatmalı olan müəyyən məbləğdə pulun Cavabdeh1 tərəfindən ona ödənildiyi qeyd edilmişdir. Belə ki, 11 sentyabr 2017-ci il tarixdə X1 adından X6 19.000 rus rublu, 03 oktyabr 2017-ci il tarixdə X1 adından X6 4.000 ABŞ dolları, 03 noyabr 2017-ci il tarixdə X1 adından ona 5.000 ABŞ dolları, 05 dekabr 2017-ci il tarixdə X1 adından X6 5.000 ABŞ dolları, 18 dekabr 2017-ci il tarixdə X1 adından X6 237.000 rus rublu. Göründüyü kimi pulun verilib-alınması X4 ilə X8 arasında olmuş və 03 noyabr 2017-ci il tarixində isə X1 adından 5.000 ABŞ dollarının alınması onun arasında olmuşdur. Ona görə də X1 adından iddia qaldırmaq üçün müvafiq olaraq İddiaçı hər hansı subyektiv hüququ yoxdur. Digər tərəfdən isə X4 mülki işə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb olunduğu halda da pulun alınmasından, yəni 2017-ci il tarixindən 6 ilə yaxın müddət keçdiyindən və ötən müddət ərzində tərəflərin arasında olan münasibət mübahisələndirilmədiyindən, pulun tələb olunmasına görə 3 illik iddia müddəti keçdiyindən iddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-376- cı maddələrinə əsasən də təmin olunmamalıdır. Həmçinin, onu da qeyd etmək istəyirlər ki, Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, e2(025)-1279/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən ödənilmiş 393 manat məbləğində dövlət rüsumu onlardan müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilsə də, faktiki olaraq iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsinə görə 250 manat dövlət rüsumu ödəmiş, “Dövlət rüsumu haqqında” qanunun tələblərini pozmuş, birinci instansiya məhkəməsi isə iddiaçı tərəfindən ödənilməyən 393 manat dövlət rüsumunun əsassız olaraq onlardan alınaraq iddiaçıya verilməsini qət etmişdir. Göstərilənlərə əsasən hesab edirlər ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır və ona görə də ləğv edilməlidir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, e-2(025)-1279/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və iddiaçının vəkili X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, e-2(025)-1279/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər in nümayəndəsi və vəkili Nümayəndə2 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, e-2(025)-1279/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.
22. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətlərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, e-2(025)- 1279/2023 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq İddiaçı və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
25. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 41.2-ci maddəsinə əsasən Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
26. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarı;
27. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarı;
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119-cu maddəsinin 1-ci bəndinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. 119.5-ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü mаddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. İddiaçının apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)-1279/2023 saylı qətnaməsinin dəyişdirilərək 102600 manat pulun müştərək qaydada Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 tutularq ona ödənilməsinin qət edilməsini xahiş etmişdir.
30. Cavabdehlərin apellyasiya şikayətindən görünür ki, apellyatorlar Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, e-2(025)-1279/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
33. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.
34. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(025)-1279/2023 saylı qətnaməsini apellyasiya şikayətlərinə münasibətdə apellyasiya şikayətlərinin həcmində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 iyul 2024-cü il tаrixli, 2(102)- 1985/2024 saylı yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, iddiaçı tərəfindən torpaq sahəsinin 127.600 manata satılması, habelə iddiaçıya qaytarılmalı olan məbləğin məhz 102.600 manat təşkil etməsini təsdiq edən sübutlar kimi işin faktiki hallarını araşdıran məhkəmələrə - iddiaçının nümayəndəsi və vəkili kimi Nümayəndə1 ilə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 arasında bağlanmış 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi”, alğı-satqıdan sonra Cavabdeh3 arvadı Cavabdeh2 Qəbələ şəhərində dəyəri 40.000 manat olan fərdi yaşayış evi alması barədə məlumat, Cavabdeh1, Məhərrəm Rəhimov və Cavabdeh2 arasında olan telefon danışıqlarını əks etdirən “CD” disk təqdim edilmiş, bununla belə iddia ərizəsində Cavabdeh1 tərəfindən 127.600 manat məbləğinə aldığı torpaq sahəsinin dəyərinin tam ödənilmədiyi qeyd edilərək, iddia tələbi həmin vəsaitin müştərək qaydada Cavabdeh1 tutulması üçün sonuncuya qarşı da yönəldilməklə, habelə qeyd olunan tələbin təmin edilməməsi apellyasiya şikayətində mübahisələndirilməklə, iddiaçının özü tərəfindən təqdim edilmiş yuxarıda sadalanan sübutların mötəbərliyi şübhə altına alınmışdır. Kollegiya hesab etmişdir ki, ünvan 7 ünvanında yerləşən yaşayış sahəsi təyinatlı torpaq sahəsinin 1 sotunun 2017-ci il tarixdə real bazar dəyərinin 8.000-10.000 manat, yaxud Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 qeyd etdiyi kimi alğı-satqının 5.800 manat məbləğdə razılaşdırılması ağlabatan qiymət kimi qəbul olunsa belə, apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş digər sübutların kifayət qədər ziddiyyətli olmasına Mülki Prosessual Məcəllənin 95.1, 95.2 və 106.3-cü maddələrinin tələbləri baxımından düzgün qiymət verməmişdir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən göstərişinə əsasən şübhə və ziddiyyətlərin aradan qaldırılması üçün araşdırma aparan və eyni zamanda tərəflərin apellyasiya şikayətinin dəlillərinə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, hazırklı iş üzrə Cavabdeh3 ünvan 5 ünvanında yerləşən 0,22 ha torpaq sahəsini Cavabdeh1 127600 manata satması Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 etirafı, Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş e-2(025)-900/2023 nömrəli mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 arasında bağlanmış 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi”, iş materiallarında olan İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “CD” diskdə olan Cavabdeh1, X4 və Cavabdeh2 arasında olan telefon danışıqları, həmçinin Cavabdeh1, X4 və X9 arasında olan telefon danışıqları ilə sübuta yetirilməkdədir.
37. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı atası Cavabdeh3 verdiyi etibarnamədən görünür ki, ona torpaq sahəsini konkret olaraq 30000 (otuz min) manata satması barədə deyil, Bakı şəhərində bir neçə evin alınması məqsədilə mövcud bazar qiymətinə satması barədə tapşırıq vermişdir. Bu fakt iddiaçının iddia ərizəsi ilə yanaşı izahatlarda və iddiaçı tərəfindən verilmiş etibarnamədə öz əksini tapmışdır. O zaman isə Qəbələ şəhəri, Həzi Aslanov küçəsi, dalan-6 ünvanında torpaq sahəsinin real bazar qiyməti 8.000-10.000 manat olmuşdur. Ona görə də sözügedən torpaq sahəsinin 30000 manata satılması real görünmür.
38. Halbuki, cavabdeh Xəlilova X3 İradə Şamil qızı və X4 ilə olan telefon danışıqlarında torpaq sahəsinin satılmasına görə Cavabdeh1 127600 manat pul almasını etiraf etmişdir. Həmçinin telefon danışığında bu işlər ilə qızının həyat yoldaşı X5 məşğul olduğunu, onunla əlaqə saxlanılmasını bildirmişdir. Cavabdeh1, X4 və X9 arasında olan telefon danışıqlarında isə Zəfər Cəmilov İddiaçı mülkiyyətində olan 0,22 ha torpaq sahəsini Cavabdeh1 127600 manata satılması barədə məlumatlı olduğunu bildirmişdir. Həmçinin birinci instansiya məhkəməsinin iclasında səs yazılarında olan səslərin ona məxsus olduğunu bildirmişdir.
39. Həmçinin kollegiyasının iclasında iddiaçının vəkili və nümayənsəi Nümayəndə1 şifahi vəsatətlə çıxış edərək, “CD” diskdə olan səs yazılarının onlara məxsusluğuna aydınlıq gətirilməsi məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasında iştirak etmələrinin təmin olunmasını xahiş etmiş, kollegiya tərəfindən vəsatət təmin olunmuşdur. Lakin, məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə, həmçinin iştiraklarının zəruriliyi barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirak etməmişlər.
40. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçı tərəfindən təqdim edilmiş, yuxarıda sadalanan sübutlara istinad etməklə yanaşı, torpaq sahəsinin 127.600 manata satılmasının məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən də təsdiq edilməsinə, apellyasiya instansiya məhkəməsində birinci icraat zamanı isə əlavə olaraq, ünvan 7 ünvanında yerləşən yaşayış sahəsi təyinatlı torpaq sahəsinin 1 sotunun 2017-ci il tarixdə real bazar dəyərinin 8.000-10.000 manat olması barədə Qəbələ Qiymətləndirmə MMC-nin 05 fevral 2024-cü il tarixli arayışına da istinad etmişdir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə bütün sübutların məhkəməyə təqdim edilməsinə iddiaçı tərəfindən nail olunmuşdur.
42. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi alğı-satqıdan sonra Cavabdeh3 arvadı Cavabdeh2 Qəbələ şəhərində dəyəri 40.000 manat olan fərdi yaşayış evinin alması barədə məlumatı, iddianın Cavabdeh2 qarşı təmin edilməsi üçün əsas kimi qəbul edərkən, həmin sübutun mötəbərliyini digər sübutlarla qarşılıqlı şəkildə yoxlamamış, sonuncuya alınmış fərdi yaşayış evinin məhz iddiaçıya məxsus torpaq sahəsinin satılmasından əldə olunmuş vəsait hesabına 30 aprel 2018-ci ildə alınması ilə bağlı hər hansı araşdırma aparmamış və həmin məlumatı mötəbər sübut kimi qəbul edilərkən yalnız iddiaçının subyektiv mülahizələrinə əsaslanmışdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutlarla təsdiq olunur ki, Cavabdeh2 dəyəri 40000 manat olan fərdi yaşayış evi məhz 30 aprel 2018-ci ildə, yəni iddiaçıya məxsus əmlak satıldıqdan sonra almışdır. Bu isə belə bir məntiqi nəticəyə gəlməyə əsas verir ki, həmin ev iddiaçıya məxsus əmlakın satılması nəticəsində əldə olunmuş pul vəsaiti ilə alınmışdır. Çünki iddiaçıya məxsus torpaq sahəsinin satılmasına görə Cavabdeh3 həmin vaxt 102600 manat pula malik olduğu sübut olunur. O da həmin vaxt arvadı Cavabdeh2 (birgə mülkiyyətinə) 40000 manat dəyərində fərdi yaşayış evi almşdır.
44. Ailə Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Odur ki, iddia tələbi Cavabdeh2 münaasibətdə də təmin edilməlidir.
45. Bununla yanaşı Ali Məhkəmə qeyd etmişdir ki, məhkəmə kollegiyasının qənaətinə görə, iddia müddətinin başlanğıcının müəyyən edilməsi və keçməsi ilə bağlı sübutetmə yükü də apellyasiya məhkəməsi tərəfindən düzgün bölüşdürülməmişdir. Belə ki, iddiaçı ilə Cavabdeh3 arasında tapşırıq müqaviləsinin bağlanması 27 iyun 2017-ci il tarixdə 5 il müddətində, yəni 27 iyun 2022-ci il tarixədək verilmiş etibarnamə ilə müəyyən olunur. Ümumi qayda olaraq, Mülki Məcəllənin 373.2-ci maddəsi ilə nəzərdə tutulan 3 illik iddia müddətinin axımı məhz mübahisəli torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlandığı 09 sentyabr 2017-ci il tarixdən hesablanmaqla, 09 sentyabr 2020-ci il tarixdə bitməli idi. İddiaçı isə hazırki iddia ərizəsi ilə 21 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddia müddətinin tətbiqindən imtina edən apellyasiya məhkəməsinin mövqeyinə görə isə, 07 aprel 2023-cü ildə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh3 onun verdiyi etibarnamə əsasında iddiaçıya məxsus olan torpaq sahəsini satmış və ona da bu barədə bildirməmiş, iddiaçı ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından torpaq sahəsinin yuxarıda qeyd edilən qiymətə satılmasından dərhal xəbərdar ola bilməzdi. Bu halda apellyasiya instansiya məhkəməsi iddia müddətinin axımının hansı tarixdən hesablanmalı olduğunu qətnamədə dəqiq göstərməsə də, iddia müddətinin axımı ilə bağlı hər hansı araşdırma aparmadan, yalnız iddia ərizəsində qeyd edilənlərə uyğun olaraq iddiaçının Almaniya Federativ Respublikasından Azərbaycana gələrkən torpağın həmin qiymətə satılmasının ona məlum olduğu 07 aprel 2023-cü il tarixi iddia müddətinin axımının başlandığı tarix kimi qəbul etmişdir. Apellyasiya məhkəməsi bu hissədə də sübutetmə yükünü cavabdehin üzərinə qoymaqla göstərmişdir ki, cavabdeh iddiaçının məhz 2017-ci il tarixdən torpaq sahəsinin 30.000 manata satılmasından xəbərdar olmasına dair məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən şəxsin öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu bu andan etibarən iddia müddətinin axımı başlayır. Həmçinin həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
46. Ali Məhkəmənin həmin göstərişinə əsasən araşdırma aparan məhkəmə kollegiyası qeyd edir ki, torpağın pulunun hissə-hissə olaraq Cavabdeh1 əri Məhərrəm Rəhimov tərəfindən bir dəfə xx.xx.2017-ci il tarixdə Cavabdeh3 adına, 11 sentyabr 2017-ci il tarixdən başlanmaqla, sonuncusu xx.xx.2017-ci il tarixdə olmaqla 4 dəfəyə Çingiz Əliyevin adına ödənilməsi iddiaçıya onun nümayəndəsi və vəkili Nümayəndə1 ilə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 arasında 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi” bağlandıqdan sonra məlum olmuşdur.
47. Belə ki, həmin “Barışıq Sazişi”nin 7.2-ci bəndində qeyd edilən şərtə əsasən Cavabdeh1 ünvan 8 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin hər bir sotu 5800 (beş min səkkiz yüz) manat olmaqla ümumikdə 127600 (bir yüz iyirmi yeddi min altı yüz) manat məbləğində pula alınması və həmin məbləğdə pulun İddiaçı etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh3 nağd və köçürmə yolu ilə verilməsini təsdiq edən zəruri sübutları İddiaçı təqdim etməyi öz öhdəsinə götürmüşdür. Belə olan halda kollegiya hesab edir ki, iddia ərizəsində qeyd edilən 5 ödəniş tarixçəsi iddiaçıya 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi” bağlandıqdan sonra məlum olmuşdur.
48. Məhkəmə kollegiyas hesab edir ki, iddiaçı iddia ərizəsində ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından atası Cavabdeh3 adına etibarnamə göndərmişdir. 07 aprel 2023-cü ildə ona məlum olmuşdur ki, Cavabdeh3 onun ona verdiyi etibarnamə əsasında ona məxsus olan ünvan 9 ünvanda yerləşən 0.22 ha torpaq sahəsini 09 sentyabr 2017-ci ildə Cavabdeh1 Qəbələ «Asan xidmət» mərkəzində notariat kontorunda satmış və ona da bu barədə bildirməmişdir.
49. Göründüyü kimi iddiaçı ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından torpaq sahəsinin yuxarıda qeyd edilən qiymətə satılmasında iddiaçı dərhal xəbərdar ola bilməzdi. Halbuki hazırkı halda iddiaçının iddia müddətinin ötürməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh tərəf isə iddiaçının məhz 2017-ci il tarixdən torpaq sahəsinin 30000 manata satılmasından xəbərdar olmasına dair məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir.
50. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinə istinad etməklə səhvə yol vermişdir.
51. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
52. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsindən bəhs edən 777, 778, 779-cu maddələri nəzərdən keçirilə bilər.
53. İş materialının 26-cı səhifəsində olan 27 iyun 2017-ci il tarixli 1207/2017 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh3 ünvan 10 ünvanında yerləşən adına olan əraziyə (ümumi sahəsi 0.22 ha) sərəncam verməyi alqı-satqı müqaviləsini imzalamağı, notariatlarda nümayəndəsi kimi iştirak etməyi, ona çatası pul məbləğini çıxarmasını, sənədləri imzlamağı və bu məsələ ilə bağlı bütün tələb olunan sənədləşmə işlərini aparmağı etibar etmişdir.
54. Göründüyü kimi, hazırki iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcələnin tapşırıq müqaviləsinə aid maddələri təşkil etdiyi halda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarını tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.
55. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən, yəni, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə əsaslı, Cavabdeh1 münasibətdə isə əsassızdır.
56. İlk olaraq kollegiya iddia tələbinin Cavabdeh1 aid olan hissəsinə, eyni zamanda iddiaçının apelyasiya şikayətinə qiymət verilməsini məqsədəuyğun hesab edir.
57. İddiaçının şikayətinin dəlili ondan ibarətdir ki, 102,600 (yüz iki min altı yüz) manat pulun Cavabdeh1 tərəfindən ödənilməsinə dair disk təqdim olunsa da, iş ürə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmədə iştirakı olmadığından və həmin pulu aldıqlarını nümayəndələri etiraf etmədiklərindən hesab etmişdir ki, həmin vəsait müştərək qaydada Cavabdeh1 da alınmalı idi.
58. Kollegiyanın gəldiyi qənaət ondan ibarətdir ki, iddia tələbi və apelyasiya şikayəti Cavabdeh1 münasibətdə əsassızdır.
59. Kollegiya hesab edir ki, mülki hüquqda şəxslərin vicdanlı olduğu ehtimal olunur. Yəni mülki hüquqda ümumi yanaşma budur ki, şəxslər mülki münasibətlərlə bağlı hüquqi hərəkətləri vicdanla edirlər. Həqiqi vəziyyətin bu ehtimaldan fərqli olduğunu iddia edən bu iddiasını sübut etməlidir. Bu xüsus (vicdanlı hesab olunma) cinayət hüququnda məşhur olan və konstitusiyamızda da öz əksini tapan “təqsirsizlik ehtimalı (prezumpsiyası)" prinsipinin mülki hüquqdakı təzahürüdür.
60. Mülki hüquqda subyektlərin vicdanlılığının qorunmasının özünəxas səbəbləri vardır. Bunlardan biri, vicdanlılığın qorunmasının ən önəmli səbəbi kimi mülki dövriyyədə güvən və etimad edilən bir şəraiti əmələ gətirməklə sabitliyi və lazımi sürəti təmin etmək məqsədidir. Həmçinin, rəsmi dövlət qeydiyyatı ilə təsdiq olunmuş haqlar baxımından vicdanlılıq qorunmadığı təqdirdə rəsmi sənədə olan etimad sarsılar və bu birbaşa hüquqi asayiş və etimadla bağlı ümumi ictimai mənafeni zərbə altına qoyar. Vicdanlılıq əsasən sərəncamverici əqdlərdə sərəncam səlahiyyətinin olmaması ilə bağlı hallar baxımından haqqın əldə edilməsinə olan maneənin (yəni sərəncam verənin əslində belə bir səlahiyyətinin olmaması ilə bağlı hüquqi problemin, əldən edən baxımından) aradan qalxmasına səbəb olur. Sərəncam səlahiyyətinin olmaması halları xaricindəki digər hüquqa zidd hallar baxımından isə vicdanlılıq həmin hüquqa zidd halla bağlı maneəni aradan qaldırmır. Haqların əldə edilməsi baxımından vicdanlılığın rolundan və qorunmasından bəhs oluna bilinməsi üçün mütləq hüquqa zidd bir halın olması lazımdır. Belə ki, vicdanlılığın predmeti (aid olduğu məsələ) məhz elə bu hüquqa zidd halın mövcudluğudur. Haqların əldə edilməsi baxımından tələb olunan vicdanlılıq haqqın əldə olunmasına maneə təşkil edən mövcud hüquqa ziddiyyətlilik halının əldə edən baxımından bilinməməsi və bir çox hallarda hətta bilinməsinin lazım gəlməməsini ifadə edir. Buna görə də, haqların əldə edilməsi baxımından hüquqa ziddiyyətlilik halının olmadığı durumlarda ümumiyyətlə bir hüquqi anlayış (termin) olaraq vicdanlılıq anlayışından söhbət belə gedə bilməz. Qeyd edilməlidir ki, həm Azərbaycan qanunvericiliyində, həm də beynəlxalq təcrübədə rəsmi dövlət qeydiyyatına etimad edənin mənafeyi əsas götürülür. Məsələnin bu şəkildə həlli başa düşüləndir. Belə ki, istər mülki qanunvericiliyin əsas məqsədi olan mülki dövriyyənin sabitliyinin qorunması və inkişafına nail olmaq qayəsi ilə qəbul edilən mülki dövriyyə azadlığının təmin edilməsi məqsədi, istərsə də mövcud ümumi qanunvericilik sistemindən irəli gələn hüquqi məntiq belə bir nəticənin qəbul edilməsini labüd edir. Məhz bütün bunlara görə də MM-in 140-cı maddəsində daşınmaz əşyalara dair rəsmi dövlət qeydiyyatının tam və düzgün olduğuna etimad etməkdə hamının haqlı olduğu və MM-in 148.2 və 149.2-ci maddələrində isə, sözügedən qeydiyyat düzgün olmasa belə, onun düzgünlüyünə etimad edən şəxslərin bu inamının qorunduğu bildirilmişdir. Yəni, daşınmaz əşya üzərindəki əşya haqlarına dair qeydiyyat rəsmi dövlət reyestrində düzgün olmadığı hallarda da bunun düzgünlüyünə etimad edən baxımından həmin qeydiyyat düzgün hesab olunur. Vicdanlılıq halının qorunması isə, aydın məsələdir ki, birbaşa hüququn ən ali məqsədi olan ədalətliliyi təmin etmək məqsədinə xidmət edir. Bu baxımdan da şəraitdən aşkar şəkildə əldə edənin hüquqazidd halı bilməməsinin ağlabatan olmadığı hallarda əldə edənin vicdanlı olduğunu ehtimal etmək, vicdanlılıq anlayışının mahiyyətinə ziddir. Buna görə də, işin hallarından əldə edənin bilməmə ehtimalının bilmə ehtimalından son dərəcə az olduğu hallarda əldə edənin vicdanlı olduğuna ehtimal vermək məntiqli və reallığa uyğun olmaz. Belə bir yanaşma birbaşa hüququn ən ali məqsədi olan ədalətliliyi təmin etmək məqsədinə xidmət edən vicdanlılıq prinsipinin mahiyyət və roluna zidd olar.
61. Cavabdeh1 vicdanlı alıcı statusunu daşıyır.
62. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki: “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.”
63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
64. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir.
65. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyridəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır.
66. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmin əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi, mübahisəli əmlakı əldə edən şəxs, yəni iş üzrə Cavabdeh1 belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlaklarla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahələrini əldə edən şəxs (cavabdeh) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir.
67. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 vicdanlı alıcı olduğundan, bunun əksini sübut edən hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, mübahisəli torpaq sahələrinə dair alğı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş çıxarışa etimad və güvən əsasında bağlandığından, Cavabdeh1 tərəfindən tərəflər arasında razılaşdırılmış pul məbləğinin Cavabdeh3 verilməsi öz təsdiqini tapmışdır.
68. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi və apellyasiya şikayəti Cavabdeh1 münasibətdə əsassızdır.
69. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də kollegiya hesab edir ki, İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(025)-1279/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə ilə iddia tələbi qismən təmin edilməlidir.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas
qət etdi:
İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(025)-1279/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 102,600 (yüz iki min altı yüz) manat pul və ödənilmiş 393 (üç yüz doxsan üç) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 aid olan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir