Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1132/2021 02.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər X12 və X8 qarşı torpaq sahəsindən çıxarılma, mülkiyyət hüququna edilən maneəçiliklərə qadağa qoyulması, əldən çıxmış fayda şəklində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair Ağsu Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(016)–123/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(016)–123/2021 nömrəli qətnaməsi ilə (hakim Etibar Hümbətov) İddiaçı cavabdehlər X12 və X8 qarşı torpaq sahəsindən çıxarılma, mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması, əldən çıxmış fayda şəklində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər X12 və X8 qarşı - Cavabdeh1 əldən çıxmış fayda kimi ona vurulmuş zərərin əvəzi olaraq 5400 manat məbləğinin, habelə dövlət rüsumu kimi ödədiyim 30 manat olmaqla, cəmi 5430 (beş min dörd yüz otuz) manat məbləğinin alınıb ona verilməsi, cavabdehlərin torpaq sahədən çıxarılması və torpaq sahəsinə dair mülkiyyət hüququma edilən maneçiliklərə qadağa qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məlum torpaq islahatları zamanı doğulub boya-başa çatdığı Ağsu rayon Kəndoba kəndinin ərazisindən digər ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyətlərinə 4,2071 ha əkin torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0,6010 ha hissəsi mülkiyyətinə düşür. 2005-ci ildə İsmayıllı rayon Lahıc qəsəbə sakini ilə rəsmi nikahla ailə qurub həmin qəsəbəyə gəlin köçmüş və orada yaşayır. Lahıc qəsəbəsindən doğulduğu kəndə getmək üçün ən azı 100 km məsafə qət etməli, yollarda bir neşə maşın dəyşdirməli olur. Maddi imkansızlıqdan hər vaxt qetmək olmur. Cavabdeh olan bacısı X5 əri Cavabdeh1 ümumi birgə mülkiyyətdə olan həmin 4,2 ha əkin torpaq sahəsini, o cümlədən payına düşən 0,6010 ha hissəsini də razılığı olmadan 10 ildən artıqdır əkib-becərmiş və onu mülkiyyətində olan torpaqdan əldə edəcəyi gəlirdən məhrum etmişdir. Cavabdeh olan bacısı isə ona aid torpaq sahəsinin bölünməsinə mane olmaqla razılıq vermir. Bu səbəbdən özünə aid torpaq sahəsini ümumi birgə mülkiyyətdən ayıra bilmir. Cavabdehlər onun da torpağını əkib-becərməklə əsassız gəlir əldə edir və onu torpağından məhrum ediblər. Cavabdehlər telefon zənglərinə cavab vermir, uzaq olduğundan isə kəndə hər vaxt gedə bilmir. Torpağını ayırıb satmaq və ya bir etibarlı şəxsə icarəyə verib əldə olunan gəliri də ailəsinə xərcləmək istəyir. Beş övladı vardır. Onların maddi tələbatını ödəyə bilmir. Ünvanlı sosial yardım üçün müraciət etdikdə adında əkin torpağının olması həmin yardımı almaqdan mərhum edir. Hansı ki, həmin torpaqdan gəlir əldə edə bilmir. Cavabdeh 10 il ərzində mülkiyyətində olan 0,60 ha əkin torpaq sahəsindən razılığı olmadan istifadə etməkiə hər il əldə edəcəyi 12 sentner (1200 kq) x 0,45 qəpik = 540 manat x 10 il = 5400 manat xalis gəlirdən onu məhrum etmişdir. Belə ki, torpağının olduğu ərazidə hər hektardan 40-45 sentner taxıl əldə etmək mümkündür. 0,6 ha torpaq sahəsindən isə 24-27 sentner taxıl əldə olunur. Bunun təqribən 10-13 sentneri xərclərə çıxılır, qalan 12-14 sentneri xalis gəlirdir. Hazırda cavabdehlər onun torpaq sahəsində taxıl əkmişlər. Rəsmi rüsum və xidmət haqlarını ödəməklə öz xərci ilə reystrdən birgə mülkiyyət hüququna dair çıxarış almışdır. Cavabdehlər həmin çıxarışı da anasından alaraq əslini vermirlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh X6 etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək tələbin rədd edilməsini xahiş etdi. Cavabdeh X13 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məlum torpaq islahatları zamanı doğulub boya-başa çatdığı Ağsu rayon Kəndoba kəndinin ərazisindən digər ailə üzvülərilə birlikdə ümumi birgə mülkiyyətlərinə 4,2071 ha əkin torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0,8010 ha hissəsi onun mülkiyyət payına düşür. O, 2005-ci ildə İsmayıllı rayon Lahıc qəsəbə sakini ilə rəsmi nikahla ailə qurub həmin qəsəbəyə gəlin köçüb və orada yaşayır. Lahıc qəsəbəsindən doğulduğu kəndə getmək üçün ən azı 100 km məsafə qət etməli, yollarda bir neçə maşın dəyşdirməli olur. Maddi imkansızlıqdan hər vaxt qetmək olmur. Cavabdeh olan bacısı X7 əri Cavabdeh1 ümumi birgə mülkiyyətdə olan həmin 4,2 ha əkin torpaq sahəsini onun və digər mülkiyyətçilərin razılığı olmadan 10 ildən artıqdır əkib-becərir və onu mülkiyyətində olan torpaqdan əldə edəcəyi gəlirlərdən məhrum etmişdir. Cavabdeh olan bacısı isə ona aid torpaq sahəsinin bölünməsinə mane olmaqla razılıq vermir. Bu səbəbdən o özünə aid torpaq sahəsini ümumi birgə mülkiyyətdən ayıra bilmir, cavabdehlər onun da torpağını əkib becərməklə əsassız gəlir əldə edir və onu torpağından məhrum ediblər. Cavabdehlər telefon zənglərinə cavab vermir, uzaq olduğundan isə kəndə hər vaxt gedə bilmir. O, torpağını ayırıb satmaq və ya bir etibarlı şəxsə icarəyə verib əldə olunan gəliri də ailəsinə xərcləmək istəyir. Beş övladı var, onların maddi təlabatını ödəyə bilmir. Ünvanlı sosial yardım üçün müraciət etdikdə adında əkin torpağının olması onu həmin yardımı almaqdan məhrum edir. Hansı ki, həmin torpaqdan cavabdehlərin təqsiri üzündən heç bir gəlir əldə edə bilmir. Cavabdeh1 10 il ərzində onun mülkiyyətində olan 0,60 ha əkin torpaq sahəsindən onun razılığım olmadan istifadə etməklə onu hər il əldə edəcəyi 12 sentner (1200 kq) x 0,45 qəpik = 540 manat x 10 il = 5400 manat xalis gəlirdən məhrum etmişdir. Belə ki, torpağının olduğu ərazidə hər hektardan 40-45 sentner taxıl əldə etmək mümkündür. 0,6 ha torpaq sahəsindən isə 24-27 sentner taxıl əldə olunur. Bunu təqribən 10-13 sentneri xərclərə çıxılır, qalan 12-14 sentneri xalis gəlirdir. Hazırda cavabdehlər onun torpaq sahəsində taxıl əkmişlər. O, rəsmi rüsum və xidmət haqlarını ödəməklə öz xərci ilə reyestrdən birgə mülkiyyət hüququna dair Çıxarış almışdır. Cavabdehlər həmin çıxarışı da anasından alaraq əslini vermirlər. Göründüyü kimi, məhkəmə tərəfindən bu qeyd olunanların heç biri, habelə işin faktiki halları, onun hazırkı vəziyyəti nəzərə alınmamış, işə birtərəfli mövqedən yanaşılaraq ədalətsiz hüquqi nəticəyə gəlinmişdir. Belə ki, qardaşı X1 və Mikayıl qardaşları tərəfindən birgə mülkiyyətlərində olan 4,2 ha əkin torpaq sahələrinin zəbt etmələri barədə polisə şikayət etmiş, polis tərəfindən ilkin araşdırma aparılaraq “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27.11.2020-ci il tarixli qərar qəbul edilmişdir. Qərar tamamilə qanunsuz olmasına baxmayaraq mülki iş üzrə Cavabdeh1 qardaşı Mikayıl Baxşıyev yalan, şər və böhtan izahat verərək güya birgə mülkiyyətdə olan 4,2 ha əkin torpaq sahəsinin mərhum ataları tərəfindən onlara satıldığını göstərməklə cinayət məsuliyyətindən yayınmış, təhqiqatçı isə bu əsassız izahata əsaslanaraq cinayət işinin başlanmasını rədd etmişdir. Lakin həmin qərarda bir məsələ öz təsdiqini tapmışdır ki, cavabdehin qardaşı mübahisələrıdirdiyi 0,62 ha əkin torpağının da daxil olduğu 4,2 ha əkin torpaqlarını 15 il ərzində özləri əkib becərdiklərini etiraf etmişdir. O hesab edir ki, qeyd olunanlar Ağsu rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsinin əsassız, qanunsuz, qərəzli və ədalətsiz hesab olunmaqla ləğv edilməsinə əsas verir. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(016)–123/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddanın tam təmin edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış cavabdehlər X12 və X13 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(016)–123/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmalıdır. İşdə olan 20.12.2018-ci il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Ağsu rayonu, Kəndoba kəndində yerləşən 4.2071 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, İddiaçı, X3 və qeyrilərinin ümumi birgə mülkiyyətinə verilməklə daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarlarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Ona görə ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədi. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında sadaladığı halları, yəni mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması təmin edilən birgə mülkiyyətdə olan payının müəyyən edilməsini, həmin torpaq sahəsindən istifadə etməməklə ona vurulmuş zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunmasını əks etdirən sübutları iş materiallarına əlavə etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirə bilmədi. İddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən, o cümlədən iddiasının əsası kimi istinad etdiyi hallar məhkəmə iclasında işin hər hansı bir halı ilə təsdiq edilmədiyindən, iddia əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(016)–123/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(016)–123/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1132/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1132/2021
02.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver