Məhkəmə qərarları › İş №2(107)-1136/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1136/2025

12.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1136/2025 12.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi “iş stajı faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: “iş stajı faktının müəyyən edilməsi” tələbinə dair, rədd) X6 (sədrlik edən və məruzəçi), X12 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X11 iştirakları ilə, Ərizəçi “iş stajı faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(075)- 1581/2025 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1987-1990-cı illərdə və 1992- 1997-ci illərdə Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü işləməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılır ki, o, xx xxxx 1964-cü ildə Şəki rayonunda anadan olmuşdur. Ərizəçi 1982-ci ildən Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü kimi işləməyə başlamışdır. Həmin tarixdən 1998-ci ilə kimi Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü kimi işləmişdir. Daha sonra Ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin qurumdan 04 dekabr 2020ci il tarixdə verilən **********9 nömrəli cavab məktubunda “şəxsiyyət vəqisəsinin surətinin, ümumi iş stajını təsdiq edən sənədlərin əsillərinin (əmək kitabçasının), yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayış, pensiya təyin edilməsi ilə bağlı ərizənin təqdim edilməsi tələb edilmişdir. Bundan sonra hazırki iş üzrə Ərizəçi göstərilən sənədlərin toplanılmasına başlanılmışdır. Ancaq sonradan ərizəçiyə məlum olmuşdur ki, onun yuxarıda göstərildiyi kimi Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozunda işlədiyi dövrlərin 1987-1990-cı illəri, həmçinin 1993-1998-ci illəri əhatə etdiyi müddəti qeydə alınmamışdr. Həmçinin Şəki rayonu Orta Zəyzid kolxozunun X31 komissiyası 02 may 2003cü ildə Azərbaycan Respublikası X29 filialına ünvanladığı məktubdan müəyyən edilmişdir ki, təsərrüfatda olan kolxoz üzvlərinin idarə binasının 1961-ci ildə yanması ilə əlaqədar olaraq 1955-58-ci illərin və 1991-ci ildə həmin binanın ikinci dəfə yanması ilə əlaqədar olaraq 1987-1990-cı illərin şəxsi hesab kitabçaları yanmışdır. Ona görə də, həmin sənədlər arxivə təhvil verilməmişdir. Eyni zamanda 21 yanvar 2025-ci ildə tərtib edilmiş aktdan görünür ki, Ərizəçi 1982- 1997-ci illərdə Şəki rayonu Orta Zəyzid kəndində “Lenin adına kolxozda” tütünçü olaraq işləmişdir. Lakin, onun 1986, 1992-1997-ci illərdə işləməsi arxiv arayışında həmin dövrdə kolxozda uçot aparan işçinin səhlənkarlığı üzündən qeydə alınmamışdır. Halbuki, hazırki iddia ərizəsinə əlavə edilmiş sənədlərdən və məhkəmə iclasına dəvət edəcəyimiz şahidləri izahatlarından hazırki iş üzrə Ərizəçi digər dövrlər ilə yanaşı 1987-1990-cı illərdə və 1992-1997-ci illərdə də, Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü işlədiyi tam şəkildə sübuta yetiriləcəkdir.

3. Şəki Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(075)- 1581/2025 nömrəli qətnaməsi ilə (hakim Pərvanə Məmmədova) ərizə təmin edilmiş, Ərizəçi 1987-1990-cı illərdə və 1992-1997-ci illərdə Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü işləməsi faktının müəyyən edilməsi, məhkəmə xərclərinin ərizəçiyə aid edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasına, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarına, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1, 23.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnaməyə, X21 Partiyası Mərkəzi komitəsinin və SSRİ Nazirlər Sovetinin 1969-cu il 28 noyabr tarixli qərarı ilə təsdiq edilmiş, dəyişikliklər və əlavələr olunması Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1980-ci il 10 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Kolxozun nümunəvi nizamnaməsinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan Şəki rayonundakı Orta Zəyzid kəndində yerləşən Lenin adına kolxoz tərəfindən X2 adına xx.xx.1999-cu ildə verilmiş 286 nömrəli “Kolxozçunun əmək kitabçası”nın surətindən görünür ki, (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), o, 1962-ci ildə həmin kolxozda kolxozçu olaraq əmək fəaliyyətinə başlamışdır. Kolxozda 1981-1984-cü illər əmək fəaliyyəti var, 1985-ci ildə üzrə yanma səbəbi ilə arxivdə məlumat yoxdur, 1986-cı ildə əmək fəaliyyəti var, 1987-1990ci ildə yanma səbəbi ilə arxivdə məlumat yoxdur, 1991-1998-ci ilədək əmək fəaliyyəti var. İş materiallarında olan Şəki rayonundakı Orta Zəyzid kəndində yerləşən Lenin adına kolxoz tərəfindən X15 adına xx.xx.1984-cü ildə verilmiş 1712 nömrəli “Kolxozçunun əmək kitabçası”nın surətindən görünür ki, (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), o, 1982-ci ildə həmin kolxozda kolxozçu olaraq əmək fəaliyyətinə başlamışdır. Kolxozda 1982-1998- ci ilədək əmək fəaliyyəti var. İşdə olan X29 filialının xx.xx.2017-ci il tarixli 400 saylı arayışdan görünür ki, X1 rayonundakı Orta Zəyzid kəndində yerləşən Lenin adına kolxozda 1982-ci ildə 182 gün, 1983-cü ildə 182 gün, 1984-cü ildə 210 gün, 1985-ci ildə 210 gün, 1991-ci ildə 24 gün olaraq kolxozda işçi kimi qeydiyyatı var. Həmin arayışın verilməsinə əsas olmuş əməyin ödənişi üzrə hesablaşma kitablarından çıxarışlar ələd edilmişdir. X19 Şəki filalının xx.xx.2003-cü il tarixli arayışından aydın olur ki, Şəki rayonu Orta Zəyzid kolxozunun X31 komissiyası məlumatına əsasən təsərrüfatda olan kolxoz üzvlərinin idarə binasının 1961-ci ildə yanması ilə əlaqədar olaraq 1955-58-ci illərin və 1991-ci ildə həmin binanın ikinci dəfə yanması ilə əlaqədar olaraq 1987-1990-cı illərin şəxsi hesab kitabçaları yanmışdır. Ona görə də həmin sənədlər arxivə təhvil verilməmişdir. Şəki rayonu Orta Zəyzid kənd icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2017ci il tarixli aktdan görünür ki, Ərizəçi Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda 1982-1997-ci illərdə tütünçü işləməsini, lakin 1986, 1992-1997-ci illərdə işləməsi kolxozda uçot aparan işçilərin səhlənkarlığı üzündən qeyd edilməməsi X16, sadıqova Gülbahar Məmmədsaleh qızı, X20 tərəfindən təsdiq edilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1990-cı ildə X17 ilə nikaha daxil olmuş, nikahdan sonra soyadı Qaffarova olmuşdur. İşdə olan “e-sosial” Azərbaycan Respublikası ƏƏSMN Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışdan aydın olur ki, Ərizəçi xx.xx.2019-cu il tarixdən İ qrup əlil olduğundan ona qulluq edən şəxs olaraq qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə X13 vəfat etmişdir.

6. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə ərizəçi 1987-1990cı illərdə və 1992-1997-ci illərdə Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü işləməsi faktının müəyyən edilməsini xahiş edir. Lakin şahid qismində çıxış edən şəxslərin hər ikisinin ifadələrinə nəzər salınan zaman onların həmin müəssisədə 1992-ci il tarixdən sonra işləməsi məhkəmə tərəfindən tam şəkildə araşdırılmamış, kolxozun həmin tarixdən sonrakı yəni 1992-1997-ci il tarixləri arasındakı dövrdə uçot kitablarında şahidlərin fəaliyyəti öz təstiqini tapmamışdır. Müvafiq iş üzrə şahid qismində çıxış edən şəxslərin əmək kitabçalarında sözügedən dövrlər üzrə adıçəkilən müəssisələrdə işləməsi ilə bağlı qeydlərdə doldurulma qaydalarına riayət edilməsi, həmçinin qeydlərin sonradan müdaxilə nəticəsində doldurulubdoldurulmaması məsələsi araşdırılmadığından hesab edirik ki, məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Əsas məqam kimi bildirir ki, məhkəmə tərəfindən şahidlərin əmək kitabçasındakı qeydlərin mötəbərliyi məsələsi araşdırılmalı, işçinin işə daxilolma, işdən çıxma əmrlərinin, eləcə də müəssisə rəhbərinin imzası və möhürü ilə təsdiq olunması məsələlərinin hərtərəfli araşdırılmadan əmək kitabçalarının mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. Həmçinin, ərizəçinin əmək kitabçası və digər sənədləri yanğın nəticəsində mövcud olmaması halda, şahidlərin əmək kitabçasına sahib olmaları şübhə doğurur. Əlavə olaraq bildiririk ki, əmək kitabçasının mötəbərliyi üçün sözügedən əmək kitabçasındakı qeydlərin doldurulma qaydalarına riayət edilməsi zəruridir. Belə ki, işçinin müvafiq müəssisədə işləməsi faktının mötəbərliyi üçün əmək kitabçasının doldurulması zamanı işçinin müəssisədə işə daxilolması və işdən çıxma tarix və əmrləri düzgün qeyd edilməli, sözügedən qeydlər isə yekunda müəssisə rəhbərinin möhürü və imzası ilə təsdiq olunmalıdır. Həmçinin şahidlərin mübahisəli dövrdə müəssisədə fəaliyyətini təsdiq edən arvix arayışları, əmək haqqı cədvəlləri tam şəkildə nəzərdən keçirilməlidir. Belə ki, əgər məhkəmə sözügedən halları araşdırmışdırsa, yəni şahidlərin əmək kitabçalarının mötəbərliyi sübuta yetirilmişdirsə, bu zaman niyə məhz ərizəçinin sənədlərinin, o cümlədən əmək kitabçası və digər arxiv sənədlərinin müəyyən olunmaması onun qeyd olunan kolxozda işləyib-işləməməsi hissəsində sual doğurur. Bildirir ki, məhkəmə tərəfindən sözügedən hallar araşdırılmamışdır.

9. Odur ki, Şəki Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(075)-1581/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(075)- 1581/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(075)-1581/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin, 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

14. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 4.1 və 4.1.1- ci bəndlərindən görünür ki, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı o cümlədən aşağıdakılara əsasən müəyyən edilir: 1) “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 2) seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə: 17-ci bəndindən görünür ki, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16- cı bəndində göstərilən (iş stajı barədə sənədləri hərbi əməliyyatlar, təbii fəlakət, qəza,dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda) səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.

18. X21 Partiyası Mərkəzi komitəsinin və SSRİ Nazirlər Sovetinin 1969-cu il 28 noyabr tarixli qərarı ilə təsdiq edilmiş, dəyişikliklər və əlavələr olunması Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1980-ci il 10 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Kolxozun nümunəvi nizamnaməsi: 3-cü bəndinin birinci abzasından görünür ki, öz əməyi ilə kolxozun ictimai təsərrüfatında iştirak etmək istədiyini bildirən 16 yaşına çatmış vətəndaşlar kolxoza üzv ola bilərlər; 3-cü bəndinin dördüncü abzasından görünür ki, kolxozun hər bir üzvünə vahid formada əmək kitabçası verilir; 27-ci bəndinin ikinci abzasında qeyd olunur ki, “kolxozda yerinə yetirilmiş işlərin həcminə, istehsal edilən məhsulun miqdarına görə işəmuzd, akkord əməkhaqqı, vaxtamuzd, vaxtamuzd-mükafatlı və digər əməkhaqqı sistemləri tətbiq edilir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının: -1.5-ci bəndində qeyd edilmişdir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim Mülki Prosessual Məcəllənin 259.0.10-cu və 306.4-cü maddələrinə görə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı,ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. -13.1-ci bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

24. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

25. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Şəki Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(075)- 1581/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

27. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır.

28. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.

29. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, o, ərizəçini tanıyır, ərizəçi onların kolxozunda tütünçü işləmişdir. Onun özü 1962-ci ildən Şəki rayonu Orta Zəyzid kəndi Lenin adına kolxozun üzvü olmuşdur. O, kolxozda 1998-ci ilədək iqtisadçı işləmişdir. Onun əmək kitabçası özündə olduğundan əmək kitabçası salamat qalmışdır. Ərizəçiyə dair sənədlər yanğın və səhlənkarlıq nəticəsində saxlanılmamışdır. Ərizəçi 12 ay tütünçülüklə məşğul olmuşdur. Ona təhkim edilmiş ölçüdə torpaqda tütünü becərib, sonda kolxoza məhsulu təhvil verirdi.

30. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə verən X15 ifadəsində göstərmişdir ki, o, ərizəçini tanıyır, ərizəçi onunla qonşudur. Həmçinin ərizəçi onların kolxozunda tütünçü işləmişdir. Onun özü 1982-ci ildən Şəki rayonu Orta Zəyzid kəndi Lenin adına kolxozun üzvü olmuşdur. O, kolxozda tütünçü işləmişdir. Hazırda 1 saylı orta məktəbdə xidmətçi vəzifəsində işləyir. Onlar orta məktəbi bitirib, kolxozda tütündə işləmişdir. Onların çörəyi ordan çıxmışdır. O, 1989-cu ildə əlavə iş yeri kimi Toxucu kooperativinin tikiş sexində qablayıcı kimi işə qəbul edilmişdir. O, əmək kitabçasını özündə saxlamışdır. Ərizəçinin əmək kitabçası barədə məlumatı yoxdur. Yəqin ki arxivə verilmişdir. O, xatırladığı qədərilə kolxozun binası bir dövrdə yandığına görə müəyyən müddətə dair məlumat yoxdur.

31. İşdə olan Şəki Rayon Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi X15 əmək fəaliyyəti ilə bağlı faktın müəyyən eidlməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında izahat verən ərizəçi X15 bildirmişdir ki, o, 1982-1991, 1992- 1998-ci illərdə Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda tütünçü vəzifəsində işləməklə tütün düzmək işində işləmişdir. İşlədiyi müddətdə ona əmək kitabçası verilməmişdir. Hazırda yaşa görə pensiya təyin edilməsi məqsədilə müvafiq sənədlərini DSMF-nin Şəki şəhər şöbəsinə təqdim etmiş,lakin əmək kitabçası olmadığından ona pensiya təyin edilməsindən imtina edilmiş, DSMF-nin Şəki şəhər şöbəsi də ona məhkəməyə müraciət etməsini məsləhət bilmişdir. Buna görə hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Lakin iş materiallarında olan: Şəki rayonundakı Orta Zəyzid kəndində yerləşən Lenin adına kolxoz tərəfindən X15 adına xx.xx.1984-cü ildə verilmiş 1712 nömrəli “Kolxozçunun əmək kitabçası”nın surətindən görünür ki, (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), o, 1982-ci ildə həmin kolxozda kolxozçu olaraq əmək fəaliyyətinə başlamışdır. Kolxozda 1982-1998- ci ilədək əmək fəaliyyəti var.

29. Göründüyü kimi X10 özünün əmək fəaliyyəti ilə bağlı faktın müəyyən edilməsinə dair müraciəti zamanı əmək kitabçasının olmaması və hazırki iş üzrə şahid qismində dindirilərkən əmək kitabçasını təqdim etməsi əmək kitabçasının mötəbərli olmasını məhkəmə kollegiyası inandırıcı hesab etmir.

30. Bundan başqa, ərizəçinin əmək kitabçası və digər sənədləri yanğın nəticəsində mövcud olmaması halda, şahidlərin əmək kitabçasına sahib olmaları şübhə doğurur. Əmək kitabçasının mötəbərliyi üçün sözügedən əmək kitabçasındakı qeydlərin doldurulma qaydalarına riayət edilməsi zəruridir. Belə ki, işçinin müvafiq müəssisədə işləməsi faktının mötəbərliyi üçün əmək kitabçasının doldurulması zamanı işçinin müəssisədə işə daxilolması və işdən çıxma tarix və əmrləri düzgün qeyd edilməli, sözügedən qeydlər isə yekunda müəssisə rəhbərinin möhürü və imzası ilə təsdiq olunmalıdır.

30. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ərizəni təmin edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(075)- 1581/2025 nömrəli qətnaməsi ləğv edilməli və ərizə təmin edilməməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(075)-1581/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “iş stajı faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar