Məhkəmə qərarları › İş №2(107)-114/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-114/2021

26.01.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-114/2021 26.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, iddiaçılar İddiaçı4 və Nümayəndə, cavabdehlər Cavabdeh4 və və X7 iştirakı ilə İddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı4, Nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X12, X4 və X8 qarşı özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(014)-282/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı4 və Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı4, Nümayəndə, İddiaçı2 və İddiaçı3 Cavabdeh5 oğlu, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı özbaşına tutulmuş(zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara məxsus Ağdaş rayonu, Bulaqotağı kənd ərazisində yerləşən 1,77 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh5 oğlu və Cavabdeh4 zəbt etdikləri 0,09 hektar,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri 0,25 hektar və Cavabdeh3 zəbt etdiyi 0,80 hektar hissəsindən məcburi qaydada çıxarılmaları və həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz hərəkətlərinə birdəfəlik son quyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar Cavabdeh2 əsl olmayan tərəf olduğunu bildirərək əsl olmayan tərəfin X12,X4 və X13 ilə əvəz edilməsini xahiş etmişlər, odur ki, Cavabdeh2 əsl cavabdehlər X12, X4 və X13 ilə əvəz edilmişdir. Daha sonra iddiaçı və iddiaçıların nümayəndəsi iş üzrə cavabdehlərdən Cavabdeh5 oğlunun cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş və məhkəmə tərəfindən Cavabdeh5 oğlu iş üzrə cavabdehlər sırasından çıxarılmışdır. Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(014)-282/2020 nömrəli (hakim F.Nəsibov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh4,Cavabdeh1, Cavabdeh3, X12, X4 və X2 Firqət Miralı oğlu, İddiaçı1, İddiaçı4, Nümayəndə, İddiaçı2 və İddiaçı3 ******* nömrəli, RX seriyalı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışla məxsus olan Ağdaş rayonu, Bulaqotağı kəndində yerləşən 1,7721 ha torpaq sahəsinin istifadə etdikləri 0,08 ha hissəsindən çıxarılmaları və onların həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz hərəkətlərinə son qoyulması, ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 78,72 manat (yetmiş səkkiz manat yetmiş iki qəpik) İddiaçı6, İddiaçı1, İddiaçı4, Nümayəndə, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq aşağıdakı hesaba köçürülməsi: Kapital Bankın ASC-nin Xətai Filialı, kod: 200071 voen(bank) **********, müxbir hesab: AZ37NABZ**********000001944, swift:AİİBAZ2X, kadastr və yerququluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:**********, HESAB N:AZ23AİİB******************** qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı4 və Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı6, İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və iddiaçı Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, o və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağdaş rayonu, Bulaqotağı kəndində yerləşən 1,7721 hektar torpaq sahəsi vardır. Bu barədə adlarına ******* nömrəli, RX seriyalı çıxarış da vardır. Lakin cavabdehlər onlara məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. Hazırda cavabdehlər onlara məxsus torpağın bir hissəsini qanunsuz zəbt edərək istifadə edirlər. O və ailə üzvlər olan iddiaçılar cavabdehlərdən dəfələrlə torpaq sahəsini boşaltmağı xahiş etsələr də, cavabdehlər onların tələbinə məhəl qoymamışlar. Qeyd edir ki, 17 saylı Yevlax ərazi idarəsindən dəvət olunmuş mütəxəssis də həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini müəyyən etmişdir. Qeyd edir ki, onlar mülkiyyətlərində olan torpaq sahəsinə dair su pulu, torpaq pulu ödəyirlər. Lakin həmin torpaqdan istifadə edə bilmirlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı4 və Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, cavabdehlərə dəfələrlə özbaşına zəbt edərək istifadə etdikləri torpaq sahəsindən könüllü çıxmalarını və onların xüsusi mülkiyyətində olan torpaq sahəsindən istəklərinə uyğun istifadəyə törətdikləri qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş və tələb etsələr də onlar, torpaq sahəsindən könüllü çıxmamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əməkdaşları xx xxxx 2020-ci ildə mübahisəli ərazidə olmuşlar. Onlar mülkiyyətlərində olan 1.7721 hektar torpaq sahəsinin yerləşdiyi ərazini soruşanda islahat zamanı onlara göstərilən ərazini mütəxəssislərə göstərmişlər. Onlar həmin ərazidə müasir texnologiyadan istifadə etmək imkanları olduğu halda, bunlardan istifadə etməmişlər və göstərdikləri ərazini əllərində olan sənəd üzrə parça yer ölçən lentlə ölçərək çıxıb getmişlər. Bütün bunları məhkəmə iclasında işə baxan hakimə bildirəndə, hakim onlara bildirdi ki, mütəxəssis rəyi ilə razı deyilsinizsə iş üzrə ekspertiza təyin edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərsiniz. xx xxxx 2020-ci ildə onlar həmin vəsatətlə məhkəməyə müraciət etmişlər. Mütəxəssis rəyindən tam aydın şəkildə görünür ki, mütəxəssis səthi araşdırma aparmışdır. Belə ki, ekspertin rəyində onların mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları müəyyən olunmamış, həmin torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahəsinin kimlərə məxsus olması və faktiki olaraq həmin ərazilərdən kimlərin istifadə etməsi müəyyən olunmamışdır. Mülkiyyətlərinə verilmiş 1.7721 hektar torpaq sahəsinin qalan hissəsinin kimlər tərəfindən zəbt edilərək istifadə olunması mütəxəssislər tərəfindən müəyyən edilməmişdir. Torpaq sənədlərindən də görünür ki, həmin ərazidə olan bütün torpaqlar çəpəntayı formada bölünmüşdür. Sonradan ərazi sahibləri öz yerlərini öz aralarında olan razılığa əsasən çəpəntayı formadan düz formaya keçiriblər və belə istifadə edirlər, ərazidə çoxsaylı torpaq sahibi olduğundan və həmin sahiblərdən bəzilərinin zəbtinə görə hazırda o torpağının yarısından az hissəsindən istifadə edə bilir. Torpağı ölçülən vaxt isə yuxarıda adlarını çəkdiyi 3 ailənin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür ki, onları da öz gücünə oradan çıxara bilmir. Mütəxəsis isə yerində koordinatla ölçü- biçi işləri aparmaq istəmir. Elə gəlib torpağa kənardan baxmaqla kifayətlənirlər. Lakin işə baxan məhkəmə məhkəmə islasında sübutları tədqiq edən zaman buna diqqət yetirməmiş, mütəxəssis rəyinin anlaşılmaz və natamam olmasına diqqət yetirməmişdir. Göründüyü kimi, iddia tələbləri əsasında işə baxılarkən məhkəmə tərəfindən çox səthi araşdırma aparılmış, müətəxəssis tərəfindən verilmiş rəyin anlaşılmaz və natamam olduğundan mütəxəssis rəyinə etiraz etsələr də, onların mülkiyyətində olan torpaq sahəsinin konkret olaraq cavabdehlər tərəfindən zəbt olunub-olunmamasını dəqiq müəyyən etmək üçün iş üzrə ekspertiza təyin etməli olduğu halda bunu etməmiş, yalnız anlaşılmaz və natamam mütəxəssis rəyinə əsaslanmaqla qəbul edilmiş qətnamə onların mülkiyyətçi kimi qorunan hüquqlarını pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehlər hazırda onlara məxsus torpaq sahəsindən istifadə edir. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq cavabdehlər həmin torpaqdan çıxmırlar. Ona görə də ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Nümayəndə da apellyasiya şikayətini müdafiə edərək, sonda köməklik göstərilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinə etiraz edərək, sonda ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X13 da apellyasiya şikayətinə etiraz edərək, sonda ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçılar və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak edən tərəflərinizahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(014)-282/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı,1294377 nömrəli çıxarışa əsasən Ağdaş rayonu Bulaqotağıkəndində yerləşən 1,7721 hektar torpaq sahəsi İddiaçı6, İddiaçı1, İddiaçı4, Nümayəndə, İddiaçı2 və X1 ümumi birgə mülkiyyətindədir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X3 xx xxxxxx 2013-cü ildə rəsmi nikah qeydindən keçməklə evlənmiş və evləndikdən sonra qadın ərin soyadını qəbul etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki,Ağdaş rayonu,Bulaqotağı kəndində yerləşən,iddiaçının özünün faktiki istifadə etdiyi və cavabdehlərlə mübahisə etdiyi torpaq sahəsində ölçü işləri aparılmışdır. İddiaçı6 faktiki istifadə etdiyi torpaq sahəsi ilə, onların mülkiyyətinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********07 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış, torpaq sahəsinin planı və ölçüsü sənədinə göstərilən 1,7721 ha torpaq sahəsinin koordinatlarının hüdudlarında yerləşən torpaq sahəsi ilə üstüstə düşməməsi müəyyən edilmişdir. Cavabdehin istifadə etdiyi torpaq sahəsinin 0,08 ha hissəsi iddiaçının mülkiyyətinə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********07 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən 1,7721 ha torpaq sahəsinin koordinatlarının hüdüdları daxilində yerləşdiyi müəyyən edilmişdir. Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 78,72 manat təşkil edir. Apellyasiya icraatı zamanı əldə edilmiş “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli, 490 nömrəli rəyindən görünür ki, İddiaçı4 mülkiyyətinə verilən 1.7721 ha k/t təyinatlı torpaq sahəsinin DƏDRX-nin17 saylı Yevlax ərazi idarəsi tərəfindən tərtib edilən RX seriyalı ******* saylı çıxarış və **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanan JN 053 saylı Dövlət Aktı əsasında işlənmişdir. Həmin Dövlət Aktlarının koordinatlarının naturaya nisbətdə koordinat sürüşməsi olduğundan yəni, sənəd üzrə torpaq sahəsinin konfiqurasiyası ilə naturadakı torpaq sahəsinin həm konfiqurasiyası, həm də coğrafi yerləşmə fərqliliyi səbəbindən İddiaçı4 və qeyrilərinin mülkiyyətində olan 1.7721 ha k/t təyinatlı torpaq sahəsinin RX seriyalı ******* saylı çıxarış əsasında konturunun, Cavabdeh2 və qeyrilərinin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini araşdırmaq mümkün olmamışdır. Məhkəmə kollegiyası təqdim olunmuş sübutları əlaqəli şəkildə işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Həmin Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi, iş materiallarından da göründüyü kimi iddiaçı tərəfin mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onların özünə məxsus olmasına baxmayaraq, cavabdehlər tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. İkinci, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdehlər tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüquqna malik olmaqla cavabdehlərin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Üçüncüsü, kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri özü-özlüyündə qeyrimüəyyən olmaqla tam anlaşılan deyil. Çünki birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü ki, iddia tələbi iddiaçıların xeyrinə olaraq qismən təmin edilsə də, apellyasiya şikayətini məhz iddiaçı tərəf vermiş, kollegiya tərəfindən buna dair izah istənilsə də, apellyatorlar səbəbini izah edə bilməyərək, yalnız cavabdehlərin həmin torpaqdan çıxarılmasını israr etmişlər. Ona görə kollegiya verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, şikayətin dəlilləri formal mülahizələr olmaqla yanaşı, həm də qeyri-müəyyəndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı4 və Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(014)-282/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar