Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1142/2020 02.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, İddiaçı, Cavabdeh və üçüncü şəxs Yevlax rayon Hürüuşağı bələdiyyəsinin sədri X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk, Cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yevlax rayon Hürüuşağı bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X3rşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-104/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-104/2020 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) ilkin iddia qismən təmin edilmiş, İddiaçı icarə müqaviləsi əsasında mülkiyyətində olan 15.0 hektar torpaq sahəsinin cənub-şərq tərəfində yerləşən 1.34 ha hektar hissəsindən Cavabdeh çıxarılması, qarşılıqlı iddianın rədd edilməsi, aparılmış ekspertiza tədqiqatın dəyəri 70.68 manat iddiaçı Cavabdeh alınıb, KapitalBank ASC-nin Xətai filialının, VÖEN **********, müxbir hesabı: AZ37NABZ********************, SWİFT kod AllBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə- Tədqiqat Mərkəzi MMC, hesab AZ 23AllB******************** hesabına keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulmaqla Yevlax rayon Hürüuşağı bələdiyyəsinin ərazisində yerləşən ona 15 il müddətinə icarəyə verilmiş 15 ha torpaq sahəsinin zəbt edilmiş hissəsinin Cavabdeh geri tələb edilərək qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yevlax rayon Hürüuşağı bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X3rşı «çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına xx xxxx 2017-ci il tarixdə qeydə alınmış ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, İddiaçı adına xx xxxx 2017-ci il tarixdə qeydə alınmış ******* saylı çıxarışın, o cümlədən icarə müqaviləsinin və torpaqdan istifadə hüquqlarına dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı iddia tələbini müdafiə edərək izah etmişdir ki, onunla Yevlax rayon Hürüuşağı Bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsinə əsasən ona 15 ha torpaq sahəsi icarəyə verilmişdir. Lakin 2015-ci ildən həmin torpaq sahəsinin bir hissəsini Cavabdeh zəbt edərək qanunsuz istifadə edir. İddiaçı məhkəmədən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı vəkili X4 iddianı müdafiə edərək izah etmişdir ki, iddiaçı qanunla müəyyən olunmuş şərtlərə riayət edərək, bələdiyyədən 15 ha torpaq sahəsini icarəyə götürmüş və müvafiq qaydada sənədləşdirmişdir. Cavabdeh həmin torpaq sahəsinin bir hissəsini zəbt edərək istifadə edir. Dəfələrlə cavabdehə torpaq sahəsindən cıxması bildirilsə də, cavabdeh könüllü olaraq torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. İddiaçı vəkili X4 məhkəmədən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh vəkili X5 məhkəmədən ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X9 nümayəndəsi X1 qarşılıqlı iddianı qəbul etməyərək izah etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon Ərazi İdarəsi tərəfindən tərtib olunmuş seriya RX ******* nömrəli xx.xx.2017-ci il tarixində verilmiş çıxarışın verilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. İddia tamamilə əsassızdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yevlax rayon Hürüuşağı bələdiyyəsinə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Yevlax rayon Hürüuşağı bələdiyyəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, o, həmin qətnaməni qeyri-qanuni və əsassız hesab edir. Məhkəmə işə birtərəfli və səthi yanaşmış, işin həqiqi hallarını hərtərəfli araşdırmamış, tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. O, iş üzrə xx xxxxxx 2020-ci il tarixli, məhkəmə iclasında iştirak etmişdir. Həmin tarixdən sonra təyin edilmiş məhkəmə iclaslarında onun iştirakı təmin edilməmişdir. Bu məqsədli olmuşdur, lakin səbəbləri ona aydın deyildir. Mübahisə ilə bağlı məhkəmə sorğular etmiş, sorğular cavablandırıldıqdan sonra o, tanış edilməmiş və mövqeyi öyrənilməmişdir. O, iddia tələbini qəbul etməmiş və hazırda da qəbul etmir. İlk iddia tələbi qanunsuz və əsassızdır. Tərəfindən irəli sürülmüş qarşılıqlı iddia tələbinin hüquqi əsası vardır. Lakin, məhkəmə ona münasibətdə ədalətsizliyə yol verərək faktları tam araşdırmamış, o, cümlədən işə birtərəfli baxmışdır. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)- 104/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-104/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Yevlax rayon Hürüuşağı bələdiyyəsinin sədri X8 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-104/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X9 nümayəndəsi lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-104/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyati haqqında Daşinmaz Əmlakin Dövlət reyestrindən seriya RX ******* saylı, xx xxxx 2017-ci il tarixli çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu, Hürüuşağı kəndi ərazisində 15 ha ölçüdə torpaq sahəsi icarə müqaviləsi əsasında İddiaçı verilmişdir. İşdə olan Mingəçevir ŞPŞ-si tərəfindən xx xxxx 2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1964-cü il tarixdə Yevlax rayonu, Hürüuşağı kəndində anadan olmuş, Mingəçevir şəhəri, Y.Muradov küçəsi ev 37, mənzil 15-də qeydiyyatdadır. İşdə olan Yevlax rayon Hürüuşağı Bələdiyyəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş 03 saylı məktubdan məlum olur ki, İddiaçı məhkəməyə müraciət etməsi bildirilmişdir. İşdə olan Səyyar Asan9 tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZE seriyalı 15765870 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxxx 1967-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Yevlax rayonu, Hürüuşağı kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyati haqqında daşinmaz əmlakin Dövlət reyestrindən seriya RX ******* saylı, xx xxxxx 2016-cı il tarixli çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu, Hürüuşağı kəndi ərazisində 0.8 ha ölçüdə torpaq sahəsi icarə müqaviləsi əsasında Cavabdeh verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyati haqqında daşinmaz əmlakin Dövlət reyestrindən seriya RX ******* saylı, xx xxxx 2017-ci il tarixli çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu, Hürüuşağı kəndi ərazisində 6.0 ha ölçüdə torpaq sahəsi icarə müqaviləsi əsasında Cavabdeh verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyati haqqında daşinmaz əmlakin Dövlət reyestrindən seriya RX ******* saylı, xx xxxx 2017-ci il tarixli çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu, Hürüuşağı kəndi ərazisində 6.0 ha ölçüdə torpaq sahəsi icarə müqaviləsi əsasında Cavabdeh verilmişdir. İşdə olan Azərbaycan Respublikası torpaqdan müvəqqəti istifadə hüququna dair JN- 83xx xxx 90110038 saylı şəhadətnamənin surətindən məlum olur ki, Yevlax rayonu, Hürüuşağı kəndi ərazisində 15 ha ölçüdə torpaq sahəsi icarə müqaviləsi əsasında İddiaçı verilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(039)-1225/2019 saylı qərardadından məlum olur ki, iş üzrə işin düzgün və obyektiv həll edilməsi üçün Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən torpaq sahələri üst-üstə düşüb-düşməməsi və ilkin iddia üzrə iddiaçının torpağı ilkin iddia üzrə Cavabdeh tərəfindən zəbt olunubolunmaması və zəbt olunubsa hansı hissəsində zəbt olunması barədə mütəxəssis rəyi alınması; rəyin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. İşdə olan xx xxxxxx 2019-cu il tarixli **********19 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş mütəxəssiz rəyindən görünür ki, Yevlax rayonu, Hürüuşağı kəndi ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrində, ilkin iddia üzrə İddiaçı xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışla qeydiyyata alınmış, **********54 reyestr nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədlərində göstərilən 15.0 ha torpaq sahəsinin cənub-şərq tərəfində yerləşən 1.34 ha hissəsindən Cavabdeh istifadə edir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(039)-1225/2019 saylı qərardadından məlum olur ki, iş üzrə işin düzgün və obyektiv həll edilməsi üçün Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən İddiaçı RX seriyalı ******* saylı çıxarışla verilmiş 15 hektar torpaq sahəsi Cavabdeh xx xxxxxx 1995-ci il tarixdə təhkim aktı ilə verilmiş 30 hektar torpaq sahəsini əhatə edib-etməməsi barədə mütəxəssis rəyi alınması; rəyin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. İşdə olan xx xxxxxx 2019-cu il tarixli **********52 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş arayışdan görünür ki, Yevlax Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş iddiaçının sənədlərinə torpaq sahəsinin məkan göstəricilərini əks etdirən “torpaq sahəsinin planı və ölçüsü” sənədi əlavə edilmədiyindən, həmin torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən mütəxəssis qarşısında qoyulmuş sualların cavabdlandırılması mümkün deyildir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli **********91 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəmə sorğusunun cavabından görünür ki, JN-8305 (KOD 90110038) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə barədə məlumatlar elektron kadastr bazasında mövcuddur. İşdə olan Yevlax rayon Hürüuşağı Bələdiyyəsinin xx xxxxxxx 2005-ci il tarixli 10 saylı qərarının surətindən görünür ki, Yevlax rayon Hürüuşağı kənd sakini İddiaçı müraciəti nəzərə alınması; Hürüuşağı Bələdiyyəsinin mülkiyyətində olan 15 hektar torpaq sahəsi 30 il müddətinə Yevlax rayonu, Hürüuşağı kənd sakini İddiaçı icarəyə verilməsi; Hürüuşağı Bələdiyyəsi ilə Hürüuşağı kənd sakini İddiaçı arasında torpaq icarə müqaviləsi bağlanaraq təsdiq edilməsi, Qeydiyyata alınması və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə alınıb verilməsinə köməklik göstərilməsi üçün Yevlax rayon Torpaq və Xəritəçəkmə şöbəsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 29-cu maddəsinə və 71-ci maddəsinin 1-ci bəndinə, “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda göstərilən maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəstəkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərini tanıyır və bütün mülkiyyət növlərinin bərabərhüquqlu olmasını və dövlət tərəfindən qorunmasını təsbit edir. Qeyd olunan maddənin 3-cü bəndində qeyd edilir ki, torpaq sahələri üzərində mülkiyyət hüqüqu mülkiyyətçisinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçiləırinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü bəndində göstərilir ki, özbaşınatutulmuş (zəbtedilmiş) torpaqlarınəvvəlkivəziyyətinə gətirilməsi (oradaolanbinaların, tikililərvə qurğularınsökülməsidə daxilolmaqla) torpaqları zəbtetmiş hüquqivə fizikişəxslərtərəfindənvə yaonlarınhesabınahəyatakeçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reystrində qeydə alındığı tarixdən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci mad.göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 719.2-ci maddəsinə əsasən Torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. Həmin Məcəllənin 720.3.2-ci maddəsinə əsasən İcarəçi torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini icarəyə verənin dərhal ləğvetmə hüququ olduqda tələb edə bilməz. Həmin Məcəllənin 720.4-cü maddəsinə əsasən İcarəçinin torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb etdiyi bildirişi yazılı formada tərtib edilməlidir. İcarəyə verənin xahişi ilə icarəçi müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi tələbi üçün əsasları dərhal ona bildirməlidir. Həmin Məcəllənin 720.5-ci maddəsinə əsasən İcarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən o halda imtina edə bilər ki, onlara xitam verilməsinə azı bir il qalmış icarəçi hüquq münasibətlərinin davam etdirilməsini tələb etməsin və ya bu Məcəllənin 719.2-ci maddəsinə müvafiq surətdə icarəyə verənin sorğusuna cavab olaraq hüquq münasibətlərini davam etdirməkdən imtina etsin. Əgər ləğvetmə haqqında xəbərdarlıq müddəti 12 ay və ya daha az təyin edilmişdirsə, münasibətlərin davam etdirilməsi tələbinin ləğvetməyə dair bildiriş alındıqdan sonra bir ay ərzində irəli sürülməsi kifayətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, xx xxxxxxx 2005-ci il tarixdə Yevlax rayon Hürüuşağı Bələdiyyəsi iləİddiaçı arasında 03 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış və müqavilənin şərtlərinə əsasən Yevlax rayon Hürüuşağı Bələdiyyəsinin mülkiyyətində olan 15 ha torpaq sahəsi 15 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. İddiaçı JN-8305 (KOD 90110038) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyati haqqında daşinmaz əmlakin Dövlət reyestrindən seriya RX ******* saylı, xx xxxx 2017-ci il tarixli çıxarış verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə hüququ əsasında olnun istifadəsində olan torpaq sahəsinin zəbt edilmiş hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına verilmiş seriya RX ******* saylı, xx xxxx 2017-ci il tarixli çıxarışın, habelə xx xxxxxxx 2005-ci il tarixli icarə müqaviləsinin və JN-8305 (KOD 90110038) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən alınmış mütəxəssis rəyindən məlum olmuşdur ki, İddiaçı seriya RX ******* saylı, xx xxxx 2017-ci il tarixli çıxarışla verilmiş 15 ha torpaq sahəsinin cənub-şərq tərəfində yerləşən 1.34 ha hissəsindən Cavabdeh istifadə edir. Cavabdeh İddiaçı seriya RX ******* saylı, xx xxxx 2017-ci il tarixli çıxarışla verilmiş 15 ha torpaq sahəsinin onun tərəfindən yaradılmış “xxxx” MMC-nə xx xxxxxx 1995-ci il tarixli təhkim aktı ilə verilmiş 30 hektar torpaq sahisinin bir hissəsinin olmasını bildirmişdir. Məhkəmə tərəfindən Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən İddiaçı RX seriyalı ******* saylı çıxarışla verilmiş 15 hektar torpaq sahəsi Cavabdeh xx xxxxxx 1995-ci il tarixdə təhkim aktı ilə verilmiş 30 hektar torpaq sahəsini əhatə edib-etməməsi barədə mütəxəssis rəyi alınması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş iddiaçının sənədlərinə torpaq sahəsinin məkan göstəricilərini əks etdirən “torpaq sahəsinin planı və ölçüsü” sənədi əlavə edilmədiyindən, həmin torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən mütəxəssis qarşısında qoyulmuş sualların cavabdlandırılması mümkün olmamışdır. Məhkəmə sorğusunun cavabında xx xxxxxx 2020-ci il tarixli **********91 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti JN-8305 (KOD 90110038) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə barədə məlumatlar elektron kadastr bazasında mövcudd olmasını bildirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Yevlax rayon Hürüuşağı Bələdiyyəsi ilə İddiaçı arasında icarə müqaviləsi bağlanarkən, habelə Dövlət reyestrindən seriya RX ******* saylı xx xxxx 2017-ci il tarixli çıxarış verilərkən hər hansı bir pozuntu olmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia qaismən təmin edilməli, İddiaçı icarə müqaviləsi əsasında mülkiyyətində olan 15.0 hektar torpaq sahəsinin cənubşərq tərəfində yerləşən 1.34 ha hektar hissəsindən Cavabdeh çıxarılmalıdır. Qarşılıqlı iddia rədd edilməlidir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 70.68 manat iddiaçı Cavabdeh alınıb, KapitalBank ASC-nin Xətai filialının, VÖEN **********, müxbir hesabı: AZ37NABZ********************, SWİFT kod AllBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə- Tədqiqat Mərkəzi MMC, hesab AZ 23AllB******************** hesabına keçirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tаrixli, 2(107)- 1142/2020 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı “X11 və Hüquq Şirkəti” MMC-yə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxxxx 2020-ci ildə Azərbаycаn Respublikаsı “xxxx” MMC-nin (keçmiş “X11 və Hüquq Şirkəti” MMC) xx xxxx 2020-ci il tarixli, 199 nömrəli ekspert rəyi Şəki Apelyasiya Məhkəməsindaxil olmuşdur. İş üzrə icraat təzələnmişdir. Həmin rəydə göstərilmişdir ki, xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarışla qeydiyyata alınmış, **********54 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində göstərilən Yevlax rayonu, Hürüuşağı kəndi əerazisində yerləşən, İddiaçı; oğluna icarəyə verilmiş 15 ha torpaq sahəsinin koordinatları qeydə alınaraq naturada (yer səthi üzərində) tam həcmdə mövcudluğu müəyyən olundu, lakin ərazinin cənub hissəsindən 1.34 ha hissəsini Cavabdeh istifadə etməsi qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı, xx xxxxx 2016cı il tarixli RX ******* saylı, xx xxxx 2017-ci il tarixli və RX ******* saylı, xx xxxx 2017-ci il tarixli çıxarışlar və onların tərkib hissəsi olan **********73, **********37 və **********42 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarına görə Cavabdeh icarə müqaviləsi əsasında istifadəsində olan Yevlax rayonu, Hürü uşağı kəndində yerləşən, 3 paydan ibarət torpaq sahələri ayrıayrılıqda öz sərhədləri daxilində mövcuddur. Qeyd: mübahisəli torpaq sahələri ArcMap proqramında işlənilmiş ortofotoplanda izahlı şəkildə göstərilmişdir. İddiaçı icarə müqaviləsi əsasında istifadəsində olan 15 ha torpaq sahəsinin cənub tərəfdən 1.34 ha hissəsi Cavabdeh „Əli oğlu tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur və ölçüləri ortofotoplanda göstərilmişdir. Vəsatətdə olan suallar üzrə: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli 2-159 2001 saylı Qətnaməsinin icrası zamanı Yevlax Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən Cavabdeh təhvil verilmiş 6.0 ha torpaq sahəsinə aid yer səthi üzərində hər hansı bir sərhəd və ya mərz nişanının olmaması, ona aid olan 6.0 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Çıxgrış üzrə **********37 reyestr nömrəli planda göstərilən koordinatlar əsasında qonşuluqda olan ərazidə yerləşməsi səbəbindən mübahisə predmeti olan 1.34 ha torpaq sahəs^ İddiaçı icarəsində olan RX seriyalı ******* №-li 15 ha torpaq sahəsinin tərkib hissəsidir. Hürüuşağı icarə kollektivinin xx xxxxxxx 1994-cü il tarixli 9 №-li ümumi iclasının qərarına əsasən Yevlax rayonu, Hürüuşağı kollektiv Təsərrüfatının xx xxxxxx 1995-ci il tarixli aktına əsasən Cavabdeh kəndli-fermer təsərrüfatı yaratmaq üçün verilmiş 30(otuz) hektar torpaq sahəsinə aid keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Konrjitəsinin, həmçinin də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının Qeydiyyatı haqqında hüquqmüəyyənedici sənədinin və ya plan ölçüsünün olmaması səbəbindən eləcə də, İddiaçı istifadəsi üçün RX seriyalı ******* №-li çıxarışla icarəsinə verilən sənədlərdən görünür ki, **********54 reyestr nömrəli plan ölçü sənədində hüdudları koordinatlarla qeyd olunan 15 ha torpaq sahəsi İddiaçı icarə müqaviləsi ilə İstifadəsindədir. (Aparılmış tədqiqatın dəyəri 300 manat) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ilk iddianın qismən təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavahdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı ilk iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları qismən də, olsa birinci instansiya məhkəməsinə təqdim etdiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsıiş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi ilk iddianın qismən təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(039)-104/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 (üç yüz) manat Cavabdeh alınıb Azərbаycаn Respublikаsı “xxxx” MMC-nin hesabına ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-104/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 (üç yüz) manat Cavabdeh alınıb Azərbаycаn Respublikаsı “xxxx” MMC-nin hesabına ödənilsin. (“xxxx” ASC Gənclik Mall filialı, Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB**********0433315142) Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1142/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1142/2020
02.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver