Məhkəmə qərarları › İş №2(107)-1142/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1142/2024

06.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1142/2024 06.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı miras daşınmaz əmlakların qəbul edilmə, vərəsə kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlaklara sahiblik, onlardan istifadə etmə və onların barəsində sərəncam vermə ilə bağlı hüquqi əhəmiyyəti olan faktlarının müəyyən edilməsi tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: baxılmamış saxlama, hüquq haqqında mübahisə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və X4 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil2 və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı miras daşınmaz əmlakların qəbul edilmə, vərəsə kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlaklara sahiblik, onlardan istifadə etmə və onların barəsində sərəncam vermə ilə bağlı hüquqi əhəmiyyəti olan faktlarının müəyyən edilməsi tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyənetdi: Ərizəçi maraqlı şəxs Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı miras daşınmaz əmlakların qəbul edilmə, vərəsə kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlaklara sahiblik, onlardan istifadə etmə və onların barəsində sərəncam vermə ilə bağlı hüquqi əhəmiyyəti olan faktlarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli, 2(033)-944/2017 nömrəli qətnaməsi ilə Ərizəçi ərizəsi təmin edilərək, 26 iyul 1995-ci il tarixdə vəfat etmiş anası X6 miras qalmış Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində 1895-ci ildə inşa edilmiş, bir mərtəbəli, bir otaqlı fərdi yaşayış evinin qanun üzrə birinci növbə vərəsə olan Ərizəçi tərəfindən miras əmlak qismində qəbul edilməsi, qanun üzrə birinci növbə vərəsə olan Ərizəçi mülkiyyət hüququ üzrə həmin daşınmaz əmlaklara sahiblik, onlardan istifadə etmə və onların barəsində sərəncam verməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn maraqlarına toxunan şəxs Maraqlı şəxs2 аpellyаsiyа şikаyəti vermiş və göstərmişdir ki, Ərizəçi xx.xx.1995-ci il atrixdə vəfat etmiş X7 vərəsəsi olduğunu iddia edir və X7 əmlakı olduğunu, əmlakı dedikdə mərhumun evi və yaxud da torpağı olduğunu iddia edir. Belə bir iddia ilə Zaqatala rayon Məhkəməsindən hazırda şikayətini verdiyim tam qanunsuz qətnaməni əldə etmiş və həmin qətnamə ilə onun ailəsinin, eyni zamanda ona əmlakını vəsiyyət etmiş şəxslər Fatma və Məhəmməd Məmmədovalara məxsus həyətyanı torpaq sahəsində onun üçün dövlət tərəfindən tikilmiş fərdi yaşayış evinin qeydiyyatını ləğv etmək üçün Zaqatala rayon Məhkəməsinin həmin qətnaməsindən istifadə edərək Şəki İnzibati Məhkəməsinə müraciət edir və onun mülkiyyəti olan dövlət tərəfindən tikilmiş fərdi yaşayış evinin qeydiyyatını ləğv etdirir, daha sonra isə Şəki İnzibati Məhkəməsində yeni qərar qəbul edərək həmin evi öz adına qeydiyyata aldırır. Mominət Həsənova 1995-ci ildə öldükdən sonra onun təsərrüfatı kolxozçu həyəti kimi X1. (bax:- Şəki İnzibati Məhkəməsinin 2-1(116)-483/2022 saylı qərarı.) Şəki İnzibati Məhkəməsinin qərarından görünür ki, Məhəmməd Mamedovun təsərrüfatları birdir. Şikayətini verdiyim qətnamədə də qeyd olunur ki, Gözbarax kənd icra nümayəndəliyinin xx.xx.2016-cı il tarixli 840 nömrəli arayışından görünür ki, 1906-cı il təvəllüdlü mərhum X7 varislərindən 1991-1995-ci illərin təsərrüfat başına uçot kitablarında X2 başqa kimsənin adı qeyd edilməmişdir. Buradan da görünür ki, Mominət Həsənovanın Ərizəçi başqa Məhəmməd Məmmədov adlı oğlu da olmuşdur, hansı ki, həmin oğlan Mominət Həsənovadan sonra adı çəkilən mülkdə arvadı Fatma Məmmədova ilə birlikdə yaşamışdır. Qətnamədə daha sonra qeyd olunur ki, Ərizəçi 1952-ci ildə doğulmuş və 1968-ci ildən təsərrüfatdan çıxaraq Bakı şəhəri Yeni Yasamal ünvanında qeydiyyatdadır və Bakıda yaşayır. Mominət Həsənova vəfat edərkən ondan miras qalmış əmlakları faktiki olaraq mirası qəbul edən Məhəmməd Məmmədovun mülkiyyətinə keçmişdir. 1995-ci ildə qüvvədə olan Mülki Məcəllənin tələblərinə görə vərəsə miras əmlakı faktiki olaraq idarə etməyə başladıqda mirası qəbul etmiş hesab olunur. Mominət Həsənova xx.xx.1995-ci ildə ölmüşdür. O, ölməmişdən əvvəl oğlu X5 onun təsərrüfat başına uçot kitabında qeydiyyat aparılmış və Mominət Həsənovanın yeganə varisi kimi Məhəmməd Məmmədov göstərilmişdir. Bundan başqa məhkəmənin diqqətinə çatdırıram ki, 1996-cı ildə torpaq islahatı zamanı həmin həyətyanı torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı əsasında Məhəmməd Məmmədovun və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Onun ailə üzvləri arvadı - Fatma Məmmədova, baldızı oğlu olaraq - o və onun arvadı – Bağdagül Muradova (İsayeva) olmuşdur. Zaqatala rayon Məhkəməsi mövcud olmayan əmlak barəsində qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Ərizəçi nümayəndəsi X9 izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil1 izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilənlərdən və işin materiallarından görünür ki, hazırki halda qəbul edilməsi faktının tanınması tələb olunan miras üzərində başqa şəxslərin hüquqularının olması ilə bağlı mübahisə vardır. Kollegiya qeyd edir ki, MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa MPM-in 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında göstərilir ki, “mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir.” Göründüyü kimi, xüsusi icraat qaydasında işə baxarkən, məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 305, 307.2.6 və 307.2.9-cu maddələrinə əsasən, məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.1 və 306.2-ci maddələrinə əsasən, məhkəmələr tərəfındən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə görə, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ala bilməməsi və yaxud itən sənədlənn bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 259.0 və 259.0.10-cu maddələrinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı və ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı miras daşınmaz əmlakların qəbul edilmə, vərəsə kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlaklara sahiblik, onlardan istifadə etmə və onların barəsində sərəncam vermə ilə bağlı hüquqi əhəmiyyəti olan faktlarının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar