Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1142/2025 20.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X6аn ibarət tərkibdə; İddiaçı Qəbələ rayon Bum Bələdiyəsinin cavabdehlər X3, Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi İdarəsinə qarşı “manelərin aradan qaldırılması tələbinə dair” mülki işə Qəbələ Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tаrixli, e-2(025)-496/2025 saylı qətnаməsindən iddiaçı Qəbələ rayon Bum Bələdiyəsinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Qəbələ rayon Bum Bələdiyyəsi cavabdehlər X3, Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayon Bum bələdiyyəsinin mülkiyyətində olan təsərrüfatdaxili yolun Cavabdeh1 tərəfindən qazılmış su arxı olan xəndəkin onun tərəfindən doldurulması, digər cavabdehlər Cavabdeh4, X7, X1, Cavabdeh3, Cavabdeh2 tərəfindən qanunsuz olaraq ağac dirəklərə tikanli məftillərlə bağlanmış və dəmir barmaqlıqlardan ibarət hasar və qapıların öz hesablarına sökülərək açılması və əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qəbələ rayon Bum Bələdiyyəsinin vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Qəbələ rayon Bum bələdiyyəsinin mülkiyyətində olan təsərrüfatdaxili yolun cavabdehlər Cavabdeh4, X7, X1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz olaraq ağac-kol dirəklərə tikanli məftillərlə bağlanmış, dəmir barmaqlıqlardan ibarət hasar və qapıların öz hesablarına sökülübaçılaraq əvvəlki vəziyyətə qaytarılması və hüquqi yardıma görə vəkilə ödənilən 600 manat ödənişin cavabdehlərdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında X4 iddiaçı tərəfdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 25 sentyabr 2025-ci il tаrixli, e- 2(025)-496/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Qəbələ rayon Bum qəsəbəsində Bum Bələdiyyəsinə məxsus ümumi istifadədə olan və cavabdehlər tərəfindən hasarlanmış yolun 0,1247 hektar hissəsinin 0,0533 hektar hissəsi Cavabdeh4, 0,0169 ha hissəsi Cavabdeh5, 0,0326 hektar hissəsi Cavabdeh6, 0,0219 hektar hissəsi isə Cavabdeh3 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 02 may 2025-ci il tarixli, 3-21-3-42/2- 1953/2025 nömrəli mütəxəssis rəyində göstərilmiş formada) tərəfindən açılsın, yol yerində olan kol çəpər və qapılar cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 hesabına sökülsün və əvvəlki vəziyyətinə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Qəbələ rayon məhkəməsinə) ödənilməsi, 300 (üç yüz) manat vəkil xidmət haqqı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı Qəbələ rayon Bum bələdiyəsinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Qəbələ rayon Bum Bələdiyəsinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, təqdim olunmuş mülki işin materialları araşdırılarkən müəyyən olunur ki, iddiaçı Qəbələ rayon Bum Bələdiyəsinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Qəbələ Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tаrixli, e-2(025)-496/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilsə də, iddiaçı Qəbələ rayon Bum Bələdiyəsinin tərəfindən ona bununla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyət verilməsini təsdiq edən sənəddə (etibarnamədə) vəkil Nümayəndə məhkəmə aktlarından şikayətlərin verilməsi (imzalanması) səlahiyyəti göstərilməmişdir (iş vərəqi 21). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 68.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Həmin Məcəllənin 74.2-ci maddəsinə görə, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, apellyasiya şikyətinə lazımi sənədlərin əlavə olunub-olunmamasını, bir sözlə apellyasiya şikayətinin MPM-ə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göründüyü kimi iddiaçı Qəbələ rayon Bum Bələdiyəsinin nümayəndəsi və vəkili Nümayəndə iddiaçının nümayəndəsi qismində apellyasiya şikayətini imzalamaq səlahiyyətinə malik olmamış, apellyasiya şikayətini Azərbaycan Respublikası MPM-in 363.1.1-ci maddəsinin tələblərini pozmaqla vermişdir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Qəbələ rayon Bum Bələdiyəsinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından qeyri-mümkün hesab edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Qəbələ Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tаrixli, e-2(025)-496/2025 saylı qətnaməsindən iddiaçı Qəbələ rayon Bum Bələdiyəsinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-1142/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1142/2025
20.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver