Məhkəmə qərarları › İş №2(107)-1144/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1144/2023

05.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1144/2023 05.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinə və maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil Şöbəsinə qarşı «işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqı» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmrin ləğvi, işə bərpa) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Cavabdeh Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinə və maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil Şöbəsinə qarşı «işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqı» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-987/2023 nömrəli qətnaməsindən cavabdeh Yevlax rayon Rüstəmli kənd tam orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdeh Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinə və maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil Şöbəsinə qarşı «işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Rüstəmli kənd tam orta məktəbin direktorunun 20 dekabr 2022-ci il tarixli 16 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsinə, işə bərpa olunmağına, məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqı hesablanaraq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil Şöbəsi iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, İddiaçı Yevlax rayon Rüstəmli kənd tam orta məktəbi üzrə 21 saylı, 25 dekabr 2020-ci il tarixli əmri ilə həmin məktəbə təsərrüfat müdiri təyin edilmişdir. Onunla məktəbin direktoru arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşlədiyi müddətdə üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən barəsində heç bir inzibati tənbeh tədbir görülməmişdir. Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin direktorunun əmri ilə 03, 04 və 05 oktyabr 2022-ci il tarixdə üç gün üzrsüz səbəb olmadan işə gəlmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Həmin əmrdən çıxarışı 21 dekabr 2022-ci il tarixdə almışdır. 21 dekabr 2022-ci il tarixdə poçt vasitəsi ilə Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinə işə bərpa olunmağı ilə bağlı təklif göndərmişdir. Təklifi Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinə 23 dekabr 2022-ci il tarixdə poçt vasitəsi ilə çatdırılmışdır. Lakin təklif qəbul olunmadığı üçün çatdırılma barədə poçtun xəbərnaməsini 02 yanvar 2023-cü il tarixdə alaraq Mediasiya şurasına müraciət etmişdir. Mediasiya şurasına cavabdehin nümayəndəsi gəlmədiyindən 30 yanvar 2023-cü il tarixdə iddiaçıya müvafiq arayış verilmişdir. İddiaçı Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin direktorunun əmri ilə razı deyil. Belə ki, 03, 04 və 05 oktyabr 2022-ci il tarixlərdə iddiaçı xəstə olmuşdur. Yataq rejimində müalicə olmuşdır. Bu üzrlü səbəbə görə də məcburi işə gəlməmişdir. Bu barədə məktəb direktoruna telefon vasitəsi ilə xəbər vermişdir. Xəstə olaraq yataq rejimində müalicə almağıma dair müvafiq arayış almışdır. Həmin üç gün üçün sənədlərdə səhv olduğu üçün işdə olmağı qeyd olunaraq ona əmək haqqı hesablanaraq ödənilmişdir. İddiaçı işdən azad olunması barədə həmkarlar ittifaqı iclas keçirməmişdir. Belə ki, məktəbin direktoru da məhkəmə iclasında özü izahat verərəkən həmkarlar ittifaqına yazılı müraciət etmədiyini bildirmişdir. Həmkarlar ittifaqının sədri şifahi müraciət əsasında iclas keçirilməsindən imtina etsə də, məktəb rəhbərliyi digər məktəbin və ya rayon üzrə, yəni Rüstəmli kənd məktəbinin həmkarlar ittifaqından yuxarı həmkarlar ittifaqına müraciət etməli idi.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edən X8 məhkəmə iclasında izah etmişdir ki, o, 01 dekabr 2022-ci il tarixdən Rüstəmli kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. İddiaçı Yevlax rayon Rüstəmli kənd tam orta məktəbi üzrə təsərrüfat müdiri təyin edilmişdir. İddiaçı əxlaqsızlıq etdiyi üçün və üç gün işə gəlmədiyi üçün işdən azad edilmişdir. Həmkarlar ittifaqına rəsmi olaraq, yəni yazılı şəkildə müraciət etməmişdir. Şifahi olaraq həmkarlara müraciət etsə də, həmin vaxt həmkarların sədri olan Natavan müəllimə İddiaçı qohumu olduğundan iclas keçirməkdən imtina etmiş və bu barədə akt tərtib edilmişdir. Hətta Natavan xanım həmkarların üzvülüyündən çıxmışdır. Regional həmkarlar ittifaqına müraciət etməmişdir.

6. Cavabdeh Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edən X8 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil Şöbəsinin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etmişdir ki, İddiaçı əxlaqsız hərəkətləri ilə məktəbin adına xələl gətirmişdir. Həmçinin üç gün əsassız olaraq işə gəlməmişdir. Belə bir şəxs təhsil sektorunda işləyə bilməz.

8. Maraqlı şəxs Azərbaycan Respublikası Yevlax rayon Təhsil Şöbəsinin nümayəndəsi X7 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il, 2(039)-987/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinə və maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil Şöbəsinə qarşı «işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqı» tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı işdən azad edilməsinə dair Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin 20 dekabr 2022-ci il tarixli 16 saylı əmrin ləğv edilməsi, İddiaçı Yevlax rayon Rüstəmli kənd tam orta məktəbində təsərrfat müdiri vəzifəsinə bərpa edilməsi və İddiaçı məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqı hesablanaraq ödəniməlsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Yevlax rayon Rüstəmli kənd tam orta məktəbi üzrə 21 saylı, 25 dekabr 2020-ci il tarixli əmri ilə həmin məktəbə təsərrüfat müdiri təyin edilmişdir. Yevlax rayon Qaraməmmədli kəndində yaşayan X2 həmkəndlisi İddiaçı Rəfael oğlunun gəlini Zeynəbə mesaj yazması onu öldürəcəyi ilə hədələməsi barədə 16 oktyabr 2022-ci il tarixdə DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə ünvanlanmış və Yevlax RPŞ-nə daxil olmuş müraciəti “törədilmiş və ya hazırlanın cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 2529 nömrəsi ilə qeydə alınıb təhqiqat araşdırması aparılmışdır. X2 müraciəti əsasənda toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. 19 dekabr 2022-ci il tarixdə Rüstəmli kənd tam orta məktəbinin pedoqoji şura iclası keçirilmiş və İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç“ bəndinə əsasən 20 dekabr 2022-ci il tarixdən xitam verilmisini qərara almışdır. Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin 20 dekabr 2022-ci il tarixli 16 saylı əmr ilə Yevlax rayon Rüstəmli kənd tam orta məktəbin təsərrüfat müdiri İddiaçı vəzifə səlahiyyətlərindən sui istifadə edərək 03, 04 və 05 oktyabr 2022-ci il tarixlərdə 3 gün üzürsüz səbəbdən işə gəlmədiyi halda özünə əmək haqqının hesablanması barədə tabelindən çıxarış rəhbərliyə təqdim etməsi və Rüstəmli kənd sakini Zeynəb Muradzadəyə qarşı əxlaqsız hərəkətlərə yol verilməsi ilə bağlı Yevlax rayon Polis şöbəsindən daxil olmuş 23 noyabr 2022-ci il tarixli 95- 26142-1222 nömrəli məktubun tələbləri nəzərə alınaraq olunla bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç“ bəndinə əsasən 20 dekabr 2022-ci il tarixdən xitam verilmşdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarların ləğv edilməsini, işə və müavin vəzifəsinə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işdən çıxarılmasına səbəb onun 03, 04 və 05 oktyabr 2022-ci il tarixlərdə işə gəlməməsi və 16 oktyabr 2022-ci il tarixdə törətdiyi əxlaqsız hərəkətləri olması qeyd edilmişdir. Bununla bağlı iddiaçnın izahatı alınmamışdır. İddiaçı üç gün işə gəlməməsinin üzrlü səbəbi barədə müvafiq tibbi arayış təqdim etmiş, yəni həmin günlərdə yataq rejimində müalicə alması olmuşdur. Cavabdeh tərəfindən həmçinin ƏM-nin 187-ci maddəsində göstərilən müddətlər də pozulmuşdur. Belə ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İddiaçı tərəfindən bir ay müddət ötürülmüşdür.

12. Məhkəmə qeyd etmişdir ki, İddiaçı işdən azad edilməsinə dair əmr verilərkən əmək qanunvericiliyin normaları pozulmuşdur. Belə ki, həmkarlar ittifaqının iclası keçirilməmişdir. Həmkarlar ittifaqına məktəb direktoru təqdimatla müraciət etməli olduğu halda etməmişdir. Yəni ƏM-nin 80-ci maddəsinin tələbləri pozulmuşdur.

13. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, İddiaçı işdən azad edilməsinə dair Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin 20 dekabr 2022-ci il tarixli 16 saylı əmri ləğv edilməli; İddiaçı Yevlax rayon Rüstəmli kənd tam orta məktəbində təsərrfat müdiri vəzifəsinə bərpa edilməli, İddiaçı məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqı hesablanaraq ödənilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi, Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 68.1, 70, 71.2, 74.2, 80.1, 80.2, 83.2, 84.2, 187.1, 187.2, 296.2, 300.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14,2, 77.1, 88, 106.1, 217.4-cü maddələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı “X13rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat:

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan iddiaçı Yevlax rayon Rüstəmli kənd tam orta məktəbi tərəfindən apellyasiya şikayəti verilmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Аzərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 71.2-ci maddəsinin məzmunundan da görünür ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı- ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

17. Yevlax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(039)-987/2023 saylı qətnaməsin 4-cü səhifəsinin 1-ci 2-ci abzasında Аzərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 71.2-ci maddəsində qeyd olunan əsaslara istinad edilsə iddiaçı tərəfindən yol verilmiş kobud pozuntular burada öz əksinin tapmışdır. Göründüyü kimi qeyd olunanlar məhkəmə tərəfindən nəzərə alınmamış və məhkəmə tərəfindən qəbul edilmiş bu qətnamə birbaşa hüquqlarının pozulması ilə nəticələnmişdir.

18. Yevlax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(039)-987/2023 saylı qətnaməsində iddiaçının yol verdiyi pozuntular qeyd olunsa da, həmin qeyd olunan pozuntular məhkəmə tərəfindən obyektiv və ədalətli araşdırılmamışdır və nəticədə iddiaçının aşkar mənafeyini əks etdirən qətnamə qəbul olunmuşdur. Məhkəmə iddia tələbini təmin edərkən işin faktiki hallarını nəzərə almamışdır. Hesab edir ki, bu hallar məhkəmə tərəfindən araşdırılmalı olduğu halda araşdırılmamış, işə birtərəfli yanaşılaraq ədalətsiz qətnamə qəbul edilmişdir.

19. Odur ki, Yevlax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(039)-987/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin nümayəndəsi və vəkili X10 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il, 2(039)-987/2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, cavabdeh Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin, maraqlı şəxs Yevlax rayon Təhsil Şöbəsinin və üçüncü şəxs X15 Təhsil İdarəsinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı əvvəlki məhkəmə iclasıları ilə bağlı göndərdiyi teleqramında məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etsə də iddiaçı, maraqlı və üçüncü şəxslər 05 dekabr 2023-cü il tarixdə keçirilənm məhkəmə iclasında iştirak etməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda bu əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə əsasdır. 71.2-ci maddəsinə görə, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin a) bəndinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. 80.1-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-cı maddəsinin 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 187.1-ci maddəsinə əsasən İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(039)-987/2023 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

30. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 21 saylı, 25 dekabr 2020-ci il tarixli əmrlə Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinə təsərrüfat müdiri təyin edilmişdir. 03, 04 və 05 oktyabr 2022-ci il tarixlərdə 3 gün üzürsüz səbəbdən işə gəlmədiyi halda özünə əmək haqqının hesablanması barədə tabelindən çıxarışı rəhbərliyə təqdim etməsi və Rüstəmli kənd sakini Zeynəb Muradzadəyə qarşı əxlaqsız hərəkətlərə yol verməsi ilə bağlı Yevlax rayon Polis şöbəsindən daxil olmuş 23 noyabr 2022-ci il tarixli 95- 26142-1222 nömrəli məktubunun tələbləri nəzərə alınaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç“ bəndinə əsasən 20 dekabr 2022-ci il tarixdən xitam verilmşdir.

31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ümumi fikirlərdən və formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

32. İlk olaraq qeyd edilməlidir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur.

33. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

34. Həmin Məcəllənin 80-cı maddəsinin 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarından cavabdehin iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsinə razılıq verilməsi barədə həmkarlar ittifaqına yazılı müraciət etməsi, həmin təşkilatda belə bir müraciətə baxılması və ya həmin təşkilatdan əmək münasibətlərinə xitam verilməsinə dair razılığın əldə edilməsi təsdiq olunmur.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının yol verdiyi pozuntuların məhkəmə tərəfindən obyektiv və ədalətli araşdırılmamasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187.1-ci maddəsinin tələbindən də göründüyü kimi intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmçinin Həmin Məcəllənin 187.2-ci maddəsinin tələbindən göründüyü kimi intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

37. Göründüyü kimi iddiaçının 03, 04 və 05 oktyabr 2022-ci il tarixlərdə 3 gün işə gəlməməsinə baxmayaraq, onun barəsində bununla bağlı əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay müddətində deyil, həmin tarixdən 2 aydan da artıq bir müddət keçdikdən sonra intizam tənbehi verilmişdir. Bu baxımdan cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin Qaramanlı Ailə Sağlamlıq Mərkəzinin arayışında göstərilmiş 04 oktyabr 2022-ci il tarixdə Yevlax rayonu Rüstəmli kənd sakini İddiaçı barəsində verilmiş arayışın həqiqəti əks etdirməməsinə dair xüsusat da mübahisənin vəziyyətinə təsir göstərən hal deyildir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə əlavə olaraq qeyd edir ki, işdən azad edilmə barədə əmrdə iddiaçının yol verdiyi pozuntu kimi istinad edilmiş əxlaqsız hərəkətlərə yol verməsinə gəlincə, 20 dekabr 2022-ci il tarixli, 16 nömrəli əmrdə iddiaçının məhz əmək fəaliyyəti zamanı əxlaqsız hərəkətlərə yol verməsinə dair heç bir fikir ifadə edilməmişdir.

39. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh Yevlax rayon Rüstəmli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edən X3 apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-987/2023 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh Yevlax rayon Rüstəmli kənd tam orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-987/2023 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar