Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1145/2025 12.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mingəçevir Şəhər B.Şıxəliyev adına 6 saylı tam orta məktəbə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “işə bərpa” tələbinə dair, rədd) X1 (sədrlik edən və məruzəçi), X5 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Mingəçevir Şəhər B.Şıxəliyev adına 6 saylı tam orta məktəbin direktoru Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh Mingəçevir Şəhər B.Şıxəliyev adına 6 saylı tam orta məktəbə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(051)-1322/2025 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı cavabdeh Mingəçevir Şəhər B.Şıxəliyev adına 6 saylı tam orta məktəbə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 36 №li, xx.xx.2025-ci il tarixli əmrinin ləğvi, Mingəçevir şəhəri, B.Şıxəliyev adına 6 saylı tam orta məktəbinə köməkçi müəllim ştatı üzrə vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə orta əmək haqqının ödənilməsi, mediasiyaya ödədiyi 60 manat və vəkilə hüquqi xidmət üçün ödənilən 300 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Ali təhsillidir. İbtidai təhsilin pedaqogika və metodikası ali peşə istiqaməti üzrə bakalavr dərəcəli ali diplomu vardır. Azərbaycan Nazirlər Kabinetinin 08 sentyabr 2005-ci il tarixli, 269 nömrəli sərəncamına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı”-na uyğun olaraq 2005/2006-cı tədris ilindən inklüziv təhsil üzrə pilot layihələrin həyata keçirildiyi təhsil müəssisələrinə layihələrin icra müddəti ərzində müəllim köməkçisi və tərbiyəçi köməkçisi ştatları verilmişdir. xx.xx.2016-cı il tarixli 430 nömrəli əmrinə əsasən köməkçi müəllim vəzifəsinə təyin edilmişdir. Həmin ştatda köməkçi müəllim kimi 9 ilə yaxındır ki, işləmişdir. Qüsursuz işləmiş, işlədiyi müddətdə hər hansı intizam tənbehi olmamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil Sektoru Mingəçevir Şəhər B.Şıxəliyev adına 6 saylı tam orta məktəbinin 16 aprel 2025-ci il tarixli, 36 №li əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Mingəçevir şəhər B.Şıxəliyev adına 6 saylı tam orta məktəbi tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli, 27 saylı xəbərdarlıq məktubu təqdim edilərək bildirilmişdir ki, 1 ay sonra və yaxud 21 noyabr 2024-cü il tarixdən (sənəddən 01 yaxud 27 noyabr ayı olması müəyyən deyil) tutduğu vəzifədən azad olunmağı göstərilmişdir. Xəbərdarlığın üst məktubu 30 sentyabr 2024-cü il göstərilmiş, xəbərdarlığın tarixi isə 01 oktyabr 2024-cü il tarixdir. Ştatların ixtisar edilməsi barədə xəbərdarlıqdan görünür ki, “İnklüziv təhsilin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 fevral 2023-cü il tarixli, 43 nömrəli qərarının tələblərinə əsasən inkluziv təhsil sinfində müəllim köməkçisi ştatının açılması qərarda öz əksini tapmamışdır. Xəbərdarlığın üst hissəsindən müəyyən olunur ki, ştatların ixtisarı ilə bağlıdır. İstinad olunan Nazirlər Kabinetinin Qərarında isə inkluziv təhsil sinfində müəllim köməkçisi ştatının açılmasını nəzərdə tutulmaması səbəb kimi göstərilir. Bu da özlüyündə müəyyən edir ki, sonrakı işə götürülmələrdə müəllim köməkçisi ştatının olmaması səbəbindən yeni işçilər qəbul edilməməlidir. 30 sentyabr 2024-cü il tarixdə xəbərdarlıq məktubunda onun son işdə olma tarixi 01 yaxud 21, yaxud 27 noyabr 2024-cü il tarixdə işdən azad edilməli idi. Buna baxmayaraq 2025-ci ilin aprel ayının 16-sına kimi 9 il işlədiyi ixtisas üzrə işləmişdir. Yəni xəbərdarlıq müddəti bitdikdən sonra 5 ay işləmişdir. Ona təqdim olunan sonuncu xəbərdarlıq xx.xx.2024-cü il tarixlidir. Bundan sonra ona heç bir xəbərdarlıq gəlməmişdir. xx.xx.2025-ci ildə Məktəb Həmkarlar Komitəsinin protokolu tərtib olunmuş, protokola yalnız sədr imza etmişdir. xx.xx.2025-ci ildə Məktəb Həmkarlar Komitəsinin protokolunun qərar hissəsində qeyddən müəyyən olunur ki, direktor Cavabdeh məktubu həmkarlar tərəfindən müzakirə olunmuşdur. Əmək qanunvericiliyinin tələbi ondan ibarətdir ki, (80-ci maddə) əmək müqaviləsini ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X2 əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, təqdimata müvafiq əsaslandırma sənədlərini əlavə etməlidir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil Sektoru Mingəçevir şəhər B.Şıxəliyev adına 6 saylı tam orta məktəbinin 16 aprel 2025-ci il tarixli, 36 №li əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xx.xx.2025-ci il tarixindən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixli işdən çıxarılması barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil Sektoru Mingəçevir şəhər B.Şıxəliyev adına 6 saylı tam orta məktəbinin direktoru X.Ç.Zamanovun 16 aprel 2025-ci il tarixli, 36 №li əmri qanunsuzdur. Qanunsuz əmrindən müəyyən olunur ki, işçilərin sayının azalması və yaxud ixtisarla bağlı işçi işdən çıxarılmışdır. İşə götürən tərəfindən işçisinin sayının azaldılması və yaxud ixtisarla bağlı hər hansı bir orqan tərəfindən qərar olmadığı halda Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə istinad edilmişdir. Əsas kimi (xəbərdarlıq məktubundan müəyyən olunur) “İnklüziv təhsilin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 fevral 2023-cü il tarix, 43 nömrəli qərarının tələblərinə əsasən inkluziv təhsil sinfində müəllim köməkçisi ştatının açılması qərarda öz əksini tapmamışdır. “İnklüziv təhsilin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 fevral 2023-cü il tarixli, 43 nömrəli qərarında inkluziv təhsil sinfində müəllim köməkçisi ştatının açılmasını nəzərdə tutulmaması işləyən işçinin sayının azaldılması və yaxud ixtisarı üçün əsas ola bilməz. Şəxsin vəziyyətinin ağırlaşdırılması barədə aktın geriyə qüvvəsi yoxdur.
3. Mingəçevir Şəhər Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(051)-1322/2025 nömrəli qətnaməsi ilə (hakim Güləndam Quliyeva) iddia təmin edilmiş, cavabdeh Mingəçevir şəhər B.Şıxəliyev adına 6 №li tam orta məktəbin direktoru Cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 36 №li xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi, Babayeva X6 şəhəri B.Şıxəliyev adına 6 saylı tam orta məktəbə, köməkçi müəllim ştatı üzrə vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona orta əmək haqqının ödənilməsi, ödənilmiş mediasiya xərcinin əvəzi 60 (altmış) manat və xidmət üçün vəkilə ödənilmiş 300 (üç yüz) manatın cavabdeh Mingəçevir Şəhər B.Şıxəliyev adına 6 saylı tam orta məktəbdən alınaraq İddiaçı verilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 70, 71, 78, 80, 300.1-ci maddələrinə, Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinə, “İnklüziv təhsilin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X4”nın təsdiq edilməsi barədə 18-1 saylı, 20 dekabr 2017-ci il Qərarına istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li yaşayış yeri üzrə qeydiyyatdan haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. 042622 B №li 2005-ci il tarixli diplomdan görünür ki, İddiaçı Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialından ibtidai təhsilin pedaqogika və metodikası ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. 0091232 saylı əmək kitabçasının notarial təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2016-ci ildən xx.xx.2025-ci il tarixədək Mingəçevir şəhər B.Şıxəliyev adına 6 saylı tam orta məktəbdə köməkçi müəllim vəzifəsində işləmişdir. Mingəçevir şəhər B.Şıxəliyev adına 6 saylı tam orta məktəbinin direktoru Cavabdeh xx.xx.2025-ci il tarixli 36 №li əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, 2024-2025-ci tədris ilində məktəbin İ b sinfində inkluziv təhsilə cəlb edilmiş şagirdin olmaması səbəbindən köməkçi müəllim ştatı ixtisara düşdüyünə görə həmin ştat üzrə vəzifəni tutan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsi, AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə riayət edilməklə işçi İddiaçı orta aylıq əməkhaqqının 1,7 misli miqdarında işdənçıxarma müavinətinin verilməsi və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə 33 təqvim günü pul əvəzi ödənməklə son haqq-hesabın ödənilməsi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli 5/1 saylı Mingəçevir şəhər B.Şıxəliyev adına 6 №li tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin iclas protokolundan görünür ki, məktəbin köməkçi müəllimi İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilməsi ilə əlaqədar olaraq Cavabdeh məktubu müzakirə edilmiş, 2024-2025-ci tədris ilində məktəbin İ b sinfində inkluziv təhsilə cəlb edilmiş şagirdin olmaması səbəbindən köməkçi müəllim İddiaçı işdən çıxarılması məqsədəmüvafiq hesab edilmişdir. xx.xx.2024-cü il tarixli 27 №li B.Şıxəliyev adına 6 №li tam orta məktəbin direktoru Cavabdeh tərəfindən məktəbin köməkçi müəllimi İddiaçı ünvanlanmış bildirişdən görünür ki, 2024-2025-ci tədris ilində məktəbin İ b sinfində inkluziv təhsilə cəlb edilmiş şagirdin olmamasından AR Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə uyğun olaraq ştatın ixtisar olunduğu və son hesab ödənməklə 2024-cü ilin noyabr ayından işdən azad edilməsi bildirilmişdir. xx.xx.2024-cü il tarixli “ştatların ixtisar edilməsi barədə” İddiaçı ünvanlanmış 1№li xəbərdarlıqdan görünür ki, 2024-2025-ci tədris ilində fəaliyyətə başlayacaq 1-ci sinif üzrə inkluziv təhsil siniflərində “İnklüziv təhsilin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 fevral 2023-cü il tarixli, 43 nömrəli qərarının tələblərinə əsasən inkluziv təhsil sinfində müəllim köməkçisi ştatının açılması qərarda öz əksini tapmadığından qeyd edilən qərarın tələblərinə əsasən həmin vəzifənin ixtisar edilməsi ilə əlaqədar olaraq işdən azad edilmə barədə xəbərdar edilmiş, xəbərdarlıq sənədi təqdim ediləndən 1 ay sonra və yaxud xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli Mingəçevir şəhər B.Şıxəliyev adına 6 №li tam orta məktəbin direktoru Cavabdeh tərəfindən məktəbin Həmkarlar Komitəsinə ünvanlanmış 11 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli 12/1 saylı protokolla ona müraciət etdikləri üçün xitam əmrini gecikdirmiş və İddiaçı işlə təmin edilməsinə şərait yaratmış, dəfələrlə iş təklif olunsa da İddiaçı iş təklifindən imtina etmiş, lakin şagird olmadan sinifdə köməkçi müəllim ştatında oturmağın məqsədə müvafiq olmadığı qənaətinə gəlmiş, ona görə də İddiaçı əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirməklərini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli Mingəçevir şəhər 6 №li tam orta məktəbin direktoru, HK-nın sədri və üzvləri tərəfindən imzalanmış aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə son dəfə İddiaçı ünvanlanmış iş təklifi ilə bağlı sorğuya rədd cavabı vermişdir.
6. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, işdə mövcud olan və tərəfimizdən təqdim olunmuş sübutlara əlaqəli şəkildə düzgün və obyektiv qiymət verilməmiş və sonda məhkəmə tərəfindən qarşılıqlı münasibətlər üzrə səhv nəticəyə gələrək əsassız qətnamə çıxarmışdır. İşin faktiki halları və hüquqi əsasları ondan ibarətdir ki, İddiaçı Mingəçevir şəhər Təhsil Şöbəsinin 6 №-li tam orta məktəbə ünvanlanmış 15 sentyabr 2016-cı il tarixli İ-397 saylı razılıq məktubuna əsasən xx.xx.2016-cı il tarixdə B.Şıxəliyev adına tam orta məktəbə inklüziv təhsil üzrə müəllim köməkçisi vəzifəsinə qəbule dilmiş və onunla məktəb direktoru arasında xx.xx.2016-cı il tarixli əmək müqaviləsi bağlanmışdır. O, həmin vaxtdan 2023/2024-cü tədris ilinin sonunadək inklüziv təhsil üzrə müəllim köməkçisi vəzifəsində işləmiş və məktəb direktorunun 01 iyul 2024-cü il tarixli 74 №-li əmrinə əsasən həmin tədris ili üçün xx.xx.2024-cü il tarixdən 56 təqvim günü müddətinə növbətiməzuniyyətə buraxılaraq xx.xx.2024-cü il tarixdə işə başlaması hesab edilmişdir. Qeyd etmək istəyir ki, ibtidai təhsil İ sinifdən V sinfədək olan müddəti (İ-İV siniflər) əhatə edir. İddiaçı İV sinifdən inklüziv təhsil üzrə ibtidai təhsil pilləsini bitirmiş iki nəfər sağlamlıq imkanı məhdud şagirdi yuxarı sinfə məzun etdikdən sonra yeni 2024/2025-ci tədris ili üçün müəyyən edilmiş qaydada inklüziv təhsilə 2(iki) nəfər şagird qəbulunu təşkiletməli idi ki, yeni tədris ilində ştatına uyğun müəllim köməkçisi vəzifəsini davam etdirə bilsin. Lakin İddiaçı yeni tədris ili üçün təşkil edilmiş İ sinfinə inklüziv təhsilə tələb olunan sayda sağlamlıq imkanı məhdud şagirdin qəbulunu təşkil edə bilməmişdir. Belə olan halda müəllim köməkçisi vəzifəsinə tələb aradan qalxmış olduğuna görə həmin ştatın ixtisarına obyektiv zərurət yaranmış olur. Qeyd etmək istəyir ki, müəllim köməkçisinin funksiyası sağlamlıq imkanı məhdud uşaqların təhsilinin, təlim-tərbiyəsinin təşkilindən, həmin uşaqların valideynlərinə əqli və fiziki inkişafında müşahidə olunan yeniliklər barədə məlumat verməkdən, onların qabiliyyət və imkanlarına uyğun peşə və ya ixtisasın seçilməsi üçün istiqamətlər müəyyənləşdirməkdən, ümumilikdə ibtidaisinif müəlliminə dərs prosesizamanı xüsusi qayğıya ehtiyacı olan həmin şagirdlərlə bağlı əlaqəli köməklik etməkdən, tənəffüslərdə isə onlara nəzarət etmək və diqqətdən qaçırmamaqdan ibarətdir. Məlumat üçün bildirir ki, Mingəçevir şəhər ümumtəhsil tam orta məktəblərin və təhsil sektorunun tabe olduğu X14 Təhsil İdarəsinin rəhbərinin ümumtəhsil məktəblərinə ünvanlanmış 30 sentyabr 2024-cü il tarixli göstərişində qeyd olunmuşdur ki: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 3 fevral tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramına (2005-2009-cu illər)” uyğun olaraq nazirliyin xx.xx.2005-ci il tarixli 658 nömrəli“İnklüziv təhsil üzrə pilot layihələrinin tətbiqi və layihələrə cəlb olunmuş təhsil müəssisələrində əlavə ştatların verilməsi barədə” və xx.xx.2007-ci il tarixli 427 nömrəli “İnklüziv təhsil üzrə pilot layihələrinin həyata keçirildiyi təhsil müəssisələrinə ştatların verilməsi barədə” əmrlərə əsasən inklüziv təhsil üzrə pilot layihələrin həyata keçirildiyi təhsil müəssisələrinə əlavə “müəllim köməkçisi” və “tərbiyəçi köməkçisi” ştatları verilmişdir. İnkişaf Proqramının icra müddəti bitsə də, həmin ştatlar üzrə işə qəbul edilmiş xüsusi təhsil üzrə mütəxəssislərlə bağlanmış əmək müqavilələrinə xitam verilməmişdir. Bildirir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2005-ci il tarixli, 658 nömrəli əmri ilə 2024/2025-ci tədris ilində Mingəçevir şəhər Ruslan Muradov adına X7 Liseydə və Mingəçevir şəhər 6 nömrəli tam orta məktəbdə inklüziv təhsil sinifləri təşkil olunmuşdur. Bununla yanaşı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 fevral 2023-cü il tarixli, 43 nömrəli qərarı ilə təsdiqlənmiş “İnklüziv təhsilin təşkili Qaydası”nda inklüziv təhsil sinfində müəllim köməkçisi ştatı nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq inklüziv təhsil təşkil olunan ümumi təhsil müəssisələrində müəllim köməkçisi vəzifəsində işləyən şəxslərə işə qəbulla bağlı Mingəçevir şəhərində hazırda vakant olan tədris yardımçı vəzifələrinin təklif olunması, iş təklifləri qəbul olunmadığı halda isə müəllim köməkçisi ştatlarının ixtisar edilməsi ilə əlaqədar olaraq həmin işçiləri gələcəkdə gözləyən işdən azad edilmə ilə barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cimaddəsinin b) bəndinə və bu Məcəllənin 77-cimaddəsinin 1-ci, 2-ci, 3-cü və 4-cü hissələrinin müvafiq tələblərinə əsasən işçilərin əmək stajları və digər təminatları nəzərə alınmaqla kağız daşıyıcıda yazılı xəbərdarlıq sənədinin təqdim edilməsi, həmçinin qeyd edilən məsələ ilə əlaqədar müvafiq prosessual işlərin həyata keçirilməsi Sizə həvalə olunur” Odur ki, yaranmış zərurətlə əlaqədar əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq məktəb direktoru kimi tərəfimdən müəllim köməkçisi İddiaçı xx.xx.2024-cü il tarixli 27 №-li yazılı Bildiriş göndərilərək yeni yaranmış “İ ” sinfində 2024/2025-ci tədris ili üçün inklüziv təhsilə cəlb edilmiş şagird olmaması səbəbindən tutduğu müəllim köməkçisi ştatının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun ixtisar olunması və 2024-cü ilin noyabr ayından işdən azad ediləcəyi nəzərinə çatdırılmışdır. Eyni zamanda müəllim köməkçisi İddiaçı tərəfindən “ştatın ixtisar edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 1 №-li yazılı Xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, 2024/2025 tədris ilində məktəbdə fəaliyyətə başlamış 1-cisinif üzrə inklüziv təhsilsiniflərində “İnklüziv təhsilin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 11 fevral 2023cü il tarixli 43 №-li qərarında inklüziv təhsil sinfində müəllim köməkçisi ştatının açılması öz əksini tapmamışdır. Odur ki, qeyd edilən qərarın tələblərinə əsasən həmin vəzifənin ixtisar edilməsi ilə əlaqədar olaraq işdən azad edilmə barədə xəbərdar edilirsiniz və xəbərdarlıq sənədi təqdim ediləndən sonra xx.xx.2024-cü il tarixdən tutduğunuz vəzifədən azad olunacaqsınız. Xəbərdarlıqda həmçinin İddiaçı hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarması üçün 1(bir) iş günü işə gəlməməsi bildirilmişdir. Bundan sonra əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq məktəb Həmkarlar Təşkilatına 25 noyabr 2024-cü il tarixli 35/1 №-li yazılı təqdimatla müraciət edərək İb sinfində inklüziv təhsilə cəlb edilmiş şagird olmadığına görə İddiaçı işdən azad edilməsi məsələsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Məktəb Həmkarlar İttifaqı Təşkilatı yazılı təqdimatı xx.xx.2024-cü il tarixli iclasında müzakirə edərək 12/1 saylı iclas protokolu ilə “İddiaçı işdən azad edilməsinin gecikdirilməsi və onun işdə saxlanılması ilə bağlı təkliflə X14 Təhsil İdarəsinə direktor tərəfindən müraciət olunması” qərara alınmışdır. Həmkarlar Təşkilatının 12/1 saylı iclas qərarını nəzərə alaraq İddiaçı işlə təmin edilməsi üçün X14 Təhsil İdarəsinə xx.xx.2024-cü il tarixli 38 №-liməktubla müraciət etmişdir. Qeyd etmək istəyir ki, köməkçi müəllim ştatının saxlanması mümkün olmadığına görə iddiaçıya Mingəçevir şəhərində 14 №-li tam orta məktəbdə kompüter laborantı, 16 №-li Texniki və təbiət fənləri təmayüllü liseydə kitabxanaçı, 17 nömrəli körpələr evi uşaq bağçasında təsərrüfat müdiri vəzifələri təklif olunsa da, o təklif olunan işlərdən imtina etmiş və onun bu imtinası xx.xx.2024-cü il tarixli Aktla rəsmiləşdirilmişdir. Nəhayət İddiaçı ona 2025-ci ilin aprel ayında təklif olunan vəzifələrdən də imtina etdikdən sonra əmək qanunvericiliyinə müvafiq olaraq tərəfimdən 14 aprel 2025-ci il tarixli 11 №-li yazılı təqdimatla məktəb X2 müraciət edilərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Məktəb Həmkarlar İttifaqı təşkilatı yazılı təqimatı müzakirə edərək xx.xx.2025-ci il tarixli 5/1 saylı iclas protokolu ilə İddiaçı Əmək Məcəlləsinin 70-cimaddəsinin “b” bəndinə əsasən işdən azad edilməsinə razılıq vermişdir. Məktəb Həmkarlar İttifaqının razılığından sonra İddiaçı ilə bağlanmış əmək müqaviləsinə məktəb direktorunun 16 aprel 2025-ci il tarixli 36№-li əmri ilə Əmək Məcəlləsinin 70-cimaddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmrə müvafiq olaraq İddiaçı Əmək Məcəlləsinin 77- ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının 1.7 misli miqdarında işdənçıxarma müavinəti, istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. Qeyd etmək istəyir ki, hal-hazırda 2025/2026 tədris ili üzrə 6 №-li tam orta məktəbdə pedaqoji və texniki heyətdə vakant yer yoxdur, inklüziv təhsil üzrə 4 (dörd) ibtidai sinifdə müvafiq olaraq 4 (dörd) müəllim köməkçisi işləyir və onların hər birində 2(iki) nəfər,cəmi 8(səkkiz) nəfər sağlamlıq imkanı məhdud, xüsusi qayğıya ehtiyacı olan şagird təhsil alır. Beləliklə, İddiaçı “müəllim köməkçisi” vəzifəsinin həyata keçirilməsi və müvafiq olaraq ştatına uyğun əmək funksiyasını yerinə yetirməsi üçün növbəti, yəni 2024/2025-ci tədris ilində qanunvericiliyə müvafiq olaraq yeni təşkil olunmuş İ sinfinə inklüziv təhsilə tələb olunan sayda sağlamlıq imkanı məhdud şagird qəbulunu təşkiledə bilmədiyinə və belə kateqoriya şagirdlər olmadığına görə o, qanuna müvafiq olaraq Əmək Məcəlləsinin 70cimaddəsinin “b” bəndinə əsasən işdən azad edilmiş və əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasının tələblərinə tam riayət edilmişdir.
9. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(051)- 1322/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Mingəçevir Şəhər B.Şıxəliyev adına 6 saylı tam orta məktəbin direktoru Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(051)-1322/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(051)-1322/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən X14 Təhsil İdarəsinin nünayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(051)-1322/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; (...). Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; (...). Maddə 71(1). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 71(3). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 78 (1). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Maddə 80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X2 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Maddə 300. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
15. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 31. Təhsil prosesinin iştirakçıları 31.0.2. təhsilverənlər (pedaqoji işçilər) müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, rezidentlərin kuratorları, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloqpedaqoqlar, uşaq birliyi rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlimtərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər, habelə sosial müdafiə və digər orqanların, eləcə də tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri;
16. “İnklüziv təhsilin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:
3. İnklüziv təhsil sinfində tədrisin təşkili 3.1. Müəssisədə inklüziv təhsil sinfi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 iyun tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı Normaları”nın tələbləri nəzərə alınmaqla 22 uşaqdan (sağlamlıq imkanları məhdud olan uşaqlar 2 nəfərdən artıq olmamaqla) ibarət komplektləşdirilir.
17. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.30-cu maddəsinə əsasən müəllim köməkçisi-inklüziv təhsilin həyata keçirildiyi ümumi təhsil müəssisələrində pedaqoji təhsilin təşkilində müəllimə kömək edən ixtisaslı mütəxəssisdir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2023-cü il tarixli 43 №-li qərarı ilə təsdiq edilmiş “İnklüziv təhsilin təşkili Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda ümumi təhsil müəssisələridnə inklüziv təhsilin təşkili ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən müəssisədə inklüziv təhsil sinfi AR Nazirlər Kabinetinin 2020-ci il 12 iyun tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində siniflər üzrə şagird sıxlığı normaları”nın tələbləri nəzərə alınmaqla 22 uşaqdan (sağlamlıq imkanları məhdud olan uşaqlar 2 nəfərdən artıq olmamaqla) ibarət komplektləşdirilir.
19. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanunun 1.0.12-ci maddəsinə əsasən inklüziv təhsil – sağlamlıq imkanları məhdud olan uşaqların ümumi təhsil müəssisəsində xüsusi şərait yaratmaqla və xüsusi təlim vasitəsilə sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsi mənasını ifadə edir. Həmin Qanunun 1.0.16-ci maddəsinə əsasən müəllim köməkçisi – inklüziv təhsilin həyata keçirildiyi ümumi təhsil müəssisələrində pedaqoji prosesin təşkilində müəllimə kömək edən ixtisaslı mütəxəssisdir
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
24. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
25. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
26. Cavabdeh nümayəndəsi və vəkili Mehdiyev X3 Şəhər Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(051)-1322/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
28. Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır.
29. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
30. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2005-ci il tarixli 658 nömrəli əmri ilə 2024/2025-ci tədris ilində Mingəçevir şəhər B.Şıxəliyev adına 6 saylı tam orta məktəbdəinkluziv təhsil sinifləri təşkil olunmuşdur. Bununla yanaşı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 fevral 2023-cü il tarixli, 43 nömrəli qərarı ilə təsdiqlənmiş “İnklüziv təhsilin təşkili Qaydası”nda inkluziv təhsil sinfində müəllim köməkçisi ştatı nəzərdə tutulmamışdır.
31. Bundan başqa, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 məhkəmə kollegiyasının əvvəlki iclasında verdiyi izahatında qeyd etmişdir ki, köməkçi müəllim ştatının saxlanması mümkün olmadığına görə iddiaçıya Mingəçevir şəhərində 14 №-li tam orta məktəbdə kompüter laborantı, 16 №-li Texniki və təbiət fənləri təmayüllü liseydə kitabxanaçı, 17 nömrəli körpələr evi uşaq bağçasında təsərrüfat müdiri vəzifələri təklif olunsa da, o, təklif olunan işlərdən imtina etmiş və onun bu imtinası Aktlarla rəsmiləşdirilmişdir.
32. Bundan başqa, İddiaçı izahatında əvvəlcə ona iş yerləri təklif edilmədiyini bildirsə də, sonradan ona məktəbin direktoru tərəfindən 16 saylı məktəbdə kitabxanaçı köməkçisi işi təklif olunduğunu, lakin həmin vəzifə onun ixtisasına uyğun olmadığından, eyni zamanda həmin vəzifənin başqa bir şəxsə təklif edildiyini eşidərək imtina etdiyini bildirmişdir.
31. İddiaçı ona 2025-ci ilin aprel ayında təklif olunan vəzifələrdən də imtina etdikdən sonra əmək qanunvericiliyinə müvafiq olaraq direktor tərəfindən 14 aprel 2025-ci il tarixli 11 №-li yazılı təqdimatla məktəb X2 müraciət edilərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Məktəb Həmkarlar İttifaqı təşkilatı yazılı təqimatı müzakirə edərək xx.xx.2025-ci il tarixli 5/1 saylı iclas protokolu ilə İddiaçı Əmək Məcəlləsinin 70-cimaddəsinin “b” bəndinə əsasən işdən azad edilməsinə razılıq vermişdir.
32. Daha sonra, yalnız yuxarıda qeyd edilən tədbirləri görüldükdən sonra işəgötürən tərəfindən xx.xx.2025-ci il tarixdə əmr imzalanmış və əmrə əsasən 2024-2025-ci tədris ilində məktəbin İ b sinfində inkluziv təhsilə cəlb edilmiş şagirdin olmaması səbəbindən, köməkçi müəllim ştatı ixtisara düşdüyünə görə həmin ştat üzrə vəzifəni tutan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir.
33. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi əsaslar əmrin qanunsuz hesab edilməsi və onun ləğv edilməsi əsas ola bilməz.
34. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.
35. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
36. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(051)-1322/2025 nömrəli qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(051)-1322/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Mingəçevir Şəhər B.Şıxəliyev adına 6 saylı tam orta məktəbə qarşı məktəbin direktoru Cavabdeh 36 №li xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi, məktəbin köməkçi müəllim ştatı üzrə vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə orta əmək haqqının ödənilməsi, mediasiyaya ödədiyi 60 manat və vəkilə hüquqi xidmət üçün ödənilən 300 manat pulun alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.