Məhkəmə qərarları › İş №2(107)-1148/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1148/2025

22.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1148/2025 22.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxs X18 qarşı “torpaq sahəsinin naturada bölünməsi, bu mümkün olmadıqda paylarının dəyəri olan pulun ödənilməsi, pulun ödənilməsindən imtina edildikdə torpaq sahəsinin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “torpaq sahəsinin naturada bölünməsi, bu mümkün olmadıqda paylarının dəyəri olan pulun ödənilməsi, pulun ödənilməsindən imtina edildikdə torpaq sahəsinin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbi, qüvvə) X6 (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və X21 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxs X18 qarşı “torpaq sahəsinin naturada bölünməsi, bu mümkün olmadıqda paylarının dəyəri olan pulun ödənilməsi, pulun ödənilməsindən imtina edildikdə torpaq sahəsinin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(033)-9/2025 nömrəli qətnaməsindən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin naturada bölünməsi, bu mümkün olmadıqda paylarının dəyəri olan pulun ödənilməsi, pulun ödənilməsindən imtina edildikdə torpaq sahəsinin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin İddiaçı1, İddiaçı2, X22 ilə Cavabdeh1 və Cavabdeh2 arasında naturada bölünməsi, əgər bu mümkün olmadığı halda Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin 1/5 (hər birinə 1/15 olmaqla) hissə olan paylarını almaqda üstünlük hüququ olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən paylarının dəyəri olan 15000 (on beş min) manat pul məbləğinin onlara ödənilməsi, Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin 1/5 (hər birinə 1/15 olmaqla) hissə payının dəyərinin cavabdehlər tərəfindən onlara ödənilməsindən imtina edildiyi təqdirdə Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin açıq hərracda satılaraq, əldə olumuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi və ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindən hər birinə 1/15 hissə olmaqla onların mülkiyyətinə verilmişdir. Hazırda cavabdehlər onlara düşən payı əldə etməyə imkan vermirlər. Ona görə ki, gəlin köçdüyü evdə Cavabdeh1 öz ailəsi ilə, həyətyanı sahədə tikilmiş 2-ci evdə isə eltisi Cavabdeh2 uşaqları ilə birlikdə yaşayır. Həyat yoldaşı vəfat etmişdir. Ona görə də Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin aralarında naturada bölünməsi, əgər bu mümkün olmadığı halda Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin1/5 (hər birinə 1/15 olmaqla) düşən hissə olan paylarını almaqda üstünlük hüququ olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən paylarının dəyəri olan 15000 (on beş min) manat pul məbləğinin onlara ödənilməsi, Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin 1/5 (hər birinə 1/15 olmaqla) hissə payının dəyərinin cavabdehlər tərəfindən onlara ödənilməsindən imtina edildiyi təqdirdə Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin açıq hərracda satılaraq, əldə olmuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini istəyirlər. Hesab edirlər ki, 0.04 ha həyətyanı torpaq sahəsindən onlara düşən paylarının başqa yolla əldə etmələri mümkün deyildir. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşlar.

3. Zaqatala Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(033)-9/2025 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin İddiaçı1, İddiaçı2, X22 ilə Cavabdeh1 və Cavabdeh2 arasında naturada bölünməsi, əgər bu mümkün olmadığı halda Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin 1/5 (hər birinə 1/15 olmaqla) hissə olan paylarını almaqda üstünlük hüququ olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən paylarının dəyəri olan 15000 (on beş min) manat pul məbləğinin onlara ödənilməsi, Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin 1/5 (hər birinə 1/15 olmaqla) hissə payının dəyərinin cavabdehlər tərəfindən onlara ödənilməsindən imtina edildiyi təqdirdə Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin açıq hərracda satılaraq, əldə olumuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi və ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə iddialarının rədd edilməsi, iddiaçılar tərəfindən ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun onlara aid edilməsi, Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın iddiaçılar İddiaçı2 və İddiaçı1 birgə qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X11, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.2, 220, 223.4, 221-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Qax RİHB-ın İlisu kənd ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş AZ-İİ 321395 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 14 aprel 2015-ci ildə vəfat etmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 321394 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 13 dekabr 2004-cü ildə vəfat etmişdir. Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 836394 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 14 noyabr 2016-cı ildə vəfat etmişdir. Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 987007 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 26 yanvar 2019-cu ildə vəfat etmişdir. Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 09 oktyabr 2020-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin 28 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin payına düşən 1/15 hissəsinin, X9 payına düşən 1/15 hissəsindən, Cavabdeh1 payına düşən 3/15 hissədən və X14 payına düşən 3/15 hissədən ayıraraq naturada bölünməsi ilə bildirilmişdir ki, bağlı mübahisəli ərazidə yerləşən fərdi yaşayış evi və qeyri yaşayış tikililəri bölündükdən sonra torpaq sahəsinin bölünməsinə baxıla bilər. Mübahisəli torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, sahəsi və koordinatlar, tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/7240 saylı 07 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin payına düşən 1/15 hissəsinin, X9 payına düşən 1/15 hissəsindən, Cavabdeh1 payına düşən 3/15 hissədən və X14 payına düşən 3/15 hissədən ayıraraq naturada bölünməsi ilə bağlı bildirilir ki, mübahisəli ərazidə yerləşən fərdi yaşayış evi və qeyri yaşayış tikililəri bölündükdən sonra torpaq sahəsinin bölünməsinə baxıla bilər. Mübahisəli torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, sahəsi və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 07 noyabr 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 2/32 hissəsi və torpaq sahəsinin 606/2400 hissəsi Cavabdeh1, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 207/2400 hissəsi İddiaçı2, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 207/2400 hissəsi X9, fərdi yaşayış evinin 8/32 hissəsi və torpaq sahəsinin 24/2400 hissəsi X4, fərdi yaşayış evinin 8/32 hissəsi və torpaq sahəsinin 24/2400 hissəsi X1, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 47/2400 hissəsi X7, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 47/2400 hissəsi X5, fərdi yaşayış evinin 2/32 hissəsi və torpaq sahəsinin 30/2400 hissəsi X15, fərdi yaşayış evinin 8/32 hissəsi və torpaq sahəsinin 24/2400 hissəsi X8, torpaq sahəsinin 32/2400 hissəsi Cavabdeh2, torpaq sahəsinin 480/2400 hissəsi X16, torpaq sahəsinin 480/2400 hissəsi X10, torpaq sahəsinin 192/2400 hissəsi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 03 aprel 2025-ci il tarixdə qeydiyyata alınmışdır.

6. Qətnаmədən nаrаzı qаlаn İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanıda yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin iddiaçılar İddiaçı2 qizihın ve İddiaçı1 hər birinin payına düşən 1/15 hissəsinin, X12 payına düşən 1/15 hissəsindən, Cavabdeh1 payına düşən 3/15 hissədən və X14 payına düşən3/15 hissədən ayıraraq naturada bölünməsi ilə bağlı bidirik ki, mübahisəli ərazidə yerləşən fərdi yaşayış evi və qeyri yaşayış tikililəri bölündükdən sonra torpaq sahəsinin bölünməsinə baxıla bilər. Mübahisəli torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, sahəsi və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 2/32 hissəsi və torpaq sahəsinin 606/2400 hissəsi Cavabdeh1, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 207/2400 hissəsi İddiaçı2, fərdiyaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 207/2400 hissəsi X9, fərdi yaşayış evinin 8/32 hissəsi və torpaq sahəsinin 24/2400 hissəsi X4, fərdi yaşayış evinin 8/32hissəsi və torpaq sahəsinin 24/2400 hissəsi X35 Məhəmmədoğlunun, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 47/2400 hissəsi X7, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 47/2400 hissəsi X5, fərdi yaşayış evinin 2/32 hissəsi və torpaq sahəsinin 30/2400 hissəsi Hüseynova TəranəSabir qızının, fərdi yaşayış evinin 8/32 hissəsi və torpaq sahəsinin 24/2400 hissəsi X8, torpaq sahəsinin 32/2400 hissəsi Cavabdeh2, torpaq sahəsinin 480/2400 hissəsi X16, torpaq sahəsinin 480/2400 hissəsi Mustafayev KamranSabir oğlunun, torpaq sahəsinin 192/2400 hissəsi İddiaçı1 Tə hmi ra zqızının adına daşınmaz əmlakın dövlət reyestrində 03 aprel 2025-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza üzrə rəy verən mütəxəssis və ekspert belə nəticəyə gəlmişlər ki, torpaq sahəsinin bölünməsi məsələsinə yalnız ünvan 1 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və qeyri yaşayış tikililəri bölündükdən sonra baxıla bilər. Belə olan halda isə ekspert qarşısında fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin tikililər nəzərə alınmadan bölünməsinin mümkünlüyü barədə sual qoyulmaqla mübahisəyə baxıb qanuni həll etmək mümkün olardı. Zaqatala Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Eyni zamanda Zaqatala rayon məhkəməsi tərəflərintəqdim etdikləri sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə işin həlli ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin etsə də, cavabdeh tərəfindən təqdim edilmiş sübutları araşdırmamış, ekspertin rəyinin məhkəmə üçün məcburi olmadığı halda, ekspert rəyini MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə digər sübutlarla yanaşı qiymətləndirməmişdir. Belə ki, hazırki mübahisə torpaq sahəsinin ayrılması ilə bağlıdır. İddiaçılar torpaq sahələrinin naturada ayrılmasını tələb edir, cavabdeh torpaq sahələrinin naturada ayrılmasının mümkünsüzlüyünü bildirir. Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/7240 saylı 07noyabr 2023-cü il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin payına düşən 1/15 hissəsinin, X9 payına düşən 1/15 hissəsindən, Cavabdeh1payına düşən 3/15 hissədən və X14 payına düşən 3/15 hissədən ayıraraq naturada bölünməsi ilə bağlı bildirilir ki, mübahisəli ərazidə yerləşən fərdi yaşayış evi və qeyri yaşayış tikililəri bölündükdən sonra torpaq sahəsinin bölünməsinə baxıla bilər. Mübahisəli torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, sahəsi və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmə bu istiqamətdə araşdırma aparmaqla ekspert qarşısında suallar qoymaqla bu ziddiyyətləri aradan qaldırmamışdır. Ekspert rəyi tərəflərin tələb və etirazlarını əsaslandıranhalların və işi düzgün müəyyən etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən etmək üçün məhkəmənin istinad etdiyi sübut vasitələrindən biridir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyində torpaq sahəsinin naturada bölünməsinin mümkün olmadığı göstərilmişdir. Lakin həmin rəyin elmi və texniki əsaslandırması kifayət qədər açıq izah edilməmiş, torpaq sahəsinin faktiki vəziyyəti, ölçüləri və mülkiyyət paylarının yerləşməsi ilə bağlı alternativ hesablamalar aparılmamışdır. Məhkəmə bu rəyin düzgünlüyünü qiymətləndirmək üçün əlavə və ya təkrar ekspertiza təyin etməmiş, bununla da prosessual vəzifələrini tam yerinə yetirməmişdir. Məhkəmə həmçinin torpaq sahəsinin naturada bölünməsi mümkün olmadığı halda pul kompensasiyasının müəyyən edilməsi məsələsini də araşdırmamış, bu barədə qərar qəbul etməmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 217-ci və 225-ci maddələrinin tələblərinə ziddir. MPM-nin101.7-ca maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə işin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Balakən Rayon Məhkəməsitəqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgünhüquqi qiymət verilməlidir. Bu səbəbdən hesab edir ki, birinci instansiya məhkəməsi MPM-in 101.7, 103.1, 218.1ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Bu xüsusda qeyd edilməlidir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevinşikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Zaqatala rayon məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir.

8. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(033)- 9/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı2 və İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxs X25 məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və Zaqatala Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(033)-9/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

21. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. İddiaçı1 Təhmuraz qızının nümayəndəsi və vəkili Mahmudov X17 Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(033)-9/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanındakı 0,04 ha həyətyanı torpaq sahəsi və onda yerləşən fərdi yaşayış evi, fərdi yaşayış evinin 2/32 hissəsi və torpaq sahəsinin 606/2400 hissəsi Cavabdeh1, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 207/2400 hissəsi İddiaçı2, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 207/2400 hissəsi X9, fərdi yaşayış evinin 8/32 hissəsi və torpaq sahəsinin 24/2400 hissəsi X4, fərdi yaşayış evinin 8/32 hissəsi və torpaq sahəsinin 24/2400 hissəsi X1, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 47/2400 hissəsi X7, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 47/2400 hissəsi X5, fərdi yaşayış evinin 2/32 hissəsi və torpaq sahəsinin 30/2400 hissəsi X15, fərdi yaşayış evinin 8/32 hissəsi və torpaq sahəsinin 24/2400 hissəsi X8, torpaq sahəsinin 32/2400 hissəsi Cavabdeh2, torpaq sahəsinin 480/2400 hissəsi X16, torpaq sahəsinin 480/2400 hissəsi X10, torpaq sahəsinin 192/2400 hissəsi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onların paylı mülkiyyətindədir. İlk öncə qeyd edilməlidir ki, iddiaçılar həyətyanı torpaq sahəsinin naturada bölünməsini tələb etsələr də, tələb mahiyyət etibarı ilə torpaq sahəsindən payların naturada ayrılması barədədir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza üzrə rəy verən mütəxəssis və ekspert belə nəticəyə gəlmişlər ki, torpaq sahəsinin bölünməsi məsələsinə yalnız ünvan 1 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və qeyri yaşayış tikililəri bölündükdən sonra baxıla bilər. Məhkəmə, torpaq sahəsinin və onda yerləşən daşınmaz əmlakın birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmalı olduğunu, torpaq sahəsindən payın ayrıldığı halda üzərindəki fərdi yaşayış evinin paylı mülkiyyətdə saxlanılmasının əmlakın birgə vahid daşınmaz əmlak obyekti olaraq qeydiyyatını istisna etməsini nəzərə alaraq, mütəxəssis və ekspertin gəldikləri nəticə ilə razılaşır. İddiaçılar isə mütəxəssis və ekspert rəylərinə etiraz etməmiş, əlavə, təkrar və ya müvafiq digər ekspertizaların keçirilməsini tələb etməmişlər. Eləcə də iddiaçılardan İddiaçı2 bu rəylərdən sonra, həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və qeyri yaşayış tikililərindəki payının ayrılmasını da tələb etməmişdir. İddiaçılar eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən paylarının dəyəri olan 15000 (on beş min) manat pul məbləğinin onlara ödənilməsini tələb etsələr də, Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindəki paylarının həmin dəyərdə olması barədə də sübut təqdim etməmişlər. İş üzrə sübutlarla iddiaçıların Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindəki paylarının iddia olunan dəyərdə olması halı təsdiq edilməmişdir. Eyni zamanda iddiaçılar öz paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsini tələb etmələri, digər mülkiyyətçilərin kompensasiya vermək imkanlarının olmaması və ya onların kompensasiya vermək istəmədikləri barədə də sübut təqdim etməmişlər. İş üzrə sübutlarla iddiaçıların öz paylarının dəyərinin ödənilməsini paylı mülkiyyətin digər mülkiyyətçilərindən tələb etmələri, digər mülkiyyətçilərin isə kompensasiya vermək imkanlarının olmaması və ya onların kompensasiya vermək istəmədikləri halları da təsdiq edilməmişdir. Məhkəmə, torpaq sahəsinin və onda yerləşən daşınmaz əmlakın birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınması üçün ünvan 1 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindən payların naturada ayrılmasının üzərində yerləşən fərdi yaşayış evi və qeyri yaşayış tikililərinin naturada ayrılması ilə eyni zamanda həyata keçirilməli olduğunu nəzərə alaraq, iddia tələbi üzrə belə nəticəyə gəlir ki, nə qədər ki İddiaçı2 həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindəki 1/32 hissə payının ayrılmasını tələb etmir, iddiaçıların həyətyanı torpaq sahəsindən paylarının da naturada ayrılması mümkün deyil. Yəni torpaq sahəsinin və onda yerləşən daşınmaz əmlakın birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmasını istisna edən hazırkı tələb vahid daşınmaz əmlak obyektindən payın ayrılması olaraq dəyərləndirilə bilməz. Belə olan halda nə qədər ki, vahid daşınmaz əmlak obyektindən payın ayrılması məsələsi həll edilmiş sayılmır, iddiaçıların öz paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsini və ya əmlakın məhkəmə qərarı əsasında hərracdan satılmasını tələb etmək hüquqları da əmələ gəlmiş sayıla bilməz. O da qeyd edilməlidir ki, Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında 0,04 ha həyətyanı torpaq sahəsi Cavabdeh1, X9, X4, X1, X7, X5, X15, X8, Cavabdeh2, X16, X10 paylı mülkiyyətində olduğundan, iddiaçılar paylarının dəyərinin yalnız cavabdehlər tərəfindən onlara ödənilməsini də tələb edə bilməzlər. Odur ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, mübahisənin bu qaydada həll edilməsi İddiaçı2 Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət vahid daşınmaz əmlak obyektindən payının naturada ayrılmasını tələb etmək hüququnu istisna etmir. Belə olan halda İddiaçı1 da həmin həyətyanı torpaq sahəsindən payının naturada ayrılmasını tələb edə bilər. İddiaçı2 həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindəki 1/32 hissə payının və 0.04 ha həyətyanı torpaq sahəsindən payının naturada ayrılması mümkün olmadığı halda o, öz payının dəyərinin paylı mülkiyyətin digər bütün mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə isə, Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. İddiaçı2 müvafiq iddia ilə müraciət etməməsi halında isə İddiaçı1 öz payının dəyərinin paylı mülkiyyətin digər bütün mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə isə, onun tələbi ilə yalnız Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən İddiaçı1 paylı mülkiyyətçisi olduğu 0,04 ha həyətyanı torpaq sahəsinin məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

26. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışa nəzər yetirdikdə ümumiyyətlə iddiaçılar İddiaçı2 və İddiaçı1 tələb etdikləri (mübahisələndirdikləri) 1/5 (hər birinə 1/15 olmaqla) payları mövcud deyil.

27. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(033)-9/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: İddiaçı İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(033)-9/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar