Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1154/2022 15.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin bölünmüş qaydada naturada real bölgüsünün aparılması və digər tələbinə dair İsmayıllı Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(037)-931/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44B ünvanında yerləşən fərdi yaşayış evinin İsmayıllı Rayon Məhkəməsinin 09 mart 1993-cü il tarixli qətnaməsində göstərilmiş qaydada bölünmüş qaydada naturada bölgüsünün aparılması, belə bölgü mümkün olmadığı halda onun payına düşən dəyərə uyğun məbləğin nağd şəkildə cavabdeh tərəfindən ödənilməsi, bu mümkün olmadığı halda həmin daşınmaz əmlakın açıq hərracda satılması və satışdan əldə olunmuş məbləğin müvafiq olaraq cavabdehə 4/6, ona 2/6 hissə olaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(037)-931/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin bölünmüş qaydada naturada real bölgüsünün aparılması və digər tələbinə dair mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməsi, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tam şəkildə ona qaytarılması qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edərkən eyni tərəflər arasında eyni predmet üzrə Şəki Apellyasiya Məhkəməsinin 22 aprel 2008-ci il tarixli 2/1(107)-166/2008 saylı qətnaməsinin olmasını əsas göstərmişdir. Hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 10 avqust 2022ci il tarixli 2(037)-931/2022 nömrəli qərardadı ləğv edilməli və iddia tələbi üzrə məhkəmə icraatı davam etdirilməlidir. Belə ki, hazırki iş üzrə Cavabdeh ona qarşı evin açıq hərracda satılması, ödənilməmiş qalan aliment borcunun tutulması barədə iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda o, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44 B ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 25 noyabr 2005-ci il tarixli qətnaməsi ilə Cavabdeh qıznın ona qarşı evin açıq hərracda satılması, ödənilməmiş qalan aliment borcunun tutulması barədə iddia tələbi təmin edilmiş, onun qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Onun tərəfindən İsmayıllı Rayon Məhkəməsinin 25 noyabr 2005-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin 22 aprel 2008-ci il tarixli 2/1(107)-166/2008 saylı qətnaməsi ilə təmin edilərək, Cavabdeh ona qarşı evin açıq hərracda satılması, ödənilməmiş qalan aliment borcunun tutulması barədə iddia tələbi təmin edilməmiş, onun qarşılıqlı iddia ərizəsi təmin edilərək ailəsi ilə birlikdə İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44 B ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qərara alınmışdır. Lakin hazırkı iş üzrə Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin 22 aprel 2008-ci il tarixli 2/1(107)- 166/2008 saylı qətnaməsinin icrasına maneçilik törədərək ailəsi ilə birlikdə İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44 B ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə maneçilik törətmişdir. Bu səbəbdən də həmin mənzilə köçürülməsi mümkünsüz olmuşdur. Şəki Apelyasiya Məhkəməsi 22 aprel 2008-ci il tarixli 2/1(107)-166/2008 saylı qətnaməsində Cavabdeh iddia tələbinin təmin edilməməsini İsmayıllı rayon Məhkəməsi tərəfindən 25 noyabr 2005-ci il tarixli qətnamə qəbul edilərkən evin bölünməsi və paylara ayrılmasının nəzərə alınmaması ilə əsaslandırmışdır. İsmayıllı Rayon Məhkəməsi Cavabdeh Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etməməsi səbəbindən təmin edilməyən iddia tələbi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olmasını nəzərə almamış, eyni tərəflər arasında eyni predmet barəsində qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olması əsası ilə iddia tələbi üzrə icraata xitam vermişdir. Məhkəmə nəzərə almamışdır ki, Şəki Apelyasiya Məhkəməsinin 22 aprel 2008-ci il tarixli 2/1(107)-166/2008 saylı qətnaməsi ilə İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44 B ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilsə də cavabdehin günahı üzündən hal-hazıradək qeyd olunan mənzilə köçürülməmiş və onun mülkiyyətindən sərbəst istifadə etmək hüququ pozulmuşdur. Qeyd olunan fərdi yaşayış evinin naturada bölünməsi və həyətyanı sahədə birgə istifadədə olan tikililərdə onun cavabdehlə birgə istifadəsi mümkünsüzdür. Məhkəmə işin obyektiv, hərtərəfli araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinin 22 aprel 2008-ci il tarixli 2/1(107)- 166/2008 saylı qətnaməsində Cavabdeh iddia tələbinin təmin edilməməsinin əsaslarını tam araşdırmamışdır. İsmayıllı Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(037)-931/2022 saylı qərardadı ləğv edilməsini və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirilməsini, əks təqdirdə bu şikayətin baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-931/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(037)- 931/2022 saylı qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin bölünmüş qaydada naturada real bölgüsünün aparılması və digər tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını baxaraq müəyyən etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 09 mart 1993-cü il tarixli qətnaməsi əsasında İsmayıllı rayonu, M.F.Axundov küçəsində yerləşən, ümumi sahəsi 56.2 kv.metr, 2 otaqdan ibarət olan fərdi 44b nömrəli yaşayış evinin bir hissəsi şəxsi mülkiyyət hüququ əsasında X3 adına 30 may 2005-ci il tarixdə 01 nömrəli reyestr kitabında 06 səhifədə 56 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 22 aprel 2008-ci il tarixli, 2/1(107)-166/2008 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X4 qarşı evin açıq hərracda satılması, ödənilməmiş qalan aliment borcunun tutulması barədə iddiası, cavabdeh X3 iddiaçı Cavabdeh qarşı evə köçürülmə barədə qarşılıqlı iddiasına dair X3 apellyasiya şikayəti təmin edilərək iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 25 noyabr 2005- ci il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh X4 qarşı evin açıq hərracda satılması ödənilməmiş aliment borcunun tutulması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə üzrə X3 Cavabdeh qarşı ailəsi ilə birlikdə evə köçürmə tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, X5 ailəsi ilə birlikdə İsmayıllı şəhəri, Axundov küçəsi 44 b saylı ünvanda yerləşən evin ona məxsus otaqlarına köçürülməsi qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44B ünvanında yerləşən fərdi yaşayış evinin İsmayıllı Rayon Məhkəməsinin 09 mart 1993-cü il tarixli qətnaməsində göstərilmiş qaydada bölünmüş qaydada naturada bölgüsünün aparılması, belə bölgü mümkün olmadığı halda onun payına düşən dəyərə uyğun məbləğin nağd şəkildə cavabdeh tərəfindən ödənilməsi, bu mümkün olmadığı halda həmin daşınmaz əmlakın açıq hərracda satılması və satışdan əldə olunmuş məbləğin müvafiq olaraq cavabdehə 4/6, ona 2/6 hissə olaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü Şəki Apelyasiya Məhkəməsinin 22 aprel 2008-ci il tarixli, 2/1(107)- 166/2008 sayı qətnaməsi iddiaçı Cavabdeh X4 qarşı evin açıq hərracda satılması, ödənilməmiş qalan aliment borcunun tutulması barədə iddiası ilə bağlıdır. İddiaçı isə iddia ərizəsi İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44B ünvanında yerləşən fərdi yaşayış evinin 09 mart 1993-cü il tarixli qətnaməsində göstərildiyi qaydada naturada bölgüsünün aparılması, belə bölgü mümkün olmadığı halda onun payına düşən dəyərə uyğun məbləğin nağd şəkildə cavabdeh tərəfindən ödənilməsi, bu mümkün olmadığı halda həmin daşınmaz əmlakın açıq hərracda satılması və satışdan əldə olunmuş məbləğin müvafiq olaraq cavabdehə 4/6, ona 2/6 hissə olaraq ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri əsas göstərərək hesab edir ki, iş üzrə tərəflər eyni əsas üzrə eyni predmet barəsində tələbi yenidən irəli sürməmişlər. Odur ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44B ünvanında yerləşən fərdi yaşayış evinin İsmayıllı Rayon Məhkəməsinin 09 mart 1993-cü il tarixli qətnaməsində göstərilmiş qaydada bölünmüş qaydada naturada bölgüsünün aparılması, belə bölgü mümkün olmadığı halda onun payına düşən dəyərə uyğun məbləğin nağd şəkildə cavabdeh tərəfindən ödənilməsi, bu mümkün olmadığı halda həmin daşınmaz əmlakın açıq hərracda satılması və satışdan əldə olunmuş məbləğin müvafiq olaraq cavabdehə 4/6, ona 2/6 hissə olaraq ödənilməsi barədə iddiası üzrə çıxarılmış İsmayıllı Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(037)-931/2022 saylı qərardadını qəbul edilərkən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.1- maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə hakim iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin İsmayıllı Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(037)-931/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmədiyindən ləğv edilməli, İddiaçı iddiası üzrə mülki iş mahiyyəti üzrə baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(037)-931/2022 saylı qərardadı ləğv edilsin. İddiaçı iddia tələbi mahiyyəti üzrə baxılması üçün mülki iş İsmayıllı Rayon Məhkəməsinə göndərilsin. Qərardad, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Qərardaddan, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1154/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1154/2022
15.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver