Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1156/2023 14.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mənzilə köçürülmə, istifadə hüququ) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1319/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh1 qarşı cavabdehin mülkiyyətində olan Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 36 saylı evin, 21 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır.
2. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması zamanı məhkəməyə yazılı ərizə təqdim edərək, Cavabdeh1 ilə bərabər, Cavabdeh2 da iddiaya cavab verməli şəxs olduğundan, onun da cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir.
3. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, Cavabdeh2 cavabdeh qismində cəlb etmişdir.
4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 onun oğludur. Bir neçə il bundan əvvəl özünə məxsus evi satmış və həmin pulla oğlu Cavabdeh1 adına Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 36 saylı evin, 21 saylı mənzil almışdır. Həmin vaxtdan sonra o, uzun müddət oğlu ilə sözügedən mənzildə yaşamışdır. Lakin oğlu Rusiya Federasiyasına getdikdən sonra qızının tək qalmaması üçün 2020-ci ildə qızının yanına köçmüş, ancaq vaxtaşırı mübahisəli evə də gedib gəlmişdir. Eyni zamanda bütün əşyaları mübahisəli evdə qalmışdır. Sonradan oğlu Cavabdeh1la gəlini Cavabdeh2 arasında ailə daxili mübahisə yarandığına görə Cavabdeh2 onun mübahisəli mənzildən istifadə etməsinə imkan verməmişdir. Belə ki, cavabdeh qismində cəlb edilmiş Vüsalə İsayılova mənzilin kilidlərini dəyişmiş, bəzi hallarda isə qapını qəsdən açmamışdır. Ona görə də o, məhkəyə müraciət etmişdir. Doğrudur, hazırda qızının evində yaşasa da, özünü narahat hiss edir. Ona görə ki, mübahisəli mənzil onun evinin pulu ilə alınmış, özü uzun müddət orada yaşamış, ən başlıcası isə şəxsi əşyalarının çox hissəsi hazırda da mübahisəli mənzildə qalmışdır. Belə olan halda onun mübahisəli mənzildən istifadə etməsinə cavabdeh qismin cəlb edilmiş Cavabdeh2 maneə yaratmasını ədalətli hesab etmir. Bu səbəbdən də oğluna məxsus evdə yaşamaq istəyir. Hazırda onun Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 36 saylı evin, 21 saylı mənzildən başqa yaşayış yeri yoxdur. Hesab edir ki, onun mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ vardır. Çünki mənzilin tam mülkiyyətçisi olan Cavabdeh1 da onun mübahisəli mənzildə yaşamasını istəyir. Lakin cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 ona imkan vermir. Hesab edir ki, cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 hərəkətləri qanunsuzdur. Bir daha vurğulayır ki, mübahisəli mənzil onun mülkiyyətində olan evin satılması zamanı əldə edilmiş vəsait hesabına alınmışdır. Həmin vaxt onlar arasında mübahisə olmamışdır. Odur ki, məhkəmədən onun cavabdehin mülkiyyətində olan Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 36 saylı evin, 21 saylı mənzilinin tərkib hissəsindən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi haqda qətnamə çıxarılmasını xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etmiş, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.
6. Cavabdeh1 nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı verdiyi izahatında iddianı qəbul etmiş, həmçinin o barədə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçının Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 36 saylı evin, 21 saylı mənzilindən istifadə hüququnun tanınmasına və həmin mənzilə köçürülməsinə etiraz etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh2 iddia ərizəsinə qarşı etirazında, həmçinin məhkəmə iclası zamanı verdiyi izahatında iddianı qəbul etməmiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 onun keçmiş həyat yoldaşıdır. Onlar xx.xx.2011-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından uşaqları olmamışdır. Cavabdeh1la birgə nikah dövründə, yəni 08 iyun 2017-ci il tarixdə Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 36 saylı evin 21 saylı mənzilini satın almışlar. Sonradan Cavabdeh1la münasibətləri pozulduğuna görə aralarında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)- 140/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikah dövründə əldə edildiyindən, onun mübahisəli mənzil üzərində 1\2 hissədə payı vardır. İddiaçı həmin mənzildə yaşamamışdır. Belə ki, Cavabdeh1 Rusiya Federasiyasına getdikdən sonra da o, üç bacısı, qohumları ilə birlikdə həmin mənzildə yaşamışdır. Hazırda da İddiaçı daimi olaraq başqa yaşayış yeri var və Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 36 saylı evin 21 saylı mənzilində yaşamır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1319/2023 saylı qətnaməsi ilə (hakim N.Paşayev) iddianın təmin edilməsi, İddiaçı Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 İddiaçı oğludur. Cavabdeh1 cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, onların birgə nikahlarından uşaqları doğulmamışdır. Onlar əvvəlcə bir ailə kimi yaşamış, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mübahisəli mənzili üzərində mülkiyyət hüququ əldə etmişdir. Həmin vaxt onlar birlikdə yaşamış, lakin Cavabdeh1 Rusiya Federasiyasına getdikdən sonra, yəni 2020-ci ildə iddiaçı qızının qızının evinə köçmüşdür. İddiaçı hazırda qızı ilə birlikdə yaşayır. Lakin iddiaçı mübahisəli mənzilə köçmək istəyir. Cavabdeh1 iddiaçının istifadə hüququnun tanınmasına və köçüb yaşamasına razıdır. Cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 isə iddiaçının evə köçməsinə etiraz edir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, mübahisəli mənzilə münasibətdə xx.xx.2017-ci il tarixdə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə etmək hüququ ilə bağlı mübahisə olduğundan, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquqlarını tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır.
11. Məhkəmə iddiaçının cavabdehə məxsus mübahisəli mənzildən istifadə etmək hüququnun tanınmasına qiymət verərkən, hesab etmişdir ki, ilk növbədə iddiaçının cavabdehə qarşı hazırkı iddianı irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olub– olmaması ilə bağlı məsələ araşdırılmalı, həmçinin mübahisənin düzgün həll edilməsi baxımından mübahisəli mənzilin hansı hüquqi statusda olması müəyyən edilməlidir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının hansı hüquqi statusda iddia qaldırması, yəni onun mübahisəli mənzil üzərində hansı hüquqa malik olması, həmçinin cavabdehlərin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququnun olub–olmaması məsələsi müəyyən olunmalıdır. İşdə olan sənədlərə əsasən, mübahisəli mənzil Cavabdeh1 tam mülkiyyətindədir. Cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 isə hazırkı vaxta qədər mübahisəli mənzil üzərində əşya hüququ qeydə alınmamışdır. Mübahisəi mənzilin mülkiyyətçisi olan Cavabdeh1 iddiaçının istifadə hüququnun tanınmasına və mənzilə köçürülməsinə razılıq vermişdir.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olmuşdur. Belə ki, iş üzrə araşdırılmış sübutların tədqiqi nəticəsində məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ailə üzü olduğundan və tərəflər arasında başqa razılaşma olmadığına görə iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə etmək hüquqları vardır.
13. Məhkəmə öz qənaətini onunla əsaslandımışdır ki, Cavabdeh1 İddiaçı doğma oğludur. ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Hazırda İddiaçı mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır, həmçinin Cavabdeh1 nümayəndəsi Nümayəndə iddiaçının həmin mənzilə köçürülməsinə və istifadə hüququnun tanınmasına razılıq vermişdir. Bu da cavabdehin iddianı etiraf etməsi kimi qəbul edilməlidir.
14. Məhkəmə Cavabdeh1 nümayəndəsi Nümayəndə iddianı etiraf etməsini nəzərə alaraq, iddia tələbini əsaslı hesab etmişdir.
15. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 nümayəndəsi Nümayəndə iddianı etiraf etməsi, Cavabdeh1 mülkiyyətçi kimi öz əmlakından istədiyi kimi istifadə etmək və ona dair sərəncam vermək hüququndan irəli gəldiyindən, qanunidir və digər şəxslərin hüquqlarını pozmur.
16. Məhkəmə qeyd etmişdir ki, ona görə də məhkəmə Cavabdeh1 nümayəndəsi Nümayəndə iddianı etiraf etməsini qəbul edir və iddianın təmin edilməsi zamanı nəzərə alır.
17. Bununla yanaşı məhkəmə, cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 iddiaçının mübahisəli mənzilə köçürülməsinə etiraz etməsini əsaslı hesab etməmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil üzərində Cavabdeh1 tam mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin hazırkı vaxta qədər cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 mübahisəli mənzil üzərində hər hansı əşya hüququ qeydə alınmamışdır. Lakin Cavabdeh2 mülkiyyətçinin keçmiş ailə üzvü kimi hazırda mübahisəli mənzildən istifadə etsə də, onun mülkiyyətçinin ailə üzvü olan iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun həyata keçirməsinə maneə törətməsi, qanuni və əsaslı sayıla bilməz. Ona görə də cavabdeh Vüsal İsmayılovun iddianı etiraf etməsi, onun hüquqlarını pozmur. Belə olan halda mülkiyyətçinin razılığı ilə iddiaçın mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınmasına və mənzilə köçürülməsinə cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 etirazı əsaslı sayıla bilməz.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 52.5, 77.1, 88, 191.1 191.3, 217.2, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, həmçinin normativ hüquqi aktların və Azərbaycan Respublikası MPM-nin 385-387-ci maddələrinin tələblərinə riayət etmədən qeyri-obyektiv, ədalətsiz və qanunsuz qətnamə qəbul etməklə onun hüquqlarını kobud surətdə pozmuşdur. Aşağıda göstərilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(051)-1319/2023 saylı qətnaməsini əsassız və qanunsuz hesab edir:
22. İlk öncə Məhkəmə Kollegiyasının nəzərinə onu çatdırmaq istəyir ki, hazırki iş üzrə Cavabdeh1 onun keçmiş həyat yoldaşıdır. O, Cavabdeh1la xx.xx.2011-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahdan övladı olmamışdır. O, Cavabdeh1la birgə nikah dövründə Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 36 saylı evin 21 saylı mənzilini almışlar. Lakin, Cavabdeh1laə münasibətləri pozulduğuna görə aralarında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-140/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur.
23. Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 36 saylı evin 21 saylı mənzili Cavabdeh1 ilə birgə nikah dövründə əldə edildiyi üçün qeyd olunan mənzilin ½ hissəsində onun payı var. Bununla bağlı o, Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır və həmin iddia məhkəmənin icraatındadır. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halları nəzərə almamış və nəticədə onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxartmışdır.
24. Belə ki, işə baxan məhkəmə iddiaçının başqa yaşayış yerinin olub-olmamasını, eyni zamanda neçənci ildən Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 36 saylı evin 21 saylı mənzilinə qeydiyyata düşməsini araşdırmamışdır. Bununla bağlı bildirir ki, iddiaçı Cavabdeh1 etibarnamə alaraq özü-özünü qeyd olunan mənzilə qeydiyyata saldırmışdır. Bundan başqa iş üzrə Cavabdeh1 bacısı Nümayəndə etibarnamə verərək onu məhkəmədə təmsil etməyini etibar etmişdir. Buradan da aydın görünür ki, iddiaçı formal qaydada iddia qaldıraraq Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 36 saylı evin 21 saylı mənzilinə köçürülməsini xahiş etmiş və cavabdehin nümayəndəsi, bacısı olan Nümayəndə da bu iddianı qəbul etməkdə onların məqsədi onun qeyd olunan mənzildən istifadə edə bilməməyidir.
25. Bununla bağlı bildirir ki, işə baxan Mingəçevir Şəhər Məhkəməsi İddiaçı yaşayış yerinin olub-olmamasını, maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verib-verməməsini, eyni zamanda iddiaçının hansı tarixdən Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 36 saylı evin 21 saylı mənzilinə qeydiyyata düşdüyünü araşdırmamışdır. Bundan başqa işə baxan Mingəçevir Şəhər Məhkəməsi İddiaçı Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 36 saylı evin 21 saylı mənzilinin tərkib hissəsindən istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülməsi qət edərkən onun mülkiyyət hüququnun olmasını nəzərə almamışdır.
26. Bununla bağlı bildirir ki, işə baxan Mingəçevir Şəhər Məhkəməsi cavabdehin nümayəndəsinin iddianı etiraf etməsini qəbul etməli deyildi. Belə ki, cavabdehin nümayəndəsinin etirafı qeyri səmimidir. Əslində iddiaçı, onun oğlu olan cavabdeh və onun qızı ½ hissədə ona məxsus olan, Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 36 saylı evin 21 saylı mənzilini ələ keçirtmək istəyir. Bu hallar isə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
27. Məhkəmə işə baxarkən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməmiş, işi tam və hərtərəfli araşdırmamış və bununla da həqiqəti əks etdirməyən qətnamə qəbul etmişdir.Mingəçevir Şəhər Məhkəməsi iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.
28. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(051)- 1319/2023 saylı qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin rədd olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(051)-1319/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
31. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq İddiaçı, Cavabdeh1, cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; 30.1-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailəüzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailəüzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur.
34. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(051)-1319/2023 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız apellyasiya şikayətinə münasibətdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı oğludur. Cavabdeh1 digər Cavabdeh2 ilə xx.xx.2011-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, birgə nikahlarından uşaqları doğulmamışdır. xx.xx.2017-ci il tarixdə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mübahisəli mənzil üzərində mülkiyyət hüququ əldə etmişdir. Hazırda qızı ilə birlikdə yaşayan iddiaçı oğluna məxsus mübahisəli mənzilə köçmək istəyir. Mülkiyyətçi və Cavabdeh1 nümayəndəsi buna etiraz etmir. Ailə qurduqdan bir müddət sonra Cavabdeh1la aralarında bağlanmış nikahları pozulmuş Cavabdeh2 isə iddiaçının mübahisəli mənzilə köçməsinə etiraz edir.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
42. Belə ki, apellyasiya şikayətinin Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 36 saylı evin 21 saylı mənzili Cavabdeh1 ilə birgə nikah dövründə əldə edildiyi üçün qeyd olunan mənzilin ½ hissəsində onun payının olmasının işə baxan Mingəçevir Şəhər Məhkəməsi tərəfindən nəzərə alınmaması, nəticədə onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxartmasına dair dəlilini əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 08 iyun 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən 36 saylı evin 21 saylı mənzili Cavabdeh1 mülkiyyətindədir. Mübahisəli mənzil üzərində Cavabdeh2 ½ payı müəyyən edilərsə belə, həmin mənzilin digər ½ hissəsinin mülkiyyətçisinin Cavabdeh1 olması işin mübahisəsiz halıdır. Yaşayış sahəsi mülkiyyətçi Cavabdeh1 ailə üzvü olan anasının mübahisəli mənzildən istifadə etməsi cavabdehin mülkiyyət hüquqlarının pozulması kimi qəbul edilə bilməz.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işə baxan məhkəmənin iddiaçının başqa yaşayış yerinin olub-olmamasını araşdırmamasına dair dəlilinə də münasibət bildirərək qeyd edir ki, iddiaçıya məxsus hər hansı bir yaşayış sahəsinin qeydiyyata alınıbalınmamasının dəqiqləşdirilməsi məqsədi ilə məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 01 noyabr 2023-cü il tarixli, 3-21-3-35/2-4266/2023 saylı məktubunda göstərilmişdir ki, İddiaçı adına hal-hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak aşkar edilməmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının neçənci ildən Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 36 saylı evin 21 saylı mənzilinə qeydiyyata düşməsinin araşdırılmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
45. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.
46. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur.
47. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
49. Bu baxımdan iddiaçının hansı tarixdən mübahisəli mənzilə qeydiyyata düşməsi işin nəticəsinə təsir göstərən hal deyildir.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin nümayəndəsi, bacısı olan Nümayəndə iddianı qəbul etməkdə məqsədinin onun qeyd olunan mənzildən istifadə edə bilməməsindən ibarət olması, işə baxan Mingəçevir Şəhər Məhkəməsinin cavabdehin nümayəndəsinin iddianı etiraf etməsini qəbul etməli olmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, şəxsin məzildən istifadə hüququnun müəyyən edilməsi həmin mənzilə əvvəldən istifadə və yaxud mülkiyyət hüquqları olan şəxslərin buna dair hüquqlarını mədudlaşdırmır. Bu baxımdan Cavabdeh1 nümayəndəsinin iddianı etiraf etməsində qanunvericiliyə zidd olmamaqla yanaşı cavabdehin nümayəndəsinin iddianı etiraf etməsi digər Cavabdeh2 mənzilə dair hüquqlarını pozması halı da müəyyən edilməmişdir.
51. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1319/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1319/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.