Məhkəmə qərarları › İş №2(107)-1156/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1156/2024

05.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1156/2024 05.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (açar sözlər: Mənzil mübahisələri - Mənzilə köçürmə) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X16 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi; İddiaçı - İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər - Cavabdeh2 оğlu və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “iddiaçının qeydiyyatda olduğu yaşayış sahəsində yaşaması, cavabdehlər tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması və yaşayış sahəsinə köçürülməsi tələbinə dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 21 may 2024-cü il tаrixli, e-2(014)-330/2024 saylı qətnаməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan 19 oktyabr 2019-cu il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 361850 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı 19 oktyabr 2019-cu il tarixdə 1197 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Kərimli, arvada Müzəffərova soyadı verilmişdir.

2. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı 19 oktyabr 2019-cu il tarixdə 1197 №-li akt qeydi əsasında bağlanmış nikah pozulmuşdur.

3. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 13 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, “yaşayış hüququ və əmlak tələbi”-nin mübahisələndirilməsi üzrə 13 noyabr 2023-cü il tarixdə saat 16:00-da keçirilmiş mediasiya prosesində İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirak etmiş, Cavabdeh2 isə iştirak etməmişdir.

4. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış 17 noyabr 2023-cü il tarixli məktubun surətindən görünür ki, 17 saylı Yevlax Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələlərinin Dövlət Komitəsi tərəfindən təqdim edilmiş Elektron baza məlumatlarına, habelə Dövət Torpaq və xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və eletron baza məlumtlarına əsasən Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi 10 ünvanında yaşayan Cavabdeh2 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

5. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış 17 noyabr 2023-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 2 ünvanda 0.0818 ha torpaq sahəsində yerləşən tikinti ili 1982-ci il, ümumi sahəsi 59.0 kv.m olan fərdi yaşayış evinə dair X1 adına Texniki İnventarlaşdırma Bürosu tərəfindən may 1988-ci il tarixli 3351 nömrəli texniki pasport verilmişdir.

6. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmişmiş çıxarışdan görünür ki, İddiaçı Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi 10 ünvanında qeydiyyatdadır.

7. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmişmiş Çıxarışdan görünür ki, Cavabdeh2 Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi 10 ünvanında qeydiyyatdadır.

8. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmişmiş Çıxarışdan görünür ki, Cavabdeh1 Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi 10 ünvanında qeydiyyatdadır.

9. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş materialdan görünür ki, İddiaçı Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi 10 ünvanına qeydiyyata alınmasına əsas olan sənədlər nikah haqqında şəhadətnamənin surəti, Cavabdeh1 razılıq ərizəsi, İddiaçı və Cavabdeh1 şəxsiyyət vəsiqələrinin surətləri və Ağdaş rayonu Ləki qəsəbə icra Nümayəndəliyinin təsərrüfat kitabından çıxarışın surəti (Çıxarışda təsərrüfat başçısı Cavabdeh1 qeyd olunmuşdur).

10. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin 23 aprel 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanda 0,0818 ha torpaq sahəsində yerləşən tikinti ili 1982-ci il, ümumi sahəsi 59,0 kv.m olan fərdi yaşayış evinə dair X1 adına Texniki İnventarlaşdırma Bürosu tərəfindən may 1988-ci il tarixli, 3351 nömrəli Texniki Pasport verilmişdir və daşınmaz əmlakın dövlət reyestrdən qeydiyyatdan keçməmişdir.

11. İş materiallarında olan ev kitabının surətindən görünür ki, ünvan 4 ünvanda X10, X11, Cavabdeh1, Cavabdeh2 və X6 adları qeyd olunmuşdur.

12. İş materiallarında olan Ağdaş rayon Ləki qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 23 mart 1992-ci il tarixli, İİİ-ЖГ № 451824 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 24 fevral 1992-ci il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində qara ciyər serrozundan ölmüşdür.

II. Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “İddiaçının qeydiyyatda olduğu yaşayış sahəsində yaşaması, cavabdehlər tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması və yaşayış sahəsinə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə 13 noyabr 2019cu il tarixdə rəsmi nikaha daxil olaraq el adəti ilə cavabdehlərin yaşadığı Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi 10 ünvanında yerləşən və cavabdehlərlə heç bir qohumluq əlaqəsi olmayan X2 məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. 27 oktyabr 2019-cu ildən o, həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Birgə nikahlarından 11 yanvar 2021-ci il təvəllüdlü X15 adlı övladları anadan olmuşdur. Övladlarının qız uşağı olması ərini və onun doğmalarını narahat etdiyindən ailələrində sözsöhbət yaranmış, bundan sonra əri ona qarşı məişət zorakılığı etməyə başlamışdır. 2022ci ilin avqust ayında isə bunun üçün heç bir əsas olmadan onu döyərək evdən qovmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdehlərin təkidi ilə onların nikahları məhkəmə tərəfindən pozulmuşdur. Cavabdehlər onları evdən qovandan sonra o, azyaşlı övladı ilə birgə öz valideynlərinin yanına qayıtmış və hazırda nikah pozularkən onun himayəsində qalmış azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında çox çətin və qeyri-normal şəraitdə yaşamağa məcbur qalmışlar. Maddi vəziyyəti həddindən artıq çətin olduğundan o, özünə yaşayış evi ala bilmir. Artıq onların hazırkı ağır yaşayış şəraitində yaşamaqları mümkün deyildir və o, övladı ilə birlikdə qeydiyyatda olduğu və cehiz əşyalarının yerləşdiyi ünvanda yaşamaq istəyir, lakin cavabdehlər onun övladı ilə birlikdə qeydiyyatda olduqları ünvanda yerləşən evdə yaşamaqlarına mane olaraq evə girməyi onlara qadağan etmişlər. Mövcud qanunvericiliyə uyğun olaraq o, mübahisəni mediasiya vasitəsi ilə həll etməyə çalışsa da cavabdehlərin inadkarlığı səbəbindən mübahisəni qarşılıqlı razılığa əsasən həll edə bilməmişdir. Odur ki, qeydiyyatda olduğu yaşayış sahəsində cavabdehlər tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması, yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia ilə hazırkı iddia tələbi ilə müraciət etməyə məcburiyyətində qalmışdır. Göstərilənlər əsasən iddiaçının övladı X15 ilə birgə qeydiyyatda olduqları Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi 10 ünvanında yerləşən yaşayış sahəsində yaşamaqlarına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması və iddianın azyaşlı övladı ilə birgə qeydiyyatda olduqları fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, tərəflər arasında qeyd edilmiş nikah pozulduqdan sonra İddiaçı azyaşlı övladı ilə atası evində yaşayır. Həmin ev çox kiçik olduğundan yaşamaq mümkün deyildir. Özünün isə ayrı evdə yaşaması və ya ev alması üçün maddi imkanı yaxşı deyildir. Belə ki, azyaşlı övladını çətinliklə dolandırır. İddiaçı qeydiyyatda olduğu ev Cavabdeh2 adına olmasa da, iddiaçı həmin evə gəlin köçmüş və həmin evə qeydiyyata düşməklə hələ də həmin evdə qeydiyyatdadır. Həmçinin cavabdehlərin də həmin ünvana heç bir mülkiyyət hüquqları yoxdur, mənzil cavabdehlərlə heç bir qohumluq əlaqəsi olmayan Qurbanova (Qubatova) Hədiyyə Əhməd qızına məxsus olub, onun öz övladları olmayıb, hazırda isə vəfat edib. Odur ki, qeyd olunanların nəzərə alınıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı əsassız yerə dəfələrlə sözügedən evdən çıxıb getmiş və son gedişində bir daha gedərsə onu geri qaytarmayacağını bilirməsinə baxmayaraq evdən çıxaraq atası evinə getmişdir. İddiaçı dəfələrlə onun barəsində əsassız yerə polisə şikayət etmişdir. Onun evə qayıtmasının tək səbəbi onu şərləməkdən ibarətdir. Əgər İddiaçı həmin evdə yaşamaq istəyirdisə çıxıb getməməli idi. Onun həmin evə geri qayıdıb yaşaması ciddi problemlərə səbəb olacaqdır. Bundan başqa Aynişan atası evində yaşaya bilmədiyini, evin kiçik olduğunu əsas gətirsə də o, həmin evdə 21 yaşına qədər yaşayıb, sonra onunla ailə quraraq onun evinə gəlin gəlmişdir. Həmin ev onun ögey nənəsi Hədiyyə Qubatovaya məxsus olmuş, onun anası da həmin evə gəlin gəlmiş, o, özü də həmin evdə doğulmuşdur. O, anası ilə birlikdə sadəcə həmin evdə qeydiyyatdadır. Onların həmin evə mülkiyyət hüquqları yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınıb iddianın təmin edilməməsini xahiş etmişdir.

17. Ağdaş Rayon Məhkəməsinin (hakim Aygün Mürsəlova) 21 may 2024-cü il tаrixli, e-2(014)-330/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

18. Məhkəmə, öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli ünvan üzrə qeydiyyatı onun üçün hüquqi nəticələr yaratmamaqla, iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi üçün əsas hesab oluna bilməz.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1 və 89.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

21. İddiаçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ...aşağıda göstərilən səbəblərdən hesab edir ki, Ağdaş Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisəni mahiyyəti üzrə düzgün həll etməmiş, maddi və prosessual hüquq normalarını pozmaqla hüququn tətbiqində səhv edərək düzgün olmayan qeyri - obyektiv qərar qəbul etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 55 - İQ nömrəli, 4 aprel 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə şəxsin yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi müəyyən edilir: Öz qətnaməsində bu qanun normasına istinad edərək... göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər” qeyd edən məhkəmənin iddiaçının qeydiyyatda olduğu yaşayış sahəsində yaşamasına cavabdehlər tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması və yaşayış sahəsinə köçürülməsi barədə iddia tələbini rədd etməsi qeyri-məntiqidir. İddianın təmin edilməməsi qənaətinə gələn Ağdaş Rayon Məhkəməsi təəssüf ki, tərəflərin qarşılıqlı münasibətlərinə qiymət verə bilməyərək onlara məxsus olmayan yaşayış evində iddiaçının yaşamasına maneələr törətmələrinin əsl səbəbinin cavabdehlərin Hüquqdan sui-istifadə edərək nəyin bahasına olursa - olsun iddiaçıya ziyan vurmaq məqsədi ilə istifadə etmələrini, görə bilməyib. Bu isə onun göstəricisidir ki, hazırkı mülk iş üzrə qətnamə məhkəmə tərəfindən iş materialları tam və hərtərəfli araşdırılmadan qəbul edilmişdir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2 bildirdi ki, iddiaçının köçmək istədiyi evə cavabdehlərin mülkiyyət hüquqları yoxdur və o, anası ilə birlikdə sadəcə həmin evdə qeydiyyatdadırlar məhkəmə tələbin tədd edilməsi üçün səhvən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına istinad edərək cavabdehləri yaşayış sahəsinin mülkiyyətçiləri kimi tanımış və nəzərə almamışdır ki, iddiaçı cavabdehlərin ailə üzvü deyil. İddiaçının köçmək istədiyi evə cavabdehlərin mülkiyyət hüquqlarının olmaması iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 17 noyabr 2023-cü il tarixli məktubun surətindən ünvan 2 ünvanda 0.0818 ha torpaq sahəsində yerləşən tikinti ili 1982-ci il, ümumi sahəsi 59.0 kv.m olan fərdi yaşayış evinə dair cavabdehlərlə heç bir qohumluq münasibəti olmayan X1 adına Texniki İnventarlaşdırma Bürosu tərəfindən may 1988-ci il tarixli 3351 nömrəli texniki pasport verilmiş olması faktı təsdiq olunur. Göstərilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin 21 may 2024-cü il tаrixli, e- 2(014)-330/2024 saylı qətnaməsinin tam ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

23. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 оğlu və Cavabdeh1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Ağdaş Rayon Məhkəməsinin 21 may 2024-cü il tаrixli, e-2(014)-330/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

25. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə iddiаçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. İş üzrə iddiaçı tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

28. Maddə 13. Mülkiyyət

İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

30. Maddə 33. Mənzil toxunulmazlığı hüququ İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

31. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

32. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu - 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; - 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (...) - 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları (...). - 158.1.2. əmlakdan istifadə hüququ; (...). - 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respblikasının Mənzil Məcəlləsi

34. Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri - 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. (...). - 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. (...).

35. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu - Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. Maddə 372.6. Maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı; .... Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı; ... Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 21 may 2024-cü il tаrixli, e- 2(014)-330/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

49. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

50. Müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı 19 oktyabr 2019-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar, iddiaçı cavabdehlərin heç biri ilə qohumluq münasibətləri olmayan X3 gözlənilən mülkiyyətində olan, yəni adına texniki pasportun işlənildiyi ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə köçmüşdür. X10 24 fevral 1992-ci il tarixdə vəfat etmişdir. İddiaçının Cavabdeh2 ilə birgə nikahlarından 11 yanvar 2021-ci il təvəllüdlü X15 adlı övladı anadan olmuşdur. İddiaçının Cavabdeh2 ilə ailə münasibətləri pisləşdiyindən Cavabdeh2 İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Bərdə Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir, həmçinin həmin mənzillə bağlı vərəsəlik işinin açılmasına dair sənədlər təqdim olunmamışdır. İddiaçı cavabdehlər tərəfindən mübahisəli evdə onun və övladının yaşamasına maneçilik törədildiyindən iddianın təmin edilməsini xahiş etsə də cavabdehlər tərəfindən iddia tələbi qəbul edilməmişdir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından, ö cümlədən cavabdehin izahatından iddiaçının gəlin köçdüyü evin məhz 24 fevral 1992-ci il tarixdə vəfat etmiş X7 məxsus olan ev olması, iddiaçının qeydiyyatda olduğu yaşayış sahəsində yaşaması, cavabdehlər tərəfindən yaranmış süni maneələrin aradan qaldırılması və yaşayış sahəsinə köçürülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamə ilə mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti vermişdir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

52. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə görə vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür.

53. “Həmin Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.

54. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

55. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər.

56. İddiaçının mübahisəli fərdi yaşayış evinə 2019-cu ildə, yəni cavabdehlərdən Cavabdeh2 ilə 19 oktyabr 2019-cu tarixdə nikaha daxil olmasından sonra köçməsi və 2020-ci ildə həmin mənzilə qeydiyyata düşməsi işin mübahisəsiz halıdır.

57. Apellyasiya baxışı zamanı Ağdaş rayon İcra Hakimiyyəti Başçısının X27 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə, eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə ünvan 4 ünvanda qeydiyyatda olmuş və 24 fevral 1992-ci il tarixdə vəfat etmiş Qubadova (Qurbanova) Hədiyə (Hədiyyə) Əhməd qızının ölümündən sonra qalmış vərəsələri (vərəsələrin dairəsi) barədə məlumatları, həmin faktları təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərinin Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə sorğular göndərilmişdir.

58. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının X27 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23 oktyabr 2024-cü il tarixli, 5-32-12/2-621/2024 saylı sorğuya cavab məktubunda qeyd edilmişdir ki; ... Qubadova (Qurbanova) Hədiyə (Hədiyyə) Əhməd qızı vəfat etidiyi günədək, yəni 24 fevral 1992-ci il tarixədək X12 (vəfat edib) və Cavabdeh1 ilə birlikdə yaşamışdır.

59. Bundan başqa Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 26 oktyabr 2024-cü il tarixli, 580 saylı sorğuya cavab məktubunda qeyd edilmişdir ki; ... xx.xx.1992-ci il tarixdə vəfat etmiş X8 adına açılmış vərəsəlik işi aşkar edilməmiş, lakin Ağdaş rayon dövlət notariat ofisində xx.xx.1984-cü ildə rəsmiləşdirilmiş 3/1006 reyestr nömrəli vəsiyyətnamə ilə H.Qubadovanın öldüyü günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi 10 ünvanında yerləşən bir otaqlı yaşayış evini X4 vəsiyyət etdiyi müəyyən edilmişdir. Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli 20247xx-xx/4094 saylı məktubunda qeyd olunan vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmadığı göstərilmişdir (həmin vəsiyyətnamənin təsdiq edilmiş surəti məktuba əlavə edilmişdir).

60. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

62. Qeyd edilməlidir ki, mübahisəli fərdi yaşayış evinə mərhum Hədiyyə Qubadovanın gözlənilən mülkiyyəti hüququ olmuşdur. Sonuncu həmin evini hazırkı iş üzrə Cavabdeh1 əri X4 vəsiyyət etmişdir. Sonuncu vəsiyyətedən Hədiyyə Qubadovanın vəfatından sonra uzun müddət həmin evdə yaşamışdır və təsərrüfatı idarə etmişdir. X9 vəfat etdikdən sonra həmin evdə hazırkı iş üzrə cavabdehlər yaşamışlar.

63. Göründüyü kimi, hazırkı iş üzrə cavabdehlərin həmin yaşayış evinə gözlənilən mülkiyyət hüququ olmuşdur.

64. Belə olan halda iddiaçı Cavabdeh1 münasibətdə Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında sərgilədiyi hüququ mövqeyə, Cavabdeh2 оğluna münasibətdə isə Ailə Məcəlləsinin 30.4-cü maddəsinə əsasən mübahisəli evə köçürülə bilməz.

65. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, belə olan halda iddiaçının mübahisəli ünvan üzrə qeydiyyatı onun üçün hüquqi nəticələr yaratmamaqla, iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi üçün əsas hesab oluna bilməz.

66. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

67. Baxılan iş üzrə, yaşayış evinin mülkiyyətçisi olan cavabdehin sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, o, iddiaçıya yaşayış evindən istifadə hüququna razılıq verməyə borclu olsun. İddiaçının keçmiş ailə üzvü kimi cavabdehə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması üçün də qanuni əsaslar müəyyən edilməmişdir .

68. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

69. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

70. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

71. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

72. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

73. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

74. Ona görə də, iddiаçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 21 may 2024cü il tаrixli, e-2(014)-330/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiаçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 21 may 2024-cü il tаrixli, e-2(014)-330/2024 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar