Məhkəmə qərarları › İş №2(107)-1158/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1158/2023

05.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1158/2023 05.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdehlər Cavabdeh8, Cavabdeh2 və qeyrilərinə qarşı evdən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: Evdən çıxarılma, ipoteka məsələləri) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(019)-143/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh8 və onun ailə üzvləri olan Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızının və Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh7 həmin mənzillərdə yaşayan digər şəxslərin məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, X2 qarşı "mənzildən çıxarılma tələbinə dair" iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etdiklərini, iddia ərizəsində tələb hissədə texniki səhv olaraq cavabdehlərlə bərabər "həmin mənzillərdə yaşayan digər şəxslər" göstərildiyini, ona görə də həmin hissədə dəqiqləşməyə zərurət olduğunu bildirərək, hazırkı iddia ərizəsinin xahiş etdi hissəsini dəqiqləşdirilməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh8 və onun ailə üzvləri olan Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızının və Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.

4. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızına qarşı hazırki iddia tələbini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh8 və onun ailə üzvləri olan Cavabdeh4, Cavabdeh5, Mustafayeva (GəncəliyevaY Lalə Aydın qızının və Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh7 məcburi qaydada çıxarılması kimi qəbul etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (bundan sonra SOCAR) cavabdehlər Cavabdeh3 Ramamzan oğlu, Cavabdeh2 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, “Cavabdeh3 39363 GBP (Britaniya funt sterlinqi) məbləğində təhsilə çəkilmiş xərclərin, 31 manat həcmində dövlət rüsumu və 32 manat həcmində xidmət haqqının alınaraq SOCARın xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında ayrı-ayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında ayrı-ayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərində olan şəxslərin mənzil satıldıqdan sonra bir ay ərzində həmin mənzillərdən çıxarılması, ipoteka predmetinin satışından əldə ediləcək məbləğ tələbin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin qanunvercilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh3 SOCAR-ın xeyrinə tutulması barədə” qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(019)-445/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh3 39363 GBP (Britaniya funt sterlinqi) məbləğində təhsilə çəkilmiş xərclərin, 31 manat həcmində dövlət rüsumu və 32 manat həcmində xidmət haqqının alınaraq SOCAR-ın xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında ayrı-ayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında ayrıayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərində olan şəxslərin mənzil satıldıqdan sonra bir ay ərzində həmin mənzillərdən çıxarılması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(019)-445/2016 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 Ramamzan oğlu, Cavabdeh2 və Cavabdeh8 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)- 741/2016 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(019)-445/2016 saylı qətnaməsi qismən - Balakən rayonu Hənifə kəndində yerləşən Cavabdeh8 və Cavabdeh2 məxsus fərdi yaşayış evlərində olan şəxslərin mənzil satıldıqdan sonra bir ay ərzində həmin mənzillərdən çıxarılması hissələrində ləğv edilməsi və iddia tələbi həmin hissədə baxılmamış saxlanılması qərara alınmışdır. X8 Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)- 741/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(019)-445/2016 saylı qətnaməsi dəyişdirilmiş, xx.xx.2013-cü il tarixli 388 saylı ipoteka müqaviləsi ilə Balakən rayonu Hənifə kəndində yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evinin ilkin satış qiyməti 33.500 manat, xx.xx.2013-cü il tarixli 389 saylı ipoteka müqaviləsi ilə Balakən rayonu Hənifə kəndində yerləşən Cavabdeh8 məxsus fərdi yaşayış evinin ilkin satış qiymətinin 37.500 manat müəyyən edilməsi, Cavabdeh3 39363 GBP (Britaniya funt sterlinqi) məbləğində təhsilə çəkilmiş xərclərin, 31 manat həcmində dövlət rüsumu və 32 manat həcmində xidmət haqqının alınaraq SOCAR-ın xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında ayrı-ayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-741/2016 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 Ramamzan oğlu, Cavabdeh2 və Cavabdeh8 kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-2004/2017 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-741/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Yuxarıda göstərilən qətnamələr qanuni qüvvəsini aldığından iş üzrə icra vərəqəsi çıxarılaraq icra olunması üçün aidiyyatı üzrə Balakən rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri çərçivəsində borclular tərəfindən icra vərəqəsi üzrə borc ödənilmədiyindən ipoteka ilə yüklü edilmiş əmlakrın açıq hərracda satılması üçün hərrac mərkəzinə göndərilmişdir. "xxxx" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Balakən rayonu üzrə İcra və Probasiya Şöbəsi ilə birgə tərtib edilmiş xx.xx.2020-ci il tarixli 17/02-4, 17/02-5 saylı hərracın yekunları barədə protokolları və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən, Cavabdeh8 və Cavabdeh2 Qurban oğluna məxsus Balakən rayonu, Hənifə kəndində yerləşən fərdi yaşayış evləri ARDNŞ tərəfindən alınmışdır. Cavabdeh2 mülkiyyətində olmuş Balakən rayonu Həniə kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyət hüquqları SOCAR-a keçmiş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı verilmişdir. Həmin mənzildə hazırda Cavabdeh2 ilə birgə ailə üzvlərindən Cavabdeh1, Cavabdeh3, Cavabdeh7 yaşayır. Cavabdeh8 mülkiyyətində olmuş Balakən rayonu Həniə kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyət hüquqları SOCAR-a keçmiş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı verilmişdir. Həmin mənzildə hazırda Cavabdeh8 ilə birgə ailə üzvlərindən Cavabdeh4, Cavabdeh5 və X4 yaşayır. Məhkəmənin nəzərinə çatdırılır ki, cavabdehlər hal-hazırkı vəziyyətdə SOCAR-ın xüsusi mülkiyyətində olan fərdi yaşayış evlərində qanunsuz olaraq məskunlaşırlar və həmin şəxslərin könüllü olaraq mənzilləri tərk etməməsi səbəbindən əmlak üzərində sərəncam vermək və istifadə hüquqlarından məhrum olunurlar. Mübahisəli məbzillərdə cavabdehlərin və üçüncü şəxsslərin hər hansı istifadə hüquqları mövcud deyildir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilir.

Birinci instansiya məhkəməsində icraat

6. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5 və Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(019)-143/2023 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(019)-445/2016 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh3 39363 GBP (Britaniya funt sterlinqi) məbləğində təhsilə çəkilmiş xərclərin, 31 manat həcmində dövlət rüsumu və 32 manat həcmində xidmət haqqının alınaraq SOCAR-ın xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında ayrı-ayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında ayrı-ayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərində olan şəxslərin mənzil satıldıqdan sonra bir ay ərzində həmin mənzillərdən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-741/2016 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli, 2 (019)-445/2016 saylı qətnaməsi dəyişdirilmiş, 19 noyabr 2013cü il tarixli 388 saylı ipoteka müqaviləsi ilə Balakən rayonu Hənifə kəndində yerləşən Cavabdeh2 Qurban oğluna məxsus fərdi yaşayış evinin ilkin satış qiyməti 33.500 manat, 19 noyabr 2013-cü il tarixli 389 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş Balakən rayonu Hənifə kəndində yerləşən Cavabdeh8 məxsus fərdi yaşayış evinin bazar dəyəri 37.500 manat məbləğində müəyyən edilmiş, qətnamə Cavabdeh3 39363 GBP (Britaniya funt sterlinqi) məbləğində təhsilə çəkilmiş xərclərin, 31 manat həcmində dövlət rüsumu və 32 manat həcmində xidmət haqqının alınaraq SOCAR-ın xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında ayrı-ayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-741/2016 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli 2(019)-445/2016 saylı qətnaməsi qismən - Balakən rayonu Hənifə kəndində yerləşən Cavabdeh8 və Cavabdeh2 məxsus fərdi yaşayış evlərində olan şəxslərin mənzil satıldıqdan sonra bir ay ərzində həmin mənzillərdən çıxarılması hissələrində ləğv edilmiş və iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-2004/2017 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-741/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələr qanuni qüvvəsini aldığından iş üzrə icra vərəqəsi çıxarılaraq icra olunması üçün aidiyyatı üzrə Balakən rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmiş, qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri çərçivəsində borclular tərəfindən icra vərəqəsi üzrə borc ödənilmədiyindən ipoteka ilə yüklü edilmiş əmlakrın açıq hərracda satılması üçün hərrac mərkəzinə göndərilmişdir. "xxxx" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Balakən rayonu üzrə İcra və Probasiya Şöbəsi ilə birgə tərtib edilmiş xx.xx.2020-ci il tarixli 17/02-4, 17/02-5 saylı hərracın yekunları barədə protokollar və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən, Cavabdeh8 və Cavabdeh2 Qurban oğluna məxsus Balakən rayonu, Hənifə kəndində yerləşən fərdi yaşayış evləri ARDNŞ tərəfindən alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********85-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən Balakən rayonu Hənifə kəndində yerləşən 0.10 ha yaşayış məntəqələrinin torpaqları torpaq sahəsi ümumi birgə Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızının, fərdi yaşayış evi tam Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********97-10301 olan, 1122 invertar qeydiyyat nömrəli 24 dekabr 2021-ci il tarixli Texniki Pasporta əsasən Balakən rayonu Hənifə kəndi fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********97-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən Balakən rayonu Hənifə kəndində yerləşən 0.1589 ha yaşayış məntəqələrinin torpaqları torpaq sahəsi ümumi birgə Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, fərdi yaşayış evi tam Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evində Cavabdeh8 və onun ailə üzvləri olan Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızı və Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evində Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 yaşayırlar və həmin cavabdehlərin bu fərdi yaşayış evlərinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqları, istifadə hüquqları və digər hüquqları mövcud deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

10. Məhkəmə işin müəyyən olunmuş hallarına yuxarıda istinad olunan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab etmişdir ki, hazırki işdə iddia predmetini təşkil edən fərdi yaşayış evlərinə cavabdehlərin sahiblik və istifadə ilə bağlı iddiaçının həmin evlərə mülkiyyət hüquqlarına bu müdaxiləni zəruri edən şərtlər müəyyən edilməmiş, sözügedən evlərə iddiaçının mülkiyyət hüquqlarına müdaxilənin qanuni məqsəd daşıması, bunun təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməsi müəyyən olunmamış, cavabdehlərin həmin evlərə sahiblik və istifadə etmələri ilə bağlı iddiaçının mülkiyyət hüquqlarına müdaxilə ilə əlaqədar iddiaçıya hər hansı kompensasiya təklif edilməmiş və ya ödənilməmiş, mülkiyyətçinin hüquqları ilə evlərə mülkiyyət hüquqlarına müdaxiləyə haqq qazandıracaq ictimai tələbat arasında ədalətli tarazlığın təmin edilməsi halı baş verməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, eyni zamanda iddiaçının cavabdehlərin mənzilə hörmət hüququnun əks olunduğu Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından cavabdehləri evlə-yaşayış sahəsi ilə təmin etmək öhdəliyi yoxdur. Belə öhdəlik dövlət və bələdiyyənin üzərinə düşür. Ona görə də iddianın təmin edilməklə cavabdehlərin sözügedən evlərdən çıxarılması onların mənzil hüququnun pozulması kimi qiymətləndirilə bilməz və əksinə cavabdehlərin heç bir qanuni əsas olmadan həmin evlərə sahiblik etməsi və onlardan istifadə etməsi iddiaçının həmin fərdi yaşayış evlərinə mülkiyyət hüquqlarının və mənzil hüquqlarının pozuntusunu yaradır. Ona görə də cavabdehlərin həmin evlərdən çıxarılması huquqi və faktoloji əsaslara malik olmaq və iddiaçının hüquqlarını bərpa etmək baxımından demokratik cəmiyyətdə zəruridir.

12. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə birmənalı müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021- ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evində Cavabdeh8 və onun ailə üzvləri olan Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızı və Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evində Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 yaşamaqla, həmin yaşayış evlərindən qanunsuz istifadə edib həmin əmlaklara qanunsuz sahiblik etməklə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həmin fərdi yaşayış evlərinə mülkiyyət hüquqlarını əsassız məhdudlaşdırır və həmin evlərə sahiblik etmək, evlərdən istifadə etmək və onlara dair sərəncan vermək hüquqlarını pozurlar. Ona görə də qanunvericiliyin tələbinə əsasən cavabdehlər sözügedən evlərdən məcburi qaydada çıxarılmaqla iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qeyd edilən fərdi yaşayış evlərinə mülkiyyət hüquqları bərpa olunmalıdır.

13. İş üzrə cavabdehlər Cavabdeh8 və onun ailə üzvləri olan Cavabdeh4, Cavabdeh5 və Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evinə və cavabdehlər Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evinə mülkiyyət, istifadə, sahiblik hüquqlarının və sair hüquqlarının olmasını, onların bu hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və həmin evlərdən istifadə və sahiblik hüquqlarının qanuni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinə mümkün etirazın əsaslandırıldığı hər hansı halın mövcudluğunu və bununla da iddianın əsassızlığını sübut edə bilməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə cavabdbeh tərəfin üzərinə düşür.

14. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli qanun normalarına uyğun müvafiq qiymət verərək, hesab etmişdir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh8 və onun ailə üzvləri olan Cavabdeh4, Cavabdeh5 və Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızı və Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 məcburi qaydada çıxarılmalıdır. Həmçinin iddia təmin edildiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 müştərək qaydada alınaraq, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ödənilməlidir

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikаsı Kоnstitusiyаsının 13, 29, 43-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları Bəyannaməsi” nin 18-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 139.4, 140, 146.1, 146.2, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 164.1, 164.2, 165.1, 165.2-ci maddələrinə Avropa Konvensiyasının 8-ci maddəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a)Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti vermişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, hesab edir ki, qəbul edilmiş qətnamə cavabdehlərin maddi və prosessual hüquqların kobud surətdə pozaraq qəbul edilmişdir. İlkin olaraq qeyd etmək istəyir ki, cavabdeh bildirir ki, məhkəmə tərəfindən məhkəmə iclasların keçirilməsi barədə bildirişlər gəlməmişdir və beləliklə məhkəmə iclasları barədə onun məlumatı olmamışdır. Məhkəmə iclasları barədə cavabdehin məlumatı olmaması onun prosessual hüquqlarının pozulmasına gətirib çıxardır və faktiki olaraq cavabdeh məhkəmədə iştirak edərək iddia tələbi ilə bağlı öz mövqəyini bildirə bilməmişdir. İddiaçı tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qeydiyyatda olduğu həmçinin faktiki yaşadığı ünvanla bağlı tam və dolğun məlumatı məhkəməyə təqdim etməlidir və məhkəmə öz növbəsində cavabdehlərə məhkəmə iclasları barədə bildiriş göndərməlidir. Cavabdeh bildirir ki, məhkəmə iclasları barədə bildirişlər ona çatdırılmamışdır və bu səbəbdən məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir.

18. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016- cı il tarixli qətnaməsi və AR Ali Məhkəməsinin xx.xx.2017-ci iltarixli qərarı ilə tanışdılar. Qeyd olunan qərarla bağlı ipoteka iləyüklü edilmiş Balakən rayonu Hənifəkəndində yerləşən fərdi yaşayış evlər hərrac vasitəsilə satışa çıxarılmalı idi. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunan və Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(019)-143/2023 saylı qətnaməsində qeyd olunan "xxxx" MMC-nin hərracın yekunarı barədə protokolları və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərin ARDNŞ-ti tərəfindən alınması barədə heç bir məlumat olmamışdır. Cavabdeh qeyd edir ki, hərracların keçirilməsi ilə bağlı ona bildirişlər gəlməmişdir və bu səbəbdən AR Ali Məhkəməsinin xx.xx.2017-ci iltarixli qərarından sonra cavadbeh tərəfindən heç bir prosessual hərəkət həyata keçirilməmişdir. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, bu günə qədər iddiaçı tərəfində qeyd olunan fərdi yaşayış evləri boşaldılması barədə bildiriş göndərilməmişdir. Bir sözlə cavabdeh bildirir ki, qeyd olunan mənzillər iddiaçının mülkiyyətinə keçməsi ilə bağlı məlumatları olmamışdır.

19. Bundan əlavə olaraq, bildirmək istəyir ki, iddiaçı qeyd edir ki, fərdi yayayış evlər ipoteka predmeti olaraq müqavilələrdə çıxış edirdilər və mülkiyyətçi tərəfindən müqaviləni imzalayaraq qeyd olunan mənzilləri ipotekaya qoymuşdur. Lakin iddiaçı hazırki iddia tələbində evlərin mülkiyyətçilərindən başqa qeyd olunan mənzildə faktiki olaraq yaşayan və həmən fərdi yaşayış evindən istifadə hüquqları olan şəxsləri cavabdeh qoyaraq, qeyd olunan şəxslərin qeyd olunan fərdi yaşayış evlərdən istifadə hüquqlarını kobud surətdə pozmuşdur. Hesab edir ki, məhkəmə tərəfindən araşdırılmamışdır ki, qeyd olunan evlərin mülkiyyətçilərdən başqa yaşayan ailə üzvlərinin evdən istifadə hüququ pozulurmu və ümiyyətlə ailə üzvlərinin qeyd olunan əmlakı ipotekaya qoyulması ilə bağlı razılığı alınmışdır ya yox. Hesab edir ki, hər bir cavabdehin adını qeyd edərək, iddiaçı sübuta yetirməlidir ki, həmən şəxslərin qeyd olunan evdən istifadə hüququ yoxdur və məhkəmədə bu məsələyə diqqət yerilməmişdir.

20. Məhkəmə qətnamədə qeyd edir ki, iddiaçının cavabdehlərin mənzilə hörmət hüququnun əks olunduğu Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından cavabdehləri evlə-yaşayış sahəsi ilə təmin etmək öhdəliyi yoxdur. Qeyd etmək istəyir ki, iddiaçı və mülkiyyətçi (cavabdeh) arasında bağlanmış ipoteka müqaviləsində mənzilin hərracdan satıldığı halda cavabdehin mənzillə təmin edilməsi öhdəlik qeyd edilməsinə baxmayaraq, faktiki olaraq iddiaçı cavadbehləri mənzildən çıxardılması ilə bağlı iddia tələbi irəli sürərkən, evin mülkiyyətçisini və onun ailə üzvlərin qeyd olunan mənzildən istifadə hüquqlarını pozur.

21. Məhkəmə qətnamədə cavabdehlərin evlə təmin olunması öhdəliyini faktiki olaraq dövlət və bələdiyyənin üzərinə düşməsini qeyd edir və AR Konstitusiyasının 43cü, həmçinin Mənzil Məcəlləsinin 48-ci maddəsini qeyd edərək bildirir ki, cavabdehlər dövlət orqanlarına və bələdiyyələrə müraciət edərək yaşayış yeri ilə təmin edilə bilərlər. Qeyd etmək istəyir ki, əlbəttə ki, AR Konstitusiyasının 43-cü maddəsinə əsasən dövlət yaşayış binalarnın və evlərinin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirimək üçün xüsusi tədbirlər görür. Lakin bildirmək istəyir ki, məhkəmə qətnamədə qeyd olunan mənzil hüquqlarından mənzili ümiyyətlə olmayan və mənzildən isitifadə hüquqları olmayan şəxslərə aiddır, qeyd olunan işin faktlarından isə görünür ki, uzun illərdi cavabdehlər qeyd olunan fərdi yaşayış evlərində yaşayırlar və istifadə edirlər. İddiaçı isə kompensasiya tələbi irəli sürməyərək, cavabdehlərin mənzildən istifadə hüquqlarını pozaraq cavabdehləri mənzildən məcburi çıxarılmasına çalışır. Hesab edir ki, bu istiqamətdə məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmamışdır.

22. Qətnamədə qeyd edilir ki, müdafiə dairəsinə düşən mülkiyyət hüququ müstəqil mənaya malikdir və fərdi sahiblik və istifadə hüququ ilə yanaşı, müəyyən gözləntilərin, iqtisadi maraqlarını da mülkiyyət kimi qəbul edir. Əlavə olaraq qətnamədə qeyd edilir ki, hazırki işdə iddia predmetini təşkil edən fərdi yaşayış evlərinə cavabdehlərin sahiblik vəistifadə ilə bağlı iddiaçının həmin evlərə mülkiyyət hüquqlarına bu müdaxiləni zəruri edən şərtlər müəyyən edilməmişdir. Hesab edir ki, iddia predmeti olan fərdi yaşayış evlərə iddiaçının mülkiyyətinə keçəndən sonra cavabdehlər qanunsuz olaraq girib həmən evdə yaşayıb və istifadə edərdilərsə məhkəmənin qeyd olunan mövqəyi ilə razılaşmaq olardı, lakin iddiaçı cavabdeh mülkiyyətçilərlə ipoteka müqaviləsi bağladığı zaman bilirdir ki, qeyd olunan mənzildə mülkiyyətçilər və onların ailə üzvləri faktiki olaraq qediyyatdadılar və qeyd olunan fərdi yaşayış evlə bağlı hər birinin ayrılıqda evdən istifadə hüquqları vardır. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, işin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan fərdi yaşayış evləri artıq 3 ildən çoxdur ki, iddiaçının mülkiyyətinə keçmişdir və bu müddət ərzində iddiaçı tərəfindən cavabdehləri fərdi yaşayış evindən çıxardılması ilə bağlı hər hansı addımlar atmamışdır, beləliklə öz hərəkətləri ilə iddiaçı faktiki olaraq cavabdehlərin qeyd olunan fərdi yaşayış evlərindən yaşayış və istifadə hüququnu tanımışdır. Hesab edir ki, bu fakt məhkəmə tərəfindən tam araşdırılmamışdır.

23. Məhkəmə qətnamədə AR Mülki Məcəllənin 157.2-ci maddəsini qəeyd edərək bildirir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edilməsi üçün üç dispozitiv şərtlərinin mövcüd olmasını sübuta yetirməlidir. Şərtlərindən biri başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Bildirmək istəyir ki, qeyd olunan mübahisəli fərdi yaşayış evlər cavabdelərin mülkiyyətində olmuşdur və xx.xx.2020-ci il tarixində iddiaçı qeyd eydiyi alqı-satqı müqaviləsi nəticəsində iddiaçının mülkiyyətinə keçmişdir. Hesab edir ki, cavabdehlərin qeyd olunan fərdi yaşayış evlərdən istifadə edilməsi qeyri-qanuni olmamışdır, iddiaçının mülkiyyətinə keçməkdən öncə qeyd olunan evlərdə faktiki olaraq cavabdehlər qanuni olaraq yaşaırdılar. Evlər halhazırda iddiaçının mülkiyyətində olması, cavabdehlərin mənzildən istifadə hüququna avtomatik olaraq gətirib çıxartmır. Bununla bağlı tərəflər arasında müqavilə bağlandığı zaman razılıq əldə etməmişdilər.

24. Bildirmək istəyir ki, məhkəmə iclasları barədə cavabdehlərə bildiriş gəlməmişdir. Eyni zamandan qeyd etmək istəyir ki, cavabdehlərin fərdi yaşayış evindən istifadə edilməsi ilə bağlı hüquqların olub-olmaması tam və obyektiv araşdırılmamışdır. Məhkəmə qətnaməsini əsaslandıraraq qeyd olunan fərdi yaşayış evlərin iddiaçının mülkiyyətində olmasını dəfələrlə bildirir, lakin həmən evlərdən cavabdehlərin istifadə və yaşamaq hüquqları barədə mövqəyi bildirməmişdir.

25. Qətnamə yalnız iddiaçı tərəfindən təqdim edilən sübutlar əsasında qəbul edilmişdir. Cavabdeh bildirmişdir ki, məhkəmə iclasları barədə məlumatsız olmuşdur və buna görədə məhkəmədə iştirak edərək iddiaçının dəlirləri ilə bağlı mövqəyini bildirmək və məhkəməyə sübutları təqdm etmək imkanı olmamışdır

26. Hakim qəbul etdiyi qətnamədə dəfələrlə iddiaçının mülkiyyət hüquqlarının pozulduğunu qeyd edir və digər tərəfdən cavabdehlərin fərdi yaşayış evlərdən istifadə hüquqların olmamasını bildirir. Qeyd etmək istəyir ki, iddia predmeti olan evlər, ipoteka predmeti olmamışdan əvvəl cavabdehlərin mülkiyyətində idi və ailə üzvləri ilə birlikdə qeyd olunan evlərdə cavabdehlər yaşamışdılar. Qeyd olunan evlər iddiaçının mülkiyyətinə keçməsi avtomatik olaraq, əvvəldən orda yaşayan cavabdehlərin və onların ailə üzvlərinin qeyd olunan evdən istifadə hüquqlarını itirilməsinə gətirib çıxartmamalıdır. Bundan əlavə olaraq nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən alqı-satqı müqaviləsindən bəlli olur ki, xx.xx.2020-ci il tarixində artlq evlərin alqı-satqı müqaviləsi təsdiq edilmişdir və bu halda sual yaranır ki, 3 il müddətində iddiaçı cavabdehlərin qeyd olunan evlərdən çıxardılması üçün niyə heç bir hərəkət etməyib. Faktiki olaraq iddiaçının 3 il müddətində hərəkətsizliyi ilə cavabdehlərin həmən evdə yaşamaq və evdən istifadə etmək hüquqlarını tanımışdır. Hesab edir ki, cavabdehlərin qeyd olunan evlərlə bağlı isifadə hüquqları məhkəmə tərəfindən tam şəkildə araşdırılmamışdır.

27. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəməyə bildirir ki, cavabdehlərin idida predmeti olan evlərdə yaşamaqları və istifadə etməkləri qeyriqanunidir. Məhkəmə öz növbəsində iddiaçının mövqəyi ilə razılaşaraq hesab edirki, AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələbləri kobud surətdə cavabdehlər tərəfindən pozulduğu sübut edilmişdir. Lakin faktiki olaraq cavabdehlərin qeyri-qanuni olaraq qeyd oluna evlərdə yaşamaqları hesab edir ki, iddiaçı tərəfindən tam sübuta yerilməmişdir, məhkəmə tərəfindən isə cavabdehlərin qeyd olunan fərdi yaşatış evlərdən istifadə hüquqların itirilməsi tam araşdırlmamışdır. Yuxarıda qeyd etdiyi ki, iş üçün mühüm hal ondan ibarətdir ki, cavabdehlər qeyd olunan fərdi yaşayış evə iddiaçının mülkiyyətinə keçendən sonra girib yaşamamışdılar, cavabdehlər əvvəldən qeyd olunan evdə istifadə etmişdilər, qeyd oluna evdə qeydiyyatdadılar və ən əsası artıq iddiaçının mülkiyyətinə evlər keçəndən sonrada 3 ildən çoxdur ki, qeyd olunan evdən isitifadə edirlər.

28. Hesab edir ki, məhkəmə iddia predmeti olan fərdi yaşayış evləri iddiaçının mülkiyyətində olmasını qeyd edərək və bu fakta əsaslanaraq, cavabdehlərin qeyd olunan evlərdə heç bir hüquqları olmaması iləbağlı gəldiyi nəticə, işin hallarını tam əks etdirmir. Belə ki, işin hallarından görünür ki, iddiaçı cavabdehlərlə ipoteka müqaviləsini bağladığı zaman bilirdir ki, qeyd olunan evdə cavabdehlər öz ailə üzvləri ilə faktiki olaraq yaşayırlar və həmin evlərdən istifadə edirlər.

29. Qeyd olunan ipoteka predmeti alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçdikdən sonra isə cavabdehlərin qeyd olunan evlərdə yaşamaqlarına və evlərdən istifadə etməklərinə qadağan edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixindən bu günə kimi iddiaçı tərəfindən heç bir hərəkət olmamışdır. Hesab edir ki,iddiaçının susmağı faktiki olaraq, cavabdehlərin qeyd olunan evlərdən istifadə etmək hüquqlarını tanınması kimi qiymətləndirilməlidir və belə olan halda cavabdehlərin qeyd olunan evlərdən isitifadə hüquqların itirilməsi ilə bağlı iddiaçının mövqəyi sübuta yetirilməlidir. Qeyd etmək istəyir ki, cavabdehlərin uzun illərdi yaşadığı və istifadə etdiyi evlərdən istifadə hüquqların itirilməsi iddiaçı tərəfindən tam sübuta yetirilməmişdir.

30. Odur ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-143/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

34. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh8, Cavabdeh2, Cavabdeh1, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızı və cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun; 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

38. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

41. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

42. Cavabdeh3 Balakən Rayon Məhkəməsinin e-2(019)-143/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etsə də, mübahisənin predmeti bölünməz deyildir və onun digər cavabdehlərin adından çıxış etməsi üçün müvafiq səlahiyyəti yoxdur. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın Cavabdeh3 münasibətdə təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın Cavabdeh3 münasibətdə təmin edilmiş hissəsində gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

44. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh3 münasibətdə iddianın təmin edilmiş hissəsində ləğv olunması üçün əsas yoxdur.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

46. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Cavabdeh3 arasında 19 noyabr 2013-cü il tarixdə bağlanmış təqaüdçünün təhsilinin təşkili haqqında müqavilə üzrə Cavabdeh3 təhsilinin maliyyələşdirilməsi məqsədi ilə 39892 GBP (Britaniya funt sterlinqi) məbləğində vəsait ayrılmışdır. Həmin müqavilənin 2.4.15-ci bəndinə əsasən təqaüdçü Cavabdeh3 təhsilini başa vurduqdan sonra ARDNŞ-nin mülahizəsinə müvafiq təklif edilən müəssisələrdən biri ilə əmək müqaviləsi bağlayaraq 5 il işləməyi, müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda, həmçinin yerinə yetirməkdən imtina etdikdə müqavilə üzrə çəkilən bütün xərcləri ödəməyi öhdəsinə götürmüşdür. 19 noyabr 2013-cü il tarixdə bağlanmış təqaüdçünün təhsilinin təşkili haqqında müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ayrı-ayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evləri ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən müqavilə öhdəliklərinə əməl edilərək Cavabdeh3 təhsilinin maliyyələşdirilməsi həyata keçirilməsinə baxmayaraq, Cavabdeh3 müqavilə öhdəliklərinə əməl etməmiş, bu səbəbdən də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iddiası əsasında məhkəmə qərarları ilə Cavabdeh3 pulun tutulması və ipoteka ilə yüklü edilmiş Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərinə tutmanın yönəldilməsi qərara alınmışdır. Məhkəmə qətnamələri qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, ipoteka ilə yüklü edilmiş əmlakların açıq hərracda satılması hərrac təşkilatına həvalə edilmişdir. "xxxx" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Balakən rayonu üzrə İcra və Probasiya Şöbəsi ilə birgə tərtib edilmiş xx.xx.2020-ci il tarixli 17/02-4, 17/02-5 saylı hərracın yekunları barədə protokollar və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən, Cavabdeh8 və Cavabdeh2 Qurban oğluna məxsus Balakən rayonu, Hənifə kəndində yerləşən fərdi yaşayış evləri ARDNŞ tərəfindən alınmışdır. Bundan sonra daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********97-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən Balakən rayonu Hənifə kəndində yerləşən 0.1589 ha həyətyanı torpaq sahəsi ümumi birgə Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, fərdi yaşayış evi tam Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və iddiaçı mülkiyyətində olan evdən cavabdehlərin çıxarılmalarını tələb etmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada dəyərləndirmə aparır:

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən məhkəmə iclaslarının keçirilməsi barədə bildirişlərin ona çatdırılmaması, bu səbəbdən məhkəmə iclaslarında iştirakının təmin edilməməsi, beləliklə məhkəmə iclasları barədə onun məlumatının olmamasına dair dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından göründüyü kimi Cavabdeh3 “Elektron məhkəmə” infornmasiya sistemində qeydiyyatdan keçmiş və bütün məhkəmə iclaslarının məhkəmə bildirişləri onun həmin sistemdə yaradılmış “elektron kabinet”inə yerləşdirilmişdir. Hətta Cavabdeh3 09 yanvar 2023-cü il tarixdə Balakən Rayon Məhkəməsinə göndərdiyi ərizəsində məhkəmə iclasında iştirak edə bilməyəcəyindən xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının təxirə salınmasını da xahiş etmiş, lakin məhkəmə iclaslarında iştirak etməmişdir. Həmin məsələ üzrə məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

49. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

50. Apellyasiya şikayətinin cavabdehin Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evinin ARDNŞ-ti tərəfindən alınması barədə heç bir məlumatının olmamasına dair dəlili ilə də razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir.

51. Mülki iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli 388 saylı ipoteka müqaviləsi bağlanaraq Balakən rayonu, Hənifə kəndində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və müqavilə üzrə ipotekaqoyan qismində Cavabdeh2 iştirak etmişdir.

52. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələbinə əsasən hərracın keçirilməsinə dair bildiriş ipoteka saxlayana və ipoteka qoyana göndərilir. Yəni həmin normada bildirişin ipotekaqoyanın ailə üzvlərinə göndərilməsi nəzərdə tutulmamışdır.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin evdən istifadə hüququnun kobud surətdə pozulması, qeyd olunan əmlakın ipotekaya qoyulması ilə bağlı razılığının alınmaması, iddiaçının kompensasiya tələbini irəli sürməməsi, qeyd olunan fərdi yaşayış evli ilə bağlı evdən istifadə hüququnun olması, fərdi yaşayış evinin 3 ildən çoxdur ki, iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq, bu müddət ərzində iddiaçı tərəfindən fərdi yaşayış evindən çıxardılması ilə bağlı hər hansı addımlar atılmaması, beləliklə öz hərəkətləri ilə iddiaçının faktiki olaraq fərdi yaşayış evindən istifadə hüququnu tanıması, evin hazırda iddiaçının mülkiyyətində olmasının cavabdehin mənzildən istifadə hüququnun avtomatik xitamına gətirib çıxartmaması, bununla bağlı tərəflər arasında müqavilə bağlandığı zaman razılıq əldə edilməməsi, iddiaçının mülkiyyətinə keçəndən sonra da 3 ildən çoxdur ki, qeyd olunan evdən isitifadə etməsi, uzun illərdi yaşadığı və istifadə etdiyi evdən istifadə hüququnun itirilməsinin iddiaçı tərəfindən tam sübuta yetirilməməsinə dair dəlillərini də əsaslı hesab etmir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinin də tələbindən göründüyü kimi ipoteka predmetinin satışından sonra onu tərk etmə əsası yalnız buna dair götürülmüş notariat qaydasında təsdiq edilmiş öhdəlikdən ibarət deyildir. Belə ki, yaşayış evinin və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğu halda da, həmin yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanla birlikdə yaşayan ailə üzvü yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidir. Cavabdeh3 isə 19 noyabr 2013-cü il tarixdə bağladığı müqavilə öhdəliklərinə əməl etmədiyindən müqavilə üzrə çəkilən bütün xərcləri ödəmək vəzifəsi olmuşdur. Bununla bağlı tərəflər arasında müqavilə bağlandığı zaman razılıq əldə edilməməsi sonradan həmin tələbin ayrıca icraatda irəli sürülməsini istisna etmir. Həmçinin qeyd edilən vəziyyətdə ipotekanı əldə edənin kompensasiya tələbini irəli sürməli olması kimi bir vəzifəsi nəzərdə tutulmamışdır.

54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinin kreditin qaytarılması üçün ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olmalarına dair müdəası ipoteka predmeti olan yaşayış evinə istifadə hüququna xitam verilməsini ehtiva edir və bu halda istifadə hüququnun itirilməsinin əlavə sübuta ehtiyacı yoxdur.

55. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 3 ildən də çox müddət ərzində cavabdehin evdən çıxarılması tələbini irəli sürməməsi, iddiaçının mülkiyyətinə keçəndən sonra da 3 ildən çoxdur ki, qeyd olunan evdən isitifadə etməsi humanistlik əlaməti kimi qəbul edilməklə, iddiaçının fərdi yaşayış evindən istifadə hüququnu tanıması kimi şərh edilə bilməz.

56. Beləliklə birinci instansiya məhkəməsi Cavabdeh3 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mülkiyyətinə keçmiş, lakin hazırda yaşadığı evdən istifadə hüququnun olmaması nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ipoteka müqaviləsində mənzilin hərracdan satıldığı halda cavabdehin mənzillə təmin edilməsinin öhdəlik qeyd edilməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan 19 noyabr 2013-cü il tarixli, 388 saylı ipoteka müqaviləsində ipoteka predmeti olan mənzilin hərracdan satıldığı halda Cavabdeh3 mənzillə təmin edilməsinə dair Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən heç bir öhdəlik götürülməmişdir.

58. Bundan başqa apellyator apellyasiya şikayətində mübahisə predmeti olan mənzildə faktiki olaraq qediyyatda olduğunu bildirmişdir.

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

60. Kollegiya qeyd edir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər.

61. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********97-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndində 0.1589 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

62. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

63. Sadalanan prosessual hüquq normalarına görə hazırkı iş üzrə də iddia ərizəsində göstərilən fərdi yaşayış evinin iddiaçıya məxsus olduğunu və bu mənzilin cavabdehin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür.

64. İddiaçı isə məhkəməyə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli fərdi yaşayış evinin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir.

65. Göründüyü kimi məhkəmə kollegiyasının iclasında işin faktiki hallarından mübahisəli fərdi yaşayış evinin tam mülkiyyət hüququ ilə iddiaçıya, yəni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olduğu, Cavabdeh3 isə həmin fərdi yaşayış evindən qanunsuz istifadə etməsi müəyyən olunmuşdur.

66. Belə olan halda kollegiya hesab edir ki, mübahisəli evin mülkiyyətçisi olan iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Cavabdeh3 mülkiyyətində olan evdən çıxarılmasını tələb etməkdə haqlıdır.

67. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.

68. Beləliklə məhkəmə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh3 münasibətdə iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh3 apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(019)-143/2023 saylı qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(019)-143/2023 saylı qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar