Məhkəmə qərarları › İş №2(107)-1159/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1159/2024

19.09.2024 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1159/2024 19.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tapşırığın icrası nəticəsində əldə edilmiş pulun, habelə maddi və mənəvi zərərin, gecikdirilmiş pul üzrə faizin vəkalət verənə qaytarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: şikayətin qeyri-mümkünlüyü, vəkil orderi) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı tapşırığın icrası nəticəsində əldə edilmiş pulun, habelə maddi və mənəvi zərərin, gecikdirilmiş pul üzrə faizin vəkalət verənə qaytarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(037)-450/2024 saylı qərardadından İddiaçı nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavadeh Cavabdeh ona verilmiş tapşırığın icrası nəticəsində mənzilin alğısatqısından əldə etdiyi 174.000 manat, habelə xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi vermədiyi həmin məbləğin gecikdirilməsi üçün hər il üçün 10 faiz olmaqla 5 il üçün 870.000 manat, mənəvi ziyana görə 15000 manat, valideynlərindən qalmış miras əmlakın dəyəri 7500 manat olmaqla, ümumilikdə 283000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. İsmayıllı Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(037)-450/2024 saylı qərardadı ilə İddiaçı iddiadan imtinası qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “tapşırığın icrası nəticəsində əldə edilmiş pulun, habelə maddi və mənəvi zərərin, gecikdirilmiş pul üzrə faizin vəkalət verənə qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı nümayəndəsi Vəkil2 tərəfindən şikayət və ötürülmüş müddətin bərpası barədə ərizə verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(037)-450/2024 saylı qərardadı ilə müddətin bərpa edilməsindən imtina edilmişdir. İddiaçı nümayəndəsi Vəkil2 həmin qərardaddan şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(037)-450/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, “İddiaçı və vəkili Vəkil2 və İddiaçı cavabdehlər X2, X3, Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş uzrə iddia tələbinə Yasamal rayon Məhkəməsində baxılaraq xx.xx.2022-cı ıl tarixli 2(004)-3496/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bundan sonra həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsi tərəfindən 02 02.2023-cü il tarixli 2(103)- 1193/2023 qətnamə ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3496/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qətnamələr və qərar məhkəmənin elektron sisteminə əlavə edilmişdir. Bundan sonra İddiaçı vəkli Vəkil2 tərəfindən həmin qətnamədən xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin verilməsi üçün İddiaçılə Vəkil2 arasında hüquqi yardım haqqında müqavilə imzalanmış və Vəkil2 fəaliyyət göstərdiyi 10 saylı büro tərəfindən xx.xx.2024-cü il tarixdə 190 saylı order verilmiş və həmin orderə Vəkillər Kollegiyasının ******* nömrəli markası vurulmuşdur. Orderin məzmununda hüquqi yardım görərilən şəxsin İddiaçı olduğu, tapşırığın məzmununun kasaaslya şikayəti verməkdən ibarət olduğu və tapşırığın yerinə yetirildiyi təşkilatın isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası olduğu göstərilmişdir. Həmin order əsasında Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin məlum qətnaməsindən kassasiya şikayəti vermiş və Ali Məhkəmənin Miiki Kollegiyasının 2(102)-2412/2023 nömrəli xx.xx.2023 tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 fevral 2023-cü il tarixli, 2(103)- 1193/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı tərəfindən hazırki iddia ilə-xx.xx.2024-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin iş üzrə elektron sistemə vəkil orderi əlavə edilməmiş, order məhkəmənin gedişində Vəkil2 tərəfindən hakimə əlbəəl verilmişdir. Həmin order məhkəmə tərəfindən elektron sistemə əlavə edilmiş və elektron sistemdə orderin tarixi diqqətini cəlb etmiş və araşdırma aparılarkən həmin orderin əslində İsmayıllı rayon məhkəməsində verilmiş iddia üzrə İddiaçı hüquqların, təmsil etmək üçün deyil, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında kassasiya verilməsi üçün verildiyi müəyyən olunmuşdur.” İş materiallarından müəyyən оlunmuşdur ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə təqdim edilmiş order xx.xx.2023-cü il tarixli ******* nömrəli orderdir. Müqavilənin nömrəsi 190 olaraq qeyd edilmişdir. Həmin orderin “Tapşırığın məzmunu və işin mərhələsi” hissəsində ağardıcı maddə ilə silinmə həyata keçirilmiş, ikinci sətirdən “Mülki işlə əlaqədar iddia vermək” sözləri yazılmışdır. “Tapşırığın yerinə yetirildiyi təşkilat” hissəsində “Azərbaycan Respublikası” sözlərindən sonra ağardıcı maddə ilə silinmə həyata keçirilmiş, silinən sözlərin ardından “İsmayıllı Rayon Məhkəməsi” sözləri yazılmışdır. Orderin aşağı hissəsində sağ, orta və sol tərəflərdə olmaqla üç eyni məzmunlu möhür vurulmuşdur. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 göndərdiyi ərizəyə Vəkil2 İddiaçı hüquqi yardım göstərməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ******* nömrəli order başqa bir order əlavə edilmişdir. Müqavilənin nömrəsi 190 olaraq qeyd edilmişdir. Həmin orderin “Tapşırığın məzmunu və işin mərhələsi” hissəsində birinci sətirdə “kassasiya şiakyəti vermək” sözləri, “Tapşırığın yerinə yetirildiyi təşkilat” hissəsində “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası” sözləri qeyd edilmişdir. Həmin orderin aşağı orta hissəsində bir ədəd möhür vurulmuşdur. Vəkil1 ərizəyə əlavə etdiyi orderdə olan yazılarla Vəkil2 tərəfindən məhkəməyə verilmiş orderdəki silinmiş hissələrin yerləşmə yeri müqayisə edildikdə tam uyğunluq müəyyən edilir. Həmçinin, Vəkil1 ərizəsinə İddiaçı vəkili olaraq Vəkil2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 fevral 2023-cü il tarixli, 2(103)-1193/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti əlavə edilmişdir ki, həmin kassasiya sonunda qeyd edilmiş verilmə tarixi orderin tarixi olan xx.xx.2023-cü illə eynilik təşkil edir. Həmin kassasiya şiakyətində vəkil barədə məlumatlarda qeyd edilmiş orderin tarixi və nömrəsi xx.xx.2023-cü il və ******* olduğu görünür. Qeyd edilməlidir ki, hazırki iş üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü ildə verilmişdir. O cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlar üzrə axtarış sistemindən əldə edilmiş anonimləşdirilmiş 2(102)-2412/2023 nömrəli xx.xx.2023 tarixli qərardan görünür ki, həqiqətən həmin qərarla Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 fevral 2023-cü il tarixli, 2(103)-1193/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərdən o nəticəyə gəlmək olur ki, Vəkil2 məhkəməyə saxtalaşdırılmış vəkil orderi təqdim etməklə səlahiyyəti olmadan məhkəmədə iştirak etmiş, həmçinin məhkəmə aktından şikayət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Eyni zamanda, həmin Məcəllənin 69.1-1 maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, iddiaçının nümayəndəsi, həmçinin vəkili qismində iştirak edən şəxsin həmin iş üzrə vəkil qismində çıxış etməyə və məhkəmə aktından şiakyət verməyə səlahiyyəti olub-olmadığını müəyyən etmədən, bir sözlə şikayətin MPM-ə uyğunluğunu yoxlamadan şikayətə baxaraq təmin etməyərək baxılması üçün Apellyasiya məhkəməsinə göndərmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1.1-1-ci mаddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, həmçinin həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, İsmayıllı Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(037)-450/2024 saylı qərardadından İddiaçı nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 və 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: İsmayıllı Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(037)-450/2024 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar