Məhkəmə qərarları › İş №2(107)-1160/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1160/2025

21.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1160/2025 21.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə aparılması nəzərdə tutulmuş ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə aparılması nəzərdə tutulmuş ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, e-2(033)-865/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında bаxаrаq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X2 verilmiş Zaqatala rayonu, Mazıx kəndində yerləşən 0.1161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, e-2(033)-865/2025 saylı qətnaməsi ilə (hakim Zərifə Məmmədova) iddia təmin edilmiş, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X1 mülkiyyətinə verilmiş Zaqatala rayonu Mazıx kəndində yerləşən 0.1161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manatın onun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh nümayəndəsi Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir. İş apellyasiya icraatına qəbul olunduqdan sonra Zaqatala Rayon Məhkəməsinin sədri X8 Apellyasiya Məhkəməsinə 21 noyabr 2025-ci il tarixli məktub ünvanlayaraq göstərmişdir ki, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə aparılması nəzərdə tutulmuş ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair Zaqatala Rayon Məhkəməsinin 28 iyul 2025ci il tarixli, e-2(033)-865/2025 nömrəli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayəti baxılması üçün mülki iş Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, daha sonra Cavabdeh və onun nümayəndəsi Nümayəndə həmin qətnaməyə izah verilməsinə dair ərizə iətlə məhkəməyə müraciət etmişdirlər. Odur ki, “qətnamənin izah edilməsi” barədə Cavabdeh və onun nümayəndəsi Nümayəndə ərizəsinə baxılması üçün e-2(033)-865/2025 (Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-1160/2025 saylı) saylı mülki işin Zaqatala Rayon Məhkəməsinə göndərilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytarılması barədə apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Hazırki müraciətdə də qətnaməyə izah verilməsinin istənildiyi görünür ki, müraciətlə bağlı qəbul ediləcək qərar apellyatorların sonraki mövqelərinə təsir edə bilər. Ona görə də bu halda da müraciət təmin olunmalı, iş qətnaməyə izah verilməsi məsələsinə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Zaqatala Rayon Məhkəməsinin sədri Vüqar Məmmədovun müraciəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin icraatına daxil olmuş, Zaqatala Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, e-2(033)-865/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə olan 2(107)-1160/2025 saylı iş Zaqatala Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, e-2(033)-865/2025 saylı qətnaməsinin izah edilməsi barədə Cavabdeh və onun nümayəndəsi Nümayəndə ərizəsinə baxılması məqsədilə Zaqatala Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar