Məhkəmə qərarları › İş №2(107)-1161/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1161/2021

20.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1161/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, şikayət vermiş şəxs Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi qarşı qohumluq faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(051)-909/2019 nömrəli qərardadından Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun anasının X4 olmasının müəyyən edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(051)-909/2019 saylı qətnaməsinə əsasən X2 Ərizəçi anası olması faktı müəyyən olunması, Ərizəçi doğum haqqında şəhadətnaməsinin ana qrafasında qeyd olunmuş X3 X1 yazılması qət edilmişdir. Maraqlı şəxs2 apellyasiya şikayəti ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(051)-909/2019 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(051)-909/2019 nömrəli (hakim Ə.Hüseynov) qərardadı ilə Maraqlı şəxs2 13 mart 2019-cu il tarixli, 2(051)-909- 2019 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi tələbinə dair apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan cavabdeh şikayət verərək Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(051)-909/2019 nömrəli qərardadını ləğv edib apellyasiya şikayətinə baxılması üçün işi Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(051)-909/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Ərizəçi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şikayət vermiş şəxs Maraqlı şəxs2 apellyasiya şikayətində qeyd etdyi xüsusatlarla bağlı oxşar məzmunda izahat verdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini şikayət vermiş şəxsin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(051)-909/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İş materialından görünür ki, apellyasiya şikayəti Maraqlı şəxs2 adından yazılmasına baxmayaraq çıxarılmış qətnamənin onun hər hansı hüquqlarına toxunulması iş materialları ilə müəyyən olunmamışdır. Belə ki, öyrənilən işdən bəlli olur ki, Ərizəçi qohumluq faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmiş, lakin nə məhkəmə iclasında nə də Maraqlı şəxs2 apellyasiya şikayətində onun (Maraqlı şəxs2) sözügedən mülki işlə əlaqədar hər hansı hüquqlarına toxunması və pozması müəyyən olunmamışdır. Çünki, Maraqlı şəxs2 mərhum Bayramova (Həsənova) Maral Həsən qızının yaxın qohumu olması iş materiallarında olması öz əksini tapmamışdır. Maraqlı şəxs2 apellyasiya şikayəti vermək və onu imzalamağa hüququ olması müəyyən olunmamışdır. Bundan əlavə iş materiallarından görünür ki, X6 10.01.2020-ci il tarixdə buraxılmış prosessual müddətin bərpası və Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 10.01.2020-ci il tarixli qərardadı ilə şikayətçinin ərizəsi təmin edilməmiş və apelyasiya şikayəti geri qaytarılmdır. Qeyiş bu qərardaddan narazı olaraq 04.02.2020-ci il tarixdə şikayət vermiş, Mingəçevir Şəhər Məhkəməsinin 04.02.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 10.03.2020-ci il tarixli qərardadı ilə X5 şikayəti təmin edilməmiş və Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(051)-909/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. MPM-in 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(051)- 909/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(051)-909/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar