Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1164/2023 09.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Məlikov Vəzirxan İsgəndər oğlu və Rəfiyev Rövşən Rafiq oğlundаn ibarət tərkibdə, İddiaçı X2 və qeyrilərinin Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tаrixli, e-2(019)-808/2023 sаylı “ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə qərаrdаdındаn iddiaçı X2 nümayəndəsi və vəkili İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: X6 və qeyriləri Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonunun Kortala kəndi ərazisində «Şahlıq» adlanan yerdə yerləşən və qanuni ailələrinə məxsus olan ümumi 0.7587 ha torpaq sahəsinin Cavabdeh alınıb onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 11 avqust 2023-cü il tаrixli, e- 2(019)-808/2023 sаylı qərardadı ilə iddiaçı X2 və qeyrilərinin Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, hazırkı iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu hazırkı qərardad qanuni qüvvəyə mindikdən sonra Balakən rayon Maliyyə İdarəsi vasitəsilə iddiaçı X3 nümayəndəsi-vəkili İddiaçı geri qaytarılması, ərizəçilərə iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır. İddiaçı X2 nümayəndəsi və vəkili İddiaçı Balakən Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tаrixli, e-2(019)-808/2023 sаylı qərardadından şikayət verərək, qərardadını ləğv edib işin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 və qeyrilərinin nümayəndəsi və vəkili kimi X4 qarşı qaldırdığı “qanunsuz torpaq zəbt edilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair” iddia ərizəsinə baxaraq Qərardad qəbul edilmişdir. Qərardadda göstərilmişdir ki, digər iddiaçılar kimi göstərilən X10, X7 və X5 tərəfindən və onların bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmamışdır. Halbuki adları çəkilən sadalanan iddiaçılar da həmin iddia ərizəsini özləri imzalamışlar. Elektron imzanı isə təkcə o, imzalamışdır. Daha sonra həmin iddiaçılar da ona notarial qaydada etibarnamə vermişlər. Yəni hazırda o, həm də digərlərinin vəkili və nümayəndəsidir. Buna görə də Balakən Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tаrixli, e-2(019)-808/2023 sаylı qərardadını ləğv edib işin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tаrixli, e-2(019)-808/2023 sаylı qərardadı ilə iddiaçı X2 nümayəndəsi və vəkili İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tаrixli, e-2(019)-808/2023 sаylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə görə, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Hazırkı iddia ərizəsindən və ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsində iddiaçılar olaraq X8, X10, X7 və X5 göstərilmiş, yalnız X1 Zaur İsa oğluna o cümlədən onun adından iddia ərizəsini imzalamaq üçün etibarnamə vermiş, digər iddiaçılar kimi qeyd edilən X10, X7 və X5 onların adından hazırki iddia ərizəsini imzalamaq üçün İddiaçı səlahiyyətli nümayəndə kimi etibarnamə, yəni səlahiyyət verməmişlər. İddia yalnız X3 adından onun nümayəndəsi-vəkili İddiaçı tərəfindən imzalanmış, iddia ərizəsi digər iddiaçılar kimi göstərilən X10, X7 və X5 tərəfindən və onların bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmamışdır. Həmçinin Balakən Rayon Məhkəməsi elektron məhkəmə olduğundan iddiaçılar kimi göstərilən X10, X7 və X5 və ya onların nümayəndə kimi səlahiyyət verdiyi şəxs iddia ərizəsini elektron qaydada imzalamamışlar. Eyni zamanda həmin iddiaçılar tərəfindən nümayəndəyə sonradan verilən etibarnamə geri tarixə həmin iddia ərizəsini imzalamaq səlahiyyəti vermir. Fakt olaraq iddia ərizəsi həmin iddiaçıların adından nümayəndə tərəfindən imzalanarkən onun buna müvafiq səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə görə, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bununla da iddia ərizəsinin Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı X2 və qeyrilərinin Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Balakən Rayon Məhkəməsi 11 avqust 2023-cü il tаrixli, e-2(019)-808/2023 sаylı qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili İddiaçı həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də iddiaçının nümayəndəsi və vəkili İddiaçı Balakən Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tаrixli, e-2(019)-808/2023 sаylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X2 nümayəndəsi və vəkili İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tаrixli, e-2(019)-808/2023 sаylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-1164/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1164/2023
09.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver