Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1165/2022 29.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-162/2022 tаrixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən evə köçürülməsi və həmin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-162/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı cavabdeh X1 yaşadığı ünvan 1 ünvanında yerləşən evə köçürülməsi, evin girişdən solda yerləşən birinci yaşayış otağı iddiaçının, digər iki yaşayış otaqlarının cavabdehin istifadəsində, köməkçi tikililər (mətbəx, hamam, tualet) tərəflərin ümumi istifadəsində saxlanılmaqla istifadə qaydasının müəyyən edilməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdeh Zərdab Rayon Məhkəməsinin 2(035)-162/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-162/2022 tаrixli qərardadı ilə, Zərdab Rayon Məhkəməsinin 2(035)-162/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə şikayət vermə müddətin bərpasına dair ərizə (vəsatət) verməklə yenidən məhkəməyə apellyasiya şikayəti göndərmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-162/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Zərdab Rayon Məhkəməsinin 2(035)-162/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair cavabdeh QCavabdeh tərəfindən verilmiş ərizənin (vəsatətin) təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-162/2022 tаrixli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Zərdab Rayon Məhkəməsinin 2 (035)- 162/2022 saylı qətnaməsi ona xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur. Məktubun ona gec təqdim olunması poçt şöbəsinin səhvidir. Bu səbəblə də müəyyən olunmuş zaman müddətində apellyasiya şikayəti vermə hüququ olmamışdır. Həmçinin həmin zamanlarda səhhətində ciddi problemlər yarandığı üçün Bakı şəhərinə müalicə məqsədi ilə də getmişdir. Hər iki hal onu deməyə əsas verir ki, qanunvericiliklə müəyyən olunmuş prosessual müddəti bilməyərəkdən buraxmışdır. Prosessual müddətin qısa zamanda ötürülməsi yuxarı instansiya məhkəməsinə müraciət etmə hüququnu məhdudlaşdırmalı deyil. Odur ki qeyd olunanlara əsasən məhkəmədən Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)- 162/2022 saylı qərardadının ləğv olunması və şikayətinin təmin olunmasına dair yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-162/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)- 162/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)- 162/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci mаddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü mаddəsində göstərilmişdir ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü mаddəsində göstərilmişdir ki, müddətin bərpаsı hаqqındа ərizə verilməklə eyni zаmаndа müddəti burаxılmış zəruri prоsessuаl hərəkət edilməlidir (ərizə, şikаyət verilməli, sənədlər təqdim оlunmаlıdır). Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti 1-ci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası şikayətdə sadalanan hallara əsasən hesab edir ki, cavabdeh qətnaməni aldıqdan sonra 01 ay müddətində apellyasiya şikayəti verməli olduğu halda, qanunun həmin tələblərinə əməl etməmiş və qanunla müəyyən olunmuş şikayət vermə müddətini ötürmüşdür. Cavabdeh verdiyi şikayətdə Zərdab Rayon Məhkəməsinin 2 (035)-162/2022 saylı qətnaməsinin ona xx.xx.2022-ci il tarixdə təqdim olunduğunu, məktubun ona gec təqdim olunmasının poçt şöbəsinin səhvinin olduğunu və bu səbəbdən də müəyyən olunmuş zaman müddətində apellyasiya şikayətini vermə hüququnun olmadığını bildirsə də, məhkəmə kollegiyası şikayətinin bu dəlillərini əsaslı hesab etmir. Belə ki, mülki iş materiallarında olan 29 aprel 2022-ci il tarixli məhkəmə qəbzindən məlum olmuşdur ki, iddia ərizəsinə məhkəmədə baxılarkən cavabdeh məhkəmə iclasında iştirak etmiş, qətnamənin surəti 29 aprel 2022-ci il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə cavabdehə təqdim edilmişdir. Bundan başqa cavabdeh verdiyi şikayətində səhhətində ciddi problemlər yarandığı üçün Bakı şəhərinə müalicə məqsədi ilə getdiyini və bu səbəbdən də müəyyən olunmuş prosessual müddəti bilməyərəkdən buraxdığını bildirmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, şikayətin bu dəlili də əsassızdır. Belə ki cavabdeh məhkəməyə verdiyi müddətin bərpa edilməsinə dair ərizədə müddətin ötürülməsinin üzürlü hesab edilməsini xahiş etsə də, bununla bağlı hər hansı bir sübut əlavə etməmişdir. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin 2(035)-162/2022 saylı, 01 avqust 2022-ci il tarixli qərardadının əsaslı olduğunu və həmin qərardaddaki Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə hüquqi mövqeni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-162/2022 saylı, 01 avqust 2022-ci il tarixli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 2(035)-162/2022 saylı, 01 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)- 162/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1165/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1165/2022
29.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver