Məhkəmə qərarları › İş №2(107)-1168/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1168/2022

12.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1168/2022 12.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması və torpaq sahəsinin qeyri-qanuni sahiblikdən qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölçü işlərinin aparılmasına maneələrin aradan qaldırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması və torpaq sahəsinin qeyri-qanuni sahiblikdən qaytarılması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(025)-333/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Qəbələ rayonu Nic Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 nömrəli qərarı ilə Qəbələ rayonu, Nic qəsəbə ərazisindən 1.53 ha torpaq sahəsini bağ salmaq məqsədilə 5508 (beş min beş yüz səkkiz) manata bələdiyyə ilə torpağın alqı-satqısına dair AKT bağlanmaqla İddiaçı satılmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən isə İddiaçı adına həmin torpaq sahəsi üzrə A 121898 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək X1 kitabında 22 dekabr 2008-ci il tarixdə 854 nömrə ilə uçota alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh, maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması və torpaq sahəsinin qeyriqanuni sahiblikdən qaytarılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, A 121898 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında Qəbələ rayonu, Nic qəsəbəsində xüsusi mülkiyyətinə verilmiş 1.53 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsində Cavabdeh tərəfindən edilən qanunsuz meneələrə son qoyulması, torpaq sahəsi onun qeyriqanuni sahibliyindən geri alınaraq qaytarılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. xx.xx.2022-ci il tarixdə İddiaçı iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəmə ərizə təqdim edərək Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona A 121898 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında Qəbələ rayonu, Nic qəsəbəsində xüsusi mülkiyyətimə verilmiş 1.53 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsində Cavabdeh tərəfindən edilən qanunsuz meneələrə son qoyulması, torpaq sahəsinin 0.8708 ha hissəsinin cavabdehin istifadəsindən geri alınaraq ona qaytarılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. xx.xx.2022-ci il tarixdə İddiaçı iddianın artırılması ilə bağlı məhkəmə ərizə təqdim edərək əlavə olaraq onun tərəfdən mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 385 (üç yüz səksən beş) manat məbləğində xidmət haqqının da Cavabdeh alınaraq ona verilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2007-ci il tarixində Qəbələ rayonu Nic Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 nömrəli qərarı ilə Qəbələ rayonu, Nic qəsəbə ərazisindən 1.53 ha torpaq sahəsini bağ salmaq məqsədilə 5508 (beş min beş yüz səkkiz) manata bələdiyyə ilə torpağın alqı-satqısına dair AKT bağlayaraq almışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən isə adına həmin torpq sahəsi üzrə A 121898 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək X1 kitabında 22 dekabr 2008-ci il tarixdə 854 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsi alqısatqı olunduqdan sonra həmin sahədə fındıq bağı salınmışdır. Fındıq ağaclarını Cavabdeh ilə birlikdə əkmiş və ona məxsus bağ cavabdehin bağı ilə yanaşı olduğundan aralarında olan razılaşmaya əsasən bağa o baxmalı və bir müddət əldə olunan meyvə də ona çatası idi. 180 topa fındıq meyvə ağaclarından 7- 8 ildir ki, istənilən meyvə yığılır və yığılan meyvə cavabdeh şəxs tərəfindən yığılaraq satılır. Bir neçə ildir ki, cavabdeh şəxsə meyvə bağını tərk etməsini və fındıq meyvəsini özü yığacağını bildirmişdir. Lakin Cavabdeh qanunsuz əməllərindən əl çəkmir, bu barədə bir neçə dəfə mübahisələri düşmüş və Qəbələ RPŞ-də araşdırma da aparılmışdır. Həmçinin, DƏDRX-yə müraciət edərək torpaq sahəsinə görə çıxarış almaq istəsə də bu baş tutmamışdır, səbəb kimi isə cavabdehin yerində baxış keçirərək ölçmə işlərini aparan əməkdaşlara maneçilik yaratması olmuşdur. Sonucu dəfə isə xx.xx.2021-ci il tarixində müraciəti əsasında Şəki LTİ-nin əməkdaşları A 121898-**********1898 nömrəli plan ölçü sənədində qeyd olunmuş 1.53 ha torpaq sahəsinin naturada tanıdılması üçün kameral qaydada araşdırma aparmış, torpaq sahəsi cavabdeh şəxsin istifadəsində olduğundan və ölçmə işlərinin aparılmasına imkan vermədiyinə görə imtina olunmuş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələblərini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı iddia ərizəsində qeyd etdikləri tamamilə əsassızdır. Belə ki, Qəbələ rayon, Nic qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsində ağacları o əkməmişdir. Həmin sahə bağ sahəsi olduğundan ağaclar orda çoxdan əkilən yaşlı ağaclardı. Həmçinin həmin torpaq sahəsinin 0.54 ha hissəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ona JN-318A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə də verilmişdir. Qeyd olunanlar əsasında iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etdi.

8. Maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayon, Nic qəsəbəsində yerləşən 1.53 ha torpaq sahəsi Qəbələ rayon Nic Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı satılmış və bu akt əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən iddiaçıya xx.xx.2007-ci il tarixli A 121898 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» verilmişdir. Cavabdeh qeyd olunan ərazi üzrə müvafiq sənədləşdirmə işlərinin aparılmasında iddiaçıya maneə yaratmaqdadır. Hazırda iddiaçı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona A 121898 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.53 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsində Cavabdeh tərəfindən edilən qanunsuz meneələrə son qoyulması, torpaq sahəsinin 0.8708 ha hissəsinin cavabdehin istifadəsindən geri alınaraq ona qaytarılması tələb edir. Cavabdeh iddia tələbini qəbul etməyərək həmin torpaq sahəsinin JN-318A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsinə əsasən ona və ailə üzvlərinə məxsus olduğunu bildirmişdir.

10. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz.

11. Göründüyü kimi, iddiaçı istifadəsində olan torpaq sahəsini Qəbələ rayon Nic Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı əsasında əldə etsə də, məhkəmə araşdırması zamanı məlum oldu ki, iddiaçının həmin torpaq sahəsi üzrə Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-indən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı əldə etməsində və ərazidə ölçmə işlərinin aparılmasında cavabdeh tərəfindən maneələr yaradılır. Bununla da iddiaçının hüquqları pozulmuşdur.

12. Həmçinin məhkəmə iddia tələbinin torpaq sahəsinin 0.8708 ha hissəsinin cavabdehin istifadəsindən geri alınaraq ona qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona A 121898 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.53 ha həyətyanı torpaq sahəsinin 0.8708 ha hissəsinin cavabdehin istifadəsindən geri alınaraq ona qaytarılmasını tələb etsə də mübahisəli torpaq sahəsinin üzərində mülkiyyət hüququnu təsdiq edən müvafiq sənəd (Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış) məhkəməyə təqdim edilməmişdir. Odur ki, həmin hissədə iddia ərizəsi təmin edilməməli, lakin iddiaçının gələcəkdə Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.53 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyətini təsdiq dən “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” alındıqdan sonra qeyd olunana iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi istisna olunmur.

13. Qəbələ Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(025)-333/2022 saylı qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin olunmuş, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən A 121898 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı məxsus 1.53 ha torpaq sahəsinin sənədləşdirilməsində Cavabdeh tərəfindən edilən maneələrə son qoyulması, ödənilmiş 385 (üç yüz səksən beş) manat mütəxəssis tədqiqatının dəyərinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunin iddiaçıya aid edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139 və 152-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

15. İş materiallarında olan Qəbələ Rayon Nic Bələdiyyəsinin 16 oktyabr 2007-ci il tarixli 13 saylı qərarından görünür ki, Qəbələ Rayon Nic Bələdiyyəsinin ehtiyyat fondunun alqı-satqı predmenti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən alqı-satqı qaydasında Nic qəsəbə sakini İddiaçı bağ salmaq məqsədi 1.53 ha torpaq sahəsi satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon Şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmış və ona Bələdiyyənin ehtiyat fondunun alqısatqı predmenti olan torpaq sahəsindən bağ salmaq məqsədi ilə 1.53 ha torpaq sahəsi satılmışdır.

16. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən Qəbələ Rayon Nic qəsəbəsində yerləşən İddiaçı məxsus 15300.00 kv.m torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixdə, A 121898 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir.

17. İşdə olan JN-318A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli, 04 nömrəli qərarına əsasən, Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.54 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir.

18. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2in 9 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********86 saylı mütəxəssis rəyindən görünür ki, işin araşdırılması məqsədi ilə DƏDKR X2 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri 29 mart 2022-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, 1. Qəbələ rayon Nic qəsəbəsində yerləşən İddiaçı xx.xx.2007-ci il tarixli A 121898 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında məxsus 1,53 ha torpaq sahəsinin və JN-318A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayon Nic qəsəbəsində yerləşən 0.54 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Həmin torpaq sahələri 0,3641 ha hissədə üst-üstə düşür. 2. Qəbələ rayon Nic qəsəbəsində yerləşən, İddiaçı adına tərtib olunmuş A 121898 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”sənədində qeyd edilmiş 1,53 ha torpaq sahəsinin 0,8708 ha hissəsi Cavabdeh istifadəsindədir (yerquruluşu planı 5,6).

3. Cavabdeh istifadəsində olan 0,8708 ha torpaq sahəsində hər hansı tikili inşa edilməmişdir.

19. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçının göstərdiyi xx.xx.2007-ci il tarixli 13 saylı qərarı ilə Nic qəsəbəsi ərazisində bağ salmaq üçün alınan 1.53 ha torpaq sahəsi boş torpaq olmayıb. Həmin ərazi bir əsrə yaxın əkilən və istifadə olunan fındıq bağı sahəsidir. Bu faktı təsdiq edən Sovet dövründə həmin ərazidə fəaliyyət göstərən Lenin sovxozunda çalışmış kənd təsərrüfatı mütəxəssisləri var və onların şahid qismində məhkəməyə dəvət olunmasını məhkəmədən xahiş edir.

21. Hər üç kənd təsərrüfatı mütəxəssisi məhkəməyə dəvət olunarsa iddiaçının göstərdiyi ərazinin boş torpaq olmadığını, həmin ərazinin bır əsrə yaxın fındıq bagı olduğunu göstərərlər.

22. İddiaçının guya onunla həmin ərazidə 2008-ci ildən fındıq bağı əkdiyini və son 7- 8 ildə əldə olunan məhsulu onun yığdığını iddia etməsi tam yalandır. İddiaçının yaxın qohumu xeyli müddət Nic bələdiyyəsinin sədri işləmiş və həmin sahəni gizlin olaraq qərara alaraq mənimsəmək istəmişlər. Məhkəməyə təqdim olunan bələdiyyə qərarları, aktları bələdiyyə üzvlərindən xəlvət tərtib olunub.

23. Ən başlıcası isə 5508 manat pul Nic bələdiyyəsinin hesabına ödənilməyib. Əgər ödəmə qəbzi olsaydı yəqinki surəti iddia ərazisində sənədlərin siyahısında qeyd olunardı. İddiaçı iddia ərizəsində “mülkiyyət"ində olan torpaq sahəsinin sənədləşdirilməsinə onun tərəfindən edilən qanunsuz maneələrə son qoyulması tələbini də qəbul etmir.

24. Sənədləşmə işlərinin aparılması mənim olmayan “maneələrim" səbəbindən yox digər qanuni maneələr səbəbindən mümkün deyil. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi idarəsinə 1.53 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı ərizə ilə müraciət etmiş, ərizə ********** nömrə ilə qeydə alınmaqla araşdırma aparılmış və iddiaçıya cavab verilmişdir ki, Nic bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı qərarı ilə satılmış torpaq sahəsi yaşayış məntəqələri daxilində yerləşməklə kəndin prespektiv inkişaf fonduna aid torpaq sahəsidir.

25. Bundan əlavə iddiaçı iddia edir ki, guya o, onunla 1.53 ha torpaq sahəsində müəyyən şərtlər daxilində ‘boş torpaq sahəsində' fındıq topası əkmişlər. Yalandır, həmin bağ qədimi bağ olmaqla 0.54 ha onun və ailə üzvülərinin mülkiyyətinə verilib JN - 318 A saylı şəhadətnamə ilə adlarına rəsmiləşdirilib. Həmin şəhadətnamə xx.xx.1999-cu il tarixli 04 saylı qərarla verilib. İddiaçının məhkəməyə təqdim etdiyi A 121898 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi isə xx.xx.2008-ci il tarixdə tərtib olunub. Necə ola bilər ki, mülkiyyət hüququnu təsdiq edən JN - 318 A saylı şəhadətnamədə göstərilən 0.54 ha torpaq sahəsi sonradan iddiaçıya satılsın. Məhkəmə həmin məsələni də ətraflı araşdırmamışdır.

26. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(025)- 333/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

29. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(025)-333/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

32. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

36. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(025)-333/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

38. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 23-cü bəndində göstərilən arqumentlərinə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarının 21-ci vərəqində yer alan Torpaqların alqı-satqısına dair Aktdan və 32 nömrəli 27 noyabr 2007-ci il tarixli qəbzdən görünür ki, 5508 manat pul İddiaçı tərəfindən ******* nömrəli hesaba köçürülmüşdür.

39. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 24-cü bəndində göstərilən arqumentlərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh göstərdiklərini sübut edəcək heç bir sübut və ya dəlili məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 kollegiyaya təqdim etdiyi sənəd isə üç ayrı sənədin natamam birləşməsindən ibarət olmaqla, həmçinin kserosurət olduğundan sübut kimi qəbul edilməmişdir.

40. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir.

41. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(025)-333/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(025)-333/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar