Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1169/2023 14.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmrin ləğvi, işə bərpa) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə Firudin qızının, Cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1531/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Faiq Abdullayev tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 413 №-li əmrinin ləğv edilməsi, onun Mingəçevir ŞMX PHŞ-in Poliklinika şöbəsinin tibb bacısı vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, 300 (üç yüz) manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun və mediasiya xərci olan 50 (əlli) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 04 avqust 2008- ci il tarixdən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibb bacısı ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 15 ildir ki, fasiləsiz olaraq həmin xəstəxanada qüsursuz işləmişdir. İki övladı vardır. 2023-cü ilin fevral ayından mart ayının sonunadək əmək məzuniyyətinə çıxmışdır. Mart ayının 27-də işə getmişdir. Xəstəxanada ona iki gün işə gəlmədiyi bildirmişdir. Elə hesab etmişdir ki, yəqin Novruz bayramı ilə bağlı məzuniyyət gününü düzgün hesablamamışdır. Xəstəxananın aidiyyəti şəxsləri ona bildirmişlər ki, müdir onu Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən çıxaracaq və ondan sonra heç bir yerdə işləyə bilməyəcəkdir. O, bayram günlərinə görə vaxtı düzgün hesablamadığını deyərək, üzrlü hesab edilməsini xahiş etmişdir. Təkidlə ona demişlər ki, yaxşısı budur, ərizəsini yazıb işdən çıxsın. Ona fikirləşməyə belə imkan verməmişlər. Əmək kitabçasına 70-ci maddənin “ç” bəndinin yazılmasından qorxaraq, məcbur olub ona diqtə edilən formada işdən çıxarılma barədə ərizə yazmışdır. Evə gəldikdən sonra özünə gəlmiş, uşaqları tərəfindən dəstək almış, iradəsi əleyhinə olan işdən çıxma barədə ərizənin etibarsız sayılması barədə ərizə ilə müraciət etmişdir. Lakin işəgötürən tərəfindən ona müsbət cavab verilməmişdir. Belə ki, ona xx.xx.2023-cü il tarixdən onun işlədiyi vəzifəyə başqa şəxsin işə götürüldüyü bildirilmişdir. Cavabdeh tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 413 №-li əmrdən görünür ki, Mingəçevir ŞMX PHŞ-in Poliklinika şöbəsinin tibb bacısı ilə bağlanmış 491 nömrəli Əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-in 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi onun ərizəsi alınan gün onunla əmək müqaviləsinə xitam verilmiş və iki gün sonra ona heç bir məlumat verilməmiş, işlədiyi vəzifəyə başqa şəxs təyin edilmişdir. Cavabdeh tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 413 №-li əmrdə işəgötürənin atasının adı göstərilməmişdir. Onun işdən azad edilmə barədə 27 mart 2023-cü il tarixdə yazdırılmış ərizəsi hədə-qorxu və zor tətbiq edilmə hədəsi ilə, iradəsi əleyhinə olan ərizədir və o, həmin ərizənin də etibarsız sayılması barədə ərizə ilə vaxtında müraciət etmişdir. Hesab edir ki, onun əmək müqaviləsinə xitam verilməsinə dair cavabdeh tərəfindən 27 mart 2023-cü il tarixdə verilmiş 413 №-li əmr əsassız və qanunsuzdur. Odur ki, məhkəmədən iddiasının təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iştirak etdiyi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.
4. İddiaçının nümayəndəsi və (vəkil) Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə etmiş, təmsil etdiyi şəxslə eyniməzmunlu izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı təmsil etdiyi hüquqi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı ilə xx.xx.2008-ci il tarixdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası arasında “Poliklinika şöbəsinə tibb bacısı» vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə xəstəxananın müalicə işləri üzrə müavini, baş həkim Ülfət Qurbanovaya ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar xx.xx.2023- cü il tarixdən əmək məzuniyyətindən 30 gün istifadə etməsi üçün icazə istəmiş, etiraz edilməmişdir. MŞMX-nın direktoru tərəfindən xx.xx.2023-cü il tarixli 138 saylı xx.xx.2023-cü il tarixdə işdə olması qeyd olunmaqla əmək məzuniyyəti haqqında əmr imzalanmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı işdə olmamış, heç bir üzürlü səbəb təqdim etmədiyi üçün Poliklinika şöbəsinin böyük tibb bacısı A.Kərimovanın məlumatı əsasında həmin gün öz hesabına məzuniyyətdə olması haqqında işəgötürən tərəfindən xx.xx.2023-cü il tarixli 345 saylı əmr imzalanmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı yenidən ərizə ilə müraciət edərək əmək məzuniyyətinin qalan hissəsinin istifadə edilməsi üçün icazə verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə 350 saylı əmrlə xx.xx.2023-cü il tarixdə işdə olması barədə “Əmək məzuniyyəti haqqında” əmr imzalanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə işdə olmalı olduğu halda 17; 18; xx.xx.2023-cü il tarixlərdə heç bir üzürlü səbəb təqdim etmədən işdə olmamışdır. Həmin tarixlərdə işdə olmadığına görə əmək haqqından tutulmalar edilmişdir. Bu məlumatları qeyd etməkdə məqsədi iddiaçının ərizəsində qeyd etdiyi kimi, onu qorxudaraq Azərbaycan Respublikası ƏM-in 70-ci maddəsinin ç bəndi ilə işdən azad ediləcəyini bildirərək, ona işdən çıxması haqqında ərizə yazmağa məcbur olunması tamamilə əsassızdır. Azərbaycan Respublikası ƏM-in 72-ci maddəsinin a bəndi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Əgər həqiqətən də işəgötürənin iddiaçını işdən azad etmək fikri olsaydı, həmin məqamlar yarandıqda bu addımı atardı. Hər bir işçi illik neçə gün məzuniyyət hüququ olduğunu bilir. İşçi bu məzuniyyətin 30 gününü istifadə etdikdən sonra ərizəsində qeyd etdiyi kimi yerdə qalan hissəsinin neçə gün olduğu haqqında məlumatı olmuşdur. 27 mart 2023-cü il tarixdə işdən azad olunmasını xahiş etdiyi tarixi göstərməklə yazılan ərizədən,24-25 gün sonra 20 aprel 2023-cü il tarixdə həmin ərizənin etibarsız hesab olunması haqqında müəssisəyə ərizə ilə müraciət etmiş, lakin həmin vəzifəyə işçi təyin edildiyi üçün ona imtina verilmişdir. Əgər iddiaçı öz ərizəsini qeyd etdiyi kimi təzyiqlə azad olunması barədə ərizə yazmışdırsa, ən azı 3 gün sonra bu barədə hər hansı addımları atmağa başlamalı idi. İddia ərizəsində iddiaçının göstərdiyi hallar əsassızdır. Bundan əlavə iddiaçı işdən çıxmaq barədə ərizə yazmasını bildirdikdə, İR şöbəsinin əməkdaşları tərəfindən səbəbi soruşulmuş, iddiaçı Bakı şəhərində yüksək məvacibli (1500 manat) iş tapdığı üçün Bakıya gedəcəyini bildirmişdir. İR şöbəsinin işçilərinin dediklərinə əsasən, hətta ona işi dəqiqləşənə qədər öz hesabına məzuniyyət götürməsi belə təklif olunmuş, lakin İddiaçı imtina edərək işdən azad olunmasını istəmişdir. Hazırda müəssisəyə qarşı bu cür çıxış etməsi qəbul edilməzdir. İddiaçı işdən öz iradəsi əsasında azad olunmuşdur. Odur ki, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1531/2023 nömrəli qətnaməsi ilə (hakim N.Paşayev) iddianın rədd edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Faiq Abdullayevin 27 mart 2023-cü il tarixli 413 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, 300 (üç yüz) manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun və mediasiya xərci olan 50 (əlli) manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hazırki iş üzrə cavabdeh olan “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsində tibb bacısı vəzifəsi üzrə işləmiş, xx.xx.2017-ci il tarixdə həmin yerdə Mingəçevir ŞMX PHŞ-in Poliklinika şöbəsinə tibb bacısı təyin edilmiş və xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilənədək həmin vəzifədə çalışmışdır. İddiaçı xx.xx.2023- cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdən işdən azad edilməsini xahiş etmişdir. Cavabdeh Publik hüquqi şəxsin direktoru Faiq Abdullayev tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 413 №-li əmrə əsasən İddiaçı ilə bağlanmış 491 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-in 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə işəgötürənə müraciət edərək, xx.xx.2023-cü il tarixdə könüllü olaraq işdən azad olma barədə yazdığı ərizəsinin etibarsız sayılmasını və ixtisası üzrə 15 il işlədiyi işinə qayıtmaq istədiyini xahiş etmiş, lakin işəgötürən tərəf yeni işçi ilə əmək müqaviləsi bağladığına görə iddiaçının xahişini nəzərə almamış və onun xx.xx.2023-cü il tarixdə könüllü olaraq işdən azad olma barədə yazdığı ərizəsini qüvvədə saxlamış, həmçinin həmin vaxt vakant tibb bacısı vəzifəsi olmadığı üçün iddiaçının işlə təmin edilməsindən imtina etmişdir. Ona görə də İddiaçı həmin əmrin qanunsuz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır.
9. Məhkəmə, belə qənaətə gəlmişdir ki, hazırkı fərdi əmək mübahisəsinin predmetinin işçi tərəfindən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsi ilə bağlı münasibətlər olduğunu nəzərə alaraq, mübahisənin düzgün həll edilməsi üçün Əmək Məcəlləsinin 69-cu maddəsində sadalanan əsasların olub-olmaması müəyyən edilməlidir.
10. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab etmişdir ki, işəgötürən qismində çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru tərəfindən iddiaçının işdən azad edilməsinə, yəni əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə istinad etdiyi əsas, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdə rəsmi qaydada ərizə ilə işəgötürənə müraciət edərək, xx.xx.2023-cü il tarixdən işdən azad olunmasını xahiş etmişdir. İddiaçı həmin gündən əmək funksiyalarını dayandırmış və işə gəlməmişdir. İddiaçının yerinə yetirdiyi vəzifə isə xüsusi əhəmiyyətə malik olduğu üçün işəgötürən tərəfindən onun yerinə yeni işçinin təyin edilməsi zəruri olmuşdur. Belə olan halda işəgötürənin xəbərdarlıq müddəti gözləmək və yaxud həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq vermək vəzifəsi azad olunur, eyni zamanda işçinin də istədiyi vaxt ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə vermək hüququ istisna edilir. Ona görə də işəgötürən müəssisənin iş rejiminin pozulmasının qarşısını almaq üçün iddiaçının əvəzinə yeni tibb bacısı təyin etmişdir.
12. Məhkəmə, həmçinin iddiaçı tərəfin iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında, fikirləşməyə belə imkan vermədən işəgötürənin yaxın ətrafı tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq edilməklə işdən azad olunması ilə bağlı hədəqorxuya məruz qaldığına və qorxduğuna görə iradəsinə zidd olaraq ərizə yazmağa məcbur edilməsinə dair istinad etdiyi, dəlilləri işin həqiqi hallarına uyğun hesab etməmişdir.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı izahatında ona hədə-qorxunun hansı məsul vəzifəli şəxs tərəfindən edildiyini, həmçinin əmək müqaviləsinə xitam verildikdən sonra 24 gün ərzində etiraz etməməsinin, yəni susdmasının səbəblərini dəqiq göstərməmişdir. Cavabdeh tərəf isə iddiaçının istinad etdiyi dəlilləri məhkəmə iclası zamanı təkzib etmişdir. Ona görə də iddiaçının istinad etdiyi dəlillər əmək müqaviləsinin ləğv edilməsinə dair əmrin ləğv edilməsi üçün yetərli deyildir.
14. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına və sadalanan hüquq normalarına əsasən hesab etmişdir ki, cavabdeh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq və müəyyən edilmiş qaydaların tələblərinə əməl edərək iddiaçının əmək müqaviləsinə xitam vermişdir.
15. Göstərilənlərə əsasən məhkəmə, həmçinin hesab etmişdir ki, iddia tələbi əsassızdır və işəgötürən tərəfindən iddiaçı ilə əmək münasibətlərinin ləğv edilməsi Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə uyğundur, iddiaçı işdən çıxarılarkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 71,79, 80, 84, 187 və 189-cu maddələrinin tələblərinə əməl edilmişdir.
16. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlmişdir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə dair işəgötürənin xx.xx.2023-cü il tarixli 413 nömrəli əmri qanuni və əsaslıdır.
17. Məhkəmə öz qəaətini onunla əsaslandırmışdır ki, iddiaçıişdən çıxma barədə ərizəsində gün göstərdiyinə görə işəgötürən tərəfindən onun əmək müqaviləsinə ərizəsində göstərdiyi gün xitam verilmişdir. Ona görə də iddiaçı tərəfindən işdən çıxma barədə ərizəsinin etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi olmamışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, əmək müqaviləsinin ləğv edilməsi qaydalarını tənzimləyən Əmək Məcəlləsinin 68-ci və 69-cu maddələrində göstərilən əsaslar iddiaçıya münasibətdə məcmu halında mövcud olmuş, yəni cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verərkən, qanunun tələblərinə əməl etmişdir.
18. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq nəticəyə gəlmişdir ki, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Faiq Abdullayevin 27 mart 2023-cü il tarixli 413 nömrəli əmri qanuni və əsaslı olduğundan, iddiaçının həmin əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, 300 (üç yüz) manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun və mediasiya xərci olan 50 (əlli) manat pulun cavabdehdən alınıb ona verilməsinə dair tələbi təmin edilməməlidir. Məhkəmə, həmçinin nəzərə almışdır ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 68, 69, 71, 76, 79, 80, 84, 187 və 189-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4–cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat:
a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmış qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, qanunsuz və əsassızdır.
22. avqust 2008-ci ildən Mingəçevir şəhər mərkəzi xəstəxanasında tibb bacısı ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 15 ildir ki, fasiləsiz olaraq xəstəxanada işləyir. Qüsursuz işləmişdir. İki övladı vardır. 2023-cü ilin fevral ayında əmək məzuniyyətinə çıxmışdır. Martın sonlarında məzuniyyəti bitməli idi. Mart ayının 27-i işə gəlmişdir. Xəstəxanada ona bildirmişlər ki, iki gün işə gəlməmişdir. Demişdir yəqin Novruz Bayramı ilə bağlı məzuniyyət gününü düzgün hesablamamışdır. Xəstəxananın aidiyyəti şəxsləri ona bildirmişlər ki, müdir onu Əmək Məcəlləsinin 70-ci maddəsinin ç-si ilə işdən çıxaracaq, ondan sonra heç bir yerdə işləyə bilməyəcəkdir. O, qorxmuş, demişdir ki, bayram günlərinə görə vaxtı düzgün hesablamamışdır, üzrlü hesab etsin. Təkidlə ona demişlər ki, yaxşısı budur ərizəsini yazıb işdən çıxsın. Ona fikirləşməyə belə imkan verməmişlər. Əmək kitabçasına 70-ci maddənin “ç” bəndinin yazılmasından qorxub məcbur olub ona diqtə edilən formada işdən çıxarılma barədə ərizəni yazmışdır. Evə gəldikdən sonra özünə gəlmiş, uşaqları tərəfindən dəstək almış, iradə ələyhinə olan işdən çıxma barədə ərizənin etibarsız sayılması barədə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru tərəfindən müsbət cavab almamışdır. Ona bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdən onun işlədiyi vəzifəyə başqa şəxs işə götürülmüşdür. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayev tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 413 №li əmrdən görünür ki, Mingəçevir ŞMX PHŞ-in Poliklinika şöbəsinin tibb bacısı ilə bağlanmış 491 nömrəli Əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilsin. Göründüyü kimi onun ərizəsi alınan gün onunla əmək müqaviləsinə xitam verilmiş və iki gün sonra ona heç bir məlumat verilməmiş onun işlədiyi vəzifəyə başqa şəxs təyin edilmişdir.
23. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Faiq Abdullayev 27 mart 2023-cü il tarixli 413 №li əmrində işəgötürənin atasının adı göstərilməmişdir.
24. Onun işdən azad edilmə barədə 27 mart 2023-cü il tarixdə yazdırılmış ərizə, hədəqorxu və zor tətbiq edilmə hədəsi ilə, iradə ələyhinə olan ərizədir, həmin ərizənin də etibarsız sayılması barədə ərizə ilə vaxtında müraciət etmişdir. Cavabdehin nümayəndəsi bununla təsdiqləyir ki, İddiaçı işburaxmaya-proqula görə işdən çıxarılması məsələsi olmuş, İddiaçı Azərbaycan Respublikası ƏM-in 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməsi müzakirə edilmişdir.
25. İddiaçı həqiqqətəndə öz iradəsi ilə işdən çıxarılma barədə ərizə yazmışdırsa, niyə qanunda nəzərdə tutulmuş qaydada ərizəni verdiyi gündən bir ay tamam olmamış, ərizənin etibarsız sayılması ilə bağlı ərizə göndərmişdir?.
26. Cavabdehin nümayəndəsi bildirmişdir ki, İddiaçı 27 mart 2023-cü il tarixdə işdən azad olunmasını xahiş etmiş və həmin tarixi də ərizəsində göstərdiyi üçün, onun işdən çıxarıldığı gündən iki gün sonra yerinə işçi götürülmüşdür, hesab edir ki, bu qanuni əsaslarla edilmişdir. Halbuki, əmək qanunvericiliyində hansı halda işçi ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilməsi sadalanmışdır. İddiaçı ərizəsində hansı səbəbdən ərizəni verdiyi gün əmək müqaviləsinə xitam verilməsini göstərməmişdir. Bu da onunla müəyyən olunur ki, ona ərizəni diqtə etdilərək yazdırılmışdır.
27. 27 mart 2023-cü il tarixli əmrdə əmək müqaviləsinə xitam verildikdən sonra, əsas məzuniyyətindən 10 təqvim günü əmək haqqısından tutulma göstərilmiş, İddiaçı işdən çıxarıldığı halda hansı əmək haqqısından tutulma ola bilər?
28. 27 mart 2023-cü il tarixli 413 №li əmrin özü belə əmək qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilməmişdir. Məhkəmə iddiaçının vaxtında ərizənin etibarsız hesab edilməsi barədə ərizəsini nəzərə almamışdır.
29. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(051)- 1531/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru Faiq Abdullayev tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 413 №-li əmrinin ləğv edilməsi, onun Mingəçevir ŞMX PHŞ-in Poliklinika şöbəsinin tibb bacısı vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, 300 (üç yüz) manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun və mediasiya xərci olan 50 (əlli) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdeh Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi apellyasiya şikayətinə yazılı etirazında Mingəçevir Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(051)-1531/2023 saylı qətnaməsinin qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(051)-1531/2023 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı işə bərpa tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə Firudin qızı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(051)-1531/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin vəkili X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(051)-1531/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
34. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasına göndərdiyi ərizəsində işə iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin olunmasını xahiş etsə də iddiaçı gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və onun nümayəndəsinin (vəkilinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən işəgötürənin əsas vəzifələri və məsuliyyəti:
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və sonhaqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69-cu maddəsinin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
36.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1531/2023 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
42. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsinə işə qəbul edilmiş, sonuncu dəfə xx.xx.2017-ci il tarixli əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin poliklinika şöbəsinə tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.2023- cü il tarixədək “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsində tibb bacısı vəzifəsində işləmiş, xx.xx.2023- cü il tarixdə “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdən işdən azad edilməsini xahiş etmişdir. Cavabdeh Publik hüquqi şəxsin direktoru Faiq Abdullayev tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 413 №-li əmrə əsasən İddiaçı ilə bağlanmış 491 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-in 68.2-ci maddəsinin “a” bəndinə əsasən 27 mart 2023-cü il tarixdən xitam verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə işəgötürənə müraciət edərək, xx.xx.2023-cü il tarixdə könüllü olaraq işdən azad olma barədə yazdığı ərizəsinin onun iradə ifadəsi olmadığını göstərmiş, ərizənin etibarsız sayılmasını və ixtisası üzrə 15 il işlədiyi işinə qayıtmaq istədiyini bildirmiş, lakin işəgötürən tərəf yeni işçi ilə əmək müqaviləsi bağladığına görə iddiaçının xahişini nəzərə almamış, həmçinin həmin vaxt vakant tibb bacısı vəzifəsi olmadığı üçün iddiaçının işlə təmin edilməsindən imtina edilmişdir. Ona görə də iddiaçı həmin əmrin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
44. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 27 mart 2023-cü il tarixli 413 №li əmrində işəgötürənin atasının adının göstərilməməsi, 27 mart 2023-cü il tarixli 413 №li əmrin əmək qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan iddiaçının işdən azad edilməsinə dair “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 27 mart 2023-cü il tarixli 413 №li əmrindən göründüyü kimi həmin əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci maddəsində əmrin məzmunu üçün tələb olunan müəssisənin adı, hüquqi ünvanı, əmrin sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər barədə məlumatlar göstərilmişdir.
45. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
46. Məhkəmə kollegiyası hesab edir ki, 27 mart 2023-cü il tarixli 413 №li əmrdə onu imzalayan işəgötürənin vəzifəsi, adı, soyadı göstərildiyi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş digər məzmun tələblərinə riayət edildiyi halda əmrin yalnız əmri vermiş şəxsin atasının adının qeyd edilməməsi səbəbindən ləğv edilməsi əsaslı hesab edilə bilməz.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işdən azad edilmə barədə 27 mart 2023-cü il tarixli ərizənin etibarsız sayılması barədə ərizə ilə vaxtında müraciət etməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materialından göründüyü kimi iddiaçı 27 mart 2023-cü il tarixdə ərizə verərək, həmin tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmiş və məhz onun ərizəsi nəzərə alınaraq ərizəsində göstərdiyi tarixdən tutduğu vəzifəsindən azad edilmişdir.
48. Kollegiya qeyd edir ki, iddiaçının özünün müəyyən etdiyi xəbərdarlıq müddəti bir gün təşkil etmişdir. Bu baxımdan iddiaçının ilkin ərizəsinin etibarsız hesab edilməsinə dair təkrar ərizəsi də məhz həmin müddət daxilində işə götürənə təqdim edilə bilərdi. Lakin iş materialından göründüyü kimi iddiaçı ərizəsi əsasında müəyyən etdiyi vaxtda tutduğu vəzifəsindən azad olunduqdan sonra, yəni 20 aprel 2023-cü il tarixdə əvvəlki ərizəsinin etibarsız hesab edilməsinə dair yeni ərizə vermişdir. İşəgötürənin həmin ərizəni nəzərə almaq imkanında olması artıq mümkünsüz olmuş, bununla bağlı əsasları olmamışdır.
49. Məhkəmə kollegiyası hesab edir ki, 20 aprel 2023-cü il tarixli ərizə müəyyən olunmuş müddətlər daxilində verilmədiyi üçün həmin ərizənin əhəmiyyəti olmamışdır. Nəzərə alınmalı idi ki, həmin ərizə məhz xəbərdarlıq müddəti üçün əhəmiyyətli olan haldır. Bu müddətin bitməsində və artıq işçi (ərizəsində göstərdiyi gün) tutduğu vəzifədən azad edildiyi halında 20 aprel 2023-cü il tarixli ərizənin işçinin işə bərpa edilməsi əsaslardan biri kimi qəbul olunması yolverilməzdir.
50. Məhkəmə kollegiyası hesab edir ki, işəgötürən Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş müddəti gözləməklə əmək müqaviləsinin ləğvinə dair əmr qəbul etmiş, iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmiş, bu zaman əmək qanunvericiliyinin tələblərinin pozuntusuna yol verilməmişdir.
51. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı 27 mart 2023-cü il tarixdə ərizə verərək, tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir.
52. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
53. Cavabdeh tərəfindən də iddiaçının ərizəsi əsas götürülmüş və iddiaçı ərizəsində göstərdiyi tarixdən tutduğu vəzifəsindən azad edilmişdir.
54. İddiaçının əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciəti sözügedən əmrin ləğvinə əsas vermir.
55. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində göstərilir ki, əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
56. Məhkəmə kollegiyası iddiaçının işdən azad edilməsi barədə 27 mart 2023-cü il tarixli ərizənin hədə-qorxu və zor tətbiq edilmə hədəsi ilə yazdırılması, iradəsi əleyhinə olan ərizə olmasına dair dəlilini də əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən 27 mart 2023-cü il tarixli ərizənin hədə-qorxu və zor tətbiq edilmə hədəsi ilə yazdırılmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
57. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi- nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
58. Kollegiya hesab edir ki, iddiaçının işdən işdən azad olunması barədə ərizəni hədəqorxu və zor tətbiq edilmə hədəsi ilə yazması öz təsdiqini tapmamışdır.
59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 27 mart 2023-cü il tarixli əmrdə əmək müqaviləsinə xitam verildikdən sonra, əsas məzuniyyətindən 10 təqvim günü əmək haqqısından tutulmanın göstərilməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, həmin məsələ hazırkı iddia tələbi üzrə mübahisənin predmetini təşkil etməmişdir. Belə ki, iddiaçı iddia tələbində məzuniyyətə buraxılması barədə əmri, məzuniyyətdə olması ilə bağlı hesablanmış məbləğləri mübahisələndirməmişdir.
60. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(051)-1531/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(051)-1531/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.