Məhkəmə qərarları › İş №2(107)-1172/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1172/2021

01.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1172/2021 01.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əsədli Mahir Abdulla oğlundan ibаrət tərkibdə, X13 оğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(046)-453/2021 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(046)-453/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Cavabdeh ləyaqətsiz vərəsə kimi tanınmasına dair iddia tələbi təmin edilməmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ləyaqətsiz vərəsə kimi vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X1 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına iştirak etmiş və Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Fərid şəhid olmamışdan əvvəl Cavabdeh Fərid ilə olan nikahına son verilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və onun iddiası üzrə 01 oktyabr 2020-ci il tarixinə məhkəmə iclası təyin edilmişdir. Lakin həmin vaxt Vətən müharibəsi dövrünə təsadüf etdiyindən və qardaşı könüllü olaraq cəbhəyə vətənin müdafiəsinə yollandığından, məhkəmə iclası 03 noyabr 2020-ci il tarixə təxirə salınmış, Göyçay Rayon Məhkəməsinin 2(046)-1205/2020 saylı 03 noyabr 2020-ci il tarixli qəradadı ilə qardaşının vəfatı ilə əlaqədar iş üzrə icraata xitam verilmişdir. Cavabdeh mərhum X10 ilə münasibəti son vaxtlar heç yaxşı olmamışdır. Belə ki, nikahın pozulması ilə əlaqədar müraciət etməzdən xeyli əvvəldən faktiki olaraq ayrı yaşamışlar. Aralarında baş vermiş mübahisələr Fəridin uzun müddət mənəvi sıxıntılar yaşamasına səbəb olmuşdur. Cavabdehlə Fərid arasında uzun müddətdən bəri mübahisələrin olmasına, bir-birlərindən ayrı yaşamalarına və sonda cavabdehin boşanma ilə bağlı məhkəməyə müraciət etməsinə baxmayaraq, qardaşı vəfat etdikdən və ona şəhidlik statusu verildikdən sonra cavabdeh birinci növbə qanun üzrə vərəsə kimi tanınmışdır. Belə ki, AR Ədliyyə Nazirliyi Göyçay Notariat Ofisi tərəfindən iddiaçıya ünvanlanmış 19 yanvar 2020-ci il tarixli №80 saylı məktub ilə Fərid vəfat edənədək nikahlarının pozulmaması ilə əlaqədar olaraq Cavabdeh mərhum Fəridin vərəsəsi hesab edilməsi nəzərdə tutulmuşdur. İddiaçının qardaşı istəməsə də, cavabdeh Fəriddən boşanmağı uzun müddətdir ki, istəmiş və bununla bağlı məhkəməyə müraciət etmişdir. Pandemiya ilə əlaqədar karantin rejiminin tətbiqi, sonradan Vətən müharibəsinin başlanması onların boşanma işinə məhkəmədə baxılmasının gecikməsinə, təxirə düşməsinə səbəb olmuşdur. 03 noyabr 2020-ci il tarixində məhkəmə baxışı zamanı işə Fəridin vəfatı ilə əlaqədar mülki işin icraatına xitam verilməsi cavabdehin onun vərəsəsi kimi çıxış etməsinə və bununla əlaqədar əmlak tələbləri üzrə iddia irəli sürməsinə imkan vermişdir. Cavabdeh sağlığında Fərid ilə faktiki ayrı yaşamasına, onunla tez-tez mübahisə etməsinə baxmayaraq, onun şəhidlik statusu qazanması ilə əlaqədar olan səlahiyyətlərdən yararlanmaq istəyir. Cavabdeh mülki qanunvericiliyin tələblərinə əsasən, 1-ci növbə vərəsə olsa da, vərəsə olmaq üçün nəzərdə tutulan keyfiyyətləri özündə əks etdirmir. Belə ki, cavabdeh Fəridin son vaxtlarda mənəvi sıxıntı və iztirablarla yaşamasına, ömrünün son vaxtlarını kədər, qəm-qüssə ilə keçirməsinə səbəb olmuşdur. Ona görə də cavabdehin hərəkətləri onun mülki qanunvericilikdə qeyd edilən ləyaqətsiz vərəsə kateqoriyasına aid edilməsinə əsas verir. Buna görə də Cavabdeh ləyaqətsiz vərəsə kimi tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Göyçay Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(046)-453/2021 nömrəli qətnaməsi qəbul edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək Göyçay Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(046)-453/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X1 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına iştirak etmiş və Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Fərid şəhid olmamışdan əvvəl Cavabdeh Fərid ilə olan nikahlarına son verilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)- 1205/2020 saylı 03 noyabr 2020-ci il tarixli qəradadı ilə X6 vəfatı ilə əlaqədar iş üzrə icraata xitam verilmişdir. X10 ilə Cavabdeh münasibətləri son vaxtlar heç yaxşı olmamışdır. Belə ki, nikahın pozulması ilə əlaqədar müraciət etməzdən xeyli əvvəldən onlar faktiki olaraq ayrı yaşamışlar. Aralarında baş vermiş mübahisələr Fəridin uzun müddət mənəvi sıxıntılar yaşamasına səbəb olmuşdur. Cavabdehlə Fərid arasında uzun müddətdən bəri mübahisələrin olmasına, bir-birlərindən ayrı yaşamalarına və sonda cavabdehin boşanma ilə bağlı məhkəməyə müraciət etməsinə baxmayaraq, X10 vəfat etdikdən və ona şəhidlik statusu verildikdən sonra cavabdeh şəhidin birinci növbə qanun üzrə vərəsəsi kimi tanınmışdır. Elnarə Fərid şəhid olduqdan sonra hətta onun yas mərasimində də iştirak etməmişdir. Cavabdeh sağlığında Fərid ilə faktiki ayrı yaşamasına, onunla bağlanmış nikahın pozulması üçün məhkəmədə iddia qaldırmasına baxmayaraq, hətta şəhidin dəfn mərasimində iştirak etmədiyi halda onun şəhidlik statusu qazanması ilə əlaqədar olan imtiyazlardan istifadə edərək əsassız varlanmaq niyyətindədir. Bütün bu qeyd edilənlər birinci instansiya məhkəməsində izahat vermiş şahidlər tərəfindən də təsdiq edilmişdir. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(046)-453/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasna baxmayaraq iddiaçı tərəf məhkəmə kollegiyasının iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü səbəbdən olması barədə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçı tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Göyçay rayon Notariat kontoru tərəfindən İddiaçı ünvanlanan 19.01.2021-ci il tarixli 80 saylı məktubdan görünür ki, İddiaçı 26.10.2020-ci il tarixdə vəfat etmiş qardaşı X6 şəhid olması ilə əlaqədar şəhidlik statusunun imtiyazlarından istifadə etmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 18.01.2021-ci il tarixli ərizəsinə baxaraq bildirmişdir ki, “X5” AQİS-dən əldə etdikləri məlumata əsasən mərhum X2 Elnarə Elman qızı ilə rəsmi nikahda olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X7 göstərmişdir ki, mərhum X10 onun qardaşı oğludur. Fərid ilə Elnarə 2017-ci il tarixdə nikah bağlamışlar. Evləndikdən sonra onlar cavabdehin valideynlərinə məxsus evdə yaşamışlar. Bir müddət sonra aralarında münasibətlər soyumağa başlamışdır. Fərid Göyçaya qayıtmış, burda yaşamağa davam etmişdir. Bundan sonra cavabdeh nikahın pozulması ilə bağlı Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. 2020-ci ilin oktyabr ayının əvvəlləri Fərid onlara gələrək könüllü olaraq hərbi xidmətə yazıldığını və Vətən müharibəsində iştirak edəcəyini bildirmişdir. Fəridi Vətən müharibəsinə yola salmışdır. Yola salarkən həmin gün cavabdeh orda olmamışdır. Fərid şəhid olduqdan sonra Elnarə onun yas mərasiminin 3-ü günü iştirak etmiş, lakin dəfndə iştirak etməmişdir. Hazırda cavabdeh şəhid statusundan istifadə etmək istəyir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X4 şahid X7 ilə eyni məzmulu ifadə vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Cavabdeh mərhum əri X3 iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və bununla da özünün və özünə yaxın şəxslərin vərəsəliyə çağrılmasına və ya miras paylarının artırılmasına kömək göstərən və X3 iradəsinə qarşı qəsdən cinayət əməli törətməsi və ya ona qarşı əxlaqsız hərəkətlərə yol verməsi sübuta yetirilməmişdir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamışdır, formal mülahizələrdən ibarətdir. Belə ki, ləyaqətsiz vərəsə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsində qeyd edilir ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs(ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsində göstərilmişdir ki, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarına əsaslanaraq hesab edir ki, ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas şərtlər aşağıdakılardır: -miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törədilməlidir; -miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törədən şəxsin özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmək məqsədi daşımalıdır; -vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət tərədilməlidir və ya digər əxlaqsız hərəkət törədilməlidir. Burada əsas şərt isə bu halların məhkəmə tərəfindən müəyyənləşdirilməsidir. Lakin məhkəmə kollegiyasının iclasında cavabdehin miras qoyanın son iradəsinin həyata keçirilməsinə maneə törətməsi və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, bundan başqa iddiaçının özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmək məqsədi daşıması, həmin hərəkətlərin cavabdehin qəsdi nəticəsində edilməklə məqsədlə nəticə arasında səbəbli əlaqə olması işin gerçək halları ilə təsdiq olunmur. İddiaçının iddiasının əsası kimi istinad etdiyi hallara Azərbaycan Respublikası MM-nin 1137-ci maddəsi baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, həmin hallar cavabdehin ləyaqətsiz vərəsə sayılması üçün qanuni əsas deyildir. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Milli qanunvericilik normalarından və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi iddianı sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbini mötəbər sübutlar təqdim edərək sübut edə bilməmişdir. MPM-in 384.0.1-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyа məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(046)-453/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(046)-453/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar