Məhkəmə qərarları › İş №2(107)-1172/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1172/2025

25.12.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1172/2025 25.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cаvаbdеh Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbinə qаrşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi, qüvvə) X1 (sədrlik edən və məruzəçi), X5 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cаvаbdеh Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbinə qаrşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2(039)- 2023/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbinin direktoru Günel Yusifzadənin 30 iyun 2025-ci il tarixli, 78 nömrəli əmrinin ləğv edilməsi, onun Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbinə ingilis dili müəllim ştatı üzrə vəzifəsinə bərpa olunmağı, məcburi işburaxmaya görə əmək haqqımın ödənilməsi, vəkilə hüquqi xidmət üçün ödənilən 300 (üç yüz) manatın və mediasiya xərci olan 50 (əlli) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixli 356 nömrəli əmrinə əsasən İddiaçı Azərbaycan dillər Universitetinin ixtisasartırma və kadrların yenidən hazırlanması fakultəsinin ingilis dili pedaqoji şöbəsini bitirmiş, ixtisası üzrə Xaldan kənd kompleks orta məktəbinə müəllim vəzifəsinə təyin edilmişdir. Həmin ştatda müəllim kimi 20 ilə yaxındır ki, işləmişdir. Qüsursuz işləmiş, işlədiyi müddətdə hər hansı iltizam tənbehi olmamışdır. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Vİİ qrant müsabiqəsinin qalibidir, müxtəlif fəxri fərmanları var. Həmişə yüksək nəticələri ilə seçilmiş, lakin son 2 ildə səhhətində müəyyən problemləri olduğuna görə tədrisdən uzaqlaşmışdır. Son iki ildə səhhəti ilə, xəstəliyi ilə bağlı fasilələrlə işləmişdir. Aşağıda göstərilən xəstəlik sənədlərindən müəyyən olunur ki, onun hansı səbəbdən fasilələrlə işləmişdir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı- doğum tarixi xx.xx.1985, əlil və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: İmtina edilib. Səbəb:Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı :Nevroloji klinikada əlavə müayinə və müalicə qərarı verildi. Qiymətləndirmə tarixi xx.xx.2023 Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəTibbiSosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı- doğum tarixi xx.xx.1985, əlil və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: İmtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Qiymətləndirmə tarixi xx.xx.2023 Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “TibbiƏrazi X2” Publik Hüquqi şəxs “Akademik və M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik hüquqi şəxs tərəfin dən verilmiş 2879 saylı ambulator xəstənin tibbi vərəqəsindən görünür ki, M51.0 , Z98.8, M51.1, G 83.1, H 81.1, G 93.4, H47.0 keçirilmiş 2022 L4-L5 disk yırtığının lonuioentomiyadan sonrakı vəziyyət Discogeu L4-L5 sağ tərəfli radikulopatiya diaqnozu verilmişdir. Azərbaycan Respublikası Səhiyyə NazirliyiAmbulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ETM ilə L4-L5 fərəqələrinin transpedikulyar funksiyası L4 fərəqəsinin total laminoekdamiyası, L4-L5 disekdamiya əməliyatı icra edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi MərkəziAran Regional Təhsil İdarəsinin 23 noyabr 2023-cü il tarixli, 592 saylı , Mingəçevir şəhər Tibbi Sosial Ekspertiza Komisssiyasına göndərilmiş məktubundan görünür ki, xx.xx.2023-ci ildən xx.xx.2023-cü ilə kimi SN00007, ******* saylı, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi SN00007, ******* saylı, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi SN00007, ******* saylı, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi SN00007, ******* saylı, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi SN00007, ******* saylı, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi SN00007, ******* saylı, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi SN00007, ******* saylı, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi SN00007, ******* saylı, SN00007, ******* saylı, xx.xx.2023-cü ildən xx.xx.2023- cü ilə kimi SN00007, ******* saylı tarixlərdə İddiaçı əmək qabiliyyəti olmaması barədə xəstəlik vərəqəsini Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbə təqdim etmişdir. Mingəçevir şəhər Regional Hospital tərəfindən verilmiş müayinə kağızından görünür ki, İddiaçı onurğanın bel-oma şöbələrinin ön-düzünə proyeksiyalı Rg-da fizioloji lordonuz saxlanması qeyd edilmişdir. Vital Klinika tərəfindən verilmiş müayinə kağızından görünür ki, İddiaçı L4-L5 diskdə dural kisəni və hər iki L5 sinir kökcüyün sıxan 7mm ölçüsündə geniş əsaslıarxa-mərkəzi yırtıq görülmüşdür. Azərbaycan Respublikası Səhiyyə NazirliyiŞəfa Tibbi Diaqnostika tərəfində verilmiş müayinə kağızından görünür ki, İddiaçı L4-L5 intervertebral diskin geniş əsasla sol paramedian ap-8 mm arxa yırtığı izlənir. Onurğa kanalı davamlı daralır. Müayinə sənədlərindən görünür ki, demək olar ki, əmək qabiliyyətinin 61-80 faizini itirmişdir. Ancaq o, öz ixtisası üzrə işləmək istəyir. Xəstəliyi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüququ Şəxsin üzərinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi qoyulması barədə qərar qəbul olunması üçün xx.xx.2024-cü il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. e-2-1(116)- 1879/2024 saylı iş açılmaqla xx.xx.2024-cü il tarixdən icraatdadır. Hazırki iş nömrəsi isə e2-1(116)-395/2025 –dir. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-395/2025 saylı, 17 aprel 2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-tibbi ekspektizası təyin edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Aran Regional Təhsil İdarəsinin 22 may 2024-cü il tarixli, 282 saylı Mingəçevir şəhər Tibbi Sosial Ekspertiza Komisssiyasına göndərilmiş məktubundan görünür ki, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi SN00008,0309743 saylı,xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə kimi SN00008,0309380 saylı, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə kimi SN 00008 ******* saylı tarixlərdə İddiaçı əmək qabiliyyəti olmaması barədə xəstəlik vərəqəsini Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbə təqdim etmişdir. 2024- cü ildə müəllimlərin sertifikasiya imtahanında iştirak etmək dəvət olunmamışdır. Hər hansı məlumat verilməmişdir. Bu il keçirilən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin sertifikasiya imtahanında iştirak etməli oldu. İki-üç ilə yaxındır ki, təhsildən uzaq olduğu üçün aşağı nəticə əldə etdiyi üçün işinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 78 №li əmrinə əsasən İddiaçı ilə xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “c” -peşakarlıq səviyyəsinin, ixtisassınınn (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Yevlax Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2(039)-2023/2025 nömrəli qətnaməsi ilə (hakim Aybəniz Babayeva) İddiaçı cаvаbdеh Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbinə qаrşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:

4. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlir ki, iddiaçı 23 iyun 2024-cü il tarixdə keçirilmiş sertifikatlaşdırma imtahanında iştirak etməmiş, daha sonra 2025-ci ildə keçirilən təkrar sertifikatlaşdırma imtahanından keçə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydaların 5.3- cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. O cümlədən məhkəmə qeyd edir ki, Təhsil haqqında Qanuna əsasən sertifikatlaşdırma-dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Əmək qanunvericiliyinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Göründüyü kimi, iddiaçı peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasına dair sertifikatlaşdırma prosesində 2024-cü ildə iştirak etmədiyi üçün təkrar sertifikatlaşdırmaya cəlb olunmuş, lakin həmin sertifikatlaşdırma prosesində də müvafiq keçid balını toplamadığından Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbinin ingilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin bütün tələblərinə riayət edilməklə qəbul edilmişdir. Göstərilənlərə əsasən də məhkəmə iddia tələbinin rədd edilməsini qanuni və əsaslı hesab edir.

5. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11 və 70-ci maddələri ilə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasına əsasən əsaslandırmışdır.

6. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında cavabdeh və ondan asılı olan və məcburən cavabdehin mənafeyi baxımından ifadə verən şahidlər yalnız sözlə guyaki, ona 2024-cü ildə sertifikasiya imtahanı ilə bağlı imtahan barədə məlumat verilməsini bildirmişlər. Halbuki, ona nə məktəb direktoru, ya da işçilər tərəfindən heç bir məlumat verilməmişdir. O 2024-cü ildə sertifikasiya imtahanı keçirilməmişdən xeyli əvvəl və sonra xəstə olmuş, işdə olmamış, ümumiyyətlə 2024-cü ildə xəstəliyi ilə əmək qabiliyyətini müvəqqəti itirməyi ilə bağlı məktəbə belə getməmiş və məktəblə heç birəlaqəsi olmamışdır, xəstəlik kağızlarını məktəb rəhbərliyinə ya anası, ya da qardaşı çatdırmışdır. Cavabdeh Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbinin direktoru Günel Yusifzadə öz işinin öhdəsindən gəlməmiş, Təhsil Nazirliyindən göndərilmiş 2024-cü ildə sertifikasiya imtahanında iştirak etməli olan müəllimlərin,ən əsası İddiaçı iştirak etməli olduğu məlumatını ona çatdırmamışdır. O, düşünmüşdür ki, xx.xx.2025-ci il tarixdə keçirilən imtahan ilk imtahandır. Onun gələn il üçün ikinci şansı olacaqdır.

9. Odur ki, Yevlax Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2(039)-2023/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbi və üçüncü şəxs Ümumi Təhsil üzrə X6 Aran Regional Təhsil İdarəsi məhkəməyə nümayəndələrini göndərməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2(039)-2023/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 11, bənd "b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Maddə 70, bənd “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydası: Bənd 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

22. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. İddiaçı Yevlax Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2(039)- 2023/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2(039)-2023/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, işdə olan Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbin direktoru X8 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 78 nömrəli əmrin surətindən görünür ki, “Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbində” "ingilis dili" müəlimi işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70."ç" – peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduöu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir.

26. ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbi ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, əsas: AR ƏM-nin 70-ci maddənin “ç” bəndinə əsasən (xx.xx.2025-ci il tarixli, 78 nömrəli əmr) xitam verilmişdir. 27“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasının 5.2-ci bəndinə əsasən, təhsilverən üzrlü səbəbdən sertifikatlaşdırma imtahanında iştirak etmirsə onun 1 il müddətində iş yeri saxlanılır və təkrar sertifikatlaşdırma imtahanında iştirak etməyə haqq qazanır. Hazırkı iş üzrə iddiaçı keçirilən sertifikatlaşdırma imtahanındaü üzrlü səbəbdən iştirak etməmiş və ona təkrar sertifikatlaşdırma imtahanında iştirak etməyə imkan yaradılmışdır. İddiaçı təkrar keçirilmiş sertifikatlaşdırma imtahanında iştirak etmiş, lakin uğurlu nəticə əldə etməmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iddiaçı birinci dəfə keçirilmiş sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak etməmişdir. Buna görə də onun iş yeri 1 il müddətində iş yeri saxlanılıb və təkrar sertifikatlaşdırma iştirak etmək hüququ verilmişdir. Qaydaya görə, hər hansı səbəbdən sertifikatlaşdırmada iştirak etməyən şəxs sertifikatlaşdırmada iştirak edib lakin ondan keçə bilməyən şəxsə bərabər tutulur. Odur ki, sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak etməyən şəxs üçün növbəti sertifikatlaşdırma təkrar sayılır.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2(039)-2023/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384- 385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2(039)-2023/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar