Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1173/2022 26.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Həşimova (İsmayılova) Günay Yavər qızının torpaq sahəsinin ayrılması və torpaq sahəsindən istifadə etmə faktının təsdiq edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbul olunmasından imtina) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Həşim ova (İsmayılova) Günay Yavər qızının torpaq sahəsinin ayrılması və torpaq sahəsindən istifadə etmə faktının təsdiq edilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(054)-409/2022 saylı qərardadından iddiaçı Ərizəçi1 Ağasi oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1 Ağasi oğlu, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Həşimova (İsmayılova) Günay Yavər qızı torpaq sahəsinin ayrılmasına dair və torpaq sahəsindən istifadə etmə faktının təsdiq edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək Oğuz rayon X1 Komissiyası tərəfindən xx.xx.1999- cu il tarixli qərara əsasən Oğuz rayonu Böyük Söyüdlü kəndində dövlət mülkiyyətində saxlanılan torpaq sahəsindən onlara 5,85 hektar əkin növ torpaq sahəsinin ayrılmasına və torpaq sahəsindən istifadə etmə faktının təsdiq edilməsinə dair hüquqi əhəmiyyətli faktın təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. Oğuz Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(054)-409/2022 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina olunmuşdur. İddiaçı Ərizəçi1 Ağasi oğlu həmin qərardaddan şikayət vermişdir. Oğuz Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 2(054)-409/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(054)- 409/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından və ərizəçilərin hazırki tələbinin məzmunundan görünür ki, ərizəçilərə torpaq sahəsinin ayrılması və verilməsi barədə səlahiyyətli orqanlar tərəfindən müvafiq qərar qəbul edilmişdir. Ərizəçilər bu qərarın icrası ilə bağlı müəyyən hərəkətlərin edilməsinə, həmin qərarın müvafiq inzibati orqanlar tərəfindən icra edilməsinə təşəbbüs göstərməli, bu mümkün olmadıqda isə həmin orqanların hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməli və həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu halda, ərizəçilər mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyətinin olmamasını aşkara çıxara bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 6.1-ci bəndində qeyd edilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü maddəsində qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bununla yanaşı, qanunvericiliyin tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hazırki işin materiallarından görünür ki, ərizədə təsdiq edilməsi xahiş edilən hüquqi əhəmiyyətli faktla bağlı müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi, lakin icrası təmin edilməmiş qərarı mövcuddur. Ərizəçilər isə həmin qərarın icrasına yönələn hərəkətləri həyata keçirməklə belə bir icranın, yəni bu faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydasının mümkünsüzlüyünü təsdiq edə biləcək sənədi iş materiallarına əlavə etmədən məhkəməyə müraciət etmişlər. Bu hal isə özü-özlüyündə işə xüsusi icraat qaydasında baxılmasının mümkünlüyünü istisna edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 nömrəli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin Qərarın 7.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır. Həmin Qərarın 7.2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Bütün bunlara görə də məhkəmə belə hesab edir ki, iddiaçının hazırki tələbinə Oğuz Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılması yorverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, Oğuz Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(054)-409/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(054)-409/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı Ərizəçi1 Ağasi oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(054)-409/2022 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Mahir Əsədli
Məhkəmə qərarları › İş №2(107)-1173/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1173/2022
26.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver