Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1173/2024 04.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X7 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə; İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı “miras əmlaka payın müəyyən edilməsi və qəsdə son qoyma tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tаrixli, e-2(033)-1045/2024 saylı “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə qərаrdаdındаn İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı nümayəndəsi Nümayəndə “miras əmlaka payın müyyən edilməsi və qəsdə son qoyma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 oktyabr 2002-ci il tarixdə ölmüş X2 miras qalmış, ümumi birgə mülkiyyət hüququ ilə sonuncunun mülkiyyətində olan Zaqatala rayonu, Höytala kəndində yerləşən fərdi yaşayış evi və 0,9385 ha torpaq sahəsindən mərhum X4 düşən hissənin ½ hissəsinə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 26 avqust 2024-cü il tаrixli, e-2(033)-1045/2024 saylı qərardadı ilə iİddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı “miras əmlaka payın müyyən edilməsi və qəsdə son qoyma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(033)-1020/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər X3, Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı “miras əmlaka payın müyyən edilməsi və qəsdə son qoyma” tələbinə dair ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı nümayəndəsi Nümayəndə geri qaytarılması nəzərə alınması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ...İddiaçı tələbi iddia ərizəsinin sonda xahiş etdi hissəsindən də göründüyü kimi, miras əmlaka payın müəyyən edilməsi ilə bağlıdır. Məhkəmənin istinad etdiyi (iddia ərizəsi başlığının altında qeyd olunmuş yazı) cümlə isə ümumiyyətlə Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində qeyd olunan tələblərdən biri deyildir və məhkəmənin texniki səhv nəticəsində qeyd edilmiş “qəsdə son qoyma”sözünə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarması qanunsuz və əsassızdır. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, İddiaçı ərizədə iddianın predmetini, tələblərini, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları və onları təsdiq edən sübutların siyahısını qeyd etmişdir. İddia isə yalnız 1 cavabdehə, yəni, Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X1 qarşı yönəlmişdir. Qeyd olunanlara əsasən Zaqatala Rayon Məhəkəməsin 26 avqust 2024-cü il tаrixli, e-2(033)-1045/2024 saylı qərardadının ləğv edilməsi və məhkəmə icraatının mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tаrixli, e-2(033)-1045/2024 saylı qəraradadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tаrixli, e- 2(033)-1045/2024 saylı qərardadı ləğv edilməli, mülki işin materialları Zaqatala Rayon Məhkəməsinə qaytarılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, ...iddiaçı ərizəsində anası 27 oktyabr 2002-ci il tarixdə ölmüş X2 miras qalmış, ümumi birgə mülkiyyət hüququ ilə sonuncunun mülkiyyətində olan Zaqatala rayonu, Höytala kəndində yerləşən fərdi yaşayış evi və 0,9385 ha torpaq sahəsindən mərhum X4 düşən hissənin ½ hissəsinə İddiaçı payının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxılır. İddiaçı isə hazırkı tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Digər tərəfdən İddiaçı “miras əmlaka payın müyyən edilməsi və qəsdə son qoyma” tələbi haqqında iddia ərizəsi ilə məhkəmə müraciət etsə də, iddia ərizəsinin xahiş edirəm hissəsində 27 oktyabr 2002-ci il tarixdə ölmüş - X2 miras qalmış, ümumi birgə mülkiyyət hüququ ilə sonuncunun mülkiyyətində olan Zaqatala rayonu, Höytala kəndində yerləşən fərdi yaşayış evi və 0,9385 ha torpaq sahəsindən mərhum X4 düşən hissənin ½ hissəsinə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə verərək xüsusi icraat qaydasında məhkəməyə müraciət etməli, eyni zamanda ərizənin məzmununda yol verilmiş qeyri-dəqiqliyi aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələri ilə razılaşmır. İddia ərizəsindən də göründüyü kimi, İddiaçı miras şərikləri arasında mübahisə olduğu üçün 27 oktyabr 2002-c i il tarixdə ölmüş - X2 miras qalmış, ümumi birgə mülkiyyət hüququ ilə sonuncunun mülkiyyətində olan Zaqatala rayonu, Höytala kəndində yerləşən fərdi yaşayış evi və 0,9385 ha torpaq sahəsindən mərhum X4 düşən hissənin ½ hissəsinə payının müəyyən edilməsini xahiş etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Birinci instansiya məhkəməsi qərardadda qeyd edir ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxılır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1 və 307.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Halbuki, hazırkı iddia ərizəsində tələb “miras əmlaka payın müəyyən edilməsi”ndən ibarətdir. Doğrudur iddiaçı ərizənin başlığında tələb kimi “qəsdə son qoyma”nı da göstərsə də, xahiş etdi hissəsində ancaq miras əmlaka payın müəyyən edilməsini göstərmişdir. Göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğu birinci instansiya məhkəməsi tərəfindən düzgün yoxlanılmamış, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Kollegiya iş materialları əsasında bu qənaətə gəlir ki, iddia ərizəsinin qaytarılması haqqında birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli olsa da, apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata götürülməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Çünki, iddianın mümkünlüyü məsələsinin həlli, təkcə iddianın geri qaytarılması üçün müəyyən olunmuş halların mövcud olub-olmaması ilə bağlı aparılan araşdırma ilə bitmir. İddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsaslarının mövcudluğu da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll edilməlidir. Lakin birinci instansiya məhkəməsinin qərardadının məzmunundan görünür ki, iddianının mümkünlüyü ilə bağlı olan digər əsaslar araşdırılıb onlara qiymət verilməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tаrixli, e-2(033)-1045/2024 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddianın icraata götürülməsini istisna edən digər halların olub-olmamasını araşdırmalı, həmin hallar müəyyən edilməzsə, iddianı icraata qəbul etməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tаrixli, e-2(033)-1045/2024 saylı qərardadı tam, 05 sentyabr 2024-cü il tаrixli, e-2(033)-1045/2024 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki işin materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-1173/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1173/2024
04.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver