Məhkəmə qərarları › İş №2(107)-1174/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1174/2025

07.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1174/2025 07.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cаvаbdеh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X13 qаrşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqı və kursda iştirakının təmin edilməsi və sertifkasiyaya göndəriş verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(039)-1907/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X11 21 may 2025-ci il tarixli, 18-1-82/3-1-462/2025 saylı əmrindən görünür ki, “Yevlax rayon Mərkəzi Xəstəxanası” X11 Anestezologiya, reanimasiya və intensiv terapiya şöbəsində (Reanimasiya) tibb bacısı vəzifəsində çalışan İddiaçı qanunvericiliyə uyğun olaraq sertifkasiyadan keçmədiyi üçün iş yeri saxlanılmaqla əmək haqqı ödənilmədən növbəti 6 ay ərzində sertifkasiyadan keçənədək xx.xx.2025-ci il tarixdən praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması, İddiaçı bu sahədə iş təcrübəsi, əmək stajı və TƏBİB-in 28 fevral 2025-ci il tarixli 18-1/2-1687/2025 nömrəli məktubu nəzərə alınaraq Reanimasiya şöbəsində (ixtisas tələbi olmayan) vakant olan, sanitar qadın (sanitar) vəzifəsinə keçirilməsi barədə hüquqi nəticələri izah edilməklə rəsmi təklif verilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Təhsildə X4 tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 3-29-61/2-527/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı elektron ərizə vasitəsilə təqdim etdiyi sənədlərin araşdırılması zamanı təhsil forması ilə bağlı əlavə sənəd tələb olunmuşdur. Məsələ ilə bağlı vətəndaşa xx.xx.2024-cü il tarixdə şəxsi kabineti vasitəsilə məlumat verilsə də, heç bir sənəd əlavə edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı cаvаbdеh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X13 qаrşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqı və kursda iştirakının təmin edilməsi və sertifkasiyaya göndəriş verilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X11 21 may 2025-ci il tarixli, 18-1-82/3-1-462/2025 saylı əmrinin qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsini, onun Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X7 əvvəlki işinə tibb bacısı vəzifəsinə bərpa edilməyi barədə, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi barədə, habelə, cavabdeh tərəfindən tibbi kursda iştirak etməyinin təmin edilməsi və sertifikasiyaya göndəriş verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X11 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, təxminən 17 ilə yaxındır ki, “Yevlax Rayon Mərkəzi Xəstəxanası”nda reanimasiya şöbəsində tibb bacısı vəzifəsində işləyir. İşlədiyi müddətdə üzərinə düşən vəzifə tapşırıqlarını layiqincə yerinə yetirmişdir. Heç bir töhmət və xəbərdarlıq almamışdır. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X11 21 may 2025-ci il tarixli, 18-1-82/3-1-462/2025 saylı əmrinə əsasən onu, yəni “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X11 Anestezologiya, reanimasiya və intensiv terapiya şöbəsində (reanimasiya) tibb bacısı vəzifəsində çalışan İddiaçı qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçmədiyi üçün iş yeri saxlanılmaqla əmək haqqı ödənilmədən növbəti 6 ay ərzində sertifikasiyadan keçənədək xx.xx.2025-ci il tarixdən praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmamağı, onun, İddiaçı bu sahədə iş təcrübəsi, əmək stajı və TƏBİB-in 28 fevral 2025-ci il tarixli 18-1/2-1687/2025 nömrəli məktubu nəzərə alınaraq Reanimasiya şöbəsində (ixtisas tələbi olmayan) vakant olan, sanitar qadın (sanitar) vəzifəsinə keçirilməsi barədə hüquqi nəticələri izah edilməklə rəsmi təklif verilməsi, əmrin icrasına nəzarət İnsan resursları şöbəsinin müdirinə (Məhyəddin Şirinov) tapşırılması əmri verilmişdir. İddiaçı Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X11 21 may 2025-ci il tarixli, 18-1-82/3-1-462/2025 saylı əmrinin qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçını ona görə işdən azad etmişlər ki, o, sertifikasiyadan keçməmişdir. Əslində isə onun sertifikasiyadan keçə bilməyi üçün cavabdeh tərəfindən göndəriş verilməli idi. O, 5 il bundan öncə, yəni 2019-cu ilin sentyabr ayında X5, cavabdehin göndərişi əsasında kurs keçmiş və həmin kursdan sonra cavabdeh onu sertifikasiyada iştirakı üçün göndəriş verilməmişdir. Bu hal isə iddiaçının günahı deyil, sırf cavabdehin günahıdır. Cavabdehin günahı üzündən hazırda işsizdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X16 04 iyul 2025-ci il tarixli, 18-1-82/2-682/2025 nömrəli iddiaya etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Yevlax rayon Xəstəxanasında tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixindən etibarən ölkə üzrə İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı yaradılan “Yevlax rayon Mərkəzi Xəstəxanası” pubik hüquqi şəxsin Reanimasiya və intensiv terapiya şöbəsində tibb bacısı vəzifəsinə keçməklə fəaliyyətini davam etdirmişdir. İddiaçı xarici dövlətdə (Rusiya Federasiyası, Moskva şəhəri) tibb təhsili müəssisəsi tərəfindən ona verilən xarici ölkə diplomuna görə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən, peşə tanınması üçün sınaq imtahanında iştirak etməlidir və peşə tanınması şəhadətnaməsi əldə etməlidir. Tanınma Şəhadətnaməsi əldə etdikdən sonra, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 8 iyun 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifkasiyası Qaydaları”na Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə sertifkasiya imtahanında iştirak etməlidir. İddiaçı xarici dövlətdə aldığı diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədilə “Yevlax rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən Azərbaycan Respublikası Təhsildə X1 rəsmi müraciət edilmişdir. Cavab olaraq bildirilmişdir ki, diplomun tanınması ilə bağlı, İddiaçı əlavə sənədlər tələb edilmişdir və bu sənədlərin təqdim edilməsi üçün TKTA tərəfindən ona məlumat verilmişdir. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə Qanunvericiliyə uyğun olaraq, sertifkasiya imtahanından keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə yol verilmir. İddiaçı “Yevlax rayon Mərkəzi Xəstəxanası” X11də ixtisas tələb olunmayan sanitar qadın vəzifəsinə keçirilməsi barədə təklif edilmişdir, lakin bu təklifdən xx.xx.2025-ci il tarixində X3 imtina etmişdir. İddiaçı xarici dövlət tərəfindən verilən tibb təhsili barəsində diplomu Azərbaycan Respublikasının Təhsildə X4 tərəfindən ölkə ərazisində tanınmamasına və ekvalentliliyinin müəyyən edilməməsinə, həmçinin Sertifikasiya imtahanında iştirak edə bilməməsinə görə mövcud Qanunvericiliyə əsasən tibbi fəaliyyətini davam etdirməsi mümkün deyildir. İddiаçı İddiaçı məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən, peşə tanınması üçün sınaq imtahanında iştirak etməmiş və peşə tanınması şəhadətnaməsi əldə etməmişdir. Cаvаbdеh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X11 nümayəndəsi X9 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, məhkəməyə iddiaya etirazla müraciət etmişlər. Həmin etirazda qeyd edilənləri müdafiə edir. İddiaçı xarici dövlət tərəfindən verilən tibb təhsili barəsində diplomu Azərbaycan Respublikasının Təhsildə X4 tərəfindən ölkə ərazisində tanınmamasına və ekvalentliliyinin müəyyən edilməməsinə, həmçinin Sertifikasiya imtahanında iştirak edə bilməməsinə görə mövcud Qanunvericiliyə əsasən tibbi fəaliyyətini davam etdirməsi mümkün deyildir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Yevlax Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(039)-1907/2025 nömrəli qətnaməsi (hakim: R.Əlizadə) ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı xarici dövlət tərəfindən verilən tibb təhsili barəsində diplomu Azərbaycan Respublikasının Təhsildə X4 tərəfindən ölkə ərazisində tanınmamasına və ekvalentliliyinin müəyyən edilməməsinə, həmçinin Sertifikasiya imtahanında iştirak edə bilməməsinə görə müəssisənin müvafiq əmrinə əsasən işdən azad olunmuşdur. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün – Azərbaycan Respublikası Konstitusiyasının 60, Əmək Məcəlləsi 67-1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 88, 106.1, 217.4, 218.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sertifikasiyadan keçə bilmək üçün cavabdeh tərəfindən göndəriş verilməli idi. 5 il bundan öncə, yəni 2019-cu ilin sentyabr ayında X5 cavabdehin göndərişi əsasında kurs keçmişdir. Həmin kursdan sonra cavabdeh onu sertifikasiyaya göndərməli idi. Lakin, dəfələrlə tələb etməyinə baxmayaraq onun sertifikasiyada iştirakı üçün göndəriş verilməmişdir. Bu hal isə onun günahı deyildir. O, xarici dövlətdə təhsil almışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli ,2306 nömrəli Fərmanı ilə təstiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən, peşə tanınması üçün sınaq imtahanında iştirak etməli olduğunu bilib və bununla bağlı müraciətlər etmişdir. Lakin halhazıradək müraciətlərinə cavab verilməmişdir. Bununla bağlı bütün məlumatları cavabdehə bildirmişdir. Lakin, cavabdeh əslində nəticəni gözləməli olduğu halda onun işdən çıxarılmağına dair əmr imzalamışdır. Onun günahı olmadan sertifikasiya imtahanında iştirak edə bilməməsi onun işdən azad edilməyisinə səbəb ola bilməz. Onun tibbi təhsili vardır və diplomunun tanınması ilə bağlı rəsmi müraciət etmişdir. Məhkəmə isə bu halları nəzərə almamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, 17 ildirki qeyd edilən müəssisədə işləyir. O, Rusiya Federasiyasında təhsil almışdır. Lakin bugünədək diplomu Azərbaycan Respublikasında tanınmamışdır. Diplomunun tanınması ilə bağlı Təhsil Nazirliyinə müraciət etsədə nəticə əldə etməmişdir. İddia ərizəsini verməkdə məqsədi işdən çıxarılmaması üçün müəyyən vaxt qazanmaq olmuşdur. Hazırda işə bərpa edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X9 apellyasiya şikayəti qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qanunvericiliyə əsasən iddiaçının diplomu Azərbaycan Respublikasında tanınmadığından o nə kursa, nədəki sertifikasiya imtahanına göndərilə bilinmir. Müvafiq kursa və sertifikasiya imtahanına ancaq təhsil sənədi qaydasında olan şəxslər göndərilə bilir. Yəni, müəssisə istəsədə iddiaçını kursa və imtahana göndərə bilməz. Bundan başqa, 21 may 2025-ci il tarixli əmrlə İddiaçı işdən azad edilməmişdir. Onun 6 ay müddətinə praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması barədə əmr verilmişdir. Hal-hazırda onun iş yeri saxlanılmaqdadır. Əgər iddiaçı gələcəkdə diplomunu təsdiqlədərək sertifkasiyadan keçməsə o, qanunvericiliyin tələbinə uyğun olaraq işdən azad ediləcəkdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 3 5 . Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. M a d d ə 7 1 . İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Əmək Məcəlləsi 49.1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. 49.2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində qeydə alınmış işçi və işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə ötürülməsi əsasında elektron sənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır. Bu halda əmək müqaviləsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. 49.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. 49.4. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır. 49.5. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 67-1.1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin tələblərinə uyğun olaraq davamlı peşəkar inkişafının qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçirilir. Sertifikasiya imtahanına cəlb edilən şəxslərə onların ixtisasına bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadlarına görə qiymətləndirilməsi yolverilməzdir. 67-1.2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası tələb olunmur.https://e-qanun.az/framework/46943 67-1.3. Tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşə-ixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən beş il müddətində sertifikasiya şəhadətnaməsi tələb olunmur. 67-1.4. Sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər altı ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər. 67-1.5. Sertifikasiya imtahanından “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; Qeyd: Bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 84.3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi. 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunu 49-1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların bu maddənin beşinci hissəsinə uyğun olaraq davamlı peşəkar inkişafının (bundan sonra – DPİ) qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçirilir. DPİ üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası qaydası və DPİ fəaliyyətinin kredit ekvivalenti, həmin kreditlərin təsdiqlənməsi üçün lazım olan sənədlər və hesablanmasına dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. DPİ üzrə 5 (beş) il ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş minimum krediti toplayan və ya sertifikasiya imtahanından keçən şəxslərə sertifikasiya şəhadətnaməsi (bundan sonra – şəhadətnamə) verilir. Şəhadətnamə 5 (beş) il müddətində etibarlıdır. Minimum krediti toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidirlər. Tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşə-ixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən 5 (beş) il müddətində şəhadətnamə tələb olunmur. Şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 (altı) ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər. Sertifikasiya imtahanından təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarı: “.....nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir.”

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə əmək mübahisələri ilə bağlıdır. Belə ki, İddiaçı cаvаbdеh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X13 qаrşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqı və kursda iştirakının təmin edilməsi və sertifkasiyaya göndəriş verilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X11 21 may 2025-ci il tarixli, 18-1-82/3-1-462/2025 saylı əmrinin qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsini, onun Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X7 əvvəlki işinə - tibb bacısı vəzifəsinə bərpa edilməyi barədə, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi barədə, habelə, cavabdeh tərəfindən tibbi kursda iştirak etməyinin təmin edilməsi və sertifikasiyaya göndəriş verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X11 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə yəni, iddia tələbinin rədd edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddianın təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Əmək insanın ləyaqətini alçaltmamalı, insanların əsas hüquqlarına hörmət və əməyin mühafizəsini təmin edən şəraitdə işləməklə işçilərin əmək haqqının ədalətli ödənilməsində ifadə olunmalıdır. Buna görə də Konstitusiyada əmək hüququnun normativ məzmunu həmçinin insanın ləyaqətini alçaltmayan müəyyən şəraitlərdə işləmək hüquqları ilə səciyyələndirilir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Göründüyü kimi, qanunverici işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin və ya onun qanunvericiliyə uyğun səlahiyyət verdiyi rəhbər şəxsin üzərinə mühüm vəzifələr qoymuşdur. Ümumiyyətlə, bu cür mübahisələrdə mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. İşdən müəyyən olunur ki, İddiaçı xx.xx.2011-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Yevlax rayon Xəstəxanasında tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixindən etibarən ölkə üzrə İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı yaradılan “Yevlax rayon Mərkəzi Xəstəxanası” pubik hüquqi şəxsin Reanimasiya və intensiv terapiya şöbəsində tibb bacısı vəzifəsinə keçməklə fəaliyyətini davam etdirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin tələblərinə uyğun olaraq davamlı peşəkar inkişafının qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçirilir. Sertifikasiya imtahanına cəlb edilən şəxslərə onların ixtisasına bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadlarına görə qiymətləndirilməsi yolverilməzdir. Həmin Məcəllənin 67-1.4-cü maddəsində isə qeyd edilmişdir ki, sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Həmin Məcəllənin 67-1.5-ci maddəsində isə qeyd edilmişdir ki, sertifikasiya imtahanından “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X11 21 may 2025-ci il tarixli, 18-1-82/3-1-462/2025 saylı əmrindən görünür ki, “Yevlax rayon Mərkəzi Xəstəxanası” X11 Anestezologiya, reanimasiya və intensiv terapiya şöbəsində (Reanimasiya) tibb bacısı vəzifəsində çalışan İddiaçı qanunvericiliyə uyğun olaraq sertifkasiyadan keçmədiyi üçün iş yeri saxlanılmaqla əmək haqqı ödənilmədən növbəti 6 ay ərzində sertifkasiyadan keçənədək xx.xx.2025-ci il tarixdən praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması əmr edilmişdir. İş materiallarından müəyyən edilir ki, İddiaçı xarici dövlət tərəfindən verilən tibb təhsili barəsində diplomu Azərbaycan Respublikasının Təhsildə X4 tərəfindən ölkə ərazisində tanınmadığından və ekvalentliliyinin müəyyən edilmədiyindən o, Sertifikasiya imtahanında iştirak edə bilməmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən, tibb bacısı kimi fəaliyyət göstərmək üçün şəxsin sertifikasiya imtahanından keçməsi vacibdir. İddiaçının isə Sertifikasiya imtahanında iştirak etməməsinin başlıca səbəbi diplomunun Azərbaycan Respublikası ərazisində tanınması olmuşdur. Yəni, diplom tanınmadan sertifikasiya imtahanında iştirak etmək və həmin imtahana göndərişin verilməsi hüquqi olaraq mümkün deyildir. Qanunvericiliyə əsasən, xarici dövlət diplomu tanınmadan, tibb işçisinin sertifikasiya imtahanında iştirak etməsi və həmin imtahana buraxılmır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş, ‘’Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları’’na əsasən, xarici olkədə təhsil almış şəxslər peşə tanınması üçün sınaq imtahanında iştirak edərək peşə tanınması şəhadətnaməsi əldə etməlidir. Bundan başqa, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Sertifikasiya Şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Göründüyü kimi, İddiaçı Sertifikasiya imtahanına göndərilə bilməməsinin əsası onun xarici dövlət tərəfindən verilən tibb təhsili barəsində diplomunun Azərbaycan Respublikasının Təhsildə X4 tərəfindən ölkə ərazisində tanınmaması və ekvalentliliyinin müəyyən edilməməsi olmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının Təhsildə X4 tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 3-29-61/2-527/2024 nömrəli cavab məktubundan isə görünür ki, İddiaçı xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı elektron ərizə vasitəsilə təqdim etdiyi sənədlərin araşdırılması zamanı təhsil forması ilə bağlı əlavə sənəd tələb olunmuşdur. Məsələ ilə bağlı vətəndaşa xx.xx.2024-cü il tarixdə şəxsi kabineti vasitəsilə məlumat verilsə də, heç bir sənəd əlavə edilməmişdir. Göründüyü kimi, iddiaçıya məxsus diplomun tanınmamasına səbəbdə elə iddiaçının özünün müvafiq quruma sənədləri natamam verməsi olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, diplomun tanınmamasının və ya diplomun tanınmamasına görə Sertifikasiya imtahanına göndərilməməsinin məsuliyyəti cavabdeh tərəfin üzərində olmamışdır. Həmin halların yaranması səbəbi məhz iddiaçıdan qaynaqlanmışdır. Kollegiya bir məqamıda qeyd edir ki, işəgötürən iddiaçının ailə vəziyyətini və sosial durumunu nəzərə alaraq iddiaçıya xəstəxanada xadimə vəzifəsində çalışmağı ona təklif etmişdir. Lakin, iddiaçı həmin təklifi rədd etmişdir. Odur ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh tərəf iddiaçının praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması barədə əmr verməkdə haqlı olmuşdur. Kollegiya işə bərpa edilmə ilə bağlı xüsusilə bir məqmıda qeyd edir ki, Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X11 21 may 2025-ci il tarixli, 18-1-82/3-1-462/2025 saylı əmri ilə İddiaçı işdən azad edilməmiş (çıxarılmamış), sadəcə sertifkasiyadan keçmədiyi üçün iş yeri saxlanılmaqla əmək haqqı ödənilmədən praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmamışdır. Yəni, İddiaçı bugünədək işdən çıxarılmamışdır. Həmçinin məhkəmə kollegiyasının iclasında dindirilmiş cavabdehin nümayəndəsidə qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddiaçının diplomu Azərbaycan Respublikasında tanınmadığından o nə kursa, nədəki sertifikasiya imtahanına göndərilə bilinmir. Müvafiq kursa və sertifikasiya imtahanına ancaq təhsil sənədi qaydasında olan şəxslər göndərilə bilir. Yəni, müəssisə istəsdə iddiaçını kursa və imtahana göndərə bilməz. Bundan başqa, 21 may 2025-ci il tarixli əmrlə İddiaçı işdən azad edilməmişdir. Onun 6 ay müddətinə praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması barədə əmr verilmişdir. Hal-hazırda onun iş yeri saxlanılmaqdadır. Əgər iddiaçı gələcəkdə diplomunu təsdiqlədərək sertifkasiyadan keçməsə o, qanunvericiliyin tələbinə uyğun olaraq işdən azad ediləcəkdir. Belə olan halda kollegiya hesab edir ki, şikayət əmrin ləğv edilərək işə bərpa hissəsində əsaslı olmadığından təmin edilə bilməz. Kollegiya hesab edir ki, işə bərpa hissəsində şikayət əsaslı hesab edilmədiyindən, iddia məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi hissəsində də təmin edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tibbi kursda iştirakının təmin edilməsi və sertifikasiyaya göndəriş verilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə əsassızdır. Belə ki, kurslarda iştirak etmək və sertifikasiya göndərişi verilməsi üçün ilk növbədə həmin şəxsin müvafiq təhsil alması ilə bağlı xarici ali təhsil müəssisəsindən alınmış diplomu tanınmalı və ekvivalentliyi müəyyən edilməlidir. Azərbaycan Respublikasının Təhsildə X4 tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 3-29-61/2-527/2024 nömrəli cavab məktubundan isə bildirilmişdir ki, İddiaçı xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı elektron ərizə vasitəsilə təqdim etdiyi sənədlərin araşdırılması zamanı təhsil forması ilə bağlı əlavə sənəd tələb olunmuşdur. Məsələ ilə bağlı vətəndaşa xx.xx.2024-cü il tarixdə şəxsi kabineti vasitəsilə məlumat verilsə də, heç bir sənəd əlavə edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının xarici ali təhsil müəssisəsindən alınmış diplomla bağlı mübahisə həll edildikdən sonra qeyd edilən tələblərə yenidən baxıla bilər. Odur ki, şikayət həmin hissədə də təmin edilməməlidir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlərdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(039)-1907/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar