Məhkəmə qərarları › İş №2(107)-1175/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1175/2022

04.10.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1175/2022 04.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin İsgəndər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin(bundan sonra- Bank) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “qətnamə ilə tutulmuş borcun ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" İKB ASC ilə Cavabdeh2(bundan sonra- borcalan) arasında 23 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana illik 25 % dərəcəsi ilə, 60 ay müddətinə 27.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasının təminatı üsulu kimi "xxxx" İKB ASC ilə ipoteka qoyan Cavabdeh1 arasında 23 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyanın mülkiyyətində olan Ağdaş şəhəri B.Vahabzadə küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən iki otaqlı, ümumi sahəsi 204,57 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 68.000 manat məbləğində qiymətləndirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* №-li “Çıxarışdan” görünür ki, ipoteka ilə yüklülük reyestrdə qeydiyyata alınmışdır. Ağdaş Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli, 2(014)-51/2016 saylı qətnaməsi ilə borcalandan 25.007 manat əsas borc, 5.090 manat faiz borcu, 2.500 manat cərimə borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 32.657 manat borcun "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 68.000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan pul vəsaitinin borclalanın Banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan artıq qalan vəsaitin Cavabdeh1 qaytarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2(107)-1471/2016 saylı qətnaməsi ilə Ağdaş Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli, 2(014)-51/2016 saylı qətnaməsi, borcalandan 25.007 manat əsas borc, 5.090 manat faiz borcu, 2.500 manat cərimə borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" İKB ASC-nin xeyrinə tutulması hissəsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2(107)-1471/2016 saylı qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli, 2(014)-51/2016 saylı qətnaməsi qismən- tələbin Cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 68.000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan pul vəsaitinin borclalanın Banka olan borcunun ödənilməsinə yönəldilməsi hissəsində ləğv edilmiş və iddia tələbi həmin hissədə baxılmamış saxlanılmış və iddiaçıya izah edilmişdir ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarış ilə müəyyən olunur ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC olmuşdur. Birinci instansiya məhkəməsində icraat Bank, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “qətnamə ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Şəki Apellyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(107)-1471/2016 saylı qətnaməsi ilə tutulmuş 25.007 manat əsas, 5.090 manat faiz borcu , 2.500 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun Cavabdeh1 məxsus 23 sentyabr 2014- cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış, 146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və Şəki Apellyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2(107)-1471/2016 saylı qətnaməsi ilə tutulmuş cəmi 32.597 manat məbləğində borcun Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış, 146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış, 146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış, 146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 23 sentyabr 2014- ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 60 ay müddətinə 27.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış, 146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0,08 ha torpaq sahəsi 23 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. “Nikoyl İKB “ ASC 25.007 manat əsas borc, 5.090 manat faiz borcu , 7.502 manat cərimə borcu olmaqla cəmi 37.599 manat məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının borclu Cavabdeh2 tutulması, tutulacaq məbləğ öhdəliyin təminatı kimi ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakın hərracdan satışdan əldə olunan məbləğ hesabına iddiaçıya ödənilməsi, ipoteka qoyulmuş Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış, 146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0,08 ha torpaq sahəsində qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilərək evdən çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılması üçün Ağdaş Rayon Məhkəməsinə iddia ərizə ilə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli, 2(014)-51/2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 25.007 manat əsas borc, 5.090 manat faiz borcu , 2.500 manat cərimə borcu olmaqla, cəmi 32.657 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının "xxxx" ASC -nin xeyrinə tutulması və tutmanın Cavabdeh1 məxsus olan Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış, 146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0,08 ha torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016-ci il tarixli, 2(107)-1471/2016 saylı qətnaməsi ilə tərəfin apellyasiya şikayəti qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 14 iyun 2016-ci il tarixli 2(014)-51/2016 saylı qətnaməsi Cavabdeh2 bankın xeyrinə 25.007 manat əsas , 5.090 manat faiz borcu, 2500 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmiş, ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmirməmişdir. "xxxx" MMC-nin Pre/0472021 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi haqqında hesabatında qeyd olunmuşdur ki, Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən 60 saylı fərdi yaşayış evinin və 0,08 ha torpaq sahəsinin (51.782+6.565) likvid dəyəri 58.347 manat təşkil edir. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(014)-33/2022 nömrəli iş üzrə 03 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Əliyev) iddia təmin edilmiş, Cavabdeh2 Şəki Apellyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2(107)- 1471/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 25.007 manat əsas, 5.090 manat faiz borcu, 2.500 manat cərimə borcu və 30 manat dövlət rüsumunun tutulması Cavabdeh1 məxsus 23 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış, 146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evinə və 0.08 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 51.782 (əlli bir min yeddi yüz səksən iki) manat, 0.08 ha torpaq sahəsinin ilkin satış qiymətinin 6.565 (altı min beş yüz altmış beş) məbləğində müəyyən olunması, Şəki Apellyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2(107)-1471/2016 saylı qətnaməsi ilə tutulmuş cəmi 32.597 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış, 146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma Cavabdeh1 məxsus olan Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış, 146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış, 146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılaraq, həmin fərdi yaşayış evi boşaldılması və Banka təhvil verilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri dəyəri - 500 (beş yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.5, 317, 319.1, 385.1, 442, 443.1, 448.1, 448.4, 421.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1, 39.3, 39.3.3, 59.3, 59.3.2, 59.4-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 kredit götürdükdən sonra müəyyən səbəblərdən maddi vəziyyətləri qəflətən ağırlaşmışdır. Kreditin qaytarılması müddətinin uzadılması ilə bağlı dəfələrlə banka müraciət etsələr də, Bank bununla razılaşmamışdır. Şəki Apellyasiya Məhkəməsinin kredit borcunun tutulması ilə bağlı 2016-cı il tarixli qətnaməsi icraya yönəldikdən sonra borcun əmək haqlarına və pensiyaya yöndəldilməsi xahiş etmişik. Lakin 6 ilə yaxın müddət keçməsinə baxmayaraq borcun pensiyaya və əmək haqqına yönəldilməsinə maraqlı olmadığına görə susqunluq nümayiş etdirmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri iddiaçı tərəfin “canfəşanlığı” sayəsində cəmi 58.000 manat qiymətləndirilmişdir. Halbuki, iddiaçının birinci tələbinə baxılarkən ipoteka ilə yüklü edilmiş əmlak 78.000 manat məbləğində qiymətləndirilmişdir. Necə ola bilər ki, 2016-cı ildə ipoteak ilə yüklü edilmiş əmlakın dəyəri 78.000 manat olduğu halda 6 il sonra bu dəyər 58.000 manat kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən qeyd etdiyi halları və dəlilləri məhkəmədə bildirmək hüququndan istifadə edə bilməmişdir. Məhkəmənin mötəbər sübut kimi istinad etdiyi "xxxx" MMC-nin rəyi ilə razı deyil və təkrar qiymətləndirmənin keçirilməsi ilə bağlı vəsatətini məhkəməyə təqdim edə bilməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı iddiaçı və digər cavabdehlər tərəfindən etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Bankın nümayəndəsi Vüsal Həsənli apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, 2016-cı ildə kredit borcunun tutulması ilə bağlı işə baxılarkən ipoteka ilə yüklü edilmiş əmlakın bazar dəyərii 78.000 manat deyil 68.000 manat müəyyən edilmişdir. Eyni zamanda həmin məbləğ əmlakın likvid dəyəri yox real bazar qiymətini müəyyən edir. Həmin vaxt mövcud olan təcrübəyə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri yox, bazar dəyəri müəyyən edilirdi. Bu səbədən hazırda həmin əmlakın likvid dəyərinin 58.000 manat müəyyən edilməsi qanuni və əsaslıdır. Cavabdehlər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Bankın iddiası cavabdeh (ipoteka qoyan) Cavabdeh1 ilə yanaşı digər cavabdehlərə (ipoteka predmeti olan mənzildə qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3) münasibətdə də təmin edilsə də, onlar qətnamədən apellyasiya şikayəti verməmişlər. Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin digər cavabdehlərə aid hissəsinin də ləğv edilməsini xahiş etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Cavabdeh1 digər cavabdehlərin adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. O, digər cavabdehlərin nə faktiki, nə də ki qanuni nümayəndəsi deyil. Odur ki, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin və apellyasiya şikayətinin digər cavabdehlərə aid olan hissəsinin əsaslılığını yoxlamamışdır. Bunları nəzərə alan Məhkəmə tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyi yalnız Cavabdeh1 münasibətdə yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.4. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: Maddə 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İşdə olan sənədlərdən görünür və apellyasiya şikayəti vermiş Cavabdeh1 tərəfindən mübahisələndirilmir ki, Cavabdeh1, iddiaçı Bank və iş üzrə digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə sonuncunun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus torpaq sahəsi və mənzili, mənzildə yaşayan iş üzrə digər cavabdehlərin razılığı ilə Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bununla əlaqədar olaraq Bank ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə “İpoteka müqaviləsi” bağlanmış, ipoteka predmetlərinin ilkin satış qiyməti tərəflərin razılaşmasına uyğun olaraq 68.000 manat müəyyən edilmişdir. “İpoteka müqaviləsinə” əsasən ipoteka ilə yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestrdə qeydiyyata alınmış, ipoteka ilə yüklülük barədə reyestrdən xx.xx.2014-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* №-li “Çıxarış” verilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə 25.007 manat əsas borc, 5.090 manat faiz borcu, 2.500 manat cərimə borcunun borcalan Cavabdeh2 iddiaçı Bankın xeyrinə tutulması qət edilmişdir. Göründüyü kimi, xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə öhdəliklərin Cavabdeh2 tərəfindən lazımınca icra edilməməsi nəticəsində yaranmış borcun borcalandan Bankın xeyrinə tutulması barədə qanuni qüvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Bu baxımdan Məhkəmə, hazırki icraat zamanı Cavabdeh2 tərəfindən borcun ödənilməməsinin səbəblərini araşdırmağı lüzüm görmür. Bundan başqa, Cavabdeh1 apelyasiya şikayətində bildirir ki, borcalan Cavabdeh2 tutulmalı olan borcun hazırki iş üzrə cavabdehlərin əmək haqqı və pensiyalarına yöənildilməsi barədə müraciət etsələr də, həmin müraciətlərinə cavab verilməmişdir. Bu da onu təsdiq edir ki, Bank borcun həmin ödəniş növlərinə yönəldilməsində maraqlı deyil. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, ilə xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə borcalan Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh1, özünə məxsus torpaq sahəsini və mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bu barədə tərəflər arasında “İpoteka müqaviləsi” bağlanmışdır. Başqa sözlə, ipoteka qoyan Cavabdeh1 daşıyacağı risklər barədə məlumatlı olmuş və borcalanın öhdəliklərinin icrasına könüllü olaraq mülkiyyətində oan daşınmaz əmlaklarla təminat vermişdir. Apellyasiya şikayətinin başqa bir dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ilə torpaq sahəsinin və mənzilin ilkin satış qiyməti kimi müəyyən etdiyi müvafiq olaraq 6.565 və 51.782 manat həmin əmlakların real qiymətindən aşağıdır. Bununla bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi ipoteka predmeti olan torpaq sahəsinin və mənzilin ilkin satış qiymətini müəyyən etmək məqsədi ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymətləndirmə rəyini almışdır. Həmin rəydə göstərilir ki, torpaq sahəsinin likvid dəyəri 6.565 manat, fərdi yaşayış evinin likvid dəyəri 51.782 manatdır. Bu qiymətlə razılaşmayan Cavabdeh1 heç bir sübut gətirmədən, məsələn hər hansı digər bir qiymətləndirmə rəyinə istinad etmədən ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin daha yüksək olması barədə mövqeyi isə düzgün hesab edilə bilməz. Məhkəmə hesab edir ki, torpaq sahəsinin Mənzilin ilkin satış qiymətinin 6.565 manat mənzilin ilkin satış qiymətinin isə 51.782 manat məbləğində müəyyən edən Rayon Məhkəməsi ədalətli mövqe nümayiş etdirmişdir. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsi torpaq sahəsi və mənzilin satıldığı halda cavabdehlərin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzil satıldıqdan sonra 1 ay ərzində onların mənzildən çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsini qət etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi mübahisələndirilən hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslı deyil. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qətnamə hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar