Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1175/2025 12.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “fərdi yaşayış evinin və torpaq sahəsinin naturada ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “fərdi yaşayış evinin və torpaq sahəsinin naturada ayrılması” tələbi, qüvvə) X1 (sədrlik edən və məruzəçi), X4 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “fərdi yaşayış evinin və torpaq sahəsinin naturada ayrılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, e-2(075)-58/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsindən iddiaçıya məxsus 1/2 hissə payının naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi onun, 1/2 hissəsi isə mərhum babası X5 paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə mülkiyyət hüquqları 30 aprel 2014-cü il tarixdə qeydiyyata alınaraq onlara ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və **********15-10301 reyestr nömrəli Texniki pasport verilmişdir. Həmin fərdi yaşayış evinin və torpaq sahəsinin 1/2 hissəsi onun mülkiyyətində olduğundan və evin hansı hissəsinin onun mülkiyyətinə düşdüyü müəyyən edilmədiyindən fərdi yaşayış evini təmir etdirə bilmirlər. Belə ki, onlar mülkiyyətlərində olan fərdi yaşayış evində paylı mülkiyyətçilər arasında müəyyən problemlər yaradır. Belə olan şəraitdə yuxarıda qeyd edilən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən onun payının müəyyənləşdirilməsi və real olaraq naturada ayrılması zərurəti yaranmışdır.
3. Şəki Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, e-2(075)-58/2025 nömrəli qətnaməsi ilə (hakim Kamran Musayev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X10, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “fərdi yaşayış evinin və torpaq sahəsinin naturada ayrılması” barədə iddia tələbinin təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi, iş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 213, 215.1, 215.2, 220, 223.2, 223.4 maddələrinə, “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Konvensiyаya istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********15-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və 262.8 kv.m. fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ½ hissəsi isə X5 paylı mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ərazi idarəsinin arxiv materiallarında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı və X5 adlarına 27 aprel 2013-cü il tarixli, 7076 inventar nömrəli texniki pasport və 30 aprel 2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə məlumat mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinin tələblərinə əsasən paylı mülkiyyətdə olan əşya razılaşmaya əsasən bölünə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinin tələblərinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. - Şəki şəhər Torpaqağac məhəllə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 117 nömrəli arayışından görünür ki, X12 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Məlum olan vərəsələri aşağıdakılardır. Cavabdeh1, Cavabdeh2, X10, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X6. Arayışın qeyd hissəsində göstərilir ki, X5 birinci həyat yoldaşı Səmədova Alagöz vəfat etdikdən sonra mərhum X6 ilə evlənib. Lakin Seyran dan heç bir övladı yoxdur. - Şəki Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 127 nömrəli arayışında qeyd edilmişdir ki, ünvan 5 ünvanında yaşayan Cavabdeh1 həqiqətən qeyd edilən ünvanda yaşayır. Ailə üzvləri aşağıdakılardır. X7, İddiaçı, X3, X15, X13. - xx.xx.2019-cu il tarixli, AZ-İİ 010570 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2025-ci il tarixli 10/7595 nömrəli rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən iş üzrə iddiaçıya məxsus ½ hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin, mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər arasındakı faktiki bölgüsünün ½ hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-Texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə uyğun oduğu müəyyən olunur. - İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilən ərizəsində qeyd edilmişdir ki, Məhkəmə ekspertizası mərkəzinin rəyinin nəticə hissəsinin ikinci bəndində (cümləsində) götərildiyi kimi, “fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin onların arasındakı faktiki bölgüsünün ½ hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydalarına uyğun olaraq” faktiki olaraq evin və həyətyanı torpaq sahəsinin bölünməsinə köməklik göstərilməsini, halhazırdakı bölgü ilə tam razı olduğunu, ona düşən torpaq sahəsinin necə bölünməsindən asılı olmayaraq, faktiki aralarında heç bir narazılıq olmadığını, bugünki sənədinə (çıxarışına) uyğun olaraq bölgü olunması və iddia tələbinin tam təmin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Cavabdeh1 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilən ərizəsində qeyd edilmişdir ki, Məhkəmə ekspertizası mərkəzinin rəyinin nəticə hissəsinin ikinci bəndində (cümləsində) götərildiyi kimi, “fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin onların arasındakı faktiki bölgüsünün ½ hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydalarına uyğun olaraq” faktiki olaraq evin və həyətyanı torpaq sahəsinin bölünməsinə köməklik göstərilməsini, halhazırdakı bölgü ilə tam razı olduğunu, torpaq sahəsinin necə bölünməsindən asılı olmayaraq, faktiki aralarında heç bir narazılıq olmadığını, bugünki sənədlərə uyğun olaraq bölgü olunması və iddia tələbinin tam təmin edilməsinə razı olduğunu bildirmişdir. - Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilən ərizəsində qeyd edilmişdir ki, Məhkəmə ekspertizası mərkəzinin rəyinin nəticə hissəsinin ikinci bəndində (cümləsində) götərildiyi kimi, “fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin onların arasındakı faktiki bölgüsünün ½ hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydalarına uyğun olaraq” faktiki olaraq evin və həyətyanı torpaq sahəsinin bölünməsinə köməklik göstərilməsini, halhazırdakı bölgü ilə tam razı olduğunu, torpaq sahəsinin necə bölünməsindən asılı olmayaraq, faktiki aralarında heç bir narazılıq olmadığını, bugünki sənədlərə uyğun olaraq bölgü olunması və iddia tələbinin tam təmin edilməsinə razı olduğunu bildirmişdir. - xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı oğlu cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, M.Abbasov küçəsi, ev 30 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsindən iddiaçıya məxsus 1/2 hissə payının naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki şəhəri, M.Abbasov küç, ev 30 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi onun, 1/2 hissəsi isə mərhum babası X22 oğlunun paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə mülkiyyət hüquqları 30 aprel 2014-cü il tarixdə qeydiyyata alınaraq onlara ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmazəmlakın Dövlət reyestrindən çıxarış və **********15-10301 reyestr nömrəli Texniki pasport verilmişdir. H əmin fərdi yaşayış evinin və torpaq sahəsinin 1/2 hissəsi onun mülkiyyətində olduğundan və evin hansı hissəsinin onun mülkiyyətinə düşdüyü müəyyən edilmədiyindən fərdi yaşayış evini təmir etdirə bilmirlər. Belə ki, onlar mülkiyyətlərində olan fərdi yaşayış evində paylı mülkiyyətçilər arasında müəyyən problemlər yaradır. Belə olan şəraitdə yuxarıda qeyd edilən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən onun payının müəyyənləşdirilməsi və real olaraq naturada ayrılması zərurəti yaranmışdır. Məhkəməiclasında iddiaçı Cavabdeh1 iddiaərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahişetmiş və əlavə olaraq bildirmişdir ki, o, məhkəmə ekspertizası mərkəzinin rəyində qeyd edildiyi kimi, ½ paydan qismən kənara çıxmaqla əmlakın faktiki olaraq bölünməsinə razıdır. Eynizamanda Cavabdeh1 iddia tələbinə etiraz etməyərək, məhkəməekspertizası mərkəzinin rəyində qeyd edildiyi kimi, ½ paydan qismən kənaraçıxmaqla əmlakın faktiki olaraq bölünməsinə razı olduğunu bildirmişdir. Bundan əlavə Cavabdeh2 iddia tələbinə etirazetməyərək təminedilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, həmin evdə o və Mahmudun ailəsi yaşayır. Digər cavabdehlərin özlərinin evləri var. Mahmudla onun ayrıayrı giriş-çıxışları var. Torpağın 3 sotundan o, 3 sotundan isə Mahmud istifadəedir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasənmülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncamhüquqlarınısərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. HəminMəcəllənin 152.5-cimaddəsinəəsasənmülkiyyətçi qanunvericiliklə və ya başqaşəkildə, o cümlədən müqavilə məhdudiyyətləriilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadəedə bilər və ona dair sərəncamverə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi iləistənilən hərəkətləriedə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci mаddəsinə əsаsən mülkiyyətçininmülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələrəşyanı götürmədən və ya ondanməhrumetmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davametdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilətələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-cimaddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payımüəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindənmüdafiə olunur. Hər kəsinmülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncamverilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığıəsasında həyata keçirilə bilər. MülkiMəcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olanəmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumiəmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyayasahiblik və ondan istifadəedən digər mülkiyyətçilərdənmüvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncamverilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylımülkiyyətinmülkiyyətçiləri ümumiəmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu vəşərtləri haqqındarazılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncamvermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylımülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmamasıonları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.2cimaddəsinəəsasən paylımülkiyyətinmülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu vəşərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qanunvericiliyin də tələbindən göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu vəşərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2025ci il tarixli 10/7595 nömrəli rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən iş üzrə iddiaçıya məxsus ½ hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin, mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanıtorpaq sahəsinin tərəflər arasındakı faktiki bölgüsünün ½ hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-Texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə uyğun oduğu müəyyən olunur. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilən ərizəsində qeyd edilmişdir ki, məhkəmə ekspertizası mərkəzinin rəyinin nəticə hissəsinin ikinci bəndində (cümləsində) götərildiyi kimi, “fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin onların arasındakı faktiki bölgüsünün ½ hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydalarına uyğun olaraq” faktiki olaraq evin və həyətyanı torpaq sahəsinin bölünməsinə köməklik göstərilməsini, hal hazırdakı bölgü ilə tam razı olduğunu, ona düşən torpaq sahəsinin necə bölünməsindən asılı olmayaraq, faktiki aralarında heç bir narazılıq olmadığını, bugünki sənədinə (çıxarışına) uyğun olaraq bölgü olunması və iddia tələbinin tam təmin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh1 tərəfindən xx.xx.2025-ciiltarixdə məhkəməyə göndərilən ərizəsində qeyd edilmişdir ki, Məhkəmə ekspertizası mərkəzinin rəyinin nəticə hissəsinin ikinci bəndində(cümləsində) götərildiyi kimi,“fərdi yaşayışevinin və həmin evin yerləşdiyi həyətyanıtorpaq sahəsinin onların arasındakıfaktiki bölgüsünün ½ hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydalarınauyğun olaraq”faktiki olaraq evin və həyətyanı torpaq sahəsinin bölünməsinə köməklik göstərilməsini, halhazırdakı bölgü ilə tam razı olduğunu, torpaq sahəsinin necə bölünməsindən asılı olmayaraq, faktiki aralarında heç bir narazılıq olmadığını, bugünki sənədlərə uyğun olaraq bölgü olunması və iddia tələbinin tam təmin edilməsinə razı olduğunu bildirmişdir. Göründüyü kimi tərəflər arasında faktiki cəhətdən bölgü mümkün olmuşdur. Onlar ekspert rəyində olduğu kimi ½ hissə paydan qismən kənaraçıxılmaqla aparılan bölgüyə də etiraz etməmişlər. Bundan əlavə hesab edirəm ki, məhkəmə təkrar ekspertiza təyin etməli idi. Ona görə ki, tərəflər arasında mövcud olmuş faktiki bölgü forması ilə evin və ya onun yerləşdiyi torpaq sahəsinin bölgüsü mümkündürmü?
8. Ona görə də, Şəki Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, e-2(075)-58/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, e-2(075)-58/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.
15. “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Konvensiyа: Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
21. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. İddiaçı Şəki Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, e-2(075)-58/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı və mərhum babası X8 hər birinə ½ pay müəyyən edilməklə ümumi paylı mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının atasıdır. Həmin fərdi yaşayış evi və torpaq sahəsi iki hissəyə bölünmüşdür. Bir hissədə Cavabdeh1, onun həyat yoldaşı, oğlu İddiaçı, onun həyat yoldaşı və uşaqları yaşayır. Evin digər hissəsi isə Cavabdeh2 və onun ailəsinin istifadəsindədir. İddia ərizəsində qeyd edilən cavabdehlər mərhum X9 digər övladlarıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçı tərəfindən iddia tələbi ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin ½ hissəsinin mülkiyyətçisi olan mərhum X8 (vəfat etmiş paylı mülkiyyətçinin) mülkiyyətə gözləntisi olan vərəsələrinə qarşı yönəlmişdir. İddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş üzrə ekspertiza təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 23 aprel 2025-ci il tarixli, 10/7595 nömrəli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən iş üzrə iddiaçıya məxsus ½ hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşmış və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər arasındakı faktiki bölgüsünə münasibətdə isə məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə faktiki istifadə olunan hissənin naturada ayrılması nəzərdə tutulmamışdır. Hazırkı halda isə cavabdehlər mülkiyyətçilər deyil, mülkiyyətə gözləntisi olan şəxslərdir. Beləliklə məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “fərdi yaşayış evinin və torpaq sahəsinin naturada ayrılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.
27. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, e-2(075)- 58/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, e-2(075)-58/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.