Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1177/2025 13.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar Musatafayeva (Əhmədli) Günel Qabil qızı və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (açar sözlər: Mənzil mübahisələri - Mənzildən çıxarılma) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X4 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçılar - Musatafayeva (Əhmədli) Günel Qabil qızı və İddiaçı2, Cavabdeh - Cavabdeh1 iştirakı ilə, İddiaçılar Musatafayeva (Əhmədli) Günel Qabil qızı və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il tаrixli, 2(051)-359/2025 saylı qətnаməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan xx.xx.2024-ci il tarixli AN-İ ******* №li daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 alıcı İddiaçı1 və İddiaçı2 ünvan 1 saylı ümumi sahəsi 83.35 kv.m. olan mənzili tam mülkiyyət üzrə 100000 manata satmışdır. Həmin müqaviləyə əsasən alıcılar Cavabdeh1 ilkin olaraq 30 000 manat, cəmi 60 000 manat pulu notariusun AZ73AİİB410400E**********212 nömrəli "xxxx" ASC-nin Mingəçevir şöbəsindəki depozit hesabı vasitəsi ilə ödəyib, qalıq qalan hər birinə 20 000 manat olmaqla, cəmi 40 000 manat pulu isə nisyə alqı-satqı müqaviləsinə müvafiq olaraq xx.xx.2024-cü il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəməyi öhdələrinə götürmüşlər. Satıcı Cavabdeh1 xx.xx.2024-cü il tarixinədək qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür.
2. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışdan görünür ki, ünvan 1 saylı ümumi sahəsi 83.35 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı2, ½ hissədə İddiaçı1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
3. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə verilmiş ******* №li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında Cavabdeh1 qeydiyyatdadır.
4. İş materiallarında olan İddiaçı2 Famil oğlu tərəfindən Cavabdeh1 xx.xx.2024-cü il tarixinədək mənzildən qeydiyyatdan çıxmaq və mənzili boşaldıb onlara təhvil verməyi barədə bildiriş göndərilmişdir.
5. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə verilmiş ******* №li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı2 xx.xx.2024-cü il tarixdən Mingəçevir şəhəri, N.ünvan 2 ünvanında qeydiyyatdadır.
6. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 385 №li 2 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, X1 şəhəri, H.Əliyev küçəsi, ev 42, mənzil 16 ünvanında yaşayır Anası Cavabdeh2 qeydiyyatda deyil, qeydiyyatsız yaşayır.
7. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ambulator stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Cavabdeh1 qanayan babasil. Anal çat. Hemorroidentomiya diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına xx.xx.2025-ci il tarixdə daxil olmuş və xx.xx.2025-ci il tarixdə çıxmışdır.
II. Birinci instansiya məhkəməsində icraat
8. İdİddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, onunla birgə yaşayan anası Cavabdeh2 və əşyalarının onların mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 42 №li evin 16 №li mənzilindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 22 avqust 2024-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri Heydər Əliyev prospektindəki 42 №li evin 4 otaqlı 16 №li mənzilini onlara – ½ hissədə İddiaçı2, ½ hissədə Mingəçevir şəhəri Dilarə Əliyeva küçəsindəki 16 №-li evin 59 №-li mənzilində qeydiyyatda olan İddiaçı1, hər birilərinə 50 000 manat olmaqla 100 000 manata satmış və onlar da bu mənzili həmin qiymətə almışlar. Tərəflər arasında razılaşdırılmış hesablaşmaya görə alıcılar hər biri Cavabdeh1 ilkin olaraq 30 000 manat, cəmi 60 000 manat pulu notariusun AZ73AİİB410400E**********212 nömrəli "xxxx" ASC-nin Mingəçevir şöbəsindəki depozit hesabı vasitəsi ilə ödəyib, qalıq qalan hər birinə 20 000 manat olmaqla, cəmi 40 000 manat pulu isə nisyə alqı-satqı müqaviləsinə müvafiq olaraq xx.xx.2024-cü il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdələrinə götürmüşlər. İddiaçılar həmin qalıq 40 000 manatı öhdəliklərinə müvafiq olaraq notariusun bankda açılan depozit hesabına ödəyib və Mingəçevir şəhəri, H.Əliyev prospektindəki 42 №-li evin 16 №-li mənzili üzərində mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2024-cü il tarixli **********96-05101-093012-reyestr nömrəli dövlət reyestrindən çıxarış almışlar. Aralarında bağlanmış 22 avqust 2024-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın nisyə alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 29 noyabr 2024-cü il tarixədək mənzillə əlaqədar məhkəmə mübahisəsinin olmadığına, mənzildən qeydiyyatdan çıxmağına və mənzili tam boşaldıb onlara təhvil verməyinə təminat vermişdir. Odur ki, 01 dekabr 2024-cü il tarixədək öhdəsinə götürdüyü müqavilədən irəli gələn həmin öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, cavabdeh və onunla bir yerdə onların mülkiyyətlərində olan mənzildə yaşayan anası Cavabdeh2 cavabdehə ünvanladıqları yazılı bildirişdən sonra da mənzili könüllü surətdə boşaltmırlar, bununla da onların mənzillərinə köçməyinə mane olurlar və mülkiyyət hüquqularını pozurlar
10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Güləndam Quliyeva) 02 aprel 2025-ci il tаrixli, 2(051)-359/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan **********96-05101- 093012 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin hər hansı hüquqi əsas olmadan iddiaçılara məxsus mənzildən çıxmaması iddiaçıların öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu pozur. Bu səbəbdən iddiaçıların mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onların mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddia təmin edilməli, cavabdehlər əşyaları ilə birlikdə qeyd olunan mənzildən çıxarılmalıdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 152.1, 157.2, 157.4, 385.1, 567, 646.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh Cavadzadə X2 Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il tаrixli, 2(051)- 359/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qeyd edilən mənzil atasının ölümündən sonra vərəsəlik hüququ ilə onun mülkiyyətinə keçmiş və mənzil satılana kimi həmin mənzildə o və anası ilə birlikdə yaşamışlar. 2024-cü ilin avqust ayında evi satmaq qərarına gəlmişdir. Həmin vaxt anası xəstə olduğuna görə ilin avqust ayında evi satmaq qərarına gəlmişdir. Həmin vaxt anası xəstə olduğuna görə onun razılığını soruşmamışdır. İddiaçılar həmin mənzilə onunla baxış keçirmiş, mənzilin satılmasında anasının razılığını almamışdır. Çünki anası həmin mənzildə qeydiyyatda olmamışdır. 2024-cü ilin avqust ayında notariat kontoruna gedib mənzilin nisyə qaydada alqı-satıqısı barədə müqavilə imzalamışlar. Belə ki, mənzilin qiyməti 100000 manat qiymətləndirilmiş, bunun 60000 manatı əvvəlcədən ödənilmiş, 40000 manat pul isə ödənilməmiş qalmışdır. Bundan sonra mənzilin nisyə qaydada satılmasını anasına demişdir. Anası buna razılıq verməmiş və mənzilin nisyə alqı-satıq müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. Bu barədə təcili olaraq o, hər iki alıcıya və notariat kontoruna məlumat vermişdir. Notariat kontoru alıcı tərəflə razılaşmağı təklif etmiş, o, alıcı tərəfə ödədiyi 60000 manat pulu və əlavə xərcləri ödəməklə nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Əvvəl alıcı tərəf onunla razılaşmış, lakin sonradan xx.xx.2024-cü il tarixdə həmin mənzilə dair çıxarış almış və 40000 manat pulu notariat kontorunun depozitinə qoymuşdur. O, həmin pulu götürməmişdir və 100000 manat pulu qaytarmaqla nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə notariat kontoruna izahat yazıb vermişdir. Beləliklə alıcı tərəf onunla razılaşmasına baxmayaraq ondan xəbərsiz depozitə pul qoymuş, nisyə alqı-satqı müqaviləsi üzrə çıxarış almış və həmin çıxarışa əsasən Mingəçevir Şəhər Məhkəməsində 2025-ci ilin dekabr ayında iddia qaldırmışdır. 2025-ci ilin yanvar ayından xəstəliklə əlaqədar cərrahiyyə əməliyyatında olmuşdur. Anası isə yataq xəstəsidir. Ona görə də məhkəmənin hazırlıq və baxış iclaslarında üzürlü səbəbdən iştirak edə bilməmişlər. Bu barədə məhkəməyə məlumat vermişd və sənədləri təqdim etmişdir. Lakin məhkəmə onların iştirakı olmadan məhkəmə baxışını keçirərək iddianın təmin edilməsi barədə əsassız qətnamə çıxarmışdır. Məhkəməyə heç bir sübut və izahat təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il tаrixli, 2(051)-359/2025 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçılar Mustafayeva (Əhmədli) Günel Qabil qızı və İddiaçı2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il tаrixli, 2(051)-359/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlamasını xahiş etdilər.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
23. İş üzrə Cavabdeh1 apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır. V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
24. Maddə 29. Mülkiyyət hüququ
İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.
25. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
30. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi - 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. - 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
32. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il tаrixli, 2(051)-359/2025 saylı qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
45. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
46. İş materialları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçıların mülkiyyətindədir. Tərəflər arasında qeyd olunan əmlakla bağlı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə ilə mülkiyyət hüququ iddiaçıya keçmiş mənzildən çıxmamışdır. İddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Mingəçevir Şəhər Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. İş üzrə cavabdehlərdən Cavabdeh1 qətnamədən narazı qalaraq apellyasiya vermişdir.
47. Kollegiyanın iclasında Cavabdeh1 apellyasiya şikayətində göstərdiklərini təsdiq edərək bildirmişdir ki, düzdür, əvvəlcə özünə məxsus olmuş mənzilini satmaq istəmiş və bu barədə cavabdehlərlə razılığa gəlmişdir. Mənzilin qiyməti 100000 manat qiymətləndirilmiş, bunun 60000 manatı əvvəlcədən ödənilmiş, 40000 manat pul isə ödənilməmiş qalmışdır. Bundan sonra mənzilin nisyə qaydada satılmasını anasına demişdir. Anası buna razılıq verməmiş və ona görə də iddiaçılardan mənzilin nisyə alqısatıq müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. Bu barədə təcili olaraq o, hər iki alıcıya və notariat kontoruna məlumat vermişdir. Notariat kontoru alıcı tərəflə razılaşmağı təklif etmiş, o, alıcı tərəfə ödədiyi 60000 manat pulu və əlavə xərcləri ödəməklə nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Əvvəl alıcı tərəf onunla razılaşmış, lakin sonradan 40000 manat pulu notariat kontorunun depozitinə qoyaraq, xx.xx.2024-cü il tarixdə həmin mənzilə dair çıxarış almışlar. O, həmin pulu götürməmişdir və 100000 manat pulu qaytarmaqla nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə notariat kontoruna izahat yazıb vermişdir. Lakin iddiaçılar buna razılaşmamışlar.
48. Kollegiyanın iclasında İddiaçı2 Cavabdeh1 dediklərini qismən təsdiq edərək göstərmişdir ki, müqaviləyə əsasən də qalıq pul 2024-cü ilin noyabr ayının sonunadək ödənilməli idi. Lakin elə oldu ki, onlar 40 000 manatı artıq sentyabr ayında əldə etmiş və o, cavabdehlə əlaqə saxlamışdır. Cavabdehlə görüşüb 40 000 manatı vermək istəyəndə, o, bildirib ki, mənzili artıq satmaq istəmir, çünki anası evin qaytarılmasını istəyir. Həmin vaxt o da bildirmişdir ki, narazılıq olan ev ona da lazım deyil, ona görə də 60 000 manatını qaytarsın, alqı-satqını ləğv etsinlər və o da qedib özü və ailəsinə ev ala bilsin. Ancaq Cavabdeh1 mənzilə görə aldığı 60000 manat pulu qaytarması üçün vaxt istəmişdir. Beləliklə, sentyabr ayından 6 noyabr 2024-cü il tarixədək onlar 60 000 manatı cavabdehdən geri ala bilməmişlər. Bəxtiyar pulu qaytarmalı idi ki, onlar da evi qaytarsınlar. Bir ay yarım 40 000 manatı özündə saxlayıb, sonra isə görüb ki, müqavilədə nəzərdə tutulmuş ödəniş tarixi yaxınlaşır, cavabdeh isə ona ödədikləri pulu qaytarmır, ona görə də məcbur olub 40 000 manatı notariusun depozitinə mədaxil etmişdir. Həmin məbləği depozitə mədaxil etməmişdən əvvəl də notariusda cavabdehlə görüşmüşdür. Orada da bildirib ki, mənzilin geri alınması üçün cavabdeh 60 000 manatı qaytarmalıdır, lakin qaytarmadı. Cavabehlər mənzildən çıxmadıqlarına görə artıq il yarımdır ki, onlar üç uşaqla aylıq kirayə haqqı 450 manat təşkil edən kirayə mənzildə yaşamağa məcbur olmuşlar.
49. Kollegiyanın iclasında iddiaçı Musatafayeva (Əhmədli) Günel Qabil qızı göstərdi ki, apellyasiya şikayətinin qəbul etmir. Belə ki, mübahisəli mənzili 1 il 4 ay öncə alsalar da, hələ də oraya köçə bilməyiblər. Alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh1 beh tələb etməmişdir. Ona görə də onlar birbaşa mənzilin qiymətinin 60 000 manatını ödəyiblər. Müqavilədə də qeyd olunduğu kimi, razılaşmışıblar ki, qalıq məbləği də noyabr ayının axırınadək ödəyəcəklər və noyabrın əvvəlində qalan hissəsini də ödəyiblər. Lakin cavabdeh bildirmişdir ki, qalıq 40 000 manatı qəbul etmir, aldığı 60 000 manatı da qaytaracaq. Cavabdeh bu fikrini söylədikdə onlar 60 000 manatın qaytarılmasını istəmişlər. Lakin cavabdeh bildirib ki, həmin məbləğin yarısını artıq xərcləmiş, ona görə də tam deyil, hissə-hissə qaytaracaqdır. Onlar da bunu qəbul etməyiblər. Ona görə də müqavilə ilə müəyyən olunmuş müddət ərzində pulun qalan hissəsini notariusun depozitinə mədaxil ediblər.
50. Göründüyü kimi, ididiaçılar satın almış olduqları evin qaytarılması (tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi) barədə cavabdehin təklifinə sonuncunun aldığı pulu tam geri qaytaracağı təqdirdə razılaşmışlar, lakin cavabdeh həmin məbləği tam şəkildə qaytarmadığı üçün həmin razılaşma baş tutmamışdır. Belə olan halda iddiaçılar müqavilə şərtinə əsasən qalıq pul məbləğini də ödəyərək mənzili öz adlarına rəsmiləşdirmişlər.
51. İddiaçılar qanuni əsaslarla daşınmaz əmlakı əldə etmişlər. Beləki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq, hər iki tərəfin öz razılığı və iradələrinə uyğun bağlanmışdır və notariat orqanı tərəfindən təsdiq edilmişdir.
52. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Azərbaycan Resplikasının Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələri və 29-cu maddəsinin İ, İİ və İV hissələri)
53. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz.
54. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir.
55. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir.
56. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir.
57. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh2 və Cavabdeh1 hər hansı hüquqi əsas olmadan iddiaçılara məxsus mənzildən çıxmaması iddiaçıların öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu pozur. Bu səbəbdən iddiaçıların mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onların mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddia təmin edilməli, cavabdehlər əşyaları ilə birlikdə qeyd olunan mənzildən çıxarılmalıdırlar.
58. Kollegiya yuxarıda şərh olunanlara əsasən apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
60. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
61. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
63. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
64. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
65. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il tаrixli, 2(051)-359/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il tаrixli, 2(051)-359/2025 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov