Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1178/2022 23.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, dövlət rüsumunun tutulması) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), hakimlər Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlndan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(016)-65/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı evinə “Cam balkon” quraşdıracağı üçün Cavabdeh ilə şifahi olaraq 950 manata razılığa gəlmiş, cavabdeh tərfindən iddiaçıdan 450 manat avans alınmış, lakin cavabdeh avans aldığı pulun müqabilində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1.490 manat məbləğində maddi zərərin, 500 manat məbləğində mənəvi zərərin, cəmi 1.990 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan mənzilində şüşəbənd “cam balkon” düzəltmək məqsədi ilə, ünvan 1 ünvanının zirzəmisində yerləşən “Plastik qapı və pəncərə” sexinə müraciət etmişdir. Sexə rəhbərlik edən Cavabdeh dərhal həmin gün mənzilinə gələrək balkonun ölçülərini götürmüş, işin ümumi qiyməti 950 manat məbləğinə razılaşdırılmışdır. Həmin gün, yəni 04 sentyabr 2020-ci il tarixdə cavabdeh işin görülməsi üçün 450 manat məbləğində avans almışdır. Bu barədə avansı təsdiq edən qəbzi imzalayıb ona təqdim etmişdir. Cavabdehlə işin bir ay müddətinə tam görülməsi üçün razılaşmışlar. Amma cürbəcür bəhanələr gətirərək cavabdeh aylarla işin görülməsini uzatmışdır. Belə vəziyyətdə məcbur olub 28 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayon 25-ci Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. 25-ci Polis Şöbəsində işə sahə polis Baş Leytenantı Əli Məmmədov baxmış, cavabdeh onu da dələduzluq yolu ilə aldadaraq daha səkkiz ay işi uzatmağı bacarmışdır. Nəhayət, iş məhkəməyə göndərilən zaman cavabdeh iş yerini dəyişdirərək gizlənməsi səbəbindən axtarışa verilmişdir. Nəhayət bir il keçəndən sonra iş xx.xx.2021-ci il tarixində, 3(007)-2163/2021 №-si ilə baxılmış, Nizami rayon Məhkəməsinin Qərarı ilə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 180 saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. Bir ildən çox müddətdə cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da ona və ailəsinə ciddi maddi və mənəvi zərərlər verilmişdir. Uzun müddət avans kimi verilmiş 450 manat faktiki süni şəkildə dövriyyədən çıxarılmışdır və bununla inflyasiyaya məruz qalmışdır, dələduzun xeyrinə istifadə olunmuşdur. Ölkədə hər bir şeyin bahalaşdığı zaman və hələ bilinmir nə zaman verdiyi pul məbləği qaytarılacaq, yenidən “cam balkon” sifarişi üçün daha çox pul məbləği ödəməli olacaqdır. Yaşadıqları mənzildə istilik sistemi yoxdur və əvvəldən quraşdırılmamışdır. Bu səbəbdən “cam balkon” sifariş etmişdir ki, qışda soyuq havaların qarşısı alınsın, lakin cavabdehin hərəkətləri nəticəsində məcbur olaraq elektrik qızdırıcı vasitələrdən istifadə etmişdir.
4. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçının evinə “Cam balkon” quraşdıracağı üçün cavabdehlə şifahi olaraq 950 manata razılığa gəlmələri, 450 manat avans aldığını, lakin cavabdehin avans aldığı pulun müqabilində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi sübuta yetirilir.
7. Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur.
8. Məhkəmə hesab edir ki, “Cam balkon” quraşdırılmasına dair cavabdehin götürdüyü öhdəlik tərəflərin müqavilə bağlayarkən razılaşmaları, eləcə də mövcud işgüzar adətlər nəzərə alınmışdır.
9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh avans olaraq işin görülməsi üçün razılaşdırılmış 950 manat məbləğindən 450 manatını iddiaçıdan qəbul etmiş, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bu hal iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən imzalanmaqla yazılmış qeyddə də əksini tapır.
10. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında cavabdeh ilkin ödəniş kimi 450 manatı qəbul etdiyini, 500 manatı qarşı tərəfin hissə-hissə ödəyəcəyini, sifarişi karantin müddəti səbəbindən vaxtında yerinə yetirə bilmədiyini, hazır olduqda isə iddiaçının sifarişi qəbul etmədiyini, qalan 500 manatı ödəmək şərti ilə sifarişi qəbul edəcəyini bildirmişdir.
11. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri, yəni müqavilə ilə öhdəsinə götürdüyü müddət ərzində cam balkonu quraşdıraraq iddiaçıya təhvil verilməməsi onun üzərinə götürdüyü öhdəlikləri icra etməməsi kimi qiymətləndirilməli, iddia maddi zərər hissəsində qismən təmin edilməklə vurulmuş 450 manat məbləğində ziyan ondan tutularaq iddiaçıya verilməlidir.
12. Məhkəmə iddianın “500 manat mənəvi zərərin ödənilməsi” hissəsi üzrə qeyd edir, iddiaçı mənəvi zərərin nədə ifadə olunması barədə hər hansı dəlili iş materiallarına əlavə etməmiş, məhkəmə iclasında həmin hallara dair hər hansı sübutu təqdim etməmişdir. Odur ki, iddia bu hissədə əsassız olduğundan rədd edilməlidir.
13. Ağsu Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(016)- 65/2022 saylı qətnаməsi ilə (hakim Anar Əsgərov) iddia qismən təmin edilərək 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 14, 385, 386, 404, 427, 442, 752 və 756-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
15. İş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış qeyddə 617 x 176 metr ölçüdə “Cam balkon” üçün 950 manat hesab edilən məbləğdən 450 manat İddiaçı avans qəbul etdiyi göstərilmişdir.
16. İş materiallarında olan Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısının xx.xx.2021-ci il tarixli qərarı ilə, İddiaçı Kənan adında ustaya 950 manat məbləğində balkon sifariş etməklə 450 manat avans verərək, hazırda sonuncunu tapa bilməməsi barədə müraciəti əsasında tolpanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir.
17. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(007)-2163/2021 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 180 saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir.
18. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı X1 apellyasiya şikayətinin ümumi məzmununda göstərmişdir ki, iddia ərizəsinə 40 manat məbləğində onun tərəfindən ödənilmiş dövlət rusumun qəbzi əlavə olunmuşdur. Amma, qanunun tələbinə uyğun olaraq, həmin məbləğin cavabdeh tərəfindən ödənilməsi qətnamədə qəbul edilməmişdir.
20. Hər dəfə Ağsuya qedib və Bakiya qayıtmaq üçün benzinə 40 manat məbləğində pul xərcləmişdir - cəmi 120 manat. Hakim A.Əsqərov sübut edən sənədin olmadığı üçün qətnamədə faktiki xərclədiyi məbləği ona qaytarmadı.
21. Ona və ailəsinə həqiqətən ciddi maddi və mənəvi zərərlər verilmişdir. Ona dəymiş maddi zərərin məbləğini - 1490 (bir min dörd yüz doğsan) manat məbləğində dəyərləndirir.
22. Məhkəmənin sonuncu qərarı qəbul olunandan sonra da, bilinmir nəqədər vaxt, bir il və ya iki il məhkəmə qərarının icrasını gözləməli olacaqlar. Bunlara görə, dəymiş mənəvi zərərin məbləğini - 500 manat məbləğində dəyərləndirirlər.
23. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(016)- 65/2022 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
26. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclaslarına gəlməmiş, ilk və təxirə salınmış məhkəm iclasları ilə bağlı teleqramlar göndərərək məhkəmə iclasının təxirə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5-ci maddəsinə əsasən öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 427.1-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı (cavabdeh) müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi (iddiaçı) isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 756.1-ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 756.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci mаddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 220.5-ci mаddəsinə görə qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.3-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı apellyasiya şikayətinin sonunda qətnamənin qismən ləğv edilməsini xahiş etsə də, o, qətnamənin hansı hissədə ləğv edilməsini istədiyini göstərməmişdir.
30. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(016)-65/2022 saylı qətnaməsini əslində iddianın təmin edilməmiş hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərcləri məsələsinin həll edilməsində səhvə yol vermişdir.
32. Mülki işin materiallarından görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 40 manat məbləğində dövlət rüsumu ödəmişdir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119 və 220-ci maddələrinin əlaqəli şəkildə tələbindən göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən məhkəmə xərclərini ödənilmiş tələblərə mütənasib olaraq bölüşdürməli idi və hazırkı iş üzrə iddia tələbi iddianın ümumi dəyərinin təqribən 23 %-i həcmində təmin edildiyindən (450/1950x100≈23%) ödənilmiş 40 manat dövlət rüsumunun 23 %-i, yəni 9.20 manatı Cavabdeh alınmalıdır.
34. Belə olduğu halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən – bu qətnamənin 19-cu bəndində göstərilmiş iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehdən alınması hissəsinin 9.2 manat hissəsində əsaslıdır.
35. Məhkəmə kolelgiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 20-22-ci bəndində göstərilən arqumnetlərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi bu qətnamənin 6-12-ci bəndlərində göstərilmiş əsaslarla iddianı qismən – 450 manat məbləğində təmin etməkdə haqlı olmuşdur.
36. Eyni zamanda, hazırkı halda qətnamənin nəticə hissəsi düzgün və əsaslı nəticəni ehtiva etdiyindən və məhkəmə xərclərinin bölüşdürülməsi hazırkı – iddianın qismən təmin olunması barədə nəticəyə əlavə olduğundan, beləliklə qətnamənin ləğv olunmalı hissəsi mövcud olmadığından, apelyasiya şikayəti Ağsu Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(016)-65/2022 saylı qətnaməsinin ləğv edilməsi hissəsində təmin edilə bilməz.
37. Hazırkı halda, məhkəmə kollegiyası qətnamənin dəyişdirilməsini məqsədəuyğun hesab edir.
38. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən – 450 manat məbləğində təmin edərkən iddianın təmin edilməyən hissəsində düzgün nəticəyə gəlsə də, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi həll edilməməklə, prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(016)-65/2022 saylı qətnaməsi qətnamənin nəticə hissəsinə “dövlət rüsumu olaraq ödənilmiş 9 manat 20 qəpik pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi İddiaçı özünə aid edilsin” cümlələri əlavə edilməklə dəyişdirilməlidir.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(016)-65/2022 saylı qətnaməsinin nəticə hissəsinə “dövlət rüsumu olaraq ödənilmiş 9 manat 20 qəpik pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi İddiaçı özünə aid edilsin” cümlələri əlavə edilməklə dəyişdirilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamənin iddianın təmin edilməmiş mənəvi ziyanla bağlı hisəssindən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Rövşən Rəfiyev
Vəzirxan Məlikov