Məhkəmə qərarları › İş №2(107)-118/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-118/2020

10.02.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-118/2020 10.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi;; İddiaçı - İddiaçı nümayəndəsi (vəkili) X3 iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-962/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(039)-962/2019 saylı qətnaməsi ilə (hakim Günay Cavadova) iddia təmin edilmiş, İddiaçı ünvan 1 mənzil 7 ünvanına köçürülməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 vəCavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun məcburi köçkün olaraq ünvan 1 mənzil 7 ünvanına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun sabiq həyat yoldaşıdır, digər cavabdeh isə Cavabdeh1 anası olmaqla onun sabiq qaynanasıdır. Ağdam Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1la onun arasında olan rəsmi nikah pozulmuş və qətnamə xx xxxxxx 2017-ci ildə qanuni qüvvəsini almışdır. O, məcburi köçkün olaraq ünvan 2 mənzil 7 ünvanında qeydiyyatdadır və məcburi köçkün olaraq həmin ünvanda ona mənzil norması verilmişdir. O, hazırda valideynləri birlikdə yaşayar. Valideynlərinin yaşadığı mənzildə onun mənzil norması yoxdur. ünvan 2 mənzil 7 ünvanda mənzil norması olduğu üçün Dövlət Qaçqınkomun vasitəsi ilə mənzil norması ayrılaraq bir otaqlı mənzil verilməsi tələbini irəli sürmüşdür. Lakin iddia tələbi rədd edilmişdir. Hazırda onun daimi yaşamaq üçün başqa ünvanda yeri yoxdur. Hesab edir ki, qeydiyyatda olduğu, o cümlədən, məcburi köçkün olduğu üçün dövlət tərəfindən ona ayrılmış mənzil sahəsindən istifadə etmək və orada yaşamaq hüququ vardır. Cavabdehlər isə buna razı olmurlar. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkiliddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında 3-cü şəxsin nümayəndəsi Hünbətov Məhəbbət Böyükkişi oğlu izahatında bildirmişdir ki, iddiaçı X5 qeyd olunan ünvanda mənzil norması var və bu norma dövlət tərəfindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş xx.xx.2012ci il tarixli kirayə müqaviləsinə əsasən verilmişdir. Birinci instansiya məhkəməsində işə cavabdehlərin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktı qəbul edilmişdir. Cavabdeh1 Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(039)-962/2019 saylı qətnaməsindən аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, iddiaçı X11 ilə qızı xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Bu nikahdan övladı olmamışdır. Ona görə də, o, aralarındakı rəsmi nikah qeydinin pozulmasına dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən aralarındakı rəsmi nikah qeydi pozulmuşdurş. Onun həmin mənzildə yaşaması üçün heç bir qanuni əsas qalmamışdır. Onu da bildirir ki, iddiaçı X7 yaşadıqları sosial kirayə müqaviləsi üzrə anası Cavabdeh2 adına olan 2 otaqlı mənzili 2017-ci ilin aprel ayında tərk edərək valideynlərinin yanına köçmüşdür. Rəsmi nikah qeydi pozulduqdan sonra o, xx.xx.2017-ci ildə X6 Yevlax rayonu 2 saylı notariat kontorunda 5.800 manat pul bağışlamışdır. Elə həmin gün o, həmin notariat kontorunda X6 bütün qızıl-zinət əşyalarını qaytarmışdır. X7 ərizə ilə notariat kontoruna müraciət edərək gələcəkdə ona qarşı pay tələbi ilə məhkəmədə iddia qaldırmayacağı barədə öhdəlik götürmüşdür. İddiaçı ilə nikahı pozulduqdan sonra o, rəsmi qaydada yeni ailə qurmuşdur. Bu nikahdan oğlu doğulmuşdur. Mübahisə predmeti olan mənzildə o, həyat yoldaşı və oğlu qeydiyyatdadırlar. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-962/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) X4 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-962/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)- 962/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli AZ-İ seriyalı 284457 №li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 oğli ilə X7 arasında bağlanmış nikah qeydi xx xxxxxx 2017-ci il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınlar və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Yevlax şəhəri bölməsinin xx.xx.2019-cu il tarixli 177 saylı arayışından məlum olur ki, Ağdam rayonundan məcburi köçkün olan X2 şəhəri, Yeni qəsəbə, bina 5, mənzil 7 ünvandaməcburi köçkün kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Deportasiya Depatamenti tərəfindən verilmiş orderdən görünür ki, həmin orderdə Yevlax rayonu 615 hündür mərtəbəli, bina 5, mənzil 7də digər sakinlərlə yanaşı iddiaçı X5 da adı vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, 247 №li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh2 arasında Yevlax şəhəri, Yeni qəsəbə, 5 №li yaşayış binasında yerləşən 7 saylı mənzilə dair kirayə müqaviləsi bağlanmışdır və X1 ailə üzvü kimi qeyd olunmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kirayəçi öz ailə üzvlərini (kirayəçi ilə birgə yaşayan arvadı, (əri), uşaqları və valideynləri; habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyətli olmayan kirayəçinin himayəsində olanlar; müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsinə köçürmək hüququna malikdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən kirayəçinin ailə üzvləri bu Müqavilə üzrə kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ləCavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Lakin sonradan onların şəxsi münasibətləri pisləşmiş və nəticədə aralarında olan nikah məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Yevlax şəhəri, Yeni qəsəbə, 5 №li yaşayış binasında yerləşən 7 saylı mənzil xx.xx.2012-ci il tarixli, 247 №li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında, yəni tərəflərin nikahda olduqları dövrdə Cavabdeh2 və onun ailə üzvlərinə sahibliyinə və istifadəsinə verilmişdir. Həmin müqavilədə iddiaçı kirayəçinin ailə üzvi kimi qeyd olunmuşlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə görə, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqıödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.5-ci maddəsinə görə, kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair həmin Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailəüzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailəüzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailəüzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Məhkəmə kollegiyası işin hallarını, maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı 2 iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-962/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(039)-962/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Ayaz Mahmudov Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar