Məhkəmə qərarları › İş №2(107)-1181/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1181/2022

01.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1181/2022 01.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxsnə qarşı mülkiyyətə maneəyə son qoyulması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilk iddia və Cavabdeh İddiaçı qarşı dəmir darvaza və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, qarşılıqlı iddia, ekspertiza məsələləri ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-6/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şəki şəhəri, Məmməd Cabbarov küçəsi 11/23 saylı fərdi yaşayış evinin girişində Cavabdeh inşa etdiyi özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, cavabdehin qanunsuz əməllərinə son qoyulması və vurulmuş maddi ziyan kimi 5000 manat, mənəvi ziyan kimi 50000 manatın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək iddiasındakı cavabdehin hesabına sökülməsi hissəsindəki sözlərin əvəzinə sökülsün sözləri ilə əvəz olunmasını, yəni Cavabdeh inşa etdiyi özbaşına tikilinin sökülməsi, cavabdehin qanunsuz əməllərinə son qoyulması və vurulmuş maddi və mənəvi ziyan kimi 5000 manat, mənəvi ziyan kimi 50000 manatın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə məhkəmənin icratına qəbul edilmişdir. İddiaçı vəsatətinə əsasən Maraqlı şəxs sonradan iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Cavabdeh İddiaçı qarşı məhkəməyə 31 may 2021-ci il tarixdə daxil olmuş qarşılıqlı iddia ərizəsində onun mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş cavabdeh İddiaçı məxsus dəmir darvaza və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın cavabdeh İddiaçı öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Şəki şəhəri Məmməd Cabbarov küçəsi 11/23-də yerləşən mülkiyyətində olan fərdi yaşayış evinin qonşuluğunda yaşayan Cavabdeh Abdulləvəl oğlu fərdi yaşayış evinin qarşısında heç bir rəsmi icazəsi olmadan 2 mərtəbəli özbaşına tikili inşa etmişdir. Hansıki, bu özbaşına tikili fərdi yaşayış evinə giriş-çıxış üçün məhdudiyyət yaratmaqla yanaşı, qəzalı vəziyyətdə olması səbəbindən onun qarşısından keçən insanların həyatı üçün də açıq-aşkar təhlükədir. Bununla yanaşı cavabdehin inşa etdiyi özbaşına tikili səbəbindən gələcəkdə öz darvazasının yerini dəyişmək imkanından da məhrum olmuşdur. Belə ki, əgər bunu etsə özbaşına tikilinin divarını uçurtmaq məcburiyyətində qalacaqdır. Belə olan halda isə cavabdehlə aralarında növbəti mübahisə yaranacaqdır. Özbaşına tikilinin sökülməsi ilə bağlı dəfərlərlə cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh tərəfindən həyətyanı sahədən şöl tərəfdə inşa edilmiş tikilinin saxlanılması onun mülkiyyətində olan torpaq sahəsindən istifadəyə ümumilikdə maneçilik yaradır. Onun Cavabdeh qarşı qaldırdığı hazırki iddia tələbi üzrə məhkəmə tərəfindən X6 və Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməklə bir neçə dəfə ekspertiza tədqiqatı aparılmışdır. Lakin həm X5 mütəxəssisləri həm də Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən ona məxsus darvazanın yerinin dəyişdirilməsinin cavabdehin inşa etdiyi tikilinin divarlarına ziyan vura biləcəyi, ziyan vura bilərsə həmin tikilinin hansı hissəsinə ziyan vura biləcəyinə dair sual cavablandırılmamışdır. Həmçinin hesab edir ki, X5 mütəxəssislərinin apardığı tədqiqat ekspertiza tədqiqatı ilə müqayisədə daha dolğun olduğundan məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən məhz X5 verdiyi rəylərə istinad edilməlidir. Bundan başqa uzun müddətdir ki, onunla cavabdeh arasında həm hazırda mübahisələndirilən tikilinin, həm də buna qədər məhkəmədə mübahisələndirdiyi tikilinin sökülməsi ilə bağlı iddia tələbləri üzrə məhkəmə iclaslarında iştirak etmək üçün yaşadığı Bakı şəhərindən Şəki şəhərinə gəlib getmək məcburiyyətindədir. Hər dəfə Şəki şəhərinə gəlibqayıtması üçün yol pulundan əlavə digər zəruri ehtiyaclarının ödənilməsi üçün pul vəsaitini xərcləməli olmuşdur. Bundan başqa cavabdeh tərəfindən hüquqlarının pozulması ilə bağlı məhkəmələrə müraciət etməli, məhkəmə prosesləri ilə bağlı mütəmadi olaraq Şəki şəhərinə gəlib-qayıtmalı olduğundan işini də itirmişdir. Buna görə də davamlı olaraq hər hansı fəaliyyətlə də məşğul ola bilmir. Bütün bunlar onun cavabdehin təqsiri ucbatından maddi ziyana məruz qalmasının göstəricisidir. Həmçinin onun hüquqlarının pozulması nəticəsində ona mənəvi ziyan da dəymişdir. Hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində ona dəyən ziyanın məbləği onun iddia ərizəsində Cavabdeh tələb etdiyi ziyan məbləğində daha yüksəkdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ona qarşı dəmir darvaza və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın sökülməsi tələbinə gəlincə hesab edir ki, qarşılıqlı iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Qarşılıqlı iddia tələbini əsaslı hesab etmir. Odur ki, onun iddiasının təmin edilməsi, Cavabdeh ona qarşı qaldırdığı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ata-anasının birgə nikah dövründə inşa etdirdikləri yaşayış evi olmuş və onlar arasında nikah pozulduqdan sonra məhkəmə qətnaməsinə əsasən atası X4 ilə anası X11 arasında aparılan əmlak bölgüsü zamanı atası X2 düşən əmlak payı olmuşdur. Sonradan ona məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 23 yanvar 1974-cü il tarixdə tərtib olunmuş “Dəyişmə müqaviləsinə əsasən onun tərəfindən atası X2 məxsus H.Sultanov küçəsi 27 ünvanında yerləşən yaşayış evinin 1 /2 hissəsi ilə dəyişdirilmişdir. Bundan sonra həmin fərdi yaşayış evinə bitişik 0.10 ha torpaq sahəsi həyətyanı sahə kimi ona verilmişdir. Belə ki, Təsərrüfatlararası cins mal-qara müəssisəsinin “Qaytanlanmış torpaq kitabı"nda onun qanuni istifadəsində 0.10 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X16 Filialından verilmiş 30 noyabr 2018-ci il tarixli Arxiv arayışında da onun torpağının cəmi 0.10 ha, o cümlədən yaşayış məntəqəsindən kənarda 0.01 ha olması qeyd edilmişdir. Bundan sonra müvafiq icazə əsasında onun qanuni istifadəsində olan torpaq sahəsində tərəfindən mətbəx, hamam və otaq inşa edilmişdir. İddiaçının mübahisələndirdiyi iki mərtəbəli bina onun tərəfindən 1986-1990-cı illərdə inşa edilmiş və hal-hazıradək həmin binanın qarşısından keçən hər hansı bir şəxs üçün təhlükə yaranması ilə bağlı hər hansı qonşudan və ya oradan keçən şəxslərdən şikayət və irad bildirilməmişdir. Onun tərəfindən inşa edilmiş və İddiaçı tərəfindən mübahisələndirilən tikilidə heç bir qəzalı vəziyyət yoxdur. Həmin bina keçən 30 il ərzində çoxlu zəlzələlərə davam gətirmişdir. Əgər bina qəzalı vəziyyətdə olsaydı Şəki Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri zəlzələlərdən sonra şəhərdə qəzalı binaları qeydiyyata alarkən həmin binanı da qəzalı bina kimi qeydiyyata alardılar. Mənzil tikintisi ilə əlaqədar vətəndaşların ərizələri, aktları və memarlıq şöbəsinin rəyi nəzərə alınmaqla Şəki şəhər X13 İcraiyyə Komitəsi qərara almışdır ki, Şəki şəhəri, 25-ci rayon, Sultanov küçəsi, 11 nömrəli evdə yaşayan 6 nəfər ailə üzvü olan ona həmin ünvanda adına olan bir otaqlı evinə iki otaq və mətbəx calamağa icazə verilmişdir. Qeyd edilən tikililər onun tərəfindən 1986- 1990-cı ildə inşa edilmişdir. Həmin vaxt iddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi belə olmamışdır. Göründüyü kimi iddiaçı iddia müddətini ötürməklə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı onun tərəfindən inşa edilmiş iki mərtəbəli tikilinin özünün yaşadığı evə aid həyətyanı sahəyə daxil olması üçün quraşdırılmış darvazaya mane olduğunu göstərsə də bu həqiqəti əks etdirmir. Belə ki, həmin darvazadan iri həcmli yük maşınlarının keçməsi belə mümkündür. Həmçinin iddiaçının açılmasına maneçilik yarandığını bildirdiyi darvaza ona aiddir. Belə ki, həmin darvaza uzun illər əvvəl məhz onun tərəfindən hazırkı yerdə quraşdırılmışdır. Bundan başqa ona məxsus tikili darvazanın açılmasına maneçilik vardırsa həmin darvaza hazırki yerindən götürülməklə bir qədər kənarda quraşdırılmalıdır. İddiaçı ilk iddia ərizəsində qeyd etdiyi dəmir darvaza və həmin darvazaya bitişik çay daşından inşa edilmiş hasar onun mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Bu da onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur, onun mülkiyyətindən istifadə etməsinə maneə yaradır. Ona görə də həmin dəmir darvaza və çay daşından inşa edilmiş hasar iddiaçının öz vəsaiti hesabına sökülməlidir. Bir sözlə onun tərəfindən inşa edilmiş tikilinin İddiaçı heç bir aidiyyəti və maneçiliyi yoxdur. Həmçinin onun tərəfindən iddiaçıya heç bir maddi və mənəvi ziyan vurulmamışdır. Odur ki, ilk iddianı əsaslı hesab etmir. İlk iddianın təmin edilməməsi, özünün isə İddiaçı qarşı qaldırdığı dəmir darvaza və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın sökülməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-6/2022 saylı qətnaməsi (E.Mehdiyev) İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxsnə qarşı mülkiyyətində olan Şəki şəhəri, Məmməd Cabbarov küçəsi 11/23 saylı fərdi yaşayış evinin girişində Cavabdeh inşa etdiyi özbaşına tikilinin sökülməsi, cavabdehin qanunsuz əməllərinə son qoyulması və vurulmuş maddi və mənəvi ziyan kimi 5000 manat, mənəvi ziyan kimi 50000 manatın tutulması tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı onun mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş cavabdeh İddiaçı məxsus dəmir darvaza və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın cavabdeh İddiaçı öz vəsaiti hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat, Cavabdeh dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu məbləğlərinin onların özlərinə aid edilməsi, 100 manat ekspertiza xərcinin 50 manatının İddiaçı, 50 manatının isə Cavabdeh alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X7 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba, 300 manat mütəxəssis xərcinin 150 manatının İddiaçı, 150 manatının isə Cavabdeh alınıb X6- Kapital Bank ASC-nin Sahil filialındakı KOD 201218 VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, hesab AZ64AİİB400900C**********208 hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şəki şəhəri Məmməd Cabbarov küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 54 kv/m yaşayış, 108.6 kv/m köməkçi sahədən ibarət 11(23) nömrəli fərdi yaşayış evi DƏDRXnin Şəki Ərazi İdarəsi tərəfindən 04 oktyabr 2006-cı il tarixdə verilmiş MH seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı ilə Cavabdeh ½ hissələrlə paylı mülkiyyətlərindədir. Həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi tərəflər arasında faktiki olaraq bölünmüş və hər bir tərəf faktiki bölgü üzrə özlərinə aid etdikləri sahələrdən istifadə etməkdədirlər. İddiaçı Cavabdeh tərəfindən paylı mülkiyyətdə olan 0.06 ha həyətyanı torpaq sahəsinin çöl tərəfində, həyətyanı torpaq sahəsinə bitişik şəkildə inşa etdiyi tikilinin onun istifadəsində olan torpaq sahəsinə daxil olması üçün quraşdırılmış darvazanın açılmasına, Cavabdeh tərəfindən həyətyanı sahədən çöl tərəfdə inşa edilmiş tikilinin saxlanılmasının onun mülkiyyətində olan torpaq sahəsindən istifadəyə ümumilikdə maneçilik yaratdığını əsas gətirərək həmin tikilinin sökülməsini tələb edir. Cavabdeh tərəfindən ona qarşı qaldırılmış dəmir darvazanın və daş hasarın sökülməsi tələbinə dair qarşılıqlı iddianı isə əsaslı hesab etmir. Cavabdeh isə onun tərəfindən mübahisələndirilən tikilinin 1986-1990-cı illərdə inşa edildiyini, həmin vaxt iddiaçının ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi belə olmadığını, onun tərəfindən inşa edilmiş tikilinin iddiaçıya heç bir maneçilik yaratmadığını, əksinə iddiaçının torpaq sahəsinə daxil olması üçün quraşdırılmış dəmir darvazanın ona aid olduğunu, iddiaçının həyətinə daxil olması üçün quraşdırılmış dəmir darvazanın və ona bitişik şəkildə inşa edilmiş daş hasarın saxlanılmasının onun hüquqlarını pozduğunu əsas gətirərək ilk iddianı qəbul etmir və qarşılıqlı iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, mütəxəssis X5 verdiyi rəylərlə Cavabdeh inşa etdiyi tikilinin cavabdehə məxsus mülkiyyət sənədində göstərilən həyətyanı torpaq sahəsinin hüdudları xaricində yerləşməsi nəzərə alınaraq tikinti norma və qaydalarının tələblərinə uyğun olmaması müəyyən edilsə də Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəylə həmin tikilinin tikinti norma və qaydalarına uyğun olub-olmamasının müəyyən edilməsinin mümkün olmaması qənaətinə gəlmişdir. Bundan başqa mütəxəssisin tədqiqatı ilə Cavabdeh tərəfindən inşa edilmiş tikilinin dam örtüyünün çıxıntı hissələrinin İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dam hissədən axan yağış suları və iddiaçıya məxsus metal darvazanın bir layının tam şəkildə açılmasına maneə yaratması, cavabdeh tərəfindən inşa edilmiş 40 kv.m tikilinin 2.38 kv.m (3.4x0.7) hissəsinin maneə yaradan tikili olması müəyyən edilsə də mütəxəssis tərəfindən verilmiş rəylərdə dam örtüyünün çıxıntı hissələrindən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə axan yağış sularının, iddiaçıya məxsus metal darvazanın bir layının tam şəkildə açılmasına hansı şəkildə maneə yaratması, cavabdeh tərəfindən inşa edilmiş 40 kv.m tikilinin 2.38 kv.m (3.4x0.7) hissəsinin maneə yaradan tikili olması qeyd edilsə də maneənin mahiyyəti şərh edilməmiş, yəni bir layı açılan, lakin tam açılmayan darvazanın tam açılması üçün tikilinin 2.38 kv.m (3.4x0.7) hissəsinin sökülməli olub-olmaması, bunun üçün əsaslı tikilidə söküntü işləri aparılmadan dəmir darvazanın bir qədər kənarlaşdırılması imkanları araşdırılmamışdır. Lakin ekspertiza tədqiqatı zamanı cavabdehin inşa etdiyi tikilinin, həmin tikilinin dam örtüyünün çıxıntı hissələrinin iddiaçının istifadəsində olan torpaq sahəsindən, iddiaçının istifadəsində olan torpaq sahəsinə daxil olması üçün nəzərdə tutulmuş darvazadan istifadədə hər hansı maneçilik törətməsi kimi bir fikir formalaşmamışdır. Bundan başqa həm mütəxəssis həm də ekspertiza tədqiqatı zamanı İddiaçı məxsus darvazanın yerinin dəyişdiriləcəyi təqdirdə cavabdehin inşa etdiyi tikilinin divarlarına ziyan dəyə biləcəyi müəyyən edilməmişdir. Əgər İddiaçı məxsus darvazanın yerinin dəyişdiriləcəyi təqdirdə cavabdehin inşa etdiyi tikilinin divarlarına ziyan dəyə biləcəkdirsə belə bu hal İddiaçı deyil, Cavabdeh hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə biləcək bir haldır. Cavabdeh isə İddiaçı qarşı qaldırdığı İddiaçı məxsus dəmir darvazanın və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın sökülməsi iddiaçını darvazanın götürüləcəyi halda inşa etdiyi tikiliyə ziyan dəyməsi ehtimalı ilə əsaslandırmamışdır. Beləliklə də mütəxəssis və ekspertiza tədqiqatları zamanı həm cavabdehin inşa etdiyi tikilinin, həm də iddiaçının istifadəsində olan torpaq sahəsinə daxil olması üçün quraşdırılmış dəmir darvazanın və darvazaya bitişik şəkildə inşa edilmiş daş hasarın sökülməsi üçün əsas ola biləcək hər hansı bir hal müəyyən edilməməklə yanaşı cavabdehin inşa etdiyi, mübahisə predmeti olan tikilinin reyestr nömrəsi **********54- 10301 olan daşınmaz əmlakın dövlət reyestrindən 04 oktyabr 2006-cı il tarixdə verilmiş çıxarışda göstərilən həyətyanı torpaq sahəsinin hüdudları xaricində yerləşməsi müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, 04 oktyabr 2006-cı il tarixdə verilmiş reyestr nömrəsi **********54-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə tərəflərin payları sənəd üzrə naturada yerində müəyyən edilməmiş, tərəflər paylı mülkiyyətdə olan əmlakda qarşılıqlı razılıq əsasında faktiki bölgü işlərini aparmışlar. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh Şəki şəhəri, Məmməd Cabbarov küçəsi 11/23 saylı fərdi yaşayış evinin girişində inşa etdiyi tikilinin İddiaçı hüquqlarını, həmçinin Şəki şəhəri, Məmməd Cabbarov küçəsi 11/23 saylı fərdi yaşayış evinin İddiaçı faktiki istifadəsində olan hissəsində mövcud olan dəmir darvazanın və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın Cavabdeh hüquqlarını pozması halları müəyyən edilmir. İddiaçı iddia tələbində cavabdehin qanunsuz əməllərinə son qoyulması və vurulmuş maddi və mənəvi ziyan kimi 5000 manat, mənəvi ziyan kimi 50000 manatın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etsə də iddia ərizəsində sökülməsi tələb edilən tikilinin daha əvvəllər inşa edilməsi nəzərə alınaraq, tikili istisna olmaqla cavabdehin son qoymalı olduğu qanunsuz əməllərinin nədən ibarət olmasına iddia ərizəsində aydınlıq gətirilməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut da təqdim edilməmişdir. Həmçinin İddiaçı Cavabdeh tərəfindən ona maddi və mənəvi ziyanın vurulmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçıya hər hansı məbləğdə maddi və mənəvi ziyan dəyməsi müəyyən edilməmişdir. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, sonradan Maraqlı şəxs də onun iddiasına cavab verməli olan şəxs qismində cəlb edilməsinə dair müraciəti üzrə həmin təşkilkatın da cavabdeh qismində cəlb edilməsinə baxmayaraq, tikililərin, hasarın inşasında, darvazanın quraşdırılmasında Maraqlı şəxs rolunun olub-olmaması, Maraqlı şəxs tərəfindən ona maddi və mənəvi ziyanın vurulmasına dair məhkəməyə heç bir sübutu təqdim etməmişdir. Sadalananlar diqqətə alınaraq məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxsnə qarşı mülkiyyətə maneəyə son qoyulması, maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbində, Cavabdeh isə İddiaçı qarşı dəmir darvaza və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın sökülməsinə dair qarşılıqlı iddia tələbində haqlı deyildirlər. Cavabdeh İddiaçı ona qarşı hazırki iddia tələbi ilə bağlı məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim etsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən İddiaçı ona qarşı qaldırdığı iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməli olması nəzərdə tutulmadığından məhkəmə iddia müddətinin tətbiqini əsaslı hesab etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxsnə qarşı mülkiyyətində olan Şəki şəhəri, Məmməd Cabbarov küçəsi 11/23 saylı fərdi yaşayış evinin girişində Cavabdeh inşa etdiyi özbaşına tikilinin sökülməsi, cavabdehin qanunsuz əməllərinə son qoyulması və vurulmuş maddi və mənəvi ziyan kimi 5000 manat, mənəvi ziyan kimi 50000 manatın tutulması tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı onun mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş cavabdeh İddiaçı məxsus dəmir darvaza və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın cavabdeh İddiaçı öz vəsaiti hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Hər iki iddia təmin edilmədiyindən məhkəmə belə qənaətə gəlmişdir ki, iş üzrə mütəxəssis və ekspertiza tədqiqatının dəyəri İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq müvafiq hesaba ödənilməlidir. X8 tərəfindən iki dəfə rəy verilməsinə baxmayaraq ikinci dəfə verilən rəyin birinci rəylə eynilik təşkil etməsi nəzərə alınmalı, İddiaçı və Cavabdeh müştərək qaydada X5 hesabına cəmi 300 manat pul vəsaiti tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, 100 manat ekspertiza xərcinin 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X7 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba, 300 manat mütəxəssis xərcinin 150 manatı İddiaçı, 150 manatı isə Cavabdeh alınıb X6-Kapital Bank ASC-nin Sahil filialındakı KOD 201218 VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, hesab AZ64AİİB400900C**********208 hesaba ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.4, 157.4, 170.1, 213.1 220.1, 372.1, 372.2, 384.0.4, 1096.1, 1097.1-ci maddələri, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 115.0.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyator apellyаsiyа şikаyəti onunla əsaslandırmışdır ki, Səki Rayon Məhkəməsi iddia ərizəsini təmin etməməklə səhv nəticəyə gəldiyi üçün qətnamə qismən ləğv edilməli, iddia tələbi Cavabdeh inşa etdiyi özbaşına tikilinin sökülməsi və cavabdehin qanunsuz əməllərinə son qoyulması hissəsində təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, o iddia ərizəsinin məzmununa uyğun izahatında da bildirərək tələbini belə əsaslandırmışdır ki, Şəki şəhəri Məmməd Cabbarov küçəsi 11/23-də yerləşən mülkiyyətində olan fərdi yaşayış evinin qonşuluğunda yaşayan Cavabdeh fərdi yaşayış evinin qarşısında heç bir rəsmi icazəsi olmadan 2 mərtəbəli özbaşına tikili inşa etmişdir ki, həmin özbaşına tikili fərdi yaşayış evinə giriş-çıxışına maneə yaratmaqla yanaşı, qəzalı vəziyyətdə olduğu üçün onun, ailə üzvlərinin və tikilinin qarşısından keçən insanların (yol hərəkət iştirakçılarının) həyatı üçün də real təhlükədir. Bununla yanaşı özbaşına tikiliyə görə o mülkiyyətində olan ərazidə yerləşən darvazanı yeniliyə və yerini dəyişə bilmir. Əgər bunu etmiş olsa özbaşına tikilinin divarını uçurtmaq məcburiyyətində qalacaqdır. Cavabdehin özbaşına tikiliyə hər hansı qanunla tanınan hüququnun olmadığını bilsə də, tikiliyə real zərər vurmaq istəmir ki, bu halda da Cavabdehla aralarında növbəti mübahisə yaranacaqdır. O bu özbaşına tikilinin sökülməsi ilə bağlı dəfərlərlə cavabdehə müraciət etsə də nəticə olmamışdır. Cavabdehin həyətyanı sahədən sol tərəfdə inşa etdiyi özbaşına tikilinin saxlanılması mülkiyyətində olan torpaq sahəsindən istifadəyə də maneçilik yaradır. Məhkəmədə şahid qismində dindirilmiş X8 MMC-nin direktoru X14 da ifadəsində Şəki Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərardadının icrası üzrə, həmin qərardadda qoyulmuş suallar üzrə rəy verilməsi məqsədi ilə mütəxəssis Nizami Səmədov və mühəndis Emin Quliyevin iştirakı ilə mübahisəli əraziyə yerində baxış keçirtdiklərini qeyd edərək ətraflı tədqiqat apararaq mütəxəssis və mühəndisin iştirakı ilə 19 mart 2021-ci il tarixli, 13 saylı rəyi vermişlər. Ekspertiza tədqiqatı zamanı hər iki tərəfə aid torpaqların konturu müəyyən edilərək, mülkün ½ hissəsinin cavabdehə, digər ½ hissəsi isə iddiaçıya aid olduğu müəyyən edilmişdir. Rəy verilərkən əmlakın texniki pasportuna və çıxarışına istinad edilərək düzgün və ədalətli rəy verilmişdir. Rəyə əsasən özbaşına tikilinin dam örtüyündən axan yağış iddiaçının istifadəsində olan darvazanın paslanmasına səbəb ola bilər və dam örtüyü vahid dam örtüyü olduğundan o da rəydə vahid fikir bildirmişdir. İddiaçıya aid darvazanın yerinin dəyişdirilməsi iddiaçının istəyi üzrə həyətin yola tərəf olan istənilən hissəsinə dəyişdirilə bilər. Darvaza içəriyə açılmalıdır. Əgər yol tərəfdə maneçilik yoxdursa darvaza çölə və yaxud da içəriyə də açıla bilər. Darvazanın götürülməsinin özbaşına tikiliyə ziyan vurub vurmayacağı darvazanın hansı şəkildə götürülməsindən asılıdır. Tikiliyə ziyan dəyməməsi üçün darvazanın açılan hissəsi qaynaqla kəsilib götürülə bilər. Əgər darvazanın dirəyi tikilinin içərisindədirsə darvaza götürülərkən tikiliyə ziyan dəyə bilər. Bununla yanaşı mülki işdə olan X5 19 mart 2021-ci il tarixli, 13 nömrəli rəyindən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin girişində cavabdehin inşa etdiyi tikili cavabdehə məxsus **********54-10301 saylı çıxarışda göstərilən həyətyanı torpaq sahəsinin hüdudları xaricində yerləşdiyi üçün tikinti norma və qaydalarının tələblərinə uyğun deyildir. DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş **********54-10301 reyestr nömrəli və 11759 inventar nömrəli texniki pasporta əsasən ünvan 4 ünvanda yerləşən iddiaçının həyətinə yoldan daxil olması üçün quraşdırılmış darvaza tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin daxilində yəni iddiaçının paylı mülkiyyətinə aid olan torpaq sahəsi daxilində yerləşir. Lakin həmin darvazaya bitişik qonşu, cavabdeh tərəfindən inşa edilən özbaşına tikili onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hüdudları xaricində yəni həyətə bitişik şəkildə yol istiqamətində yerləşməsi müəyyən edilmişdir. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin girişində cavabdeh tərəfindən inşa edilmiş tikilinin dam örtüyünün çıxıntı hissələri iddiaçı mülkiyyətində olan torpaq sahəsinə dam hissədən axan yağış suları və iddiaçıya məxsus metal darvazanın bir layının tam şəkildə açılmasına maneə yaradır. Cavabdeh tərəfindən inşa edilmiş 40 kv.m tikilinin 2.38 kv.m (3.4x0.7) hissəsi maneə yaradan tikilidir. Mülki işdən göründüyü kimi məhkəmə bu maddənin tələbini pozaraq iddia tələbinə işdə olan sübutlar əsasında deyil cavabdehin və öz mülahizəsinə uyğun qiymət vermişdir. İş materialından göründüyü kimi iddiaçı tələbini tam sübuta yetirmişdir. Məhkəmə ilkin iddianı rədd etsə də gəldiyi nəticəni əsaslandırmamışdır. Məhkəmə özbaşına tikilinin iddiaçıya mane olan dam örtüyünün çıxıntısı ilə araşdırma aparmamışdır. Qətnamədə qeyd olunmuş əsaslandırma işin hallarına uyğun gəlmir. Belə ki, mülki iş materiallarında olan mütəxəssis və ekspert rəyləri məhkəmənin əsaslandırmasına tamamilə ziddir. Hakim öz mülahizəsinə üstünlük vermişdir. Yeni sübut təqdim edilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-6/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi, ilkin iddianın Cavabdeh inşa etdiyi özbaşına tikilinin sökülməsi və cavabdehin qanunsuz əməllərinə son qoyulması hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, hesab edir ki, Şəki Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2(075)-6/2022 saylı qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində tam qanuni, əsaslı və ədalətlidir. İlk öncə bildirmək istəyir ki, daha öncə İddiaçı tərəfindən həmin tikilinin sökülməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. O Şəki Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(075)-7/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və hazırda həmin qətnaməyədən verilmiş apellyasiya şikayətinə apellyasiya məhkəməsində baxılmaqdadır. Həmçinin qeyd edilməlidir ki, yuxarıda qeyd etdiyi mülki işə baxılarkən mübahisəyə dair mütəxəssis rəyi alınmış və həmin işdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin mühəndisinventarlaşdırıcısı Süleyman Məmmədov tərəfindən verilmiş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxışın nəticələrinə dair 08 dekabr 2017-ci il mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qanuni torpaq sahəsi 600 m2 olmaqla, İddiaçı və X3 adlarınadır. İddiaçının qeyd etdikləri tamamilə absurddur. Bildirmək istəyir ki, Şəki şəhər XDS İcraiyyə Komitəsinin 18 fevral 1986-cı il tarixli 03 nömrəli iclas protokolundan çıxarışdan görsənir ki, Mənzil tikintisi ilə əlaqədar vətəndaşların ərizələri, aktları və memarlıq şöbəsinin rəyi nəzərə alınmaqla Şəki şəhər X13 İcraiyyə Komitəsi qərara almışdır ki, Şəki şəhəri, 25-ci rayon, H.Sultanov küçəsi, 11 nömrəli evdə yaşayan Cavabdeh həyətində mətbəx və hamam tikdirməyə icazə verilmişdir. Həmçinin Şəki şəhər XDS İcraiyyə Komitəsinin 13 aprel 1989-cu il tarixli 04 nömrəli iclas protokolundan çıxarışdan görsənir ki, Mənzil tikintisi ilə əlaqədar vətəndaşların ərizələri, aktları və memarlıq şöbəsinin rəyi nəzərə alınmaqla Şəki şəhər X13 İcraiyyə Komitəsi qərara almışdır ki, Şəki şəhəri, 25-ci rayon, H.Sultanov küçəsi, 11 nömrəli evdə yaşayan 6 nəfər ailə üzvlü Cavabdeh həmin ünvanda adına olan bir otaqlı evinə iki otaq və mətbəx calamağa icazə verilmişdir. Həmin sənədlərdən də görünür ki, mənə məxsus tikili qanunsuz tikili deyil və müvafiq icazələr alındıqdan sonra inşa edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, 10/3724 nömrəli rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş mübahisə predmeti olan tikilinin dam örtüyünün çıxıntı hissələri faktiki olaraq İddiaçı istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Lakin həmin çıxıntıların torpaq sahəsindən istifadəyə maneçilik törədibtörətməməsinin müəyyən edilməsi tikinti ekspertinin səllahiyyətləri xaricində olduğundan qərardadın 3,4 və 5-ci suallarının cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinə əsasən mübahisə predmeti olan hasar tikilisinin inşası zamanı tikinti norma və qaydalarına riayət olunduğu müəyyən olunmuşdur. Lakin darvazanın quraşdırılmasına dair tikinti norma və qaydaları tətbiq edilmədiyindən qərardadın 6-cı sualının 1-ci hissəsinin cavablandırılması mümkün olmamışdır. Qeyd olunan darvazanın yerinin dəyişdirilərək hansı hissədə quraşdırılması məlum olmadığı üçün cavabdehin istifadəsində olan tikilinin divarlarının hansı hissəsinə ziyan vurub-vurmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, 10/3724 nömrəli rəyi X5 19 mart 2021-ci il tarixli, 13 nömrəli rəyini tam təkzib edir və birinci instansiya məhkəməsi tərəfindən buna qanuni hüquqi qiymət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini,, Şəki Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2(075)-6/2022 saylı qətnaməsinin həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq proses tərəfləri məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Apellyator Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-6/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi, ilkin iddianın Cavabdeh inşa etdiyi özbaşına tikilinin sökülməsi və cavabdehin qanunsuz əməllərinə son qoyulması hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə apelyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından İddiaçı apellyasiya şikayətinə münasibətdə əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq İddiaçı iddia tələbinə münasibətdə düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)- 6/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Şəki şəhəri Məmməd Cabbarov küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 54 kv/m yaşayış, 108.6 kv/m köməkçi sahədən ibarət 11(23) nömrəli fərdi yaşayış evi DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 04 oktyabr 2006-cı il tarixdə verilmiş MH seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı ilə Cavabdeh ½ hissələrlə paylı mülkiyyətlərindədir. Həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi tərəflər arasında faktiki olaraq bölünmüş və hər bir tərəf faktiki bölgü üzrə özlərinə aid etdikləri sahələrdən istifadə etməkdədirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki şəhəri Məmməd Cabbarov küçəsi 11/23-də yerləşən mülkiyyətində olan fərdi yaşayış evinin qonşuluğunda yaşayan Cavabdeh fərdi yaşayış evinin qarşısında heç bir rəsmi icazəsi olmadan 2 mərtəbəli özbaşına tikili inşa etmişdir ki, həmin özbaşına tikili fərdi yaşayış evinə girişçıxışına maneə yaratmaqla yanaşı, qəzalı vəziyyətdə olduğu üçün onun, ailə üzvlərinin və tikilinin qarşısından keçən insanların (yol hərəkət iştirakçılarının) həyatı üçün də real təhlükədir. Bununla yanaşı özbaşına tikiliyə görə o mülkiyyətində olan ərazidə yerləşən darvazanı yeniləyə və yerini dəyişə bilmir. Əgər bunu etmiş olsa özbaşına tikilinin divarını uçurtmaq məcburiyyətində qalacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki işdə olan DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 04 oktyabr 2006-cı il tarixdə verilmiş MH seriyalı ******* nömrəli, reyestr nömrəsi **********54-10301 olan çıxarışdan göründüyü kimi Şəki şəhəri Məmməd Cabbarov küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 54 kv/m yaşayış, 108.6 kv/m köməkçi sahədən ibarət 11(23) nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı ½, Cavabdeh ½ adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən mülki işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə eksperiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, 10/3724 nömrəli rəyi ilə müəyyən olmuşdur ki, Cavabdeh tərəfindən inşa edilmiş mübahisə predmeti olan tikilinin dam örtüyünün çıxıntı hissələri faktiki olaraq İddiaçı istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Lakin həmin çıxıntıların torpaq sahəsindən istifadəyə maneçilik törədib-törətməməsinin müəyyən edilməsi tikinti ekspertinin səllahiyyətləri xaricində olduğundan qərardadın 3,4 və 5-ci suallarının cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinə əsasən mübahisə predmeti olan hasar tikilisinin inşası zamanı tikinti norma və qaydalarına riayət olunduğu müəyyən olunmuşdur. Lakin darvazanın quraşdırılmasına dair tikinti norma və qaydaları tətbiq edilmədiyindən qərardadın 6-cı sualının 1-ci hissəsinin cavablandırılması mümkün olmamışdır. Qeyd olunan darvazanın yerinin dəyişdirilərək hansı hissədə quraşdırılması məlum olmadığı üçün cavabdehin istifadəsində olan tikilinin divarlarının hansı hissəsinə ziyan vurub-vurmamasını müəyyən etmək mümkün olmamışdır. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli, 10/1485 nömrəli rəyindən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin girişində Cavabdeh tərəfindən inşa edilmiş tikili cavabdehə məxsus **********54-10301 saylı çıxarışda göstərilən həyətyanı torpaq sahəsinin hüdudları xaricində yerləşir. Həmin tikiliyə dair mülki iş materiallarında hər hansı bir layihə sənədi olmadığından həmin tikilinin tikinti norma və qaydalarına uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən inşa edilmiş mübahisə predmeti olan tikilinin dam örtüyünün çıxıntı hissələri faktiki olaraq İddiaçı istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Lakin həmin çıxıntıların torpaq sahəsindən istifadəyə maneçilik törədib törətməməsinin müəyyən edilməsi tikinti ekspertinin səllahiyyətləri xaricində olduğundan qərardadın 3,4 və 5-ci suallarının cavablandırılması mümkün olmamışdır. İddiaçı məxsus darvazanın yerinin dəyişdirilərək konkret olaraq hansı istiqamətdə yerləşdirilməsi müəyyən olunmadığı üçün cavabdehin inşa etdiyi tikilinin divarlarına hansı hissədə ziyan vurub-vurmamasını müəyyən etmək mümkün olmamışdır. Kollegiya qeyd edir ki, ekspert rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi cavabdehin inşa etdiyi, mübahisə predmeti olan tikilini reyestr nömrəsi **********54- 10301 olan daşınmaz əmlakın dövlət reyestrindən 04 oktyabr 2006-cı il tarixdə verilmiş çıxarışda göstərilən həyətyanı torpaq sahəsinin hüdudları xaricində yerləşir. Bundan başqa apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qəsdən səhv nəticəyə gəlib mütəxəssis və ekspertiza tədqiqatlarının nəticələrini düzgün tədqiq etməyərək cavabdehin inşa etdiyi tikilinin iddiaçıya mane olmaması qənaətinə gəlmişdir. Halbuki rəylərdə cavabdehin inşa etdiyi özbaşına tikilinin iddiaçıya olan maneəsi açıq-aydın qeyd olunmuşdur. Məhkəmənin işə qərəzli yanaşmasının, ətraflı və obyektiv araşdırmaaparmaq niyyətində olmamasının başqa bir sübutu kimi iddiaçının əlavə ekspertiza keçirilməsinə dair vəsatətini əsaslandırmadan təmin etməməsidir. Göründüyü kimi məhkəmə hüquqlarını pozaraq iddiaçı tərəfindən tələbi kifayət qədər möhtəbər sübutlarla sübut edilsə də öz mülahizəsinə uyğun olaraq səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Belə ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr Dövlət qeydiyyatına alınmayan X1 verdiyi rəyi sübut kimi qəbul etmir. Yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəylərini sübut kimi qəbul edir. Birinci instansiya məhkəməsi də mülki işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə eksperiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, 10/3724 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli, 10/1485 nömrəli rəyinə istinad etməklə iddianı rədd etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, qanunverici ekspertizanın təyin edilməsi üçün əsaslandırılmış vəsatətlə məhkəməyə müraciət etmək vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Hazırki iş üzrə iddiaçı ekspertizanın təyin edilməsinə dair birinci instansiya məhkəməsində işə baxılarkən vəsastət versə də, vəsatətinin əsaslı olduğuna dair hər hansı bir sənəd məhkəməyə təqdim edə bilməmişdir. Qanunverici isə ekspertizanın təyin edilməsi ilə bağlı məhkəmənin üzərinə vəzifə deyil, hüquq qoymuşdur və onu deməyə əsas verir ki, məhkəmə ekspertizanın təyin edilməsini işin tam, hərtərəfli və obyektiv baxılması üçün zəruri hesab edərsə ekspertiza təyin edə bilər, yəni sözügedən maddənin bu hissəsi imperativ norma kimi çıxış etmədiyindən, qanunverici bu hissədə müvafiq qərar qəbul etmək səlahiyyətini məhkəmənin öz mülahizəsinə buraxmışdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 04 oktyabr 2006-cı il tarixdə verilmiş reyestr nömrəsi **********54-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə tərəflərin payları sənəd üzrə naturada yerində müəyyən edilməmiş, tərəflər paylı mülkiyyətdə olan əmlakda qarşılıqlı razılıq əsasında faktiki bölgü işlərini aparmışlar. Yəni paylar naturada ayrılmamışdır. Paylar naturada ayrılmadığından cavabdehin iddiaçının mülkiyyət hüuqunun pozmasını tələb etməkdə haqlı olmamışdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası yalnız iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verir. İddiaçı qeyd etdiyi dəliləri əsaslandıran heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması barədə iddiaçının apellyasiya şikayətindəki dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmadığından əsassızdır. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində hüquqlarının pozulması dair hər hansı bir mötəbər sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Mülki prosessual qanunvericiliyə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə bir sübut olmadığına görə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından mübahisələndirilən hissədə əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq mübahisələndirilən hissədə təmin etməmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-6/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahislənədirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-6/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə qətnamənin mübahisələndirilən hissəsinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar