Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1183/2022 06.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinə qarşı əmrin ləğv edilməsi və sair tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- işə bərpa, məcburi iş buraxma müddəti üçün pul tələbi, müddətli müqavilə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin vəkili Vəkil2 iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1355/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinə qarşı əmrin ləğv edilməsi, müddətsiz əmək müaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin 02 mart 2022-ci il tarixli 02-K saylı əmrinin ləğv edilməsi, müddətsiz əmək müaviləsi bağlanmaqla işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 28 sentyabr 2009-cu ildə Sukanal İdarəsində nəqliyyat istismar sahəsinə VTC-li üzrə 8-ci dərəcə ilə sahə rəisi vəzifəsinə qəbul edilmişdir. 01 yanvar 2013-cü ildə X3 İdarəsi "xxxx" ASC-nin tərkibinə verildiyinə görə o da digər işçilər kimi "xxxx" ASC-nin X3 İdarəsinin işçilərinin siyahısına daxil edilmişdir. 01 noyabr 2016-cı ildən isə "xxxx" ASC-nin X3 İdarəsi Cəmiyyətin tərkibindən çıxarılaraq "xxxx" MMC-nin tərkibinə daxil edilmişdir. 01 yanvar 2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən müqavilə bağlanmış və 9-cu dərəcə ilə su və kanalizasiya şəbəkələrinin istismarı və qəza bərpa sahəsinin ustası vəzifəsinə təyin edilmişdir. 2019-cu ilin yay aylarında idarəyə Maarif Məmmədov rəis təyin edilmişdir. M.Məmmədov rəis təyin edildikdən təxminən 1 ay sonra işçilərə bildirmişdi ki, idarədə struktur dəyişikliyi olur, ona görə də hər kəs işdən azad olunmalı, yeni idarə ilə əmək müqaviləsi bağlanmalıdır. 30 avqust 2019-cu il tarixdə 203-K saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən onunla əmək müqaviləsi ləğv edilmişdir ki, guya o, başqa işəgötürənlə əmək müqaviləsi bağlamışdır. 02 sentyabr 2019-cu il tarixdə onunla işəgötürən arasında yenidən əmək müqaviləsi bağlanmış, o, 9-cu dərəcə ilə su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası vəzifəsinə təyin edilmişdir. Halbuki hər iki halda işəgötürən "xxxx" MMC olmuşdur. 02 mart 2022-ci il tarixli əmrlə də onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar ləğv edilmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, işəgötürən onun xəbəri olmadan 30 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmək kitabçasına qeyd aparmışdır. Həmin əmrin surətini o, 17 mart 2022-ci il tarixdə almışdır. O, başqa bir işəgötürənlə əmək müqaviləsi bağlamamışdır. Onunla 02 sentyabr 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsi müddətli olmamışdır. O həmin idarədə daimi işlədiyindən heç bir halda onunla bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsinə razılıq verməzdi və verməmişdir. Əmək kitabçasında da onunla bağlanmış əmək müqaviləsinə əsasən 9-cu dərəcə ilə su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası vəzifəsinə təyin edilməsi qeyd olunmuş, həmin əmrdə onun müvəqqəti işləməsi barədə hər hansı bənd yoxdur. Əmək müqaviləsinin surətini 16 mart 2022-ci il taixdə idarədən götürmüşdür və bundan sonra onunla bağlanmış əmək müqaviləsinin 3 ay müddətinə bağlanmasından xəbərdar olmuşdur. 02 sentyabr 2019-cu il tarixli 329-K saylı əmrdə də müqavilənin müddətli olmasına dair hər hansı bənd yoxdur. Həmin tarixdə işəgötürənə ünvanladığı ərizədə də müvəqqəti əmək müqaviləsini qeyd etməmişdir. 29 avqust 2019-cu il tarixli ərizəsinin məzmununda göstərmişdir ki, “Mingəçevir Sukanal” İdarəsinin "xxxx" MMC-nin tərkibinə verilməsi ilə əlaqədar 30 avqust 2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş edir. X1 İdarəsi "xxxx" MMC-nin tərkibinə 01 noyabr 2016-cı il tarixdə verilmiş və bu barədə həmin tarixli əmr də mövcud olmuşdur. İşəgötürən kütləvi şəkildə işçiləri aldadaraq onlarla bağlanmış əmək müqavilələrinin müddətli əmək müqaviləsi olmasına nail olmuşdur. Bu səbəbdən də onun işəgötürənlə bağlamış olduğu müddətli əmək müqaviləsi, əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə müqavilənin ləğv edilməsi barədə əmri qanunsuzdur. Belə ki, o, 13 ildən artıq müddətdir ki, fasiləsiz olaraq həmin idarədə işləmişdir. Qanunun tələbinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Müddətli əmək müqaviləsi isə yalnız Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilmiş, hallarda bağlanılır. Onunla cavabdeh arasında yaranmış əmək münasibətlərində isə həmin hallar olmamışdır. Hesab edir ki, cavabdehin onun əmək müqaviləsinə xitam verilməsi haqqında əmri əsassızdır. Ona görə də ləğv edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1355/2022 saylı (N.Paşayev) qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisinin İddiaçı işdən azad edilməyi barədə 02 mart 2022-ci il tarixli 02-K saylı əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsi bağlanmaqla 9-cu dərəcə ilə su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası vəzifəsinə bərpa edilməsi, cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsi tərəfindən xx.xx.2022–ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün aylıq əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 28 sentyabr 2009-cu il tarixdə Sukanal İdarəsində nəqliyyat istismar sahəsinə VTC üzrə 8-ci dərəcə ilə sahə rəisi vəzifəsinə qəbul edilmişdir. 01 yanvar 2013-cü il tarixdə X3 İdarəsi "xxxx" ASC-nin tabeliyinə verilmiş, iddiaçı da "xxxx" ASC-nin Mingəçevir Sukanal İdarəsinin işçilərinin siyahısına daxil edilmişdir. 01 noyabr 2016-cı ildə isə Mingəçevir Sukanal idarəsi "xxxx" ASC-nin strukturundan çıxarılaraq "xxxx" MMC-nin təkibinə daxil edilmişdir. xx.xx.2019-cu il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yəni işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə ləğv edilmişdir. xx.xx.2019-cu il tarixli əmrlə iddiaçı həmin idarəyə 9-cu dərəcə ilə su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası vəzifəsinə təyin edilmişdir. İddiaçı 30 avqust 2019-cu il tarixli ərizəsində xx.xx.2019-cu il tarixdən su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 9-cu dərəcə ilə usta vəzifəsinə təyin olunmasını xahiş etmişdir. 02 sentyabr 2019-cu il tarixdə də Mingəçevir Sukanal idarəsinin rəisi ilə İddiaçı arasında 3 aylıq müddət olmaqla müddətli əmək müqaviləsi bağlanmışdır. Halbuki, iddiaçı ərizəsində müddətli əmək müqaviləsi bağlanmasını xahiş etməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı ilə bağlanmış əvvəlki əmək müqaviləsi müddətsiz olmuş və həmin müqavilənin şərtlərinin dəyişməsini (müddətlə bağlı) müəyyən edən yeni müqavilə bağlanmışdır. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Belə ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bu baxımdan hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında 3 aylıq müqavilənin bağlanması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 14, 43.3, 45, 45.3, 45.4, 45.5, 47, 68.1, 83.2, 296.1, 296, 300–cü maddələrini, Azərbaycan Respublikası Mülki Məhkəməsinin 372, 375.2, 377.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarını, Azərbaycan Respublikası Mülki Prosessual Məhkəməsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnaməni xx.xx.2022-ci il tarixdə əldə etmişdir. Qətnamə heç bir qanuna əsaslanmamış, qanunun tələbləri yanıltmaqla və səhv formada tövsif edilməklə əsaslandırılmağa çalışılmışdır. Qətnamənin əsaslandırılma hissəsində yalnız qanunvericiliyin iddiaçıya sərf edən müddəalarına toxunulmuşdur. Cavabdeh Su Kanal İdarəsinin hüquqları isə kobud surətdə pozulmuşdur. Belə ki, işə bərpanın əsası kimi iddiaçının uzun müddət sözügedən müəssisədə işləməsi göstərilmişdir. Lakin konkret olaraq tərəflərin iradə ifadəsi olan müqavilələrin müddətli olması ilə bağlı iddiaçının məlumatı olması qeyd edilməmiş və buna qiymət verilməmişdir. Bundan əlavə ən əsası onu qeyd etmək lazımdır ki, bundan əvvəl yəni müqavilələrin müddətli olması ilə bağlı işə bərpa olunan şəxslər olmuşdur. Müəssisənin bütün işçiləri kimi iddiaçı da ən azından bir ildən çoxdur ki, onlarla bağlanan müqavilənin müddətli olmasından məlumatlıdır. Tərəflərin öz iradə ifadəsi olan müqavilələrə imza etməsi və bu müqaviləni mübahisələndirməməsi müqavilənin qüvvədə olmasına əsas verir (Əmək Məcəlləsinin 6.2-ci maddəsi). Belə olan halda müddət keçmiş və bu müqavilə mübahisələnməmişdir. Müddətli müqavilə qüvvədə olduğu təqdirdə iddianın bu səbəbdən yəni müddətli müqavilə olması səbəbindən rədd olunması tam əsassızdır. Müəssisədə struktur dəyişikliyi olması, dövlətdə gənc və perspektivli kadrların yetişdirilməsi, onların önə çəkilməsi və daha peşəkar gənc ixtisaslı kadrların təyin olunması mütləqdir. Bunu hər dəfəsində cənab prezident İlham Əliyev də bildirir. Lakin məhkəmələrin bu mövqeyi yəni artıq 65 yaşı tamam olmuş və pensiyada olan şəxslərin işdə zorla saxlanması mövqeyi qanuna zidd olmaqla bərabər dövlət gənclər siyasətinə də ziddir. Əmək Məcəlləsində 70-ci maddəsinin (e) bəndində “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıq da” əmək müqaviləsi işəgötürən tərərindən ləğv edilmiş sayılır. Məcəllənin bu bəndindən də göründüyü kimi bu cür işdən çıxarılma əsası qoyulması dövlət müəssisələrində mütləq olsa da özəl təşkilatlarda yaş məhdudiyyətinin qoyulmaması işə götürənin hüquqlarının məhdudlaşdırılması yox, əksinə əlavə hüquq verilməsidir. Lakin məhkəmələr bu qanunvericilik aktlarına öz sferasından baxmaqla hüquqi şəxslərin və qeyri dövlət təşkilatlarının hüquqarını məhdudlaşdırırlar. Qanunvericilkdə bu cür halların olması ona dəlalət edir ki, özəl təşkilatlar hələ də yüksək savad və peşəkarlığa malik şəxslərin təcrübəsindən istifadə etsin. Lakin pensiya yaşına çatmış və əmək fəaliyyəti zəifləmiş şəxslərin işdə saxlanması müəssisələrin hüquqlarının pozulması ilə yanası, dövlət siyasətinə də ziddir. Bunan əlavə sözügedən müddəanı ikinci formada baxsaq belə nəticəyə gəlmək olar ki, Azərsu ASC-nin səhmlərinin hamısı dövlətə məxsusdur. Onda belə nəticəyə gəlmək olar ki, cavabdehin də pensiya yaşına çatmış şəxsləri işdən çıxarmaq hüququ var. Məhkəmə iclasında cavabdeh kimi X3 idarəsinin nümayəndəsinin izahatı təhrif olunmuşdur. İdarənin nümayəndəsi məhkəmə iclasında dediyi faktlarla qtnamədə yazılan izahat arasında əsaslı fərq var. Belə ki, apelyasiya şikayətində qeyd edilmiş hallar məhkəmə iclasında da bildirilmişdir. Hakim qətnamə çıxararkən sübutlara deyil qanunla nəzərdə tutulmayan dırnaqarası öz daxili inamına əsaslanmışdır. MPM-nin və Əmək Məcəlləsinin tələblərini pozmaqla çıxarılmış qətnamənin ləğv olunacağı mütləq və labüddür. Qanunvericiliyin tələblərindən də göründüyü kimi əmək müqaviləsi tərəflərin bərabərliyi qaydasında bağlanılmış və onların iradə ifadəsini təcəssüm etdirən bir müqavilədir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilə tərəflərin razılığı əsasında olmuş və iddiaçı Hidayət İsakov müqaviləni heç vaxt mübahisələndirməmişdir. Onun əvvəllərdə müqavilənin müddətli olması barədə məlumatlı olması danılmaz bir haldır. İddia ərizəsində və qətnamədə göstərildiyi kimi bütün müəssisənin əməkdaşları ilə müddətli müqavilənin bağlanması hamıya məlum olmuşdur və iddiaçının belə bir müqaviləni mübahisələndirməməsi onun bu müqavilə ilə razı olmasına əsas verir. Həmin maddənin tələblərindən də göründüyü kimi iddiaçı sözügedən müddətli əmək müqaviləsini 1 və ya 3 ay ərzində mübahisələndirə bilərdi. Bu gün iddiaçı müddətli əmək müqaviləsinin olmasını heç vaxt mübahisələndirməmişdir. Lakin əvvəllərdə bu səbəbdən işdən şəxslərin çıxarılmasının şahidi olmuşdur. İddia müddəti bu hissədə keçdiyi üçün iddiaçı və məhkəmə bu səbəbdən müddətli əmək müqaviləsinə görə iddianı təmin edə bilməz. Həmin maddənin tələblərindən də göründüyü kimi dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bunan əlavə sözügedən müddəanı ikinci formada baxsaq belə nəticəyə gəlmək olar ki, Azərsu ASC-nin səhimlərinin hamısı dövlətə məxsusdur. Onda belə nəticəyə gəlmək olar ki, cavabdehin də pensiya yaşına çatmış şəxsləri işdən çıxarmaq hüququ var. hakim məhkəmə iclasında araşdırılmayan və təqdim edilməyən sübutlar əsasında qətnamə çıxarmışdır. Belə ki, yuxarıda qeyd etdiyim əsaslarla da göründüyü ki, iddiaçı müddətli müqavilənin qüvvədən düşməsi ilə bağlı və ya müddətli müqavilənin qanunsuz olması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə ən əsası onu qeyd etmək lazımdır ki, bundan əvvəl yəni müqavilələrin müddətli olması ilə bağlı işə bərpa olunan şəxslər olmuşdur. Müəssisənin bütün işçiləri kimi iddiaçı da ən azından bir ildən çoxdur ki, onlarla bağlanan müqavilənin müddətli olmasından məlumatlıdır. Tərəflərin öz iradə ifadəsi olan müqavilələrə imza etməsi və bu müqaviləni mübahisələndirməməsi müqavilənin qüvvədə olmasına əsas verir. Belə olan halda müddət keçmiş və bu müqavilə mübahisələnməmişdir. Müddətli müqavilə qüvvədə olduğu təqdirdə iddianın bu səbəbdən yəni müddətli müqavilə olması səbəbindən rədd olunması tam əsassızdır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi əmək müqaviləsi tərəflərin bərabərliyi qaydasında bağlanılmış və onların iradə ifadəsini təcəssüm etdirən bir müqavilədir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilə tərəflərin razılığı əsasında olmuş və iddiaçı Hidayət İsakov müqaviləni heç vaxt mübahisələndirməmişdir. Onun əvvəllərdə müqavilənin müddətli olması barədə məlumatlı olması danılmaz bir haldır. İddia ərizəsində və qətnamədə göstərildiyi kimi bütün müəssisənin əməkdaşları ilə müddətli müqavilənin bağlanması hamıya məlum olmuşdur və iddiaçının belə bir müqaviləni mübahisələndirməməsi onun bu müqavilə ilə razı olmasın a əsas verir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)- 1355/2022 saylı qətnaməsini ləğv edib yeni qətnamə çıxarılmasını, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1355/2022 saylı qətnaməsininin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh öz apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh kimi Mingəçevir Sukanal İdarəsinin nümayəndəsinin izahatı məhkəmə iclasında güya təhrif olunmuşdur. AR MPM-nin 273-cü maddəsinni tələblərinə görə işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmaqda haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərilməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Lakin cavabdeh protokola belə qeyd aparmamışdır. Cavabdeh qeyd etmişdir ki, güya hakim əsaslandırma hissəsində yalnız qanunvericiliyin mənə sərf edən müddəalarına tətbiq etmişdir və işə bərpanın əsası kimi onun uzun müddət sözügedən müəssisədə işləməyini göstərdiyini bildirmişdir. Halbuki, o 28 sentyabr 2009-cu ildə Mingəçevir Sukanal İdarəsinin nəqliyyat istismar sahəsinə müddətsiz işə qəbul edilmişdir. 1 noyabr 2016 ci ildə AR NK xx.xx.2016cı il tarixli 410 nömrəli qərarı ilə "xxxx" ASC-nin 01.11,2016-ci il tarixli 467 nömrəli əmrinə əsasən "xxxx" ASC-nın Mingəçevir Sukanal İdarəsi Cəmiyyətin strukturundan çıxarılaraq "xxxx" MMC-nə daxil edildiyindən onunla yenidən müddətli müqavilə bağlanmışdır. Yenidən 2019-cu ildə onunls sınaq müddəti üçün 3 aylıq müqavilə bağlanmışdır və eyni vaxtda müddətli müqavilə bağlanmasına ona imzalatdırmışlar. Lakin o bundan əvvəl müddətsiz işlədiyindən və onun tutduğu vəzifə müvəqqəti xarakter daşımadığından onunla müddətli müqavilə bağlanmasını bilməmişdir. Struktur dəyişiklikləri bu idarədə o qədər tez-tez olur ki, müqavilələri işçilərə kütləvi şəkildə tanış olmadan imzalatdırılar. Əks təqdirdə bir bəhanə tapıb işdən azad edirlər. İdarə yenidən təşkil olunanda işçilərin iş yerini dəyişdirilməsi köçürmə yolu ilə həyata keçirilməli olduğu halda, onlara kütləvi halda ərizə yazdırdılar ki işdən azad olunsunlar və yenidən işə qəbul haqda ərizə yazsınlar. Müqavilənin bir nüsxəsi onlara təqdim olunmamışdır. Bu səbəbdən AR ƏM 372,375.2, 377.1 maddələrini məhkəmə tərəfindən tətbiqi qanuni və əsaslıdır. Və onlar bu müqavilənin mübahisələndirilməsi üçün müddəti buraxmamışılar. Cavabdeh onların işdən azad olunmaqlarına əsas kimi 65 yaşı qeyd etmişdir və şikayətdə dövlət müəssisəsində yaş həddini 65 yaşı olduğunu bildirmişdir. Qeyd edir ki, işlədəyi müəssisə dövlət müəssisəsi deyil və bu müddəa onlara tətbiq edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1355/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1355/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən: Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fizikişəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 8-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə-illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. 8-ci maddəsinin 2-ci hissəsinə əsasən illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. 45ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45-ci maddəsinin 3-cü hissəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 47-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011ci il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011ci il tarixli qərarında qeyd edilir; İşçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1355/2022 saylı qətnaməsi cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 28 sentyabr 2009-cu il tarixdə Sukanal İdarəsində nəqliyyat istismar sahəsinə VTC üzrə 8-ci dərəcə ilə sahə rəisi vəzifəsinə qəbul edilmişdir. 01 yanvar 2013-cü il tarixdə X3 İdarəsi "xxxx" ASC-nin tabeliyinə verilmiş, iddiaçı da "xxxx" ASC-nin Mingəçevir Sukanal İdarəsinin işçilərinin siyahısına daxil edilmişdir. 01 noyabr 2016-cı ildə isə Mingəçevir Sukanal idarəsi "xxxx" ASC-nin strukturundan çıxarılaraq "xxxx" MMC-nin təkibinə daxil edilmişdir. xx.xx.2019cu il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yəni işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə ləğv edilmişdir. xx.xx.2019-cu il tarixli əmrlə iddiaçı həmin idarəyə 9-cu dərəcə ilə su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası vəzifəsinə təyin edilmişdir. İddiaçı 30 avqust 2019-cu il tarixli ərizəsində xx.xx.2019-cu il tarixdən su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 9-cu dərəcə ilə usta vəzifəsinə təyin olunmasını xahiş etmişdir. 02 sentyabr 2019-cu il tarixdə də Mingəçevir Sukanal idarəsinin rəisi ilə İddiaçı arasında 3 aylıq müddət olmaqla müddətli əmək müqaviləsi bağlanmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, İddiaçı 28 sentyabr 2009-cu il tarixdə Sukanal İdarəsində nəqliyyat istismar sahəsinə VTC-li üzrə 8- ci dərəcə ilə sahə rəisi vəzifəsinə qəbul edilmişdir. Mingəçevir Sukanal İdarəsi "xxxx" ASC-nin birbaşa tabeliyinə verildiyinə görə xx.xx.2013-cü il tarixli əmrlə "xxxx" ASC-nin Mingəçevir Sukanal İdarəsinin işçilərinin siyahısı tərkibinə daxil olmuşdur. 01 yanvar 2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən 9-cu dərəcə ilə su və kanalizasiya şəbəkələrinin istismarı və qəza bərpa sahəsinin ustası vəzifəsinə təyin edilmişdir. 01 noyabr 2016-cı ildən "xxxx" ASCnin X3 İdarəsi Cəmiyyətin tərkibindən çıxarılaraq "xxxx" MMC-nin tərkibinə daxil edilmişdir. Mingəçevir Sukanal İdarəsinin rəisinin xx.xx.2019-cu il tarixli əmr ilə iddiaçı ilə bağlanmış Əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə ləğv edilmişdir. Mingəçevir Sukanal İdarəsinin rəisinin xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçı 9-cu dərəcə ilə su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası vəzifəsinə təyin edilib. xx.xx.2022-ci il tarixli 02-K saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyildir. Kollegiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır; İddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz olmuş və həmin müqavilənin şərtlərinin dəyişməsini (müddətlə bağlı) müəyyən edən yeni müqavilə mövcud deyil, işəgötürənin birtərəfli qaydada vermiş olduğu əmri və ya əmək müqaviləsinin bağlanması ilə bağlı sistemə daxil edilmiş əmək müqaviləsi bildirişinin mövcud olması tərəflərin iradə ifadələrini müəyyən edən müqaviləni əvəz edə bilməz. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Kollegiya qeyd etməyi vacib bilir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə 3 aylıq müqavilənin bağlanması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. Şikayətin dəlillərini əsassız sayan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəf xx.xx.2019-cu il tarixdə iddiaçının könüllü olaraq ərizə yazaraq əmək müqaviləsinin xx.xx.2019-cu il tarixdən ləğv olunmasını xahiş etməsini əsaslandıra bilməmişdir. Belə ki, iddiaçının uzun müddət bir müəssisədə müddətsiz qaydada işləyərkən birdən-birə yeganə qazanc yerinin itirilməsinə səbəb ola biləcək işdən azad olunma barədə ərizə yazmasını inandırıcı gürünmür, çünki iddiaçı işdən azad olunma barədə ərizə yazdıqdan sonra onunla yeni əmək müqaviləsi bağlanmaya da bilərdi. Buradan da belə qənatə gəlmək olar ki, cavabdeh tərəf iddiaçını yeni qısa müddətli əmək müqaviləsi bağlamağa məcbur etməklə onun konstitusiyon hüququnu pozmuşdur. Bu hal ondan irəli gəlir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Cavabdeh tərəf bu hüququndan sui istifadə etməklə iddiaçıya münasibətdə ədalətli qərar qəbul etməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh tərəfin iddiaçı ilə yeni müddətli əmək müqaviləsi bağlayarkən, Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş hallar olmamışdır. Cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu hal isə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin (cavabdehin) əmrinin ləğv edilməsi üçün əsasdır. Daha sonra birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh etirazını əsası kimi ilk növbədə iddiaçının könüllü razılığı əsasında onunla müddətli əmək müqaviləsi bağlanmasına istinad edərək, həmin müqaviləyə bərabər tərəflər arasında bağlanmış müqavilə kimi yanaşmış və iddiaçının hərəkətini sərbəst iradə ifadəsi kimi qiymətləndirmişdir. Halbuki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati sərəncamverici səlahiyyətlərə malik olur. Hazırki mübahisə üzrə də işdən görünür ki, iddiaçı uzun müddət (10 il) cavabdeh müəssisədə daimi xarakter daşıyan əmək fəaliyyəti ilə məşğul olmuş, sonradan, yəni 2019-cu ildə müəssisə rəhbərliyinin təklifi ilə öz ərizəsi əsasında tutduğu işdən azad edilib onun yeni müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh təşkilat hazırki etirazında bu halı etiraf etmiş, bu halı struktur dəyişikliyi ilə əlaqələndirməyə çalışmışdır. İddiaçı cavabdeh müəssisənin işçisi olaraq oradan əmək haqqı alıb ailəsinin dolanacağı qarşıladığı üçün onun müəssisə ilə yeni müqavilə bağlaması heç də könüllü müqavilə bağlanması kimi qiymətləndirilə və dəyərləndirilə bilməz. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya cavabdeh tərəfin iddia müddətinin keçməsi ilə bağlı istinad etdiyi dəlilə münasibətdə qeyd edir ki, cavabdeh tərəf iddiaçının hüquqlarının pozulmasını bildiyi gün qismində onunla müddətli əmək müqaviləsinin bağlandığı tarixi nəzərə alıb iddiaçının həmin tarixdən məhkəməyə müraciət etməli olduğu halda, bunu etməməklə hazırki tələb üzrə də iddia müddətini ötürməsini bildirmiş olsa da, birinci dəlil üzrə göstərilənlərin davamı kimi qeyd edilməlidir ki, iddiaçının onunla yeni müddətli əmək müqaviləsi bağlanmaqla hüquqlarının pozulmasını həmin tarixdə aşkar etməsi mümkünsüz haldır. Belə ki, iddiaçı cavabdeh müəssisə rəhbərliyinin istəyi əsasında müddətsiz əmək müqaviləsinə xitam verilib onunla yeni müddətli əmək müqaviləsi bağlanılmaqla hüquqlarının pozulmasını müəyyən edə bilməzdi. Çünki iddiaçı tələbində də onun işinin davamlı xarakter daşıdığını bilməsini, özünün uzun müddət həmin müəssisədə işlədiyini, peşəkar olmasını göstərmiş, bu xüsusda onunla bağlanmış son müqavilənin bitmə tarixi ilə əmək münasibətlərinə xitam veriləcəyini zənn edə bilməzdi ki, həmin müqavilənin xarakterini hüquqlarını pozan hal kimi nəzərə alıb məhkəməyə müraciət etsin. Belə olan halda cavabdehin istinad etdiyi dəlillər iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1355/2022 saylı qətnaməsi cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1355/2022 saylı qətnaməsi cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1183/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1183/2022
06.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver