Məhkəmə qərarları › İş №2(107)-1184/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1184/2023

28.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1184/2023 28.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X6 edənlər birliyinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X6 edənlər birliyinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(035)-460/2023 nömrəli qətnaməsindən Cavabdeh icraçı direktoru Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək Cavabdehndə nizamlayıcı vəzifəsində işləmişdir. O, Cavabdeh icraçı direktoru Nümayəndə xx.xx.2023-cü il tarixli, 22 saylı əmrinə əsasən həmin vəzifəsindən azad edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsı və iddia tələbinin dəqiqləşməsi ilə məhkəməyə müraciət edərək Cavabdeh icraçı direktorunun xx.xx.2023-cü il tarixli, 21 saylı və xx.xx.2023-cü il tarixli, 22 saylı əmrlərinin etibarsız edilməsi, həmçinin Cavabdehnə qarşı məcburi işburaxmaya görə əmək haqqının hesablanmasına və nizamlayıcı vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh icraşı direktorunun xx.xx.2022-ci il tarixli, 20 saylı əmri ilə Cavabdehnə nizamlayıcı vəzifəsinə təyin edilmişdir. Bu barədə əmək kitabçasında müvafiq qeyd aparılmışdır. Cavabdeh icraçı direktoru Nümayəndə xx.xx.2023-cü il tarixli, 21 saylı əmri ilə ona heç bir xəbərdarlıq etmədən töhmət verilmiş, xx.xx.2023-cü il tarixli, 22 saylı əmri ilə isə nizamlayıcı vəzifəsindən azad edilmişdir. Lakin, işdən azad ediləcəyi barədə cavabdeh tərəfindən ona heç bir xəbərdarlıq edilməmişdir. İşdən çıxarılmağı barədə ona Zərdab Suvarma idarəsi tərəfindən zəng edərək məlumat verilmişdir. Əmri alan kimi qanunvericilikdə nəzərdə tutulan müddət daxilində hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, sözügedən əmr qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. İşdən azad edilməsinə dair əmr qanunsuz və əsassız sayır. Ailəlidir. İki övladları var. Ailədə yeganə qazanc gətirən o, özüdür. Övladının biri hal-hazırda əsgəri xidmətdədir. Ona görə də məhkəmədən cavabdeh X2 icraçı direktoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 21 saylı və xx.xx.2023-cü il tarixli, 22 saylı əmrinin verildiyi andan etibarsız hesab edilərək, onun X4 üzrə nizamlayıcı vəzifəsinə bərpa olunmasına və əmək haqqının hesablanmasına dair qətnamə çıxarılmasını xahiş edir.

4. Məhkəmə iclasında Cavabdeh icraçı direktoru Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək Cavabdehndə nizamlayıcı vəzifəsində işləmişdir. Doğrudur iddiaçı əvəllər işlədiyi müddətdə iddiaçıdan heç bir narazılığı olmamışdır. Lakin, iddiaçı son zamanlar özünü qeyri səmimi aparmağa başlamışdır. Belə ki, əmək funksiyalarını, verilən tapşırıqları yerinə yetirməyərək, əksinə ona zəng edib işlə bağlı tapşırıq verəndə nalayiq söyüşlərlə söyərək onu təhqir etmişdir. Odur ki, xx.xx.2023-cü il tarixli, 21 saylı əmri ilə iddiaçıya töhmət verilmiş və xx.xx.2023-cü il tarixli, 22 saylı əmri ilə isə nizamlayıcı vəzifəsindən azad edilmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş edir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək Cavabdehndə nizamlayıcı vəzifəsində işləmişdir. O, Cavabdeh icraçı direktoru Nümayəndə xx.xx.2023-cü il tarixli, 22 saylı əmrinə əsasən həmin vəzifəsindən azad edilmişdir. Odur ki, iddiaçı əmrin qanunsuz verildiyini iddia edərək işə bərpa olunmasını və məcburi iş buraxmaya görə əmək haqqı tələbinin təmin olunmasını tələb edir.

6. Hazırkı iş üzrə Cavabdeh icraçı direktorunun xx.xx.2023-cü il tarixli, 22 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin uyğun normasına əsaslanmadan, heç bir bildiriş göndərmədən, izahat alınmadan birtərəfli qaydada İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, tutduğu vəzifədən azad olunmuşdur. İddiaçının işdən azad edilməsi hazırkı vəziyyətdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilə bilərdi, bu halda isə bu məqsədlə yaradılmış müvafiq attestasiya komissiyasının rəyi əsasında iddiaçının tutduğu vəzifəyə uyğun olmaması barədə müvafiq qərarlar qəbul edilməli idi.

7. Azərbaycan Respublikası ƏM-nin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habeləbu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

8. İşin yuxarıda müəyyən olunan hallarından və yuxarıda sadalanan normalardan görünür ki, iddiaçının nizamlayıcı vəzifəsindən azad edilməsi barədə cavabdeh (işəgötürən) tərəfindən xx.xx.2023-cü il tarixli, 22 saylı əmr qəbul edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət edilməmişdir. Belə ki, iddiaçının tutduğu vəzifəyə uyğun olmaması barədə qanunla müəyyən edilmiş qaydada təşkil edilmiş müvafiq attestasiya komissiyasının rəyi alınmadan, işçinin işdən azad edilməsi halları əmək qanunvericiliyinə uyğun əsaslandırılmadan, işçinin işdən azad edilməsi üçün əsas götürülən Azərbaycan Respublikası Əmək Məcəlləsinin uyğun maddəsinə istinad edilmədən, həmçinin əmək qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə riayət edilmədən İddiaçı Cavabdeh icraçı direktorunun xx.xx.2023-cü il tarixli, 22 saylı əmr əsasında işlədiyi nizamlayıcı vəzifəsindən azad edilmişdir. Bu isə işçinin hüquqlarını kobud şəkildə pozulması kimi qiymətləndirilməıdir.

9. Məhkəmə araşdırması zamanı İddiaçı işəgötürənin təşəbbüsü ilə işdən azad olunduğu müəyyən olunsa da, onun işəgötürənin təşəbbüsü ilə işdən azad olunmasına əsas ola biləcək Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslardan hər hansı birinin mövcud olması müəyyən olunmadı.

10. Zərdab Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(035)-460/2023 nömrəli qətnaməsi ilə (hakim İlqam Həsənquliyev) iddia təmin olunmuş, Cavabdeh icraçı direktoru Nümayəndə xx.xx.2023-cü il tarixli, 22 saylı əmri etibarsız hesab edilməsi, İddiaçı Cavabdehnə nizamlayıcı vəzifəsinə bərpa olunması, İddiaçı məcburi iş buraxmaya görə buraxılmış əməkhaqqı ödənilməsi, iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16, 68, 70, 71, 74 və 300-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

12. İşdə olan İddiaçı məxsus olan ******* nömrəli Əmək müqaviləsinin notorial qaydada təstiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 20 nömrəli əmrinə əsasən o, Cavabdehndə nizamlayıcı vəzifəsindən təyin etmişdir.

13. İşdə olan Cavabdeh icraçı direktoru Nümayəndə tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 21 saylı əmrdən görünür ki, İddiaçı şiddətli töhmət verilmişdir.

14. İşdə olan Cavabdeh xx.xx.2023-cü il tarixli 22 saylı əmrindən görünür ki, İddiaçı tutduğu vəzifədən azad edilmişdir.

15. İşdə olan mediator R.Abdullayev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, №MŞŞ/2023-MT01352 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir.

16. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh icraçı direktoru Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh icraçı direktoru Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək X6 edənlər Birliyində nizamlayıcı vəzifəsində işləmişdir. O, əvəllər işinə vicdan və məsuliyyətlə yanaşaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirsə də, bir müddət sonra iddiaçıda işə qarşı laqeyd münasibətlər yaranmışdır. İddiaçı işlədiyi müddət ərzində dəfələrlə icazə almadan və hər hansı bir üzürlü səbəblər olmadan işdə olmamış, bəzən icazə almadan iş yerini vaxtından əvvəl tərk edərək getmişdir. Bundan başqa dəfələrlə işlə əlaqədar telefonla işin icrasını yerinə yetirməsini ondan xahiş edən zaman o, sözlərinə əhəmiyyət verməmiş, tapşırdığı işi icra etməmiş, hətta iş o yerə gəlib çatmışdır ki, bir işlə bağlı ona icra etməməsi səbəbindən işin yerinə yetirilməsi ilə bağlı təkrar tapşırıq verilərkən onu telefonda söyüb təhqir etmişdir. İddiaçının işə layqeyd münasibəti və onu söyərək təhqir etməsi ilə bağlı ona bir neçə dəfə şifahi olaraq bu kimi hallara son qoyması ilə bağlı xəbərdarlıqlar etsə də, lakin o, bundan heç bir nəticə çıxarmamış, əksinə işlə bağlı yol verdiyi nöqsanların, işə gecikmələrin, icazəsiz iş buraxmanın və sair halların sayını artırmışdır. İddiaçı işə qarşı laqeyd münasibətləri ilə bağlı o, məcburiyyət qarşısında qalaraq X6 edənlər Birliyinin tabe olduğu aidiyyəti quruma bu barədə məlumat vermiş və nəhayət iddiaçının bir işçi olaraq öncə əmək qanunvericiliyinin tələblərinə əsasən cəzalandırılması nəzərə alınmış və ona 13 mart 2023-cü il tarixli 21 №-li əmrlə tənbeh qaydasında «Töhmət» verilmişdir. Əmək qanunvericiliyinin qaydalarına əsasən töhmət və ya hər hansı növdə cəza verilmiş hər bir işçi verilmiş cəzadan özü üçün bir nəticə çıxararaq xidməti vəzifələrinin icrası zamanı işində ciddi dönüş yaratmalıdır. Lakin İddiaçı bunun əksini etməklə işinə qarşı daha da laqeyd münasibətlər göstərmiş, dəfələrlə iş yerində olub-olmaması ilə bağlı tərəfindən maraqlandıqda o, ya iş yerində olmamış, ya da ki, ümumiyyətlə işə gəlməmişdir. Məsələ ilə bağlı iddiaçının münasibəti öyrənilərkən isə o, yenə də əxlaqsız söyüşlərlə təhqir olunmuşdur. Digər bir hal isə iddiaçı tərəfindən işinə aidiyyəti olmayan işlərlə, yəni vətəndaşlardan torpaq sahələrinin növbəlilik əsasında suvarılması ilə bağlı olmuşdur ki, iddiaçı bəzi hallarda vətəndaşlardan növbələri çatmadığı halda, Birlik tərəfindən suvarma ilə bağlı tərtib olunmuş qrafik qaydalarını pozaraq vətəndaşlar arasında müəyyən olunmuş növbəlilik qaydalarını pozmuş, bununla bağlı onlardan buna səlahiyyəti olmadığı təqdirdə suvarma üçün pul almış və nəticə olaraq isə növbəlilik prinsipi pozulduğundan vətəndaşlarla Birlik arasında narazılıqlar yaranmışdır. Göründüyü kimi bu və ya bu kimi səbəblərə görə, əsasən də vətəndaşlarla Birlik arasında narazılıqların yaranmasına şərait yaratdığı, işinə layqeyd münasibət bəslədiyi və dəfələrlə iş yerində olmaması, işə gecikməsi və sair bu kimi nöqsanlara yol verdiyi üçün İddiaçı 25 aprel 2023-cü il tarixli 22 saylı əmrlə tutduğu nizamlayıcı vəzifəsindən azad edilmişdir.

18. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(035)- 460/2023 nömrəli qətnaməsinin əsassız olduğundan ləğv edilməsini və iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 14 avqust 2023cü il tarixli 2(035)-460/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. Cavabdeh nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2-ci mаddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 16-cı maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin maddənin Qeyd: hissəsindən görünür ki, bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsil verənlərə münasibətdə) müəssisələrində işləyən təhsil verənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. 71-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuşbu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi;əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədəəmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 300-cü maddəsində göstərilmişdir ki, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydalarının tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

26. Cavabdeh Zərdab Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(035)- 460/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi və cavabdehin apellyasiya şikayəti ilə bağlı hazırki qətnamənin 5-9-cu bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və bu səbəbdən həmin bəndlərdə əks edilənləri təkrar etməyə zərurət görmür. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh icraçı direktoru Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(035)-460/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh icraçı direktoru Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(035)-460/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar