Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1186/2025 11.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşı məhdudiyyətlərin aradan qaldırılması tələbinə dair ilk iddiası və cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı alğı-satqı barədə əqdin bağlanmış hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: məhdudiyyətlərin aradan qaldırılması, alğı-satqı əqdinin bağlanmış hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X24 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi ilə, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşı məhdudiyyətlərin aradan qaldırılması tələbinə dair ilk iddiası və cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı alğı-satqı barədə əqdin bağlanmış hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-2194/2024 saylı qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 488 saylı sərəncamına əsasən Mingəçevir şəhərində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanmış vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması üzrə komissiyanın qərarına ( protokol №6, 05.05.95-ci il tarixli) uyğun olaraq mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarılmaqla 68 №-li Tİ-də mənzil növbəsinə duran İddiaçı fərdi ev tikintisi üçün “Günəşli” yaşayış massivindən 600 kv.metr torpaq sahəsinin ayrılması (294 №-li torpaq sahəsi) qərara alınmışdır. İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 488 saylı sərəncamına əsasən Günəşli yaşayış massivindən fərdi ev tikmək üçün ona ayrılmış 600 kv metr torpaq sahəsinin ətrafını tor setka ilə bağladığını, vəziyyəti ağır olduğuna görə evi axıra kimi tikib qurtara bilmədiyini, həmin torpaq sahəsini Mingəçevir şəhər sakini X6 öz razılığı ilə verdiyini, həyətə çəkdiyi xərcin nəğd şəkildə Şöhrəddin Əzizov tərəfindən ona ödənildiyini göstərərək, yuxarıda göstərilən sərəncamla ona verilmiş torpaq sahəsinin X4 adına sənədləşdirilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh Əjdər oğluna qarşı məhdudiyyətlərin aradan qaldırılmasını, Cavabdeh İddiaçı qarşı alğı-satqı barədə əqdin bağlanmış hesab edilməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh Əjdər oğluna qarşı məhdudiyyətlərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 25 may 1995-ci il tarixli, 488 saylı sərəncamına əsasən ona Mingəçevir şəhəri “Günəşli” yaşayış massivində ayrılmış 600 kv.m (0.06 ha) torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə, müayinə və inventarlaşdırma işlərinin maneəsiz həyata keçirilməsinə Cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh İddiaçı qarşı alğı-satqı barədə əqdin bağlanmış hesab edilməsi tələbinə dair qarşılıqlı iddia verərək, ilk iddianın rədd edilməsinə, İddiaçı ilə atası X14 arasında xx.xx.1999-cu ildə alğı-satqı barədə əqdin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İlk iddia onunla əsaslandırılmışdır ki, «Fərdi ev tikintisi üçün vətəndaşlara torpaq sahələri ayrılması haqqında» Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 25 may 1995-ci il tarixli 488 nömrəli Sərəncamına əsasən Mingəçevir şəhər XDM-nin 07 iyul 1994-cü il tarixli «Fərdi mənzil tikintisi üçün vətəndaşlara torpaq sahələrinin ayrılması haqqında» qərarını və «Mingəçevir şəhərində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanmış vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması qaydalarını əsas tutaraq qərara alınmışdır ki, Mingəçevir şəhərində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanmış vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması üzrə komissiyanın qərarına (protokol №6, 05.05.95-ci il tarixli) uyğun olaraq mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarılmaqla aşağıdakı vətəndaşlara fərdi ev tikintisi üçün «Günəşli» yaşayış massivindən 600 kv.m ölçüdə torpaq sahəsi ayrılsın: 68 №li Tİ-də mənzil növbəsinə duran işçilərdən: 12. İddiaçı- 294№li torpaq sahəsi. Göründüyü kimi Mingəçevir şəhəri «Günəşli» yaşayış massivində ona qanuni əsaslarla 600 kv.m yaşayış məntəqələri təyinatlı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair onun gözlənilən mülkiyyət hüququ vardır. Bununla bağlı (mülkiyyət hüququnun tanınması), qeyd edilən Mingəçevir şəhərində yerləşən 0.06 ha torpaq sahəsinə dair yerquruluşu sənədlərinin hazırlanması ilə bağlı üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti xx.xx.2024-cü il tarixdə cavablandırılmış və bildirilmişdir ki, daşınmaz əmlaka dair yerquruluşu sənədlərinin hazırlanmasına dair zəruri olan inventarlaşma işləri aparılması üçün Ərazi İdarəsinin mühəndisi tərəfindən sözügedən daşınmaz əmlakda olan zaman mübahisənin olduğu aşkarlanmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndislərinin inventarlaşma işlərinin aparılmasına maneəçilik törədən Cavabdehdur. Sonuncunun qeyd edilən 0.06 ha torpaq sahəsinə dair heç bir hüquqi əsası və qanuni gözləntisi yoxdur. Lakin Cavabdeh onun (iddiaçının) Naxçıvan Muxtar Respublikasında yaşamasından istifadə edərək (yaşayış yerinin uzaqlığı, gedişgəlişin çətinliyini bildiyindən) həyətyanı torpaq sahəsinə sahiblənmək istəyir. Lakin həmin daşınmaz əmlak qanuni olaraq onun (iddiaçının) istifadəsinə və sahibliyinə verilmişdir. Odur ki, Cavabdeh mübahisə ilə bağlı əməli mülki hüquq pozuntusudur-delikdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o X4 oğludur. İddiaçı ona qarşı Mingəçevir şəhəri Günəşli yaşayış massivində ayrılmış 0.06 ha torpaq sahəsinə onun tərəfindən qoyulmuş məhdudiyyətin aradan qaldirilması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmidir. İlk öncə onu qeyd edir ki, iddia tələbini qəbul etmir. Ona qarşı qaldırılmış iddia tələbi tam əsassızdır. Belə ki, qeyd olunan torpaq sahəsi Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 25 may 1995-ci il tarixli 488 saylı sərəncamına əsasən ilkin iddia üzrə İddiaçı verilmişdir. Qeyd olunan Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 25 may 1995-ci ii tarixli 488 saylı sərəncamına əsasən ilkin iddia üzrə iddiaçi İddiaçı verilmiş mübahisələndirilmiş torpaq sahəsi 18 dekabr 1999-cu il tarixdə İddiaçı tərəfindən Mingəçevir şəhər Bağlar Təsərrüfatının rəisinə rəisinə ünvanlanmış ərizə əsasında atası X28 oglunun adına sənədləşdirilməsini xahiş edərək yazılı ərizə ilə müraciət etmişdir. Ərizədən də görünür ki, qeyd olunan torpaq sahəsi ilə bağlı İddiaçı oglu tərəfindən çəkilmiş xərcin şəxsən atası tərəfindən İddiaçı ödənilməsi qeyd olunmuşdur. Artıq uzun müddətdir ki, həmin torpaq sahəsi atasının qanuni istifadəsində oİmuş, daha sonra isə həmin torpaq sahəsinə istifadə hüququnu o həyata keçirmişdir. Uzun müddət keçdikdən sonra şəxsin yenidən həmin torpaq sahəsini tələb etməsi tam qanunsuz və əsassızdır. Belə ki, həmin torpaq sahəsi 25 ildir ki, onun və ailəsinin istifadəsindədir. Hazırda həmin torpaq sahəsində 24 (iyirmi dörd) ildir ki, yaşayış üçün bütün şərait yaradılmışdır. Onun və ailəsinin həmin yaşayış sahəsindən başqa yaşayış yeri yoxdur. Həmçinin qeyd etmək istəyir ki, qeyd olunan mübahisəli torpaq sahəsinə qarşı iddia tələbi irəli sürsə də hesab edir ki, iddia tələbinin irəli sürülməsini müəyyən edilən müddət ilkin iddiaçi tərəfindən qanunvericiliyin tələbinə əsasən ötürülmüşdür. 1964-cü il sentyabrin 11də qəbul olunmuş və 2000-ci il sentyabrin 1-dən qüvvədən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cu maddəsində huququ pozulmuş şəxsin iddiasi üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin birbirinə olan iddiaları üzrə bir il müəyyən edilmişdir. ilkin iddia tələbinin əsaslı sayılması üçün heç bir hüquqi əsaslar mövcud olmamışdır.
6. İddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşılıqlı iddiaya etiraz verərək, etirazında göstərmişdir ki, qanuni qərar əsasında Mingəçevir şəhəri Günəşli massivində ona 600 kv.m ölçüdə torpaq sahəsi verilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh ona qarşı qarşılıqlı iddia tələbi irəli sürərək onunla iddiçının atası X14 arasında xx.xx.1999-cu ildə alqı-satqı barədə əqdin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O qarşılıqlı iddia tələbini qəbul etmir. Qarşılıqlı iddia ərizəsi tam olaraq qanunsuz və əsassızdır. O mübahisələndirilən 600 kvömetr torpaq sahəsini X1. Qarşılıqlı iddiaçı Cavabdeh məhkəməyə təqdim etdiyi tərəfindən yazılmış yazışma aşağıda göstərilən səbəblərə görə yazılmışdır. O 1987-ci il tarixdən təxminən 2000-ci ilədək Mingəçevir 64 nömrəli Mexanikləşdirilmiş dəstədə dülgər işləmişdir. Həmin idarədə işlədiyi zaman ona və onun kimi dülgərlərə dövlətdən mənzil ayrılırdı. Həmin vaxt o subay olmuşdur. Ona mənzil verilməli olduğu halda ailəli və uşaqlı şəxsləri mənzillə təmin etmişlər. Ona isə mübahisələndirilən 600 kv.metr torpaq sahəsi vermişlər. Əslində o torpaq sahəsi deyil, hazır mənzil almaq istəmişdir. Çünki fərdi yaşayış evi tikməyə maddi imkanı olmamışdır. Torpaq sahəsi rəsmi olaraq ona ayrıldıqdan sonra o bununla bağlı əlaqədar təşkilatlara müraciət etmiş və bildirmişdir ki, onu mənzillə təmin etmək şərti ilə torpaq sahəsini geri qaytara bilər. Mingəçevir şəhər İcra Hakimiyyətindən ona bildirilmişdir ki, həmin torpaq sahəsi X6 verilsin, əvəzində isə onu mənzillə təmin etsinlər. O həmin torpaq sahəsində yarımçıq tikinti inşa etməmiş və həmin tikintinin dəyəri X14 tərəfindən ona verilməli olduğu halda ödəniş edilməmişdir. Fikirləşmişdir ki, ona mənzil verilərsə onun tikintisinin haqqını X14 hər hansı bir şəkildə əvəzləşdirəcəkdir. X15 ona heç bir məbləğ vermədiyi üçün tərəfindən yazılmış ərizədədə məbləğ, o cumlədən torpaq sahəsinin tərəfindən satılması da göstərilməmişdir. Sonra o mənzillə təmin edilməmiş və bununla bağlı onun Mingəçevir şəhər İcra Hakimiyyətinə müraciəti nəticəsiz qalmışdır. Belə olan halda o öz torpaq sahəsini X2 tələb etmiş və həmin vaxt X4 övladları kiçik olduğu üçün ona özünə və ailəsinə sığınacaq tapması üçün vaxt vermişdir. Daha sonra o xarici dövlətə getmiş və uzun illər orada yaşamışdır. Azərbaycan döndükdən sonra Əzizovlar ailəsi sifarişlər etmişlər ki, onlara etibarnamə versin ki, torpağı öz adlarına sənədləşdirsinlər. O isə buna razı olmamış və bildirmişdir ki, torpağını geri istəyir. Bundan sonra, özünü yüksək rütbəli poils zabiti olaraq təqdim edən şəxs ondan etibarnamə verməsini tələb etmiş, lakin o etibarnamə verməmiş və torpaq sahəsini geri istəmişdir. O fəhlə adam olsa da onu evdən çıxmağa qoymamışlar, hər an təsir altında olmuş və onudan etibarnamə tələb etmişlər. Sonra o Mingəçevir şəhərinə gəlmək qərarına gəlmiş, aidiyyəti qurumlara (evlər idarəsinə, arxivə, «Asan xidmət» ə) müraciət etmişdir. Evlər idarəsində onun adı kopyuterdə qaralanmış, adı çıxmamışdır. 294 nömrəli torpaq sahəsi sənədi tapılmamışdır. Yerində ölçmə işləri aparıldıqdan sonra torpaq sahəsinin 294 olduğu aşkarlanmış və buna görə də arxiv arayışı əldə edə bilmişdir. Onunla mərhum X14 arasında heç bir alqı-satqı əqdi olmamış və o Şöhrəddin Əzizovdan heç bir məbləğ almamışdır (vəd versələr də ödəniş etməmişlər). Mübahisələndirilən 600 kv.metr torpaq sahəsinə dair onun gözlənilən mülkiyyət hüququ vardır. Odur ki, qarşılıqlı iddianı qəbul etmir. Qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək ilk iddianın və qarşılıqlı iddiaya etirazın məzmununa uyğun izahat vermiş və ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək ilk iddianın və qarşılıqlı iddiaya etirazın məzmununa uyğun izahat vermiş və ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclsında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X10 ilk iddanı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, məhkəmə iclasında iddiaçı (qarşılıqlı idda üzrə cavabdeh) Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, Əntiqə İsmayılova onun bacısıdır və 2014-cü ildə İddiaçıla ailə qurmuşlar. X21 Naxçıvanda təziq altında yaşamış və ondan gizlətmişlər. Bir müddət sonra İddiaçı onun yanna gələrək başna belə bir hadisənin gəldiyini bildirmiş və ondan birlikdə Mingəçevir şəhərinə getməyi xahiş etmişdir. Buna görə İddiaçıla birlikdə Mingəçevir şəhərinə gəlmişlər və Cavabdeh yaşadığı ünvana getmişlər. Həyətə girərək, qapını döymüşlər və qapını Elnurun anası açmışdır. Həmin vaxt Elnur “Əjdər niyə indi gəlib, vaxtı ilə çox ağız açdıq, ancaq bizi saymadı. Atam səninlə halallaşıb” demişdir. O da Elnura İddiaçı qarşı haqsızlıq etdiyini bildirmişdir. Bundan sonra bir dəfə də gələrək Elnurla görüşmüşlər və Elnur onlara 1500 manat pul təklif etmişdir Məhkəmə iclasında cavabdeh (qarşlıqlı iddiaçı) Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X16 verdiyi ifadəsində göstərmişdir ki, valideynləri 1997-ci ildə orda torpaq alaraq ev tikmişlər. Valideynləri ilə Cavabdeh valideynləri qonşu olmuşlar. Sonra o özü də valideynlərinin yanında ev tikmiş və həmin vaxtdan qonşu olmuşlar. Cavabdeh atası Şöhrəddin Əzizovun həmin torpaq sahəsini kimdən alması barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında cavabdeh (qarşlıqlı iddiaçı) Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçıla bir yerdə işləmişlər. Əjdərin torpağı olmuş və onun yanında torpaq satmaq istədiyini bildirmişdir. Həmin vaxt onların yanında olan İsrayıl bunu eşitmiş və qohumunun həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. X22 görüşən zaman Şöhrəddin razılığını bildirmişdir. Lakin həmin torpaq sahəsinin hansı qaydada və hansı məbləğdə alınmasından məlumatı olmamışdır Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddaçı) Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X18 verdiyi ifadəsində göstərmişdir ki, o həmin ünvana, yəni “Günəşli” yaşayış massivinə gələndə Şöhrəddin Əzizov həmin ünvanda ev tikib yaşamışdır. 1999-cu ildə o da torpaq almış, həmin torpaq sahəsinə gəlib-getmişdir. Həmin vaxtdan da Şöhrəddin Əzizovu tanımışdır. Hazırda Cavabdeh həmin ünvanda yaşayır. Şöhrəddin Əzizovun dediyinə görə Şöhrəddin həmin torpağı pul müqabilində almış, lakin o (şahid) həmin adamı tanımadığını bildirmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X25 verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri “Günəşli” yaşayış massivində yaşayır. O həmin massivdə 2007-ci ildə torpaq sahəsi almış və Şöhrəddin Əzizovu da həmin vaxtdan tanımışdır. Onun (şahidin) evinin tikilməsində Şöhrəddin Əzizov iştirak etmişdir. Şöhrəddin Əzizovun torpaq sahəsini kimdən aldığını bilmədiyni bildirmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində alver edən zaman İddiaçı onun (şahidin) yanında olan Qüdrət Abdullayevin yanına gəlmiş və torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O da bu barədə həmkəndlisi Şöhrəddin Əzizova məlumat vermiş və Şöhrəddinlə İddiaçı tanış etmişlər. Razılaşdıqdan X22 birlikdə Şöhrəddinin evində İddiaçı torpağın pulunu vermişlər və onunla halallaşmışlar. Şöhrəddin Əzizov onun yanında İddiaçı 400 ABŞ dolları vermişdir Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddaçı) Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X19 verdiyi ifadəsində göstərmişdir ki, işlədiyi “Bağlar idarəsi” 1999-cu ilin mart ayında təşkil olunmuşdur. Həmin idarənin yaradılmasının səbəbi şəhərdə bağ və fərdi yaşayış sahələrinin qanunsuz alqı-satqılarının və s. hərəkətlərin qarşısının alınması olmuşdur. X23 Mahmudov arasında torpaq sahəsinə dair alqı-satqı olmasından məlumatı olmamışdır. Həmin idarədə işlədiyi müddətdə torpaq sahələrinin qanunamüvafiq şəkildə sənədləşdirilməsində iştirak etmişdir.
8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 488 saylı sərəncamına əsasən Mingəçevir şəhərində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanmış vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması üzrə komissiyanın qərarına (protkol №6, 05.05.95-ci il tarixli) uyğun olaraq mənzil şəraitini yaxşılaşdırmağa ehtiyyacı olanların uçotundan çıxarılmaqla 68 №-li Tİ-də mənzil növbəsinə duran İddiaçı fərdi ev tikintisi üçün “Günəşli” yaşayış massivindən 600 kv.metr torpaq sahəsinin ayrılması (294 №-li torpaq sahəsi) qərara alınmışdır. İddiaçı xx.xx.1999cu il tarixdə ərizə ilə Mingəçevir şəhər Bağlar təsərrüatına müraciət edərək, həmin torpaq sahəsinin X4 adına sənədləşdirilməsini xahiş etmişdir. Mübahisəli torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində həmin tarixdən sonra mərhum X14 və ailə üzvləri yaşamağa başlamışlar. Lakin həmin torpaq sahəsi üzərində mərhum X4 mülkiyyət hüququ qeydə alınmamışdır. Sonradan İddiaçı həmin torpaq sahəsinə dair yerquruluşu sənədlərinin hazırlanması ilə bağlı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, onun ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmış və daşınmaz əmlaka dair yerquruluşu sənədlərinin hazırlanmasına dair zəruri olan ineventarlaşdırma işləri aparılması üçün Ərazi İdarəsinin mühəndisi tərəfindən sözügedən daşınmaz əmlaka baxış keçirilən zaman mübahisənin olduğu aşkarlanmışdır. Ona görə də, həmin əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizənin icrasından imtina olunmuşdur.
9. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 488 saylı sərəncamından müəyyən edildiyi kimi Mingəçevir şəhərində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyyacı olanların uçotunda dayanmış vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması üzrə komissiyanın qərarına ( protkol №6, 05.05.95-ci il tarixli) uyğun olaraq mənzil şəraitini yaxşılaşdırmağa ehtiyyacı olanların uçotundan çıxarılmaqla 68 №-li Tİ-də mənzil növbəsinə duran İddiaçı fərdi ev tikintisi üçün “Günəşli” yaşayış massivindən 600 kv.metr torpaq sahəsinin ayrılması (294 №-li torpaq sahəsi) qərara alınmışdır. Göründüyü kimi İddiaçı mübahisəli torpaq sahəsi üzərində qanuni əsaslarla mülkiyyət hüququnun DƏDRX-də qeydiyyata alınması üçün ilkin əsaslar olmuş və onun həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ vardır. Həmin torpaq sahəsinin mülkiyyət hüququ əsasında DƏDRX-də onun adına qeydiyyata alınmasına cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tərəfindən etiraz edilməsinin heç bir əsası yoxdur Buna görə də, məhkəmə hesab etmişdir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir.
10. Məhkəmə iclasında o da müəyyən edilmişdir ki, Mahmudov X12 şəhər Bağlar təsərrüatına xx.xx.1999-cu il tarixli ərizə ilə müraciət edərək, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 488 saylı sərəncamına əsasən Günəşli yaşayış massivindən fərdi ev tikmək üçün ona ayrılmış 600 kvömetr torpaq sahəsinin X4 adına sənədləşdirilməsini xahiş etmiş, lakin həmin tarixdən sonra mübahisəli torpaq sahəsi Şöhrəddin Əzizovun adına rəsmiləşdirilməmişdir. Həmin ərizədən görünür ki, İddiaçı torpaq sahəsində çəkdiyi xərci Şöhrəddin Əzizovdan aldığını göstərmişdir.
11. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tərəfindən təqdim edilmiş şahidlərin ifadələrindən də tərəflər arasında alğı-satqıya dair razılaşmanın olduğu müəyyən edilməmiş və həmin şahid ifadələri həmil halın təsdiqi üçün mötəbər sübut kimi qəbul edilə bilməz.
12. Məhkəmə ilk iddiaya iddia müddətinin tətbiq edilməsi haqqında məsələyə münasibət bildirərək hesab etmişdir ki, ilk iddia üzrə mübahisə mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar olduğundan iddia müddəti tətbiq edilə bilməz.
13. Beləliklə, məhkəmə hesab etmişdir ki, ilk iddia təmin edilərək, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 25 may 1995-ci il tarixli, 488 saylı sərəncamına əsasən İddiaçı Mingəçevir şəhəri “Günəşli” yaşayış massivindən ayrılmış 600 kv.m (0.06 ha) torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə, müayinə və inventarlaşdırma işlərinin maneəsiz həyata keçirilməsinə Cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasına və qarşılıqlı iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır
14. Məhkəmə ilk növbədə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir.
15. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(039)-2194/2024 saylı qətnaməsi ilə (hakim Qalib Paşayev) ilk iddia təmin edilmiş, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 25 may 1995-ci il tarixli, 488 saylı sərəncamına əsasən ona Mingəçevir şəhəri “Günəşli” yaşayış massivində ayrılmış 600 kv.m (0.06 ha) torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə, müayinə və inventarlaşdırma işlərinin maneəsiz həyata keçirilməsinə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilməsi, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı alğı-satqı barədə əqdin bağlanmış hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının əsassız olduğundan təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh aid edilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 157.8 və 164.1-ci maddələrinə istinad etmişdir.
17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikasının Dövlət X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 48-DA-8F/2-M-1xx-xx/2024 saylı arxiv arayışı; İddiaçı tərəfindən Mingəçevir şəhər Bağlar təsərrüatının rəisinin adına yazılmış xx.xx.1999-cu il tarixli ərizə; Mingəçevir şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli doğum haqqında şəhadətnamə; Mingəçevir regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamə; “Azəriqaz” İB tərtər RQİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış; "xxxx" MMC Mərkəzi Aran regional filialının Mingəçevir şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 50 saylı arayış; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqdarın dövlət qeydiyyatına alınmaından imtina edilməsi barədə bildiriş; Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 488 saylı sərəncamı;
18. Həmin qətnamədən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi onun iddia tələbini rədd edən zaman yeganə əsaslandırılması İddiaçı mərhum atasından hansı ki, atasına satdığı torpağa görə aldığı pulu həmin torpağa çəkilən xərci aldığı kimi şərh vermişdir. Hansı ki, o öz torpağına çəkdiyi xərci niyə atasından almalı idi? Əgər elə idisə niyə 25 il ərzində 1 dəfə də olsun bununla bağlı etirazı, şikayəti olmamışdır. Onun əsaslandığı, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Hazırki işdən isə müəyyən edilir ki, İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 488 saylı sərəncamına əsasən Günəşli yaşayış massivindən fərdi ev tikmək üçün ona ayrılmış 600 kv metr torpaq sahəsinin ətrafını tor setka ilə bağladığını, vəziyyəti ağır olduğuna görə evi axıra kimi tikib qurtara bilmədiyini, həmin torpaq sahəsini Mingəçevir şəhər sakini X6 öz razılığı ilə verdiyini, həyətə çəkdiyi xərcin nəğd şəkildə Şöhrəddin Əzizov tərəfindən ona ödənildiyini göstərərək, yuxarıda göstərilən sərəncamla ona verilmiş torpaq sahəsinin X4 adına sənədləşdirilməsini xahiş etmişdir. Həmin vaxtdan da atası sözügedən torpaq sahəsindən istifadə və sahiblik etmiş, üzərində fərdi yaşayış evi inşa etmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi təxminən 1999-cu ildən cavabdeh tərəfindən atasına satılmışdır. Eyni zamanda müəyyən edilir ki, mübahisəli torpaq sahəsi hal-hazırda da onların istifadəsində olmaqla orada ev inşa edilmişdir. Mübahisəli torpaq sahəsi 26 ilə yaxın müddət ərzində onların davamlı istifadəsində və sahibliyində olmasına baxmayaraq cavabdeh tərəfindən həmin torpaqla bağlı onlara heç bir narazılıq və ya irad bildirməməklə faktiki olaraq bağlanmış müqaviləni bəyəndiklərini şəksiz nümayiş etdirmişlər. Göründüyü kimi, cavabdeh tərəf müqaviləni rəsmiləşdirməkdən yayınmaq üçün iş materialları ilə öz təsdiqini tapmayan müxtəlif dəlillər irəli sürmüşdür.
20. Ona görə də, Yevlax Rayon Məhkəməsinin e-2(039)-2194/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
21. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-2194/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi.
23. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-2194/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
24. 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 43, 73, 77, 78, 82-ci maddələri
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
26. Qərarlar: S. Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı; İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli Qərarı; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 may 2003-cü il tarixli «Qarrax Çexiyaya qarşı» iş üzrə qəbul etdiyi qərarı.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci mаddəsinə əsаsən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
29. Cavabdeh (qarşılıqlı iddiaçı) Əzizov X13 Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(039)-2194/2024 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 488 saylı sərəncamından müəyyən edildiyi kimi Mingəçevir şəhərində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanmış vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması üzrə komissiyanın qərarına (protokol №6, 05.05.95-ci il tarixli) uyğun olaraq mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarılmaqla 68 №-li Tİ-də mənzil növbəsinə duran İddiaçı fərdi ev tikintisi üçün “Günəşli” yaşayış massivindən 600 kv.metr torpaq sahəsinin ayrılması (294 №-li torpaq sahəsi) qərara alınmışdır. Göründüyü kimi İddiaçı mübahisəli torpaq sahəsi üzərində qanuni əsaslarla mülkiyyət hüququnun DƏDRX-də qeydiyyata alınması üçün ilkin əsaslar olmuş və onun həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ vardır. Həmin torpaq sahəsinin mülkiyyət hüququ əsasında DƏDRX-də onun adına qeydiyyata alınmasına cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tərəfindən etiraz edilməsinin heç bir əsası yoxdur. Buna görə də, məhkəmə hesab etmişdir ki, ilk iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 may 2003-cü il tarixli «Qarrax Çexiyaya qarşı» iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə «real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ» mülkiyyət hüququ kimi qiymətləndirilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X5 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir.
32. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Mahmudov X12 şəhər Bağlar təsərrüfatına xx.xx.1999-cu il tarixli ərizə ilə müraciət edərək, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 488 saylı sərəncamına əsasən Günəşli yaşayış massivindən fərdi ev tikmək üçün ona ayrılmış 600 kv metr torpaq sahəsinin X4 adına sənədləşdirilməsini xahiş etmiş, lakin həmin tarixdən sonra mübahisəli torpaq sahəsi Şöhrəddin Əzizovun adına rəsmiləşdirilməmişdir. Həmin ərizədən görünür ki, İddiaçı torpaq sahəsində çəkdiyi xərci Şöhrəddin Əzizovdan aldığını göstərmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tərəfindən təqdim edilmiş şahidlərin ifadələrindən də tərəflər arasında alğı-satqıya dair razılaşmanın olduğu müəyyən edilməmiş və həmin şahid ifadələri həmin halın təsdiqi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Qeyd edilmiş şahid ifadələri hazırki qətnamənin 7-ci bəndində öz əksini tapmışdır.
33. Apellyasiya şikayətinin dəlilləri hazırki qətnamənin 19-cu bəndində qeyd edilmişdir. Cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin təxminən 1999cu ildən satıldığını, mübahisəli torpaq sahəsinin 26 ilə yaxın müddət ərzində onların davamlı istifadəsində və sahibliyində olmasına baxmayaraq qarşı tərəfin həmin torpaqla bağlı onlara heç bir narazılıq və ya irad bildirməməklə faktiki olaraq bağlanmış müqaviləni bəyəndiklərini şəksiz nümayiş etdirdiklərini bildirsə də, işin hallarından mübahisəli torpaq sahəsinin alğı-satqısına dair tərəflər arasında heç bir razılaşma müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mingəçevir şəhərində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanmış vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması üzrə komissiyanın qərarına (protokol №6, 05.05.95-ci il tarixli) uyğun olaraq mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarılmaqla vətəndaşlara fərdi ev tikintisi üçün «Günəşli» yaşayış massivindən 600 kv.m ölçüdə torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 488 saylı sərəncamına əsasən Günəşli yaşayış massivindən fərdi ev tikmək üçün ona ayrılmış 600 kv metr torpaq sahəsinin ətrafını tor setka ilə bağladığını, vəziyyəti ağır olduğuna görə evi axıra kimi tikib qurtara bilmədiyini, həmin torpaq sahəsini Mingəçevir şəhər sakini X6 öz razılığı ilə verdiyini, həyətə çəkdiyi xərcin nəğd şəkildə Şöhrəddin Əzizov tərəfindən ona ödənildiyini göstərərək, sərəncamla ona verilmiş torpaq sahəsinin X4 adına sənədləşdirilməsini xahiş etmişdir. Qeyd edilən ərizədə alğı-satqı müqaviləsinin bağlanmasına dair iradə ifadəsi öz əksini tapmamışdır.
34. Cavabdeh apellyasiya şikayətində onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin əsaslandığı, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə görə isə məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Qeyd edilən normaları nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddi hüquq normalarını tətbiq etməklə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.
36. S. Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarında «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1-ci maddəsinin şərh edilməsinə dair» 28 yanvar 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə uyğun olaraq qeyd etmişdir ki, mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir.
37. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və qüvvədə olan MM-in təhlilindən görünür ki, həmin Məcəllənin 178.6, 335.2 və 567-ci maddələrinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməmişdir. Birinci instansiya məhkəməsi ilk iddia üzrə qüvvədə olan MM-in normalarını tətbiq etməkdə, qarşılıqlı iddia ilə bağlı isə 2000-ci il sentyabrın 1-dən əvvəlki müddəaları tətbiq etməkdə düz etmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə mübahisəli əmlakın cavabdehin atası X14 tərəfindən alınmasına dair hər hansı yazılı sübutun mövcud olmamasını müəyyən etmiş və qəbul etdiyi qətnamədə əvvəlki MM-in 43-cü maddəsinə uyğun olaraq belə nəticəyə gəlmişdir ki, X14 əqdi icra etməmişdir. Göstərilən maddənin tələblərinə görə tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu özünün İ.K. Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli qərarındakı əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar hüquqi mövqeyini bir daha təsdiq etməklə vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Yaşayış evinin alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Bu iş üzrə birinci instansiya məhkəməsi əvvəlki MM-in 43-cü maddəsinin mahiyyətini düzgün şərh edərək tərəflər arasında alğı-satqı müqaviləsini bağlanmış hesab edilməsi tələbini təmin etməmişdir. Ümumiyyətlə, qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki MM-in iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 2000-ci il sentyabrın 1-dək qüvvədə olan MM-in 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına dair faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Qanun isə alğı-satqı ilə bağlı birmənalı qaydalar müəyyənləşdirir. Tərəflərdən birinin həmin qaydalara riayət etməməsi digər tərəfə hüquqlarının qorunması məqsədilə öz tələblərinin təmin olunması üçün məhkəməyə müraciət etməyə əsas verir. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Məsələyə bu baxımdan yanaşanda aydın olur ki, birinci instansiya məhkəməsi iddia müddətinin hesablanmasında da səhvə yol vermiş və nəzərə almamışdır ki, əvvəlki MM-in 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. Həmin Məcəllənin «iddia müddətinin tətbiq edilməsinin məcburiliyi» adlanan 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Bu Məcəllənin 82-ci maddəsinə müvafiq olaraq isə iddia qaldırana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Həmin Məcəllənin 85-ci maddəsində iddia müddəti aid edilməyən tələblər göstərilmişdir. Məhkəmə ilk iddiaya iddia müddətinin tətbiq edilməsi haqqında məsələyə münasibət bildirərək hesab etmişdir ki, ilk iddia üzrə mübahisə mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar olduğundan iddia müddəti tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsinin bu qənaəti ilə məhkəmə kollegiyası razılaşır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işlə bağlı qarşılıqlı iddia üzrə mübahisə torpaq sahəsinin alğı-satqısı barədə əqdin bağlanmış hesab edilməsi tələbi ilə bağlı olduğundan həmin əqd yazılı forma tələbinə cavab verməli idi. Hazırda isə işin hallarından görünən odur ki, ümumiyyətlə etibarlı alğı-satqı müqaviləsinin bağlanmasından söhbət gedə bilməz. İddiaçının ev tikmək üçün ona ayrılmış torpaq sahəsini başqa şəxsin, hazırki iş üzrə cavabdehin atasının adına rəsmiləşdirməsini xahiş etməsi barədə ərizə verməsi o demək deyildir ki, həmin ərizə mütləq təmin ediləndir. Çünki torpaq sahələri ona ehtiyacı olan müəyyən kateqoriya insanlara verilmişdir ki, hazırki iş üzrə cavabdehin atasının həmin kateqoriyadan olan şəxslərdən biri olması müəyyən deyildir. Sonuncu hətta həmin kateqoriya şəxslərdən biri olmuş olsa belə, torpaq sahəsini cavabdehin atasının adına rəsmiləşdirmək barədə sərəncam verən qurum hazırki iddiaçıdan asılı deyildir.
39. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-2194/2024 saylı qətnaməsi təmin olunmuş ilk iddiaya aid və rədd edilmiş qarşılıqlı iddiaya aid mübahisələndirilən hissələrdə dəyişdirilmədən sаxlаnılmalıdır.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-2194/2024 saylı qətnaməsi təmin olunmuş ilk iddiaya aid və rədd edilmiş qarşılıqlı iddiaya aid mübahisələndirilən hissələrdə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.