Məhkəmə qərarları › İş №2(107)-1194/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1194/2022

24.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1194/2022 24.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC «Xalq Bankı»nın cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh5 qarşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mülkiyyət hüuqu) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı ASC «Xalq Bankı»nın nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-899/2022 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC «Xalq Bank»ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmamış ailə üzvləri X17, X18, X8 və X4 daxil olmaqla ailə üzvləri və digər şəxslərin 1 (bir) ay müddətində ASC “Xalq” Bankına mülkiyyət hüququ əsasında məxsus olan Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC «Xalq» Bankına təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə cavabdeh X10 (Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********81314 №li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 19 % (on doqquzfaiz) ödənilməsi şərtilə, 85 000 (səksən beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdeh X6 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə cavabdehlər 1) Cavabdeh3 arasında sonuncunun Şəki şəhəri, Maksim Qorki küçəsində mülkiyyətində olan 0.0493 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 154,7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evinin (bundan sonra “Fərdi yaşayış evi” adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********81314/1 №li; 2) X15 arasında sonuncuya məxsus Şəki şəhəri, Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsinin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********81314/2 №li; 3) X16 arasında sonuncunun Şəki şəhəri, Otaq eşiyi küçəsində mülkiyyətində olan 0.0292 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 123.55 kv.m ümumi, 45.79 kv.m yaşayış, 77.76 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 14 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********81314/3 №li İpoteka müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə borc alan Q.M.Bağırov tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasına görə Bank xx.xx.2014-cü il tarixli **********81314 №liKredit müqaviləsi üzrə İddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020- ci il tarixli, 2(075)-3/2020 №li qətnaməsi (bundan sonra “Qətnamə” adlandırılacaq) ilə Fərdi yaşayış evinə tutma yönəldilməsi qət edilmişdir. Bank və borc alan Q.M.Bağırov tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətləri Şəki Apellyasiya Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(107)-1008/2020 №li qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “Daşınar və Daşınmaz Əmlakın Satışı X24” MMC (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda həmin Fərdi yaşayış evi satılmadığından o, əldə edilməsi üçün Banka təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Fərdi yaşayış evi alqı-satqısı Hərrac təşkilatçısı, Şəki Rayon İcra Şöbəsi və Bank tərəfindən imzalanmış Hərrac təşkilatının hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 51/02 nömrəli protokolu və Bank ilə Hərrac təşkilatçısı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Fərdi yaşayış evinə Bankın mülkiyyət hüququ elektron qaydada əldə edilmiş xx.xx.2021-ci il tarixli ********** Qeydiyyat №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Bankın Fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu əldə etməsindən 8 aydan artıq müddət keçməsinə baxmayaraq, Bank bu günədək Fərdi yaşayış evinə dair öz konstitusion hüquqlarından istifadə edə bilməmişdir. İddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5 onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayan ailə üzvləri X17, X18, X8 və X4 daxil olmaqla ailə üzvlərinin və digər şəxslərin heç bir qanuni əsas olmadan yaşaması, həmin əmlaka qanunsuz sahiblik və istifadə etməsidir. Fərdi yaşayış evinə mülkiyyət hüququnun İddiaçıya keçməsinə, Cavabdehlərin ipoteka predmetinə tutma yönəldikdə Fərdi yaşayış evini dərhal tərk etmələri barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələrinə və Bank tərəfindən Fərdi yaşayış evinin 30 (otuz) gün müddətindən gec olmayaraq boşaldılması barədə Cavabdeh3 xx.xx.2022-ci il tarixli, SK-XO-xx.xx.2022-001 nömrəli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Fərdi yaşayış evini boşaltmırlar, bununla da iddiaçının mülkiyyət hüqununu pozmaqla həmin əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olurlar. Fərdi yaşayış evi Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, X11, X12, X5 və X3 yaşaması faktı Şəki “ASAN” xidməti mərkəzi tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022ciiltarixli, ******* №liarayış (Forma № 2) ilə təsdiq olunur. Buna görə də hesab edir ki, bank tərəfindən fərdi yaşayış evinin cavabdehlərin, habelə onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin qanunsuz sahibliyindən geri tələb edilməsi (fərdi yaşayış evindən çıxarılmaları) qanunvericiliyin yuxarıda qeyd edilən müvafiq normalarına əsasən tamamilə əsaslıdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin xx.xx.2022 -ci il tarixli, 2(075)-899/2022 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) iddianın qismən təmin edilməsi, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmamış ailə üzvləri X17, X18, X8 və X1 Səhmdar Cəmiyyəti “Xalq Bankı”nın mülkiyyətində olan, Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsindən, həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evindən çıxarılmaları və həmin yaşayış evinin boşaldılaraq ASC “Xalq” Bankına təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 19 sentyabr 2014-cü il tarixdə ASC «Xalq» Bankı ilə X6 arasında **********81314 saylı kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında ASC «Xalq» Bankı tərəfindən cavabdeh X7 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 85000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh3 ilə ASC «Xalq» Bankı arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli, **********81314/1 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kvadrat metr ümumi, 72 kvadrat metr yaşayış, 82.7 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 4 otaqlı, 8 nömrəli ev, X10 ilə ASC «Xalq» Bankı arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli, **********81314/2 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 hektar torpaq sahəsi və X16 ilə ASC «Xalq» Bankı arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli **********81314/3 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kvadrat metr ümumi, 45.79 kvadrat metr yaşayış, 77.76 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 2 otaqlı, 14 nömrəli ev ipotekaya qoyulmuşdur. Kredit borcu ödənilmədiyindən Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kvadrat metr ümumi, 72 kvadrat metr yaşayış, 82.7 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 4 otaqlı, 8 nömrəli evə tutma yönəldilmiş və həmin ev tələbkar ASC «Xalq Bank»ının mülkiyyətinə rəsmiləşdirilmişdir. ASC «Xalq Bank»ı iddia tələbini müdafiə edir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab etmişdir ki, kredit borcunun ödənilməməsi səbəbindən hərracdan alınma yolu ilə mülkiyyətinə keçmiş mübahisə predmeti olan fərdi yaşayış evinin hazırki mülkiyyətçisi ASC «Xalq Bank»ı cavabdehlərin Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evindən çıxarılmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmə iddia tələbinin “...onlarla birlikdə yaşayan...digər şəxslər...”-in də çıxarılması hissəsinə münasibət bildirərək hesab etmişdir ki, həmin hissədə çıxarılacaq şəxslərin dairəsi məhkəmə üçün aydın və məlum olmadığından iddia həmin hissədə təmin edilməməlidir. Şərh edilənlərə qiymət verərək məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmamış ailə üzvləri X17, X18, X8 və X4 1 (bir) ay müddətində ASC “Xalq” Bankına mülkiyyət hüququ əsasında məxsus olan Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsindən, həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evindən çıxarılmalı, həmin yaşayış evi boşaldılaraq ASC “Xalq” Bankına təhvil verilməli, iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 157.2, 178.1-ci maddələri, “İpoteka haqqında Azərbaycan Respublikası Qanunu”nun 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələri, Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, onun yaşadığı ev onun adına olmaqla evin hərracda olmasından məlumatsızdır. Əmlakın onun adından çıxarılması barədə heç bir məlumatı olmayıb. Həmçinin məhkəmə onun evinə aidiyyatı olmayan şəxsləri cavadeh kimi qeyd etmişdir. Həmin evin ona və ya digər cavabdehlərə məxsus olmasına aydınlıq gətirilməmişdir. Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh5 onun evinə heç bir aidiyyatı yoxdur. Məhkəmə qeyd edilən şəxslərin onun evinə aidiyyatı olmalarına və ya onlara aid olan evə iddianın qoyulduğunu aydınlaşdırmamışdır. Əgər həmin şəxslərin onun evinə aidiyyatı var idisə həmin şəxslərin ipoteka qoyulan zaman razılğı əldə edilməmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni və əsaslı deyil, iş üzrə müəyyən edilən hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Ümimiyyətlə qətnamə obyektiv, tam, hərtərəflli araşdırma nəticəsində qəbul edilməmişdir. Məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir. Məhkəmə müdafiəsindən istifadə hüquq pozulmuşdur. Məhkəmə işə baxarkən cavabdeh kimi onun iştirakını və qızı azyaşlı Hüseynova Nihal Rövşən qızının iştirakını təmin etməmiş, qızı azyaşlı olduğu üçün Şəki rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik orqanının iştirakını təmin etməmişdir. Məhkəmə işə baxarkən digər cavabdehlərində iştirakını təmin etməmişdir. Qeyd etdiyi kimi, məhkəmə işində onun tərəfindən məhkəmə bildirişlərini almasına dair hər hansı bir rəsmi sənəd ola bilməz. O məhkəməyə dəvət edilmədən məhkəmə qətnamə çıxarır və onun məhkəmədə müdafiə hüququnu pozur. Birinci insatansiya məhkəməsində iştirakları təmin edilmədiyi üçün heç bir sənəd təqdim edə bilməmişlər vəsatət verə bilməmişlər. Göstərilənlərə əsasən, o Şəki rayon məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2 (075)-899/2022 saylı qətnaməsinin ləğv edilməsini iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC «Xalq Bankı»nın nümayəndəsi Nümayəndə verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Şəki rayon məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2 (075)-899/2022 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Rеspublikası Kоnstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsаsən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Rеspublikası Kоnstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyеktin оna mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib оlmaq, оndan istifadə еtmək və оna dair sərəncam vеrmək üzrə dövlət tərəfindən tanınan və qоrunan hüququdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin göstərişi də bunu təsdiq edir. Belə ki, həmin maddədə qeyd olunub: “Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipotekaqoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şəki rayon məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2 (075)-899/2022 saylı qətnaməsinin ləğv edilməsini iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaran qismən təmin etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli Şəki rayon məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2 (075)-899/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 19 sentyabr 2014-cü il tarixdə ASC «Xalq» Bankı ilə X6 arasında **********81314 saylı kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında ASC «Xalq» Bankı tərəfindən cavabdeh X7 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 85000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh3 ilə ASC «Xalq» Bankı arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli, **********81314/1 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kvadrat metr ümumi, 72 kvadrat metr yaşayış, 82.7 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 4 otaqlı, 8 nömrəli ev, X10 ilə ASC «Xalq» Bankı arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli, **********81314/2 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 hektar torpaq sahəsi və X16 ilə ASC «Xalq» Bankı arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli **********81314/3 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kvadrat metr ümumi, 45.79 kvadrat metr yaşayış, 77.76 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 2 otaqlı, 14 nömrəli ev ipotekaya qoyulmuşdur. Kredit borcu ödənilmədiyindən Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kvadrat metr ümumi, 72 kvadrat metr yaşayış, 82.7 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 4 otaqlı, 8 nömrəli evə tutma yönəldilmiş və həmin ev tələbkar ASC «Xalq Bank»ının mülkiyyətinə rəsmiləşdirilmişdir. ASC «Xalq Bank»ı iddia tələbini müdafiə edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, onun yaşadığı ev onun adına olmaqla evin hərracda olmasından məlumatsızdır. Əmlakın onun adından çıxarılması barədə heç bir məlumatı olmayıb. Həmçinin məhkəmə onun evinə aidiyyatı olmayan şəxsləri cavadeh kimi qeyd etmişdir. Həmin evin ona və ya digər cavabdehlərə məxsus olmasına aydınlıq gətirilməmişdir. Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh5 onun evinə heç bir aidiyyatı yoxdur. Məhkəmə qeyd edilən şəxslərin onun evinə aidiyyatı olmalarına və ya onlara aid olan evə iddianın qoyulduğunu aydınlaşdırmamışdır. Əgər həmin şəxslərin onun evinə aidiyyatı var idisə həmin şəxslərin ipoteka qoyulan zaman razılığı əldə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, mülki iş materiallarına əlavə edilən 19 yanvar 2022-ci il tarixli, SK-XO- 19.1.2022-001 saylı ipoteka predmeti olan və mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan əmlakı tərk etmələrinə dair bildirişdən, eyni zamanda həmin bildirişin cavabdehlərə təqdim edildiyini təstiq edən xəbərnamədən görünür ki, apellyator qanuna uyğun olaraq Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kvadrat metr ümumi, 72 kvadrat metr yaşayış, 82.7 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 4 otaqlı, 8 nömrəli evi tərk etməsi barədə xəbərdar edilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.0493 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi ASC «Xalq Bank»ının mülkiyyətindədir. Məhkəmə kollegoyası hesab edir ki, yuxarıda göstərilən sənədlərin mövcud olması onu deməyə əsas veriri ki, iş üzrə cavabdeh əmlakın onun çıxarılmasında məlumatlı olmuşdur. Daha sonra kollegiya qeyd edir ki, apellyator hərracın nəticələrini və ASC «Xalq Bank»ının mülkiyyət hüququna dair şəhadətnaməni mübahisələndirməmişdir. Kollegiya qeyd edir ki, nə qədər ki, mübahisə predmeti olan evin mülkiyyətçisi iddiaçı təşkilatdır o, iddia tələbində haqlıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarına əlavə edilən ASAN-Şəki tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, X17, X18, X8 və X2 şəhəri, Maksim Qorki küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evində yuxarıdakı şəxslər qeydiyyatdadırlar. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda adlçəkilən şəxslər mübahisə predmeti olan fərdi yaşayış evində qeydiyyatda olduqları üçün, birinci instansiya məhkəməsi həmin şəxslərin Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsindən, həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evindən çıxarılmalarına dair qərara qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya həmin evin ona və ya digər cavabdehlərə məxsus olmasına aydınlıq gətirilməməsinə dair şikayətin dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayət bu hissədə də əsassızdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.0493 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi ASC «Xalq Bank»ının mülkiyyətindədir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan başqa apelyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir. Məhkəmə müdafiəsindən istifadə hüquq pozulmuşdur. Məhkəmə işə baxarkən cavabdeh kimi onun iştirakını və qızı azyaşlı Hüseynova Nihal Rövşən qızının iştirakını təmin etməmiş, qızı azyaşlı olduğu üçün Şəki rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik orqanının iştirakını təmin etməmişdir. Məhkəmə işə baxarkən digər cavabdehlərində iştirakını təmin etməmişdir. Qeyd etdiyi kimi, məhkəmə işində onun tərəfindən məhkəmə bildirişlərini almasına dair hər hansı bir rəsmi sənəd ola bilməz. O məhkəməyə dəvət edilmədən məhkəmə qətnamə çıxarır və onun məhkəmədə müdafiə hüququnu pozur. Birinci insatansiya məhkəməsində iştirakları təmin edilmədiyi üçün heç bir sənəd təqdim edə bilməmişlər vəsatət verə bilməmişlər. Məhkəmə kollegiyası apellyatorun bu yanaşmaları ilə razı olmadığını qeyd edərək, bildirir ki, məhkəmə tərəfindən çəkişmə prinsipinin həyata keçirilməsi üçün şərait yaradılmışdır. Belə ki, iş materiallarında olan 29 mart 2022-ci il tarixli məhkəmə iclasına dəvət edilmə ilə bağlı bildirişdən və onun göndərilməsinə dair reyestrdən məlum olmuşdur, iş üzrə cavabdehə rəsmi qaydada məhkəmə iclasına dəvət olunmasına dair bildiriş poçt vasitəsi ilə onun faktiki yaşadığı ünvana göndərilmişdir. Bundan başqa iş materiallarında olan məhkəmə bildirişin cavabdehə çatdırılmasına dair xəbərnamədən göründüyü kimi cavabdehin həyat yoldaşı sözügedən xəbərnamələrə imzasını qeyd etməklə, məhkəmə iclaslarının vaxtı barədə cavabdehin məlumatlandırılacağını təstiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Həmçinin Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni və əsaslı deyil, iş üzrə müəyyən edilən hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Ümimiyyətlə qətnamə obyektiv, tam, hərtərəflli araşdırma nəticəsində qəbul edilməmişdir. Kollegiya şikayətin azyaşlı Hüseynova Nihal Rövşən qızının iştirakını təmin edilməməsi, qızı azyaşlı olduğu üçün Şəki rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik orqanının iştirakını təmin edilməməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayət bu hissədə də əsassızdır. Belə ki, Hüseynova Nihal Rövşən qızı yetkinlik yaşına çatmaqla hazırkı iş üzrə cavabdeh olmuş və o, hazırkı qətnamə ilə razılaşaraq onu mübahisələndirməmişdir. Ona görə də kollegiya qeyd edir ki, apelyatorun Hüseynova Nihal Rövşən qızının adından hazırki qətnaməni mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx.xx.2022 -ci il tarixli, 2(075)-899/2022 saylı qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2022 -ci il tarixli, 2(075)-899/2022 saylı qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar