Məhkəmə qərarları › İş №2(107)-1194/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1194/2025

15.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1194/2025 15.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidmətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxmaya görə pul" tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: "əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxmaya görə pul" tələbi, ləğv) X2 (sədrlik edən və məruzəçi), X6 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Məhyəddinov İlkin Aydın oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, cavabdeh Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidmətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxmaya görə pul" tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2(014)-1545/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı cavabdeh Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidmətinə qarşı iddia tələbi ilə müraciət edərək "Vəzifədən azad etmə haqqında 39-K nömrəli, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və İddiaçı məcburi iş buraxmaya görə pul ödənilməsi, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən mediasiya üçün ödənilmiş 50 manat pulun cavabdeh Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nümayəndə tutularaq İddiaçı ödənilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdeh Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidmətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxmaya görə pul" tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nümayəndə tərəfindən imzalanmış "Vəzifədən azad etmə haqqında 39-K nömrəli, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və İddiaçı məcburi iş buraxmaya görə pul ödənilməsi, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən mediasiya üçün ödənilmiş 50 manat pulun cavabdeh Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nümayəndə tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzində 13 il işləmişdir. İşlədiyi dövrdə ona həvalə edilmiş bütün işləri vaxtında və dəqiq icra etmişdir. Hər gün işə vaxtında gəlib-getmişdir. Tabelə gündəlik imza etmişdir. Belə ki, işlədiyi dövrdə ona ancaq dezinfektor vəzifəsi həvalə edilmişdir. 2020-ci ildə ölkələrində olan pandemiyada işini vaxtında və dəqiq görməklə millətinə xidmət göstərmişdir. Belə ki, Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nümayəndə son 2 ayda ona qarşı qərəzli hərəkətlər etməyə başladı. xx.xx.2025-ci il tarixdə günorta yeməyini yeyib işə qayıdanda bildi ki, onu işdən çıxarıblar. Dəfələrlə səbəbini soruşsa da ona heç bir səbəb bildirmədilər. Bir neçə dəfə müraciət etdikdən sonra nəhayət işdən çıxmağı barədə əmri almışdır. Əmrlə tanış olanda bilmişdir ki, onun işdən çıxarılmağına səbəb Gülər Kərimovanın və Elnarə Həmidovanın müraciətləri olub. Hal bu ki, həmin şəxslər özləridə təsdiq edərlər ki, o işinə layiqli və məsuliyyətli birisi olmuşdur. Bundan başqa hesab edir ki, əmr düzgün tərtib edilməmişdir. Belə ki, cavabdeh Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nümayəndə onun əmək müqaviləsinə xitam verilməsinə dair 39-K nömrəli, xx.xx.2025-ci tarixli əmrində onun əmək müqaviləsinə xitam verilməsinin əsasları, Əmək Məcəlləsinin hansı maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsasları göstərilməmişdir. Yəni əmrdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin hansı maddəsi ilə xitam verilməsi qeyd edilməmişdir. Hal bu ki, müvafiq qanunda əmr dəqiq və aydın şəkildə yazılmalıdır. Bütün bunları nəzərə alaraq hesab edir ki, onun barəsində qəbul edilmiş vəzifədən azad etmə haqqında 39-K nömrəli, xx.xx.2025-ci il tarixli əmr ləğv edilməli, o, işə bərpa edilməli və məcburi iş buraxmaya görə ona pul ödənilməlidir.

4. Ağdaş Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2(014)-1545/2025 saylı qətnaməsi ilə (hakim Aygün Mürsəlova) İddiaçı cavabdeh Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi və 3-cü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfətttişliyi Xidmətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxmaya görə pul" tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 71, 186.1, 186.2 və 186.3-cü maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan 28 noyabr 2011-ci il tarixli Ağdaş rayon G.və EM-nin direktoru cənab Nümayəndə Y.Həbiyev küçəsi 3 saylı evdə yaşayan İddiaçı tərəfindən verilən ərizənin surətindən görünür ki, onu təşkilatlarında münasib işlə təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi üzrə xx.xx.2011-ci il tarixli 83 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən etibarən uşağa qulluq üçün öz hesabına məzuniyyət götürən X3 yerinə müvəqqəti olaraq 1.0 oklad dezinfektor təyin edilmişdir. İş materiallarında olan Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi üzrə xx.xx.2011-ci il tarixli 85 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçımüvəqqəti olaraq işləyən (uşağa qulluq üçün öz hesabına məzuniyyət götürən X3 yerinə) Parazitologiya şöbəsinin dezinfektoru xx.xx.2011-ci il tarixdən etibarən uşağaqulluq üçün öz hesabına məzuniyyətdə olan X8 yerinə müvəqqəti olaraq keçirilmişdir. İş materiallarında olan Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi üzrə xx.xx.2012-ci il tarixli 09 saylı əmrdən çıxarışdan görünür ki, Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzinin P/Ş dezinfektor İddiaçı adlı işçisi xx.xx.2012-ci il tarixdə iş davamiyyətini pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2a bəndinə əsasən xəbərdarlıq edilmişdir. İş materiallarında olan Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi üzrə xx.xx.2012-ci il tarixli 09 saylı əmrdən çıxarışdan görünür ki, Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzinin P/Ş dezinfektor İddiaçı adlı işçisi xx.xx.2012-ci il tarixdə iş davamiyyətini pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2a bəndinə əsasən xəbərdarlıq edilmişdir. İş materiallarında olan Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi üzrə xx.xx.2012-ci il tarixli 53 saylı əmrdən çıxarışdan görünür ki, Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzində xx.xx.2012-ci il tarixdə işə dəvamiyyət yoxlanılarkən İddiaçı işdə olmadığı üçün onun 1 günlük əmək haqqısı kəsilmişdir. İş materiallarında olan Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi üzrə xx.xx.2012-ci il tarixli 59 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı müvəqqəti olaraq işləyən Parazitologiya şöbəsinin dezinfektoru ilə xx.xx.2011-ci il tarixdə bağlanılmış Əmək Müqaviləsinə, uşağa qulluq üçün öz hesabına məzuniyyətdə olan X15 öz işinə qayıtdığı üçün xx.xx.2012-ci il tarixdə xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan Ağdaş rayon GEM-nin direktoru cənab Nümayəndə həmin idarənin dezinfektoru İddiaçı tərəfindən verilən izahatın surətindən görünür ki, 1 mart 2012-ci il tarixdə səhər saatlarında gecikdiyi üçün onu üzürlü hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan 01 fevral 2013-cü il tarixli Ağdaş rayon GEM-nin direktoru cənab Nümayəndə Ağdaş rayon sakini İddiaçı tərəfindən verilən ərizənin surətindən görünür ki, onun təşkilatlarında münasib işlə təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi üzrə xx.xx.2013-cü il tarixli 05 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən etibarən Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi üzrə Dezinfeksiya Şöbəsinə 1.0 oklad Sanitarka təyin edilmişdir. İş materiallarında olan Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi üzrə xx.xx.2013-cü il tarixli 37 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçıDezinfeksiya Bölməsinin Kiçik tibb işçisi xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək 14 təqvim gün müddətində öz hesabına məzuniyyətə buraxılmış, işçi xx.xx.2013-cü il tarixdən işə başlaması əmr edilmişdir. İş materiallarında olan Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi üzrə xx.xx.2014-cü il tarixli 07 saylı əmrdən çıxarışdan görünür ki, Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzində xx.xx.2014-cü il tarixdə işə dəvamiyyət yoxlanılarkən kiçik tibb işçisi İddiaçı işdə olmadığı üçün onun 1 günlük xx.xx.2014-cü il tarixdə əmək haqqısı kəsilməsi əmr edilmişdir. İş materiallarında olan Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi üzrə 05 avqust 2014-cü il tarixli 28 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı- kiçik tibb işçisi 06- 07-08 avqust 2014-cü il tarixləri 3 gün müddətinə xx.xx.2013- xx.xx.2014 iş dövrü üçün növbəti məzuniyyətinə hesab edilmişdir. İş materiallarında olan Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi üzrə 18 sentyabr 2014-cü il tarixli 34 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı- xx.xx.2014-cü il tarixdə işdə olmadığı üçün 1 günlük əmək haqqısının kəsilməsi əmr edilmişdir. İş materiallarında olan Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi üzrə 08 iyun 2022-ci il tarixli 17 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçıdezinfeksiya bölməsinin sanitar qadını xx.xx.2022-ci il tarixdən etibarən 2 gün müddətinə ödənişsiz məzuniyyət verilməsi, işçi xx.xx.2022-ci il tarixdən işdə hesab edilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Ağdaş rayon GEM-nin direktoru cənab Nümayəndə həmin idarənin kiçik tibb işçisi İddiaçı tərəfindən verilən ərizənin surətindən görünür ki, 09-10 iyun 2022-ci il tarixlərdə ona öz hesabına (həkimə getdiyi üçün) icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan 24 dekabr 2024-cü il tarixli Ağdaş rayon GEM-nin direktoru cənab Nümayəndə yoldaşa həmin mərkəzin sanitar qadını Məmmədova Aqubət tərəfindən verilən ərizənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən həmin mərkəzin Sanitariya- Gigiyena labaratoriyasında sanitar qadın vəzifəsində çalışır. Çalışdığı müddətdən mərkəzlərində çalışan İddiaçı öhdəliyində olan otaqları o təmizləmişdir. Onun da səhhətində problem olduğu üçün işin hamısını yerinə yetirə bilmir. Mahirənin təmizləməli olduğu otaqları özü təmizləsin. Bu haqda ona dəfələrlə iradlarını bildirmişdir. Nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan 24 dekabr 2024-cü il tarixli Ağdaş rayon GEM-nin direktoru cənab Nümayəndə yoldaşa həmin mərkəzin sanitar qadını X9 tərəfindən verilən ərizənin surətindən görünür ki, xx.xx.1998-ci il tarixdən həmin mərkəzin Bakterioloji labaratoriyasında sanitar qadın vəzifəsində çalışır. Çalışdığı müddətdən mərkəzlərində çalışan İddiaçı öhdəliyində olan otaqları o təmizləmişdir. Onun da səhhətində problem olduğu üçün işin hamısını yerinə yetirə bilmir. Mahirənin təmizləməli olduğu otaqları özü təmizləsin. Bu haqda ona dəfələrlə iradlarını bildirmişdir. Nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Ağdaş rayon GEM-nin direktoru cənab Nümayəndə həmin mərkəzin təsərrüfat müdiri X10 tərəfindən və şöbənin işçiləri Həmidova E, Rəsulova M, Əmrahova H, Məmmədova Aynurə verilmiş məlumatın surətindən görünür ki, Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli qərarına əsasən bəzi bir kiçik tibb işçisi işlədiyi mərkəzdə sanitar gigiyena qaydalarından istifadə edərək öhdəliyinə düşən işləri eləcə də otaqların dəhlizlərin təmizliyi barədə gündəlik olaraq təsərrüfat müdirinə məlumat verməlidir. Bunları əsas tutaraq məlum edir ki, bu gün mərkəzinizdə kiçik tibb işçisi kimi çalışan İddiaçı öz öhdəliyinə düşən işləri vaxtlı-vaxtında yerinə yetirmədiyi üçün tərəfindən ona xəbrədarlıq etmiş, o da öz növbəsində otaqları silib süpürməyəcəyini, kiçik tibb işçisi işləməyəcəyini bildirmişdir. Bununla bağlı müəyyən tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Ağdaş rayon GEM-nin direktoru cənab Nümayəndə həmin mərkəzin Həmkarlar ittifaqı komitəsinin sədri X16 tərəfindən verilmiş məlumatın surətindən görünür ki, xx.xx.2025-ci il tarixli müraciətə cavab olaraq mərkəzlərində kiçik tibb işçisi kimi çalışan İddiaçı öz öhdəsinə düşən işləri vaxtlı vaxtında yerinə yetirməsi üçün tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Ağdaş rayon GEM-nin direktoru cənab Nümayəndə həmin mərkəzin Epidemioloji şöbə müdiri həkim epidemioloq X11 və şöbənin işçiləri İbrahimova Xuraman, Məmmədova Aynurə, İsrəfilova Sevil, Səfərli Günel, Həmidova Aydan və Cəfərova Aytən tərəfindən verilmiş məlumatın surətindən görünür ki, şöbəyə yeni təyin olunmuş xadimə İddiaçı təyin olunduğu gündən otağın təmizliyi ilə gündəlik məşğul olmur. Dəfələrlə deyilsə də öz işinin icrasını gündəlik görmür. Belə ki, xx.xx.2025-ci il tarixdə işdən çıxararkən kasiz tullantılar götürülməmiş, xx.xx.2025-ci il tarixdə otağa daxil olarkən süpürülüb silinmədiyinin şahidi olmuşlar. Otaqlarının əvvəlki xadiməsi X4 yenidən otaqlarının təmizliyini görməsinə icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi xx.xx.2025ci il tarixli 22-K saylı əmrin surətindən görünür ki, Direktorun təsərrüfat müdirinin dəfələrlə şifahi xəbərdarlığına baxmayaraq işinin öhdəsindən gəlmədiyinə görə Ağdaş rayon Gigiyena və X1 bölməsinin Sanitar qadın İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq xəbərdarlıq edilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Ağdaş rayon GEM-nin direktoru cənab Nümayəndə həmin mərkəzin Epidemioloji şöbə müdiri həkim epidemioloq X11 və şöbənin işçiləri İbrahimova Xuraman, Məmmədova Aynurə, İsrəfilova Sevil, Səfərli Günel, Həmidova Aydan və Cəfərova Aytən tərəfindən verilmiş məlumatın surətindən görünür ki, 01 aprel 2025-ci il tarixdə işə gələrkən otağı natəmiz vəziyyətdə görmüşlər. Xadimə İddiaçı vəzifəsini icra etməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Ağdaş rayon GEM-nin direktoru cənab Nümayəndə dezinfeksiya şöbəsinin işçiləri Mustafayeva Elza, İsayeva İradə, Mustafayyeva Aynur, Alxasova İnci, Vahabova Məleykə, Mirəddinova Gülşad və Səfərova Raziyyə tərəfindən verilmiş məlumatın surətindən görünür ki, şöbənin sanitar qadını İddiaçı öz öhdəliyinə düşən işləri yerinə yetirmir. Otaqlar toz içindədir, işçiləri təhqir edir, işini tələb etdikdə işçilərə nalayiq sözlər deyir. Bu barədə tədbir görülməsini xahiş etmişlər. İş materiallarında olan Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi xx.xx.2025ci il tarixli 25-K saylı əmrin surətindən görünür ki, Direktorun təsərrüfat müdirinin dəfələrlə şifahi xəbərdarlığına baxmayaraq işinin öhdəsindən gəlmədiyinə görə Ağdaş rayon Gigiyena və X1 bölməsinin Sanitar qadın İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Ağdaş rayon GEM-nin direktoru cənab Nümayəndə dezinfeksiya şöbəsinin parazitologiya üzrə dezinfektorları Mustafayeva Elza dezinfektor, Mirəddinova Gülşad dez.təlimatçı, İsayeva İradə dezinfektor, Səfərova Raziyyə dez.təlimatçı, Alxasova İnci dezinfektor, Cəfərova Nəsibə dezinfektor, Məsimova Zərniyar dezinfektor, Yusifova Aytəkin dezinfektor, Hacıyeva Müşviqə dezinfektor, Bayramova Vəfayət dezinfektor, Mustafayeva Aynur dezinfektor, Əliyeva Fərqanə dezinfektor, Əhmədova Zümrüd dezinfektor, Ələsgərova Aybəniz dezinfektor, Səmədova Sevinc dezinfektor, Vahabova Məleykə dezinfektor, Məmmədova Südabə dezinfektor, Əmrahova Reyhan sanitar, Soltanova Pakizə dezinfektor, Rzayeva Sədaqət dezinfektor, Abdullayeva Anaxanım dezinfektor, Mustafayeva Sayad dezinfektoru tərəfindən verilmiş məlumatın surətindən görünür ki, İddiaçı 15 gün müddətində otaqda təmizlik işləri aparmırdı. Dəfələrlə dediklərinə baxmayaraq səhlənkarlıq göstərmişdir. İddiaçı barəsində tədbir görülməsini xahiş etmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Ağdaş rayon GEM-nin direktoru cənab Nümayəndə dezinfeksiya şöbəsinin parazitologiya üzrə dezinfektorları Mustafayeva Aynur, Mustafayeva Elza, Alxasova İnci, Vahabova Məleykə, isayeva X12 tərəfindən verilmiş izahatın surətindən görünür ki, mərkəzin sanitar qadını İddiaçı xx.xx.2025-ci il tarixində işçiləri təhqir edərək, nalayiq ifadələr işlədir. Tədbirlər görülməsini xahiş etmişlər. İş materiallarında olan Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 03 iyun 2025-ci il tarixli 39-K saylı əmrin surətindən görünür ki, təsərrüfat müdiri X5 xx.xx.2025-ci il tarixli, Epidemiologiya şöbəsinin müdiri HE X7 xx.xx.2025-ci il tarixli, DB işçilərinin xx.xx.2025-ci il tarixli məlumatları və direktorun sərəncamı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funkiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi əsasına görə Ağdaş rayon Gigiyena və X1 bölməsinin Sanitar qadın (sanitar) İddiaçı ilə bağlanmış xxxxxxx000109 nömrəli Əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan Ağdaş rayon GEM-nin direktoru cənab Nümayəndə həmin idarənin təsərrüfat müdiri X10 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumatın surətindən görünür ki, xx.xx.2025-ci il tarixində 39 saylı əmr ilə işinə xitam verilmiş İddiaçı xx.xx.2025-ci il tarixində səhər saatlarında idarəyə gələrək gizlincə olaraq tabel qoyulan yerə keçərək xitam verildiyi günlərə imza atmışdır. (xx.xx.2025-ildən xx.xx.2025-ci il tarixinədək) Bundan 1 gün öncə də idarəyə müdaxilə edib ki, imza atsın lakin baş tutmadığı üçün səhəri günü tezdən müdaxilə edib. Tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞQ/MT035-2025-00377 saylı ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan məlum olur ki, tərəflər mediasiya sessiyasında iştirak etmişlər. Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi direktoru Nümayəndə mediasiya prosesini davam etdirməyə razılıq veməmişdir. İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan Ağdaş rayon GEM-nin direktoru Nümayəndə tərəfindən verilmiş 29 avqust 2025-ci il tarixli 602 saylı məktubdan görünür ki, mərkəzlərinin kiçik tibb işçisi (xadimə) İddiaçı vəzifə öhdəliyini yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixdə rəsmi xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci ildə rəsmi sonuncu xəbərdarlıqda şiddətli töhmət verilmişdir və işinin öhdəsindən gəlmədiyi təqdirdə işdən çıxarılması məsələsinə baxılacağı haqda məlumat verilmişdir. xx.xx.2025- ci il tarixdən işdən azad edilmişdir.

7. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarı əsassız və ədalətsiz olmuşdur. Belə ki, məhkəmə iddianı rədd edərkən öz qətnaməsinin əsasları olaraq guya öz işini icra etməməyi, verilən əmr və tapşırıqları yerinə yetirməməyi, yalnız dezinfektor olaraq işləyəcəyi barədə izahatına əsaslanmış, halbuki o belə bir izahatla məhkəmə iclasında çıxış etməmişdir. İddia ərizəsində qeyd olunan xüsusatlardan görünür ki, o işini layiqincə yerinə yetirdiyini qeyd etmişdir. Necə ola bilər ki, o özünün əlehinə izahat vermiş olsun. Daha sonra iddianın rədd olunma əsasları şahid ifaədləri olmuşdur. Həmin şahidlərin hər biri mərkəzin rəhbərliyi altında çalışırlar. Onlar işdən çıxarlmasl 1 işdən çıxma əmrinə baxır. Bununla da daim işçiləri Nümayəndə hədələyir. Belə olan halda məhkəmə həmin işçilərdən başqa izahat verməyi necə gözləyə bilər. Əlbəttə ki, onlar Nümayəndə maraqlarına uyğun onun əlehinə izahat verəcəklər. Bundan əlavə iddianın rədd olunmasına dair qətnamədə guya onun İddiaçı müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verdiyi, kollektiv üzvləri ilə mübahisələr yaratdığı, müəssisə rəhbərinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan hərəkətlərə yol verdiyi qeyd olunur. O həmin müəssisədə 10 ildən çoxdur çalışır. Əgər deyilənlər həqiqətdirsə indiyə qədər niyə onu həmin müəssisədə işçi olaraq saxlayıblar. Niyə müəssisə rəhbərliyi bu qədər müddət ərzində onun şərəf və ləyaqətini alçaltmasına, onun şəxsiyyətini gözdən salmasına dözüb. Niyə indiyə qədər işdən uzaqlaşdırılmaq bir yana hüquq mühafizə orqanlarına 1 şikayət müraciəti etməyib ki, Mahirə onun şərəf və ləyaqətini alçaldır. Göründüyü kimi bütün bunlar hamısı absurd yalanlardan başqa heçnə deyildir. O nə heç kimin şərəf və ləyaqətini alçaltmamış, nə başqa bir şey. Həmçinin X13 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunur ki, barəsində olan qanunsuz olaraq verilmişdir. Belə ki, əmək müqaviləsi xitam verilərkən Əmək Məcəlləsinin 80-cı maddəsinin ikinci hissəsinin tələbləri pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki,bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-cı maddəsinin 2-ci hissəsində qeyd olunur ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1- ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi X13 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Ağdaş rayon Gigiyena və Epidemiya Mərkəzinin xx.xx.2025-ci il tarixli əmrinin qanunsuz olduğu təsdiq edilir. Həmçinin bu qanunsuz əmrə görə Ağdaş rayon Gigiyena və Epidemiya MərkəziX13 Xidmətinin xx.xx.2025-ci il tarixli MN0020776 saylı qərarı ilə cərimə edilmişdir. Göründüyü kimi iddia tələbi tam əsaslı olmuşdur. Lakin birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini təmin etməmişdir. Hazırda hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1545/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, Ağdaş rayon Gigiyena və Epidemiya Mərkəzinin direktoru Nümayəndə tərəfindən imzalanmış "Vəzifədən azad etmə haqqında 39-K nömrəli, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə pul ödənilməsi tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

9. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2(014)- 1545/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətin qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidməti işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2(014)-1545/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 29 avqust 2025ci il tarixli, 2(014)-1545/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 10-cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 70-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları; Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

17. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. İddiaçı Ağdaş Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2(014)-1545/2025 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

20. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır.

21. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinin 3-cü bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

22. Lakin iş materialında işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etdiyini təsdiq edən, eyni zamanda müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını əks etdirən hər hansı sənəd və ya sübut mövcud deyildir.

23. Əksinə işdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidmətinin Mərkəzi Aran regional Şöbəsinin 08 avqust 2025-ci il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoruvəzifəli şəxs Nümayəndə barəsində İXM-in 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 39-K nömrəli əmrin 30 (otuz) gün müddətində ləğv edilərək törədilmiş inzibati xəta pozuntusunun aradan qaldırılması ilə bağlı Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-88079/2025 nömrəli icrası məcburi göstəriş məktubu ünvanlanmışdır.

24. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin 29 avqust 2025ci il tarixli, 2(014)-1545/2025 saylı qətnaməsi tam ləğv edilməli, iddia tələbi təmin edilməli, Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nümayəndə tərəfindən imzalanmış "Vəzifədən azad etmə haqqında 39-K nömrəli, xx.xx.2025-ci il tarixli əmr ləğv edilməli, İddiaçı işə bərpa edilməli və ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməli, mediasiya üçün ödənilmiş 50 manat cavabdeh Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən alınaraq iddiaçıya verilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2(014)-1545/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidmətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxmaya görə pul" tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası X18 rayon Gigiyena və Epidemiologiya Mərkəzinin "Vəzifədən azad etmə haqqında” 39-K nömrəli xx.xx.2025-ci il tarixli əmri ləğv edilsin, İddiaçı cavabdeh Azərbaycan Respublikası X18 rayon Gigiyena və Epidemiologiya Mərkəzinə dezinfeksiya bölməsinə sanitar qadın (sanitar) vəzifəsinə işə bərpa edilsin və ona məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilsin. Mediasiya üçün ödənilmiş 50 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası X18 Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən alınaraq İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar